İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 16 » İnsanı tanımaq
    5:51 AM
    İnsanı tanımaq
    HAQQ ALINMALIDIR, YOXSA VERİLMƏLİ?
    Əcnəbilər deyirlər ki, haqq alınmalı bir şeydir. Haqqın alınmalı və ya verilməli olması mühüm məsələlərdəndir. Yəni, sual budur ki, insanlar haqqı öz istək və razılıqları ilə sahibinə verməlidirlər, yoxsa haqq sahibi onu özü tələb edərək almalıdır? Bəzi məktəblərin fikri budur ki, haqq verilməlidir, yəni zalım aldığı haqqı öz sahibinə qaytarmalıdır. Amma əgər qaytarmasa heç nə etmək lazım deyil, çünki haqq alınmalı deyil, verilməlidir. Xristianlıq bu əsasda qurulub. Onlar deyirlər ki, biz zalıma sənin haqqını qaytarmalı olmasını deyəcəyik, sənin onunla işin olmasın. Ey haqqı tapdanmış şəxs! Biz, zalıma sənin haqqının qaytarılmasını tövsiyə edərək ondan xahiş edəcəyik. Sən heç vaxt öz haqqını almaq üçün qiyam və üsyan etməməlisən. Çünki bu insanlıq və əxlaqa yaraşmayan bir işdir. Bunların fikrincə haqq verilməlidir.
    Digər bir qrup isə haqqın yalnız alınmalı olmasını deyir. Onlar deyirlər ki, məgər kimsənin haqqını qəsb etmiş şəxsin gəlib həmin haqqı qaytarması mümkündürmü? Bu fikir sahibləri insanlıq hissləri və vicdan məsələsini inkar edirlər.
    İslam baxımından isə haqq həm alınmalı və həm də verilməlidir. Belə ki, bu məktəb baxımından haqqın əldə edilməsi üçün ikitərəfli mübarizə aparmaq lazımdır. İslam özünün təlim-tərbiyə üsuslları ilə kiminsə haqqını qəsb etmiş şəxsi haqqı qaytarmağa hazırlayır və bu işdə müəyyən qədər uğur da qazanıb. Amma bununla kifayətlənməyərək haqqı yeyilmiş şəxsə deyir ki, haqq alınmalıdır və sən öz haqqını əldə etmək üçün qiyam edərək onu geri almalısan.
    Əli (ə) özünün Malik Əştərə olan məşhur məktubunda peyğəmbərdən bir cümlə nəql edib. Əmirəl-möminin buyurub: Mən Peyğəmbər (s)-in dəfələrlə bu sözləri dediyini eşitmişəm: «Heç bir ümmət, zəifləri güclülərdən haqqını dili pəltək vurmadan (cəsarətlə) almaq mərhələsinə çatmayınca müqəddəs sayılaraq sitayiş edilməz. (Yəni yüksək məqamlara çatmaz).» Məqsəd budur ki, islam, öz haqqını tələb edə bilməyən zəifi qəbul etmir. Zəifləri öz haqlarını tələb edə bilməyən və bu qədər xar olan cəmiyyət, islam cəmiyyəti deyil.
    Bizim böyük şəxsiyyətlərimiz necə olublar? İslam Peyğəmbəri (s) necə adam olub? Peyğəmbərin xüsusiyyətlərindən biri onun ruhi və cismi güc və qüvvətə malik olmasıdır. O həzrətin ruhi və mənəvi gücünü onun həyat tarixi göstərir.
    PEYĞƏMBƏRİN (S) RUHİ VƏ CİSMİ GÜCÜ
    «Məhəmməd – yenidən tanınmalı olan peyğəmbər» adlı kitabın müəllifi rumuniyalı Konstan Virjil öz kitabında iki mətləbi çox gözəl canlandırıb. Əlbəttə bu kitabda zəif nöqtələr çoxdur və bu, onun bütün tarixi sənədlərdən lazımı dərəcədə baş çıxarmamasından irəli gəlir. Onun çox yaxşı təsvir etdiyi iki şeydən biri Peyğəmbərin (s) yaşadığı cəmiyyətdəki mövqeyidir. Peyğəmbər (s) elə bir şəraitdə yerləşmişdi ki, onun siyasi-ictimai baxımdan heç bir ümid yeri yox idi və bütün şərait ona qarşı idi. Onunla qələbə arasında bir tük qədər də olsun, bağlılıq yox idi. Amma o həzrət heç vaxt öz iradəsini əldən vermirdi. Peyğəmbərin iradəsi bütün hallarda bir zərrə belə titrəməyən dağ kimi idi. Doğrudan da Peyğəmbərin (s) həmin 23 il ərzində ruhiyyəsi çox maraqlıdır. İnsan həmin dövrün tarixini oxuyanda heyrətə gəlir. Peyğəmbərin (s) zamanında yaşamış Həssan ibni Sabitdən olan bu misrada doğrudan da çox düzgün deyilib:
    Ləhu himəmun la muntəha likibariha
    Və himmətuhus-suğra əcəllu minəddəhri.
