İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 11
Qonaqlar 11
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 21 » İmam Zamanla görüşənlər
    7:27 AM
    İmam Zamanla görüşənlər
    Üçüncü Görüş
    Mərhum Ayətullah Hacı Şeyx Müctəba Qəzvini Məşhədin tanınmış və adlı-sanlı alimlərindən biri olmuşdur. Və mən özüm ondan dəfələrlə kəramətlər görmüşəm. O 1338-ci hicri şəmsi ilində bu əhvalatı nəql edirdi:
    Məşhəd sakini olan Damğanlı Seyyid Məhəmməd Baqir, mərhum hacı Mirzə Mehdi İsfahani Qərəvinin şagirdlərindən biri olmuş və dəfələrlə onun hüzurundan bəhrələnə bilmişdir. O bir neçə il vərəm xəstəliyindən əziyyət çəkdi. O zamanlar həmin xəstəliyin əlacı yox idi. Xəstəlik onu xeyli zəiflətmiş, bunun üçün də hamı naümid olmuşdu. Amma bir vaxt onun tamamilə sağlam və çevik bizim yanımıza gəldiyini gördüm. Hamımız bundan təəccübləndik və sağalmağının səbəbini soruşduq. Dedi: Bir gün hulqumumdan xeyli qan gəldi, həkimlər də dərdimə çarə tapa bilməyib məni lap mə`yus etdilər. Qərara gəldim ki, gərək Ayətullah Qərəvinin yanına gedib vəziyyətimi ona izah edim. O məni dinlədikdən sonra dizi üstə oturdu və təəccüblə dedi: Məgər sən seyyid deyilsən?! Nə üçün əcdadlarından xəstəliyinə şəfa diləmirsən?! Nə üçün İmam Zaman (ə)-ın hüzuruna gedib, hacətini ondan diləmirsən? Məgər bilmirsənmi ki, onlar Allahın gözəl adlarıdırlar? Məgər Kumeyl duasında "Ey o kəs ki, onun adları dərdlərə dəva yad olunması isə bəlalara şəfadır” – münacatını oxumamısanmı? Əgər müsəlmansansa, əgər seyyidsənsə, əgər şiəsənsə, onda gərək günü bu gün şəfanı fədası olduğumuz İmam Zaman (ə)-dan istəyəsən!
    Ayətullah Qərəvinin sözləri mənə o qədər tə`sir etdi ki, özümü saxlaya bilməyib zar-zar ağlamağa başladım. Yerimdən qalxdım. Məndə elə hal yarandı ki, sanki, hökmən İmam Zaman (ə)-ın hüzuruna getməliydim. Elə hey ağlayır və öz-özümə zümzümə edərək deyirdim: Ya Huccətubnul-Həsən, ədrikni! "Ey Höccət ibn Həsən, dadıma çat!” Bundan sonra həzrət İmam Əli ibn Musa Rza (ə)-ın müqəddəs ziyarətgahına tərəf getdim. Məscidin qədim həyətinə daxil olduqda oranı bir qədər dəyişgən gördüm. Ora olduqca xəlvət idi. Həyətdə yalnız birgə hərəkət edən yalnız bir neçə nəfər görmək olardı. Onların qarşısında bir seyyid də var idi. Mən başa düşdüm ki, o İmam Zaman (ə)-dır. Öz-özümə dedim ki, onlar gedə və mən onlara çatmaya da bilərəm. Yaxşısı budur ağanı çağırım və ondan xəstəliyimə şəfa istəyim. Bu fikiri zehnimdən keçirirdim ki, gördüm ki, həmin seyyid qayıdıb gözünün ucu ilə mənə nəzər saldı. Bədənimi soyuq tər bürüdü. Birdən məscidin həyətini adi vəziyyətdə gördüm. Artıq həmin bir neçə nəfər şəxs orada görünmirdi, camaat həmişə olduğu kimi orada get-gəl edirdilər. Mən heyrət içində idim. Elə bu vaxt özümün tam sağaldığımı və əziyyət çəkdiyim xəstəlikdən heç bir əsər-əlamətin qalmadığını hiss etdim. Evə qayıtdım və pəhrizə son qoydum. Halım o qədər yaxşı olmuşdu ki, nə qədər istəyirdim öskürəm, öskürə bilmirdim.
