İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 10
Qonaqlar 10
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 11 » İslamda ailə 1
    2:15 PM
    İslamda ailə 1
    ONUNCU FƏSİL
    İSLAMIN İZDİVAC MƏSƏLƏSİNDƏ ƏSASLI PROQRAMLARI
    İZDİVAC ÜÇÜN DANIŞIQ APARMAQ
    Müsəlman və mömin əhali arasında belə bir adət var: Oğlan və qızın ailələri (qarşılıqlı) araşdırmalarını başa vurduqdan sonra izdivac, mehr, nikah və toy mərasimləri üçün bir-birləri üçün məsləhətləşirlər.
    Ailələr çalışmalıdırlar ki, məsləhətləşmələri, oğlan və qız haqqındakı sual-cavabları müqəddəs şəriət çərçivəsində, ağıla müvafiq şəkildə həyata keçirilsin və hər bir sözlərində tam doğruluğa riayət edilsin.
    Belə məclislərdə qız və oğlanın həqiqi yaşı, oğlanın sənəti, qazancı, davranışı, əhval-ruhiyyəsi, təhsili və s. kimi deyilməsi zəruri olan məsələlər doğru-düzgün şəkildə qarşı tərəfə çatdırılmalıdır. Əgər hər hansısa bir eybi varsa, açıqca deyilməlidir. Gizlədilməsi mümkün olsa belə. Həmçinin, qızın ailəsi də qarşı tərəfin bütün suallarına düzgün və insafla cavab verməli, düz danışmaqdan çəkinməməlidir. Çünki bu şəraitdə hər bir lazımi məsələni açıqca demək, gələcəkdə yarana biləcək bir çox problemin qarşısını alır.
    Bu mövzuda məkr, hiylə və s. kimi vasitələrdən istifadə etmək şəri cəhətdən haram və böyük bir günahdır. Bu odun tüstüsü ilk mərhələdə qız və oğlanın, növbəti mərhələdə isə hər iki ailənin gözünü acıdacaq.
    Doğruluq, düzgünlük, sədaqət hər iki ailəni qarşıya gələn hər hansısa bir qanqaraçılıqdan qoruyur, qəti qərara gəlməyi asanlaşdırır və onların nicat tapmalarına zəmin yaradır.
    Hiylə, məkr, aldatmaq bəzən nikahın pozulmasına, mehrin boyundan düşməsinə və əqdin təlaqsız pozulmasına səbəb olur. Bu, İslamın iki tərəfdən birinin aldandığı vaxt ona verdiyi icazədir.
    Quran, rəvayətlər insanlara hiylə işlətməyi, bir-birini aldatmağı qadağan edir və bu işi görən adamın dünya və axirətdə ilahi əzaba düçar olacağını bəyan edirlər.
    Həzrət Peyğəmbər (s) buyurur: «Hər hansısa bir müsəlmanı aldadan bizdən deyil».("Bihar" c.75, səh.285)
    Əli (ə) buyurur: «Səni özünə əmin hesab edən şəxsə qarşı hiylə işlətməyin küfrdür»;("Mizanül-hikmə" səh.166-167) «Hiylə işlədən şəxs öz əməlinin acı nəticəsi ilə qarşılaşacaq».(Həmin mənbəə)
    «Nəhcül-bəlağə»də müttəqilərin xüsusiyyətləri sayılarkən buyurulur: «Müttəqilər xalqa məkr və hiylə ilə yaxınlaşmazlar».
    Rəsulullah (s) buyurur: «Məkr və hiylə (işlədən şəxsin yeri) cəhənnəm odundadır».
    O həzrət (s) digər bir hədisdə buyurur: «Müsəlman şəxs məkr və hiylə işlətməz. Mən Cəbrayıldan eşitdim ki, məkr və hiylə (işlədən şəxsin yeri) oddadır».
    İzdivac etmək istəyərkən bir-birini aldatmaq, qadın və kişinin eybini örtmək, bir sözlə, kişi və qadının birgə yaşamalarını təhlükəyə salan məsələlər «Biharül-ənvar»ın 100-cü cildində və mərceyi-təqlidlərin əməliyyə risalələrinin «İzdivac» fəslində geniş şəkildə qeyd olunmuşdur.
