İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 10
Qonaqlar 10
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 16 » İnsanı tanımaq
    5:50 AM
    İnsanı tanımaq
    HƏDİSLƏR BAXIMINDAN HƏQİQİ QÜDRƏT
    Qüdrət insanın başqalarının köməyinə tələsməsidir. Qüdrətli ruh öz övladlarına belə buyurur: «Zalıma düşmən, məzluma arxa ol!» Əli (ə) əziz övladları imam Həsən və imam Hüseyn (ə)-a belə buyurub: «Ey mənim övladlarım! Sizin güc və qüdrətiniz həmişə məzluma köməyə, zalımla döyüşə tələssin.» Bu iş qüdrət nişanəsidir. Məsələ burasındadır ki, Nitsenin təklif etdiyi kin bəsləmək, həsəd, bədxahlıq və bu kimi xüsusiyyətlərin hamısı zəiflikdən yaranır. Həmişə başqalarından intiqam almaq istəyən, başqalarının pisliyini arzulayan və başqalarını incitmək istəyən şəxsin bu işləri, Nitsenin dediyi kimi qüdrətdən deyil, zəiflikdən yaranır. İnsan nə qədər çox güclü və qüdrətli olsa, onun başqalarına qarşı kin və həsədi az olar. Sizə imam Hüseyn (ə)-dan bir cümlə nəql edim. O həzrət buyurub: «Qüdrət, kini aradan aparır.» Bu, çox maraqlı cümlədir və çox dəqiq psixoloji mülahizələr üzərində qurulub. Bəli, qüdrət kini aradan aparır, yəni insan özündə güc və qüdrət hiss etdikdə başqalarına qarşı kin bəsləmir, əksinə zəif adam həmişə qəlbində kin saxlayır və başqalarına qarşı həsəd aparır.
    İndi isə Əli (ə)-dan qeybət barəsində bir cümlə nəql edirəm. Əli (ə)-dan soruşurlar ki, qeybət edənlər, ürəkləri həmişə onun-bunun dalınca danışmaq istəyən və başqalarının dalınca pis sözlər danışmaqdan ləzzət alanlar kimlərdir? O həzrət buyurur: Aciz, zəif və bacarıqsız insanlar! Qeybət aciz adamın son cəhdidir. Güclü və qüdrətli insan və ruhunda güclülük hiss edən şəxs qeybət etməkdən utanır və o, bu işi alçaq və zəif adamların işi hesab edir. Güclü insan başqalarının qeybətini etmək və ya eşitmək istəmir. Əli (ə) qeybətin zəifliyə əsaslandığını bildirərək deyir ki, güclü və qüdrətli insan, güclü ruh sahibi heç vaxt qeybət etmir.
    Əli (ə) hətta zinanın səbəbinin də zəiflik olmasını bəyan edib. O həzrət buyurub: «Qeyrətli şəxs heç vaxt zina etməyib.» Yəni dünyada bir damla qeyrəti olan adam heç bir qadınla zina etməz, başqalarının namusuna xəyanət əli uzatmaz, yalnız qeyrətsiz adam özündə zəiflik hiss edər. Yəni o, elə adamdır ki, birdən başqaları onun namusuna toxunsalar belə, onun tükü tərpənmir. Bəli, zina edənlər ancaq qeyrətsizlərdir, qeyrətli adam heç vaxt zina etmir.
    Nitse bu qüdrətlərin heç birini tanımır. Onun fikrincə qüdrət yalnız güc və zor, yəni silah və dəmirə malik olmaq və onları onun-bunun başına vurmaqdır. Üstün insan, böyük bir heyvan, yəni qolunun gücü çox olan şəxsdir. O, ruhun güc və qüdrətindən tamamilə xəbərsizdir və bu barədə heç nə bilmir. Deməli islamda, qüdrətin dəyər, insani kamal və kamil insan çöhrəsinin cizgilərindən olmasında heç bir şübhə yoxdur. İslam zəif insanı bəyənmir. Üsuli-kafi kitabının 5-ci cildinin 59-cu səhifəsində nəql edilmiş hədisdə deyilir: «Alahın zəif mömindən xoşu gəlmir.»
    Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, birincisi, islam, qüdrəti insan üçün yeganə dəyər hesab etmir və onunla yanaşı digər dəyərlərə də diqqət yetirilməsini vurğulayır; ikincisi, islamın qüdrət ifadəsi ilə Nitse, səfsətəçilər, Makyavel və başqalarının işlətdikləri qüdrət kəlməsi arasında fərq vardır. İslam insanda elə qüdrətləri tanıyır və onları gücləndirərək təhrik edir ki, onların nəticəsi Nitsenin dediyi nəticələrdən başqa bir şey olur. Onun nəticəsi cəmiyyətin xeyrinə olan şeylərdir.
