İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 7
Qonaqlar 7
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 21 » İmam Zamanla görüşənlər
    7:21 AM
    İmam Zamanla görüşənlər
    Əlli İkinci Görüş
    "Vəsailüş-şiə"nin müəllifi böyük alim Şeyx Hürr Amuli "İsbatül-hüda” kitabında yazır:
    On yaşım olardı. Çox ağır xəstəliyə düçar olmuşdum. Belə ki, həkimlər məni müalicə edə bilmədilər. Qohum-əqrabam öləcəyimi zənn edib başımın üstə dayanıb ağlayırdılar. Həmin gecə yuxuda gördüm ki, Peyğəmbər (s) və mə`sum imamlar ətrafıma toplaşıblar. Onlara salam verib hər biri ilə ayrı-ayrılıqda söhbət etdim. İmam Sadiq (ə)-la mənim aramda müzakirə oldu, amma nəyi müzakirə etdiyimiz dəqiq yadımda deyil. Yadımda qalan budur ki, o həzrət mənim üçün dua etdi. Fədası olduğumuz İmam Zamanla (ə) söhbət etdiyim zaman ağlayıb dedim: Ey mənim ağam! Ey mənim sərvərim! Qorxuram bu xəstəlik ömrümə son qoya və mən təhsil alıb xeyirxah işlər görə bilməyəm. Buyurdu: Qorxma, sən bu xəstəliklə ölməyəcək və Allahın yaxşı bir bəndəsinin vasitəsilə şəfa tapıb, uzun müddət yaşayacaqsan. Sonra mənə bir qab dolu su verdi və mən həmin sudan içən kimi sağaldım.
    Xəstəliyim birdəfəlik məndən dəf oldu. Qohum-əqrabam və bizi tanıyanların hamısı heyrətə gəlmişdilər. Bir neçə gündən sonra onlar da nə baş verdiyindən agah oldular.
    Əlli Üçüncü Görüş
    Mərhum hacı Nuri "Nəcmus-saqib” kitabında yazır: Bir çox elmlərə yiyələnən zahid və təqvalı alim, iti qələm sahibi Şeyx Əli Rəşti, böyük ustad Şeyx Mürtəza Ənsarinin (Allah onun məqamını uca etsin) fəal şagirdlərindən biri olmuşdur. Ümumiyyətlə, çox vaxt bir yerdə olardıq. Mən onun kimi gözəl əxlaqa və üstün xüsusiyyətlərə malik çox az adam görmüşəm. O, mənə belə bir əhvalat danışdı:
    Neçə il əvvəl İmam Hüseyn (ə)-ın ziyarətindən su yolu ilə Nəcəfə qayıdırdım. Fəratın Kərbəla ilə Tuveyric arasında işləyən gəmilərindən birinə əyləşdim. Hillədən olan müsafirlər yol boyu bir-birləri ilə boş-boş zarafatlaşır, elə hey gülüb əylənirdilər. Onlardan yalnız biri vüqarlı və olduqca özünü ağır aprırdı. Bə`zən də məzhəbinə görə ona yersiz tə`nələr vurur və masqara edirdilər. O, öz yerliləri ilə nə deyib-gülür, nə də onların bihudə zarafatlarına qoşulurdu. Amma buna baxmayaraq, yemək-içmək və xərclərində onlarla şərik idi. Mən bundan çox təəccüblənsəm də, gəmidə ondan bir şey soruşa bilmədim. Bir qədər getdikdən sonra çayın dayaz yerinə gəlib çatdıq. Gəmi ağır olduğundan hər an gilə otura bilərdi. Gəmiçi bizi sahildə düşürdü və biz bu bir qədər yolu sahil boyu getməli olduq. Fürsətdən istifadə edib mən həmin şəxsdən soruşdum: Nə üçün siz onlarla belə rəftar edirsiniz, halbuki onlar sizə yaman əziyyət edirlər? Dedi: Onlar mənim həmyerlilərimdir və hamısı sünni məzhəbdirlər. Mənim atam sünni, anam isə şiə olub. Mən özüm də bir vaxtlar sünni məzhəbində idim. Lakin İmam Zaman (ə)-ın bərəkəti ilə şiə məzhəbini qəbul etdim. Dedim: Bəs, siz necə şiə oldunuz? Dedi: Mənim adım Yaqutdur. Hillə körpüsünün yanında yağ satardım. Bir neçə il bundan əvvəl yağ almaq