Müstəhəb olan əməlləri yerinə yetirmək.
İbadətin üçüncü rüknü müstəhəb əməlləri yerinə yetirməkdən ibarətdir. Ümumiyyətlə müstəhəb olan əməllər çoxdur. Lakin onların əsasları dörd əməldən təşkil olunmuşdur.
1.1.Ölümü(xatırlamaq) yada salmaq.
2.2.Quran oxumaq.
3.3.Gecələr ibadət etmək.
1.4.Camaata xidmət (qulluq) etmək.
1.Ölümü(xatırlamaq) yada salmaq.
Ölümü yada salıb xatırlamaq müstəhəb olan əməllərdən biridir. Ölümü yada salmaq insanın qəlbini təmizləyər və imanın artmasına səbəb olar.
قَالَ رَسُولُ اللهِ(ص): إِنَّ هَذِهِ الْقُلُوبُ تَصْدَأُ كَمِا يَصْدَءُ الْحَدِيْدُ إِذَا أَصَابَهُ الْمَاءُ قِيْلَ: وَمَا جَلاؤُهَا؟ قَالَ(ص): كَثْرَةُ ذِكْرُ الْمَوْتِ وَتَلاوَةُ الْقُرْآنِ
Həzrət Peyğəmbər(s) buyurmuşdur: "Həqiqətən, bu qəlblər dəmirə su dəydikdə paslandığı kimi paslanar. Dedilər: "Ya Rəsulallah, onun cəlası nədir?” Həzrət buyurdu: "Ölümü çox yada salmaq və Quran oxumaq.”(Mizanul hikmə-c.3-səh.456. Nəhcül-bəlağə)
قَالَ عَلِيٌ(ع): ذِكْرُ الْمَوتِ جِلاءُ الْقُلُوبِ
İmam Əli(ə) buyurur: "Ölümü xatırlamaq qəlbin qaralığını təmizləyər.”(Kənzül-ümmal, c.15. s.549.)
Ümumiyyətlə İslamın böyük şəxsiyyətləri, Peyğəmbərlər, imamlar, müctehid və alimlər həm özləri ölümü xatırladıblar, həm də insanlara bu əməli tövsiyə etmişlər.
قَالَ رَسُولُ اللهِ(ص): من اكثر ذكر الموت احبه الله
Həzrət Peyğəmbər(s) buyurur: "Hər kəs ölümü çox xatırlayarsa, Allah onu sevər.”(Hökmüz-zahirə, səh-113,)
قَالَ عَلِى(ع): من اكثر ذكر الموت رضى من الدنيا باليسير
Həzrət Əli(ə) buyurur: "Ölümü çox yada salan şəxs bu dünyanın azına belə qane və razı olar.”(Hökmüz-zahirə-səh114)
قَالَ عَلِيٌ(ع): وَيْلٌ لِمَنْ غَلَبَ عَلَيْهِ الْغَفْلَةُ فَنَسَى الْرِّحْلَةَ وَ لمَْ يَسْتَعِد
Həzrət Əli (ə) buyurur: "Vay olsun qəflətin qalib gəldiyi, dünyadan köçəcəyini yaddan çıxaran və özünü ölümə hazırlamayan şəxsin halına.”(Hökmüz-zahirə-səh114)
قَالَ رَسُولُ اللهِ(ص): (معاشر الناس) التقوى التقوى...
