YAXŞILIQLARA DƏVƏT VƏ PİSLİKLƏRDƏN ÇƏKİNDİRMƏ
(Əmr be-məruf və nəhy əz-münkər)
İnsanı idarə və islah edən amillərdən dördüncüsü cəmiyyətdə insanların bir-birini pis işlərdən çəkindirib yaxşı işlərə dəvət etməsindən ibarətdir. Bu əməl insanlara təkid olunmuş əməllərdən biridir. Buna görə də insan bacardığı qədər buna riayət etsin və bu əməldən boyun qaçırmasın. Allah-təala Qurani-Kərimdə bu əməli əmr be-məruf və nəhy əz-münkər adlandırır.
Əgər bir cəmiyyətdə insanlar arasında əmr be-məruf və nəhy əz-münkər olarsa, yəni insanlar bir-birini pis işlərdən çəkindirib, yaxşı işlərə dəvət edərsə o cəmiyyət idarə və islah ola bilər və heç bir çətinliklərlə qarşılaşmaz.
İslam dini əmr be-məruf və nəhy əz-münkərə çox böyük əhəmiyyət verir və bu əməldən boyun qaçıranları tənqid edir. Allah-təala Quranın müxtəlif ayələrində əmr be-məruf və nəhy əz-münkəri insanlara təkid və tövsiyə edir. Onlardan bir neçəsini nümunə üçün qeyd edirəm.
1. Allah-təala "Tövbə” surəsinin 71-ci ayəsində möminlərin xüsusiyyətləri barədə belə buyurur:
وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍ يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ...
"Mömin kişi və qadınlar bir-birinin tərəfdarı və dostudurlar. Yaxşılığa əmr edib, pisliklərdən çəkindirərlər.
2. Ali-İmran surəsinin 110-cu ayəsində belə buyurur:
كُنتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَتُؤْمِنُونَ بِاللّهِ...
"(Ey müsəlmanlar!) Siz insanlar üçün zahirə çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis işlərdən çəkindirir və Allaha inanırsınız.”
3. Allah-təala "Əsr” surəsində belə buyurur:
وَالْعَصْرِ إِنَّ الْإِنسَانَ لَفِي خُسْرٍ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ
"And olsun əsrə ki, insan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!)”
Bu qəbildən olan bir çox ayələr bu əməlin cəmiyyətdə çox böyük rol oynadığını və insanlara təkid olmasını vurğulayır.
4. Allah-təala yaxşılıqlara dəvət və pisliklərdən çəkindirməyi insanlara təkid edərək Ali-İmran surəsinin 104-cü ayəsində belə buyurur:
وَلْتَكُن مِّنكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ
"(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri çəkindirən bir camaat olsun. Bunlar (bu camaat) həqiqətən nicat tapmış şəxslərdir!”
5. Həzrət Loğman hikmət sahibi olduğu üçün Allah-təala onun adına Quranda bir surə nazil etmişdir. Bu surədə onun öz oğluna etdiyi nəsihətlərdən biri elə bu barədədir:
يَا بُنَيَّ أَقِمِ الصَّلَاةَ وَأْمُرْ بِالْمَعْرُوفِ وَانْهَ عَنِ الْمُنكَرِ وَاصْبِرْ عَلَى مَا أَصَابَكَ إِنَّ ذَلِكَ مِنْ عَزْمِ الْأُمُورِ
"Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işlərdən çəkindir. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu, (dediklərim) vacib əməllərdəndir!”(Asarussadiqin c.15. s.449)
Biz bu ayələrdən əmr be-məruf və nəhy əz-münkərin çox böyük əhəmiyyət daşıdığını başa düşürük.
Peyğəmbər(s) və İmamlar(ə) da öz hədislərində əmr be-məruf və nəhy əz-münkərin insanlar üçün ən mühüm hökmlərdən olduğunu vurğulamış və onu insanlara təkidlə tövsiyə etmişlər. Çünki bu əməlin hər bir cəmiyyətə xeyri vardır. Əgər bir cəmiyyətdə camaat bir-birini yaxşı işlərə dəvət etməyib, pis işlərdən çəkindirməzsə o cəmiyyət idarə və islah ola bilməz və o cəmiyyətin aqibəti fəlakət və həlakətlə nəticələnər. O hədislərdən bir neçəsini nəzərnizə çatdırıram:
1.عَنْ اَبى جَعْفَرٍ(ع): اَلْأَمْرَ بِاالْمَعْرُوفِ وَالنَّهْىُ عَنِ الْمُنْكَرِ خُلْقَانِ مِنْ خُلْقِ اللهِ عَزَّوَجَلَّ فَمَنْ نَصَرَهُمَا أَعَزَّهُ اللهُ وَ مَنْ خَذَلَهُمَا خَذَلَهُ اللهُ
1. İmam Baqir(ə) buyurur: "Əmr be-məruf və nəhy əz-münkər Allahın xislətlərindəndir. Hər kəs bu əməlləri uca tutarsa Allah da onu ucaldar. Hər kəs onları alçaldarsa Allah o şəxsi alçaldar.”(Loğman - 17)
2.قَال رَسُول الله(ص): مَنْ أَمَرَ بِاالْمَعْرُوفِِ وَنَهى عَنِ الْمُنْكَرِ فَهُوَ خَلِيفَةُ اللهِ فِى الْأَرْضِ وَ خَلِيفَةُ الرَّسُولِهِ
2. Həzrət Peyğəmbər(s) buyurur: "Əmr be-məruf və nəhy əz-münkər edən şəxslər yer üzündə Allahın və Onun rəsulunun xəlifələridir.(Mizanul-hikmə-c6-s256)
Biz keçən bəhslərdə qeyd etdik ki, Allahın xislətlərini özlərində təcəssüm edən və o xislətləri özlərində daşıyan şəxslər Allahın yer üzündə xəlifələridir. Əmr be-məruf və nəhy əz-münkər də Allahın xislətlərindəndir. Bu xislətə malik olan şəxslər Allahın və Peyğəmbərin(s) yer üzündə xəlifəsi hesab olunur.