    Yəni: Onun böyüklüyünün sonu olmayan himmətləri var; ən kiçik himməti isə zəmanədən böyükdür.
    Bundan əlavə Peyğəmbər (s) zahiri və fiziki qüdrət baxımından da qüvvəli adam olub. Onun bədəni qəhrəman və igid pəhləvan kimi olub. O, güclü və şücaətli olub. Kök və ya arıq deyil, ortabab olub. Bədəni əzələli olub. Əzələdən məqsəd budur ki, o həzrətin bədəni idmançı bədəni kimi olub. Ümumiyyətlə o həzrətin şücaəti o dərəcədə olub ki, Əli (ə) bu barədə belə buyurub: Biz, çətin vəziyyətlərdə Peyğəmbər (s)-ə pənah aparırdıq.
    Mən 1966-cı ildə ilk dəfə olaraq Məkkəyə getmişdim. Həmin vaxt Məkkədə maraqlı və təəccüblü bir yuxu gördüm. Mən yuxuda Peyğəmbəri (s) arxadan gördüm; onun çox təəccüblü bədəni var idi və elə yuxudaca Əmirəl-möminin Əli (ə)-ın həmin cümləsini xatırladım. Öz-özümə dedim ki, Əli (ə) boş yerə belə deməyib: «Biz çətin vəziyyətlərdə Peyğəmbərə (s) pənah aparırdıq.»
    Bəli, Peyğəmbər (s) şücaətli və güclü olub, həmçinin güc və şücaəti də tərifləyib. Deməli, islamda güc və qüdrət təriflənib, yəni bu din, onları insan üçün lazımı dəyər kimi qiymətləndirib.
    İndi qısa da olsa demək istəyirəm ki, güc və qüdrət islamda digər insani dəyərlərlə yanaşı dayanan bir dəyərdir və həmin dəyərlər hamısı birlikdə əl-ələ verərək islamın kamil insanını yaradırlar. Əlbəttə, bu barədə gələn söhbətlərimizdə geniş danışacağıq. Nitse bütün dəyərlər içərisində yalnız bu dəyəri görüb. Məlumdur ki, əgər ağacın bütün budaqlarını kəsərək yalnız bir budağını saxlasalar, həmin bir budaq inkişaf edər və digər budaqlar məhv olaraq aradan gedər. Nitse məktəbi ilə islam məktəbi arasındakı fərq budur ki, Nitse məktəbində insanlığın yalnız bir dəyəri var və o, güc və qüdrətdən ibarətdir. Deməli, digər dəyərlər məhv edilərək bu bir dəyərə qurban edilir. Amma islamda, qüdrət digər ali dəyərlərdən biridir. Bu dəyər, digər dəyərlərlə yanaşı gətirildikdə lazımı forma alır.
    2. QÜDRƏT MƏKTƏBİ NƏZƏRİYYƏLƏRİNİN İZAH VƏ TƏNQİDİ
    MƏHƏBBƏT MƏKTƏBİ
    «Həqiqətən, Allah [Quranda insanlara] ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara [haqqını] verməyi [kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı] buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edər. Allah sizə, bəlkə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!»
    (Nəhl-90).
    Bizim, kamil insan mövzusunda olan keçən söhbətimiz qüdrət məktəbinin nəzərləri barəsində idi. Həmin söhbətimizdə qeyd etdik ki, bu məktəb baxımından kamillik güclülük, naqislik isə acizlik və zəifliklə bərabərdir. Bu məktəbdə hətta yaxşı və pis də bu meyarlarla ölçülür. Onlar deyirlər ki, yaxşı güc, yaxşılıq isə güclülük deməkdir və həmçinin pis aciz və zəif, pislik isə zəiflik mənasındadır.