    MEHR VƏ KƏBİN HAQQININ ÖDƏNİLMƏSİ ZƏRURƏTİ
    Ailələr arasında baş verən səmimi danışıqdan sonra oğlan və qız İslam prinsipləri əsasında, ifrat və təfritə yol vermədən mehr haqqında razılığa gəlməlidirlər. Əlbəttə, mehr məsələsini nə qədər asanlaşdırıb onun miqdarını orta səviyyədə saxlasalar, bir o qədər Haqqın razılığına səbəb olar.
    İslam övliyaları qız və oğlanların nikah məsələləri rahat həll olunması üçün mehr məsələsini çətinləşdirməməyi, ağırlaşdırmamağı təkidlə tövsiyə etmişlər.
    Ailələr «mehr ağırdır» -deyə, ailə həyatlarının davam edəcəyini düşünməsinlər. Ağır mehrlərlə atası evinə qayıdan, xar olan çox qızlar müşahidə olunmuşdur!
    Bu növ məsələlərdə Allahın lütf, rəhmət və inayətinə güvənin. İki tərəfdən birinin təhqir olunacağına səbəb olan məsələlərdən qəti şəkildə çəkinin.
    Mehr məsələsində müəyyən razılıq əldə olunduqdan sonra əsl tərəflər, yəni qız və oğlan onun miqdarını təyin etməlidirlər. Nikah bağlandığı andan etibarən mehrin yarısını ödəmək kişiyə vacib olur. Qalan hissəsi isə toydan - bir yastığa baş qoyduqdan sonra şəri bir borc olaraq kişinin boynuna gəlir. Əgər bu haqq nikah bağlandıqda ödənilərsə, bu zaman kişi öz borcunu ödəmiş, qadın da öz şəri və qanuni haqqını almış olar.
    Gənclər bu məsələyə diqqət yetirməlidirlər. Mehrin ödənilməsi onlar üçün bir zərurətdir. Əks təqdirdə, böyük bir günaha düşmüş olacaqlar.
    Mehrin ödənilməsi elə bir həqiqətdir ki, Quranın «Bəqərə» surəsinin 236, 237, 241, «Nisa» surəsinin 4, «Qəsəs» surəsinin 27, 28 və «Əhzab» surəsinin 49-cu ayəsində açıqca bəyan edilmişdir. Mehr məsələsində heç bir şəxsin qadına azacıq da olsa, zülm etməyə haqqı yoxdur.
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Qadının mehrini ödəməyən – beləliklə də ona zülm edən şəxs Allah yanında zinakar sayılır. Qiyamət günü Allah-təala ona xitab edər: «Ey mənim bəndəm! Mənimlə bağladığın əhd (kəbin) əsasında kənizimi sənə halal etdim. Mənimlə bağladığın peymana vəfa qılmadın. Ona zülm etdin». Sonra qadının haqqı qədərincə kişinin yaxşı əməllərindən götürüb, arvadının yaxşı əməlləri üzərinə qoyarlar. Əgər arvadının haqqını ödəmək qədərincə yaxşı əməli olmazsa, əhdinə vəfa qılmadığı üçün onu oda atarlar. Əhd-peyman (böyük) məsuliyyətdir».("Bihar" c.100, səh.349)
    İmam Sadiq (ə) buyurur: «Oğrular üç zümrədən ibarətdirlər: Zəkat verməkdən boyun qaçıranlar, qadının mehrini yemək və qarət etməkdən çəkinməyənlər və borc alıb, onu qaytarmaq fikrində olmayanlar».(Həmin mənbəə)
    Həzrət Rza (ə) ataları vasitəsi ilə Peyğəmbərdən (s) nəql edir ki, Allah-təala üç günahdan başqa bütün günahları bağışlayır. O üç günah qadının mehrindən boyun qaçırmaq, fəhlənin əmək haqqını verməmək və azad insanı satmaqdan ibarətdir.(Həmin mənbəə, səh.350-351)
    Həzrət Sadiq (ə) buyurur: «Ən böyük günah günahsız insanı öldürmək, mehr ödəməkdən boyun qaçırmaq və fəhlənin əmək haqqını ödəməməkdir».(Həmin mənbəə)
    İslam övliyaları kəramət sahibi olan qadınlara tövsiyə edirlər: «Mehri bağışlamaq üçün münasib olan bir şərait gördükdə, səxavət nişanəsi olan bu əxlaqi əməli həyata keçirsinlər».
