İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 12 » İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri
    6:42 AM
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri
    Ön söz
    Bismillahir Rəhmanir Rəhim. Həmd və səna Aləmlərin rəbbi olan Allaha məxsusdur. Allahın salavatı və salamı məxluqatı düz yola hidayət edənə (Muhəmməd və onun pak əhli beytinə) olsun. Onların düşmənlərinə qiyamət gününə qədər Allahın lənəti olsun.
    Əziz oxucu! Bildiyimiz kimi İslam elmi inkişaf etmiş elmlərdən biridir. Əgər tarixə nəzər salsaq, onda görərik ki, həqiqətən İslam barəsində deyilən sözlər indi də özünü doğruldur. Əgər Quranın və məsum İmamlarin (ə) buyurduqlarına nəzər salsaq, İslamda fəqət ibadət və itaət hökmləri yox, bəlkə də elmi mövzulara da geniş surətdə yer verilmişdir. Hal-hazırda bizim tərcümə etdiyimiz bu kitabda İslamın Tövhid bölməsi yaradılışın ecazkarlığı ilə isbat olunur. Bu kitab İmam Sadiqin (ə) ən yaxın səhabəsi olan Müfəzzəl ibni Ömər tərəfindən tərtib edilmişdir.
    İslam dini İmam Sadiq (ə) dövründə böyük inkişafa malik olmuşdur. Ona görə də İmam Sadiqin (ə) dövründə dinimizin ibadət bölməsi ilə yanaşı elmi bölməsi də çox geniş surətdə inkişaf etmişdir. O dövrdə İmam (ə) və onun tələbələri olan ilahi hikməti və tədbiri inkar edən filosoflara yaranışın elmi dəlilləri ilə qəti cavab veriblər.
    Bu "Tövhidi-Müfəzzəl” kitabının xülasəsidir. Kitab dörd fəsldən ibarətdir. Birincisi, insanın yaranışında olan hikmətlər və tədbirlər haqda söhbət olunur. İkinci fəsl, heyvanların yaranışı, üçüncü fəsl, göy cisimləri və bitkilər, dördüncü fəsl isə dünyada baş verən xoşagəlməz hadisələrin fəlsəfəsindən bəhs edir.
    Müfəzzəlin bu mətləbləri İmamdan (ə) öyrənməsininin əsas məqsədi bu idi ki, dinin əleyhinə deyilən fikirləri İmam Sadiq (ə) kimi elmi yollarla cavablandırsın.
    Məni də maraqlandıran bir neçə suallardan sonra "Tövhidi Müfəzzəl” kitabını oxumalı oldum. Və bu kitabda məni maraqlandıran sualların cavabını tapdım. Bu nöqteyi-nəzərdən də özümə vacib bildim ki, bu kitabı öz doğma Azərbaycan dilinə tərcümə etdim.
    Müfəzzəl ibni Ömərin həyatı haqqında qısa məlumat
    Müfəzzəl Hicrətin birinci yüzilliyinin axırı və ya ikinci yüzilliyin əvvəli Kufə şəhərində dünyaya gəlmişdir. Əsl adı Müfəzzəl, atasının adı Ömər və künyəsi Əbu Muhəmməd və ya Əbu Abdullahdır. O, İmam Sadiqin (ə) və İmam Kazımın (ə) ən yaxın səhabələrindən olmuşdur. Müfəzzəl İmamlarin (ə) yanında böyük məqama sahib olmuş, onların xüsusi səhabələrindən hesab olunurdu. İmam Sadiq (ə) və İmam Kazım (ə) dövründə Kufə əhalisinin arasında onların vəkili olmuş, həm də İmam Sadiq (ə) tərəfindən böyük bir vəzifəyə təyin olunmuşdur. Bu hadisəni Şeyx Kuleyni (rəh.) "Üsuli-Kafi” kitabında nəql etmişdir.
