İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 10 » İnsan və mənəviyyat
    9:54 PM
    İnsan və mənəviyyat
    Allaha qəlbən iman gətirməyin əlamətləri
    Allaha qəlbən iman gətirməyin müxtəlif əlamətləri vardır. İnsan bu əlamətlərin vasitəsi ilə qəlbi imanı tanıyır və başa düşür ki, bu əlamətlər Allaha qəlbən inanmağın əlamətləridir.
    Alimlər Quran ayələrinə və Peyğəmbər və imamların hədislərinə əsasən Allaha qəlbən iman gətirməyin dörd əlaməti olduğunu bəyan etmişlər.
    1. Qəlbi imanın birinci əlaməti budur ki, insan həmişə Allahın onun bütün əməl və hərəkətlərini gördüyünü başa düşməlidir. Buna işarə olaraq Allah-təala Quranda belə buyurur:
    أَلَمْ يَعْلَمْ بِأَنَّ اللَّهَ يَرَى
    Məgər (insan) bilmir ki, Allah (onun bütün əməllərini) görür?!(Qiyamət-1,2,3,4)
    Əgər bir insan Allahın onun bütün əməllərini gördüyünü düşünsə, heç vaxt günah etməz. Günah edən və günaha düşən şəxslər, Allahı öz başları üzərində nəzarətçi olduğunu hiss etmədiklərindən və Allaha qəlbən imanları olmadığından o günahları edirlər.
    Alimlərdən birinin əhvalatında belə yazırlar. Nəcəf şəhərində çox uzun müddət dini təhsil aldıqdan sonra vətəninə qayıtmaq istədikdə öz ustadının hüzuruna gedib onunla vidalaşır və ustadından onu sonuncu dəfə moizə və nəsihət etməsini xahiş edir.
    Ustadı ona Ələq surəsinin 14-cü ayəsini oxuduqdan sonra belə buyurur: Heç vaxt bu ayəni yadından çıxarma və harada olursan ol, Allahı öz başın üzərində sənə nəzarətçi olduğunu unutma.
    قَالَ رَسُولَ اللهِ(ص): أُعْبُدُاللهَ كَأَنَّكَ تَرَاهُ فَإِنْ لَمْ تَراهُ فَإِنَّهُ يَراكَ
    Həzrət Peyğəmbər(s) buyurur: "Allaha elə ibadət et ki, elə bil Onu görürsən. Əgər sən Onu görməsən də (bil ki,) O, səni görür.” (Ələq - 14)
    Ümumiyyətlə insan gərək Allahı öz başı üzərində nəzarətçi bilməlidir. Əgər belə olarsa insan həmişə günahdan qorub islah olar.
    Böyük alim və ariflərdən biri günah iş görmüşdü. Sonradan tövbə edib Allahdan bağışlanmasını dilədi. Lakin görürdülər ki, həmin alim həmişə çox narahatdır. Ona dedilər: Sən bir günah etdin və sonradan Allahdan bağışlanmağını istədin. Allah da sənin tövbəni qəbul edib. Sizlər həmişə camaata deyirdiniz ki, Allah rəhimlidir və bütün insanları bağışlayır. Amma sən tövbə etdikdən sonra da narahatsan. Məgər Allah sənin günahlarını bağışlamayıb? Arif dedi: Düzdür Allah bağışlayan və mehribandır. Mən ümidvaram ki, O, mənim günahımı bağışlayar. Lakin hər dəfə etdiyim günahı xatırlayanda və Allahın məni o günahı etdiyim halda görməsi yadıma düşəndə xəcalət çəkirəm.
    Şəbhaye deraz bi ibadət çe konəm,
    Təbəm begonah kərde adət çe konəm.
    Quyənd xuday gonəhra bəxşəd,
    U bəxşədo mən əz xəcalət çe konəm.
    Uzun gecələr bi ibadət nə edim mən
    Etmişəm günaha adət nə edim mən
    Deyirlər günahı bağışlar Allah
    O bağışlar, çəkirəm xəcalət nə edim mən.
    Arif insanlar Allah-təalanın nəzərini daima Öz bəndələri üzərində olduğunu və onların əməllərini görüb bildiyini dərk edirlər. Beləliklə özünü aqil sayan hər insan Allahın ondan hər bir zaman və hər bir yerdə xəbərdar olduğunu bilməlidir.