    Mərhum Hacı Şeyx Müctəba Qəzvini (Allah ona rəhmət etsin) bunu deyib zar-zar ağlamağa başladı. Sonra buyurdu: Bəli, bu idi Seyyid Məhəmməd Baqir Damğaninin əhvalatı. Həmin əhvalatdan bir neçə il sonra yenə də onu gördüm. O, tamamilə sağlam və gümrah idi.
    Şair deyir:
    Bir baxışla torpağı kimya edənlər,
    Olarmı ki, bizə bir nəzər salmasınlar.
    Dördüncü Görüş
    Seyyid Həsən Əbtəhi deyir: 1353-cü hicri şəmsi ilində Mədinəyə getmişdim. Gecə yarısı, küçələr tamamilə xəlvət olduğu vaxt dolanıb bir-bir onları nəzərdən keçirirdim. Babus-səlam tərəfdəki binalar uçurulmuş və hələ indiki kölgəliklər tikilməmişdi.
    Peyğəmbər məscidinin divarları ilə üzbəüz prospektə qədər yeni Qəmamə məscidi tikilmişdi. Gecənin axırı olduğundan, ziyarətgahın qapıları hələ açılmadığı üçün yoldaşımla birlikdə Peyğəmbərin məscidinin kənarında oturmuşduq. Hər bir qapı həzrət İman Zamanı (ə) xatırladırdı. Hər ikimiz oturub o həzrətə olan eşq və diqqətimizi izhar edirdik. Yoldaşım birdən mənə dedi: Sizə bir sualım var. Dedim: Buyur soruş. Dedi: Ola bilərmi ki, fədası olduğum İmam Zaman (ə)-ın Mədinədə mənzili olmasın? Dedim: Niyə də ola bilməsin, lazım deyil onun hər şəhərdə evi olsun. Xüsusilə də ona görə ki, dostlarının evi elə onun özünə məxsusdur. Yoldaşım dedi: Yox, mən belə fikirləşirəm o Həzrətin Mədinədə evi vardır. Dedim: O ev haradadır? Dedi: Əgər onun evinin yerini bilsəydim, indi burada oturmazdım. (Mən bilirdim ki, o həzrətin aşiqlərində belə bir hal baş verdikdə, azacıq diqət yetirməklə xeyli faydalanmaq olar. Bunun üçün də dedim:) Mən belə bir əqidədə olsaydım, yə`ni fədası olduğum İmam Zaman (ə)-ın Mədinədə evi olduğunu hesab etsəydim, onun evini tapana qədər şəhərdəki bütün evlərin qapısını döyər və ev sahibinin adını soruşardım. Sonra sözlərimə əlavə edərək dedim: Əgər bu iş tam ciddiyyətlə və düzgün yerinə yetirilərsə beş-altı günə bütün evlərə baş çəkmək olar. Axı, Mədinə nə boyda şəhərdi ki, bu müddət ərzində bu işi görmək olmasın. İşin özü isə o qədər müqəddəs və əhəmiyyətlidir ki, ona görə belə bir zəhmətə qatlaşmağa, xəcalət çəkməyə, hətta kimlərinsə söyüş və təhqirlərinə dözməyə belə dəyər.
    Amma mən belə bir əqidədəyəm ki, İmam Zaman (ə)-ın qeyrət və dostlarına olan lütf və məhəbbəti onların bu qədər zəhmətə qatlaşmalarına və kimlərinsə yanında xəcalətli olmalarına yol verməz. Deməli, əgər o istəsə, öz evini iki üç qapını döyməkdən daha tez sizə göstərər.