أذكرو الممات و الحساب و الموازين و المحاسبة بين يدى رب العالمين و الثواب و العقاب فمن جاء بالحسنة أثيب عليها و من جاء بالسيئة فليس له فى الجنان نصيب
Həzrət Peyğəmbər(s) buyurur: "Camaat! Allahdan qorxun! Allahdan qorxun!... Ölümü yadınıza salın. Bilin ki, qiyamət günü Allahın hüzurunda sizdən etdiyiniz savab, xeyirli və pis əməllərnizdən hesab alınacaq. Hər kəs Qiyamət günü yaxşı əməllə hesaba gələrsə ona əcr və savab verilər və hər kimin əməli düzgün olmazsa ona Cənnət nəsib olmayacaq.”(Hökmüz-zahirə, səh-112)
İnsan bir vaxt öləcəyini və Qiyamət günü dirilib hesab-kitab verəcəyini yadına salıb düşünərsə, onun qəlbi nurani olar. Ölümü xatırlamağı Allah-təala öz peyğəmbərlərinə təkid etmişdir. Allah-təala bu barədə İsa peyğəmbərə belə moizə etmişdir:
يَا عِيسَى وَ إِذا ضَحِكَ الْبَطَّالُونَ فَقُمْ عَلَى قُبُورِالْأَمْوَاتِ فَنَادِهُم بِالصَّوْتِ الرَّفِيْعِ لَعَلَّكَ تَأْخُذ مَوْعِضَتَكَ مِنْهُم
"Ya İsa! Batil insanlar boş-boş danışıb güldükləri zaman, sən get qəbristana. Orada ölüləri uca səslə çağır. Bəlkə onların sənə verdiyi nəsihətləri eşidəsən.”
İslamda böyük şəxsiyyətlər də qəbristana gedib ölümü yadlarına salardılar. O böyük şəxsiyyətlərdən bir də İmam Əli(ə) olmuşdur. İmam Əli(ə) qəbristana gedər və ölüləri belə səsləyərdi:
السلام على اهل لا اله الا اللهِ من اهل لا اله الا اللهِ كيف و جدتم قول لا اله الا اللهِ
Salam olsun la ilahə illəllah əhlinə, la ilahə illəllah əhlindən! (Ey la ilahə illəllah deyib bu torpaq altında yatanlar) dünyada dediyiniz la ilahə illəllah sözünü orada necə gördünüz?!…
İmam Əli(ə) ölülərlə belə söhbət edərək ölümü xatırlayardı.
İmam Əli(ə)-dan belə bir rəvayət nəql olunmuşdur ki, o Həzrət Siffeyn müharibəsindən qayıdarkən Kufə qəbristanlığının yanında durub üzünü qəbrlərə tutaraq belə buyurdu:
يَا أَهْلَ الدِّيارِ الْمُوهِشَةِ وَ الْمِحَالِ الْمُقْفِرَةِ والقُبُورِ الْمُظْلِمَةِ يَا أَهْلَ التُّرْبَةِ يَا أَهْلَ الْغُرْبَةِ يَا أَهْلَ الْوَحْدَةِ يَا أَهْلَ الْوَحْشَةِ أَنْتُمْ لَنَا فَرَطٌ سَابِقٌ وَنَحْنُ لَكُمْ تَبَعٌ لاحِقٌ أَمَّا الْدُورُ فَقَدْ سُكِنَتْ وَ أَمَّا الْأَزْوَاجُ فَقَدْ نُكِحَتْ وَ أَمَّا الْأَمْوَالُ فَقَدْ قُسِمَتْ هَذَا خَبَرٌ مَاعِنْدَ نَا وَ مَا خَبَرٌ مَا عِنْدَكُمْ ثُمَّ الْتَفَتَ إِلى أَصْحَابِهِ فَقَالَ: أَمَّا لَوْ أُذِنَ لَهُمْ فِى كَلامِى لَأَ خْبِرُوكُمْ إِنَّ خَيْرَ الزَّادِ التَّقْوى
"Ey vəhşətli evlərin sakinləri! Ey zülmət qəbrlərin əhli! Ey torpaq altında yatanlar! Ey qürbət əhli! Ey tənha evlərin əhli! Ey vəhşət əhli! Siz bizdən əvvəl bu diyara gəldiniz və biz də sizə qovuşacağıq. Əgər burda olan xəbərləri eşitmək istəyirsinizsə, sizə çatacaq xəbərlər budur: Siz öləndən sonra evlərinizdə başqaları sakin oldu. Həyat yoldaşlarınız başqaları ilə evləndi. Vərəsələriniz mallarınızı öz aralarında bölüb dağıtdılar. Buradan sizə çatacaq xəbərlər yalnız bunlardar. İndi orada olan xəbərləri siz deyin.” Sonra o Həzrət üzünü əshabına tərəf çevirib buyurdu: "Əgər onlara danışıq icazəsi verilsəydi, onlar durub belə deyərdilər: "Ya Əli, burada hər şeydən mühüm və dərdə dəyən əməl yalnız təqvadır.”(Hökmüz-zahirə-səh112)
2. Quran oxumaq
Müstəhəb əməllərin əsaslarından olan ikinci əməl çox Quran oxumaqdan ibarətdir. Quran çox oxumaq insanın qəlbini ağardıb nurani edər.
