İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 10
Qonaqlar 10
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » September » 21 » İmam Zamanla görüşənlər
    7:24 AM
    İmam Zamanla görüşənlər
    İyirmi Dördüncü Görüş
    Fəridətül-İslam təxəllüslü mərhum Şeyx Əli Kaşani deyir:
    Günlərin bir günü axşam çağı "dağlıq” adlı məntəqədə mərhum Ayətullah Kuhistaninin qəbul otağında şam namazını qılmaqla məşğul idim. Bir də gördüm ki, fədası olduğum İmam Zaman (ə) otağa daxil olub arxası qibləyə və üzü mənə tərəf dayandı. Təşəhhüddə oturaq halda öz-özümə fikirləşdim ki, əgər namazımı kəsib onunla salamlaşsam, bəlkə bu ona xoş gəlməz və mənimlə təmasda olmadan çıxıb gedər. Elə isə qoy namazımı kəsməyib bir qədər səbr edim. Əgər mənimlə danışmaq istəsə, namazdan sonra da danışar. Namazımı qılıb qurtardım, lakin namaz əsnasında Həzrət namazın bə`zi sözlərini mənimlə birgə təkrar edirdi. Xüsusilə də sonuncu səcdədə daha yüksək əhval-ruhiyyə ilə oxuduğum bu zikri – «Ya mən ləhud-dunya vəl-axirə, irhəm mən ləysə ləhud-dunya vəl axirə!» (Ey o kəs ki, dünya da, axirrət də ona məxsusdur, rəhm et o kəsə ki, nə dünya və nə axirət onundur!) İmam Zaman (ə) da daha yüksək əhval-ruhiyyə ilə dəfələrlə onu təkrar etdi. Amma elə ki, namazın salamını deməyə başladım, İmam Zaman (ə) dərhal getdi.
    İyirmi Beşinci Görüş
    Seyyid Həsən Əbtəhi deyir ki, cavan vaxtlarımda bir dəfə mərhum Hacı Molla Ağacandan soruşdum: Nə üçün İmam Zaman (ə)-ı görə bilmirəm? Buyurdu: Çünki, yaşın azdır. Dedim: Əgər ləyaqətdən söz getsə, onda heç kim belə onunla görüşməyə layiq deyil. Əgər o özü lütf etsə, hətta az yaşlı uşaq olsaq belə bu səadəti bizlərə nəsib edər.
    Bu sözüm ona çox xoş gəldi və dedi: Düz deyirsən. Siz sabah axşam İmam Rza (ə)-ın ziyarətgahında axşam namazı vaxtı hazır olun ki, intizarın sona çatacaq.
    Həmin gecə ziyarətgahda oldum. Əhval-ruhiyyəm də çox yaxşı idi və mən İmam Zaman (ə)-ın görüşünə nail olacağıma ümid bəsləyirdim. Amma buna müvəffəq ola bilmədim və bundan olduqca təsirlənərək şam yeməyi üçün evə gəldim. Evin yolu dar və qaranlıq küçələrdən keçirdi. Birdən, uzaqdan bədənindəki bütün paltarları, hətta başında yaşıl əmmaməli bir alicənab seyyidin gəldiyini gördüm. Mənə yaxınlaşıb salam verdi, mən də salamının cavabını verdim, amma belə bir qeyri-adi görüşdən dərin fikirə daldım. Fikirləşdim ki, görəsən bu şəxs kim idi? Bu fikirlə müsafirxanaya çatdım. Molla Ağacan məni görcək, bir söz demədən bu misra ilə başlanan bir qəzəli söyləməyə başladı:
    Sirlər xəzinəsinin gövhəri o idi ki, keçdi...
    Onu dinlədikdən sonra halım tamamilə dəyişildi və başa düşdüm ki, yolda qarşılaşdığım həmin alicənab şəxs İmam Zaman (ə) imiş.