    2. Allaha qəlbən iman gətirməyin ikinci əlaməti budur ki, insan həmişə Allahı öz pusqusunda görməli və bilməlidir ki, Allah onun hər bir əməl və hərəkətini izləyir. Allah-təala Fəcr surəsinin 14-cü ayəsində bu məsələyə işarə edərək belə buyurur:
    إِنَّ رَبَّكَ لَبِالْمِرْصَادِ
    "Şübhəsiz ki, sənin Rəbbin (bütün bəndələrin əməllərini) güdür.”
    Bu ayə onu bildirir ki, insan günah edərkən Allahın cəzasından canını qurtara bilməz. Çünki Allah bütün varlıq aləmini əhatə edir və ondan heç bir şey gizli deyildir. Allah-təalanın elmi o qədər çoxdur ki, bütün yaratdıqlarının hərəkətlərini və nə etdiklərinin hamısını Öz elmilə əhatə edir və Onun üçün gizli qalan bir şey yoxdur. İnsan Allahın ona şahid olduğunu bilsə heç vaxt günah etməz və bu əqidə öz sahibini daim günahlardan saxlayar.
    3. Qəlbən Allaha iman gətirməyin üçüncü əlaməti budur: İnsan bilməlidir ki, Allah onun ürəyindən keçənləri bilir, və onun düşüncələrindən və nə edəcəyindən xəbərdardır. Hətta əgər insan Allahı öz başı üzərində nəzarət edən bilirsə və Allahın onun əməllərini güddüyünü bilərsə, lakin Allahın onun qəlbindən keçənləri və nə edəcəyindən xəbərdar olduğunu başa düşüb dərk etməzsə, o biri əlamətlərin ona yetərincə faydası olmayacaq. Yəni, insanda qəlbən Allaha iman gətirməyin birinci və ikinci əlaməti var ikən üçüncü əlaməti olmazsa, o iki əlamət onu günahdan kifayət qədər qoruyub saxlaya bilməz. İnsan bilməlidir ki, Allah-təala onun fikrindən keçənləri bilir və ürəyində olanlardan xəbərdardır. Bu əlamət də Allaha qəlbən iman gətirməyin əlamətlərindən biridir. Allah təala "Mumin” surəsinin 19-cu ayəsində buyurur:
    يَعْلَمُ خَائِنَةَ الْأَعْيُنِ وَمَا تُخْفِي الصُّدُورُ
    "Allah gözlərin xəyanətini (xain gözləri) və ürəklərin gizlətdiyini biləndir.”
    Bu ayədə olan "gözlərin xəyanəti” sözünü hədislərdə belə açıqlamışlar.
    قَالَ الصَّادِقُ(ع): اَلَمْ تَرَى اِلَى الرَّجُلِ يَنْظُرَ اِلَى شَيْئٍ وَ كَأَنَّهُ لا يَنْظُرَ اِلَيْهِ فَذالِكَ خَائِنَةَ الْأَعْيُنْ
    İmam Sadiq(ə) buyurur: Bir şəxs gözünün ucu ilə bir şeyə baxır, lakin özünü elə aparır ki, guya görmür. Bu gözləin xəyanətidir.(Təfsiri-nümunə, c.27-səh-168.)
    4. Qəlbən Allaha iman gətirməyin dördüncü və sonuncu əlaməti budur ki, insan Allahı özünə hər şeydən hətta özündən də yaxın olmasını bilməlidir. Allah-təala Qaf surəsinin 16-cı ayəsində buyurur:
    وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ
    "Biz ona (insana) şah damarından da yaxınıq...”
    Bu ayədə Allah təala insanlara onların özlərindən də yaxın olduğunu vurğulayır və insanların başa düşəcəyi dərəcədə misal çəkir. İnsanın orqanlarından ona ən yaxın və mürüm olan onun şah damarıdır ki, əgər o kəsilərsə insanın həyatı sona yetər. Allahın insana yaxın olması məkan cəhətdən yaxınlıq deyildir. Allah təala bunu insanlar başa düşsün deyə Quranda misal çəkərək buyurur: "Biz ona şah damarından da yaxınıq...”
