İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 11 » İslamda ailə 1
    2:14 PM
    İslamda ailə 1
    ON BİRİNCİ FƏSİL
    AİLƏ QURULUŞUNDA SAĞLAMLIQ
    İSLAMDA SƏHİYYƏ VƏ TƏMİZLİYİN DƏYƏRİ
    İzdivacın ilk mərhələsi sona yetdikdən sonra gənc ər və arvad son dərəcə eşq və məhəbbət sayəsində öz birgə yaşayışlarına başladıqda, həyatın təməlini təşkil edən bir neçə məsələyə diqqət yetirməlidirlər. Belə ki, bu məsələlərə qətiyyən etinasızlıq etmək olmaz.
    Belə məsələlərdən biri, həyatın bütün sahələrində təmizliyi və sağlamlığı qorumaqdır.
    Bədən, saç, ağız, diş, geyim, döşənəcək, ev əşyaları, xüsusilə mətbəx əşyaları, bir sözlə, gündəlik həyatla bağlı olan hər bir şeyə səhiyyə və təmizlik baxımından olduqca diqqət yetirilməlidir.
    Bir çox gənc ailə başçıları ailə həyatının ilk günlərində təmizlik və sağlamlıqla bağlı məsələlərə əhəmiyyət verməyərək, yalnız yeyib-içmək və zahiri ləzzətlərlə kifayətlənirlər. Onların həyatında nizam-intizamdan, təmizlikdən əsər-əlamət yoxdur. Bu etinasızlığı sağlam fitrət, ağıl və ilahi din heç bir formada qəbul etmir. Əksinə, ona böyük nifrət bəsləyir. Bundan əlavə mümkündür ki, bu etinasızlıq uzun zaman onların həyatına hakim olsun və ailə üzvlərini sağlamlıq baxımından təhlükə ilə qarşılaşdırsın. Belə məsələlər, xüsusilə uşaqlara xoşagəlməz təsirlər göstərir və onları etinasız, xəstə, zəif və cəmiyyət üçün bir yükə çevirir. Bununla da, onlarda rəzalətə və müxtəlif günahlara yol açır.
    Allah-təala Quranda təmizliyi, daxili və zahiri paklığı qoruyan şəxslərə eşq elan edərək buyurur:
    «Allah (günahından) tövbə edənləri, təmiz və pak olanları sevir»("Bəqərə" 222).
    İslam dini, başqa sözlə desək, Quranda, Peyğəmbərin (s) kəlamlarında və Əhli-beytin hədislərində öz əksini tapmış vəhy dini, həyatın bütün sahələrində paklıq, təmizlik və sağlamlığa olduqca böyük əhəmiyyət verir. Onun bu sahəyə diqqəti digər dinlər arasında misilsizdir. Bu səmavi dinin səhiyyə mövzusundakı beş mindən çox göstərişinin bir hissəsi «Vəsailüş-şiə» kitabının birinci və ikinci cildlərində qeyd olunmuş, bütün tibbi qanunların fövqündə olduğunu sübuta yetirmişdir.
    İslam dini təqribən on beş amili təmizlik və sağlamlıq amili kimi göstərmişdir. Belə bir səhiyyə sistemi heç bir dində mövcud deyildir.
    İslam bir çox yerlərdə çirkinliyi, aludəçiliyi haram hesab etmiş, bu işi görən şəxsin isə qiyamət günü Allahın əzabına düçar olacağını bildirmişdir.
    Axar su, quyu suyu, bulaq suyu, yağış suyu, hündürlükdən bir şeyin üstünə axan az su, torpaq, yer, günəşin maneəsiz şüası, od, nəcis şeyin digər bir hala düşməsi ‒ bütün bunların hamısı öz növbəsində və müəyyən olunmuş şəraitdə pak edənlərdəndir (mütəhhərat).
    Haqq elçisi (s) bir neçə rəvayətdə təmizlik və paklığın əhəmiyyətinə toxunaraq buyurmuşdur: «Təmizlik imanın yarısıdır».("Mizanül-hikmə" c.5, səh.558)
    Çox maraqlıdır ki, imanın yarısını bütün əxlaqi, əməli məsələlər təşkil etdiyi halda, qalan yarısını təmizlik və təmizliyə verilən əhəmiyyət təşkil edir. Bu hər bir düşüncə sahibini heyran edir.