üçün Hillə ətrafında olan kəndlərə getmişdim. Oradan istədiyim qədər yağ alıb Hillə əhalisindən olan neçə nəfərlə birgə geri qayıtmalı olduq. Yolda bir mənzil başında istirahət üçün oturaq saldıq və mən yuxuya qalıb onlardan ayrı düşdüm. Oyandıqda, gördüm ki, artıq yoldaşlarımın hamısı getmiş və mən isə tək-tənha səhranın ortasında qalmışam. Oradan Hilləyə qədər isə quraqlıq və ot-ələfsiz bir sahə idi. Yaxınlıqda nə bir abadlıq, nə də ki, yaşayış yeri gözə dəyirdi. Nə edəcəyimi bilmirdim. Naçar, yükümü atıma yükləyib onların ardınca hərəkət başladım. Doğrusu, yolu itirmişdim. Həm susuzluq, həm də ətrafda hər an yırtıcı heyvanların peyda olma ehtimalı məni dəhşətə gətirirdi. O vaxtlar mö`təqid olduğum Əbu Bəkr, Ömər, Osman və Müaviyə kimi övliyalara təvəssül edib onlardan kömək istədim. Amma bir xəbər olmadı.
    Birdən, anamın "Bizim İmam Zamanımız var və diridir. Nə vaxt işimiz çətinə düşsə və ya yolu itirsək, o bizim dadımıza çatır. Künyəsi isə "Əbu Salehdir!” – dediyi sözləri yadıma düşdü. Elə həmin an Allah-təala ilə əhd-peyman bağladım ki, əgər o mənə bu çətinlikdən nicat versə, anamın məzhəbini qəbul edəcəyəm. Nəhayət, İmam Zaman (ə)-dan kömək diləyib dadıma çatmasını istədim. Uca səslə fəryad etdim: «Ya əba Salihil-Məhdi, ədrikni!» (Ey Əbu Saleh Mehdi, dadıma çat!) Bir də gördüm, bir şəxs mənimlə birgə yol gedir, başında da yaşıl əmmaməsi var. O, yolu mənə göstərib dedi: Ananın məzhəbini qəbul et! İndi əhalisi şiə olan bir kəndə çatacaqsan. Dedim: Ey ağam! Birgə gəlib məni özünüz ora çatdıra bilərsinizmi? Buyurdu: Yox, çünki dünyanın müxtəlif yerlərində minlərlə insan məni yardıma çağırır. Mən də onların dadına çatıb nicat verməliyəm. Bunu deyib dərhal gözlərimdən itdi.
    Bir az getdikdən sonra həmin kəndə çatdım. Qaldığım yerlə həmin kənd arasında xeyli məsafə olmasına baxmayaraq mən ora çox qısa müddətdə, yoldaşlarım isə səhəri gün ora çatdılar. Hilləyə çatdıqda, fəqihlər seyyidi Seyyid Mehdi Qəzvininin yanına getdim və başıma gələnləri ona danışıb, elə həmin gün şiəliyi qəbul etdim. Şiə məzhəbinin fiqh və əsaslarını da ondan öyrəndim. Bir gün ondan soruşdum: İndi mən nə edim ki, bir daha fədası olduğum İmam Zamanla (ə) görüşə bilim? Buyurdu: Qırx cümə axşamı Kərbəlaya gedib İmam Hüseyn (ə)-mı ziyarət et.
    Mən hər cümə axşamı Hillədən Kərbəlaya İmam Hüseyn (ə)-ın ziyarətinə getdim. Sonuncu cümə axşamı gördüm ki, mə`murlar şəhərə girmək üçün icazə vəsiqəsi istəyirlər. Nədənsə, bu dəfə hamını çox ciddi sorğu-suala tuturdular. Mənim isə nə vəsiqəm var idi, nə də ki, icazə almaq üçün pulum. Şəhərə daxil olmaq üçün böyük izdiham yaranmışdı. Nə qədər çalışdımsa, şəhərə daxil olmaq üçün gizli bir yer tapmadım. Elə bu vaxt uzaqdan İmam Zamanı (ə) başında ağ əmmamə iranlı elm adamlarına məxsus paltarda şəhərin darvazalarından içəridə gördüm. Mən tab gətirə bilməyib ondan kömək dilədim. O, həmin anda yanıma gəlib əlimdən tutaraq məni içəri keçirdi. Doğrusu, kimsə məni görmədi. Şəhərə daxil olduqda, onunla söhbət etmək istədim. Amma o, qeybə çəkilib gözdən itdi.