    Lakin bu əqidədə olmadığım üçün, yə`ni, İmam Zaman (ə)-ın müqəddəs Mədinədə evi olmadığını hesab etmədiyim üçün bu işi görmədim. Xülasə, bu barədə mən onunla o qədər danışdım ki, gecə yarısı yatağından qalxdı. Mən də onunla birlikdə qalxdım. O heyrət içində qalıb haradan başlayacağını bilmirdi. Mən isə hər an fədası olduğum İmam Zaman (ə)-ın bizə bir lütf edəcəyini gözləyirdim. Birdən, camaat yuxuda olduğu zaman ətrafa qəribə sükut çökdü. Qəmamə məscidi ilə üzbəüz küçədən bir səs eşitdik, sanki kimsə bizi fars dilində çağırırdı. "Bu tərəfə, bu tərəfə.” Biz səs gələn tərəfə baxdıq, amma uzaqda olduğundan onun kim olduğunu və nə paltar geyindiyini müəyyən edə bilmədik. Deyəsən doğrudan da o bizi çağırırdı. İlk mərhələdə mən elə fikirləşdim ki, o bizi İmam Zaman (ə)-ın evinə tərəf çağırır. Gözlərim doldu və durmadan onun tərəfə hərəkət etməyə başladıq. Amma nədənsə, buna heç inanmağım gəlmirdi və öz-özümə dedim: Yə`qin ki, bu bizi yoldaşları ilə səhv salan hansısa iranlı ziyarətçidir. O, bizi yoldaşlarına oxşadıb elə güman etmişdir ki, biz yolumuzu itirmişik. Həmin şəxs yenə də bizi səsləyir və o tərəfə istiqamətləndirirdi. Amma birdən özü aradakı küçələrdən birinə girib gözdən itdi və biz bir daha onu görmədik. Nəhayət, on dəqiqədən sonra həmin yerə çatdıq, lakin yenə də orada üç yol ayrıcında qalıb nə edəcəyimizi və hansı tərəfdən ketməli olduğumuzu bilmirdik. Amma bu çaşqınlıq çox çəkmədi, birdən güclü matorsiklet səsi küçənin sükutunu pozdu və Qəmamə məscidinin qarşısındakı küçənin sonundan bir motorsikletçi görünməyə başladı. Bizə çatdıqda sürətini azaltdı, bir qədər qarşımızda dayanıb otelin arxasındakı prospektdən ayrılan o biri küçəyə işarə edib fars dilində dedi "bu tərəfdən”, "bu tərəfdən.” Bunu deyib sür`ətlə bizdən uzaqlaşdı. Belə olduqda mən bu istiqamətləndirmələrin təbii olmadığını ehtimal verməyə başladım. Çünki, əgər birinci şəxs təsadüfi olaraq çağırmış olsaydı da, ikinci şəxsin – motorsikletçinin bizə yol göstərməsi heç də adi deyildi. Çünki, iranlılar Mədinədə motorsiklet sürmürdülər. Bəli, bu iş heç də adi iş deyildi. Xüsusilə də ona görə ki, motorsiklet bizi görcək qarşımızda dayanıb kim olduğumuzu yaxından gördü. Bunun üçün də o bizi yoldaşları ilə səhv sala bilməzdi. Beləcə, göz yaşı axıdaraq "Ya Sahibəzzəman!” deyə-deyə bizə göstərilən küçəyə tərəf hərəkət etməyə başladıq. On addım irəliləməmişdik ki, bir də gördük ki, təqribən on nəfər cavan, ərəb paltarında olan alicənab bir şəxsin ətrafına toplaşıb onun dediklərinə qulaq asırlar. Hiss olunurdu ki, onlar evdən təzə çıxıb harasa getmək istəyirdilər. Onlar yavaş-yavaş bizə tərəf gəlirdilər. Bizə çatdıqda həmin alicənab şəxs bizə baxıb dedi: "Salamun Ələykum!” Biz də salamına cavab verdik. Lakin bu salamlaşma və bu baxış o qədər qeyri adi oldu ki, bizi tamamilə heyran etdi. Fikirləşdim ki, görəsən onlar haradan küçəyə çıxmışlar. Başımın arxasına nəzər saldıqda baxıb gördüm ki, evlərdən birində işıq yanır. Və bununla da mə`lum olurdu ki, onlar hansı evdən çıxmışlar. Evin qapısı taxtadan idi, qapının üzərində isə şüşə əvəzinə biri-birindən üç barmaq aralı dəmir millər var idi. Ev olduqca köhnə və bəzək-düzəksiz idi. Qapının arxasında yanan çırağın altında isə bir şəxs dayanmışdı və çox güman ki, o evin xidmətçisi idi. Evin yuxarısına isə kiçik bir lövhə vurulmuşdu, onun üzərinə saçan işıq lövhəni bütünlüklə, ətrafı isə qismən işıqlandırırdı. Lövhənin üzərində qızılı xətlə yazılmışdı: "Mənzilul-Məhdiyyil-ğaus” – birinci sətirdə "mənzil”, ikinci sətirdə isə "Məhdiyyil-ğaus” sözü yazılmışdı:
    Evi gördükdə yəqin bildik ki, məqsədimizə çox asanlıqla çatdıq və həzrət Mehdi (ə)-ın nurani evini heç bir zəhmət çəkmədən belə bir tez zamanda tapa bildik. Bu barədə daha çox şey bilmək istədiyim üçün qapıdan həyətə daxil olub çırağın altında dayanan şəxsdən ərəb dilində soruşdum:
    Ev sahibi evdədirmi? Həmin şəxs təbəssümlə və böyük mehribanlıq göstərərək dedi: Elə indicə getdi. Bildik ki, ev sahibi qarşımıza çıxan, cavanlarla birgə gələn həmin alicənab şəxs idi. Adı Mehdi, ləqəbi isə "Əl-ğaus”. Amma, doğurdanmı o İmam Zaman (ə) idi? Doğurdanmı, mənim o həzrəti görməyə ləyaqətim çatırdı? Ümumiyyətlə, "Əl-ğaus”un mə`nası nədir? Əl-ğaus – yə`ni, çarəsizlərin yeganə pənahı. Ah-nalə və göz yaşları isə bizə imkan vermirdi. Bir azdan xidmətçi evin işığını söndürdü. Deyəsən, ev sahibini yola salıb özü yatmaq istəyirdi.
    Amma fikir məni elə götürmüşdü ki, az qala böyük bir qabı göz yaşlarımla dolduracaqdım. Öz-özümə dedim: Görəsən, mənim kimi bir insanın o həzrəti görməyə ləyaqəti çatırmı? Lakin motorsikletçinin bizimlə fars dilində danışıb yol göstərməsi, əhli sünnənin özlərinə Mehdi adını qoymamaları, hətta Mədinə şiələrinin təqiyyə üzündən çox az bu addan istifadə etmələri məni buna layiq olduğuma ümidvar edirdi. Beləcə, bir saata yaxın həmin qapının arxasında oturduq, sonra durub qaldığımız yerə getdik. Həmin gecənin səhəri ziyarət karvanı Məkkəyə yola düşdü. Və mən bu səfərdə ikinci dəfə həmin qapıya gedə bilmədim. Lakin sonralar Mədinəyə etdiyim ziyarət səfərlərində həmin məhəlləyə getdim. Orada biri-birinə oxşar bir neçə ev var idi, amma onların heç birinin üzərində həmin lövhə yox idi.
    Əgər diqqət yetirsəniz, görəcəksiniz ki, İmam Zaman (ə) bizim hətta bir qapını belə döyüb ev sahibinin qarşısında xəcalət çəkməyimizə razı olmamışdı.
    Atam-anam fəda olsun, o mehriban şəxsə!
    Beşinci Görüş
    Mərhum şəhid Seyyid Əbdülkərim Haşimi Nejad ustadı Şeyx Əli Fəridətül-İslam Kaşani haqda deyir:
    "Bir gün axşam çağı mərhum müəllimim Qumda icarə etdiyi evin eyvanında üzü həyətə tərəf durub "Ali-Yasin” ziyarətnaməsi ilə fədası olduğum İmam Zaman (ə)-ı ziyarət və onunla münacat edirdi. Mən də onun yanında manqala od salıb sönməsin deyə küləkləyirdim. Birdən, mərhum müəllimim yerindən tərpənib ağlamağa başladı. Başımı qaldırdım ki, görüm nə olub. Baxıb gördüm ki, İmam Zaman (ə) yerlə göy arasında müəllimimin qarşısında durub ona baxaraq təbəssüm edir. Gecənin qaranlığında o həzrətin üzünün bütün cizgilərini, hətta paltarının hansı rəngdə olduğunu görə bildim. Başımı aşağı salıb qaldırdıqda, yenə o həzrəti həmin qiyafədə gördüm. Beləcə, bir neçə dəfə başımı aşağı salıb yenidən onun müqəddəs surətinə nəzər saldım və hər dəfə onun nurani vücudunu müşahidə edə bildim. Başımı sonuncu dəfə aşağı saldıqda müəllimimin sakitləşdiyini hiss etdim, başımı sonuncu dəfə qaldırdıqda isə artıq onu görə bilmədim. Bununla da başa düşdüm ki, müəllimimin münacatı sona çatdı. Münacat başa çatdıqdan sonra taxtın aşağı tərəfində oturduğumdan o mənim heç nəyi görmədiyimi güman edib hər şeyi məndən gizli saxlamaq istədi. Mən ondan soruşdum: Müəllim! Siz ağanı hansı paltarda gördünüz? O təəccüblə soruşdu: Məgər sən o həzrəti gördünmü? Dedim: Bəli, onun əynində xət-xət paltar, başında isə yaşıl əmmamə var idi. Surəti olduqca gözəl və cəzbedici, üzündə isə bir xal var idi. Bir sözlə Həzrətin bütün nişanə və əlamətlərini bir-bir ona sadaladım. O da dediklərimi təsdiq edib məni daha da təşviq etdi və mənim o həzrəti görməyə layiq olduğuma çox sevindi.”