Əmr be-məruf və nəhy əz-münkərin insanlara təkid və tövsiyə olunmasının əsas səbəblərindən biri də budur ki, əgər bir cəmiyyətdə bu əməl tərk olunsa demək şəriət tərk olunmuşdur.
3.قَالَ عَلِىُّ(ع): قوام الشريعة اَلْأَمْرَ بِاالْمَعْرُوفِ وَالنَّهْىُ عَنِ الْمُنْكَرِ وَ اِقَامَةُ الْحُدُودِ
3. Həzrət Əli(ə) buyurur: "Şəriət hökmləri əmr be-məruf, nəhy əz-münkər və ilahi həddlərin icrası vasitəsi ilə diri qalır.” (Mizanul-hikmə-c6-s255)
4.قَال رَسُولُ الله(ص): جَائَنِى جِبْرِئيلُ فَقَالَ لِى: يَا اَحْمَدُ اَلْإِسْلاَمُ عَشَرَةَ اَسْهَمٍ... اَلسَّابِعَةُ: اَلْأَمْرَ بِالْمَعْرُوفِ وَ هُوَ الْوَفَاءُ. اَلثَّامِنَةُ: اَلنَّهْىُ عَنِ الْمُنْكَرِ وَ هُوَ الْحُجَّةُ
4. Həzrət Peyğəmbər(s) buyurur: Cəbrail(ə) mənə nazil olub buyurdu: "Ya Əhməd! İslam dini on hissədən ibarətdir:...
Yeddincisi yaxşı işlərə dəvət etməkdən ibarətdir ki, dini hökmlərə vəfalı olmaq deməkdir. (Yəni insan Allahla əhd bağlayıb, Onun qayda-qanununa əməl edərək insanları yaxşı işlərə dəvət etsin. Əgər insan əmr be-məruf edərsə demək Allahla bağladığı əhd-peymanına vəfa etmiş olar.)
Səkkizinci insanları pis işlərdən çəkindirməkdən ibarətdir ki, bu da höccəti tamamlamaq deməkdir. (Yəni yoldan çıxmış bir insanı düz yola gətirməyə və ona pis işlərin ziyanını başa salmağa höccəti tamamlamaq deyilir.)(Mizanul-hikmə-c6-s255)
Bu hədislərdən belə nəticə alırıq ki, əgər cəmiyyətdə insanlar bir-birlərini pis işlərdən çəkindirib, yaxşı işlərə dəvət etsələr və höccəti tamamlasalar o cəmiyyət hidayət olaraq düz yolu tapmış olar.
5.قَالَ عَلِىُّ(ع): مَنْ اَمَرَ بِالْمَعْرُوفِ شَدَّ ظُهُورِ الْمُؤْمِنِينَ
5. Həzrət Əli(ə) buyurur: "Əmr be-məruf edən şəxslər möminlərin dayağıdır.(Mizanul-hikmə-c6-s255)
6.قَال رَسُول الله(ص): إِنَّ اللهَ لَيَبْغَضُ الْمُؤْمِنَ الضَّعِيفَ الَّذِى لا دِينَ لَهُ. فَقِيلَ: وَما الْمُؤْمِنُ الضَّعِيفَ اَلَّذِى لا دِينَ لَه؟ قَالَ: اَلَّذِى لا يَنْهَى عَنِ الْمُنْكَر
6. Həzrət Peyğəmbər(s) buyurur: "Allah dini olmayan zəif möminə qəzəblənər. Soruşdular: Ya Rəsuləllah, dini olmayan zəif mömin kimdir? Buyurdu: Nəhy əz-münkər etməyən şəxs.”(Nəhcül bəlağə 31-ci hikmət)
7.عَنْ أَبِى بَصِير قَالَ: سَئَلْتُ اَبِى عَبْدِاللهِ "عَنْ قَوْلِ اللهِ عَزَّوَجَلَّ قوا أَنْفُسَكُمْ وَ أَهْلِيكُمْ نَارًا..." قُلْتُ هَذِهِ نَفْسِى أَقِيهَا فَكَيْفَ أَقَى أَهْلِى؟
قَالَ: تَأْمُرُهُمْ بِمَا أَمَرَاللهُ بِهِ وَ تَنْهَاهُمْ عَمَّا نَهَاهُمُ اللهُ عَنْهُ فَإِ أَطاعُوكَ كُنْتَ وَقِيتَهُمْ وَ إِنْ عَصُوكَ فَكُنْتَ قَدْ قَضَيْتَ ما عَلَيْكَ
7. Əbu Bəsir deyir: İmam Sadiq(ə)-dan Allahın buyurduğu "Özünüzü və ailənizi Cəhənnəm odundan qoruyun.” ayə barədə soruşdum: Ey Allahın höccəti mən özümü günahlardan və Cəhənnəm odundan qoruya bilirəm. Öz ailəmi necə Cəhənnəm odundan qoruyum? İmam Sadiq(ə) buyurdu: "Sən Allahın əmr etdiyi şeyləri onlara əmr et və Allahın çəkindirdiyi şeylərdən onları çəkindir. Əgər onlar sənin sözlərinə əməl etsələr sən onları Cəhənnəm odundan qorumuş olarsan. Yox əgər əməl etməsələr onda sən boynunda olan vəzifəni yerinə yetirmiş olarsan.”(Mizanul-hikmə-c6-s256)
Bu hədislərdən bir daha sübut olunur ki, əmr be-məruf və nəhy əz-münkər insanlar üçün çox mühüm və əhəmiyyətli bir əməldir.