    «Qiyamət günü ilk (hesabı) soruşulacaq şey təmizlikdir».(Həmin mənbəə)
    Rəsulullah (s) ağızın, saçın, üzün tükünün, geyimin, ev əşyalarının, küçələrin, şəhərin və kəndlərin, hətta ölülərin təmizliyinə belə olduqca əhəmiyyət verir və bu sahəyə bütün dünya xalqlarından daha çox riayət edirdi.
    Onun ölülərin sidrli, kafurlu su ilə, sonra da xalis su ilə yuyulmasını, səcdə yerlərinin kafurlanmasını, qəbrin dərin qazılmasını, ləhədin düzülməsində və torpaqla doldurulmasında nizam-intizama riayət olunmasını tapşırmasının səbəbi qəbirdə meyitin bədəni çürüyüb parçalandıqda, torpaq və kafurla qarışdığı zaman şəhər və digər yaşayış məntəqələrində sağlamlığa riayət olunmasıdır. Həqiqətən bu, İslamın möcüzələrindəndir.
    O həzrət daxili və zahiri təmizliyə riayət etməkdə o qədər dəqiq idi ki, Əli (ə) kimi bir məsum dünya xalqlarını o müqəddəs varlığın təmizliyindən dərs almağa səsləyir: «Ən pak və təmiz varlıq olan Peyğəmbərdən dərs al. Həqiqətən, o müqəddəs varlıqda ona tabe olmaq istəyənlər üçün (həyatın bütün sahələrində) böyük dərslər vardır».("Nəhcül-Bəlağə" xütbə:160)
    Həzrət Peyğəmbər (s) buyurur: «Həqiqətən, Allah pakdır və pakları sevir. Pakizədir, pakizələri sevir. Paklığın, təmizliyin dəyəri Allaha aid ediləcək qədər böyükdür».("Mizanül-hikmə" c.40, səh. səh.92)
    Əli (ə) buyurmuşdur: «Özünüzü su vasitəsilə digərlərini narahat edən pis iydən təmizləyin. Özünüzə qarşı məsuliyyət hiss edin. Allah-təala camaatın yanlarında oturmasından xoşları gəlməyən çirkli insana kin bəsləyir».(Həmən mənbəə)
    Rəsuli-əkrəm (s) buyurmuşdur: «Bədəninizi pak saxlayın ki, Allah da sizi paklasın. Həqiqətən, kecəni sübhə qədər pak və pakizə qalan şəxsi bir mələk müşayiət edir və gecənin hər bir saatında deyir: «Pərvərdigara! Bu bəndəni bağışla! Çünki o gecəni sübhə qədər pak olmuşdur»;(Həmən mənbəə) «Çirkin insan çox pis insandır»;(Həmən mənbəə)«Çirkin və aludə insanlar həlak oldular».(Həmən mənbəə)
    Cabir ibn Abdullahdan rəvayət olunur: «Allah elçisi (s) başı daranmamış bir şəxs gördükdə buyurdu: «Saçını darayacaq bir şey tapmadınmı?»
    Çirkin paltar geyinmiş birini gördükdə buyurdu: «Çirkli paltarını yuyacaq su tapmadınmı?».(Həmən mənbəə)
    İmam Baqir (ə) buyurmuşdur: «Evi süpürmək yoxsulluğun aradan qalxmasına səbəb olur».(Həmən mənbəə, səh.93)
    İmam Sadiq (ə) buyurmuşdur: «Qabları yumaq, evin astanasını süpürmək ruzini artırır».(Həmən mənbəə)
    Əli (ə) buyurmuşdur: «Evin zibilini arxasına yığmayın. Həqiqətən, (zibil yığılan yer) şeytanların yığınacaq yeridir».(Həmən mənbəə)
    Şeytan, «şətən» sözündən götürülmüşdür və «çirkin», «incidən», «şər» mənalarını ifadə edir.
    Bu, İslamın möcüzəsidir. Məsum şiə imamları mikrob kəşf olunmazdan əsrlər öncə şeytan ifadəsi ilə bu çirkin varlıq haqqında məlumat vermişlər.