    Altıncı Görüş
    Məşhəd camaatı hacı şeyx Namazidən məşhur bir əhvalat nəql edirlər ki, onun özü isə hadisəni belə söyləyir:
    "Bir vaxtlar Məşhəd əhalisindən bir dəstə camaatı karvanbaşı olaraq Kə`bənin ziyarətinə aparırdım. O vaxtlar isə Nəcəf-Əşrəfin yolu quraqlıq, qumlu səhralardan keçirdi. Asfalt və ya daş döşənmiş yollar isə ümumiyyətlə, yox idi. Yolun istiqamətini isə yalnız bələdçilər təpələrin və bə`zi əlamətlərin vasitəsilə müəyyən edə bilirdi. Bizim isə su və yanacaq baxımından kifayət qədər ehtiyatımız var idi, hətta maşını növbə ilə iki sürücü idarə edirdi. Müsafirlər də özləri ilə kifayət qədər yol azuqəsi götürmüşdülər. Beləcə, yolumuza davam edirdik. Sürücülərdən biri çox da təqvalı adam deyildi və o gün günortadan sonra sükan arxasında da elə özü oturmuşdu. Günəş batana yaxın ona yaxınlaşıb dedim: Qaş qaralır, gecəni elə burada qalıb səhər arxayın yolumuza davam edərik. Amma o, bizə fikir verməyib yoluna davam etməyə başladı. Hava qaraldıqdan sonra da bir az yoluna davam edib birdən dayandı və bizə tərəf çevrilib dedi: Bundan o tərəfə yol mə`lum deyil. Biz də maşından düşüb elə oradaca gecələməli olduq. Səhər açıldıqda baxıb gördük ki, yol tamamilə itib. Hətta külək qumlarla gəldiyimiz yoldakı maşının təkər izlərini də doldurub yoxa çıxarmışdı.
    Vəziyyəti belə gördükdə, müsafirlərdən maşına minmələrini istədim. Sonra üzümü sürücüyə tutub dedim: Hər dörd tərəfə, altmış kilometr şimala, altmış kilometr cənuba, altmış kilometr şərqə, altmış kilometr də qərbə gedib yolu tapmalıyıq. Sürücü də xahişimi qəbul edib maşını işə saldı. O gün quru və otsuz-ələfsiz səhrada işimiz bundan ibarət oldu, amma yolu tapa bilmədik. Yenə axşam orada gecələməli olduq. Amma mən çox pərişan idim. İkinci gün də nə qədər etsək də, yenə də yolu tapa bilmədik. Bu müddət ərzində xeyli yol qət etdiyimizdən yanacaq da qurtarmaq üzrə idi. Günəş qürub edənə yaxın yanacaq tamamilə qurtardı. Su da müsafirlər arasında bölünür və o da qurtarmaq üzrə idi. O gecə Allahın qapasını döyüb xeyli ah-nalə etdik, səhərə yaxın suyumuz qurtardıqda hamımız çox əziyyət çəkir, ölümlə üzbəüz dayanmışdıq. Yenə də üzümü müsafirlərə tutub dedim: Gəlin nəzr edək ki, əgər Allah bizə bu çöllü biyabandan nicat versə, vətənimizə qayıtdıqda hər nəyimiz varsa Allah yolunda ehsan edək. Müsafirlər hamılıqla təklifimi qəbul edib özlərini qəza və qədərə təslim etdilər.