    Nitse deyir ki, insanın ürək yanğısı onun zəifliyindəndir. Ona demək lazımdır ki, söhbət «ürəyiyanmaq zəiflikdəndir» deyil, səxavətlilik, xeyirxahlıq və faydalılıqdan gedir. Nə üçün məsələyə bu tərəfdən baxmırsan, cənab Nitse?! Həmin sözlərini bu cür de: Qüdrətli adam başqalarına xeyir yetirir, yoxsa zəif? Xeyir və fayda vermək qüdrətdəndir, yoxsa zəiflikdən? Bəli, xeyir və fayda vermək zəiflik deyil, qüdrətdəndir.
    İndi isə digər bir məktəbdən danışaq.
    MƏHƏBBƏT MƏKTƏBİ
    Daha çox Hindistanda, bir az da xristianlar arasında təbliğ edilmiş digər bir məktəb isə «məhəbbət» məktəbidir. Əlbəttə xristianlar öz məktəblərini məhəbbət məktəbi adlandırırlar, amma dediyimiz kimi, onların məhəbbət məktəbində elə yerlərə çatılıb ki, onları məhəbbət deyil, zəiflik məktəbi və zəifliyi tərifləyənlər adlandırmaq lazımdır. Amma hindistanlıların məktəblərini məhəbbət məktəbi adlandırmaq olar. Məhəbbət məktəbi nədir?
    Məhəbbət məktəbi insanın kamlliyini xalqa xidmət və onlara məhəbbət göstərməkdə görür, yəni onlar Nitse məktəbinin tam əks nöqtəsində dayanırlar. Onlar Nitse rədd edən şeylərin tam əksini deyirlər. Bu məktəbin tərəfdarları deyirlər ki, kamil insan Allah bəndələrinə xeyir verən insandır və ümumiyyətlə insanlıq xalqa xeyir verməkdən ibarətdir. İndi də əcnəbi məktəblərdə insanlıq və humanistlik deyiləndə, xalqa xidmət və məhəbbət göstərmək nəzərdə tutulur. Amma dediyimiz kimi, əcnəbilərin özləri əməldə bu sözlərə riayət etmirlər. Qəzet və jurnallar da «filan şey insanidir» və ya «insani deyildir» deyəndə, ondan başqa heç bir şeyi nəzərdə tutmurlar. Onların «filan şey insanidir» demələrinin mənası budur ki, həmin şey Allah bəndələri baxımından xeyirlidir, filan şey «insani deyil»in mənası isə onun xalqın xeyrinə olmamasıdır. Deməli, onların fikrincə, insanlıq xalqa və Allah bəndələrinə xidmətdən başqa bir şey deyildir. Bəzən bizim şairlərimizin sözlərində də bu cür mübaliğələr edilib. Məsələn, Sədi deyir:
    İbadət becoz xedməte xəlq nist
    Be təsbiho səccadevo dəlq nist.
    Yəni: İbadət təsbeh, səccadə və zahid paltarı ilə deyil, xalqa xidmətlədir.
    Əlbəttə Sədinin burda məqsədi başqa şeydir. O, bu şerində yeganə işi təsbeh çevirmək, səccadə salmaq və dərviş paltarı geyinmək olan və xeyirli işlərdən heç bir şey anlamayan sufiləri nəzərdə tutub. Sədi özü dərviş olmasına baxmayaraq, xalqa xidmətdən heç nə anlamayan dərvişlərə xitab edib. Amma mübaliğə edərək deyir: «İbadət xalqa xidmətdən başqa bir şey deyildir.»
    Bəzən də başqaları həmin mətləbi ayrı ibarətlərlə deyir, amma bunlar səhv ifadələrdir. Onlardan biri də bu ifadədir: «Şərab iç, minbəri yandır, amma mərdimazarçılıq etmə!»
    Onların fikrincə dünyada ancaq bir pislik var və o da mərdimazarçılıqdır. Həmçinin yalnız bir yaxşılıq mövcuddur və o da xalqa yaxşılıq etməkdən ibarətdir. Məhəbbət məktəbinin sözü budur ki, yeganə kamal, dəyər və yaxşılıq xalqa xeyir yetirmək və yeganə naqislik və pislik isə xalqı incitmək və mərdimazarçılıqdır.