    Fəlsəfə alimləri Allahın insana yaxın olması barədə belə demişlər: Bir şey çox uzaq olduğundan insan onu görə bilmədiyi kimi, həmin şey insana çox yaxın olduqda da insanın onu görməyə qüdrəti olmur. Məsələn, günəş insanın gözündən itənə qədər uzaqlaşarsa insan onu görə bilmədiyi kimi, bir o qədər yaxına gələrsə, insan onu yaxınlığın çoxluğundan görə bilmir.
    Deməli belə nəticə alırıq ki, Allah təala insana o qədər yaxındır ki, bizim gözlərimizin Onu görməyə gücü-qüvvəsi çatmır. Lakin insan qəlbi ilə Onu hiss bilər. Həzrət Əli(ə) duaların birində belə buyurur:
    "Ey nurunun şiddətindən bizim görmədiyimiz Allah!”
    Həzrət Əlinin(ə) buyurduğu bu ibarə ən gözəl ibarələrdən biridir. Ümumiyyətlə Allah insana o qədər yaxın və insan da Allaha o qədər bağlıdır ki, bu yaxınlıq və bağlılıq nəticəsində insanın gözləri onu görməkdə aciz qalır. Fəlsəfə alimləri Allahın insana yaxın olmasını belə bir bənzətmə ilə misal çəkərək belə buyururlar: "İnsan Allaha o qədər yaxındır ki, elə bil bütün aləm cism, Allah isə Ruhdur.” Yəni insan ruhunun özünə sox yaçın və bağlı olduğundan görmədiyi kimi Allahı da görməyə qadir deyil. Allahın insana yaxın olmasını Alimlər bundan artıq bənzətmə və misal çəkə bilmirlər.
    Həzrət Əlinin(ə) bu barədə olan gözəl bir hədisi vardır.
    قَالَ عَلِىُّ(ع): مَعَ كُلِّ شَيْئٍ لا بِمُقَارَنَةٍ وَ غَيْرُ كُلِّ شَيْئٍ لا بِمُزايَلَةٍ
    "O, (Allah) bütün varlıqlarla olmaqla bərabər onlarla bir deyil. Və bütün varlıqlardan ayrıdır lakin onlardan uzaq deyildir.”
    Odur ki, Allah-təala insana o qədər yaxındır ki, bu yaxınlığın şiddətindən insanın Onu görməyə qüdrəti çatmır. Şair demişkən:
    Dust nəzdiktər əz mən be mən əst
    Ve in əcəbtər ke mən əz vey durəm.
    Çe konəm ba ke təvan qoft ke dust
    Dər kənare mən o mən məhcurəm.(Təfsiri nümunə c20-s65)
    Mənnən də yaxındur mənə yarım bu nə sirrdür.
    Onnan uzağam mən, bu müəmmayi kəbirdür.
    Mən atəşi hicranidə, O, vəslidə ya Rəbb.
    Vəslə necə hicranilə bu nüktədə birdür.
    Buna əsasən də insanın Allahı özünə yaxın bilməsi Allaha qəlbən iman gətirməyin dördüncü əlamətidir. Ümumiyyətlə yuxarıda adlarını çəkdiyimiz əlamətlərin dördü də qəlbən iman gətirməyin əlamətləridir.
    İslamla imanın fərqi
    Müsəlman olmaqla imanlı olmağın böyük fərqi vardır. Mümkündür ki, bir şəxs İslamı qəbul etsin, lakin onun qəlbinə iman daxil olmasın. Allah təala Hücərat buyurur:
    قَالَتِ الْأَعْرَابُ آمَنَّا قُل لَّمْ تُؤْمِنُوا وَلَكِن قُولُوا أَسْلَمْنَا وَلَمَّا يَدْخُلِ الْإِيمَانُ فِي قُلُوبِكُمْ
    "(Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: "Biz iman gətirdik!” dedilər. (Ya Peyğəmbər! Onlara) de: "Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: "Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!” deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır...(Təfsiri nümunə-c22-s252)”
    Müsəlman olmaq odur ki, insanın ağıl, dəlil və sübutla islamı qəbul etməsinə deyilir. Lakin imanlı olmaq bundan fərqlənir. İman gətirmək odur ki, insan qəlbən Allahı dərk edib tam yəqinliklə Ona inansın. Bir sözlə desək İslamı dəlil və sübut vasitəsilə qəbul edən şəxs müsəlman, lakin onu sidq ürəklə qəbul edən, qəlbən ona inanan şəxs mömin adlanır.