    Səhər oldu. Saat doqquz radələri idi ki, hava yavaş-yavaş qızmağa başlayırdı. Susuzluğa taqəti olmayan müsafirlərin bə`ziləri hətta az qalmışdılar ki, susuzluqdan dünyalarını dəyişsinlər. Bunun üçün də mən son dərəcə iztirab içində idim. Yerimdən qalxıb müsafirlərdən bir qədər aralandım. Külək yaxınlıqda qumu bir yerə toplayıb kiçik bir təpəcik yaratmışdı. Həmin təpənin arxasına keçib uca səslə fəryad etdim: Ya Əba Salihəl Məhdi, ədrikni! Ya Sahibəzzaman, ədrikni! Ya höccətəbnəl Həsənil Əskəri, ədrikni! (Ey Əba-Salihəl Mehdi, dadımıza çat! Ey Sahibəzzaman, dadımıza çat! Ey Höccət ibn Həsən Əsgəri, dadımıza çat!) Başımı aşağı dikib göz yaşları axıtdım ki, birdən ayaq səsləri eşidildi. Başımı qaldırdıqda, ərəb qiyafəsində bir kişi gördüm. O, dəvələrin yüyənlərini əlində tutub keçib getmək istəyirdi. Üzümü tutub dedim: Qardaş, biz yolumuzu azmışıq, xahiş edirəm bizə yol göstər. O, dəvələri oturdub mənə yaxınlaşdı və salam verdi. Mən də salamına cavab verdim. O isə adımı çəkib dedi: Şeyx İsmayıl! Nigaran olma, mən sizə yolu göstərəcəyəm. Sonra məni təpənin o biri tərəfinə aparıb dedi: Bax, bu tərəfdən gedərsiniz, qabağınıza iki dağ çıxacaq. Onların arasından keçib, sağ tərəfə dönüb düz gedəcəksiniz və gün batana yaxın yola çıxacaqsınız. Dedim: Biz yenə də yolu itirəcəyik. Bunu deyib cibimdən Qur`anı çıxarıb dedim: Sizi and verirəm bu Qur`ana, bizi özünüz yola çıxarın. Çox israr etdim və dəfələrlə yolu göstərməsinə and verdim. Nəhayət, razılaşıb dedi: Yaxşı, hamınız minin maşına, sonra üzünü təqvalı sürücüyə tutub dedi: Sükanın arxasında sən otur. Özü isə sürücünün yanında əyləşdi. Mən də onun yanında oturdum. Yə`ni maşının qabağında üç oturacaq var idi, onlardan birində sürücü, ikisində də biz oturduq. Bilmirəm sevindiyimizdən və ya başımız qarışdığından kimsənin yadına düşmürdü ki, maşının yanacağı hələ əvvəlki gecə tamamilə qurtarmışdı. Bir-iki saat yol getdikdən sonra həmin şəxs günorta namazını qılmaq üçün sürücüdən maşını saxlamağı istədi. Hamı maşından düşdü, onun özü də düşdüb yaxınlıqdakı bulaqda dəstəmaz aldı. Biz də həmin bulaqdan su içib dəstəmaz aldıq. Sonra kənara çəkilib namaz qılmağa başladı, mənə də camaatla birgə namaz qılmağı tapşırdı. Namazımı qurtarıb əl-üzümüzü yuduqdan sonra buyurdu: İndi isə maşına minin, çünki xeyli yol getməliyik. Hamı maşına mindi və yola düşdük. Bir qədər gedəndən sonra dediyi kimi, iki dağa rast gəldik və onların arasından ötüb keçdik. Sonra o sürücüyə dedi: İndi isə sağ tərəfə dön və beləcə, düz gedək.
    Gün batana yaxın əsas yola çatdıq. O yolda bizimlə fars dilində danışırdı. Hərdən məndən Məşhəd alimləri barədə də soruşur və onlardan bə`ziləri barədə danışmağımı istəyirdi və dinlədikcə deyirdi: Filan şəxsin yaxşı gələcəyi var. Yolda ona dedim: Biz nəzir etmişik ki, əgər Allah-təala bizə nicat versə, vətənimizə qayıtdıqdan sonra bütün var-dövlətimizi Onun yolunda ehsan edək. Buyurdu: Bu nəzirə əməl etmək lazım deyil.