    Müfəzzəlin rəvayətlərdəki üstün məqamı
    Bu şəxsin böyüklüyünə ən mühüm dəlil İmam Sadiqdən (ə) onun şərəfi və əzəməti haqqında bizə yetişən hədis və rəvayətlərdir. Hədislər o qədər çoxdur ki, onların hamısı bu müqəddiməyə sığışmaz. Amma istəyirik onların bir neçəsini burada qeyd edək.
    1. Şeyx Mufid səhih sənədlə İmam Sadiqdən (ə) nəql edir: Ey Müfəzzəl! Allaha and olsun ki, səni və səni sevənləri sevirəm. Ey Müfəzzəl, əgər mənim bütün səhabələrim sənin qədər bilsəydi, heç vaxt onların arasında ixtilaf düşməzdi.
    2. Muhəmməd ibni Sina deyir:
    İmam Kazımın (ə) xidmətinə yetişdim. Bu vaxt oğlu Əli (ə) də onun yanında idi. İmam Kazım (ə) buyurdu: Ey Muhəmməd! Müfəzzəl mənim həmdəmim və munisim idi. Sən də o ikisinin (İmam Rza (ə) və İmam Cavad (ə)) həmdəmi və munisi olacaqsan.
    3. Şeyx Kuleyni (rizvanullahi əleyh) "Üsuli-Kafi” kitabında İbni Sinandan və o da Müfəzzəldən nəql edir: İmam Sadiq (ə) buyurdu: Hər vaxt bizim şiələrimizin ikisinin arasında münaqişə baş versə, mənim malım ilə onların arasında mehribançılıq bərqərar et.
    4. Yunis ibni Yəqub deyir: İmam Sadiq (ə) mənə fərman verdi ki, Müfəzzəlin yanına gedib oğlu İsmayılın (ə) ölümü münasıbəti ilə ona baş sağlığı verim. Sonra İmam (ə) mənə belə buyurdu: Müfəzzələ salam ver və ona de: İsmayılın ölüm müsibəti bizə üz verdi və biz səbr etdik. Sən də bizim kimi səbr et. Biz bir şey istəyirdik, Allah başqa bir şey iradə etdi. Biz də Allah taalanın əmrinə təslim olduq.
    Mərhum Xoyi (rizv.) "Mücəmu-ricalul-Hədis” kitabında bu hədisdən sonra buyurur: Bu rəvayət İmam Sadiqin (ə) Müfəzzələ çox əlaqəli olmasının nişanəsidir və bu rəvayət səhihdir.
    Feyz ibni Muxtar deyir: İmam Sadiqə (ə) ərz etdim: Canım sənə fəda olsun mən Kufə alimlərinin arasında olanda, çox vaxt onların əqidə məsələləri barəsində ixtilafları düşür. Bəzi vaxtlar şəkk edirəm. Amma Müfəzzəl məclisə daxil olandan sonra rahatlanıram və ürəyim aram olur. İmam Sadiq (ə) buyurdu: Bəli Feyz: Həqiqət sən deyən kimidir.
    Qeyd etdiyimiz rəvayətlərin biri bəsdir ki, böyük şəxsiyyətin əzəmətin və uca məqamın bizə nişan versin.
    Müfəzzəl İslam alimləri baxımından
    Elmi rical alimlərindən çoxu və Mühəddislər bu böyük şəxsiyyətin uca məqamını və əzəmətini öz kitablarında çox geniş surətdə şərh etmişdirlər. Nümunə üçün onların bir neçəsinin adını burada qeyd edirik: Şeyx Səduq (rh) öz kitablarının çoxunda hədis və rəvayətlərin çoxunu Müfəzzəldən nəql etmişdir. Xüsusilə Şeyx Səduq "Mən la yəhzuruhul Fəqih” kitabında mötəbər və höccət bildiyi hədisləri Müfəzzəldən nəql etmişdir. Şeyx öz kitabında dəfələrlə Müfəzzəlin hədislərinə istinad etmişdir. Buradan belə nəticə alırıq ki, Şeyx Müfəzzəli ən etibarlı şəxslərdən hesab etmişdir.
    Muhəmməd ibni Yəqub Kuleyni də "Üsuli-Kafi” kitabında hədislərin çoxunu Müfəzzəlin dilindən nəql etmişdir.
