İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 12 » İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri
    6:41 AM
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri
    Birinci fəsil
    Muhəmməd ibni Sənan Müfəzzəl ibni Ömərdən nəql edir: Axşamçağı idi. Peyğəmbərin (sə) qəbri ilə minbərinin arasında oturmuşdum. Rəsulullahın şərafəti və fəziləti haqda fikirləşirdim. Bu halda idim ki, İbni Əbul-Oucanın daxil olduğunu gördüm. Sonra Əbiloucanın dostlarından biri onun yanına gəldi. İbnil-Ouca danışmağa başladı və dedi: Şübhəsiz ki, bu qəbrin sahibi kamilliyin axır mərhələsinə yetişmiş və böyük fəzilətə və şərafətə malik idi.
    Onun yoldaşı dedi: O, bir filosof idi ki, böyük məqam və mənzilət sahibi idi. O öz iddiası ilə elə möcüzələr gətirirdiki, aqillər onun müqabilində məğlub və alimlər aciz qaldılar. Elə bu vaxt alimlər, fəsahət ustaları və xətiblər onun dəvətini qəbul etdilər. Həmin şəxs peyğəmbər (s) haqqında şoxlu gözəl sözlər söylədi.
    İbni Əlilouca dedi: Muhəmməd (s)-dan danışma, onun işi mənim fikrimi çaşdırıb. Onun bu işinin sirri haqda danış ki, camaat buna görə ona yaxınlaşırlar. Sonra Əbul-Ouca Allahı inkar etdi və dedi: Dünyada olan hər şey öz-özünə yaranıb və dünya həmişə belə olub və velə də olacaq.
    İbni Əbiouca ilə Müfəzzəlin söhbəti
    Müfəzzəl deyir: Bu nəlaiq sözləri eşidəndə elə qəzəbləndim ki, özümü cilovlaya bilmədim və ona dedim:
    Ey Allahın düşməni!
    Allahın dinində küfr edirsən və o, Allah ki, səni gözəl və kamil yaradıb inkar edirsən? Əgər öz daxilinə nəzər salsan, vücudunda allahın nişanələrini aydın şəkildə görə bilərsən.
    Əbul-Oucanın ovladı Müfəzzəlin tünd davranmasından sonra dedi: Ey şəxs, sən əgər İmam Sadiq (ə) yaxınlarından və səhabələrindənsən bil ki, o bizimlə bu cür rəftar etmirdi. O bu sözləri səndən də çox eşidib. Amma heç vaxt sözünü təhqirlə çatdırmamışdı. O, həmişə sözündə səbirli, vüqarlı və möhkəm olmuş və heç vaxt təngə gəlməzdi. Əvvəl yaxşı qulaq asar və çalışardı ki, bizim dəlilimizi düzgün tapsın. O, vaxt ki, bizim sözlərimiz tamam olurdu, bizə elə gələrdi ki, ona qalib gəldik. Amma İmam (ə) kiçik bir dəlil ilə bizə qalib gəlirdi və bizi öz dəlilinə tabe edirdi. Əgər sən də İmamın (ə) səhabələrindənsənsə, onda bizimlə belə söhbət et.
    İmamın (ə) bu kitabı Müfəzzələ buyurmasının səbəbi
    Müfəzzəl deyir: Bu sözlərin təsirindən çox qəmgin oldum. İslamın və müsəlmanların küfrə düçar olması fikri ilə məsciddən çıxdım. Sonra Mövlamın (ə) yanına getdim. O, həzrət məni qəlbi sınıq və nigaran görüb buyurdu: Niyə narahatsan? Mən də onlardan eşitdiklərimi və söylədiklərimi ona dedim. İmam dedi: Sabah səhər yanıma gəl. Allahın, dünyanın, yırtıcıların, quşların, həşəratların, otların, meyvəli və meyvəsiz ağacların, yeyilən və yeyilməyən göyərtilərin yaranışında olan hikmətini sənin üçün bəyan edim. Ləyaqətli şəxslər ondan ibrət alar və müşriklər ona heyran qalarlar.
    Müfəzzəl deyir: Mən çox xoşhal halda həzrətdən ayrıldım. Həmin gecə İmamın (ə) verdiyi vədəyə görə mənə uzun gəldi. Səhər tezdən Mövlamın (ə) yanına tələsdim. Nəhayət İmamın (ə) məhzərinə yetişdim. İmamla (ə) xəlvət bir otağa getdik. Sonra İmam buyurdu: Qalx arxamca gəl. Mən də qalxıb İmamla getdim və bir otağa daxil olduq. İmam (ə) oturdu və mən də onun qarşısında oturdum. İmam mənə buyurdu: Ey Müfəzzəl. Bilirəm ki, sənə verdiyim vədəyə görə, dünən gecə sənə çox uzun gəlib.