    Əlli Dördüncü Görüş
    Hacı Nuri "Nəcmus-saqib” kitabında Molla Zeynəlabidin Səlmasidən belə bir əhvalat nəql edir:
    Bir gün Nəcəf-Əşrəfdə Ayətullah Seyyid Sind və böyük alim Bəhrul-Ülumun dərsində iştirak edirdim. Təxminən, yüz nəfər tələbə dərsdə iştirak edirdi. Birdən, "Qəvanin” kitabının müəllifi Mirzə Qumi içəri daxil oldu. O, İrandan bura müqəddəs yerləri ziyarət etmək üçün gəlmişdi. Bundan sonra Məkkəyə həcc ziyarətinə getməli idi. Onun Bəhrul-Ülumla görüşünə hörmət əlaməti olaraq tələbələr durub dağılışdılar. Yalnız üç nəfər böyük alim və müctəhid birgə qaldı. Mən də onların bu görüşündə iştirak etdim.
    Söhbət əsnasında Mirzə Qumi seyyid Bəhrul-Üluma dedi: Siz həm cismən, həm də ruhən Əhli-beytə mənsub olub yüksək mə`nəvi məqam sahibisiniz. Uzaq yoldan gəlirəm və xahiş edirəm əldə etdiyiniz tükənməz mə`nəvi ne`mətlərdən bizə də bəxş edin, biz də faydalanaq. Seyyid Bəhrul-Ülum sözü uzatmadan dedi: Elə dünən, gecə namazının nafiləsini qılmaq üçün Kufə məscidinə getmişdim. Qəti fikrim də var idi ki, səhər tezdən qayıdım və dərsləri tə`xirə salmayım. Sübh tezdən məsciddən çıxdıqda, yaman ürəyimdən keçdi ki, Səhlə məscidinə də bir baş çəkim. Lakin dərsə gecikməyim deyə fikrimdən daşındım. Amma ora getmək istəyi isə məndə hər an artırdı. Elə bu vaxt tozlu külək qalxıb məni Səhlə məscidinə tərəf istiqamətləndirdi. Çox keçmədən özümü Səhlə məscidinin qarşısında gördüm. Məscidə daxil olduqda, orada fədası olduğumuzdan başqa kimsə yox idi. O, elə münacat edirdi ki, qəlblər lərzəyə gəlir, gözlər isə yaşla dolurdu. Onu bu halda görcək, əl-ayağım tutuldu, dizlərim əsdi. O vaxta qədər nə elə həzin səs eşitməmiş, nə də dua kitablarında elə duaya rast gəlmişdim. Başa düşdüm ki, Həzrət münacatı bədahətən deyir. Elə dayanıb münacatına qulaq asır və böyük həzz alırdım. Münacatını qurtardıqdan sonra üzünü mənə tutub fars dilində buyurdu: Mehdi, bura gəl! Mən bir neçə addım irəliləyib dayandım. Bir daha buyurdu: Yaxın gəl! Mən bir az da qabağa gedib dayandım. Mən o qədər irəlilədim ki, mənim əlim onun əlinə, onun əli də mənim əlimə çatırdı. Bu vaxt mənə bir söz dedi.
    Seyyid Bəhrul-Ülum daha İmam Zaman (ə)-ın ona nə dediyini söyləməyib Mirzə Quminin ona əvvəl verdiyini suala cavab verməyə başladı və bir sıra başqa məsələlər haqda söhbətini davam etdirdi. Söhbətin axırında Mirzə Qumi soruşdu: İmam Zaman (ə)-ın buyurduğu o söz nə idi? Bəhrul-Ülum dedi: O daha bir sirdir.