عَنْ أَبِى جَعْفَرٍ(ع) قَالَ: إِنَّ الْأََمْرَ بِاالْمَعْرُوفِ وَالنَّهْىَ عَنِ الْمُنْكَرِ سَبِيلُ الْأَنْبِيَاءِ وَ مِنْهَاجُ الصُّلَحَاءِ فَرِيَضَتُهُ عَظِيمَةٌ بِهَا تُقامُ الْفَرائِضُ وَ تَأْمِنُ الْمَذاهِبُ وَ تَحِلُّ الْمَكاسِبُ وَ تَرُدُّ الْمَظالِمُ وَ تَعْمُرُ الْأَرْضَ وَ يَنْتَصِفُ مِنَ الأَعْداءِ وَ يَسْتَقِيمُ الأَمْر
8. İmam Baqir(ə) buyurur: "Əmr be-məruf və nəhy əz münkər peyğəmbərlərin və saleh insanların yollarıdır. Bu elə böyük vacibdir ki, bütün vacib əməllər bunun vasitəsilə yerinə yetirilir və məzhəblər bunun vasitəsilə amanda qalır. Bütün alver və qazanclar əmr be-məruf və nəhy əz münkərin vasitəsilə halal olur, zülmlər bunun vasitəsilə insanlardan uzaqlaşır, yer üzü bununla abad olur, düşmənlərə bunun vasitəsilə insaf olunur və bütün işlər bunun vasitəsi düzəlir.”(Mizanul-hikmə-c6-s256)
Bu hədislərdən əmr be-məruf və nəhy əz-münkərin necə əhəmiyyətli və vacib bir əməl olduğu məlum olur.
Burada bir mətləbi qeyd etmək lazımdır. Bəziləri öz canlarının qorxusundan əmr be-məruf və nəhy əz-münkər etməkdən çəkinirlər. Elə bilirlər ki, əmr be-məruf və nəhy əz-münkər etsələr onlara ziyanı olar və ya ruziləri azalar. Bu səhv bir fikirdir. Əmr be-məruf və nəhy əz-münkər etdən şəxsə heç bir maddi və mənəvi ziyan gəlməz. Əksinə əmr be-məruf və nəhy əz-münkər edən şəxsin savabı Allah yanında çoxalır.
9.قَالَ عَلِىُّ(ع): إِنَّ الْأََمْرَ بِاالْمَعْرُوفِ وَالنَّهْىَ عَنِ الْمُنْكَرِ لا يُقَرِّبَانِ مِنْ أَجَلٍ وَ لا يُنَقِّصانِ مِنْ رِزْقٍ وَ لكِنْ يُضَاعِفَانِ الثَّواب وَ يُعَظِّما الْأَجْرَ...
9. Həzrət Əli(ə) buyurur: Əmr be-məruf və nəhy əz-münkər etmək bir an da olsa belə insanın ömrünü və ruzisini azaltmaz. Bəlkə bu əməl savabı və mükafatı çoxaldar.(Mizanul-hikmə-c6-s256)
Ümumiyyətlə heç kəs fikirləşməməlidir ki, əgər əmr be-məruf və nəhy əz münkər etsə onun ömrü və ya ruzisi azalar və ya bundan ona zərər gələ bilər. Bu və ya bu kimi fikirlər şeytanın vəsvəsəsidir. Şeytan belə vəsvəsələrlə insanı bu əməldən çəkindirmək və Allahın əmrlərindən çıxarıb uçuruma tərəf yönəltmək istəyir.
10.قَالَ عَلِىُّ(ع): اَلْأَمْرَ بِاالْمَعْرُوفِ وَالنَّهْىُ عَنِ الْمُنْكَرِ لَخُلْقَانِ مِنْ خُلْقِ اللهِ تَعَالى, وَ إِنَّهَا لا يُقَرِّبَانِ مِنْ أَجَلٍ وَ لا يُنَقِّصَانِ مِنْ رِزْقٍ
10. Əmr be-məruf və nəhy əz-münkər Allahın xislətlərindəndir. Bu əməl insanın əcəlini yaxınlaşdırmaz və ruzisini azaltmaz.(Mizanul-hikmə-c6-s262)
Buna əsasən də əmr be-məruf və nəhy əz-münkər edən şəxs Allahın onun üçün müəyyən etdiyi şəri vəzifəsini yerinə yetirmiş olur.
