İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 10 » İnsan və mənəviyyat
    9:58 PM
    İnsan və mənəviyyat
    Elmdən məqsəd
    Qeyd olunan rəvayətlər elmin insanlar üçün çox əhəmiyyət daşımasını bizlərə bir daha sübut edir. Lakin burada qarşıya belə bir sual çıxır. İslamın üstünlük verdiyi və Alimin bir damla mürəkkəbinin şəhid qanından üstün bildiyi elm hansı elmdən ibarətdir? Görəsən islam dininin elmə verdiyi əhəmiyyət hər bir elmə aid edilirmi?
    Bu sualın cavabı belədir ki, İslam dini bizlərə hansı elmin, yuxarıda sadaladığımız fəzilətlərə aid olduğunu və insan üçün daha çox əhəmiyyət kəsb etdiyini bəyan etmişdir. Bu barədə Peyğəmbər və imamlardan bir çox hədislər mövcuddur. Onların bir neçəsini nəzərnizə çatdırıram.
    1. قال رسول الله(ص): مَنْ جَائَهُ الْمَوْتُ وَ هُوَ يَطْلُب الْعِلْمَ لِيُحْيِى بِهِ الْإِسْلامَ كانَ بَيْنَهُ وَ بَيْنَ الْأَنْبِياءِ دَرَجَةٌ واحِدَةٌ فِى الْجَنَّةِ
    1. Həzrət Peyğəmbər(s) buyurur: "Hər kim İslamın diri qalması üçün elm öyrəndiyi zaman dünyadan gedərsə onun Cənnətdə dərəcəsi Peyğəmbərlərin dərəcəsindən bir bir pillə aşağıda olacaqdır.”(Ənfal- 2,3,4)
    Burada qeyd etmək lazımdır ki, söhbət İslamın xeyrinə olmayan və müsəlmanların dərdinə yaramayan elmdən söhbət getmir. Deməli əsl elm odur ki, müxtəlifliyindən asılı olmayaraq islamın və müsəlmanların dərdinə dəysin.
    2. قال رسول الله(ص): مَنْ خَرَجَ يَطْلُبَ بَابًا مِنَ الْعِلْمِ لِيَرِدَ بِه باطِلاً اِلى حَقٍّ وَ ضالاً الِى هُدى كانَ عَمَلُهُ لِعِبادَةِ اَرْبَعِينَ عامًا
    2. Həzrət Peyğəmbər(s) buyurur: "Hər kəs evdən çıxıb haqqı batildən ayırmaq üçün və azğın insanları hidayət etmək üçün elm öyrənməyə gedərsə onun bu əməli 40 illik (müstəhəb) ibadətdən daha fəzilətlidir.” (Münyətül-mürid-s100)
    Burada bir mətləbi xatırlamaq lazımdır ki, elm öyrənmək o demək deyil ki, insan vacib olan əməlləri tərk etsin və desin ki, mən elm öyrənirəmsə bu mənim üçün ibadətdir və daha mənə namaaz oruc lazım deyil. Bu fikir səhv bir fikirdir. İnsan elm öyrənməklə yanaşı Allahın vacib etdiyi əməlləri də mütləq yerinə yetirməlidir.
    3. Bir gün həzrət Peyğəmbər(s) məscidə daxil olarkən camaatın bir nəfərin başına toplandığını gördü. İrəli gəlib soruşdu: Bunun ətrafına toplaşmaqdan məqsədiniz nədir? Dedilər: Ya Rəsuləllah bu əllamədir(Münyətül-mürid-s101.). Həzrət buyurdu: Siz əllamə kimə deyirsiniz? Dedilər: Bu şəxs ərəblərdə bütün nəsəblərini və kimin hansı nəsəbə məxsus olduğunu bilir. Bu ərəblər arasında olan hadisələrin hamısını bilir və ərəblərin şerlərinin çoxunu əzbərləyib. Ona görə də biz onun ətrafına toplaşıb ondan ərəblər arasında olan hadisələrdən soruşuruq. O da bizim üçün həmin hadisələrdən danışır və müxtəlif şerlər oxuyur.
    قال رسول الله(ص): ذاك علم لا يضر من جهله ولا ينفع من عمله. ثم قال: انما العلم ثلاثة: 1. آية محكمة, 2. او فريضة عادلة, 3. او سنة قائمة. وما خلاهن فضل
    Həzrət Peyğəmbər(s) buyurdu: "Onun bildiyi elm elə bir elmdir ki, bir şəxs onu bilməsə ziyan çəkməz və bu elmi bilsə də onun üçün böyük bir mənfəəti olmaz. Həqiqi elmə gəldikdə isə elm üç növddür: 1.Ayətun möhkəmə. 2.Fərizətun adilə. 3.Sünnətün qaimə. Bu elmləri oxuyub öyrənən insanlara böyük fəzilətlər bəxş olunur. Bu elmlərdən əlavə öyrənilən elmlərin heç biri bu üç elmin fəlilətinə malik deyildir.”
    Yaxşı olar ki, Peyğəmbərin buyurduğu bu üç elmin barəsində qısaca məlumatı nəzərnizə çatdırım.
    Möhkəm ayələr İslam idealogiyasından ibarətdir. Yəni insan bu aləmi və onu yaradanı tanımağı, Onun insanlara kitab nazil etdiyini, Peyğəmbərlərin göndərildiyini, Peyğəmbərdən sonra insanları hidayət edən imamlar təyin etməsini və insanlar öləndən sonra bu dünyada etdiyi əməllər barədə Allah qarşısında sorğu sual olmasını öyrənib bilməlidir. Bir sözlə desək insan üsulid-dini elminə malik olmalıdır.