    Həzrət Peyğəmbərdən (s) rəvayət olunan bir hədisdə buyurulur: «Nikah zamanı, hələ əri ilə bir yastığa baş qoymayan hər hansı bir qadın öz mehrini ona bağışlayarsa, onun əməl naməsinə mehrin hər bir dinarının qarşılığında bir kölə azad etmə savabı qeyd olunur». Soruşdular: «Ya Peyğəmbər! Bu bəxşiş toy mərasimindən sonra baş versə, necə?» Rəsulullah buyurdu: «Toy mərasimindən sonra bağışlanan (halal olunan) mehr, məhəbbət və ünsiyyətin nəticəsidir».("Bihar" c.100, səh.351)
    GƏLİNİN CEHİZİ
    Müsəlman və möminlər arasında belə bir adət vardır. Atalıq, böyüklük, məhəbbət üzündən ailənin böyüyü, qızın himayəçisi öz övladına cehiz verir.
    Bu məsələdə oğlanın və qızın ailəsinə xatırladılmalıdır ki, ənbiya və imamların əxlaqi xüsusiyyəti, Allahın böyük əhəmiyyət verdiyi qənaətə riayət olunsun. Qızın ailəsinin gücü çatdığı qədər göndərdiyi cehizi qənaət, məhəbbət gözü ilə qəbul etsinlər. Belə olan surətdə digərlərinin şəxsiyyəti qətiyyən təhqir olunmaz. Qızın valideyni də cehizin hazırlanmasında orta yolu tutaraq, israfdan çəkinməli və öz ictimai mövqeyini nəzərə almalıdır. Çünki israfkar Allahın düşmənidir.
    Cehiz üçün olduqca bahalı ləvazimatın hazırlanmasına ehtiyac yoxdur. Cehizin xərci öz şəri və ictimai hüdudlarını aşmamalı və ailələr bu üzdən ağır xərcə və borca düşməməlidirlər.
    Bu məsələdə mütləq bəhsləşməkdən, digərlərinin israf edərək hazırladıqları təmtəraqlı cehizlərinə göz dikməkdən çəkinmək lazımdır. Bununla, gənclər ağır cehizlərə meyl etməz və yalnız varlı-dövlətli şəxslərin qapısına elçi göndərməzlər. Bundan əlavə, izdivac məsələsində digərləri üçün həllolunmaz problem icad olunmaz. Əks təqdirdə, insaniyyətlə təzad təşkil edən bu məsələ Haqqın nifrətinə və qiyamət gününün əzabına səbəb olacaq.
    Cehiz halal maldan hazırlanmalıdır. Çünki gəlin və bəyin etdikləri vacib ibadət yalnız halal geyimdə şəriətə uyğundur. Valideynlər özlərini övladlarının hədsiz intizar və təvəqqeləri ucbatından qiyamət əzabına düçar etməsinlər.
    CEHİZ MƏSƏLƏSİNDƏ MƏNƏVİ VƏ İLAHİ ÖRNƏK
    Əllamə Məclisi çox dəyərli «Biharül-ənvar» kitabında həzrət Fatimənin (s) keçdiyi həyat yolunu şərh edərkən, imam Sadiqdən (ə) belə bir rəvayət nəql edir: «Əli (ə) maddi həyatda bir iki dəst geyim, bir dəvə, bir qılınc və bir zirehdən qeyri bir şeyə malik deyildi. O gündəlik xərcini digərlərinin əkin sahəsində, bağında işləməklə təmin edirdi. Yaradılış qadınlarının xanımına elçilik etdikdə, həzrət Peyğəmbər (s) buyurdu: «Get zirehini sat».