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Süfrədən artıq qalan, yeyilməsi, istifadə olunması mümkün olmayan şeyləri gecəyə qədər evdə saxlamayın. Onu gündüz evdən çıxarın. Həqiqətən, süfrənin istifadəsi mümkün olmayan qalıqları şeytanın oturacaq yeridir»;("Mizanül-hikmə" c.10, səh.95) «Bacardığınız qədər təmizliyi qoruyun. Həqiqətən, Allah İslamın təməlini təmizlik üzərində qurmuşdur. Behiştə yalnız pak və pakizə olanlar daxil olacaq».(Həmin mənbəə)
    İmam Rza (ə) buyurmuşdur: «Təmizlik peyğəmbərlərin xüsusiyyətlərindəndir».[(Həmən mənbəə)
    Haqq elçisi (s) Aişəyə buyurur: «Bu iki libası yu. Bilmirsənmi, libas Allahı təsbih edir?! Çirkli olduqda isə, bu təsbihin arası kəsilir».(Həmin mənbəə, səh.94)
    Ailə üzvləri təmizlik mövzusuna aid bir çox Quran ayələri və çox mühüm rəvayətlərə nəzər salaraq bədənlərinin, geyimlərinin, ev əşyalarının və evin təmizliyinə əhəmiyyət verməli, bacardıqları qədər təmizliyə riayət etməlidirlər.
    Evin kişisi, ailə başçısı Quran ayələrinə əsasən, təqva məsələsində qadınına kömək etməli olduğu kimi, təmizlik işlərində də ona yardım etməlidir. Qadının evi, ev əşyalarını təmiz saxlaması əxlaqi bir vəzifədir. O, bu hərəkəti ilə Haqqın razılığını cəlb edir və ailə üzvlərinin sağlamlığını qoruyur.
    Evin xanımı bilməlidir ki, ev işləri onun üçün ibadətdir və o, Allahdan bunun mükafatını alacaqdır.
    AĞIZIN VƏ DİŞLƏRİN TƏMİZLİYİ
    Bu gün ağızın və dişlərin təmizliyi məsələsi çox mühüm və diqqətəlayiq məsələdir. Mütəxəssislər deyirlər: «Bədənin bir çox üzvlərinin sağlamlığı ağız və dişlərin təmizliyinə bağlıdır».
    Allahın insana bəxş etdiyi dişlər sağlamlığın qorunmasının başlıca amillərindən olan nemətlərdəndir. İnsan diş vasitəsilə qidanı çeynəyir. Əgər qida lazımi şəkildə çeynənilərsə, mədənin sağlamlığına, nəticədə isə insanın sağlamlığına gətirib çıxarar.
    Digərlərində nifrət oyandan məsələlərdən biri də ağızın pis iyidir ki, diş və ağızın təmizliyinə etinasızlıqdan yaranır. Dişləri və damağı məhv edən, bir çox xəstəliklərə yol açan çox təhlükəli pyorrhee xəstəliyi dişlərin və ağızın sağlamlığına etinasızlığın nəticəsidir.
    Əgər insanlar azacıq vaxt sərf edib hər yeməkdən sonra öz ağızlarını yusalar, gözəl dişlərini fırçalasalar, bir az duzlu su ilə ağızlarını yaxalasalar, həm ağız, diş və boğazlarının sağlamlığını qoruyar, həm də yenidən dişlərinin sağlamlığına qovuşmaq üçün ağır xərcə düşməkdən amanda qalarlar.
    İslam günəşi susuz, otsuz bir diyarda, əhalisi yazmaq, oxumaq bilməyən bir mühitdə doğmasına baxmayaraq, insanların sağlamlığını təmin etdi. Bu həmin dinin Allah tərəfindən göndərilməsinə tutarlı bir sübutdur.