    Fərizətun adilə – ona deyilir ki, insan ona ziyan və xeyir verən xislətləri öyrənsin, əxlaq elminə malik olsun və müsəlmanların dərdinə dəyən hər bir elmi öyrənsin. Məsələn, riyaziyyat, fizika, tibb və bu kimi elmləri islamın və müsəlmanlara xidmət etmək üçün öyrənməlidir. Əgər bir şəxs müsəlmanların xeyrinə və dərdlərinə dərman etmək üçün tibb elmini öyrənirsə demək onun öyrəndiyi bu elm Allahın verdiyi həmin fəzilətə malikdir.
    Sünnətün qaimə - şəriət hökmlərindən ibarətdir. Yəni insan bilməlidir ki, ona halal və haram olan şeylər hansılardır.
    Ümumiyyətlə hər bir müsəlman gərək dinin qayda qanunlarını və gündəlik hökmlərini öyrənsin. Öz dininin qanunlarını və hökmlərinin bilməyən şəxslər tənqid olunmuşdur.
    4. قَالَ رَسُولُ اللهِ(ص): مَنْ لَمْ يَتَفَقَّهُ فِى الدِّينِ فَهُوَ أَرْابِى
    4. Həzrət Peyğəmbər(s) buyurur: "Halal haramını və şəri məsələlərini bilməyən şəxs ərabidir.”
    Ərabi cahillik vaxtlarında öz qızlarını diri-diri basdıran kafirlərə deyilir.
    5. قَالَ رَسُولُ اللهِ(ص): اَلْكَمَالُ كُلِّ الْكَمَالِ التَفَقَّهُ فِى الدِّينِ
    5. Həzrət Peyğəmbər(s) buyurur: "İnsanı təkamülə çatdıran amil dininin qayda-qanunlarını və hökmlərini öyrənməsidir.”
    6. Ümumiyyətlə Quranda elmə çox böyük əhəmiyyət və qiymət verilmişdir. Quranda elmin inkişafı nəticəsində kəndin şəhərə çevrilməsinə işarə olunmuşdur. Yasin surəsində Əntakiyyə şəhərinin barəsində belə nəql olunur.
    وَاضْرِبْ لَهُم مَّثَلاً أَصْحَابَ الْقَرْيَةِ إِذْ جَاءهَا الْمُرْسَلُونَ
    "(Ya Peyğəmbər!) Sən onlara kənd əhlini misal çək ki, onlara elçilər göndərdik.”(Əllamə çox bilikli şəxsə deyilir.)
    Yasin surəsinin bu ayəsində Allah-təala o məntəqənin kənd adlandırır. Çünki orada hələ elm inkişaf və vüsət tapmamışdır. Allahın elçiləri gəlib orada elmin tədrisi və dinin təbliği ilə məşğul oldular.
    Sonra Allah-təala həmin surənin 20-ci ayəsində artıq o məntəqənin adını şəhər adlandırır.
    وَجَاء مِنْ أَقْصَى الْمَدِينَةِ رَجُلٌ يَسْعَى قَالَ يَا قَوْمِ اتَّبِعُوا الْمُرْسَلِينَ
    "Şəhərin ən ucqar yerindən bir kişi gəlib dedi: Ey qövm! Elçilərə tabe olun!”
    Bu ayələrdən açıq aydın məlum olur ki, nə qədər Əntakiyyəyə peyğəmbər və alim gəlməmişdi ora kənd "qəryə” kənd adlanırdı. Lakin o kəndə peyğəmbərlər və alimlər gəldikdən sonra və onlar orada dərs deməyə və elm öyrətməyə başladıqda o kənd şəhərə çevrildi. Yəni bir məntəqədə inkişaf və mədəniyyətin olması orada məhz alimlərin və elmin olmasından asılıdır.
    Buna görə də insan mütləq elmlə məşğul olmalı və öz yaşadığı cəmiyyətdə ya alim, ya da elm öyrənən olmalıdır.
    7. قَالَ عَلِىٌّ(ع): اَلنّاسُ ثَلاثَةٌ: عَالِمٌ, مُتَعَلِّمٌ, اَوْ هَمَج
    7. Həzrət Əli(ə) buyurur: "İnsanlar üç hissədir: alimlər, elm öyrənənlər və həməclər.”(Yasin-13)
    8. قَالَ الصادق(ع): اَلنّاسُ ثَلاثَةٌ: عَالِمٌ, مُتَعَلِّمٌ, اَوْ رعاء
    8. İmam Sadiq(ə) buyurur: "İnsanlar üç hissədir: alimlər, elm öyrənənlər və rüalar.”(Həməc gecələr insanı narahat edən ağcaqanadlara deyilir. Lakin bir azacıq külək əsdikdə onları götürüb aparır)
    Qeyd olunan ayə və hədislərdən başa düşürük ki, elmin fəzilət və əhəmiyyəti çoxdur. Bir incəliyi də qeyd etmək lazımdır ki, camaata xidmət edən və ya bir iş görmək istəyən şəxs gərək alim olsun. Əgər camaata xidmət edən və bir iş görmək istəyən şəxs elmli olmazsa o camaata xidmət edə bilməz və etdiyi işlərin hamısını xarab edər. Ataların bu barədə belə bir misalı vardır. "Cahil insan qaşı düzəltmək istər, vurub gözü çıxarar.” Buna görə də cahil və elmsiz adamın zərəri xeyrindən çox olar.
    İmam Sadiqin(ə) dövründə bir nəfərin çox təqvalı və elmli olduğunu o Həzrətə danışdılır. Bu söhbətin üstündən bir müddət keçəndən sonra İmam həmin şəxslə bazarda rastlaşdı. Gördü ki, o, bazardan iki nar və iki çörək oğurladı. çörəkləri və narları götürüb apardı və iki yoxsul şəxsə payladı. İmam onu çağırıb buyurdu: Niyə belə edirsən? O soruşdu: Sən kimsən? İmam buyurdu: Mən Peyğəmbərin balası və Allahın höccətiyəm.