قَالَ رَسُولُ اللهِ(ص): نَوِّرُوا بُيُوتَكُمْ بِتَلاوَةِ الْقُرْآنِ
Həzrət Peyğəmbər(s) buyurur: "Öz evlərinizi Quran oxumaqla nurlandırın.” (Nəhcül-bəlağə, Hikmət-130" Nəhcül bəlağədə” və "Mühasibətün-nəfs” kitabının 67-ci səhifəsində)
قَالَ عَلِيٌّ(ع): أَلْبَيْتُ الَّذِى يُقْرَأُ فِيْهِ الْقُرْآنُ وَيُذْكَرَاللهَ عَزَّ وَ جَلَّ فِيْهِ تُكْثَرُ بَرَكَتُهُ وَيَحْضُرْهُ الْمَلائِكَةُ وَيَهْجُرْهُ الشَّياطِانُ يَضِيْئُ لْأَهْلِ السَّمَاءِ كَمَا يَضِيْئُ الْكَوَاكِبُ لَأَهْلِ الْأَرْضِ
İmam Əli(ə) buyurur: "Quran oxunan və Allaha zikr edilən evin bərəkəti çoxalar. Və o evə mələklər gəl-get edərlər, şeytanlar o evə yaxın düşməzlər. Göyün ulduzları yer əhlinə nur saçan təki, Quran oxuyub, Allahı zikr edən şəxsin nuru da göy əhlinə nur saçar.”(Hökmüz-zahirə, səh-112.)
Ümumiyyətlə, Quran oxumaq insanlara təkid olunmuşdur. Allah-təala Müzzəmmil surəsində buyurur:
فَاقْرَؤُوا مَا تَيَسَّرَ مِنَ الْقُرْآنِ
"Qurandan bacardığınız qədər oxuyun!”(Hökmüz-zahirə, səh-112.)
قالَ الْرِّضَا(ع): مَا تَيَسَّرَ مِنْهُ لَكُمْ فَيْهِ خُشُوعُ الْقَلْبِ وَصَفَاءُ السِّرِ
İmam Rza(ə) buyurur: "Bacardığınız qədər çox Quran oxuyun ki, qəlbləriniz rahat və batininiz saf və tər-təmiz olsun.”
Quran oxumaq insanın qəlbinin qaralığını aradan aparar və insana müsbət təsir bağışlayar.
3 Gecələr ibadət etmək.
Müstəhəb əməllərin əsaslarından üçüncüsü olan və insanının imanının artmasında böyük rol oynayan əməllərdən biri də gecələr Allaha ibadət etməkdən ibarətdir.
İnsan gərək gecələr az da olsa belə Allahla xəlvətlikdə münacat etməli və Ona ibadət etməlidir ki, imanı artsın. Bu müstəhəb əməl insanda çox böyük və dərin təsir qoyur. Çünkin insan gündüzlər gəzib dolanır, cürbəcür günahlarla qarşılaşır və insanda olan heyvani xüsusiyyətlər, şəhvət onun ruhunu çirkləndirir. Lakin gecə yarısı sübh azanından əvvəl insana xüsusi bir hal-əhval və xoş ruhiyyə gəlir. Həmin anlar insanın sakitlikdə və xəlvətlikdə hüzuri-qəlblə riyasız olaraq Allah qarşısında durub ibadət etməsi insanı təkamülə çatmağa böyük köməklik göstərir. Böyük şair, həm də böyük alimlərdən biri olan Moləvi deyir. "Yağışın suyu göydən pak və təmiz bir halda yerə tökülərək yeri dirildir, lakin özü çirklənir. Onun yenidən təmizlənib pak olması üçün buxara dönüb göyə qalxması lazım gəlir. Əgər yağışın suyu yenidən buxar olub göyə qalxaraq bulud şəklinə düşərsə, təmizlənib pak olar. O su paklanıb təmiz olduqdan sonra yenidən yerə enərək bütün canlılara həyat bəxş edir.”