Əmr be-məruf və nəhy əz-münkər etməməyin ziyanları
Əgər insanlar bir-birini yaxşı işlərə dəvət edib pis işlərdən çəkindirməsə bunun axırı çox pis nəticə ilə qutaracaq. Bu barədə də Peyğəmbər(s) və imamlardan(ə) bir çox hədislər mövcuddur.
1.قَال رَسُولُ الله(ص): اِذا لَمْ يَأْمُرُوا بِمَعْرُوفٍ وَ لَمْ يَنْهَوا عَنْ مُنْكَرٍ وَ لَمْ يَتَّبِعُوا الْأَخْيَارُ مِنْ أَهْلِ بَيْتِى, سَلَّطَ اللهُ عَلَيْهِم شِرَارَهُمْ فَيَدْعُوا عِنْدَ ذَالِكَ خِيَارَهُمْ فَلا يُسْتَجَابُ لَهُمْ
1. Həzrət Peyğəmbər(s) buyurur: "Əgər (bir cəmiyyətdə) insanlar bir-birlərini yaxşı işlərə dəvət etməyib, pis işlərdən çəkindirməsələr və mənim əhli-beytimə itaət etməsələr, Allah ən pis və şərr insanları onlara hakim edər. Belə olduqda o cəmiyyətin möminləri dua etsələr belə Allah onların dualarını qəbul etməz.”(Mizanül-hikmə –c.6, s.263)
مِنْ وَصَايَا أَمِيرِالْمُؤْمِنِين(ع) لِلْحَسَنَيْنِ(ع) عِنْدَالشَّهَادَةِ: لا تَتْرَكُوا الْأَمْرَ بِاالْمَعْرُوفِ وَالنَّهْىَ عَنِ الْمُنْكَرِ فَيُوَلَّى عَلَيْكُمْ شِرارَكُمْ ثُمَّ تَدْعُونَ فَلا يُسْتَجَابُ لَكُمْ
2. İmam Əli(ə) şəhid olarkən ömrünün son anlarında İmam Həsən(ə) və İmam Hüseynə(ə) bu barədə belə vəsiyyət etdi: "Əmr be-məruf və nəhy əz-münkər etməyi tərk etməyin. Əks halda Allah sizə ən pis və şərr insanları hakim edər. Belə olduqda dua etsəniz belə Allah dualarınızı qəbul etməz.”(Mizanul-hikmə-c6-s264)
İnsanlar bir-birlərini pis işlərdən çəkindirib, yaxşı işlərə dəvət etməlidirlər. Əgər bir cəmiyyətdə insanlar pis iş görənlərə qarşı etirazını bildirməsələr, Allah-təala onrarın hamısına bəla nazil edər. Hədislərdə buyurulmuşdur ki, əgər insanlardan bir qrupu günah iş gördükdə başqaları onların bu əməlləri qarşısında sakit qalıb susmasına görə Allah onların hamısına bəla göndərər.
1.قَالَ عَلِىُّ(ع): أَيُّهَاالنَّاسُ أَنَّ اللهَ لا يُعَذِّبُ الْعَامَّةَ بِذَنْبِ الْخَاصَّةِ إِذا عَمِلَتِ الْخَاصَّةُ بِِالْمُنْكَرِ سِرًّا مِنْ غَيْرِ أَنْ تَعْلَمَ الْعَامَّةُ فَإِذَا عَمِلَتِ الْخَاصَّةُ الْمُنْكَرَ جَهَارًا فَلَمْ يُغَيِّر ذَالِكَ الْعَامَّةُ اسْتَوْجَبَ الْفَرِقانِ الْعُقُوبَةُ مِِنَ اللهِ
1.Həzrət Əli(ə) buyurur: "Ey insanlar! Kimlərsə camaatdan xəbərsiz günah edərsə Allah-təala buna görə bütün insanları cəzalandırmaz. Lakin onlar camaatın gözü qarşısında günah edərsə və camaat da onları bu işdən çəkindirməzsə onda bütün insanlar (günah edənlər də, günah etməyənlər də) Allahın əzabına düçar olarlar.(Mizanul-hikmə-c6-s264)
قَال رَسُولُ الله(ص): إِنَّ اللهَ لا يُعَذِّبُ الْعَامَّةَ بِعَمَلِ الْخَاصَّةِ حَتَّى تَكُن الْعَامَّةُ تَسْتَطِيعُ تُغَيِّرَ عَلَى الْخَاصَّةِ فَإِذَا وَ لَمْ تُغَيِّرُ الْعَامَّة عَلَى الْخَاصَّةِ عَذَّبَ اللهُ الْعَامَّةَ وَ الْخَاصَّةَ
2. Həzrət Peyğəmbər(s) buyurur: "Allah-təala kimlərinsə günahına görə bütün insanları cəzalandırmaz. Lakin camaatın onları günahdan çəkindirməyə imkanı olduğu halda çəkindirməsə, onda Allah bütün insanları (günah edənləri də, günah etməyənləri də) əzaba düçar edər.”(Mizanul-hikmə-c6-s 268)
Tarixi rəvyətlərə nəzər salanda şahid oluruq ki, Şüeyb peyğəmbərin yüz min nəfərlik qövmü var idi. O yüz min qövmün 40 mini nəfəri günahkar, 60 min nəfəri isə ibadət edən idi. Lakin ibadət edənlər günahkarları günahdan çəkindirmirdilər. Allah təala mələklərə onların hamısını məhv etmək əmrini verdi. Mələklər dedilər: İlahi o qövmün 60 min nəfəri Sənə ibadət edirlər. Allah-təala buyurdu: Onların ibadətlərinin faydası yoxdur. Çünki onlar günahkarları günahdan çəkindirmirlər.