    Filosoflar adətən bu məsələni «kamillik və naqislik», kəlam alimləri isə «yaxşı və pis» əsasında izah edirlər. Bu məktəbdə isə həmin şeylərin hər ikisini, yəni kamillik və naqisliyi, yaxşı və pisi güclülük və zəiflik meyarları ilə ölçüblər. Filosoflar kamillik və naqislik, bunlar isə kamillik qüdrət, naqislik isə zəiflikdir deyirlər. Kəlam alimləri yaxşı və pis, bunlar isə yaxşılıq güclülük, pislik isə zəiflikdir deyirlər. Bu məktəbdə «haqq və batil», «ədalət və zülm» də bu meyarlarla ölçülür. Belə ki, onların fikrincə haqq güc və qüdrətdən, batil isə acizlik və zəiflikdən ayrılmazdır. Ədalət və zülm də belədir; ədalət güc və qüdrət, zülm isə zəiflikdir. Bu məktəbə əsasən, bir-biri ilə dava edən iki nəfərdən güclü olanı daha kamil və daha yaxşıdır və haqq-ədalət də onunladır. Məğlub olan şəxs isə məğlub olduğu üçün naqis, pis, batil və zalımdır; məğlub olmaq və zəiflik naqislik, pislik, haqsızlıq və zalımlıqdır.
    QÜDRƏT MƏKTƏBİNİN BİRİNCİ İRADI
    Bu məktəbdə iki səhv vardır. Səhvlərdən biri budur ki, bu məktəbdə qüdrətdən başqa bütün insani dəyərlərə göz yumulub. Qüdrətin insani dəyər, öz filosoflarımızın dili ilə desək, kamillik olmasında heç bir şübhə yoxdur. Şübhəsiz ki, kamal qüdrətlə deyil, qüdrət kamalla bərabərdir. Buna görə də bizim filosoflar vücudu vacib olan varlığın zatı barəsində onun sırf varlıq olması və sırf varlığın kamilliklə bərabərliyini isbat etdikdən sonra, kamilliklə bərabər olan hər bir şeyi dəlillə Allahın zatı üçün sabit edərək deyirlər ki, həmin kamilliklərdən biri də qüdrətdir. Elm, iradə, ixtiyar və həyat kamal olduğu kimi, qüdrət də öz-özlüyündə kamillikdir.
    Buna görə də qüdrətin insan üçün kamal olmasında şübhə etmək olmaz. Zəifliyi təbliğ edən zəiflik meylli məktəblər tamamilə səhv edirlər. Amma məsələ burasındadır ki, qüdrət Allah-taalanın zatında yeganə kamillik sifəti olmadığı kimi, insanda da təkcə kamal deyildir. Allah-taalanın zatının çoxlu kamillik sifətləri və gözəl adları vardır. Həmin kamillik sifətlərindən biri qüdrət, gözəl adlarından biri isə «Qadir»dir, yəni Allah-taalanın kamillik sifəti yalnız qüdrətdə bitmir. O, həmin sifətlərin yalnız biridir.
    İKİNCİ İRAD
    Bu məktəbin birinci səhvdən böyük olmasa da, ondan kiçik də olmayan ikinci səhvi qüdrətin özündədir. Bu məktəbdə digər kamal və dəyərlərə göz yumulmasından əlavə, qüdrət tərəfdarı olması iddiası etməsinə baxmayaraq, qüdrətin özü də yaxşı dərk edilməyib. Bu məktəb qüdrəti yalnız bir dərəcədə təsəvvür edir və onun tanıdığı həmin bir dərəcə heyvanın əzələlərində olan fiziki gücdən ibarətdir. Heyvanın bütün qüdrətləri onun əzələ gücündə tamamlanır. Yəni onun yeganə qüdrəti əzələlərindəki gücüdür və heyvanın bütün istəkləri nəfsani istəklərdir. İnsanın əhəmiyyəti bundadır ki, onda əzələ gücündən başqa, digər bir qüdrət mənbəyi də vardır. Belə ki, bizim məktəbin qüdrət məktəbi olmasını fərz etsək də belə, onun nəticəsi Nitsenin gəldiyi «insan qüdrətə tabe olmalıdır», «qüdrət əldə etməyə çalışın», «qüdrət əldə etdikdən sonra hər bir zəifin başından vurun», «nəfsinizi əzizləyin və onunla müxalifət etməyin, bacardıqca dünyanın maddi ləzzətlərindən bəhrələnin» və bu kimi digər nəticələri vermir. Xeyr! Ümumiyyətlə qüdrətin özünün nəticəsi də bunlar deyil.