    MƏHƏBBƏT MƏKTƏBİNİN İRADLARI
    Məhəbbət və xidmət məktəbinin də iki iradı vardır. Əlbəttə məqsədimiz məhəbbətdən yaranan xidmətdir. Xidmət və məhəbbətin insani dəyərlərdən olmasında heç bir şəkk-şübhə yoxdur, amma onlar, insani dəyərlərdən yalnız biridirlər. Qüdrət məktəbinə edilmiş iki irad bu məktəbə də aid edilib.
    İradlardan biri budur ki, məhəbbət məktəbi də təkdəyərlidir, yəni bütün dəyərləri buraxaraq bir dəyərə, yəni xidmət və məhəbbətə yapışıb. Məhəbbət, insan üçün kamillikdir; həddindən artıq feyz və bərəkət yetirmək kamaldır. Filosofların sabit etdikləri kimi, çox feyz yetirmək, səxavətlilik və bağışlamaq kamillik sifətlərindəndir və onlar, Allah-taalanın da zati sifətlərindən sayılır. Buna görə də vücudu vacib olan uca varlıq «tam feyz və bərəkət yetirən»dir. Bəs bu məsələdə heç bir şəkk-şübhə yoxdur. Məhəbbət məktəbi tərəfdarlarının səhvi budur ki, onlar, digər dəyərləri unudaraq, xalqa xidmətdən başqa heç nəyin olmaması və insanlığın yalnız bu dəyərdən ibarət olmasını vurğulayıblar. Qüdrət məktəbinin mühüm səhvi qüdrəti düzgün tanımaması, onun yalnız qol gücündən ibarət olmasını düşünməsi və ruhi qüdrətləri unutması olduğu kimi, xalqa xidmət məsələsində də çox-çox böyük bir səhvə yol veriblər və mən, həmin səhvi burada izah edəcəyəm.
    Xalqa xidmət nədir? Xalqın nəyinə xidmət etmək lazımdır? Mənim, «insanlıq yalnız xalqa xidmətdən ibarətdir» deyən şəxslərə sualım var. Siz mənə, xalqın nəyinə xidmət etmək lazım olmasını izah edin. Ola bilər ki, siz Allah bəndələrinin qarınlarına xidmət etməyin lazım olmasını bildirirsiniz, yəni deyəcəksiniz ki, Allah bəndələri acdırlar və onların qarınlarına xidmət etmək lazımdır. Ac insanların qarınlarının doyuzdurulmasını lazımı məsələlərdən olmasında şəkk-şübhə yoxdur. Allah bəndələrinin bədənlərinə də xidmət etmək lazımdır. Əgər çılpaqdırlarsa geyindirilməli, isti-soyuqdan qorunmalı, mənzillə təmin edilməli və azadlıqları yoxdursa, onlara azadlıq verilməlidir. Bəli bunların hamısı düzdür və bunlar xalqa xidmətdir. Amma burada ortaya belə bir sual çıxır ki, son nəticə nədir? Bizim Allah bəndələrinin ancaq ehtiyaclarını ödəməyimiz yaxşı və xeyirli əməldir? Əgər Allah bəndələri özləri-özlərinə xidmət etmirlərsə və özləri özlərinə düşməndirlərsə, yəni nadanlıq ucbatından elə əməllər edirlər ki, özləri özlərinin bir nömrəli düşmənidirlərsə və səadət yolu deyil, bəşəriyyətin bədbəxtliyi yolunda hərəkət edirlərsə biz, yenə də gözümüzü yumaraq «Allah bəndələrinə xidmət etmək lazımdır; bizim başqa şeylə nə işimiz var? Biz qarınları doyuzdurmalıyıq!» deməliyikmi? Bizim, «qarını doyanın hansı yolla getməsi, hansı hədəf və məqsədə qulluq etməsi və indi hansı yolda olması ilə nə işimiz var?» deməyimiz düzdürmü? Bizim yol və hədəflə işimiz olmamalıdırmı? Ancaq qarın tox olmalı və bədən örtülməlidir? Yaxud insanlara xidmət, insanlığa xidmət şərti ilə olmalıdır, yəni insani dəyərlərə xidmət edilməlidir? Bəli, məsələ elə buradadır. Allah bəndələrinə xidmət o vaxt insani dəyərə malikdir ki, o, digər insani dəyərlər istiqamətində olmuş olsun. Xalqa xidmət digər insani dəyərlər istiqamətində olmasa, bir qara pul qədər də dəyərə malik deyildir.
    EKZİSTANSİALİZM MƏKTƏBİ NƏZƏRİYYƏLƏRİNİN İZAH VƏ TƏNQİDİ
    «Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə [axirət üçün özünə nə hazırladığına] nəzər salsın. Allahdan qorxun! Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır!
    Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu [xeyirlərini başa düşməyən] kimsələrə bənzəməyin! Onlar [Allahın itaətindən çıxmış] fasiqlərdir!
    (Həşr 18-19).
    Keçən söhbətlərimizin sonunda digər bir məktəbə, daha doğrusu ən müasir məktəbə və onun kamil insan barəsindəki nəzəriyyələrinə toxunduq. Bu məktəb insanın kamillik meyarı, daha doğrusu insanın cövhəri və insani dəyərlərin ən dəyərlisini «azadlıq» hesab edərək deyir ki, insan, bu dünyada azad yaradılmış yeganə varlıqdır. Yəni heç bir icbar və zərurət onu öz təsir altına almır. Keçmiş alimlərin dili ilə desək, insan yaradılış aləmində məcbur deyil, muxtar olan varlıqdır. Bəzilərinin dili ilə isə: İnsandan başqa hər nə varsa məcburidir, yəni bir sıra səbəb və amillərin icbari təsiri altındadır, amma insan məcbur deyil və onu heç bir səbəb və icbar idarə etmir.
    EKZİSTANSİALİZM MƏKTƏBİNDƏ VÜCUDUN ƏSALƏTİ
    Bu məktəbin dediyi digər bir mətləb də budur ki, bu dünyaya azad və muxtar gəlmiş insan, digər varlıqların əksinə olaraq xüsusi təbiətə malik deyildir. Dünyada, hər bir şey xüsusi təbiət və mahiyyətlə yaradılıb. Məsələn, daş daş xüsusiyyətinə malik olaraq yaradılıb və o, daş deyil, kəssək ola bilməz, pişik pişik təbiətli, at isə at təbiətli yaradılıb. Amma insan heç bir xüsusi təbiətə malik deyil və təbiəti onun özü, özünə verir. Azad və muxtar yaradılmış insanın azadlıq və ixtiyar dairəsi onun özünə təbiət və mahiyyət verməsi həddindədir. Buna vücudun əsaləti və ya vücudun mahiyyətdən önəmliyi deyilir.
    «Vücud və ya mahiyyətin əsaləti» bizim işlətdiyimiz nisbətən qədim terminlərdəndir və onun ömründən, yəni məşhur filosof Molla Sədranın dövründən təqribən 350 il keçir. Amma filosoflar vücud və mahiyyətin əsaləti terminini təkcə bu barədə deyil, bütün şeylər barəsində işlədir və ondan vücudun əsaləti adı ilə terminalogiyaya daxil olmuş başqa bir məna nəzərdə tuturlar. Ekzistansialist məktəbinin, «insan digər varlıqlardan xüsusi və müəyyən təbiətə malik olmaması və öz təbiətini özü müəyyənləşdirməsinə görə üstündür» deyərək, vücudun əsaləti və ya vücudun mahiyyətdən önəmliyi adlandırdığı bu mətləb isə bizim fəlsəfə, xüsusilə Molla Sədra fəlsəfəsində başqa ibarətlər və çox möhkəm dəlillərlə bəyan edilib. Onlar isə bu mətləbi başqa yol və ifadələrlə sübut ediblər. İnsanın sabit təbiətə malik olmaması və onun özünün özünə təbiət verməsi də həqiqətdir.
    Bizim dini mətnlərimizdə, keçmiş ümmətlərin öz mahiyyətlərini itirmələri, indiki insanların əxlaq və xüsusiyyətləri və ya onların qiyamətdə məhşərə çəkilmələri barəsində, yəni insanların hamısının məhşərə bir cür deyil, bəzilərinin insan, bəzilərinin isə heyvan sifətində gələcəkləri barəsindəki ifadələr də bu səbəbdəndir. Hamının insan doğulması və dünyaya insani fitrətlə gəlməsinə baxmayaraq, onun həyatın gedişində öz mahiyyətini dəyişərək heyvana çerilməsi mümkün bir şeydir. Bəli, bu bir həqiqətdir. Hər halda bu məktəbin əsas nəzəriyyələrindən biri, insanın muxtar və məsuliyyətli yaradılmasıdır ki, bu öz yerində düzgün bir anlayışdır.