    Həmin şəxs dedi: Sən Allahın höccəti ola ola bilmirsən ki, Allah Quranda buyurur, bir günah edən şəxsə bir cəza və bir savab əməl edənə on savab verilər?
    مَن جَاء بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا وَمَن جَاء بِالسَّيِّئَةِ فَلاَ يُجْزَى إِلاَّ مِثْلَهَا
    Mən dörd oğurluq etdim dörd günah qazandım. Onun əvəzində oğurladığım dörd şeyi kasıblara paylamaqla 40 savab qazandım.
    İmam Sadiq(ə) buyurdu: Sən səhv düşünürsən. Sən 40 savab qazanmamısan. Əksinə olaraq 8 günah iş görmüsən. Dörd günah şeyləri oğurladığına görə, dördü isə o malların sahiblərinin icazəsi olmadan malını payladığına görə.
    Buana görə də insanın elmi olmadan bir iş görə bilməz. Yaxşı bir iş görmək istədikdə nəticədə fəsad edər.
    Yuxarıda elm barədə etdiymiz söhbətlərin nəticəsi budur ki, elmin fəziləti həddən artıq çoxdur. Lakin görəsən elm bu qədər şərafət və fəzilət ilə insanı və ya bir cəmiyyəti hər bir halda idarə və islah edə bilərmi?
    Bu sualın cavabı belədir ki, elm eynilə ağıl kimi insanı adi hallarda islah edə bilər. Məsələn məhkəmələrdə adətən böyük alimlərin iştirakı çox az müşahidə olunur. Çünki onlar alim olduqları üçün pis bir işə əl atıb cinayət etmirlər. Məlum məsələdir ki, elm insanı adi hallarda idarə edə bilir. Lakin insanın daxilində şəhvət, qəzəb, vəzifə atəşi şölələndikdə və onun nəfsani qüvvələrin coşduqda elm təklikdə onu heç cür idarə və islah edə bilməz. İnsanın idarə və islah olması üçün ona elmdən əlavə iman da lazımdır. Əgər insanın elmi olub imanı olmazsa onda insan Lenin kimi, Mirzə Məhəmməd Bab kimi və Əbdül Vəhhab kimi bir diktator olacaq. Əgər Əbdül Vəhhabın elmi olmasaydı milyonlarla insanı bədbəxt etməzdi. Leninin elmi olmasaydı bu qədər milləti qırdıra bilməzi. Əgər bunlar kimi insanların elmləri olmasaydı onlar minlərlə xəyanətkarlığa əl atıb milyonlarla günahsız insanları vəhşicəsinə qırdırmazdı. Onların daxilində dünyapərəstlik şəhvəti onların daxilində coşub tüğyan etdikdə minlərlə insanın qətlinə imza çəkmişlər. Elmləri onları idarə və islah edə bilmədi. Çünki onların imanı yox idi. Əgər onlarda iman olsaydı heç vaxt bü cür xəyanətkarlığa əl atmazdılar.
    Buna görə də hər bir halda (istər şəhvətin tüğyan etdiyi zaman istərsə də qərizələrin insan daxilində coşduğu zaman) idarə və islah olması üçün onda elmdən əlavə imanın olmasına ehtiyac duyulur. Çünki elmin özünün də idarə edilməyə ehtiyacı var və onu idarə edən yeganə amil imandır. Elmi olub imanı olmayan insanları Allah təala tənqid edərək "Cümə” surəsinin 5-ci ayəsində belə buyurur: "Onlar belində çoxlu kitab daşıyan ulağa bənzərlər.”
    Musa peyğəmbərin zamanında Bələm Baura adlı müqəddəs bir şəxs yaşayırdı. O elə bir şəxs idi ki, Allah onun dualarını qəbul edərdi. O Bəni İsrailin ən tanınmış və görkəmli alimlərindən idi. Onun elmi var idi, lakin iman onun qəlbinə daxil olmamışdı. Firon mal-dövlət vasitəsilə yavaş-yavaş onu öz tərəfinə çəkdi. O da mal-dövlət həvəsinə düşüb haqq yoldan azdı və Musa peyğəmbərdən ayrılıb Fironun yanına getdi. Allah da ona verdiyi məqamı onun əlindən aldı. Allah-təala Quranda onun barəsində belə buyurur:
    وَاتْلُ عَلَيْهِمْ نَبَأَ الَّذِيَ آتَيْنَاهُ آيَاتِنَا فَانسَلَخَ مِنْهَا فَأَتْبَعَهُ الشَّيْطَانُ فَكَانَ مِنَ الْغَاوِينَ وَلَوْ شِئْنَا لَرَفَعْنَاهُ بِهَا وَلَـكِنَّهُ أَخْلَدَ إِلَى الأَرْضِ وَاتَّبَعَ هَوَاهُ فَمَثَلُهُ كَمَثَلِ الْكَلْبِ إِن تَحْمِلْ عَلَيْهِ يَلْهَثْ أَوْ تَتْرُكْهُ يَلْهَث
    "(Ya Məhəmməd!) Onlara ayələrimizi verdiyimiz kimsənin xəbərini də söylə. O, imandan döndü. Şeytan onu özünə tabe etdi və o, haqq yoldan azanlardan oldu.
    Əgər biz istəsəydik, onu ucaldardıq. Lakin o, yerə (dünyaya) meyl edib nəfsani istəklərinə uydu. O elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini çıxarıb ləhləyər, cummasan da. (Onun üçün heç bir fərqi yoxdur.)”(Rüa qanmaz insanlara deyilir.)
    Qeyd olunan ayədən məlum olur ki, insanın elmi nə qədər çox olsa, imanı da gərək çox olsun. Çünki onun imanının zəif olması çox xətərli və zərərlidir.
    Bu bəhsdən belə nəticə alırıq ki, elm təklikdə insanı bütün hallarda islah etmək imkanına malik olmur. Çünki insanın daxilində nəfsani istəklər baş qaldırdıqda elm onu idarə və islah edə bilmir. Buna görə də insanın hər bir halda islah olması üçün onda qəlbi imanın olması lazımdır.
