İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 7
Qonaqlar 7
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » September » 21 » İmam Zamanla görüşənlər
    7:30 AM
    İmam Zamanla görüşənlər
    BAĞIŞLAYAN VƏ RƏHİMLİ ALLAHIN ADI İLƏ
    "Pərvərdigara! Ağlayıb-sızlayaraq Səndən İmam Zamanın kəramətli dövlətini zühura yetirməyini, onun zühuru ilə İslama və ümmətinə izzət əta qılmağını, nifaq və nifaq əhlini zəlil etməyini istəyirik. Bizi həmin haqq dövlətdə ona tərəf də`vət edənlərdən və hidayət yolunun rəhbərlərindən qərar ver. Onun vasitəsilə bizlərə dünya və axirət kəramətini əta qıl. Rəhmətinə and veririk, ey rəhimlilərin rəhimlisi!”
    "İftitah duasından”
    - Ön söz -
    Bilmirəm İmam Zamanı (ə) qeyb dövründə görməyin və hüzuruna nail olmağın mümkünsüzlüyünü deyənlər, hansı dəlillərə istinad edirlər? Nə üçün vücudu adi insanlar kimi ət və sümükdən ibarət olan və insanlar arasında yaşayan bir şəxsin görünməsi qeyri-mümkün olsun? Axı, bu qədər böyük alimlərin, ilahi övliyaların və Həzrətin (ə) sadiq tərəfdarlarının onu gördükləri barədə söylədiklərini belə asanlıqla inkar etmək olarmı?!
    "İmam Zamanı (ə) görmək olmaz!” – deyənlər heç bilirlərmi ki, belə yanlış və əsassız iddia ilə onun düşmənlərinə nə böyük kömək etmiş olurlar?! Onlar heç bilirlərmi ki, əgər müsəlman icması Həzrətin (ə) görülməsi mümkünlüyü barədə şəkkə-şübhəyə düşərlərsə, hətta onun mövcudluğunu sübuta yetirən əsaslı dəlillərdən birini əldən vermiş olarlar?!
    Bə`zən deyirlər: "Bir sıra rəvayətlərdə İmam Zamanı (ə) görənlərin iddiaları təkzib və inkar olunmuşdur.” Onlardan soruşmaq lazımdır ki, dediyiniz rəvayətlər haradadır? Axı nə üçün biz onları görməmişik?! Nə üçün həmin rəvayətləri yalnız onu görməyə nail olmayan şəxslər görməlidirlər?
    ’Aparılan araşdırmalar nəticəsində yalnız bir rəvayət, nisbətən diqqəti özünə cəlb edir. Lakin onun da məzmunu qəlbləri kor olanların güman etdikləri kimi deyildir.
    Bu müqəddəs sətirlər, İmam Zamanın (ə) dördüncü naibi Əli ibn Məhəmməd Səmuriyə ölüm ayağında olarkən Həzrət tərəfindən təqdim olunmuşdur:
    «Bağışlayan və rəhm edən Allahın adı ilə. Ey Əli ibn Məhəmməd Səmuri! Allah sənin müsibətində şiə qardaşlarının savabını artıq etsin. Sən altı gündən sonra vəfat edəcəksən. İşlərini yekunlaşdır və canişinlik məsələsini, artıq kimsəyə vəsiyyət etmə. Çünki, bundan belə böyük qeyb başlanır və Allahın izni olmayınca zühur baş verməyəcək. Bu iş qəlblər daşa döndükdən, yer üzünü zülm və ədalətsizlik bürüdükdən, yə`ni uzun müddətdən sonra baş verəcək.
    Tərəfdarlarımızdan elələri olacaq ki, bizimlə əlaqədə olduqlarını və görüşdüklərini iddia edəcəklər. Bil ki, kim Süfyaninin zühurundan və göydə qopan dəhşətli səsdən əvvəl bizimlə görüşdüyünü iddia edərsə, yalan demiş və iftira söyləmişdir. Və o böyük və əzəmətli Allahdan başqa güc və qüdrət sahibi yoxdur...»
    Bu yazıdan xəbərdar olan şiələr, altı gün sonra – Şaban ayının on beşi Əli ibn Məhəmməd Səmurinin evinə gəlib onu ölüm ayağında görürlər. Elə bir neçə dəqiqədən sonra da Əli ibn Məhəmməd Səmuri dünyasını dəyişir... Allah ona rəhmət etsin.
    İndi ey insaf əhli! Heç bu mübarək yazının məzmununa və onun xüsusi cəhəti (Əli ibn Məhəmməd Səmurinin naibi-xass məqamını nəzərə alaraq) vurğuladığına diqqət yetirmisinizmi? Məktubdakı "kim İmam Zaman (ə)-ı gördüyünü iddia edərsə” – ibarəti ilə, yalnız İmam Zaman (ə)-ın dörd xüsusi naib və canişinlərindən qeyrilərinin həmin məqamdakı görüş iddiaları rədd edilir. Deməli, həmin andan sonra kimsə Həzrətlə xüsusi naib məqamında görüşdüyünü iddia edə bilməz.