Beləliklə insanlar gərək əmr be-məruf və nəhy əz-münkərə əhəmiyyət verib, cəmiyyətdə olan günahkarları günahdan çəkindirsinlər və yaxşı işlərə dəvət etsinlər. Belə olduqda Allah həmin cəmiyyəti hidayət edər və səadətə çatdırar.
Pis və yaxşı işlərə razı olmaq
Əgər bir insan günah iş görürsə və başqası da onun bu əməli qarşısında susub dayanırsa və onun bu əməlinə razı olursa, o da bu günahda şərikdir.
Allah-təala insanlara əmr be-məruf və nəhy əz-münkər etməyi vacib etmişdir. Əmr be-məruf və nəhy əz-münkər insanlar arasında çox böyük rol oynayır. Əmr be-məruf və nəhy əz-münkər olunmayan cəmiyyət tənəzzülə uğrayar. Əgər cəmiyyətdə bəzi insanlar cinayətkarlıq, pozğunluq və günahla məşğul olarsa, günah etməyən insanlar da onların bu əməllərinə etiraz etməyib, onların bu günahlarına razı olarlarsa, onda onlar da günahkarların günahlarına şərikdirlər. Cəmiyyətdə kimlərsə günah iş gördükdə insan mütləq onlara narazılığını bildirməlidir. Fiziki cəhətdən imkanı olmasa belə ən azından öz qəlbində narazı olmalıdır. Çünki günahkarın günah iş görməsinə kimsə qəlbində razı olarsa, onda o da həmin günahkara günah iş görməkdə şərikdir.
Lut peğəmbərin qövmü fəsad və günah işlərdən əl çəkmək istəmirdilər. Onlar çox böyük günaha bağlanmışdılar. Lut peyğəmbər onlara bu çirkin əməlinə görə çox nəsihət etdi. Lakin onlar bu əməldən əl götürmədilər.
Allah-təala Lut peyğəmbərin öz qövmünə dediyi sözləri və qövmünün günahına narazılıq bildirməsini "Şüəra” surəsinin 168-ci ayəsində bəyan edərək belə buyurur:
قَالَ إِنِّي لِعَمَلِكُم مِّنَ الْقَالِينَ
"(Lut) dedi: "Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm!”
İnsanın günahkarların günah işləri qarşısında öz narazılığını bildirməsinin mənası budur ki, İlahi sən şahid ol ki, mən bu günahkarların günahlarına qarşı olan narazılığımı bildirdim və onların bu günahları ilə müxalifəm.
Ümumiyyətlə bu barədə Həzrət Peyğəmbər(s) və imamlardan(ə) bir çox hədis və rəvayətlər vardır.
قَالَ عَلِىُّ(ع): الرِّضَى بِفِعْلِ قَوْمٍ كَاالدَّاخِلِ فِيهِ مَعَهُمْ وَ عَلَى كُلِّ دَاخِلٍ فِى باطِلٍ اِثْمَانِ: اِثْمُ الْعَمَلِ بِهِ, وَاِثْمُ الرِّضَى بِهِ
Həzrət Əli(ə) buyurur: "Kimlərinsə günah işlərinə razı olan şəxs günahkarların içinə daxil olan şəxs kimidir. Günahkarların günah etdiyi halda onlara qoşulan şəxs iki günaha əl atmış olur. Birincisi öz əməli ilə onlara günah iş görməkdə şərik olmaq, ikincisi isə günahkarların günah iş görmələrinə razı olmaqdır.(Mizanul-hikmə-c6-s 268)
Tarixlərdə belə hadisələrlə sox rastalşırıq. Hətta Quranda Allah-təala bu kimi hadisələri bizə açıq aydan nümunə göstərmişdir. "Şüəra” surəsində Saleh peyğəmbərin qövmü barədə belə buyurur:
فَعَقَرُوهَا فَأَصْبَحُوا نَادِمِينَ فَأَخَذَهُمُ الْعَذَابُ إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ
" Amma onlar (dəvəni) tutub kəsdilər, sonra da (əzab qorxusu ilə) peşman oldular.”(Mizanul-hikmə-c6-s 269))
"Artıq əzab onları yaxaladı (hamı məhv oldu). Şübhəsiz ki, bunda (Salehin bu hekayətində) bir ibrət vardır. Halbu ki, onların əksəriyyəti iman gətirmədi.”