    Əlli Beşinci Görüş
    Seyyid Həsən Əbtəhi deyir: 1361-ci (h.ş.) ildə İranın inqilabçı alimlərinin terror olunması, bə`zi münafiq qrupların gəldikləri hədə-qorxular və nəhayət, əmniyyətin olmaması məndə qeyri-adi nigarançılıq və iztirab hissi yaratmışdı. Allaha təvəkkül etməklə bu nigarançılıqdan yaxa qurtarmaq üçün nə qədər çalışsam da, buna nail ola bilmirdim. Daha dəqiq desəm, cümə axşamı artıq nigarançılığım son həddə çatmış və tamam yuxum qaçmışdı. Bunun üçün telefonu da çıxarmışdım ki, kimsə mənə zəng edib hədə-qorxu gəlməsin. Amma bir yerə zəng etmək üçün telefonu qoşan kimi, birdən zəng çaldı. Dəstəyi götürdüm. Gördüm uzaq yerdən zəng edən tanış bir adamın səsi gəlir. Ondan kim olduğunu soruşduqda, dedi: Mən Xadimiyəm. Başa düşdüm ki, hacı Məhəmməd Xadimi Şirazidir. Dedim: Haradan zəng edirsiniz? Dedi: Qumdan, Cəmkəran məscidindən. Sonra dedi: Bu gecə sizi tanıyan bir şəxs İmam Zamanla (ə) görüşüb və Həzrət ona demişdir ki, Məhşəddə Əbtəhi böyük nigarançılıq hissi keçirir. Xadimiyə de, yoldaşınıza xəbər etsin ki, nigaran olmasın, biz ona kömək edəcəyik. Biz onu qoruyacaq və bu bəlanı ondan dəf edəcəyik. Əgər xəbər göndərməklə nigarançığı aradan getməsə, Xadimi özü Məşhədə gedib onu nigarançılıqdan qurtarsın.
    Bu sözləri eşitcək məni ağlamaq tutdu və öz-özümə dedim: Gör biz nə qədər İmam Zaman (ə)-dan qafilik, o isə bizi nə qədər fikirləşir. Özü də mənim kimi günah içində qərq olan səlahiyyətsiz bir şəxsi. Bir sözlə həmin gecə nigarançılığım birdəfəlik aradan qalxdı. Qalxmaya da bilməzdi. Çünki o gün mənim nigarançılığımdan Allah və İmam Zamandan başqa kimsənin xəbəri yox idi və Xadimi telefonda mənə elə sözlər dedi ki, nigarançılığa heç bir yer qalmadı. Əgər imanım güclü olsaydı, gərək bundan əvvəl də bu qədər nigarançılıq hissi keçirməyəydim. Dostuma dedim: Sizin bu zənginizlə nigarançılığım tamamilə aradan getdi. İndi ki, ağamız bu qədər bizim fikrimizi çəkir, lap şirin ağzına girməyə belə hazıram. Amma əgər siz Məşhədə İmam Əli ibn Musa Rza (ə)-ın ziyarətinə gəlsəydiniz, bizə də o vaxt çox sevinərdik. Buyurdu: Xeyr, mənim üzərimə düşən vəzifə elə bundan ibarət idi. Bu xəbərlə mənim özümün də İmam Zaman (ə)-a olan inam və bağlılığım daha da artdı.
    Əlli Altıncı Görüş
    Əllamə Nuri "Nəcmus-saqib” kitabında yazır ki, bir çox kəramət sahibi olan Seyyid Baqir Qəzvininin oğlu seyyid Cə`fər deyir:
    Bir vaxtlar atamla birlikdə Səhlə məscidinə get-gəl edirdik. Bir gün məscidə çatıb atamdan soruşdum: Camaat deyir ki, kim qırx cümə axşamı Səhlə məscidinə gedib orada ibadətlə məşğul olsa, İmam Zamanla (ə) görüşə bilər. Amma mə`lum deyil ki, bu sözlər nə qədər doğrudur! Atam qəzəblənərək dedi: Haradan deyirsən? Əgər sən bir şeyi görməmisənsə, deməli onun əsası yoxdur?! O, məni o qədər danladı ki, dediklərimə peşman oldum.
    Bir azdan sonra məscidə daxil olduq və orada kimsə yox idi. Atam məscidin ortasında dayanıb "istiğasə” (imdad) namazını qılmaq istərkən, İmam Zaman (ə)-ın məqamı tərəfdən bir şəxs ona tərəf gəldi. Atam onunla salamlaşıb əl verərək görüşdü. Sonra mənə dedi: Bəs bu kimdir? Təəccüblə dedim: O, İmam Zamandırmı? Dedi: Bəs kimdir? Mən dərhal yerimdən qalxıb ona tərəf yüyürməyə başladım. Amma nə məscidin içində, nə də ki, çölündə kimsəni görmədim.