    İyirmi Altıncı Görüş
    Seyyid Həsən Əbtəhi deyir ki, ilahi övliyalardan biri mənə istəklərin yerinə yetməsi üçün «Səlamullahil-kamilut-tamm» duasını oxumağı tövsiyə etmişdi. Mənim isə o vaxtlar fədası olduğumuz İmam Zamanla (ə) görüşməkdən artıq heç bir istəyim yox idi. Bunun üçün də gecələr, xüsusilə də gecə yarısından sonra açıq səma altında bu duanı bütün qaydaları ilə oxuyurdum. Duanın sonundakı «Ya Mövlayə! Ya Sahibəzzəman! Yəbnə Rəsulillah! Hacəti kəza və kəza.» (Ey sərvərim! Ey Sahiəzzəman! Ey Peyğəmbər övladı!) ibarətində qeyd olunan "kəza və kəza” kəlmələrinin yerinə istək və hacətimi deyirdim: «Hacəti ru`yətukə və suhbətukə.» (İstəyim səni görmək, səninlə söhbət etməkdir.) Duanın sonunda bir daha hacətin dilənməsi göstərilir ki, mən yenə həmin bu hacəti istəyirdim.
    Bir gün cümə axşamı gecə saat 12 radələrində Məşhəddə Gövhərşad məscidinin həyətində, açıq səma altında bu duanı oxumaqla məşğul idim. Deyə bilərəm ki, həmin vaxt məsciddə məndən savay kimsə yox idi və məscidin həyətini yalnız bir neçə çıraq işıqlandırırdı. O vaxtlar mən İmama "istiğasə” (köməyə çağırma) namazından sonra həmin ziyarəti oxuyurdum. Duadakı «Ya mövlayə! Ya Sahibəzzəman, yəbnə Rəsulillah! Hacəti ru`yətukə və suhbətukə.» "Ey sərvərim! Ey Sahibəzzaman! Ey Peyğəmbər övladı! İstəyim səni görmək və səninlə söhbət etməkdir.” – ibarəsinə çatdıqda, birdən gördüm ki, günbəzin kənarındakı "qiblə” qapısından məscidə elm əhlinə bənzər nurani və yaraşıqlı bir seyyid daxil oldu. Onu görcək, fədası olduğumuz İmam Zaman (ə) olduğuna yəqin etdim. Bunun üçün də tam yəqinliklə ziyarətimi kəsib ona tərəf yaxınlaşdım. O da sanki, məni görmürmüş kimi, başını aşağı salıb ziyarətgaha tərəf gedirdi. Heybət və alicənablığı mənə onunla kəlmə kəsməyə mane olurdu. Mən də onun ardınca ziyarətgaha daxil oldum və öz-özümə dedim: Hardan bilim ki, o fədası olduğumuz İmam Zaman (ə)-ın özüdür? Nəhayət, qarşısında dayanıb ziyarətnaməni oxumağa başladım. Lakin, bir anlıq fikrim ondan yayındı və gördüm ki, artıq o yoxdur.
    İyirmi Yeddinci Görüş
    Ayətullah Şeyx Məhəmməd Əli Əraki Qum elmi hövzəsinin tanınmış alimlərindən biri olmuşdur. Kimsə onun yüksək elmi məqam və təqvaya malik olduğuna şübhə etmir. "Alimlərin xəzinəsi” kitabının müəllifi onun ikinci cildinin 64-cü səhifəsində yazır: "Bu əhvalat müəllifə 1393-cü ilin Rəbius-sani ayının 26-da çərşənbə axşamı nəql olunub.