Bu böyük alim bu ibarə ilə demək istəyir ki, insana beş vaxt vacib olan namaz da insanı ruhi çirkinliklərdən təmizləyir. Çünki insanda ruh tez-tez çirklənir. Ruhun təmizliyi üçün də insana beş vaxt namaz təyin olunmuşdur. Əgər insan ruhunu tez-tez təmizləməzsə onun ruhu çirkinlik nəticəsində məhv olar. Məsələn, bir nəfər aşbazlıq sənətinə adət edir və onun peşəsi mətbəxdə müxtəlif yeməklər bişirməkdir. O yemək hazırlamaq üçün müxtəlif ərzaqlardan istifadə edir və hər ərzaqı doğrayıb hazırladıqdan sonra əllərini tez-tez sabunla yuyur ki, əllərindən iy gəlməsin. Əgər əllərini tez-tez yumasa doğradığı soğan, ət və s. ərzaqların iyi əlindən getməyəcək. İnsanın ruhu da tez-tez çirklənir və onun təmizlənməsi üçün də Allah-təala gündə beş dəfə namaz qılmağı əmr etmişdir. insan hər dəfə namaz qıldıqca göylərə qalxaraq təmizlənib yerə qayıdır. Bu barədə Həzrət Peyğəmbər buyurmuşdur: "Namaz möminin meracıdır”
Buna əsasən də insanın ruhunun təmizliyi üçün namaz ən gözəl amildir. Xüsusilə gecələr yuxudan durub namaz qılmaq insanın ruhunun təmizlənməsində daha böyük rol oynayır. Allah-təala gecələr ibatət etməyin barəsində İsra surəsinin 79-cu ayəsində buyurur:
وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَّكَ عَسَى أَن يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَّحْمُودًا
"(Ya Məhəmməd!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə namaz qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdəki ən böyük şəfaət məqamına) göndərsin!”
Qeyd etmək lazımdır ki, müstəhəb olan nafilə namazları Həzrət Peyğəmbərə(s) vacib olunmuşdur. Qeyd olunan ayədə Allah-təala Öz peyğəmbərinə gecə yarsı əlavə namaz qılmağı sifariş etmişdir. Çünki bu əməllə Həzrət Peyğəmbər(s) bəyənilmiş (məhmud) bir məqama çatmışdır.
Ümumiyyətlə gecə yarısı durub namaz qılmaq insanı təkamülə çatdırar və insanın qəlbini ağardar.
قَالَ رَسُولُ اللهِ(ص): من اطاب لكلام و اطعام الطعام و صلى باليل و الناس نيام
Həzrət Peyğəmbər(s) buyurur: "Sizlərin ən yaxşısı öz dilinə sahib olan (dilini günahlardan qoruyan), ac insanlara yemək verən və camaat yuxuda olan zaman namaz qılan şəxsdir.”(Müzzəmmil, 20.)
قَالَ الصَّادِقُ(ع): لا تدع قيام الليل فإن المغبون من حرم قيام الليل
İmam Sadiq(ə) buyurur: Gecə namazı qılmağı unutma. Həqiqətən gecə namazından məhrum olan kəs məğbundur (ziyan çəkənlərdəndir). (Təfsiri-numunə. c.12 səh.228)
قَالَ رَسُولُ اللهِ(ص): من صلى بااليل حسن وجهه بالنهار
Həzrət Peyğəmbər(s) buyurur: "Gecələr namaz qılan şəxsin siması gündüzlər nurani olar.”(Təfsiri-numunə. c.12 səh.228)
Burada qeyd etmək lazımdır ki, gecə namazının bir xüsusiyyəti vardır. Gündüzlər günah edən insan gecə namazı qılmağa müvəffəq olmur. Çünki günahlar onu gecə namazı qılmağa maneəçilik törədir.