    Əmirəl-mö´minin bu hadisəni belə nəql edir (ə): «Zirehi satdım və pulunu Allah elçisinin qarşısına qoydum. Nə o miqdarını soruşdu, nə də mən miqdarını dedim. Pullardan bir ovuc götürüb Bilala verdi və «Bu pula qızım üçün ətir al»-deyə tapşırdı. Bir hissəsini Əbu Bəkrə verib «Libas və ev əşyaları al»-deyə buyurdu. Əmmar və digər səhabələrə isə libas və ev əşyaları almaqda ona kömək etmələrini tapşırdı. Alınanlar aşağıdakılardan ibarət idi:
    1. Köynək: 7 dirhəm; 2. Baş örtüyü: 14 dirhəm; 3. Qara xeybəri çadırı; 4. Bir top ip; 5. Üzlüyü Misir kətanı, içi isə xurma lifi və qoyun yunundan olan iki dəst döşək; 6. Üzü Taif dabağı, içi isə quru bitkidən olan dörd balış; 7. Bir ədəd (yundan toxunmuş) pərdə; 8. Bir ədəd həsir; 9. Əl dəyirmanı; 10. Bir ədəd su məşki (tuluğu); 11. Bir ədəd su dolçası; 12. Bir ədəd aftafa; 13. Bir ədəd su və qida maddələri saxlamaq üçün yaşıl rəngli saxsı qab; 14. Bir neçə saxsı səhəng; 15. Bir ədəd mis teşt; 16. Bir ədəd böyük kasa.
    Bütün ləvazimatlar hazırlandıqdan sonra Rəsulullahın (s) yanına gətirdilər. O Həzrət (s) əşyalara baxıb buyurdu: «Allah Əhli-beyt (ə) üçün mübarək etsin».("Bihar" c.43, səh.111-112)
    O ilahi insan (Əllamə Məclisi) sonra belə yazır: «Bu əşyalar elə bir qızın cehizi idi ki, atasının iqtidar və nüfuzu təsəvvürolunmazdır. Belə ki, tərəfdarları ona qızıl-gümüş əvəzinə can bağışlayırdılar. Amma o, nə kürəkənini borc qəm-qüssəsinə saldı, nə miskin, yetim və ümumi məsləhətlər üçün xərclənməli olan beytül-maldan yersiz bəzək-düzək və özünü göstərmək üçün istifadə etdi, nə də izdivac mərasimini ağır xərclər bahasına başa gələn şəkildə keçirdi. O, bu dahiyanə addımı ilə tarix boyunca digərlərinə özlərini əziyyətə, qəm-qüssəyə salmamaq üçün örnək oldu».
    Ən başlıcası isə, bu qohumluq və bağlılığa hakim olan, onu əhatə edən səmimiyyət elə bir səviyyəyə çatmış idi ki, qızına cehiz vermək istədikdə özünü aciz görən ata, öz kürəkəninə zirehini satmaq təklifini edir və onun pulu ilə cehiz, sadə ev əşyaları alır və bu işi heç bir vəchlə onu alçaldacaq bir iş hesab etmir. Kərəm sahibi kürəkənə gəlincə, o da bu səmimiyyətin ən yüksək mərhələsində idi. Buna görə də «Qızın cehizi atanın öhdəsinə düşür» sözünü dilinə gətirmir və onu ilahi və pak ürəyindən belə keçirmir.
    Bu izdivacın nəticəsi, məhsulu on bir məsum imam və o gündən bu günə qədər dünyaya bir nur kimi saçmış minlərlə fəqih, alim, həkim, şair, arif, Haqq aşiqi, mərceyi-təqlid və mömin insanlardır. Bu izdivacın dünya yarandığı gündən bəri heç bir bənzəri olmamışdır.
    TOY ƏRƏFƏSİNDƏ DUA
    Allahla münacat etmək, dua edərək ondan nə isə diləmək bütün hallarda bəyənilir və bu iş ibadət kimi dəyərləndirilir.
    Dua, əlini Allaha açma zamanlarından biri də toy mərasimindən öncəki günlərdir.
    Bu zaman duanın qəbul olunma ümidi daha çoxdur. Çünki bu zaman şəri istək və diləklərin həyata keçməsinə daha çox zəmin yaranmışdır.