    Əlli Yeddinci Görüş
    Mərhum Ayətullah seyyid Əbül-Həsən İsfahani zamanımızın məşhur mərcəi-təqlid alimlərindən biri olmuşdur. O, dəfələrlə fədası olduğumuz İmam Zamanla (ə) görüşə nail olmuşdur. "Alimlərin xəzinəsi” kitabında böyük alim Məhəmməd Həsən Mircahanidən belə bir əhvalat nəql olunur:
    Yəməndə yaşayan zeydiyyə məzhəbli Bəhrul-Ülum adlı bir alim fədası olduğumuz İmam Zaman (ə)-ın müqəddəs vücudunu inkar edirdi. O, dövrünün alimlərinə məktub göndərib onlardan İmam Zaman (ə)-ın mövcudluğuna dair əsaslı dəlillər gətirmələrini istəyirdi. Alimlər ona cavab versələr də, qane olmurdu. O, məktublardan birini də seyyid Əbül-Həsəni İsfahaniyə göndərir və ondan bu məsələyə dair cavab istəyir. Seyyid Əbül-Həsən İsfahani ona belə bir cavab məktubu göndərir: "Əgər Nəcəf-Əşrəfə gəlsəniz, mən sizin sualınıza şifahi olaraq cavab verərəm.”
    Yəmənli Bəhrul-Ülum cavab məktubunu aldıqdan sonra oğlu seyyid İbrahim və bir neçə müridi ilə birlikdə Nəcəfə, Əbül-Həsən İsfahaninin yanına gəlir. Görüşüb hal-əhval tutduqdan sonra Bəhrul-Ülum deyir: Mən bura sizin də`vətinizlə gəlmişəm. Ümid edirik ki, və`d verdiyiniz cavabdan bəhrələnə biləcəyik. Əbül-Həsən İsfahani buyurur: Sabah axşam bizim evə gəlin, orada sizin cavabınızı verim.
    Ertəsi gün axşam Bəhrul-Ülum oğlu ilə birlikdə Əbül-Həsən İsfahaninin evinə gedir. Şam yeməyini yeyib qurtardıqdan sonra İmam Zaman (ə)-ın mövcudluğu barədə müzakirələr başlayır. Nəhayət, gecə başqa qonaqlar dağılışdıqdan sonra Ayətullah İsfahani xidmətçisi Məşhədi Hüseyndən çıraq gətirməsini istəyir. Sonra Bəhrul-Ülum və oğlu İbrahimə deyir: Gedək, siz özünüz o həzrəti görün.
    Məhəmməd Həsən Mircahani deyir: Biz də orada idik. Onlarla birlikdə getmək istədikdə, Ayətullah İsfahani dedi: Siz gəlməyin, yalnız Bəhrul-Ülum və oğlu gəlsin.
    Biz daha onların hara getdiklərini bilmədik. Amma həmin gün səhər mən Bəhrul-Ülum və oğlu İbrahimlə görüşə bildim və onlardan nə gördükləri haqda soruşdum. Bəhrul-Ülum yalnız bunu dedi: Şükür olsun Allaha ki, sizin məzhəbinizə keçdik və İmam Zamanın müqəddəs vücudunun hal-hazırda mövcud olduğuna iman gətirdik. Soruşdum: Necə? Buyurdu: Ayətullah İsfahani İmam Zamanı bizə göstərdi. Soruşdum: O, İmam Zamanı sizə necə göstərdi? Buyurdu: Evdən çıxdıqdan sonra hara getdiyimizi bilmədik. Nəhayət, "Vadiyus-salam” adlı yerə çatdıq. Vadiyus-salamın ortasında "İmam Zamanın məqamı” adlı bir yer var idi. Ayətullah İsfahani ora çatdıqda, çırağı Məşhədi Hüseyndən alıb tək məni özü ilə birlikdə məqama daxil etdi və orada dəstəmazını təzələdi. Oğlumun onun gördüyü işlərə gülməyi gəlirdi. Nəhayət, orada dörd rükət namaz qılıb başa düşmədiyimiz bir neçə kəlmə söz dedi. Bir də gördük ki, fəza işıqlandı.
