İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 9
Qonaqlar 9
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 21 » İmam Zamanla görüşənlər
    7:15 AM
    İmam Zamanla görüşənlər
    Yetmiş İkinci Görüş
    Seyyid ibn Tavus deyir: 641-ci il (h.q.) cəmadiüs-sani ayının iyirmi yeddisi, cümə axşamı Həzrət Əlinin (ə) müqəddəs hərəmini ziyarət etdikdən sonra Hilləyə, öz şəhərimə qayıtdım. Cümə günü Həsən ibn Əli Əlbiqli adlı tanışlarımdan biri gəlib dedi: İmam Zamanla görüşdüyünü iddia edən Əbdülmöhsün adlı bir nəfər gəlib sizi görmək istəyir. Qonağı hörmətlə qarşılayıb evə də`vət etdim.
    Cəmadiüs-sani ayının iyirmi səkkizi, şənbə gününün axşamı qonaq-qara dağılışandan sonra aranı xəlvət görüb qonaqla söhbətə başladıq. Bir az söhbətdən sonra onun e`tibarlı adam olduğunu bildim. Sözləri əsla şəkk-şübhə doğurmurdu. O, başına gələnləri mənə belə danışdı: Əslim "Hüsni-bəşər” deyilən yerdəndir. Amma Dulab yurduna köçüb orada ticarətlə məşğul oluram. Bir zamanlar "Divani-Sərair” deyilən yerdən taxıl alırdım. Səfərlərimin birində yenə də mal almaq üçün həmin məntəqəyə yollandım. Axşam Müdiyyə qəbiləsinin yanında qalmalı oldum. Bu qəbilənin məskunlaşdığı yer "Mücrə” adlanır. Gecə yarısı ibadət üçün yuxudan qalxdım. Su üçün çölə çıxdım. Amma onların suyu haradan gətirdiklərini bilmirdim. Yaxınlıqda su quyusu gözə dəymirdi. Şərqə doğru uzaqda bir arxın olduğunu bilirdim. Əlacsız qalıb həmin səmtə yollandım. Bir qədər yol gedəndən sonra anladım "Təllis-səlam” deyilən yerdə – Kərbəla yolunun üstündəyəm. O gecə cümə axşamı, 641-ci il cəmadiüs-sani ayının on doqquzu idi. (Seyyid ibn Tavus deyir: Həmin gecə mən qardaşım Seyyid Məhəmməd Avi ilə birlikdə Həzrət Əlinin (ə) qəbri kənarında idik. O gecə çoxlu mə`nəvi feyz alıb mükaşifələr gördük.) Bu anda gözlənilmədən, haradansa bir atlı peyda oldu. Qəribə idi, onun nə vaxt, necə gəldiyini hiss etmədim. Ay işığı olsa da, duman hər yeri bürümüşdü. Atlının əynində ağ libas vardı. Başına əmmamə sarımış, belinə qılınc bağlamışdı. Məndən soruşdu: Camaatın vaxtı necədir? (Dövran necə keçir?)
    Elə bildim ki, indiki vaxtı soruşur. Dedim: Dünyanı duman bürüyüb. Dedi: Onu soruşmuram. Sual etdim, camaatın vəziyyəti necədir? Dedim: Camaat – hər kəs öz vətənində, malının, sərvətinin kənarında əmin-amanlıqla yaşayır. Dedi: İbn Tavusun yanına gedib bu xəbəri (mə`xəzdə Həzrətin tapşırığı qeyd olunmayıb) ona çatdırarsan.
    Seyyid ibn Tavus deyir: Əbdülmöhsün Həzrətin (ə) tapşırığını mənə çatdırdı və ondan soruşdum ki, Həzrət (ə) başqa bir şey buyurmadı? Dedi: Həzrət (ə) sonra buyurdu: Həqiqətən də və`d edilən vaxt yaxınlaşmışdır!
    Bu vaxt bir anlıq zehnimdən keçdi ki, olmaya bu şəxs mövlamız Sahibəzzamanın özüdür? Bihuş olub özümdən getdim. Səhərə qədər bihuş vəziyyətdə qaldım.
    Əbdülmöhsündən soruşdum: Haradan bildin ki, onun dediyi İbn Tavus mənəm? Dedi: Mən, Tavus övladları arasında sizdən başqa kimsəni tanımıram. Həzrət (ə) bunu söyləyəndə, ağlıma sizdən başqa kimsə gəlmədi.