    Din öndərlərinin ağız və dişlərin təmizliyi mövzusundakı göstərişlərinin bir hissəsinə nəzər salaq:
    Həzrət Peyğəmbər (s) buyurur: «Əgər ümmətim üçün çətin olmasaydı, hər bir namazla birgə dişlərini fırçalamağı da onlara əmr edərdim».("Mizanül-hikmə" c.4, səh.596)
    İmam Sadiq (ə) buyurur: «Dişləri fırçalamaq Peyğəmbərin əxlaqındandır».("Bihar" c.76, səh.331)
    İmam Baqir (ə) buyurur: «Əgər camaat dişləri fırçalamağın xeyrini bilsəydilər, onu (fırçanı) özləri ilə yatızdırardılar».("Mizanül-hikmə" c.4, səh.597)
    Həzrət Sadiqdən (ə) soruşurlar: «Bu camaat hamısı insandırmı?». Həzrət buyurur: «Dişlərini fırçalamayanlardan əlini üz».(Həmin mənbəə)
    Rəsulullah buyurur: «Cəbrayıl daim mənə dişlərimi fırçalamağı tapşırırdı. Belə ki, mən dişlərimi fırçalamasam, «onlardan məhrum olaram»-deyə qorxdum».(Həmin mənbəə)
    Başqa bir hədisdə buyurur: «Cəbrayıl daim mənə dişlərimi fırçalamağı tapşırırdı. Belə ki, onun vacib ediləcəyindən qorxdum».(Həmin mənbəə)
    İmam Sadiq (ə) buyurur: «Dişləri fırçalamaq on iki xüsusiyyətə malikdir. O dini bir tapşırıq olaraq dişləri paklayır, gözləri işıqlandırır, Haqqın razılığını cəlb edir, dişləri ağardır, onların çürüməsinin qarşısını alır, damağı möhkəmlədir, iştahanı açır, bəlğəmin kökünü kəsir, hafizəni gücləndirir, yaxşılıqları artırır və mələkləri sevindirir».("Bihar" c.76, səh.129)
    Bu gün mütəxəssislər dişləri necə fırçalamaq lazım olduğu haqda deyirlər: «Dişləri eninə bir neçə dəqiqə, yavaş-yavaş fırçalamaq lazımdır».
    Peyğəmbərin (s) bir rəvayəti bu günümüzə qədər gəlib çatmışdır. Deyildiyi dövrü nəzərə alsaq, bu kəlamın Rəsulullahın elmi möcüzələrindən olduğu qənaətinə gələrik: «Dişləri eninə fırçalayın. Onları uzununa fırçalamaqdan qəti çəkinin».("Mizanül-hikmə" c.76, səh.129)
    Rəsulullah dişlərini hər gecə üç dəfə fırçalayarmış: yatmazdan öncə, yatıb yenidən Quran oxumaq üçün qalxdıqda, bir də sübh namazı qılmaq üçün məscidə getməzdən öncə. O, Cəbrayılın buyruğuna əsasən, dişlərini «ərak misvakı» ilə təmizləyirdi.(Həmin mənbəə)
    YEMƏKDƏ NİZAM-İNTİZAM VƏ SAĞLAMLIQ
    Həzm orqanı, ağız, dişlər, çörəyə, suya olan ehtiyac və digər nemətlər mehriban Allahın insana bəxş etdiyi lütflərindəndir.
    Halal ruzi qazanmaq, ondan düzgün istifadə etmək, bədənin sağlamlığı və s. kimi cəmiyyətə təsir göstərən çox mühüm göstərişlər Quranda və rəvayətlərdə qeyd olunmuşdur. Onların bəzisi vacib, bəzisi əxlaqi vəzifə, digər bir hissəsi isə olduqca müstəhəbdir. Vacib buyrulanlara boyun əyməmək haram olaraq qiyamət əzabına yol açır. Müstəhəbə boyun əyməmək isə böyük ziyanlara, cismi xəstəliklərə səbəb olur.
    Quranda buyrulan ən mühüm vacib əməllər, həyatın davamı üçün qazanc əldə etmək, mənzil, geyim, qida və s. bu kimi zəruri ehtiyacları halal yolla əldə etməkdən ibarətdir:
    «Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin təmiz və halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu nemətlərə görə) Ona şükür edin»("Bəqərə" 127).
    «Ey insanlar! Yer üzündəki şeylərin təmiz və halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, Şeytan sizinlə açıq-açığına düşməndir»("Bəqərə" 168).
    «(Ey Adəm oğulları!) Yeyin, için, lakin israf etməyin. Çünki Allah israf edənləri sevməz»("Əraf" 31).