    Hacı Ərakidə ərdə olan qızım Məkkəyə həcc ziyarətinə getmək istəyirdi, amma oradakı izdihamdan təvafını rahat və kamil yerinə yetirə bilməyəcəyindən narahat idi. Bir gün ona dedim: Əgər ziyarət zamanı «Ya Hafizu! Ya Əlim!» (Ey hər şeyi qoruyan! Ey  hər şeyi bilən!) – zikrini ardıcıl olaraq təkrar etsən, Allah-təala sənə kömək edər. Nəhayət, həcc ziyarətinə gedib qayıdandan sonra orada başına gələni mənə nəql etdi: Ziyarət zamanı mənə tövsiyə etdiyiniz zikri ardıcıl olaraq təkrar etməklə, şükür Allaha, ziyarəti çox rahat yerinə yetirdim. Ziyarət günlərinin birində sudanlılar böyük bir izdiham yaratdılar. Təvaf etməzdən əvvəl öz-özümə fikirləşdim ki, görəsən bu qədər insanın içində necə təvaf edəcəyəm? Heyf ki, burada məni qoruya biləcək məhrəm olan bir şəxs yoxdur. Birdən qulağıma belə bir səs gəldi: İmam Zamandan kömək istə ki, rahat təvaf edə biləsən. Dedim: İmam Zaman (ə) haradadır? Cavab verdi: Qarşında gedən həmin bu şəxsdir.
    Baxıb gördüm ki, qarşımda alicənab bir şəxs gedir və təxminən, özündən kənara bir metr ətrafı tamamilə boşdur. Həmin səs bir daha mənə dedi: O dairəyə daxil ol və həmin şəxsin ardınca təvaf et! Mən də dərhal həmin dairəyə daxil olub İmam Zaman (ə)-ın ardınca hərəkət etməyə başladım. Mən ona o qədər yaxın idim ki, əlimi uzatsaydım ona toxuna bilərdim!
    Sakitcə əlimi onun əbasına sürtüb sonra üzümə çəkdim. Elə hey öz-özümə deyirdim: Qurbanın olum ey İmam! Canım sənə fəda olsun ey İmam! O qədər sevinirdim ki, hətta ona salam verməyi belə unutdum. Bir sözlə, kimsə mənə toxunmadan yeddi dəfə Kə`bəni təvaf etdim və gördüyüm həmin izdiham məni əsla narahat etmədi. Təəccüb edirdim ki, bu qədər insandan biri də olsun həmin dairəyə daxil olub mənə toxunmurdu.
    Onun yeganə istəyi elə bu olduğundan daha Həzrətdən başqa bir şey istəməmişdi.”
    İyirmi Səkkizinci Görüş
    Mərhum şeyx Məhəmməd Təqi Bafiqi, Rza şah Pəhləvinin zülmkar rejiminə baş əyməyən mübariz alimlərdən biri olmuşdur. Zalım şah dəfələrlə onu zindana salmış və ucqar məntəqələrə sürgün etmişdir. "Alimlərin xəzinəsi” kitabının müəllüfi yazır: "Şeyx Məhəmməd Təqi Bafiqi "ədilləyi-ərbəə”yə (şəriətdə əhkamların istixracı üçün dödr əsas dəlil) əsasən, İmam Zamanı (ə) görməyi tam mümkün məsələ hesab edirmiş. Hər hansı bir şeyin mümkünlüyünə ən yaxşı dəlil isə onun həyatda baş verməsidir. Bir halda ki, minlərlə insan İmam Zaman (ə)-ı görmüş, onu tanıyaraq söhbət etmişlər!("Ə`raf”, 155.) Müəllif qeyd olunanları ətraflı şərh etdikdən sonra Mərhum Bafiqidən onunla əlaqəli olan bir neçə başqa əhvalat da nəql edir ki, onlardan birini şeyx Məhəmməd Təqi Bafiqinin qardaşı, alim, zahid höccətül-İslam Molla Əsədullahın dilindən nəql edir. Deyir ki, o bu əhvalatı 1369-cu ilin səfər ayında mənə dadışdı:
    Qardaşım dəfələrlə İmam Zamanla (ə) görüşmüş və onunla söhbətlərini mənə nəql etmişdir. Amma tapşırmışdı ki, nə qədər ki,mən sağam onları kimsəyə danışmayam. Lakin indi o, dünyasını diyişdiyi üçün sizə həmin görüşlərdən bir neçəsini nəql etmək istəyirəm. Onlardan biri budur:
    Bir vaxtlar qərara gəlmişdim ki, Nəcəf-Əşrəfdən piyada Məşhədə İmam Rza (ə)-ın ziyarətinə gedəm. Yola düşdüyüm vaxt qış fəsli idi. İran ərazisinə daxil oldum. Hər tərəf böyük dağ və dərələrlə əhatə olunurdu. Hava isə olduqca soyuq və ardı kəsilmədən qar yağırdı. Bir gün qürub vaxtı qarlı-boranlı bir havada yol kənarında bir qəhvəxanaya çatdım. Öz-özümə dedim: Axşam burada qalıb səhər yenə yoluma davam edərəm. Qəhvəxanaya daxil oldum, orada bir neçə "yezidi kürdü” oturub qumar oynayırdı. Öz-özümə dedim: İlahi nə edim? Axı, bunları pis işlərdən çəkindirmək mümkün deyil və mən də onlarla birlikdə burada otura bilmərəm. Hava isə çöldə olduqca soyuqdur. Beləcə, qəhvəxanadan eşikdə dayanıb götür-qoy edirdim. Hava da get-gedə qaralırdı. Birdən, belə bir səs eşitdim: Məhəmməd Təqi! Bura gəl. Səs gələn tərəfə getdim, gördüm ki, yaraşıqlı və alicənab bir şəxs yaşıl ağacın altında oturub məni özünə tərəf çağırır. Ona yaxınlaşıb salam verdim. Salamımı alıb buyurdu: Məhəmməd Təqi, ora sənin yerin deyil! Ağacın altına girdikdə hiss etdim ki, oranın havası olduqca mülayimdir, orada həm istirahət etmək olar, həm də qalmaq. Ətraf soyuq və qarla örtülsə də ağacın altı olduqca mülayim və tamamilə quru idi. Beləcə, gecəni İmam Zaman (ə)-ın yanında qaldım və bacardığım qədər onun hüzurundan istifadə etdim.
    Səhər sübh namazını onunla birgə qıldım və mənə dedi: Artıq hava işıqlanır, gedək. Dedim: İcazə verin hər zaman sizinlə olum və sizə xidmət göstərim. Buyurdu: Mənimlə gələ bilməzsən. Dedim: Bəs, bundan sonra sizin xidmətinizə harada çatım? Buyurdu: Bu səfərdə iki dəfə sənin yanına gələcəyəm və sən məni görəcəksən. Görüşümüzün biri Qumda, ikincisi isə Səbzivarın yaxınlığında olacaq. Bunu deyib qeyb oldu.
    İmam Zamanla (ə) görüşə can atdığımdan şövqlə yoluma davam edib bir neçə gündən sonra Quma çatdım və həm Həzrəti Mə`sumə (ə)-ı ziyarət etmək, həmdə İmam Zaman (ə)-ın görüşünə nail olmaq üçün üç gün orada qaldım. Amma o həzrətlə görüşə bilmədim.
    İmam Zamanla (ə) görüşə bilmədiyimdən bərk narahat idim. Beləcə, yoluma davam edib bir aydan sonra Səbzivara yaxın bir məntəqəyə yetişdim. Uzaqdan Səbzivarı görüb dedim: Nə üçün və`dəyə əməl olunmadı? Qumda İmam Zaman (ə)-ı görmədim, bu da Səbzivar! Bu fikirdə idim ki, birdən, at ayaqlarının səsini eşitdim. Arxaya baxıb gördüm ki, İmam Zaman (ə) mənə tərəf gəlir. Mənə yaxınlaşıb dayandı və salam verdi. Mən də salamının cavabını verib ona olan məhəbbətimi bildirərək dedim: Ağa, Qumda mənimlə görüşəcəyinizə söz vermişdiniz, amma müvəffəq olmadım. Buyurdu: Məhəmməd Təqi, biz (filan gün filan saatda) sənin yanına gəldik, sən isə bibim Həzrət Mə`sumə (ə)-ın ziyarətgahından çıxırdın. Tehranlı bir qadın səndən şər`i məsələ soruşurdu və sən də başını aşağı salıb sualına cavab verirdin. Mən də sənin yanında dayanmışdım, amma fikir vermədiyindən çıxıb getdim.