    QANUN
    Yuxarıda insanı hidayət edən iki amil barədə söhbət etdik. Qeyd etmək lazımdır ki, o amillər insanı daxildən idarə edir. Lakin bir sıra amillər də vardır ki, insanı kənardan idarə etmək imkanına malikdir. İnsanı kənardan idarə edən amillərdən bir qanundur. Bəzi alimlərin tədqiqatına əsasən qanun nsanın idarə və islah olunmasına səbəb olan amillərdən biridir. İndi burada axtarış aparmaq lazımdır ki, görəsən qanun insanı bütün hallarında və daxilində qərizələrin coşub tüğyan etdiyi zaman onu idarə və islah edə bilərmi? Bunu bilmək üçün bizə qanunun mahiyyəti barədə tanışlıq lazımdır.
    İsan və qanun
    Alimlər demişlər ki, insan əslində mədəni bir varlıqdır və o öz yaşayışını ictimai şəkildə başladığı gündən həmişə qanuna ehtiyacı olmuşdur. bütün cəmiyyətlərdə az da olsa belə qanun olmuşdur və bu cəmiyyətlər o qanunun təsiri altında yaşamışlar. Tarix boyu insan qanunsuz olmamışdır. İndi görək İslam dini qanuna nə kimi əhəmiyyət verir.
    Çox aydın bir məsələdir ki, İslamda da qayda-qanun vardır və İslam dini qanuna böyük əhəmiyyət verir. Fiqh kitablarına nəzər saldıqda görürük ki, onların hamısı insanlar üçün bir qanundur. Bu kitablarında insanlar üçün möhkəm qanunlar bəyan edilmişdir. Quranın özündə də fiqhi qanunlar rəsmi şəkildə bəyan olunmuş və o qanunların insanlar arasında icra olunmasına təkid olunmuşdur. Nümunə üçün qanun barədə bir neçə ayə qeyd edirik:
    1. Bəqərə surəsinin 179-cu ayəsində Allah-təala belə buyurur:
    وَلَكُمْ فِي الْقِصَاصِ حَيَاةٌ يَاْ أُولِيْ الأَلْبَابِ لَعَلَّكُمْ تَتَّقُونَ
    "Ey ağıl sahibləri, bu qisas (qisas hökmü) sizin üçün həyat deməkdir. Ola bilsin ki, bununla pis əməldən (qətldən) çəkinəsiniz.”
    Bu ayədə " qisas sizin üçün həyat deməkdir.” deyildikdə, o demək deyildir ki, yalnız qisas hökmü ilə insan nicat tapır və ya insanın həyatı onunla bağlıdır. Allah sadəcə olaraq qanunlar barədə bir misal çəkir. Yəni qanun sizin üçün belədir və qisas da qanunlardan biridir. Bu ayədən məlum olur ki, insanların ictimai yaşayışı həmişə qanunun sayəsində diri qalmış və irəliləmişdir.
    2. Allah-təala "Ənam” surəsinin 153-cü ayəsində insanlara bir sıra işləri əmr edib və bir sıra işlərdən çəkindirdikdən sonra buyurur:
    وَأَنَّ هَـذَا صِرَاطِي مُسْتَقِيمًا فَاتَّبِعُوهُ وَلاَ تَتَّبِعُواْ السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَن سَبِيلِهِ ذَلِكُمْ وَصَّاكُم بِهِ لَعَلَّكُمْ تَتَّقُونَ
    "Şübhəsiz ki, bu Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi Allahın yolundan sapdıracaq (müxtəlif) yollara (hər yerindən durana və hər özündən bir-iki kitab yazanın və ya oxuyunların sözlərinə) uymayın. Allah sizə bunları tövsiyə etdi ki, bəlkə, pis əməllərdən çəkinəsiniz.”
    Allah-təala bu ayələrdə bir sıra qanunları sadaladıqdan sonra insanlara açıq-aydın buyurur: "Bu mənim yolumdur və bu yolla gedin.” Yəni düz yol insanın qanunlarla uyğunlaşması ilə əlaqədardır. Quranın başqa ayələrində və Əhli-beyt(s)-ın bir çox hədislərində qanuna böyük əhəmiyyət verilmişdir. Biz bu ayələrdən qanunun insan üçün çox əhəmiyyət kəsb etdiyini və hər hansı bir cəmiyyətin qanuna ehtiyaclı olduğunu başa düşürük. Lakin burada qarşıya belə bir sual çıxır ki, görəsən qanun bu gözəllik və əzəmətilə insanı təklikdə və qərizələrin coşub tüğyan etdiyi zaman onu idarə və islah edə bilərmi? Cavab belədir ki, qanun da o bir amillər kimi insanı adi hallarda islah edə bilir, lakin insanın nəfsi coşub daşdıqda qanunun onu təklikdə idarə və islah etməyə gücü çatmır. Çünki qanunun bir sıra nöqsanları və çatışmamazlığı olduğu üçün insanı bütün hallarda idarə və islah edə bilmir. Buna görə də insanı qanundan əlavə hidayət etmək üçün qəlbən iman da lazımdır. İndi biz qanunun nöqsan və çatışmımızlıqlarını araşdıracağıq.