Bir nəfər Həzrət Əlinin(ə) hüzuruna gəlib dedi: Ya Əmirəl-möminin, mən gecə namazı qılmaqdan məhrum olmuşam.
İmam buyurdu: "Sən elə bir insansan ki, günahlar sənin əllərini qandallayıb (və səni gecə namazı qılmaqdan məhrum edib).(Təfsiri-numunə. c.12 səh.228)
Həzrət Peyğəmbər(s) imam Əlinin(ə) etdiyi vəsiyyətlərin birində belə buyurur:
أصيك و نفسى بخصال فاحفظها... و عليك بصلوة الليل و عليك بصلوة الليل و عليك بصلوة الليل
"Ya Əli! Sənə bir neçə xisləti tövsiyə edirəm ki, onları həmişə qoru.” Həzrət Peyğəmbər(s) bir neçə vəsiyyət etdikdən sonra buyurdu: "Sənə gecə namazı qılmağı tövsiyə edirəm! Sənə gecə namazı qılmağı tövsiyə edirəm! Sənə gecə namazı qılmağı tövsiyə edirəm!”(Təfsiri-numunə. C.12 səh.229)
Buna əsasən də insan gecələr Allaha ibadət etməyi və gecələr durub namaz qılmağı öz həyati proqramlarına salması daha mühüm işlərdən sayılır.
4 Camaata xidmət (qulluq) etmək.
Müstəhəb olan əməlləin dördüncü əsas hissəsi Allhın bəndələrinə xidmət etməkdən ibarətdir. Həqiqətən, Allahın bəndələrinə xidmət göstərib onlara qulluq etmək insanın imanının möhkəmlənməsində böyük rol oynayır və insanın təkamülə yetməsində mühüm amillərdən hesab olur. İnsan Allah bəndələrinin çətinliyə düşdüyü zaman gərək bacardığı qədər əlindən gələn köməkliyi onlardan əsirgəməsin. Ümumiyyətlə, harada olduğundan asılı olmayaraq, Allah bəndələrinə kömək etmək və onlardan bir şey ummamaq şərtilə yaxşılıq etməyin Allah yanında çox böyük savabı vardır. Allah-təala camaata yaxşılıq edən və onların dərdinə şərik olan şəxsi sevər və onu hər bir işdə, xüsusilə təkamülə çatmaqda müvəffəq edər.
Həzrət İbrahim peyğəmbərin xüsusiyyətlərin-dən biri də bir Allah bəndəsi qapısına gəldikdə onu əliboş yola salmaması idi. Həzrət İbrahim(ə) hər yerdə möhtac bir insan gördükdə ona mümkün qədər yardım edərdi. Bir sözlə, camaat üçün əlindən gələn köməkliyi əsirgəməz və onların əziyyətlərinə dözüb, səbr edərdi.
Əgər insan öz yaşadığı məntəqədə və ya başqa yerdə camaatın əziyyətinə dözüb onlara əlindən gələn köməkliyi əsirgəməzsə, Allah onun üzünü ağardar və harada olsa ona kömək edər. Böyük alimlərin yüksək mərhələlərə çatmasında da məhz bu kimi xüsusiyyətlər və xislətləri, yəni camaata xidmət göstərib onların əziyyətinə dözmələri olmuşdur.