Həzrət Əli(ə) bu ayə barədə Nəhcül-bəlağədə bu barədə belə buyurur:
قَالَ عَلِىُّ(ع): اَيُّهَا النَّاس إِنَّمَا يَجْمَعُ النَّاسَ الرِّضَا وَ السَّخَطُ وَ اِنَّمَا عَقَرَ نَاقَةَ ثَمُودَ رَجُلٌ وَاحِد فَعَمَّهُمُ اللهُ بِاالْعَذَابِِِ لَمَّا عَمُّوهُ بِالرِّضَا
"Camaat! Həqiqətən günaha razı olmaq və Allaha ibadət etməkdən acığı gəlmək camaatı bir yerə toplamışdır. Səmud tayfasından yalnız bir nəfər dəvənin ayaqlarını kəsib öldürmüşdü. Lakin Allah onların hamısını əzaba düçar etdi. Çünki onlar bu işə (dəvəni öldürməyə( razı idilər.(Şüəra surəsinin 157, 158-ci ayələrində)
Allah-təala başqa bir ayədə belə buyurur:
قُلْ قَدْ جَاءكُمْ رُسُلٌ مِّن قَبْلِي بِالْبَيِّنَاتِ وَبِالَّذِي قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوهُمْ إِن كُنتُمْ صَادِقِينَ
"(Ya Peyğəmbər!) De: "Məndən əvvəl də sizə peyğəmbərlər açıq-aşkar möcüzələrlə və siz dediyinizlə (istədiklərinizlə) gəlmişdilər. Əgər sözünüz doğrudursa, bəs nə üçün onları öldürdünüz?”(1 Nəhcül-bəlağə - 201-ci xütbə)
قَالَ الصَّادِقُ(ع): فِي قََوْلِهِ تَعَالى "قُلْ قَدْ جَاءكُمْ رُسُلٌ مِّن قَبْلِي بِالْبَيِّنَاتِ وَبِالَّذِي قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوهُمْ إِن كُنتُمْ صَادِقِينَ" وَقَدْ عُلِمَ أَنَّ هؤُلاءِ لَمْ يَقْتُلُوا وَلكِن فَقَدْ كَانَ هَواهُمْ مَعَ الذِّينَ قَتَلُوا, فَسَمَّاهُمُ اللهُ قاَتِلِينَ لِمُتَابِعَةِ هَوَاهُمْ وَ رِضَاهُمْ لِذَلِكَ الْفِعْل
İmam Sadiq(ə) bu ayənin barəsində belə buyurur: Allah da Peyğəmbər də bilirdilər ki, əvvəlki peyğəmbərləri bunlar öldürməmişdilər. Lakin bunlar o peyğəmbərləri öldürənlərlə razı idilər və bu əmələ razı olduqlarına görə və peyğəmbərləri öldürənlərin işlərinə etiraz etmədiklərinə görə Allah onları qatil adlandırmışdır.(Al-İmran - 183)
Buradan başa düşülür ki, hər hansı bir şəxs cinayətə əl atıb günah iş gördüyü zaman başqaları onların bu işlərinə razı olarsa, onlar günah edənlərlə şərik hesab olunarlar.
قَالَ الْبَاقِرُ(ع): مَنْ شَهِدَ أَمْرًا فَكَرَهَهُ كَانَ كَمَنْ غَابَ عَنْهُ وَ مَنْ غَابَ عَنْ أَمْرٍ فَرَضِيْهُ كَانَ كَمَنْ شَهِدَهُ
İmam Baqir(ə) buyurur: Hər kim pis bir əməli görüb o məldən acığı gəlsə elə bil orada olmayıb. Lakin başqa bir yerdə günah iş görülərsə, o işin görülməsinə razı olan şəxs orada olmasa belə günahkardır.(Mizanul-hikmə-c6-s 269)
İmam Hüseyn(ə)-ın ziyarətnaməsini oxuyarkən belə deyirik. "Allah səni öldürənlərə lənət etsin. Allah sənə zülm edənlərə lənət etsin və Allah lənət etsin o kəslərə ki, sənin bu müsibətinə və sənin zülmlə öldürülməyinə razı olublar.” Beləcə biz İmam Hüseyni(ə) öldürənləri və onun (neçə illər keçsə belə) ölmünə razı olanları bir tutaraq lənət oxuyuruq.
Buna əsasən də bir yerdə günah iş görülərsə insan gərək bacardığı qədər o işə narazılığını bildirməlidir. Yox əgər o günahın görülməsinə razı olarsa, həmin işin içində olmasa da belə həmin günahı edənlərlə şərik hesab olunur.
Əmr be-məruf və nəhy əz-münkər etməyin mərhələləri
Fiqh alimlərinin tədqiqatına əsasən əmr be-məruf və nəhy əz-münkər etməyin iki mərhələsi vardır.