    Qanunun nöqsanları
    1.Qanun insanın mövqeyi ilə həmişə uyğunlaşmır
    Qanunun birinci nöqsan və çatışmamazlığı budur ki, qanun insanın mövqeyi və onun mənziləti ilə uyğunlaşmır. Çünki insanın Allah dərgahında malik olduğu yüksək məqamı yol vermir ki, onun həyata keçirdiyi hər bir fəaliyyət növü sonradan tərtib olunmuş müəyyən qayda-qanunlar sistemi vasitəsilə uyğunlaşdırılsın. Yəni insan qanun fövqündədir və Quran insana daha artıq qiymət və hörmət qoyur. Bunun izahı belədir ki, qanun insanı zülm və təcavüzdən qorumaq üçün müəyyən olunmuşdur. Quranda bəyan olunmuşdur ki, insan Allahın xəlifəsidir və insana çox qiymət və əzəmət verilmişdir. Əgər insan özünü yüksək məqam və mərhələlərə, bir sözlə desək özünü kamala yetirərsə onda şübhəsiz ki, ona qanun lazım olmayacaq. Çünki insanın əxlaqı, əzəməti və kamilliyi yüksək mərhələlərə çatdıqda o zülm, təcavüz və bu kimi pis işlərə əl atmaz. Belə olduqda insan üçün heç bir qanun lazım deyil.
    Sosioloqların tədqiqatına əsasən qanunun insanlar arasında çoxalmasının səbəbi məhz insanların əxlaqi cəhətdən tənəzzül və uçuruma yuvarlanmaları olmuşdur. Əgər insanlar əxlaq cəhətdən uçuruma tərəf getməsəydilər və tənəzzülə tərəf addım atmasaydılar onlar üçün qanun çoxalmazdı. Nəticə alırıq ki, insanlar arasında qanunun çoxluğu onların əxlaqi cəhətdən tənəzzülü səbəb olmuşdur. Quranda insanlar üçün müəyyən olunan qanunların səbəbi də məhz insanların tənəzzülə doğru getməyinin qarşısını olmaqdır. Məsələn, "Ənam” surəsinin 151-ci ayəsinə nəzər salaq. Allah-təala bu ayədə belə buyurur:
    وَلاَ تَقْتُلُواْ أَوْلاَدَكُم مِّنْ إمْلاَقٍ
    "Kasıblıq üzündən öz uşaqlarınızı öldürməyin.”
    Bu ayə Allahın insanlar üçün təyin etdiyi qanunlardan biridir. Bu bir daha sübut edir ki, bəzən insan əxlaq cəhətdən tənəzzülə uğradığına görə Allah onun üçün qanun təyin edir. Çünki insanlar zaman-zaman yollarını azmış, pozğunçuluğa yol vermiş, və əxlaqi nöqteyi-nəzərdən çox zəif olmuşlar. Cahiliyyət dövründə ərəblərin əxlaq cəhətdən zəif olmaları onları o dərəcəyə gətirib çıxarmışdı ki, öz övladlarını kasıblıq üzündən öldürər və ya cahillik üzündən öz qızlarını diri-diri torpağa basdırardılar. Bu kimi proseslər insanın tənəzzülünə açıq-aydın bir sübutdur. Ümumiyyətlə insan tənəzzülə doğru hərəkət edərkən onu azğınlıqdan çəkindirmək üçün qanun təyin olunur. Allah-təala yenə həmin ayədə buyurur:
    وَلاَ تَقْرَبُواْ الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ
    "Açıq və gizli pis işlərə yaxın düşməyin”(Əraf - 175, 176)
    Bu ayə bir daha sübut edir ki, bəşər övladında insaniyyət tənəzzülə uğramışdır. Əgər onlarda insaniyyət tənəzzül etməsəydi onlar üçün qanun təyin olunmazdı. Əgər insan yer üzündə Allahın xəlifəsi olsa, yəni Allahın sifətlərini özündə təcəssüm etdirərsə, bu zaman ona qanun lazım olmayacaq. Buna əsasən də Qurana qanun kitabı deməyə ixtiyarımız yoxdur. Çünki, Quran sırf qanun kitabı deyildir. Quranda insanın şəxsiyyət və mövqeyinə ehtiram olsun deyə qanun barədə az ayə nazil olmuşdur. Başqa bir ifadə ilə desək Quran insana qanun təyin etmək üçün yox, insanı hidayət etmək üçün nazil olmuşdur. Qurana nəzər saldıqda qanun barədə az ayə nazil olduğunu müşahidə edirik. Quranda təxminin 600 ayə qanun barədə nazil olmuşdur. Lakin insan əxlaqına dair 4000-dən çox ayə vardır. Əslində Quran insanın tərəqqi və inkişafı üçün nazil olmuşdur. Quranda qanun barədə ayələrin az nazil olması isə insanın hörmət və ehtiramına görədir. Əgər insanın əxlaqı gözəl olarsa, tərəqqi taparsa və cinayət törətməzsə ona qanun gərək deyildir. Çünki qanun əxlaqsızlıqların, cinayətlərin və s. qarşısını almaq üçün təyin olunur.
    Tarixlərdə yazılmışdır ki, İskəndər Zül-qərneyn şəhərlərin birinə daxil olanda gördü ki, evlərin, dükanların qapıları möhkəm bağlanılmayıb və qapılarında da qapıçı yoxdur. Yəni qapılarına açar-qıfılı vurmayıblar. Təəccüblənərək bir qoca kişidən bunun sirrini soruşdu. Qoca kişi ona dedi: Qapı və qapıçı oğru üçündür. Əksinə bu şahardə hamı bir-birinin malını qoruyur və heç kəs xəyanətkarlıq etmir. Ona görə də bizim evlərimizin qapılarına qıfıl vurmağa ehtiyac yoxdur.
    Allah-təala "Hədid” surəsinin 17-ci ayəsində buyurur:
    اعْلَمُوا أَنَّ اللَّهَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا...
    "(Ey insanlar!) Bilin ki, Allah torpağı öldürdükdən sonra yenidən ona can verir...”
    İmam Sadiq(ə) bu ayəni belə təfsir etmişdir. Bu ayə mənim övladım İmam Zaman(ə.c)-in barəsində nazil olmuşdur.
    قَالَ الصادق(ع): يملع الله الأرض قسطا و عدلا بعد ما ملئت ظلما و جورا
    Yer üzü zülm və ədalətsizliklə dolduğu zaman Allah-təala İmam Məhdini(ə.c) göndərməklə yer üzünü ədalət və haqqla dolduracaq.