    Dedim: Bəli, mənim mövlam, elə o cürdür.
    Buyurdu: Ey Müfəzzəl! Allah həmişə olub, ondan qabaq heç nə olmayıb və O, həmişə əbədidir, sonu yoxdur. Ona çox şükürlər olsun ki, ən üstün elmləri və fəzilətləri bizə nəsib etmişdir. O, öz elmi ilə bizi bütün yaranışdan seçmiş və öz hikməti ilə bizi onlara əmin qərar vermişdir.
    Şəkk əhlinin yaranışın səbəbləri haqqındakı xəbərsizliyi
    Ey Müfəzzəl! Şəkk edənlər yaranışın mənasını və səbəbini bilmədilər və o, vaxt ki, ağılları və fikirləri Allah-təalanın hikmətinin dərk etməkdə aciz qaldı, onlar hər şeyi inkar etdilər. Onlar hətta allahı da inkar etməyə əl atdılar. "Şübhəsiz Allah onların fikirləşdiyindən üstündür. Allah onları öldürər. Onlar haqdan hara qaçarlar?” Tövbə surəsi. Ayə. 30.
    Onlar yolun azmış, bədbəxt və kor halda çox gözəl bir saraya daxil olarlar. O, saray ən gözəl və gəşəng xalçalarla döşənmiş və hər növ yemək, içki, geyim və onlara lazım olan hər şey hazırlanmışdı. Orada hər şey oz layiqli yerində qərar tutmuşdur. Amma bu korlar bütün gözəllikləri ayaqlarının altına qoyur, ancaq onları görmürlər. Onlar nə sarayı görürlər və nə də onun daxilində olanları. Bu qurup ki, yaranışda olan Hikməti, tədbiri inkar edir, onlar da bu cürdurlər.
    O kəslər ki, yaranışın səbəblərini dərk edə bilmirlər allahı inkar.edirlər. Onlar yolun azmış, kafir, fasiq və dindən çıxmışlardır.
    Ona görə də o kəslər ki, allahın nemətlərini tanımaqda, və hidayətdə müvəffəq olmuş və qəti dəlillər ilə allahın varlığını dərk etmişlər, gərək həmişə öz mövlasına təşəkkür etsinlər. Allah taala buyurmuşdur: "Əgər şükr etsəniz, nemətlərinizi artırarıq və əgər küfr etsəniz şübhəsiz ki, mənim əzabım çətindir.” İbrahim surəsi, ayə 7.
    Dünyanın yaranışı.
    Ey Müfəzzəl! Allah taalanın xaliqliyinə, birliyinə dəlil və isbat, bu dünyanın nəzmlə yaranışıdır. Ona görə də əgər bu aləm haqqında dərindən fikirləşsən, onun hər aynasın bir ev kimi görərsən ki, Allah bəndələrinin bütün ehtiyacları dünyada vardır. Səma tavan kimi ucalmış, yer xalça kimi sərilmiş, ulduzlar çıraqlar kimi qərar verilmiş. Və gövhərlər onda gizlənmiş ambarlar kimi, öz laiqli yerində qərar tutmuşdur. İnsan da bir kəsdir ki, bu ev ona verilmiş, və hər şey onun ixtiyarında qoyulmuşdur. Onun ehtiyacını ödəmək üçün hər cür bitkilər və heyvanlar dünyada vardır. Bütün bunlar dünyanın dəqiqliklə, hikmətlə, nəzm və həmahəngliklə yaradılmasına bir dəlildir.
    Həqiqətən O, müqəddəsliyində cəlil, işində uca məqamlı və kəramətlidir. Və ondan başqa Allah yoxdur. O münkirlərin fikirləşdiyindən münəzzəh və kafirlərin ona nisbət verdiyindən üstün və cəlildir.
    İnsanın yaranışının və körpənin ana bətnindəki hikməti
    Ey Müfəzzəl! Sözümüzü insanın yaranışını bəyan etməklə başlayaq. Sən də çalış ki, ondan ibrət götür.
    Birinci: Körpə ana bətnində üç zülmətlə örtülmüşdür. Qarın, bətn və uşaqlıq. O, bir yerdədir ki, qidalanmaq.və.pisliyi özündən dəf etməyin heç bir yolu yoxdur. O, nə öz xeyrin dərk edir, nə də zərərin qarşısın ala bilir. Heyz qanı onun qidasıdır. Necə ki, su bitki üçün qidadır.
    Uşağın doğulması, qidalanması, dişlərin inkişafı və baliğ (- İnsanın yetkinlik yaşına çatdığı bir dövr.) olması.