1. Birinci mərhələsi günahkar bir şəxsi yumşaq və şirin dillə başa salıb, onu düz yola gətirməkdən ibarətdir. Məsələn, əgər bir şəxs günah iş görürsə və vacib olan əməlləri yerinə yetirmirsə onu başa salıb, günah iş görməsinə və vacib əməlləri yerinə yetirməməsinə görə narazılıq bildirmək lazımdır. Allah-təala bu məsələni Taha surəsidə belə bəyan edir. (Allah təala Musa(ə) və qardaşı Haruna belə buyurur:)
اذْهَبَا إِلَى فِرْعَوْنَ إِنَّهُ طَغَى فَقُولَا لَهُ قَوْلًا لَّيِّنًا لَّعَلَّهُ يَتَذَكَّرُ أَوْ يَخْشَى
"Fironun yanına yollanın. O (Allahlıq iddiasına düşməklə) həqiqətdən, azğınlaşıb həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Allahdan) qorxsun.”(Mizanul-hikmə-c6-s 269)
Bu ayədən başa düşülür ki, Allah Özü də Fironun düz yola gəlib, tüğyan etməkdən çəkinməsini istəyir. Ona görə də Musa(ə) və onun qardaşına Fironun yanına gedib onunla şirin və yumşaq dillə danışmasını əmr etdi. Başqa bir ayədə belə buyurur:
وَإِذْ قَالَ لُقْمَانُ لِابْنِهِ وَهُوَ يَعِظُهُ يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ
"Loğman öz oğluna vəsiyyət edərək belə demişdi: Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır.)”(Taha surəsinin 43, 44-cü ayəsində)
Bu ayə Loğmanın öz oğluna nəsihət etməyindən sözün (dilin) vasitəsilə necə nəsihət etməyi və günahdan çəkindirməyi bizlərə öyrədir. Çünki Loğman öz oğluna yumşaq və şirin dillə öyüd-nəsihət verərdi.
Bu ayələrdən belə nəticə alırıq ki, əmr be-məruf və nəhy əz-münkərin birinci mərhələsi vacib olan əməlləri yerinə yetirməyən və pis işləri görən şəxsi şirin dillə başa salıb düz yola yönəltməkdən ibarətdir.
2. Əmr be-məruf və nəhy əz-münkərin ikinci mərhələsinə gəldikdə isə günahkar şəxslə əlaqəni kəsmək və ona qarşı soyuq münasibət bəsləməkdən ibarətdir. Yəni günah edən bir şəxsi şirin dillə, xoş davranışla və onun pis əməllərinə narazılıq bildirməklə çəkindirmək mümkün olmadıqda, onda onunla əlaqəni kəsmək və ona qarşı soyuq münasibət bəsləmək lazımdır. Məsələn, sələmçi (faizlə pul verən bir şəxs) gəlib bir mömindən qızını öz oğluna istəyərsə, və yaxud içki içən bir şəxs onun qızını istəyərsə ona qız verməməklə əmr be-məruf və nəhy əz-münkər hökmünü yerinə yetirmiş olur. Bu kimi misallar hədindən artıq çəkmək olar. O misallardan bir də budur ki, nəsihət qəbul etməyən, vacib əməllərini yerinə yetirməyən və günahlardan əl çəkməyən şəxsin öldüyü zaman onun cənazəsini yerdən götürməmək və onun yas məclisində iştirak etməməklə əmr be-məruf və nəhy əz münkərin ikinci mərhələsini yerinə yetirmək lazımdır. Bu o demək deyil ki, insan ölmüş şəxsi düz yola yönəldir. İnsan bu əməli ilə ölən şəxsin və onun kimi insanların əməllərinə narazı olduğunu bildirir.
Ümumiyyətlə nəsihət qəbul etməyən, vacib əməllərini yerinə yetirməyən və günahlardan əl çəkməyən şəxslə əlaqələri kəsmək lazımdır. Çünki belə insanlarla soyuq münasibətlə davranmaq və əlaqəni kəsmək onun pis əməllərinə bir növ narazılıq əlamətidir. Belə bir əməlin xeyirlərindən biri də budur ki, başqaları bu əməli görüb bəlkə pis işlərdən çəkinsinlər. Bir sözlə desək əmr be-məruf və nəhy əz münkərin bu mərhələləri cəmiyyətdə öz müsbət təsirini göstərir.
Allah-təala Tövbə surəsinin 118-ci ayəsində əmr be-məruf və nəhy-əz münkərin ikinci mərhələsinin müsbət təsirlərini açıq-aydın bəyan etmişdir.
وَعَلَى الثَّلاَثَةِ الَّذِينَ خُلِّفُواْ حَتَّى إِذَا ضَاقَتْ عَلَيْهِمُ الأَرْضُ بِمَا رَحُبَتْ وَضَاقَتْ عَلَيْهِمْ أَنفُسُهُمْ وَظَنُّواْ أَن لاَّ مَلْجَأَ مِنَ اللّهِ إِلاَّ إِلَيْهِ ثُمَّ تَابَ عَلَيْهِمْ لِيَتُوبُواْ إِنَّ اللّهَ هُوَ التَّوَّابُ الرَّحِيمُ
"Həmçinin (Təbuk döyüşündən) geri qalmış (döyüşdə iştirak etməmək üçün qaçıb gizlənmiş) üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki gen dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Allah onlara tövbə etmək üçün tövbə nəsib etdi. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir!”