    Nəhayət, əsas yola çatdıqda hamı sevincək maşından yerə düşdü və mən müsafirləri bir yerə yığıb dedim: Nə qədər pulunuz varsa, verin bu ərəbə ki, bizim üçün çox zəhmət çəkdi, hətta dəvələrini çöldə buraxıb bizimlə gəldi. Birdən, müsafirlər və mən özüm sanki yuxudan ayıldıq. Müsafirlər bir-birinə dedilər: Doğrudan bu şəxs kimdir? O, dəvələrinin yanına necə qayıdacaq? Onlardan biri dedi: O, çöldə dəvələrini bir adama tapşırmışdımı? Başqa birisi dedi: Axı maşının yanacağı qurtarmışdı, yarım günlük yolu necə gələ bildik? Tələm-tələsik, hamılıqla həmin ərəbin ardınca yürüməyə başladıq. Amma o, artıq getmişdi, ondan nə bir əsər var idi, nə də bir əlamət. O, bizi ayrılıq dərdinə mübtəla etdi. Biz sonradan başa düşdük ki, bir gün İmam Zaman (ə)-ın xidmətində olduq, amma onu tanıya bilmədik.
    Bu əhvalatdan belə anlayırıq ki, İmam Mehdi (ə)-ın nişanələrindən biri də "təkvini qanunauyğunluq”ların hamısı o həzrətin əlindədir və hər zaman, harada olur-olsun ona təvəssül edənlərə özünü göstərir və onların dadına çatır. "Amma, əgər yolçu qapını döyməzsə, bu isə artıq ev sahibinin təqsiri deyildir.”
    Yeddinci Görüş
    Seyyid Həsən Əbtəhi deyir: Atam Hacı Seyyid Rza Əbtəhi (Allah ona rəhmət etsin) Məşhəddə "nüdbə” duasının oxunmasına səbəb olan belə bir əhvalat söyləyir ki, onu özünün və bə`zi alimlərin e`timad etdiyi bir isfahanlı tacir danışıbmış:
    "Evimin böyük otaqlarından birini "hüseyniyyə” edib əksər hallarda orada rövzəxanlıq edirdim. Bir gün yuxuda gördüm ki, evdən çıxıb bazara tərəf gedirəm. Amma İsfahan alimlərindən bə`ziləri bizim evimizə tərəf gəlirlər. Onlar mənə çatdıqda dedilər: Hara gedirsən? Məgər bilmirsənmi bu gün evində rövzə oxunacaq? Dedim: Xeyr, bu gün bizim evimizdə rövzə oxunmayacaq. Onlar bir daha dedilər: Niyə, bu gün sizin evinizdə rövzə oxunacaq və biz də ora gedirik. Həzrət İmam Zaman (ə) da oradadır. Mən tez evimə tərəf qayıtmaq istədim. Onlar məni səsləyib dedilər: Evə ədəb-ərkanla daxil ol. Mən də evə çatıb ədəb-ərkanla daxil oldum. Gördüm ki, hüseyniyyədə bir neçə alim var və İmam Zaman (ə) da məclisin yuxarı başında əyləşmişdir. İmam Zaman (ə)-ın qiyafəsinə nəzər saldıqda, mənə elə gəldi ki, əvvəllər onu hardasa görmüşəm. Bunun üçün də ona yaxınlaşıb soruşdum: Bağışlayın mən sizi harada görmüşəm? Buyurdu: Bu il Məkkədə, gecə yarısı Məscidül-Həramda. Sən mənim yanıma gəlib paltarlarını yanımda qoyduğun zaman sənə dedim ki, açarlarını paltarlarının altına qoy.
    Bəli, Həzrətin dediyi kimi də olub. Bir gün Məkkədə yuxum qaçdığından öz-özümə dedim: Yaxşı olar ki, Məscidül-Hərama gedib gecəni orada ibadətlə keçirim. Məscidül-Hərama daxil olub ətrafa nəzər saldım, e`timad olunan bir şəxs axtarırdım ki, paltarlarımı onun yanında qoyub dəstəmaz almağa gedim. Gördüm ki, küncdə münasib bir şəxs oturub, onun yanına gedib salamlaşdım və paltarlarımı onun yanında qoymaq istədiyimi bildirdim. O da razı oldu. Açarlarımı paltarların üstün qoymaq istədikdə buyurdu: Açarları paltarların altına qoy. Mən də onun dediyi kimi etdim. Açarları paltarlarımın altına qoydum və gedib dəstəmaz aldım. Qayıtdıqdan sonra səhərə qədər onun yanında ibadətlə məşğul oldum. Amma bütün bu müddət ərzində onun fədası olduğum İmam Zaman (ə) olduğuna ehtimal belə vermədim. Amma yuxuda o həzrətdən soruşdum: Sizin zühurunuz nə zaman baş verəcək? Buyurdu: Yaxındır. Şiələrimizə de ki, cümə günləri "nüdbə” duasını oxusunlar.”