    İyirmi Doqquzuncu Görüş
    Mərhum Məhəmməd Təqi Bafiqi (Allah ona rəhmət etsin) İmam Zamanla (ə) əlaqə yaratmaqda o qədər güclü və o qədər təqvalı bir şəxsiyyət idi ki, nə zaman bir istəyi olsaydı, dərhal Cəmkəran məscidinə gedər və hacətini İmam Zaman (ə)-dan alardı. "Alimlər xəzinəsi” kitabının müəllifi bu əhvalatı Qumun elmi hövzəsinin böyük alimlərindən birindən nəql edir:
    Ayətullah hacı seyyid Məhəmməd Rza Gülpayeqani buyurardı ki, Ayətullah Əbdülkərim Hairinin dövründə dörd yüz tələbə Qum hövzəsinə cəm olub onun tələbələr üçün təqaüd üzrə nümayəndəsi mərhum hacı şeyx Məhəmməd Təqidən qış əbası istəyirlər. Şeyx Bafiqi tələbələrin istəyini mərhum Əbdülkərim Hairiyə çatdırır. Əbdülkərim Hairi deyir: Dörd yüz ədəd əbanı haradan tapaq? Şeyx Bafiqi deyir: Fədası olduğumuz İmam Zaman (ə)-dan alarıq. Hacı şeyx Əbdülkərim Hairi deyir: Bu qədər şeyi o həzrətdən almaq üçün mənim heç bir yolum yoxdur. Şeyx Bafiqi deyir: İnşaallah, mən İmam Zaman (ə)-dan alaram.
    O, cümə günü axşam Cəmkəran məscidinə gedib orada İmam Zamanla (ə) görüşür. Səhəri gün Şeyx Əbdülkərim Hairinin yanına gəlib deyir: İmam Zaman (ə) buyurdu ki, sabah sizə dörd yüz əba verəcəkdir.
    Cümə günü səhər tacirlərdən bir nəfər dörd yüz əba gətirib hövzəyə təhvil verdi.
    Otuzuncu Görüş
    Şeyx Mehdi Muəzzi buyurur: Mərhum Şeyx Mürtəza Tehranın zahid və təqvalı alimlərindən olmuşdur. O, belə bir əhvalat nəql edir:
    Mərhum seyyid Əbdülkərim Mahmudi cümə axşamları İmam Zamanla (ə) görüşərdi. O, deyir: Bir cümə axşamı Reydə həzrət Əbdüləzimin ziyarətgahında fədası olduğum İmam Zamanla (ə) görüşdüm. Mənə dedi: Seyyid, gəl birlikdə cəddim Əli ibn Musa Rza (ə)-ın ziyarətinə gedək. Dedim: İxtiyarınızdayam, hara istəyirsinizsə gedək. Birlikdə bir neçə addım atdıqdan sonra gördüm ki, artıq İmam Zaman (ə)-ın ziyarətgahına çatmışıq. Birlikdə ziyarət edib yenidən həmin qaydada geri qayıdıb, bir anın içində Tehranda olduq. Yenə İmam Zaman (ə) buyurdu: İndi də gəl, hacı seyyid Əli Müfəssirin ziyarətinə gedək (onun qəbri imamzadə Abdullanın ziyarətgahının içindədir). İmam Zamanla (ə) qəbirə yaxınlaşdıqda, gördüm ki, mərhumun ruhu qəbirin kənarında dayanıb həzrətə öz ehtiramını bildirir. Sonra Seyyid Əli mənə dedi: Seyyid! Hacı şeyx Mürtəzaya mənim salamımı çatdır və de ki, nə üçün dostluğa riayət etmir və bizi görməyə gəlmir? Niyə bizi unudub?
    İmam Zaman (ə), Seyyid Əliyə dedi: Hacı şeyx Mürtəzanı üzürlü hesab et, başı bərk qarışıqdı. Onun yerinə özüm gələcəyəm.
    Category: İmam Zamanla görüşənlər | Views: 1071 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024