    İslamı qəlbən qəbul edib, tam incəlikləri ilə ona əməl edən və qəlbinə iman və yəqinlik daxil olan şəxsin bəsirət gözləri açılar, avam camaatın və başqalarının görmədikləri qeyri-adi şeyləri görə bilər. Və elə şeyləri görüb dərk edər ki, avam camaat onu başa düşməzlər.
    İmam Sadiq(s) buyurur: "Bir gün Həzrət Peyğəmbər(s) məsciddə sübh namazından sonra, gördü ki, məsciddə rəngi saralmış, arıq bir cavan oğlan əyləşdiyini gördü. Həzrət oğlana yaxınlaşıb soruşdu: "Gecəni necə keçirmisən.” Oğlan dedi: Ya Rəsuləllah mən gecəni Allaha tam yəqinliklə səhərə çatdırdım. Həzrət buyurdu: Hər yəqinliyin bir həqiqəti vardır. Bəs sənin Allaha yəqinliyinin həqiqət və əlaməti nədir? Oğlan dedi: Ya Rəsuləllah, mənim yəqinliyimin həqiqət və əlaməti budur ki, yəqinlik məni qəmgin edib, gecələr yatmağa qoymur. Məni dünyaya rəğbətsiz və meyilsiz edib. Dünyanın ləzzətində, mal-dövlətində əsla gözüm yoxdur. Ya Rəsuləllah mənim qəlbimdə o qədər iman və yəqinlik yaranıb ki, elə bil Allahın ərşini gözlərimlə görürəm. Elə bil qiyamət gününün qopduğunu, camaatın hesab-kitab çəkmək vermək üçün məhşər ayağına gəldiyini və özümü də onların içərisində olduğumu görürəm. Ya Rəsuləllah mənim qəlbimdə o qədər iman və yəqinlik yaranıb ki, elə bil Cənnət əhlinin Cənnətdə ləzzətli nemətlərlə ruziləndiklərini və çəkdikləri keyfi gözlərimlə görürəm. Cəhənnəm əhlinin Cəhənnəmdə necə əzaba düçar olub nalə etdiklərini görürəm. Həzrət Peyğəmbər(s) buyurdu: Bu elə bir bəndədir ki, Allah bunun qəlbini imanla nurani edib. Sonra üzünü oğlana tərəf tutub buyurdu: Sən çalış həmişə bu halı özündə saxla. Oğlan dedi: Ya Rəsuləllah dua et Allah mənə şəhadət nəsib etsin.
    Peyğəmbər(s) onun üçün dua etdi və bu hadisədən az bir vaxt keçdikdən sonra müharibələrin birində doqquz nəfər şəhid olandan sonra onuncu şəhid həmin oğlan oldu.
    Bu mərhələdə yəqinlik vasitəsilə insanın qəlbində iman yaranır. Əgər insanda qəlbən iman yaranarsa, Cənnəti və Cəhənnəmi qəlbində hiss edib başa düşüb görərsə, belə bir iman insanı bütün hallarda nəfsani qüvvələrin coşub daşdığı zaman günahlardan qoruyub saxlayar və insanı idarə və islah edərək kamillik mərhələlərinə gətirib çıxarar. Lakin insanın qəlbində Allaha inam və iman olmasa heç bir islahedici amil onu gizli günahlardan qoruyub saxlaya bilməz. Hətta polis və mühafizə qüvvələri belə insanı gizli günahlardan qoruyub saxlaya bilməz. Polis mümkündür ki, aşkarda günah edən şəxsi tutub cəzalandırsın. Lakin gizli günah edən şəxsi imandan başqa heç bir şey idarə və islah edə bilməz və nəfsani qüvvələrin qarşısını ala bilməz. Bir sözlə desək insanı bütün günah və xətalardan qoruyub saxlayan iman və yəqinlikdir.
    YƏQİN
    Qəlbi imanın bir mənası da yəqinlikdən ibarətdir. Yəni Allaha qəlbən iman gətirməyə yəqinlik deyilir. Əxlaq alimləri yəqin barədə bir çox tədqiqat aparmış və Peyğəmbər(s) və imamlardan(ə) bu barədə bir çox hədis və rəvayətlər nəql etmişlər. O hədislərdən bir neçəsini nəzərnizə çatdırıram.