    Bu görüş əsasən, İmam Zaman (ə) istəyir ki, onun dost və aşiqləri heç olmasa cümə günləri bir-birlərinin kənarında diz üstə əyləşib, göz yaşları tökərək "haradadır İmam Zaman (ə)?” – desinlər. Desinlər: "Haradadır Kərbəlada öldürülənin intiqamını alan? Ata-anam sənə fəda, canım sənə sipər olsun! Ey Əhmədin oğlu, səninlə görüşmək üçün bir yol varmı? Nə vaxt sən bizi görəcək və nə vaxt biz səni görəcəyik? Bir halda ki, zəfər bayrağın artıq ucalmışdır. Mümkünmü ki, gəlişinlə gözlərimizin yaşı qurusun və sən insanları öz ətrafına toplayıb yer üzündə haqq-ədaləti bərqərar edəsən?...”
    Səkkizinci Görüş
    Daha çox Nəcəf-Əşrəfdə məşhur olan bu əhvalatı mərhum Məclisi "Biharül-ənvar” və Hacı Nuri "Nəcmus-Saqib”də yazmışdır. Mərhum Məclisi yazır ki, bunu mən e`tibarlı bildiyim bir şəxsdən eşitmişəm. O, əhvalatı mənə belə söyləyib:
    "İndi yaşadığım köhnə ev əvvəllər Həsən Müdəllil adlı xeyirxah və əməlisaleh bir şəxsin olub. O, mö`minlərin əmiri Əli (ə)-ın ziyarətgahına yaxın məhəllədə yaşayırdı. Böyük külfət sahibi olan bu şəxs neçə il idi ki, iflic olduğundan ayağa qalxıb hərəkət edə bilmirdi. Hətta ayaqyoluna belə getmək istədikdə, əhli-əyalı ona köməklik edirdi. Xəstəliyi uzun çəkdiyindən ailəsi yoxsulluqla üzləşmişdi.
    Bir dəfə (720-ci hicri qəməri ili) gecə yarısı uşaqları yuxudan oyanıb görürlər ki, evin üstündən qəribə bir işıq saçır. İşıq o qədər qeyri-adi olur ki, insanın gözlərini qamaşdırır. Onlar Hüseyn Müdəllilin yanına gəlib ondan soruşurlar: O işıq nədir elə? Nə olub, nə baş verir? O deyir: Elə indicə fədası olduğum İmam Zaman (ə) mənim yanıma təşrif gətirmişdi. Mənə dedi: Ey Hüseyn! Qalx yerindən! Dedim: Ey mənim ağam. Ey mənim sərvərim! Görürsən ki, mən yerimdən ayağa qalxa bilmirəm, bədənim iflic olub. Həzrət əlimdən tutub ayağa qaldırdı və elə həmin andan özümü tamamilə sağlam hiss etməyə başladım. Sonra mənə dedi: Bu dalan mənim Əmirəlmö`minin Əli (ə)-ın ziyarətgahına keçib getdiyim yoldur. Hər axşam onun qapısını bağlayın. Dedim: Baş üstə, dediyiniz kimi də edərəm. Sonra İmam Zaman (ə) ayağa qalxıb elə həmin yerdən Əli ibn Əbu Talibin ziyarətinə getdi. Və bu işıq onun ayaq izlərinin nişanələridir.”
    Mərhum Hacı Nuri deyir: O dalan indinin özünədək Hüseyn Müdəllil dalanı kimi məşhurdur. Camaat o dalana nəzirlər edir və həzrət Sahibəzzamanın bərəkətilə öz diləklərinə nail olurlar.
    Category: İmam Zamanla görüşənlər | Views: 1389 | Added by: Islam_Kitabxanasi | Rating: 3.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024