    Bu yerdə yəmənli alimin oğlu İbrahim dedi: Bu vaxt mən məqamdan kənarda dayanmışdım, atam isə Ayətullah İsfəhani ilə birlikdə məqamın içində idilər. Bir neçə dəqiqədən sonra atamın fəryad etdiyini eşitdim və sonra o, huşunu itirib özündən getdi. Yaxınlaşıb gördüm ki, Ayətullah İsfahani atamın çiyinlərini ovxalayır ki, özünə gəlsin. Oradan qayıtdığımız zaman atam dedi: Mən orada İmam Zaman (ə)-ı gördüm! O, məni on iki imamçı şiə məzhəbinə də`vət etdi.
    O, bundan artıq orada gördükləri haqda bir söz demədi. Bir neçə gündən sonra Yəmənə qayıtdı və dörd min nəfər müridini şiə etdi.
    Əlli Səkkizinci Görüş
    Hacı Nuri "Nəcmus-saqib” kitabında yazır: Ədalət və bir çox üstün xüsusiyyətləri ilə şöhrət tapmış böyük alim Hacı Molla Möhsün İsfahani Kərbəlanın yaxınlığında yaşayardı. Onun insanlığı, dindarlığı və əmanətə son dərəcə vəfalı olması hamının dillər əzbəri idi. O, böyük alim seyyid Məhəmməd Qətifidən belə bir əhvalat nəql edir:
    Bir cümə axşamı tələbələrdən biri ilə Kufə məscidinə getmişdim. O zamanlar belə vaxtlarda məscidə gedib-gəlmək olduqca qorxulu idi. Çünki, yolkəsənlər ətrafa yayılıb soyğunçuluqla məşğul idilər. Bunun üçün də ziyarətə gələnlərin sayı nəzərə çarpacaq dərəcədə azalmışdı.
    Biz məscidə daxil olduğumuz zaman orada dua oxuyan bir tələbədən savayı kimsə gözümüzə dəymədi. Biz də məscidin əməllərini yerinə yetirdikdən sonra kimsənin gələ bilməyəcəyindən əmin olmaq üçün içəridən məscidin qapısının qabağına xeyli daş-kəsək yığdıq. Sonra "dəkkətül-qəza”da üzü qibləyə tərəf oturub dua və ibadətlə məşğul olmağa başladıq. Gözəl əxlaqlı həmin tələbə isə həzin səslə "babul-fil” məqamına yaxın oturub "Kumeyl” duasını oxuyurdu. Hava olduqca saf, ay da tam dairəvi şəkildə idi. Onun işığı məscidə düşdükcə məni özünə cəzb edirdi. Birdən, məscidi müşk və ənbərdən də qoxusu gözəl ətir iyi bürüdü. Sonra ətrafa elə parlaq işıq yayıldı ki, ayın işığını belə üstələdi. İşıq məscidin bütün fəzasını bürüdü. Uca səslə "Kumeyl” duasını oxuyan həmin tələbə susaraq diqqətini ətrafı bürüyən iyə və məscidi nura qərq edən işığa yönəltdi. Elə bu vaxt möhkəm bağladığımız qapıdan çiyinində səccadə, əynində hicazlılara məxsus paltar olan bir şəxs içəri daxil oldu. O, qeyri-adi vüqarla həzrət Müslimin (ə) məqbərəsinə tərəf gedirdi. Bizim isə nəzərimiz qeyri-ixtiyari olaraq onun camalına dikilmişdi. Həyəcandan sanki qəlbimiz yerindən qopacaqdı. Bizə yaxınlaşıb salam verdi. Amma dostum o qədər həyəcanlı idi ki, salam verməyə taqəti olmadı. Mən isə çətinliklə də olsa salamının cavabını verdim.
    O, həzrət Müslimin (ə) ziyarətgahına tərəf getdikdən sonra biz əvvəlki vəziyyətimizə qayıtdıq. Dostumdan soruşdum: Bu şəxs kim idi? Haradan məscidə daxil oldu? Sonra yerimizdən qalxıb onun ardınca həzrət Müslimin (ə) ziyarətgahına tərəf getdik. Gördük ki, orada olan tələbə köynəyini cırıb uşağı ölmüş ana kimi zar-zar ağlayır. Ondan niyə belə ağladığını soruşduq. Dedi: Qırx cümə axşamıdır ki, İmam Zamanı (ə) görmək üçün bu məscidə gəlirəm. Amma arzuma çata bilmədim. Bu gün də özünüz gördünüz, İmam Zaman (ə) gəlib başım üstə dayanıb nə etdiyimi soruşdu. Mən isə üzündəki heybətdən dilim tutulub bir söz deyə bilmədim. O da üzünü çevirib getdi.