    Şeyx Tusi (rizv.) də Müfəzzəl ibni Öməri Cofini İmam Sadiq (ə) və İmam Kazımın (ə) səhabələrindən hesab etmişdir.
    Şeyx Tusi "Əlğeybət” kitabında bu barədə yazır:
    O, Əimmənin (ə) həqiqi dostlarından və yaxın səhabələrindən olmuş və onların yanında etimad olunmuş bir insan kimi tanınmış və həmişə onlara itaət etmişdir. Böyük İslam alimlərindən biri Şeyx Tusinin Müfəzzəldən nəql etdiyi hədisin izahında buyurur: Şeyx Tusinin bu sözü Müfəzzəlin şeyxin yanında etimad olunmuş bir insan olmasına qəti bir dəlildir. Seyyid ibni Tavus (rəhmətullahi əleyh) Müfəzzəlin kitabı barəsində buyurur: "Tövhidi-Müfəzzəl” kitabı hikmətlərin tanınması və yaranışın gizli sirrləri haqqındadır. Və Müfəzzəl onu İmam Sadiqdən (ə) nəql etmişdir. Böyük şəxsiyyət, təfsirçi və fəqih Ayatullah Xoi Müfəzzəl barəsində buyurur: İmam Sadiqin (ə) lütf edib, Məşhur "Tövhidi-Müfəzzəl” kitabını ona öyrətməsi Müfəzzəlin böyüklüyünün və əzəmətinin bariz nümunəsidir. Bu həmin kitabdır ki, "Nəcaşi onu” "Fəkkir” (fikirləş) adlandırmışdır. Bu iş özü aşkar bir dəlildir ki, Müfəzzəl İmam Sadiq (ə) məxsusi səhabələrində olmuşdur.
    Bir şübhəyə cavab
    Bu nəzərləri zikr etdikdən sonra, gərək bir məsələni aydınlaşdıraq. Və o, budur ki;
    Əgər Müfəzzəl Əimmələrin (ə) məxsus səhabələrindən idisə, bəs niyə onu rədd edən, fasid və zəif imanlı bilən hədislər nəql olunmuşdur?
    O vaxt bu suala qəti və doğru cavab vermək olar ki, insan İmam Sadiqin (ə) yaşadığı dövrdən və "Əbbasilərin” verdiyi əziyyətlərdən xəbərdar olsun.
    Bəni Əbbas hökümətinin İmama və dostlarına verdiyi əziyyətlərə, sıxıntılara görə onlar təqiyyə edirdilər. Bəzən İmam (ə) özünün ən yaxın dostlarını ittiham edirdi. Ta onları düşmənlərin əli ilə ölməkdən və məhv olmaqdan azad etsin. Səhabələrin əleyhinə aid olan hədislərin sirri budur. Onların ədaləti və düzlüyündə heç bir şəkk yoxdur. Müfəzzəl də bu cür səhabələrdəndir. Gərək onun əleyhinə gələn hədislər təqiyyə kimi qəbul oluna.
    İmam Sadiq (ə) Əbdullah ibni Zürarətibni Əyənə deyir: Atana mənim salamımı yetir. Və ona de ki: Əgər sənin əleyhinə bir söz desəm, bil ki, bu sözlər səni müdafiə etmək üçündür. Düşmənlər həmişə bizə yaxın olan şəxsləri incitməyə çalışıblar. Onlar bu şəxsləri bizi sevdiklərinə görə öldürürlər. Əvəzində o kəslər ki, bizimlə düşmənçilik edirlər, onlara sitayiş edirlər. Atana de: Zahirdə səni rədd etməyim ona görədir ki, sən bizim dostumuz kimi tanınmayasan. Bizi də sevdiyin üçün camaat səni sevmir. Zahirdə səninlə tünd davranıram ki, camaatın yanında məhbub olasan. Və onların şərrindən amanda olasan.
    Bu haqda Şeyx Abbas Qumi (rh) yazir: Müfəzzəlin pisliyi barəsində olan hədislər onun mədhində olan hədislərə ölçüləsi deyil. Əgər İmam Sadiqin (ə) Müfəzzəl barəsində buyurduqlarına müraciət olunsa, onun İmamın (ə) yanında böyük və uca məqamlı olduğunu bilmək olar.