    1.قَالَ رَسُولَ اللهِ(ص): اَلْيَقِينُ اِيمَانٌ كُلُّهُ
    1. Həzrət Peyğəmbər(s) buyurur: "İmanın hamısı yəqindir”
    Əgər insan yəqin mərhələsinə çatarsa, artıq dünyanın çətinliklərini, qəm-qüssəsinini və dünyəvi problemləri özünə qəm-qüssə və çətinlik bilməz. Yəqinliyə çatan şəxsin çəkdiyi qüssə və kədər Allaha olan eşq və məhəbbətinin qəm qüssəsi və narahatlığıdır. Yəni Allahı özündən razı salmaq üçün nigarançılıq və qəm-qüssə çəkir.
    2.قَالَ الصَّادِقُ(ع): إِنَّ اللهَ تَعالى بِعَدْلِهِ وَ قِسْطِهِ جَعَلَ الرُّوحَ وَ الرّاحَةَ فِى الْيَقِينِ وَالرِّضا, وَ جَعَلَ الْهَمَّ وَالْحُزْنَ فِى الشَّكِّ وَ السَّخَطِ
    2. İmam Sadiq(ə) bu barədə buyurur: Allah-təala Öz ədaləti ilə rahatlığı yəqin və razılıqda, qəm-qüssəni isə şək və narazılıqda qərar vermişdir.
    Bu hədisdə nəticə alırıq ki, yəqin insanı elə bir dərəcəyə gətirib çıxarır ki, Allah ondan, o da Allahdan razı qalır. Əgər insan yəqinlik tapıb Onun hökmlərindən razı olarsa, Allah da ondan razı qalıb hər bir çətinlik və günahdan nicat verər.
    Buna əsasən də insan kiçik bir işi belə yəqinliklə yerinə yetirsə daha yaxşı və fəzilətlidir.
    3.قَالَ الصَّادِقُ(ع): إِنَّ الْعَمَلَ الدَّائِمَ الْقَلِيلَ عَلَى الْيَقِينِ أَفْضَلٌ عِنْدَاللهِ تَعَالى مِن الْعَمَلِ الْكَثِير عَلَى غَيْرِ يَقِينِ
    3.İmam Sadiq(ə) bu barədə buyurur: "Allah yanında yəqinlə edilən az əməl, yəqinsiz edilən çox əməldən fəzilətlidir.
    4.عَنْ أَبِى جَعْفَرٍ(ع) قَالَ: وَلَمْ يُقَسِّمْ بَيْنَ النَّاسِ شَيْئٌ أَقَلٌّ مِنْ الْيَقِينِ
    قِيلَ: مَا اليَقِين؟ قَالَ: اَلتَّوَكُّلُ عَلَى اللهِ وَالتَّسْلِيمُ لِلّهِ وَالرِّضا بِقَضَاءِ اللهِ وَالتَّفْوِضُ إِلَى اللهِ
    4. İmam baqir(ə) buyurdu: "İnsanlar arasında ən az bölünüb paylanan şey yəqindir.” Soruşdular: Bəs yəqin nədir? Həzrət buyurdu: Yəqin - Allaha təvəkkül edib, Ona təslim olub, qəzavətindən razı qalıb, işləri ona həvalə etməkdir.
    Ümumiyyətlə yəqin insan üçün zəruridir və insanın imanı yəqinlik vasitəsilə tamamlanır. Allah-təala bizlərə yəqinə çatmaq üçün kömək olsun.
    Yəqinin mərhələləri
    Alimlər yəqini üç mərhələyə bölmüşlər. Quran da bu üç mərhələnin hər birinə işarə edərək onları təsdiqləyir. Yəqinin mərhələləri elmül yəqin, eynül yəqin və həqqül yəqindən ibarətdir.
    1. Elmül-yəqin
    İnsanın bir şeyə elm, dəlil və sübutla iman gətirməsinə elmül-yəqin deyilir. Məsələn, uzaqdan tüstü görüb yanğın baş verməsinə inanarsa, bu inama elmül-yəqin deyilir.
    Elmül-yəqin yəqinin birinci mərhələsidir. Bu yəqin qəlbə nüfuz etdikdə insan həqiqəti və axirəti görə bilər. O, elə bir məqama yüksələr ki, Allahı bəsirət gözü ilə görüb hiss edər. Buna misal olaraq susuz insanı misal çəkmək olar. Susuz insan susuzluğu dərk etdiyi kimi, yəqinə çatan şəxs də Allahı həlbi ilə görüb dərk edir.