    Dedim: Həzrətin "Həqiqətən də və`d edilən vaxt yaxınlaşmışdır!” – sözündən o vaxt nə başa düşdünüz? Ölümün yaxınlaşmağı, yoxsa zühurun yaxınlaşmağını deyirdi? Əbdülmöhsün dedi: Mən belə başa düşdüm ki, zühurunun vaxtını deyir. Dedim: Bu barədə məndən başqa kimsəyə bir söz demisən? Dedi: Bəli. Müdiyyə yurdundan çıxanda, bir dəstə adam məni görüb elə bildilər ki, yolu azıb həlak olmuşam. Çünki halım özümdə deyildi. Qayıdanda, iki gün tamam – çərşənbə və cümə axşamı düşdüyüm qeyri-adi hal çöhrəmdən çəkilmədi.
    Ona dedim: Bundan sonra həmin sirli səhər haqqında kimsəyə danışma. Sonra ona peşkəş olaraq müəyyən şeylər bağışlamaq istəm də, qəbul etmədi. Dedi: Mənim başqasının köməyinə ehtiyacım yoxdur. İsrar etməyib dincini alsın deyə ona yataq hazırladım. Qonaq öz yatağına çəkiləndə, mən də otağı tərk edib yatmağa hazırlaşdım. Yuxuya getməzdən qabaq Allaha yalvarıb həmin gecənin həqiqətini daha aşkar şəkildə mənə ə`yan etməsini istədim. Yuxuda mövlamız İmam Cəfər Sadiqi (ə) gördüm. İmam böyük bir hədiyyə ilə mənim yanıma gəlmişdi. Yuxuda mənə belə ə`yan oldu ki, imamın hədiyyəsinin mənim yanımda olmasına baxmayaraq, sanki mən o hədiyyənin qədrini bilmirəm. Bu anda yuxudan ayıldım. Allaha həmd-səna edib gecə namazına hazırlaşmağa başladım. Xidmətçi dəstəmaz almaq üçün aftafa-ləyən gətirdi. Aftafanı qaldırdım ki, ovcuma su töküm, amma su tökülmədi. Elə bil, kimsə aftafanın lüləsini tutub geri qaldırır, bununla dəstəmaz almağıma mane olurdu. Öz-özümə dedim ki, yəqin suya nəcis bir şey dəyib, Allah mənim napak su ilə dəstəmaz almağımı istəmir. Xidmətçini səsləyib dedim: Aftafanı haradan doldurmuşdun? Dedi: Arxdan. Dedim: Ola bilsin, suya haradansa nəcis dəyib. Apar aftafanı pakla, yenidən doldur gətir.
    O, aftafanı götürüb getdi. Suyunu boşaldıb onu doldurarkən suya çəkib doldurmasının səsini eşidirdim. O, dolu aftafanı gətirib mənə verdi. Aftafanın dəstəyindən yapışıb yuxarı qaldırdım ki, su tökülsün, amma yenə də, sanki kimsə aftafanı geri qaytardı. Anladım ki, bu hadisə məni gecə namazından saxlamaq üçün baş verir. Ürəyimdə dedim ki, bəlkə Allah sabaha mənim üçün bir imtahan, hikmətli bir hadisə nəzərdə tutub. Ona görə də sabah başıma gələcək bəlanın, ya hər hansı işin bu gecə edəcəyim dua vasitəsilə dəf olmasını istəmir. Bunu fikirləşib yerə oturdum. Elə bu xəyallarla da yuxu məni apardı. Yuxuda gördüm ki, bir şəxs mənə deyir: "Əbdülmöhsün xəbəri çatdırmaq üçün gəlmişdi və yaxşı olardı, onun önündə yol gedəsən.” Bu sözləri eşidəndə, yuxudan ayıldım. Bir anlığa fikrə getdim. Dedim, yəqin Əbdülmöhsünə lazımınca hörmət göstərə bilməmişəm. İstiğfar edib Allahdan məni bağışlamasını dilədim. Yenidən aftafanı götürdüm ki, dəstəmaz alım. Bu dəfə qeyri-adi bir hadisə baş vermədi. Dəstəmaz alıb iki rükət namaz qıldım. Bu vaxt artıq dan yeri sökülürdü. Mən gecənin nafiləsini qəza etdim.