    Müfəzzəlin Tövhid kitabı
    Müfəzzəlin nəhayətsiz fəzilət dəryasından bir damlanı zikr etdikdən sonra, gərək indi bu kitab haqqında olan bir neçə nöqtəyə diqqət yetirək. İmam Sadiq (ə) bu böyük hədisi dörd gün və dörd məclisdə Müfəzzələ buyurmuşdur Hər məclis bir mövzunu əhatə edir.
    Birinci fəsl: İnsanın yaranışının möcüzələri haqqında. İkinci fəsl: Heyvanların yaranışının möcüzələri haqqında. Üçüncü fəsl: Təbiətin yaranışının möcüzələri haqqında. Dördüncü fəsl isə: Müsibətlər və bəlalar haqqındadır.
    Tövhidi-Müfəzzəlin Qurani-Kərimə oxşarlığı
    Bu kitabın üslubu Quranın üslubudur. O bizi insanlar və yaranış haqqında fikirləşməyə dəvət edir. Bunlara ümumi bir nəzər etməklə insan Qurani-Kərimin dəflərlə bizi hər gün qarşılaşdığımız məsələlər haqqında fikirləşməyə çağırdığını dərk edirik. Qurani-Kərim bizləri yerə, göyə, dağlara, dəvəyə nəzər etməyə təşviq edir. Məgər insanlar onları görmürlər?
    Gərək cavab belə verilə: Bəli görürlər, amma bu haqda fikirləşmirlər. Əgər insanlar bu haqda fikirləşsələr, yaranışın ecazkarlığını tam surətdə dərk edərlər. İmam Sadiq (ə) Qurani-Natiq kimi insanları dağlar, səhralar, dənizlər, göylər, yerlər, insanlar, heyvanlar, quşlar və sair... haqqında fikirləşməyə dəvət edir.
    Bu dünya başdan-başa möcüzələrlə doludur. Amma insan onunla tədricən tanış olur. Bütün bunlar insanlara adi görünür. İnsan dünyaya gələndə heç nə dərk etmir. Amma zaman keçdikcə fikri inkişaf edir və bütün bunları daha yaxşı dərk edir. Əgər insan dünyaya gələn kimi bunları dər etsəydi, təbiət aləminin möcüzələri garşısında heyrətdə qalardı.
    Əziz oxucu İmam Sadiqin (ə) sözü adi söz deyildir. Aləmin nəzm və hikmətində fikirləşib, Allah təalanın varlığını dərk etmək bizim nicat yolumuzdur. İmam Sadiq (ə) Müfəzzəli və bütün insanları üfüqlər və özləri barəsində fikirləşməyə çağırır. Bu fikir Quran ayələrində də müşahidə olunur. Qurani-Kərim də buyurur: Biz tezliklə qüdrət ayələrimizi üfüqlərdə və onların öz vücudlarında onlara göstərəcəyik. Ta onların haqq olmağı onlara aşkar olunsun.("Fussilət” 52)
    Beləliklə İmam Sadiqin (ə) sözləri insanı həqiqətə tərəf hidayət edir və insan Allahın varlığını hər tərəfdə tapır. Allah-təala həmin ayənin davamında buyurur: Sənin Allahının hər yerdə hazır olması, kifayət deyilmi? Əgər insan üfüqlər və özü barəsində fikirləşsə, yaranışında olan hikmətin nəticəsində o Allahı hər yerdə tapar. İnsan gərək fikirləşməyə adət etsin. Əgər insan ibrət gözünə sahib olsa, Həzrət. Əli (ə) buyurduğu kimi yaranışın hər şeyi bir ibrətdir. Ona görədir ki, hədislərimizdə bir saat təfəkkür etmək yetmiş ilin ibadətindən üstün hesab edilmişdir. Çünki, təfəkkür insanı Allaha tərəf yönəldir Bəzən insan bir şeyi bilir ancaq buna baxmayaraq o, gərək bu haqda fikirləşsin. Necə ki, İmam Sadiq (ə) bu kitabda dəfələrlə Müfəzzələ belə xitab edir: انك تري "Həqiqətdə sən hər şeyi görürsən”, əgər Müfəzzəl bilirsə İmam (ə) ondan nəyi tələb edir? İmam (ə) ondan "təfəkkür” və "ibrət” tələb edir. Ona görə də İmam (ə) həmişə buyurardı: Ey Müfəzzəl. Fikirləş və ibrət götür!