    O, vaxt ki, körpənin yaranışı kamil oldu, bədəni möhkəmləşir, dərisi hava ilə uyğunlaşır və gözü işığı görmək qabiliyyətinə malik olur. Sonra ananın doğum ağrıları başlayir və ağrılar o qədər çətinləşir ki, körpə ağrının sıxıntısından dünyaya gəlir. Həmin qan ki bir vaxt körpənin qidası idi, indi başqa bir rəng və iy ilə və başqa qida şəklində ananın döşündən gəlir. Bu qida körpə üçün hər şeydən faydalıdır. Körpə dünyaya gələndə ac olmağını bildirmək üçün dilini çölə çıxarır və ağzının ətrafında dolandırır. Bu vaxt anasının iki məşkə bənzər döşlərini tapır. O, vaxta qədər ki daxili zərif, əzaları yumşaqdı ondan içir. Körpə ki, hərəkət edir, güclü yeməklərə möhtac olur.bədəni möhkəmləşəndən sonra, ağzında dəyirman dişlər çıxır, ta qidanı əzib yunşaltsın və rahatlıqla yesin. Baliğ olana qədər o həmişə belədir. Bu vaxt əgər oğlandırsa, üzündə tük çıxır ki, onun cinsinin və izzətinin nişanəsi olsun. Əgər qızdırsa, üzünə tük çıxmır.
    Ey Müfəzzəl! Bu mərhələlərin haqqında yaxşı fikirləş, bütün bunların öz-özünə baş verməsi mümkündürmü?.. Bilirsən ki, əgər ana bətnində qan körpəyə yetişməsə, həmin körpə susuz bir bitki kimi quruyar və solar? Bilirsənmi ki, körpə böyüyəndən sonra ana əgər doğum sancılarını hiss etməsə, o ana bətnində diri-diri bastırılmış kimi olar. Əgər uşağı süd və münasib qidalarla qidalandırmasalar acından ölər. Əgər dişləri münasib vaxtda çıxmasa, yeməyi əzə bilməz.və həmişə süd yeyər. Buna görə də onun bədəni qüvvətli və möhkəm olmaz. Anası ona görə başqa uşaqlarının tərbiyəsindən geri qalar.
    Üzdə tükün çıxmasının sirri.
    Əgər körpənin üzündə tük çıxmasa həmişə qadınlar və uşaqlar kimi olar, nəticədə nə vüqarlı olar nə əzəmətli. Müfəzzəl deyir: ərz etdim, mənim ağam! Mən bəzi kəslər görmüşəm ki, qocaldılar amma üzlərində tük çıxmamışdı. Həzrət (ə) buyurdu: "Bu onların əməllərinin nəticəsidir ki, qabaqdan göndərmişdilər və Allah-Taala heç vaxt zülmü bəndəsinə rəva bilmir” (Ənfal surəsi ayə 51)
    Əgər bu tədbir və hikmət öz-özünə xəlq olsaydı və bu işlər öz başına olsaydı, lazım gələrdi ki, yaranışda nizamsızlıq olsun. Şübhəsiz ki, bu nəlaiq sözlər o kəsin savadsızlıqının nişanəsidir. "Allah kafirlərin dediyindən daha üstün və münəzzəhdir” (İsra surəsi ayə 43)
    Əgər insan ağıllı dünyaya gəlsəydi.
    Əgər körpə ağıllı dünyaya gəlsəydi, dünyanın yaranışını inkar edərdi. O Dünyada olan cürbəcür heyvanlarla üzləşsə, indiyə qədər görmədiyi möcüzələri görsə, onun düşüncəsi bütün bunların içində azıb qalardı. Bil ki, aqıl bir insanı bir yerdən başqa yerə aparıb, orada əsir etsələr, həmin torpağın möcüzələrin görəndə valeh və heyran olacaq. Amma bunun əksinə olaraq bir uşağı əgər uşaqlıqda tanımadığı bir yerə əsir etsələr həmin yerin dilini və qanunlarını tezliklə öyrənə bilməz.
    Əgər körpə, aqil və alim dünyaya gəlsəydi, qüdrətsiz olduğuna görə, gərək başqaları onu çiyninə alardı, südünü içirdəydi, beşikdə yatirdaydı. O zaman körpə xarlıq və alçaqlıq hiss edərdi. Həmçinin belə olan halda onda uşaqlarda olan şirinlik, sevgi olmazdı. Buna görə də uşaq dünya işlərindən xəbərsiz dünyaya gəlir. Onlar zəif, az və naqis fikirləri ilə hər şeylə üz-üzə gəlir, amma yavaş-yavaş bütün bunlarla aşina olur.