    İmam Zaman(ə.c) bir zaman zühur edib ölən torpağı (yeri) dirildəcək. Yəni zülmlə dolu olan yer ölü, ədalətlə dolan yer isə diridir.
    Həzrət Əli(ə) İmam Zaman(ə.c)-in zühuru haqda haqqında belə buyurur:
    قَالَ على(ع): لَو قَدْ قامَ قَائِمُنَا لَأَنْزَلَتِ السَّمَاءُ قَطْرَهَا وَ لَأَخْرَجَتِ الْأَرْضُ نَبَاتَهَا وَ ذَهَبَتِ الشَّحْنَاءُ مِنْ قُلُوبِ الْعِبَادِ وَاصْطَلَحَتِ السَّبَاعُ وَ الْبَهائِمُ حَتَّى تُمْشِى الْمَرْأَةُ بَيْنَ الْعِراقِ اِلَى الشَّامِ لا تَضَعُ قَدَمَيْهَا إِلاّ عَلَى النَّبَاتِ وَ عَلَى رَأْسِهَا زَنْبِيهَا لا يَحْيجُها سَبْعَ وَلا تَخافُهُ
    "İmam Məhdi(ə.c) zühur edib yer üzünü ədalətlə dolduracaq. O zaman göy öz yağışını yağdıracaq və yer öz bitkilərini yetişdirəcək, insanların qəlbindən bütün çirkinliklər, kin küdurət və paxıllıqlar təmizlənəcək. Vəhşi heyvanlarla əhlilləşmiş heyvanlar bir yerdə olduqda bir-birinə təcavüz etməyəcəklər. (İmam zühur etdikdən sonra) bir qadın İraqdan Şama səfər etsə belə heç kəs hətta bir heyvan da olsa belə ona yaxın düşməyəcək.(Ənam - 151)
    Beləliklə Quran insanları hidayət etmək üçün nazil olmuşdur. Əgər hamı hidayət olarsa və cinayətkarlığa əl atmazsa, daha insana qanuna ehtiyac olmayacaq. Əlbəttə bu mətləb əxlaqi və ürfani bir mətləbdir. Yəni insana qanun lazımdır, lakin insanın qiymət və hörməti qanundan daha da üstündür. Qanunun insanı bütün hallarda idarə və islah edə bilməməsinin birinci nöqsanı onun insanı mövqeyi ilə uyğunlaşmamasıdır.
    2. Qanun xəlvətlikdə insanı hidayət etmir
    Qanun insanı bütün hallarda islah edə bilmir. Çünki qanunun bir sıra çatışmamazlıqları vardır. Mümkündür insan aşkarda qanuna riayət etsin. Lakin xəlvətdə qanun onu idarə və islah edə bilmir. Ümumiyyətlə cinayətlərin və zülmlərin çoxu xəlvətdə və gizlicə törədilir. Heç kəs açıq-aşkar insan öldürüb, oğurluq və s. günahları etmir. Belə cinayətlərin demək olar ki, hamısı gizlicə törədilir. İnsan polisin və ya nəzarətçinin qorxusundan aşkara ctnayət edə bilmir. Amam xəlvətlikdə isə insan istədiyi cinayəti törədir. Odur ki, qanun insanı yalnız aşkarda idarə və islah edə bilir. Buna görə də insanın bütün hallarda hidayət olunması üçün ona qəlbində imanın olması lazımdır. Əgər insan Allah-təalanın ona həm aşkarda, həm də gizlində nəzarət etdiyini başa düşərsə onda heç zaman günah və cinayətlərə əl atmaz. Allah təala insanın həm aşkar həm də gizlində etdiyi bütün əməllərindən xəbərdardır.
    Allah-təala "Ələq” surəsinin 14-cü ayəsində buyurur:
    أَلَمْ يَعْلَمْ بِأَنَّ اللَّهَ يَرَى
    "Məgər (insan) bilmir ki, Allah onun bütün əməllərini görür?”
    Əgər insan Allahın onun bütün əməllərindən xəbərdar olduğunu düşünsə, heç vaxt günah etməz və heç bir cinayətə əl atmaz. Belə bir əqidə sahibi olan insan hər bir halda idarə və islah oluna bilər.
    Ayətullah ustad Məzahiri buyurur ki, biz Əllamə Təba-Təbainin hüzurunda idik. Ondan bizi moizə və nəsihət etməsini xahiş etdikdə o həmin ayəni bizə oxudu. "Məgər (insan) bilmir ki, Allah onun bütün əməllərini görür?”
    Ayətullah ustad Məzahiri buyurur: Biz başqa bir yerdə olanda, Əllamə Təba-Təbainin məhzərinə getmişdik. Orada da ondan bizə moizə və nəsihət etməsini xahiş etdikdə, o bizə "Tövbə” surəsinin 105-ci ayəsini oxudu:
    وَقُلِ اعْمَلُواْ فَسَيَرَى اللّهُ عَمَلَكُمْ وَرَسُولُهُ وَالْمُؤْمِنُونَ وَسَتُرَدُّونَ إِلَى عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ
    "De "(Ey insanlar, bilin!) Allah, Onun Peyğəmbəri və möminlər (imamlar) əməllərinizi görürlər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir.”
    Ümumiyyətlə Allah, Onun Peyğəmbəri və imamlar insanın həm bütün əməllərini görürlər, həm də insanın hansı niyyətlə əməl etməsindən xəbərdardılar. Əgər Peyğəmbər və imamlar bizim əməllərimizdən xəbərdar olmasalar qiyamət günü bizim əməllərimizə necə şahid ola bilərlər? Aydın bir məsələdir ki, qiyamət günü bizim əməllərimizə şahid duran kəslər əməl və niyyətlərimizdən xəbərdar olanlardır. Allah təala bu barədə belə buyurur:
    وَكَذَلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِّتَكُونُواْ شُهَدَاء عَلَى النَّاسِ وَيَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا...