    Hami bilir ki, taxta parçası suyun üzündə qalır. Bu insanların nəzərində adi bir işdir. Amma İmam Sadiq (ə) buyurur: Elə bu işdə təfəkkür edin. Bir şeyin adi olması, onun haqda fikirləşməyə mane ola bilməz. İnsan hamıya adi görülən bir iş haqda fikirləşməklə, böyük bir mətləbi əldə edə bilər. Məsələn: Hamıya adi görünən almamım yerə düşməsi. Baxmayaraq ki, bu çox adi bir işdir. Amma Nyuton bu haqda çoxlu təhqiqatlar aparmaqla, dünyada böyük əhəmiyyətə malik olan bir qanun (cazibə qüvvəsi) kəşf etdi. Yenə də həmin ayənin məzmununa qayıdırıq. "Təbiət aləmi, üfüqlər və özünüz haqda fikirləşin ki, Həqq təalanı dərk edəsiniz”.
    İmam Sadiqin (ə) kəlamının möcüzəsi
    Möcüzə - bir əməldir ki, başqaları onun müqabilində acizdirlər. Biz həmişə İmamlarin (ə) möcüzələrini sadalayanda fikrimiz ölünü diriltmək, vəhşi heyvanı əhilləşdirmək, xəstəyə şəfa vermək və bu kimi işlərə tərəf yönəlir. Amma bir halda ki, Nəhcül-Bəlağə, Səhifeyi-Səccadiyyə və Tövhidi-Müfəzzəl kitabı da özü bir möcüzədir.
    İmam Sadiq (ə) bu heyrətamiz kitabda yaradılışın sirrini və fəlsəfəsini tam şəkildə bəyan etmişdir. Bu kitabda yerlə göy arasında olan məxluqatlar haqqında tam şəkildə bəhs olunur. İmamın buyurduğu ecazkarlıqlardan bir neçəsini nümunə üçün zikr edirik:
    1. İmam Sadiq (ə) balığın yaradılışında olan ecazkarlıqlar haqqında buyurur: Balıq suyu ağzından alır və onu qulaqlarından xaric edir ki, başqa heyvanlar da havadan faydalansınlar. İmamın bu sözü bizə balığın havanın oksigenindən istifadə etməsini aşılayır. Amma bu fikri alimlər necə əsərlər sonra kəşf etdilər.
    2. İmam (ə) ulduzlar və onların hərəkəti haqda danışanda, hər bir ulduz üçün iki cür hərəkət zikr edir. Bu iki hərəkəti qarışqanın, dəyirman daşının üstündə sol tərəfə, daşın sağ tərəfə hərəkət etməsinə bənzətmişdir. Bu vəziyyətdə daş sağ tərəfə fırlanır, amma qarışqanın daşla birlikdə fırlanmasına baxmayaraq o, sol tərəfə fırlanır.
    İmamın (ə) bu misalından ulduzların fəzadakı vəziyyəti və yerini dəyişməsi anlaşılır. Əlbəttə İmam (ə) burda başqa mövzuları da təfsilatı ilə bəyan etmişdir. Əgər alimlər və mütəxəsislər cəm olub, bu mövzuları araşdırsalar, şübhəsiz ki, yüzlərlə qanun kəşf olunardı. Amma çox əfsuslar olsun ki, bəşər məsumların buyurduqlarına etinasızlıq etməklə özlərinə böyük bir zülmü rəva görmüşlər.
    Category: İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri | Views: 2254 | Added by: Islam_Kitabxanasi | Rating: 2.7/6
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024