    Lakin, istər təsadüfü olsun, istərsə də təvəssül nəticəsində, İmam Zamanla görüşlər baş vermişdir. Amma təəssüflər olsun ki, hətta bə`zi elm adamları qeyb zamanı İmam Zaman (ə)-ı görməyi və onun hüzurunda olmağı qeyri-mümkün hesab edir! Mərhum Hacı Nuri "Nəcmus-Saqib” kitabında belə nəql edir:
    "Mərhum Seyyid Bəhrul-Ülumun tələbələrindən olan agah və təqvalı axund Molla Zeynəlabidin Səlmasi buyurardı: Bir dəfə Seyyid Bəhrul-Ülumun dərsində olduğum zaman tələbələrdən biri ondan soruşdu: Böyük qeyb zamanı kimsə Sahibəzzəman (ə)-ı görə bilərmi? Seyyid Bəhrul-Ülum susub ona cavab vermədi. Mən onun yaxınlığında oturduğum üçün gördüm ki, başını aşağı salıb asta səslə deyir: Nə cavab verim axı, bir halda ki, elə indi İmam Zaman (ə) məni qucaqlayıb bağrına basmışdır.”
    Bu kitabda həmin əsassız fikri rədd edən, İmam Zaman (ə)-ın hal-hazırda bizim aramızda olduğunu sübuta yetirən dəlillər gətirilməklə siz əziz oxucuları İmam Zamanla (ə) görüşün mümkünlüyünə ümidvar etmək üçün, bu məzmunda nəql olmuş minlərlə əhvalatlardan yalnız e`tibarca qəti və doğruluğunda şübhə olmayanları verilmişdir. Ümidvarıq ki, bu yazılar elə İmam Zaman (ə) tərəfindən bəyənilib qəbul olunacaq.
    Bu əhvalatları nəql etməzdən əvvəl neçə məsələnin aydınlaşdırılması zəruridir:
    1. Şübhəsiz ki, fədası olduğumuz İmam Zaman (ə) hər hansı bir susuzu sirab etmək, səhrada azan hansı bir yolçuya yol göstəmək, hansısa xəstəyə şəfa vermək və hansı bir evsiz-eşiksizə ev vermək üçün yaradılmayıb. "Nüdbə” duasında o həzrətin vücudunun yaradılışı belə qiymətləndirilir: "İlahi! Onu bizim üçün sığınacaq yeri, hidayətçi və günahdan çəkindirəcək bir vasitə yaratdın.”
    2. Kitabda verilən bə`zi görüş və sərgüzəştlər başqa mənbələrdən götürülsə də, əmin olmaq üçün kənarında digər şahidlərdən də istifadə olunub.
    3. Bə`zən əhvalatlarda ixtisara yol verilsə də, lakin mətnlərin məzmunlarına xələl yetirilməmişdir.
    4. İmam Zaman (ə)-ın müqəddəs adının ehtiramını qorumaq üçün bu kitabda o həzrətin (İmam Zaman) (Sahibəzzaman) kimi məşhur ləqəblərindən istifadə olunub.
    5. İmam Zamanla (ə) görüş və əlaqə dörd cür ola bilər:
    1) Ruhi və mə`nəvi əlaqə.
    Daim mümkün ola bildiyi üçün, demək olar ki, onların arasında ən əhəmiyyətlisi sayılacaqdır.
    2) İmam Zamanı (ə) yuxuda görmək.
    3) İmam Zamanı (ə) mükaşifə aləmində ziyarət etmək.
    4) İmam Zamanla (ə) adi halda görüş.
    Bu kitabda yalnız İmam Zaman (ə)-ın sadiq dost və aşiqlərinin onun mübarək zahiri vücudu ilə görüşdükləri əhvalatlar verilmişdir ki, onun hal-hazırda sağ və bizim aramızda yaşadığı bir daha sübuta yetsin.
    6. "Böyük qeyb”ə hazırlıq "kiçik qeyb”lə başlandığı kimi, Həzrətin zühuru da zühura hazırlıqla müşayiət olunacaqdır. Belə ki, deyilən əlamətlər həyata keçməyincə, zühur baş verməyəcək və bu, bəşərin zühura hazırlığı üçün zəruridir.
    İnşallah, tezliklə o həzrətin (ə) günəş tək parlaq vücudu Məkkə üfüqündən baş qaldıracaq və yer üzünü zülm, haqsızlıq və ədalətsizlik bürüdükdən sonra haqq-ədalətlə yenidən dolduracaqdır. «Biz isə onu yaxın görürük.»("Məaric”, 7.)
    7. Bütün əhvalatlar tamamilə doğru və yalnız mö`təbər mənbələrdən götürülmüşdür.
    İmam Zaman (ə)-ın yerinə başqa birisinin ziyarət olunması şübhəsi doğuran nəqllərdən pəhriz olunmuşdur.