    Əmirəl-möminin Əli (ə) buyurmuşdur: «Ailə qurmaq məqsədi olan şəxs iki rəkət namaz qılaraq, «Həmd» və «Yasin» surəsini oxusun. Namazını sona yetirdikdən sonra Allaha həmd-səna edərək desin: «İlahi! Mənə əməlisaleh, məni sevən, övlad dünyaya gətirən, məmnun olan, qənaətcil və qeyrətli bir zövcə nəsib et. Belə ki, ona yaxşılıq etdikdə təşəkkür etsin, haqqında xətaya düşdüyümdə məni əfv etsin. Səni yad etdikdə mənə kömək etsin, bunu unutduqda yadıma salsın. Mən onunla birlikdə olmadıqda heysiyyətimi qorusun, onun yanına gəldikdə isə qəlbi sevinclə dolsun. Əmr etdikdə əmrimə müti olsun, and verdikdə anda riayət etsin, ona qarşı qəzəbləndikdə razı qalsın. Pərvərdigara! Bu diləkləri mənə əta et. Mən yalnız səndən dilədim. Sənin təqdirindən qeyrisi nəsibim olmaz». Sonda Həzrət buyurdu: «İzdivac ərəfəsində bu işi görən şəxs Allahın lütf və mərhəməti ilə diləklərinə yetəcəkdir».
    TOYUN VAXT VƏ ADƏTLƏRİ
    Bəzi ailələr nikah və toyun tələb etdiyi hər bir işi görmək üçün icazə olunduğunu zənn edirlər. Öz övladlarının nikah və toy mərasimləri zamanı onların özlərinin, dostlarının və qohumlarının istəyi ilə ilahi qadağalara əl atır və bununla məclisdən, qurulan büsatdan daha çox ləzzət almağı düşünürlər.
    Lakin nikah və toy mərasimləri həddindən artıq əzəmətlə, vüqarla, şəxsiyyətə hörmətlə, günah və şəhvani meylləri təhrik edən amillərdən uzaq olaraq həyata keçirilməlidir. O, yalnız bu yolla Haqqın rəhmətini cəlb edər və Allahın bu izdivacı bərəkətli etməsinə səbəb olar.
    Həzrət Musa ibn Cəfər (ə) buyurmuşdur: «Qeyri-haram ləzzətlərdən çəkinmək heç bir vəchlə lazım deyil».
    Əlbəttə, nikah və toy mərasimləri zamanı şadlanmaq lazımdır. Gözəl səslə oxumaq, gülüb-danışmaq, müxtəlif şənləndirici proqramların icrası kimi şəri amilləri yaddan çıxarmaq olmaz. Arifanə şerlər, şənləndirici, mənalı və ibrətamiz nəğmələr oxumağın, adətən, müsəlman qadınların belə mərasimlərdə icra etdikləri adət-ənənələrin heç bir şəri maneəsi yoxdur. Belə günlərdə (sübhə qədər və ya gecənin bir hissəsini) oyaq qalmaq təbii bir adətdir.
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: «(Gecə yarısına qədər) oyaq qalmaq üç yerdə maneəsizdir: Quran oxuyarkən, elm oxuyarkən, gəlini ər evinə ötürərkən».[("Bihar" c.100, səh.267)
    İslam toy mərasiminin gecə keçirilməsini daha məqsədə uyğun sayır. Buna görə, həzrət Zəhranın (s) toy mərasimi gecə keçirilmişdir.
    Cabir Ənsari deyir: «Həzrət Peyğəmbər (s) Fatimənin əqdini Əli üçün oxuduqda, bəzi dar düşüncəlilər «Siz qızınızı az bir mehr qarşılığında Əliyə verdiniz»-deyə etiraz etdilər. Həzrət (s) buyurdu: «Bu nikah mənim iradəm xaricindədir. Zəhranı Əliyə Allah vermişdir».
    Toy gecəsi Rəsulullah (s) öz ağ və qara qatırını hazırladı. Üstünə bir qətfə ataraq Fatiməyə «Min»-deyə buyurdu. Salmana yəhəri tutmasını əmr etdi. Özü isə arxadan haylamaqla məşğul oldu. Yolda nəyinsə yerə enməsi səsini eşitdi. Nəzər saldıqda, Cəbrayıl və Mikayılın hər birinin yetmiş min mələklə öz yüksək dərəcəli məkanlarından yerə endiklərini müşahidə etdi. Onların yerə enmələrinin səbəbini soruşduqda belə cavab verdilər: «Fatiməni Əlinin evinə yola salmağa gəlmişik». Sonra təbrik etdilər. Mələklərin «Təkbir» sədaları ucaldı. O vaxtdan da gəlini yola salarkən «Təkbir» (Allahu əkbər) demək bir adət halını aldı.(Həmin mənbəə, səh.266)
    Bəli, toy mərasimini, şadlıq, şənlik gecəsini bu şəkildə hazırlamaq lazımdır, çünki mələklərin və Allahın bərəkətinin nazil olmasına səbəb olur.