    YERLİ VƏ YERSİZ QAYĞILAR
    İndi isə sizin üçün Sədinin bir şerini və Quranın bir ayəsini oxuyacağam. Sədinin şeri budur:
    Tərəhhom bər pələnge tizdəndan
    Setəmkari bovəd bər qusfəndan.
    Yəni: İti dişli pələngə rəhm etmək, qoyunlara zülm etmək deməkdir.
    Sədi bu şerdə deyir ki, bir sürü qoyunu yırtmış canavarı tutub öldürmək istəyəndə ürəyi yumşalaraq canavara yazığı gələn şəxs, digər bir mənada daşürəklilik və rəhimsizlik etdiyini başa düşməlidir. Əlbəttə bu bir məsəldir. Onun məqsədi budur ki, zalım insana rəhm etmək məzlum insanlara zülm etmək deməkdir. Adətən zəif insanlar zalımlara rəhm edirlər.
    Əvvəldə qeyd etdiyim Quran ayəsi isə zinakar kişi və arvad barəsindədir. İslamda, evli kişinin zina etməsinin cəzası daşqalaqdır. Zinakar ərli arvadın da cəzası belədir. Quran buyurur ki, zina etmiş həmin şəxsləri cəzalandırın və bir qrup mömin mütləq bu cəza mərasimində iştirak etsin. Belə yerlərdə bir də görürsən, cəmiyyətin ümumi və yüksək mənafelərini fikirləşməyən zəif ruhlu insanlar hissə qapılaraq həmin şəxslərin cəzalandırılmamalarını və ya edam edilməmələrini istəyirlər. Bir də görürsən ki, onlar «bunlara yazığınız gəlsin; bu işi görməməyiniz yaxşı olar» kimi ifadələr işlədirlər. Quran buyurur: «...Allahın dini barəsində [bu işin icrasında] ürəyiniz onlara yumşalmasın...» (Nur-2). Bəli, bura ilahi cəzalandırma yeridir; ilahi qanunlar bəşəriyyətin ümumi mənafelərini nəzərə almaq əsasında və ona uyğun şəkildə tənzim edilib, bura ürəyiyumşaqlıq yeri deyil. Belə yerdə ürəyiyumşaq və atifəli olmaq, cəmiyyətə qarşı zülm və daşürəklilikdir.
    Bu gün də bir çoxları eyni ilə həmin mətləbi təkrar edərək deyirlər ki, edam nə deməkdir? Edam qeyri-insani cəza növüdür! Cinayətin növündən asılı olmayaraq, cinayətkar edam edilməməlidir! Bu fikrə malik olan insanlar öz sözlərinin izahında deyirlər ki, cani islah edilməlidir. Əcəb ikibaşlı və müəmmalı söz danışıblar!!
    İnsanların islah edilməsinin zəruriliyində heç bir şəkk-şübhə yoxdur. Amma onlar cinayət törətməzdən əvvəl islah edilməlidirlər və onlara bu cinayətləri törətmək icazəsi verilməməlidir. Məsələ burasındadır ki, əgər cəmiyyətlərdə ya tərbiyə üsulları kifayət qədər deyil və ya nəinki islahedici amillər yoxdur, əksinə fəsad və pozğunçuluq amilləri mövcuddur və yaxud da islahedici amillər kifayət qədərdir, amma cəmiyyətlərdə həmişə mövcud olan azdırıcı ünsürlər cinayətə əl atırlar. Bunlarla necə davranmaq lazımdır? Edam cəzası ləğv edilən kimi, tərbiyə üsullarının olmaması və ya kifayət etməməsi ucbatından mövcud olan islah edilməmiş canilər və bütün şəraitlərdə cinayətkarlıq ruhuna malik olan qruplar amansız cinayətlərə əl atacaqlar. Biz bu gün «qoy cani cinayət törətsin, sonra gedib onu islah edək» mənasını verən, «cinayətkarı islah etmək lazımdır» bəhanəsi ilə mövcud canilərə yaşıl işıq yandırırıq və bizim bu işimiz onları cinayətə təşviq edir. Çünki cinayətkar öz-özlüyündə fikirləşir ki, yaşadığım cəmiyyət indiyə kimi məni islah etmək fikrinə düşməyib; uşaqlıqda atam, böyüyəndən sonra isə heç kəs mənim tərbiyəmlə məşğul olmayıb, bəs biz cinayət törədək və bizi həbsxanaya aparsınlar, bəlkə orada bizi tərbiyə və islah edələr və orada adam olaq. Deməli, islah olunmağımıza hazırlıq məqsədi ilə bir cinayət törətməyimiz lazımdır!