Ayətullah əl-üzma Mərhum axund Molla Hüseynqulu Həmədani görkəmli alim və ariflərdən biri idi. O, Ayətullah Məhəmməd Hüseyn Təba-Təbainin usdadı olmuşu. Onun Ayətullah seyyid Seyyid Əli Qazi adlı bir şagirdi var idi. Seyyid Əli Qazi belə bir əhvalat nəql edir: "Bir gün Molla Hüseynqulu Həmədani öz şagirdləri ilə Kərbəlaya İmam Hüseyn(ə)-ın ziyarətinə yola düşür. Lakin onun Seyyid Səid adlı şagirdinin işi olduğundan onlarla birlikdə gedə bilmir və deyir ki, siz gedin, mən də sonradan gəlib sizə qoşularam. Onlar birilikdə gəmiyə minib Kərbəlaya yola düşürlər. Seyyid Səid işlərini qurtardıqdan sonra, sahilə gəlib görür ki, artıq gəmilər gedib. Kərbəlaya gedən yalnız bir gəmi qalmışdır. Seyyid Səid gəmiyə minib bir yerdə əyləşir. Onun ardınca bir zənci ərəb gəmiyə minir və gəlib onun yanında oturur. O ərəbin paltarları çox çirkli idi, bədənindən və ağzından pis iy gəlirdi. Ərəb Seyyidin yanında əyləşən kimi onu yuxu tutur və başını onun çiyninə qoyub yatır. Seyyid öz ürəyində fikirləşir ki, bunun bədənindən və ağzından pis iy gəlir və məni narahat edir. Əvvəl istəyir onu oyatsın. Sonra öz-özünə fikirləşir ki, ola bilsin yorğundur, onu narahat etməyim. Səhərə qədər özü oyaq qalıb o ərəbi oyatmır. Bu minvalla gəlib Kərbəlaya çatırlar.
Molla Hüseynqulunun yanında olan şagirdləri deyirlər ki, biz gecə onun yanında əyləşib söhbət edirdik. Söhbət əsnasında Molla Hüseynqulu bir neçə dəfə "Afərin sənə, seyyid Səid” dedi. Ustad bu sözləri təkrar edirdi, lakin biz onun bu sözü niyə görə dediyini başa düşmürdük. Səhər açıldı. Seyyid Səid içəri daxil oldu və bizimlə salamlaşdı. Molla Hüseynqulu onu görən kimi dedi: "Afərin sənə, seyyid Səid! Sən əlli illik yolu bir gecədə getdin.” Ondan sonra biz seyyid Səiddən necə gəldiyini soruşduqda, o, gecə yolda başına gələn əhvalatı danışdı. Sonra Molla Hüseynqulu bizə buyurdu ki, hər kim möminin əziyyətinə dözüb səbr edərsə, Allah-təala ona böyük əcr və savab bəxş edər.”(Təfsiri-numunə. C.12 səh.229)
Beləliklə də İslamın və Quranın insanlara etdiyi təkidlərin əsası buna görədir ki, onlar cəmiyyətdə bir-birinə xidmət edərək bir-birlərinin çətinliklərinə dözüb səbr etsinlər.
قَالَ رَسُولُ اللهِ(ص): أَيُّمَا مُسْلِمٍ خَدَمَ قَوْمًا مِنَ الْمُسْلِمِيْنَ إِلاّ أَعْطَاهُ اللهُ مِثْلَ عَدَدِهِمْ خُدّآمًا فِىالْجَنَّةِ
Bu barədə Həzrət Peyğəmbər(s) belə buyurur: "Hər bir müsəlman bir dəstə müsəlmana qulluq edib, onlara xidmət göstərərsə, Allah ona Cənnətdə o dəstənin sayı qədər xidmətçi verər.”(Kontrole-ğəraiz kitabı, səh-214.)
İnsan gərək etdiyi yaxşılıqları ixlasla yerinə yetirsin və kiməsə etdiyi yaxşılıqları minnətlə etməsin. Belə olduqda insanın qəlbində iman nuru yaranar və bu əməl insanı günahlardan qoruyub saxlamaqda kömək edər.