    Burada bir mətləbi qeyd etməyi lazım bilirəm. Bəzən insan çıxılmaz vəziyyətə düşdükdə onun qəlbində Allaha iman olmasa da belə, o halda ona yəqinlik gəlir və Allahı yardımçı bilib Ona yalvarır. Allah təala Ənkəbut surəsinin 65-ci ayəsində buyurur:
    فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ إِذَا هُمْ يُشْرِكُونَ
    "(Müşriklər) Gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub, əlləri hər yerdən üzülərək dində ixlas sahibi olan möminlər kimi) yalnız Allaha dua edərlər. Allah onları sağ salamat quruya çıxaran kimi, yenə də müşrik olarlar.”
    Ümumiyyətlə insan çıxılmaz vəziyyətə düşüb, əli hər bir şeydən üzüldüyü zaman Allahdan kömək diləməsi onun fitrətindədir. Yəni bu hal insanda inistinqdir. Allahı təkcə möminlər xatırlamırlar. Bu hal kafirlərin də başına gəlir. Lakin kafir şəxs yalnız çətinliyə düşdüyü zaman və ya əli hər şeydən üzüldüyü zaman Allahı çağırır. Amma mömin həmişə, istər çətinlik zamanı istərsə də elə belə vaxtlarda Allah yadında olur və Allahın ona nəzarət etdiyini hiss edir.
    Yəqin insan hər zaman harada olduğundan asılı olmayaraq Allahı səsləyib çağırmağı və Allaha dua etməyidir. İnsan ömürdə bir dəfə və ya 5 ildən, 10 ildən bir çətinliyə düşdüyü zaman Allahı səsləyib çağırmaqla yəqinliyə çatmaz. İnsan gərək hər dəfə Allahı səsləsin və həmişə özünü Allahın hüzurunda hiss etsin. İnsanın özünü həmişə Allahın hüzurunda olduğunu başa düşməsinə və Onun qorxusundan günahlardan çəkinməsinə yəqin deyilir.
    Allah təala "Nur” surəsinin 37-ci ayəsində buyurur:
    رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ اللَّهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاء الزَّكَاةِ يَخَافُونَ يَوْمًا تَتَقَلَّبُ فِيهِ الْقُلُوبُ وَالْأَبْصَارُ
    "O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günündən) qorxarlar.”
    Bu ayə bizə bildirir ki, Allaha yəqini olan insanlar heç vaxt Allahı yaddan çıxarmazlar və heç bir şey onları Allah zikrindən ayra bilməz.
    Ümumiyyətlə insanın daima Allahdan qorxmasına, Allaha sığınmasına və özünü həmişə Allahın hüzurunda hiss etməsinə yəqinlik deyilir.
    2. Eynül yəqin
    Yəqinin ikinci mərhələsi eynül-yəqindən, yəni gözlə görüb yəqinliyə çatmaqdan ibarətdir. Yəqinin bu mərhələsi birinci mərhələdən bir pillə üstündür. Çünki bu mərhələdə insan əvvəlkindən daha artıq həqiqətə yaxınlaşır. Məsələn, uzaqdan tüstünü görüb orada yanğın baş verməsinə elm tapırıqsa, eləcə də yaxına gedib yanğının alovlarını gözlə müşahidə edirik. Bir şeyi gözlə görüb dərk etməyə eynül-yəqin deyilir.
    Əxlaq elmində yəqinin bu mərhələsinə "Təxliyə” və "Təhliyə” mərhələsindən çıxıb "Müşahidə” mərhələsinə yetmək deyilir. Təxliyə və təhliyə insanın çirkinlik və napaklıqdan çıxıb təmizlənib və zinətlənməsinə deyilir. Əlbəttə təxliyə və təhliyə yəqinin birinci mərhələsinə, yəni, elmül yəqinə aiddir. İnsan elmül-yəqin mərhələsində çirkinlikdən təmizliyə çıxır və öz daxilini yəqinlik vasitəsilə təmizlədikdən sonra eynül-yəqin mərhələsinə çatır. Bu mərhələ artıq "Müşahidə” mərhələsidir. Allah-təala "Taha” surəsinin 11,12-ci ayəsində belə buyurur:
    فَلَمَّا أَتَاهَا نُودِي يَا مُوسَى إِنِّي أَنَا رَبُّكَ فَاخْلَعْ نَعْلَيْكَ إِنَّكَ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى
    "(Musa) odun yanına yetişdikdə belə bir nida gəldi: "Ya Musa! Mən, həqiqətən, sənin Rəbbinəm. "Nəleynini (çarıqlarını) çıxart. Çünki sən müqəddəs vadidə – Tuvadasan!”