    Ertəsi gün öz malımdan altı sikkə qızıl, xərcləməyə ixtiyarım olduğu başqalarının malından isə on beş qızıl ayırıb, üzürxahlıq edə-edə Əbdülmöhsünə təqdim etdim. Amma o, qızıllardan imtina edib dedi: Mənim özümdə indi yüz qızıl sikkə var və sən isə onları ehtiyacı olanlara ver. Dedim: Adət üzrə böyük şəxsiyyətlərin elçisinə ehtiram olaraq bir şey verərlər. Amma o, yenə də qəbul etmədi. Dedim: Bərəkətdir! Əlbəttə, bu on beş sikkə qızılı götürməyə səni məcbur etmirəm, amma bu altı qızıl mənim öz malımdır, gərək qəbul edəsən. Əbdülmöhsün yenə də boyun qaçırıb inadından dönmədi. Axırı onu dilə tutub çətinliklə yola gətirdim. Nəhayət, altı qızıl pulu qəbul etdi.
    Günorta vaxtı birlikdə nahar etdik. Sonra yuxuda mənə buyurulduğu kimi, onun önündə gedərək yola düzəldik. Yolda ona tapşırdım ki, bu siri heç kimə açmasın.
    Seyyid ibn Tavus deyir: Əbdülmöhsünlə görüşəndən üç gün sonra – 641-ci il cəmadiüs-sani ayının otuzu, bazar ertəsi İmam Hüseynin (ə) hərəmindən bəhrələnmək üçün qardaşım Məhəmməd Avi ilə birlikdə Kərbəlaya yollandıq. Ertəsi gün mübarək rəcəb ayının biri Məhəmməd ibn Süveydlə görüşdüm. O, birbaşa söhbətə keçib dedi: Şənbə gününün axşamı, cəmadiüs-sani ayının iyirmi biri yuxuda gördüm ki, bir dəstə adamla evdə oturmuşuq. Sən də məclisdə oturanların arasında idin. Bu zaman bir nəfər içəri daxil olub sənin yanına gəldi və dedi ki, Sahib tərəfindən gəlmişdir. Orada oturanlardan bə`zisi elə güman etdi ki, gələn adam sahibxana tərəfindən göndərilib. Amma mən anladım ki, o, Sahibəzzaman (ə) tərəfindən gəlmişdir. Mən qalxıb əvvəl əllərimi yudum. Sonra dəstəmaz alıb mövlamız Həzrət Mehdinin (ə) göndərdiyi elçinin yanına getdim. O, İmam Zaman tərəfindən sənə bir məktub gətirmişdi. Məktuba baxdım və orada üç möhür gördüm. Naməni alıb iki əlimlə sizə təqdim etdim.
    Məhəmməd ibn Süveyd yuxusunu danışandan sonra maraq dolu nəzərlərini gözümə dikib soruşdu: Nə məsələdir? Nə hadisə baş verib və bu yuxunun tə`biri nədir? Dedim: O (Məhəmməd Avi) sənə danışar. Bunu deyib dərin fikrə daldım ki, necə olur cəmadiüs-sani ayının iyirmi birinci gecəsi İmamın elçisi Hilləyə mənim yanıma gəldiyi gün Məhəmməd ibn Süveyd onun gəlişindən xəbərsiz halda bu hadisəni yuxuda görür!”(Seyyid bin Tasus, "Məcməül-dəəvat və Minhəcul-inayat”.)
    Kitabın sonunda Əhli-beyt tərəfindən gəlib çatan bir neçə dua, ziyarətnamə və hacət namazlarını qeyd edirik. Çox rahat deyə bilərik ki, həmin dua, ziyarətnamə və hacət namazlarından kamil bəhrələnmək bir çoxlarına nəsib olmuşdur. Ümid edirik ki, İmam Zaman aşiqləri o həzrətlə görüşdükləri və ya o yüksək məqama diqqət yetirdikləri zaman namazlarında bizlərə də dua etməyi unutmayacaq, bizim salamlarımızı da o həzrətə çatdıracaqlar.
    Rəvayətlərə əsasən, cümə günü İmam Zamana (ə) mənsubdur. Həmin gün o həzrətlə əlaqədar olan neçə xüsusi əməllə əlamətdarlaşır:
    Category: İmam Zamanla görüşənlər | Views: 1099 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024