3. İxlas
Qəlbi imanın ələ gəlməsinin üçüncü yolu hər bir ibadəti ixlasla yerinə yetirməkdən ibarətdir. İxlas odur ki, insan etdiyi hər bir ibadəti yalnız və yalnız Allaha görə yerinə yetirsin və etdiyi ibadətlərdə Allahdan başqasını şərik qoşmasın. Alimlər ixlas üçün belə bir tərif də qeyd etmişlər. "İxlas odur ki, insanın niyyəti Allahdan başqa bütün şeylərdən pak olsun.”
Bir nəfər Həzrət Peyğəmbərin(s) hüzuruna gəlib dedi: Ya Rəsuləllah, mən Allah yolunda infaq edirəm və sileyi rəhm edirəm. Mən bu əməlləri Allaha görə edirəm, lakin camaat bu işlərimə görə tərif edəndə xoşhal olub sevinirəm. Mənim bu əməlim yaxşı işdirmi?
Həzrət Peyğəmbər(s) bir söz deməyib sükut etdi. Allah-təala O Həzrətə bu ayəni nazil etdi:
فَمَن كَانَ يَرْجُو لِقَاء رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا
"Kim Rəbbi ilə qarşılaşacağına (Qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə, yaxşı işlər görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın.”(Üsuli-Kafi, c.3. səh-296)
Peyğəmbərə nazil olan bu ayə həm həmin şəxsin sualına cavab oldu və həm də insanlara bildirdi ki, Allaha görə etdiyi ibadətdlərində başqalarını şərik qoşmasınlar. Əgər insan Allaha görə etdiyi ibadətlərdə kiminsə onu tərifləməsindən xoşu gəlirsə, artıq o ibədət Allaha xatir yox, onu tərifləyən üçündür.
Şiə və sünni alimlərinin buyurduqlarına əsasən Quranda Həzrət Əlinin(ə) barəsində 300 ayə nazil olmuşdur. Alimlər buyurmuşlar ki, Maidə surəsinin 55-ci ayəsinin o həzrət barədə nazil olmasının xüsusi bir mənası vardır. Allah-təala bu ayədə belə buyurur:
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ
"Həqiqətən sizin vəliniz (hakiminiz) Allah, Onun peyğəmbəri və iman gətirib, namaz qılan və rüku halında zəkat verənlərdir.”
Burada belə bir sual irəli çıxır. İndinin özünə qədər namaz qılan zaman, rüku halında zəkat verən kimlərdir ki, Allah-təala bir üzük verməyə görə onların barəsində belə bir ayə nazil etmişdir?
Bütün alimlərin hamısı təsdiq etmişlər ki, namazda rüku halında zəkat verən yeganə şəxs Həzrət Əli(ə) olmuşdur.
İmam Əlinin(ə) verdiyi üzüyün maddi qiymətinə baxdıqda bəlkə onun bir dirhəm də olsa qiyməti olmazdı. Lakin onun mənəvi qiymətinə nəzər saldıqda isə o üzüyün elə bir qiyməti vardı ki, onun qiymətini Allahdan başqa heç kəs verə bilməz. Həzrət Əli(ə) o üzüyə elə bir rəng vurmuşdu ki, qiyamət gününə qədər o rəng ondan getməyəcək. Həzrət Əli(ə) o üzüyü bizim istifadə etdiyimiz boyalarla yox, ixlas rəngi ilə rəngləmişdir. Məhz onun üzüyü barmağından ixlasla çıxarıb Allah yolunda verdiyinə görə Allah-təala bu ayəni onun barəsində nazil etdi.
Əllamə Təba Təbai buyurur: "Hər hansı bir əmələ ixlas rəngi dəyərsə, yəni o əməl ixlasla görülərsə, o əməlin qiymətini Allahdan başqa heç kəs verə bilməz. Bəlkə elə bir dərəcəyə gələr ki, o əməlin qiyməti yalnız Allahın Özü olar. İmam Hüseyn(ə) "Ya sarəllah” ləqəbi verildiyi kimi. "Ya Sarəllah” sözünün mənası Allahın qanı deməkdir. Burada belə bir sual çıxır. Məgər Allahın qanı vardır ki, Allah-təala İmam Hüseyn(ə)-ı Öz qanı adını vermişdir?