    Həzrət Sadiq (ə) buyurmuşdur: «Gəlini ər evinə gecə aparın».("İzdivac dər İslam" səh.112)
    İmam Rza (ə) buyurmuşdur: Toy mərasiminin gecə keçirilməsi Rəsulullahın üslubudur. Çünki Allah gecəni aramlıq üçün yaratmışdır. Qadın da insanların aramlıq vasitəsidir».(Həmin mənbəə)
    Rəsulullah (s) göstəriş verdi: «Əbdül Mütəllibin qızları, mühacir və ənsar qadınları toy gecəsi Zəhranın ardınca getsinlər. Şer oxuyub, şənlənsinlər. «Allahu əkbər» və «Əlhəmdulillah» desinlər. Allahın razılığı olmayan sözlər deməkdən çəkinsinlər».("Həmin mənbəə, Müstədrək " Nigah" bölümü, fəsil: 31)
    Zəhmət çəkib, hər iki ailənin dəvətini qəbul edən qonaqlar üçün süfrə açmaq İslam baxımından müstəhəb bir işdir.
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Beş yerdə (vaxt) şənlik mərasimi qurulmalıdır: İzdivac zamanı, uşaq dünyaya gəldikdə, uşağı sünnət etdirdikdə, ev aldıqda və Məkkədən qayıtdıqda».(Həmin mənbəə)
    Rəvayətlərdə qeyd olunur: «Həzrət Zəhranın (s) toy gecəsi həzrət Peyğəmbər (s) buyurdu: «Ey Əli! Həyat yoldaşına ehtiram olaraq yaxşı yemək hazırla». Sonra sözünü davam etdirərək dedi: «Ət və çörəyini biz verərik. Xurma və yağını isə siz». Əli (ə) buyurur: «Mən xurma və yağ aldım. Peyğəmbər (s) qollarını çırmayıb, xurmanı əzərək yağa tökdü. Qatışdıraraq «His»(Xurma, yağ, qrud və ya onun qarışığı)şəklinə saldı. Həzrət (s) bir qoç göndərdi. Onu kəsdik. Çoxlu miqdarda çörək bişirdilər. Həzrət (s) buyurdu: «İstədiyin hər bir şəxsi dəvət et». Mən məscidə gedib, «Fatimənin şənlik mərasiminə dəvətimi qəbul edin»-deyə səsləndim».("İzdivac dər İslam" səh.91)
    Peyğəmbər (s) toy mərasimində iştirak etmək üçün olunan dəvətlə bağlı buyurur: «Toy mərasiminə dəvət olunduqda tələsməyin. Çünki o, dünyanı, zahiri həyatı yada salır. Cənazə dəfninə dəvət olunduqda çox tələsin. Çünki o, axirəti yada salır».
    Əziz ailələr nikah və toy mərasimini elə bir şəkildə təşkil etməlidirlər ki, uşaqlar, gənclər, yeniyetmələrdə günaha qarşı meyl, rəğbət yaranmasın. Oraya dəvət olunan mömin camaat, möminə qadınlar rahat, istədikləri şəkildə iştirak etsinlər.
    İslami prinsiplərə müvafiq, İlahi hüdudların qorunması şəklində keçirilən şənlik mərasimləri gənclər üçün böyük bir dərs və Allah lütfünün və mərhəmətinin nazil olacağı məkandır.
    ZİFAF ƏNƏNƏLƏRİ
    Quranda və rəvayətlərdə zifaf haqqında bəzi məsələlərə toxunulmuşdur ki, onlara riayət etmək qadının, kişinin və onların gələcək övladlarının xeyrinədir.