    Nəql olunan bütün əhvalatlarda İmam Zamanla (ə) görüşən şəxslərin Həzrəti gördükləri anda və ya bir qədər sonra onu tanıdıqlarına və əksərən qarşılarındakı şəxsin İmam Zaman (ə) olduğunu bildiklərinə işarə olunmuşdur.
    Mö`min şəxs çətinlik, bəla və xəstəliklərlə, qorxu və təhdidlərlə üzləşdiyi vaxt, xüsusilə də şübhələrə, fitnələrə tuş gəldiyi zaman o Həzrətə (ə) pənah aparmalı, Allahın yer üzündəki höccətinə üz tutmalıdır.
    Odur "əl-kəhfil-həsin”, odur "ğiyasəl-müztərril-mustəkin”. Yə`ni Həzrət (ə) yenilməz hasarı olan bir qalaya bənzədilir. O, çətinlikdə, iztirabda olub onun qalasına sığınanları qoruyur, fəryad edib onu köməyə çağıranların dadına yetişir.
    Odur "məfzəul-ibad fid-dahiyətin-nad”. Yə`ni sıxıntılarda pənah aparılacaq yer odur. Buna görə də Həzrətin (ə) şərif ləqəblərindən biri "qövs”dür. "Əl-qövs” dada, fəryada yetən deməkdir. Həzrətin (ə) bu ləqəbi ona aid dualarda, ziyarətnamələrdə çox yad edilir. Həzrətin (ə) digər məşhur ləqəblərindən biri də "Əbu Saleh”dir. Əllamə Nuri deyir: "Ərəblər, məxsusən bədəvilər arasında, həmçinin şe`rlərdə Həzrət (ə) daha çox "Əbu Saleh” ləqəbi ilə yad edilir. Eləcə də təvəssül, istiğasə, nüdbə və şikayətnamələrdə Həzrətə (ə) bu ləqəbi ilə müraciət olunur. Məşhur əhli-beyt şairlərinin çoxusu öz qəsidələrində, mədhnamələrində, mərsiyələrində Həzrəti (ə) mübarək "Əbu Saleh” künyəsi ilə zikr etmişlər.”
    Əbül-Vəya Şirazi aşağıdakı rəvayəti Peyğəmbərdən (s) nəql edərək deyir: "Nə vaxt çıxılmaz vəziyyətə düşsən, vəziyyəti olduqca ağır görsən, Həzrət Höccətə (ə) istiğasə et. O sənin fəryadına yetişəcək, sənə nicat verəcəkdir. O, onu çağıran hər kəsin çağırışına cavab verər, köməyinə yetər.
    Çətin anlarda onu çağıraraq belə deyin: "Ey mövlam, ey Sahibəzzaman! Sənə pənah gətirmişəm.”
    Seyyid ibn Tavus deyir: "Nə vaxt şiddətli narahatçılığa düçar olsan, yolu azsan, Həzrəti (ə) həmin adla (Ya Əbu Saleh deyərək) köməyə çağır.”
    Əbu Bəsir İmam Sadiqdən (ə) bu rəvayəti nəql edərək buyurur: "Nə zaman yolu itirsəniz, ona müraciətlə deyin: Ya Saleh yaxud ya Əba Saleh.”
    Ravi Ubeyd ibn Hüseyn Zərəndi nəql edir ki, Əli ibn Əbu Həmzə deyirdi: "Başımıza bir bəla gəldi (yolu azdıq). Bizimlə olanlara göstəriş verdik ki, bizdən bir qədər aralanıb Həzrəti (ə) bu adı ilə (ya Əba Saleh) çağırsınlar. Onlar bizdən uzaqlaşıb Həzrəti (ə) səsləməyə başladılar. Bir müddətdən sonra bizim yanımıza qayıdıb xəbər gətirdilər ki, çox astadan belə bir səs eşidiblər: "Yol sağ tərəfdədir!” Biz həmin səmtə yollandıq və yolu tapdıq.”
    Cənab Şeyx Qasım deyir: "Səfərlərimin birində karvandan dala qalmışdım. Uca səslə fəryad etdim: "Ya Saleh!” Bu adı çağırmaqda məqsədim Seyyid ibn Tavusun "Əl-aman” kitabında göstərdiyi kimi, İmam Zamanı (ə) haraylamaq idi. Seyyid ibn Tavus o kitabda deyir: "Biyabanda yolu itirdiyiniz zaman Həzrəti (ə) bu adı ilə səsləyin.” Beləliklə, o həzrət dadıma çatıb məni xilas etdi.”
    Ümid edirik ki, bununla İmam Zaman (ə)-ın dost və aşiqlərinə dərin sevinc bəxş edə bilək.
    Category: İmam Zamanla görüşənlər | Views: 1751 | Added by: Islam_Kitabxanasi | Rating: 3.5/6
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024