    Məscidə qayıdıb qapının arxasına nəzər saldıqda, gördük ki, daşları ora necə düzmüşdüksə eləcə də qalmışdır.
    Əlli Doqquzuncu Görüş
    Dizful alimlərindən biri orada baş verən maraqlı bir əhvalat nəql edir ki, o əhvalat "Əş-şəmsut-taliə” və "Şeyx Ənsari” kitablarında da nəql olunmuşdur. Həmin əhvalat belədir:
    Məhəmməd Hüseyn Təbrizi, Təbrizin tanınmış tacirlərindən biri idi. Övladı olmadığından uzun müddət müalicə və dava-dərmandan sonra nəhayət, ziyarətgahlara üz gətirir. O deyir: Bir gün Nəcəf-Əşrəfə gedib orada Səhlə məscidində dua və münacat edərək İmam Zaman (ə)-dan kömək istədim. Gecə mükaşifə halında gördüm ki, alicənab bir şəxs mənə yaxınlaşıb dedi: Dur, get Dizfula, toxucu Məhəmməd Əli Culagərin yanına və bil ki, istəyin yerinə yetmişdir.
    Mən Dizfula gedib həmin şəxsin ünvanını axtarmağa başladım. Bir qədər axtardıqdan sonra axır ki, onun yaşadığı yeri tapa bildim. Onu gördükdə, çox xoşum gəldi. Çünki o olduqca sadə bir adam idi və balaca dükanında toxuculuqla məşğul idi. Onunla salamlaşdım. Salamımın cavabını verib dedi: Məhəmməd Hüseyn, gözlərin aydın! İstəyin yerinə yetmişdir.
    Məni birinci dəfə görməsinə baxmayaraq adımı bilməsindən çox təəccüb etdim və ondan gecəni yanında qalmağı xahiş etdim. Dedi: Eybi yoxdur, qala bilərsən.
    Sonra balaca dükanına daxil oldum və elə bu vaxt axşam azanı verildi. Birlikdə şam və xiftən namazlarını qılıb axşamdan bir qədər keçdikdən sonra süfrə açdı və ortaya bir az arpa çörəyi, bir az da qatıq qoydu. Beləcə, birlikdə axşam yeməyini yedik. Gecə oldu və yatdıq. Səhər sübh namazını qılandan sonra o, bir az dua oxudu və sonra yenə dükanına girib işi ilə məşğul olmağa başladı.
    Mən ona dedim ki, sizə iki sualım var: birinci, mənim hacətimin qəbul olduğunu haradan bildiniz və ikinci, belə bir yüksək məqama necə nail olmusunuz? Dedi: Axı, bu nə sualdır ki, verirsən?! İstəyin yerinə yetib, daha başqa bir şey lazım deyil və çıx öz yolunla get. Dedim: Mən sizin qonağınızam və siz də gərək qonağa hörmətlə yanaşasınız. Xahiş edirəm, özünüz barədə mənə danışasınız və bilin ki, danışmayınca, yerimdən tərpənən deyiləm. Çox isrardan sonra dedi: Mən əvvəldən elə gördüyün həmin bu məhəllədə bu işlə məşğulam. Əvvəllər dükanımın qarşısında olduqca zülmkar bir dövlət mə`murunun evi var idi. Əskərlər növbə ilə onun evini mühafizə edirdilər. Bir gün əsgərlərdən biri gəlib məndən soruşdu: Siz özünüz üçün yemək-içməyi haradan əldə edirsiniz? Mən də ona dedim ki, mənmi əhli-əyalım yoxdur. Hər il üç yüz kiloqram arpa alıram, unundan çörək bişirirəm və beləcə, yaşayıram. Əskər dedi: Mən burada gözətçi işləyirəm, amma bu zalımın haram yolla qazandığı və bizə verdiyi yemək-içməkdən istifadə etmək istəmirəm. Əgər sənə zəhmət deyilsə, mənin üçün də yüz kilo arpa al və özün üçün çörək bişirdiyin zaman mənim üçün də gündə bir çörək bişir ondan yeyim. Əgər mənim üçün bu işi görsən, sənə çox minnətdar olaram. Mən də onun xahişini qəbul etdim və hər gün gəlib məndən iki çörəyini götürüb gedirdi.