Bu sualın cavabı belədir. Allahın qanı yoxdur. Lakin İmam Hüseyn(ə)-ın qanının qiyməti Allahın Özü olduğu üçün bu ləqəbi almışdır. Allah-təala İmam-Hüseyn(ə)-a xitab edərək buyurur: "Sənin ixlasla tökülən qanının qiyməti Mən Özüməm.”
Oruc tutan şəxsin əcri, savabı və qiyməti Allahın özü olduğu kimi, ixlasla görülən hər bir əməlin də savabı və qiyməti Allahın Özü olar. Allah-təala Zümər surəsinin 2,3-cü ayələrində buyurur:
إِنَّا أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ فَاعْبُدِ اللَّهَ مُخْلِصًا لَّهُ الدِّينَ
أَلَا لِلَّهِ الدِّينُ الْخَالِصُ
...
"(Ya Peyğəmbər!) Biz kitabı sənə haqq olaraq nazil etdik. Buna görə sən də dini məhz Allaha and edərək yalnız ona ibadət et! Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur...”
Bir nəfər Peyğəmbərin(s) hüzuruna gəlib dedi: Ya Rəsuləllah, biz malımızı camaata paylayıb camaata kömək edirik ki, bizi tərifləsinlər və bizim adımızı hər yerdə çəksinlər. Allah-təala bizim bu əməlimizə savab verərmi? Həzrət Peyğəmbər(s) buyurdu: Xeyr. Həmin şəxs dedi: Ya Rəsuləllah, biz malımızdan camaata veririk ki, həm Allah bizə əcr və savab versin, həm də camaat bizi tərifləsinlər. Bizim bu əməlimizə savab düşürmü?
Həzrət Peyğəmbər(s) buyurdu: Allah ixlasla görülən əməldən başqa heç bir əməli qəbul etməz. Sonra həzrət Zümər surəsinin 3-cü ayəsini oxudu: " Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur...”
Allah-təala Zümər surəsinin 11-ci ayəsində buyurur:
قُلْ إِنِّي أُمِرْتُ أَنْ أَعْبُدَ اللَّهَ مُخْلِصًا لَّهُ الدِّينَ
"(Ya Peyğəmbər!) De ki, Mənə dini məhz Allaha məxsus edərək yalnız (ixlasla) Ona ibadət etmək üçün əmr olunmuşam.”
قَالَ الصَّادِقُ(ع): من قال لا اله الا اللهِ مخلصا دخل الجنة و اخلاصه أن يحجزه لا اله الا اللهِ عما حرم الله
İmam Sadiq(ə) buyurur: "Hər kim xalis niyyətlə la ilahə illəllah desə Cənnətə daxil olar. Və onun ixlası o qədər təmiz olmalıdır ki, onunla Allahın haram etdiyi şeylər arasında pərdə və maneə olsun.”(Kəhf-110)
Yəni hər kim la ilahə illəllah kəlməsini ixlasla dilinə gətirsə, gərək Allaha günah etməsin və Ona xatir etdiyi ibadətlərdə heç kəsi şərik qoşmasın.
Həqiqi ixlas odur ki, insan başqalarını onu tərifləməsinə görə ibadət etməsin.
Ümumiyyətlə insan gərək xəlvətdə etdiyi ibadətləri heç kəsə bildirməsin və aşkarda etdiyi ibadətlərdə isə heç kəsin onu tərifləməsini istəməsin. Çünki ibadətin qəbul olmasında əsas meyar təmiz niyyətli olmaq və ixlasdır.
Həvarilər İsa Peyğəmbərə dedilər: Ya İsa! Allaha müxlis (ixlasla ibadət edən) kimdir?
İsa peyğəmbər buyurdu: "Müxlis o kəsdir ki, Allaha ibadət edər və onun bu əməlinə görə kiminsə tərifləməsini sevməz.”