    Bildiyimiz kimi, müsəlmanlar arasında bir-birinə zidd iki qrup – icbar və cəbrə inanan Əşairə, eləcə də tam azadlıq və ixtiyara etiqadlı olan Mötəzilə – vardır. Şiə və Əhli-beyt məktəbi isə məsələnin bu iki əqidə arasında yerləşən orta mövqedə olduğunu deyir və nə Əşairənin icbar əqidəsini və nə də Mötəzilənin tam ixtiyar inamını qəbul edir. Ekzistansializmin tam azadlıq adlandırdığı şey Mötəzilənin dediyi mütləq ixtiyar məsələsidir. İslam baxımından icbar yoxdur, amma ixtiyar var. Bizim imamlarımız buyurublar ki, məsələn, nə bu günkü materialistlərin dediyi kimi icbardır və nə də ekzistansialistlərin dedikləri ixtiyar və azadlıq, həqiqət bu iki əqidə arasında yerləşən ixtiyar mövqeyidir. Deməli, insanın ixtiyar və azadlıq məsələsi, ona icbarın hakim olmaması və onun ixtiyarını əlindən almaması həddinə qədər düzdür. Həmçinin insanın canlı və ya cansızlığından asılı olmayaraq, bütün varlıqların əksinə olaraq sabit və dəyişməz təbiətə malik olmaması və onun, təbiətini özü formalaşdırması fikri də düzdür.
    İNSAN ASILILIĞININ NƏTİCƏLƏRİ
    Bu məktəb azadlıq barəsində başqa bir mətləb də söyləyib. Onun «insan azad və muxtar yaradılıb və hətta o, öz təbiətini özü təyin edir» sözləri fəlsəfi azadlıq mənasındadır. Amma sonra belə deyir: Azadlığa zidd olan hər bir şey insanı insanlıqdan çıxarır və onu bu nöqtədən uzaqlaşdırır.
    İnsan zatən azad yaradılıb. Bir sıra amillər, o cümlədən bağlılıq və asılılıqlar insanın azadlığını əlindən ala bilər. İnsan mahiyyətindən asılı olmayaraq, hər hansı bir şeyə bağlananda və ona təslim olanda insanlıqdan çıxır. Onlar həmin şəxsin insanlıqdan çıxmasının səbəbində deyirlər ki, hər hansı bir şeyə bağlanan insanın azadlığı əlindən çıxdığı üçün, o, insanlıqdan xaric olur. İnsan azad və sərbəst varlıqdır. Onun, özünü nəyəsə bağlaması, onun azadlıq və sərbəstliyini əlindən alır.
    İnsanın müəyyən bir şeyə bağlılığının bir neçə zəruri və qaçılmaz nəticəsi var. Birincisi, insan pul və ya bu kimi digər bir şeyə bağlandıqda həmin şey insanın fikrini özünə cəlb edir və onun diqqətini özündən uzaqlaşdırır və nəticə insanın özünü unudaraq özündən qəflət etməsi və başqalarına diqqət yetirməsi olur. Bəli, insan bir şeyə bağlanan kimi, həmin bağlılıq onun sərbəstliyini əlindən alır və onun özünü özünə unutdurur və diqqətini həmin şeyə cəlb edir. Həmin insan heç vaxt özünü yad etmir və həmişə həmin istəyinin fikrində olur. Bu, insan üçün tənəzzülə uğramaqdır; o, insanın azadlıq və agahlığını əlindən alır və insan agah varlıq olmaq əvəzinə, qafil və nadan varlığa çevrilir. O, həmin şey barəsində nə soruşsanız cavab verər, amma özündən xəbərsiz olar.
    Bağlılığın ikinci zəruri nəticəsi isə, insanın öz insani dəyərlərindən qafil olaraq məftun olduğu şeyin dəyərlərinə diqqət yetirməsidir. Pulpərəst adam üçün insani dəyərlər əhəmiyyətsiz olur və ümumiyyətlə onun özü, özünü dəyərləndirmir; şərəf, kəramət, azadlıq və bu kimi şeylər onun zehnində heç bir rol oynamır; onun üçün yeganə şey puldur. O, öz dəyərlərini deyil, pulun dəyərlərini əsas dəyər hesab edir. Onun öz qiymət və şərəfi tənəzzülə uğrayır və pulun dəyəri canlanır.
    Üçüncü xislət, bir şeyə bağlılığın əsirliklə nəticələnməsidir. özünü bir şeyə bağlayan insan, mütləq, hərəkət və təkamüldən geri qalmalıdır. Çünki belə bir insan, ağaca və ya tövlədəki mıxa bağlanmış heyvan kimi, həmin şeyə bağlanmış olur. Əgər siz, bir insan, heyvan və ya maşını ağaca bağlasanız onu hərəkətdən saxlamış olursunuz; onu donduraraq ətalətdə saxlayırsınız.
    Category: İnsanı tanımaq | Views: 1145 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024