    Bu ayələrdə pakizəlikdən, halallıqdan və israfdan çəkinməkdən söhbət gedir.
    Halal ruzi qazanmaq, qidanın paklığına riayət etmək vacib, israf isə haramdır. Halala etinasızlıq, haram və nəcis maddələrlə qidalanmaq Haqqın göstərişinə zidddir. Özünə zülm etməyə və Allah əzabına səbəb olur.
    Ailə başçısı gözəl İslam təlimləri ilə tanış olmalı, onları ailəsinə ötürərək, ailə üzvlərinin tərəqqisinə yol açmalıdır.
    ÇOX YEMƏYİN ZİYANLARI
    Əli (ə) buyurur: «Çox yemək və çox yatmaq insanı məhv edərək, ziyana doğru sürükləyir»;("Mizanül-hikmə" c.1, səh.127)«Çox yeyənin sağlamlığı az, xərci isə çoxdur»;(Həmin mənbəə) «Çox yemək qeyri-təbii iştah üzündəndir. Bu bir növ eyib və bir növ xəstəlikdir».(Həmin mənbəə)
    İmam Sadiq (ə) buyurmuşdur: «Möminin qəlbi üçün çox yeməkdən daha ziyanlı bir şey yoxdur. Çox yemək iki şeyə ‒ daşürəkliliyə və şəhvətin təhrik olunmasına səbəb olur».(Həmin mənbəə)
    Allah-təala Bəni-İsrailə buyurur: «Çox yeməyin! Həqiqətən, çox yeyən çox yatar. Çox yatan az namaz qılar. Namazını azaldan isə qafillərdən sayılır».(Həmin mənbəə)
    Həzrət Peyğəmbər (s) buyurur: «Çox yeməkdən çəkinin! Həqiqətən, o, bədəni məhv edir, müxtəlif xəstəliklərə və ibadətdə süstlüyə səbəb olur»;(Həmin mənbəə)«Allah yanında dolu qarından daha pis bir şey yoxdur».(Həmin mənbəə)
    Musa ibn Cəfər (ə) buyurur: «Əgər hamı yemək məsələsində orta yolu tutarsa, onların bədənləri daim normal vəziyyətdə olar».("Vəsail" c.16, səh.406)
    Haqq elçisinin yeyib-içmək məsələləri haqqında maraqlı göstərişləri mövcuddur. Bu o həzrətin (s) tibb elminə aid möcüzələrindəndir: «Ac olduğun zaman yeməyə əl uzat, tam doymadıqda isə ondan əlini çək».("Mizanül-hikmə" c.1, səh.123)
    Tox olduğu halda qidalanmaq həzm orqanı, bədənin sağlamlığı üçün olduqca ciddi təhlükədir. Tam ac olduqda qidalanmaq, tam doymadan yeməkdən əl çəkmək insan sağlamlığı, uzunömürlülük, qıvraqlıq üçün ən başlıca amildir.
    İBRƏTAMİZ BİR DƏRS
    Böyük əmirlərdən biri mahir bir həkimi camaatı pulsuz müalicə etmək üçün Mədinəyə göndərdi. Həkim bir neçə müddət Mədinədə qaldı. Lakin ona müraciət edən çox az oldu (Bəzən heç müraciət edən olmurdu). Bu məsələ onu çox təəccübləndirdi. Peyğəmbərin (s) yanına gəlib, şikayətləndi. Həzrət buyurdu: «Bu şəhər həmişə belədir, çünki mən onlara tapşırmışam: «Tam acmayınca yeməyə əl uzatmayın. Tam doymamış əlinizi süfrədən çəkin». Həkim dedi: «Siz bu bir neçə sözdən ibarət tapşırığınızla bütün tibb və səhiyyə qanunlarını bəyan etmisiniz. Elə buna görə də, bu şəhərin əhalisi bu sadə üsulun vasitəsilə xəstələnmirlər».