Bu ayənin barəsində alimləri təfsir kitablarında belə bir hadisəni qeyd etmişlər:
Həzrət Peyğəmbər(s) Təbuk müharibəsinə yola düşərkən üç nəfər sözləşib müharibəyə getməmək üçün qaçıb gizləndilər. Onlardan birinin adı Mərarətibni Rəbi, birinin adı Kəb ibn Malik, o birinin adı isə Hilal ibn Üməyyə idi. Bu üç nəfər Peyğəmbər(c)-in əshabından idilər. Lakin tənbəllik üzündən Təbuk müharibəsinə getməkdən boyun qaçırdılar. Həzrət Peyğəmbər(s) döyüşdən qayıtdıqdan sonra onlar gəlib Peyğəmbərdən(s) etdikləri bu əmələ görə üzr istədilər. Peyğəmbər(s) onlarla bir kəlmə də olsun söz danışmadı. Və bütün müsəlmanlara onlarla əlaqəni kəsməyi və danışmamağı əmr etdi. Çünki bu üç nəfərin müharibədə iştirak etməməyə ixtiyarları yox idi. Mədinə şəhərində heç kəs onlarla danışmadı. Hətta iş o yerə çatmışdı ki, öz evlərində həyat yoldaşları belə onlarla danışmırdı. Arvadları onlardan boşanmaq üçün Peyğəmbərdən icazə istədilər. Peyğəmbər onlara icazə vermədi. Lakin əmr etdi ki, onlarla soyuq münasibətli olsunlar.
Belə bir halda Mədinə şəhərinin abu-havası o üç nəfərə darısqal oldu. Onlar şəhərdən çıxmağı qərara aldılar. Xüsusən bir hadisə onlara çox ağır gəldi. Kəb ibn Malik deyir ki, bir gün mən Mədinə şəhərinin bazarının qarşısında əyləşmişdim. Şəhərdə mənimlə heç kəs danışmırdı. Çox narahat bir halda idim. Birdən gördüm ki, Şam şəhərindən bir nəfər məsihi gəlib məni axtarır. Məni görüb yaxınlaşdı və dedi: Biz siz üç nəfərin barəsində eşitmişik ki, müsəlmanlar sizinlə danışmır və sizdən uzaq gəzirlər. Qəssan şəhərinin padşahı sizə məktub göndərib. Sizi ölkəmizə dəvət edir və gəlib bizim ölkədə yaşamağı sizə məsləhət görür.
Kəb ibn Malik deyir: Mən fikirləşib gördüm ki, biz gör nə günə qalmışıq ki, düşmən bizə ümid bəsləyir və bizim böyük günah iş gördüyümüzü bilib bizdən istifadə edir. Bu hadisə bizə çox ağır gəldi.
Burada qeyd etmək lazımdır ki, düşmən həmişə istəyir ki, zəif insanlardan İslamın əleyhinə istifadə etsin. Elə bu səbəbdən də Qəssan şəhərinin padşahı bu üç nəfərin imanının zəif olmasından istifadə edib onları öz şəhərlərinə dəvət edirdi.
O üç nəfər bu dəvəti qəbul etmədilər. Onlar gördülər ki, hamı bunlardan üz döndərib və şəhərdə heç kəs onlarla danışmır. Qərara aldılar ki, (döyüşdə iştirak etmədiklərinə görə) özləri də bir-biri ilə danışmasınlar və bir-birindən uzaq gəzsinlər. Bəlkə Allah onların bu günahını bağışlasın. Onlar bir-birindən ayrılıb hərəsi bir kənara çəkildi. Onlar etdiyi əməllərindən çox peşman olmuşdular. Əlli gün peşmançılıq çəkib Allaha yalvarıb tövbə etdikdən sonra Allahın onları bağışlamasını gözlədilər. Allah təala onların tövbələrini qəbul edib və Tövbə surəsinin 118-ci ayəsini nazil etdi.
وَعَلَى الثَّلاَثَةِ الَّذِينَ خُلِّفُواْ حَتَّى إِذَا ضَاقَتْ عَلَيْهِمُ الأَرْضُ بِمَا رَحُبَتْ وَضَاقَتْ عَلَيْهِمْ أَنفُسُهُمْ وَظَنُّواْ أَن لاَّ مَلْجَأَ مِنَ اللّهِ إِلاَّ إِلَيْهِ ثُمَّ تَابَ عَلَيْهِمْ لِيَتُوبُواْ إِنَّ اللّهَ هُوَ التَّوَّابُ الرَّحِيمُ
"Həmçinin (Təbuk döyüşündən) geri qalmış (döyüşdə iştirak etməmək üçün qaçıb gizlənmiş) üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki gen dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Allah onlara tövbə etmək üçün tövbə nəsib etdi. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir!”(Loğman-31)
Bu ayədən və təfsirindən məlum olur ki, insan əmr be-məruf və nəhy əz-münkər etməyin ikinci mərhələsi budur ki, günahkarla əlaqəni kəsməklə öhdəsinə düşən vəzifəni yerinə yetirmiş olar və günahkarı etdiyi günahdan çəkindirər.
Biz bu bəhslərdə əmr be-məruf və nəhy əz-münkərin xeyirlərindən və onun insanlar üçün nə qədər əhəmiyyət kəsb etdiyindən söhbət açdıq. Lakin bizim əsas sözümüz budur ki, əmr be-məruf və nəhy əz-münkər bu qədər xeyir və fəziləti ilə insanı bütün hallarda idarə və islah edə bilərmi?
Əmr be-məruf və nəhy əz-münkər insanı adi halda idarə və islah etmək imkanına malikdir. Lakin insanın daxilində qərizələrin tüğyan etdiyi zaman əmr be-məruf və nəhy əz-münkər təklikdə insanı idarə və islah edə bilmir. Buna görə də insana onu bütün hallarda idarə və islah edən yeganə amil imandan ibarətdir. İnsanın qəlbində iman olmazsa heç bir amil onu tam şəkildə idarə və islah edə bilməz.