    "Nəleynini (çarıqlarını) çıxart” kəlməsindən məqsəd budur ki, ya Musa dünyanın, mal-dövlətin, əhli-əyalının məhəbbətini qəlbindən çıxart. Çünki sənin daxil olduğun məqam yüksək mənəvi bir məqamdır və bu məqamda sənin qəlbində gərək Mənim məhəbbətim olsun. Qəlbinə Mənim məhəbbətimdən başqa heç bir məhəbbət salma.”
    Ümumiyyətlə bu elə bir məqam və mərhələdir ki, insan bu mərhələnin vasitəsilə özünü rəzil sifətlərdən təmizləyib, insaniyyət və fəzilətli sifətlərlə zinətləndirir və insanda "mələkə” yaradır. "Mələkə” elə bir xüsusiyyətdir ki, insan bir işə adət edirsə, mələkə ondan da yüksək bir səviyyədir. Belə ki, adəti tərk etmək mümkündür, lakin mələkəni yox. Məsələn 40 il sürücülüklə məşğul olan bir şəxs artıq sürücülüyü adət halından mələkə halına gətirib çıxara bilər. Mələkə halını aldıqdan sonra heç vaxt onun yadından çıxmır. Əgər bu sürücü xəstəlik üzündən və ya həbsxanada qalığı üçün bir neçə illik sürücülükdən məhrum olarsa, müddət keçdikdən sonra yenə də sükan arxasına əyləşən kimi maşını idarə edə bilir. Çünkü artıq sürücülük onda adət yox, mələkə halını almışdır.
    Bu misalı çəkməkdən məqsədim budur ki, əgər bir insanda ədalət və ya fəzilət sifətləri mələkə halını alarsa, onun qəlbində Allahın nuru yaranar və bu nur da onu hidayət edər. Allah təala "Hədid” surəsinin 28-ci ayəsində buyurur:
    وَيَجْعَل لَّكُمْ نُورًا تَمْشُونَ بِهِ وَيَغْفِرْ لَكُمْ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ
    "Allah sizə elə bir nur verər ki, siz o nurun vasitəsilə (zülmət gecədə əlində çıraq tutub yol gedən şəxs kimi) yol gedərsiniz (və haqqı batildən seçə bilərsiz.) Və Allah sizi bağışlayar. Allah bağışlayan, rəhm edəndir.”
    Başqa bir ayədə belə buyurur:
    أَوَ مَن كَانَ مَيْتًا فَأَحْيَيْنَاهُ وَجَعَلْنَا لَهُ نُورًا يَمْشِي بِهِ فِي النَّاسِ كَمَن مَّثَلُهُ فِي الظُّلُمَاتِ لَيْسَ بِخَارِجٍ مِّنْهَا كَذَلِكَ زُيِّنَ لِلْكَافِرِينَ مَا كَانُواْ يَعْمَلُونَ
    "Heç ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur verdiyimiz adam zülmət içində qalıb oradan çıxa bilməyən şəxs kimi ola bilərmi?”(Hücərat ayə-14)
    Buna əsasən də əgər insanda belə bir hal olarsa yəni Allahın nuru onun qəlbinə daxil olub onu hidayət edərsə, bu yəqinin ikinci mərhələsidir. İnsan yəqinin bu mərhələsinə çatarsa haqqı batildən ayıra bilər və bütün vəziyyətlərdən çıxış yolu tapa bilər.