    Bu mövzuda əxlaqi tələblərdən biri budur ki, gəlin evə gəldikdə bəy onun ayaqqabılarını çıxarıb, ayağını yusun. Onun suyunu evin qapısından mümkün olan yerə qədər səpsin. Çünki bununla evdən yetmiş min növ yoxsulluğun kökü kəsilir və onu yetmiş min növ bərəkət bürüyür. Gəlinin başı üzərində yetmiş mələk pərvazlanır və onların bərəkəti evin dörd bir yanını əhatə edir. Gəlin o evdə olduğu qədərincə dəlilik, cüzam və s. kimi xəstəliklərdən amanda qalır.
    Toyun ilk həftəsində gəlin özünü süd, sirkə, kişmiş və turş alma yeməkdən qorusun. Çünki ilk günlərdə bu dörd qida məhsulu onun bətninə mənfi təsir göstərir. Belə ki, o sonsuzluqla qarşılaşmaq təhlükəsi ilə üzləşir.
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Əgər qadın sirkə yediyi zaman heyz olarsa, heyzdən qurtarmağı gecikər. Kişmiş heyzi şiddətləndirir və doğuşu çətinləşdirir. Turş alma heyzi tez kəsir və qanın bətndə qalması müxtəlif xəstəliklər əmələ gətirir».
    Ayın əvvəlində, ortasında və axırında cinsi əlaqədə olmaqdan çəkinmək lazımdır. Bunun günortadan sonra da baş verməsi məqsədə uyğun deyil.
    Bu vaxt danışmaq, göz dikmək olduqca məkruhdur. Zifaf zamanı digər qadının fikrində olmaq dünyaya gələcək uşağın ruhiyyəsi üçün çox zərərlidir.
    Zifaf zamanı sadə və yüngül libas geyinmək qadın və kişi üçün əxlaqi baxımdan yaxşıdır.
    Bu işlə ayaq üstə məşğul olmaq heyvana məxsus və narahatlığa səbəb olan bir işdir.
    Fitr bayramı axşamı, qurban bayramında, ağac altında, gün altında, azan və iqamə arasında, ev üstündə və Şəban ayının on beşinci gecəsi bu işlə məşğul olmaq ziyandır.
    Bazar ertəsi axşamı, çərşənbə gecəsinin ilk saatlarında, cümə axşamı gecəsi və gündüzü, cümə günü gecə və axşamçağı zifaf üçün əlverişli və maddi-mənəvi mənfəətlərə malikdir.
    Zifaf qadağan olunan günlərin dünyaya gələcək övlada aşağıdakı təsirləri göstərməsi ehtimal olunur: dəlilik, cüzam, axmaqlıq, çəpgözlük, lallıq, korluq, xəsislik, qadına bənzərlik, təfriqə və ayrılıq, sonsuzluq, altı barmaq olma, dörd barmaq olma, yoxsulluq, tamahkarlıq, təcavüzkarlıq, eybəcərlik, kütlük və s. kimi xislətlər.
    Tövsiyə olunan vaxtlar isə övlada Quranı əzbərləmək, Haqqın qəzası ilə razılaşma, iman, əzabdan amanda qalmaq, mehribanlıq və səmimiyyət, ürəyi yumşaqlıq, səxavət və əliaçıqlıq, şirin dilli olma, bilik və savad, din və dünya saflığı və ilahi övliyalar məqamına ucalmaq kimi təsirlər göstərir.
    Bu növ təsirləri maddi vasitələrlə, tibbi yollarla müəyyənləşdirmək olmaz. Həzrət Peyğəmbər (s) bu həqiqətləri Əliyə (ə) bir vəsiyyət kimi söylədikdən sonra zifaf mövzusundakı qeyd olunan məsələlərə riayət etməyi tapşırdı və «Cəbrayıldan eşitdikdən sonra mən də əməl etdim»-deyə buyurdu.("Bihar" c.100, səh.280, "İləluş-şəraye" səh.514-517, Əmaliye Səduq, səh.566-570)
    Bu işin heç bir müqəddimə və hazırlıq olmadan həyata keçirilməsi qadına zülmdür. Ona görə də belə bir iş qadağan olunmuşdur. Müqəddimə ilə, hər hansı bir hazırlıqdan sonra bu işlə məşğul olmaq kişi və qadın üçün ruhi və cismi baxımından olduqca faydalıdır.