    Bir gün çörəkləri bişirib hazır qoymuşdum ki, gələndə ona verim. Amma nə qədər gözlədimsə, gəlib çıxmadı. Gedib onu tanıyanlardan soruşdum, dedilər xəstədir. Mən onu yoluxmaq üçün yanına getdim və həkim gətirmək üçün ondan icazə verməsini istədim. Dedi: Lazım deyil, mən bu gecə ölməliyəm. Gecə yarısı bir nəfər gəlib sənə ölüm xəbərimi verəcək. Sən də bura gəlib nə desələr, onu da edərsən. Unun qalanı da sənin olsun. Mən axşam onun yanında qalmaq istədim. Amma mənə icazə vermədi. Sonra mən dükanıma qayıtdım.
    Gecənin bir aləmində gördüm ki, kimsə dükanın qapısını döyür. Qapını döyən şəxs məni səsləyib dedi: Məhəmməd Əli, gəl bayıra. Mən də tez eşiyə çıxdım və dükanın qabağında tanımadığım bir şəxs gördüm. Birlikdə məscidə getdik. Ora çatdıqda, gördüm ki, həmin əskər artıq dünyasını dəyişmiş və iki nəfər də cənazəsinin kənarında dayanmışdır. Onlar məni görcək, dedilər: Gəl kömək et və cənazəni çaya aparıb orada qüsl verək.
    Bir sözlə onu aparıb çayın kənarında qüsl verdik. Sonra kəfənləyib namazını qıldıq və məscidin kənarında dəfn etdik. Bundan sonra mən öz dükanıma qayıtdım. Bir neçə gündən sonra gecə yarısı dükanımın qapısını döydülər. Eşiyə çıxdım. Yenə tanımadığım bir şəxs mənə dedi: Ağa səni çağırır, gəl birlikdə yanına gedək.
    Paltarımı geyinib onunla birlikdə yola düşdük. Nəhayət, bir çöllüyə gəlib çatdıq. Gecə yarısı və ayın axırı olmasına baxmayaraq hava on dörd gecəlik ay kimi, olduqca aydın və işıqlı idi. Heyrət məni bürümüşdü. Bir neçə dəqiqədən sonra parlaq bir çöllüyə çatdıq. Uzaqdan gördüm ki, bir neçə nəfər dairəvi şəkildə oturmuş və onların kənarında bir nəfər də ayaq üstə dayanmışdı. Oturanlardan biri olduqca vüqarlı və heybətli idi. Başa düşdüm ki, o şəxs İmam Zaman (ə)-dır. Bu səbəbdən də bütün vücudumu qeyri-adi qorxu hissi bürüdü və bütün bədənim titrəməyə başladı. Mənim ardımca gələn şəxs dedi: Bir az qabağa get. Mən də qabağa gedib dayandım. Ayaq üstə duran şəxs mənə dedi: Qabağa gəl, qorxma. Mən yenə bir qədər qabağa getdim. İmam Zaman (ə) onlardan birinə buyurdu: Bizim şiəmizə xidmət etdiyi üçün əskərin vəzifəsini ona verin. Dedim: Mən bir toxucuyam, necə əskər ola bilərəm? Belə fikirləşdim ki, məni dünyasını dəyişən həmin əskərin yerinə tə`yin etmək istəyir.
    İmam Zaman (ə) gülümsəyərək dedi: İstəyirik onun mənsəbini sənə verək. Mən yenə sözlərimi təkrar etdim. İmam Zaman (ə) yenə buyurdu: Biz istəyirik mərhum əskərin tutduğu məqamı sənə verək və demirik ki, sən onun yerinə əskərlik edəsən. Get və bil ki, bundan belə sən onun yerini tutacaqsan.
    Sonra tək geri qayıtdım. Hava isə artıq çox qaranlıq idi. Və şükür Allaha ki, o vaxtdan bu günədək İmam Zaman (ə)-ın göstərişləri mənə çatır və mən onunla sıx əlaqədəyəm. Sənə bu əlaqəmiz də onun verdiyi göstərişlərdən biri idi.
    Category: İmam Zamanla görüşənlər | Views: 1124 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024