    3. Həqqül-yəqin
    Yəqinin üçüncü mərhələsi həqqül-yəqindən ibarətdir. Həqqül-yəqin həm elmül-yəqindən, həm də eynül-yəqindən üstün olan bir mərhələdir. Məsələn, tüstü görüb yanğın baş verməsinə elm tapırıqsa bu elmül-yəqindir. Eynül-yəqində isə alovun özünü görürük. Amma həqqül-yəqin mərhələsində artıq alova əl vururuq və onun yandırıcı olduğunu dərk edirik. Bu mərhələdə insanda bir şeyin varlığı barədə heç bir şəkk-şübhə qalmır. Yəqinin bu mərhələsində insan tamamilə idraka yetişir və Allahın məhəbbəti onun qəlbinə nüfuz edir. Bu mərhələ elə bir mərhələdir ki, insanın qəlbində Allahın məhəbbətindən başqa heç bir məhəbbət qalmır. Yəni hədislərə əsasən insanın qəlbi yəqinin bu mərhələsində Allahın ərşi olur.
    İnsanın qəlbinin Allahın evi olması barədə hədisdə belə buyurulur: "Qəlb Allahın evidir. Allahdan başqasını ora daxil olmağa qoymayın.”
    Yəqinin bu mərhələsi elə bir mərhələdir ki, ev sahibi öz evinə daxil olmalıdır. Və şəkk-şübhə tamamilə aradan getməlidir. Əgər Allah məhəbbəti bir şəxsin qəlbinə bütünlüklə daxil olarsa, eşq atəşin onu yandırıb fəna dərəcəsinə çatdırar. Belə olduqda onun qəlbinə yalnız Allah hakimlik edər. Allah-təala Bəqərə surəsinin 257-ci ayəsində belə buyurur:
    اللَّهَ وَلِى الَّذِينَ آمَنُوا
    "Allah iman gətirənlərin (qəlblərinin) hakimidir.”
    Səhraya baxdım səni gördüm.
    Dəryaya baxdım Səni gördüm.
    Dağa-daşa hər yerə baxdım,
    Yalnız sənin gözəlliyini gördüm.
    Həzrət Əli(ə) buyurur: "Hər yerə baxdımsa, ondan əvvəl Allahı gördüm.”
    Əllamə Təba-Təbai yəqinin bu mərhələsinə çatdıqdan sonra yəqin barədə belə yazır. "Aləmdə olan bütün şeylərin mehvəri (əsası) yəqindir. Ümumiyyətlə insanın Allaha yəqinliyi artdıqca bütün dünyanın əşyaları onun qulluğunda olar və onun əmrinə tabe olar.
    Allah-təala hədisi qüdsidə bəndələrə xitab edərək belə buyurur:
    عبدى اطعنى حتى اجعلك مثلى
    "Ey Mənim bəndəm mənə itaət et! Mən də səni Özüm kimi edərəm. (Necə ki, Mən "ol!” deyən kimi olur, sən də o cür olarsan).”
    Mərhum Əllamə Təba-təbai bu məsələyə uyğun olaraq belə bir hədis nəql edir.
    Həzrət Peyğəmbər(s)-ə dedilər: Ya Rəsuləllah, biz eşitmişik ki, Həzrət İsa peyğəmbərin bəzi səhabələrinin imanları möhkəm olduqları üçün su üzərində gəzirdilər. Bu mümkündürmü? Həzrət Peyğəmbər(s) buyurdu: "Əgər onların Allaha olan yəqinləri bundan da artıq olsaydı onlar havada da gəzərdilər.”
    Odur ki, əgər insan Allaha itaət edərsə və insanın qəlbi yalnız Allahın məkanı olarsa, yəni onun qəlbində yalnız Allah məhəbbəti olarsa, Allah-təala belə insanı Özü buyurduğu kimi (Özü kimi) edər.
    Bu bəhsimizin nəticəsində qeyd etmək lazımdır ki, insanı hər bir halda (istər cəmiyyət arasında, istərsə də xəlvətlikdə olanda) idarə və islah edən yeganə amil Allaha qəlbən iman gətirməkdir.
    Qeyd etmək lazımdır ki, əgər insan yəqinə çatmasa belə, amma qəlbində Allaha qarşı imanı olarsa, belə bir iman onu idarə və islah edib hidayət edər. Əgər insanın qəlbində Allaha və qiyamətə inam və iman olarsa, bu cür iman insanı hidayət edər. Amma yəqinin mərhələlərini keçərsə onun üçün daha da yaxşı olar və onun qəlbinə yalnız Allah hakimlik edər və Allah-təala belə insanlara qeyri adi sirrləri öyrədər və təkamülə çatmaqda xüsusi kömək edər.
    Category: İnsan və mənəviyyat | Views: 1255 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024