    Başqa birisi isə belə deyir: Oğrunun əlini kəsmək nə deməkdir?! Bu qeyri-insani bir şeydir və adamın qəlbini riqqətə gətirir!
    Dar düşüncəli adamlar bu cür sözlər danışaraq etiraz edirlər. Siz qəzetlərin «hadisələr» səhifəsinə baxsanız oğurluq nəticəsində cəmiyyətə nə qədər maddi xəsarətlər vurulmasından əlavə, nə qədər cinayətlərin törənməsi və günahsız adamların öldürülməsinin şahidi olarsınız. Əgər oğru vaxtında cəzalandırılsa və o, bilsə ki, yaxalandığı təqdirdə törətdiyi cinayətə görə dörd barmağı kəsiləcək və bu cinayətinin nişanəsi ömrünün axırına kimi onun bədənində qalacaq, heç vaxt oğurluq etməz. And içirəm ki, bir neçə oğru, bəlkə hətta bir oğru bu cür cəzalandırılsa, oğurluğun qapısı bağlanar.
    Əlli-altmış il bundan əvvəl Məkkəyə getmiş hacılar bilirlər və bəlkə də həmin vaxt həcc ziyarətinə getməyənlər də Səudiyyə Ərəbistanında oğurluğun necə geniş yayıldığını eşidiblər. O zamanlar maşın və təyyarə olmadığı üçün həcc karvanları at, dəvə və bu kimi heyvanlarla yol gedirdilər. Onlar silahlanmalarına və özləri ilə mühafiz aparmalarına baxmayaraq, həmin yolu iki min nəfərdən az adamla getməyə cürət etmirdilər. Elə bir il olmurdu ki, yolkəsənlərin həmin karvanlara hücum edərək nə qədər adam öldürmələri, onların mallarını oğurlamaları və hətta özlərindən nə qədər adam öldürülməsi barəsində xəbərlər eşidilməsin. Bu cür basqınlarda həmin oğruların ölmələri ehtimali və fərzi olduğu üçün, onlar oğurluq etməkdən çəkinmirdilər. Səudiyyə dövləti həddindən artıq pis xüsusiyyətlərə malik olmasına baxmayaraq, dünyada heç olmasa bu bir işi çox yaxşı gördü, yəni oğruların barmaqlarını kəsməyə başladı. Bəlkə də hər il yüzlərlə oğru və hacı öldürülürdü, amma bunun heç bir təsiri yox idi. Ərəbistanlı dövlət məmurları oğruları Ərəfat, Mina və ya bu kimi digər izdihamlı yerlərə, yəni bütün hacıların toplaşdıqları yerlərə gətirir və onların barmaq və ya əllərini kəsirdilər. Onlar bu işi bir neçə dəfə təkrar etdilər. Bir də gördülər ki, yolkəsənlər, azğınlıq və ya yoxsulluq ucbatından oğurluq edən digər dəstələr bu işlərindən əl çəkdilər və ümumiyyətlə oğurluq hadisələri yığışdırıldı. Bundan sonra həmin ölkədə bəzən zəvvarların çamadanı və ya başqa bir şeyi yerə düşür, amma üstündən neçə gün keçməsinə baxmayaraq heç kəs onu götürməyə və hətta ona əl vurmağa cürət etmir və axırda sahibi gəlib öz malını tapırdı. Bu vəziyyətin yaranması cəzanın vaxtında və yerində icra edilməsi nəticəsində hasil olmuşdur. Quran buyurur: «Allahın dini barəsində [bu işin icrasında] ürəyiniz onlara yumşalmasın...»
    Deməli bu növ ürəyiyumşaqlıq, rəhm və atifə qeyri-məntiqi, yəni rəhm formasında olan daşürəklilik və zülmdür. Başqa sözlə desək, bu iş birinə rəhm, digərinə isə zülmdür. Bu növ rəhm və mərhəmət nəfsani istək və şəhvətlər müqabilində müqavimət göstərmək kimi, müəyyən bir qüdrət sayılmamalıdır.
    Buna görə də həmişə qüdrətdən dəm vuraraq ondan tam bəhrələnən və öz zəif nöqtələrini gizlədən şəxsin üstün və kamil insan olmasını iddia edən qüdrət məktəbi, qüdrətin özünü belə düzgün tanıyaraq dərk etmyib və onun həqiqətini anlamayıb.
    Category: İnsanı tanımaq | Views: 921 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024