    Əmirəl-möminin Əli (ə) yeməyə başlamaq haqqında çox mühüm bir göstəriş verir: «Yeməyə duzla başlayın. Əgər camaat bu işin faydasını bilsəydi, ondan təcrübə olunmuş bir dərman kimi istifadə edərdi».("Vəsail" c.16, səh.520)
    Rəsulullah (s) isti su içməyi qadağan etmişdir və «Allah öz bərəkətini hərarəti sönmüş yeməyə bəxş etmişdir»-deyə buyurmuşdur. Bundan başqa, Peyğəmbər isti yeməyi soyutmaq üçün üfürməyi də qadağan etmişdir.(Həmin mənbəə, səh.518)
    Müqəddəs İslam dinində hər hansı bir heyvanın (canlının) insanın yemək yediyini gördüyü halda ona etinasızlıq etməsi qəti şəkildə qadağan olunmuşdur.
    Nəcih deyir: «Həzrət Müctəbanı gördüm. Yemək yeyirdi və qarşısında bir it dayanmışdı. Bir tikə özü yeyir, bir tikə isə itə verirdi. Ərz etdim: «Nə üçün iti süfrə başından qovmursunuz?» İmam buyurdu: «Həqiqətən, mən yemək yeyəndə hər hansı bir canlının məni görməsinə və ona etinasızlıq göstərməyə Allahdan həya edirəm».("Nizanül-hikmə" c.1, səh.125)
    Bəli, yemək də lazımdır, yedizdirmək də. Yemək bədən üçün zəruridir. Yedizdirmək isə əxlaqi bir vəzifə kimi Haqqın lütfünə səbəb olur. Bu məsələyə etinasızlıq insafdan uzaqdır.
    İmam Müctəba (ə) buyurur: «Qidalanarkən 12 şeyə diqqət yetirmək lazımdır: neməti və onun xaliqini tanımağa, ruzi məsələsində Haqqın qədərinə razı olmağa, yeməyə «bismillah»la başlamağa, yeməkdən sonra şükür etməyə, yeməkdən öncə dəstəmaz almağa, yemək yeyərkən sol tərəfi üstə əyləşməyə, üç barmaqla yeməyə, barmaqları yalamağa, süfrədə olanlardan yeməyə, tikəni az-az götürməyə, yaxşı çeynəməyə və süfrə arxasında əyləşənlərə az baxmağa».("Vəsail" c.16, səh.539)
    İmam Rza (ə) buyurur: «Gecə az yeyin. Bu sizin kökəlməməyinizə kömək edər».("Bihar" c.62, səh.324)
    Rəsulullah buyurur: «Allah dərgahında ibadəti çox, yeyib-içməyi, yatmağı az olan şəxs Allah mələklərinin rəğbətini qazanır».("Mizanül-hikmə" c.1, səh.116)
    Digər bir hədisdə isə belə buyurur: «Yeyib-içmək, geyinmək məsələlərində bədəninizə və qarnınıza qarşı insaflı olun. Həqiqətən, bu insaf peyğəmbərliyin bir hissəsidir».(Həmin mənbəə)
    Əli (ə) buyurur: «Az yemək insanın böyüklüyü və sağlamlığın davamlılığıdır».(Həmin mənbəə)
    Digər bir hədisdə isə buyurur: «Allah-təala bəndəsinin xeyrini istədikdə, ona az danışmaq, az yemək və az yatmağı nəsib edir».(Həmin mənbəə)
    Ailədə digər diqqətəlayiq məsələlərdən biri də siqaret, qəlyan, narkotik maddələr və s. kimi insan orqanizminə köklü ziyan vuran ünsürlərdən çəkinməkdir.
    Bəzi şiə fəqihlərinin fikrincə, tüstü ifraz edən maddələr bütünlüklə haramdır. Çünki onlar tədricən sağlamlığı pozur və bəzən də ictimai və əxlaqi pozğunluqlara gətirib çıxarır.
    İslamda qadağan qoyulmuş məsələlərdən biri də müştərək daraq, qətfə və diş fırçasından istifadə etməkdir.
    Ümidvarıq ki, ailə üzvləri, xüsusilə də ailə başçıları sağlamlıqlarını qorumaq üçün belə məsələlərə əhəmiyyət verəcəklər. Bütün bunlar İslamın göstərişləri olduğu üçün onlara riayət etmək ibadət, əks təqdirdə isə günah sayılır.
    Category: İslamda ailə 1 | Views: 982 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024