    Peyğəmbər (s) buyurmuşdur: «Üç şey zülm nümunələrindəndir: Bir şəxsin digəri ilə yoldaşlıq etdiyi bir halda, onun adını və ya künyəsini soruşmaması. Qonaqlığa dəvət olunduqda dəvəti qəbul etməmək və ya qəbul edib ev sahibinin yeməyindən yeməmək. Heç bir atifi və cismi hazırlıq olmadan intim əlaqədə olmaq».("Bihar" c.100, səh.285)
    İmam Sadiq (ə) buyurmuşdur: «Üç şey peyğəmbərlərin sünnəsindəndir: Gözəl ətirdən istifadə etmək, saçı azaltmaq və qadının cinsi tələbatına lazımınca cavab vermək».("Bihar" c.100, səh.285)
    Əli (ə) buyurur: «Qadına yaxın durmamaq, onun cinsi tələbatını cavabsız qoymaq qəbir əzabına səbəb olur».("İləluş-şəraye" 309)
    Heyz halında zifaf günah, dörd aydan artıq heç bir üzr olmadan fasilə və ya həyat yoldaşının razılığı olmadan bu işlə məşğul olmamaq əzaba səbəb olur və cənabət halında məkruhdur.
    Əmirəl-möminin (ə) buyurur: «Heç bir hazırlıq olmadan intim əlaqədə olmaqdan qəti şəkildə çəkinin. Çünki qadının atifi və cismi ehtiyacları vardır. Ona bu sahədə kömək edin. Sonra isə istənilən şəkildə intim əlaqəyə girin. Gözünüz naməhrəm bir qadına düşdükdə onun gözəlliyi sizi cəlb edərsə, dərhal öz qadınınızın yanına gəlin. Çünki Allah o naməhrəm qadına verdiklərini sənin həyat yoldaşına da bəxş etmişdir. Naməhrəm qadına göz dikməkdən əl çəkərək öz arvadının yanına gəlmək, şeytanın qəlbə hakim olma yolunu bağlayır.
    Arvadınız olmadığı surətdə dərhal iki rəkət namaz qılın. Allaha çox həmd edin. Peyğəmbər (s) və ailəsinə çox salavat göndərin, sonra Allah-təaladan diləyin. Allah-təala öz lütfü ilə sizi ehtiyacsız edəcək şeyi halal edir.("Bihar" c.100, səh.287)
    Qadının cinsi tələbinə cavab vermək insanı təəccübə gətirəcək qədər savaba malikdir. Bir rəvayətdə qeyd olunur ki, İslam peyğəmbəri (s) bir kişiyə buyurdu:
    - Bu gün oruc tutmusanmı?
    Kişi:
    - Xeyr.
    - Hər hansısa bir xəstəyə baş çəkmisənmi?
    - Xeyr.
    - Dəfn mərasiminə getmisənmi?
    - Xeyr.
    - Bir miskinin qarnını doyurmusanmı?
    - Xeyr.
    Daha sonra Rəsulullah (s) buyurdu: «Evinə qayıt. Həyat yoldaşının cinsi haqqını ödə. Bu sənin üçün sədəqədir».(Həmin mənbəə, səh.289)
    Az yaşlı uşaq olan bir məkanda cinsi əlaqəyə girmək olmaz. Çünki ruhi və əxlaqi baxımdan uşağa ziyandır. İmam Sadiqin (ə) buyruğuna əsasən, uşağın gələcəkdə zinakar olması ehtimalı mövcuddur.(Həmin mənbəə, səh.290)
    Çox tox halda bu işlə məşğul olmağın cismə ziyanı var.(Həmin mənbəə, səh.290)
    Beşikdə südəmər uşaq baxarkən, bu işdən çəkinmək lazımdır.(Həmin mənbəə, səh.295)
    Doğrusu, İslam əxlaqi, tərbiyəvi məsələlər, xüsusilə də qadınların hüquqlarını qorumaq, həyatın bütün sahələrinə diqqət, fərdi, ictimai və ailə və maddi və mənəvi məsələlərə baxışı baxımından çox əzəmətli və aqilləri heyran edən bir dindir. Bəli, belə də olmalıdır. Çünki o, Haqq vəhyinin, Peyğəmbər və Əhli-beyt (ə) dünyagörüşünün məhsuludur.
    Category: İslamda ailə 1 | Views: 1088 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024