    "(Ey müsəlmanlar!) Beləliklə də, sizi orta (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər(s) də sizə şahid olsun...”(Tühəfül-üqul-s115)
    Bu ayələrdən açıq-aydın məlum olur ki, Peyğəmbər və o həzrətin bizə vəsiyyət etdiyi imamlar insanların bütün əməllərindən və niyyətlərindən xəbərdardır və qiyamət günü bütün insanların əməllərinə şahid olacaqlar.
    Buna əsasən də insan əgər Allahın, Onun peyğəmbərinin və imamların ona şahid olmasını başa düşərsə bütün günahlardan çəkinib öz qəlbini imanla doldurarsa, bu iman insanı bütün hallarda idarə və islah edə bilər. Yox əgər insanın qəlbində Allaha iman olmazsa heç bir qanun onu islah edə bilməz. İnsan gərək həm gizli həm də aşkarda günah etməkdən çəkinsin. Buna görə də insanın qəlbində imanın olması lazımdır. Rəvayət edilir ki, bir şəxs dəmirçinin yanına gəlir. O, dəmirçinin qızmar dəmiri əli ilə götürüb düzəltdiyini gördükdə təəccüblənir. Ondan bunun sirrini soruşur. Dəmirçi başına gələn əhvalatı onun üçün söyləyir: Aclıq dövrü idi. Bir gün mənim yanıma seyyidə bir qadın gəlib kasıblıq üzündən məndən kömək istədi və uşaqlarının neçə gün evdə ac olduqlarını mənə danışdı. Mən ona dedim ki, mən sənə kömək edərəm. Lakin gərək sən mənimlə zina edəsən. Qadın razılaşmayıb getdi. Bir neçə gündən sonra yenə gəlib mənə ağız açdı. Mən yenə ona mənimlə zina etməyi təklif etdim. O yenə də razı olmayıb getdi. Bu hadisənin üstündən bir neçə gün keçdikdən sonra həmin qadın əlacsız qalıb mənim yanıma gəldi və dedi: Mənim uşaqlarım az qalır ki, acından ölsün. Mən səninlə razılaşaram. Lakin bir şərtlə ki, gərək sən məni heç kəsin görmədiyi bir yerə aparasan. Mən onunla razılaşıb onu evimə apardım. Qapını bağlayıb ona yaxınlaşmaq istəyəndən gördüm ki, qorxudan qadının bütün bədəni əsir. Dedim: Niyə qorxursan? Burada ki, heç kəs bizi görmür? Qadın dedi: Bizim əməllərimizi Allah görür və bütün etdiklərimizə şahiddir.
    Qadının bu sözü mənim ürəyimdə çox dərin bir təsir qoydu və mən onunla zina etməkdən çəkinib tövbə etdim. Ona bir miqdar pul, yemək verib yola salanda o məni belə dua etdi. "Allah səni dünya və axirətin odundan qorusun.” O gündən bəri mən qızmar dəmiri əlimlə götürürəm və ondan istədiyim şeyi düzəldirəm. Dəmirin istiliyi mənim əlimi yandırmır. Belə bilirəm ki, o seyyidə qadının mənim barəmdə dua etməsi Allah dərgahında müstəcab olmuşdur.
    O qadının sözü ürəkdən çıxdığına görə dəmirçinin ürəyində də böyük təsir qoydu. orada Allaha həqiqi iman gətirdi. Dəmirçini xəlvətlikdə günahdan qoruyan qanun yox, Allaha olan imanı idi.
    Buna əsaslanaraq deyirik ki, qanunun ikinci nöqsan və çatışmamazlığı insanı xəlvətlikdə idarə və islah edə bilməməsidir.
    3. Qanun hamı üçün icra olunmur.
    Qanunun üçüncü nöqsan və çatışmamazlığı budur ki, qanun heç də bütün insanlar üçün icra edilmir. Yəni bütün insanların hamısının qanuna riayət etməməsi və qanunun bütün insanların barəsində icra olunmaması özü bir nöqsandır. Məsələn, mümkündr ki, vəzifəli bir şəxs qanunsuz bir hərəkət etdiyi zaman onun üçün qanun icra edilməsin. Çünki heç kəs ona qorxudan bir söz deməyə cürət etmir. Lakin adi camaatdan bir nəfər müqəssirdisə o saat onun üçün qanun icra edərək onu zindana salırlar. Başqa bir misal: Məsələn, varlı bir şəxsin puluna görə onun böyük-böyük cinayətlərinin üstündən keçib onun üçün qanun icra etmirlər. Lakin kasıb bir şəxsin kiçik bir xətasına görə onu günahkar hesab edərək qanun icra edirlər. Bu da qanunun üçüncü nöqsanıdır.
    Müaviyə Əbdülməliki Kufə şəhərinə vali göndərmişdi. Onun Kufədə vali olduğu zaman belə bir hadisə baş verdi. Bir kişinin borcu çox olduğundan tələbkarlar öz borclarının əvəzinə onun malını və evini əlindən almışdılar. O kişinin vəfalı bir həyat yoldaşı var idi. Ata anası ona ərindən boşanmasını dedikdə o onların sözünə qulaq asmayıb ərindən boşanmadı. Onun bu məsələsi o həddə çatmışdı ki, onları boşatmaq üçün Kufə valisi Əbdülməlikin yanına gətirdilər. O isə arvadın gözəlliyinə heyran olub ona vuruldu. Qadının ərinə onu boşamasını əmr etdi. Lakin kişi və onun həyat yoldaşı razı olmayıb Müaviyəyə şikayət etmək üçün Şam şəhərinə yollandılar. Onlar öz şikayətlərini Müaviyəyə bildirdilər. O kişinin həyat yoldaşı çox gözəl qadın olduğundan Müaviyənin də gözü ona düşdü. O, qadına dedi: Sən gərək ərindən boşanıb mənim arvadım olasan. Qadın Müaviyənin üzünə baxıb dedi: Mən öz ərimin bir tükünü belə sənin var-dövlətinə dəyişmərəm. Sonra kişi Müaviyəyə baxdı, əllərini göyə qaldırıb Allaha belə dua etdi: "İlahi, mən Kufə valisindən gəlib xəlifəyə şikayət etdim. Lakin xəlifə də mənimlə belə rəftar etdi. İndi mən öz şikayətimi kimə bildirim?
    Müaviyənin gördüyü bu işi vəzifə cəhətdən kiçik olan bir şəxs etsəydi, onu tutub cəzalandırardılar. Lakin camaatın çoxu Müaviyədən qorxduğu üçün onun bu hərəkətinə görə heç kəs bir söz deməyə cürət etmirdi. Əgər Müaviyənin Allaha imanı olsaydı və Allahı öz başı üzərində ona nəzarət edən bilsəydi heç vaxt bu kimi cinayətlərə əl atmazdı. Müaviyənin imanı olmadığı üçün heç bir qanun və günah tanımaq istəmirdi.
    Vəzifəli bir şəxs günah bir iş gördükdə və ya qanun pozuntusuna əl atdıqda heç kəs ona qorxudan bir söz deyə bilmir. Lakin adi camaatdan bir şəxs kiçik bir qanun pozuntusuna əl atdıqda tutub onun üçün qanun icra edərək onu azadlıqdan məhrum edirlər.
    Ümumiyyətlə gərək insan harada olursa olsun, istər vəzifə başında, istərsə də adi halda gərək Allahın buyurduğu "Məgər (insan) bilmir ki, Allah onun bütün əməllərini görür?” xatirində olsun və bu ayəyə əməl edərək öz qəlbini imanla doldursun. Belə olduqda bu iman insanı bütün hallarda yəni insanın daxilində qərizələrin coşub daşdığı vaxtda belə onu idarə və islah edə bilər.
    Buna əsasən təkcə qanun insanı idarə və islah etmək qüdrətində deyil. Əgər insanın qəlbində iman olmazsa qanun onu qərizələrin və ya vəzifəpərəstlik şəhvətinin insanın daxilində coşub daşdığı vaxt idarə və islah edə bilməz.
    4. Qanun qəzəbli insanı idarə və islah edə bilmr
    Qanunun dördüncü nöqsan və çatışmamazlığı da budur ki, insan qəzəblənərkən qanun onu idarə və islah edə bilmir. Nümunə üçün Qurani-Kərimdən bir ayə qeyd edirəm.
    Allah-təala "Məaric” surəsinin 1-ci ayəsində buyurur:
    سَأَلَ سَائِلٌ بِعَذَابٍ وَاقِعٍ
    "Bir nəfər vaqe olacaq əzab istədi.”
    Təfsir alimləri bu ayənin nazil olması barədə öz təfsir kitablarında Peyğəmbər(s) və imamlardan(ə) bir sıra hədis və rəvayətlər nəql etmişlər. O cümlədən bu ayənin barəsində belə bir rəvayəti nəql etmişlər. Qədir-xum hadisəsində həzrət Peyğəmbər(s) Əlinin(ə) əlindən tutub yuxarı qaldıraraq onu bütün müsəlmanlara imam təyin etdi. Nəzr ibn Haris İmam Əlinin(ə) müxaliflərindən biri idi. O qəzəbli və inadkar halda Peyğəmbərin(s) hüzuruna gəlib dedi: Ya Rəsuləllah, sən bizə namaz qılmağı əmr etdin, biz də qıldıq. Cihad elan etdin, cihad etdik. Oruc tutmağı əmr etdin, oruc da tutduq və s. İndi isə Əlini bizə imam təyin etməyin Allahın əmrilədir yoxsa sən özün belə istəyirsənn?
    Peyğəmbər(s) buyurdu: Əlbəttə ki, Əli(ə) Allah tərəfindən insanlara imam seçilir.
    Nəzr ibn Haris əllərini yuxarı qaldırıb Ənfal surəsinin 32-ci ayəsini oxudu.
    اللَّهُمَّ إِن كَانَ هَـذَا هُوَ الْحَقَّ مِنْ عِندِكَ فَأَمْطِرْ عَلَيْنَا حِجَارَةً مِّنَ السَّمَاء أَوِ ائْتِنَا بِعَذَابٍ أَلِيمٍ
    "Ey Allah! Əgər (Peyğəmbərin bu sözü) haqqdırsa, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli əzab göndər!”
    Bu ayə müşriklərin barəsində nazil olmuşdur. Müşriklər də İslamın haqq olmasına şəkk edib belə demişlər.
    Nəzr bu duanı edən kimi, Allah təala bir quşun vasitəsilə onun başına xırda bir daş saldı. Daş onun başından girib dəvəsinin qarnının altından çıxdı və dəvəsi də özü də öldü.
    Təfsir alimlərinin tədqiqatına əsasən Nəzr əzaba düçar olandan sonra Allah-təala "Məaric” surəsinin 1-ci ayəsini nazil etdi. "Bir nəfər vaqe olacaq əzab istədi.”
    Mərhum Əllamə Əmini "Əl-ğədir” kitabında bu rəvayəti qeyd etdikdən sonra bunu təsdiq edən 30 nəfər sünni alimlərinin adlarını qeyd etmişdir.
    Həm Quran ayələrindən, həm də Əllamə Əmininin qeyd etdiyi bu rəvayətdən məlum olur ki, insan qəzəbli olan halda qanun onu idarə və islah edə bilmir. Buna görə də insana gizli və aşkarda hidayət olunması üçün qanundan əlavə iman da lazımdır.
    Category: İnsan və mənəviyyat | Views: 1104 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024