    Bu işdə bundan başqa çoxlu hikmətləri də gizlənmişdir. O cümlədən əgər uşaq ağıllı dünyaya gəlsəydi; övlad şirinliyi aradan gedərdi. Ata və ana uşağın tərbiyəsində gizlənmiş səlahiyyətə çata bilməzdilər. Övladın qoca valideynlərə hörmət etməsi lazım gəlməzdi.
    Həm də belə fərz etsək, onda övlad və valideyin arasında heç bir məhəbbət və ülfət olmazdı. Çünki uşaq valideyn tərbiyəsinə möhtac olmazdı. Allah-Taalahər şeyi öz münasib və yerli-yerində qərar vermişdir. Xəiqətdə heç bir əyrilik və səhvlik yoxdur.
    Uşağın ağlamağının faydaları
    Ey Müfəzzəl! Uşağın ağlamağının faydalarından da agah ol. Bil ki, uşağın beynində bir rütubət vardır ki, əgər orda qalsa, zərərli xəstəliklər əmələ gətirər. Məsələn korluq kimi. Ağlamaq həmin rütubəti beyndən xaric edir. Bu yolla uşaq sağlam olur və korluğun qarşısını alır. Ata və ana bu sirrdən xəbərsizdilər. Ona görə də uşağın ağlamağına mane olurlar. Onlar həmişə hər cür çətinliklə çalışırlar ki, onu sakit etsinlər. Onun ağlamağının qarşısını almaq üçün hər şey hazırlayırlar. Ancaq bilmirlər ki, ağlamaq onun xeyrinədir. Bu yolla çox şeylər yaranışda gizlənmişdir ki, insanlar bundan qafildirlər. Əgər bu mənfəətlərdən xəbərdar olsaydılar, heç vaxt deməzdilər ki, filan şey əbəs yerə yaradılıb. Çox şeylər vardır ki, bəşər az elmi ilə ondan xəbərsiz, amma Allah-Taalasonsuz elmi ilə ondan xəbərdardır.
    Amma uşağın ağzından gələn su əgər onun bədənində qalsa, onda xoşagəlməz bir əsər qoyar. Əgər bədənin rütubəti bədəndə olan digər ünsürlərə qələbə etsə, insan dəliliyə, iflicə, axmaqlığa düçar olar. Allah bu cür məsləhət görmüşdür ki, bu rütubət uşaqlıq dövründə ondan xaric olsun. Bu yolla Allah-Taalasavadsızlığına görə yaranmışların boynuna minnət qoymuş və onlara lütf etmişdir. Əgər onlar saysız-hesabsız nemətlərdən xəbərdar olsaydılar, heç vaxt günah etməzdilər. Pak və münəzzəhdir o Allah ki, onun müstəhəqlərə və məxluqata olan nemətləri böyükdür! Və O, batil şəxslərin fikirləşdiyindən daha üstündür.
    Bədən üzvlərinin faydaları
    Ey Müfəzzəl! Insanın bədən üzvləri və onlarda gizlənmiş tədbirlər haqqında fikirləş. əllər işləmək, ayaqlar yol getmək, qara ciyər öd ifraz etmək, və ciniyyət üzvləri insanın nəslini qorumaq üçün yaradılmışdır. Əgər bu üzvlərin işi haqda dərindən fikirləşsən, hər bir üzvün hikmət və tədbirlə yaradıdığını dərk edərsən.
    Təbiət əhlinin fikirlərinə cavab.
    Müfəzzəl deyir: dedim ağa! Bəziləri elə fikirləşirlər ki, kainatı təbiət yaradıb. İmam (ə) buyurdu: Onlardan soru bu təbiət elm və qüdrətə sahibdir ya yox? Əgər desələr bəli, bəs niyə xaliqi isbat etməkdən boyun qaçırırlar? Bu da onun işi və tədbiri. Yox əgər desələr ki, elm və qüdrətsiz bu hikmətli və tədbirli işləri əncam verib, onda məlum olar ki, bu iş hakim olan Allahdandır. Əslində onların təbiət dedikləri həmin Allahdır ki, adını təbiət qoyublar.
    Qidanın həzm olması, qanın yaranması və onun bədəndəki dövranı
    Ey Müfəzzəl! Bədənin qidalanması və onda gizlənən hikmətlər haqda yaxşı fikirləş. Qida əvvəl mədəyə daxil olur. Mədə onu həzm edir. O, vaxt onun şirəsi qidanın çox xırda və nazik bir məcrasının yolu ilə qara ciyərə yetişir. Bu xirda məcra qəliz bir şeyin ona yol tapmaması üçündür. Ciyər onu qəbul edir və onu qana çevirir və damarların yolu ilə onu bütün bədənə yetirir. Necə ki, yerdə olan çaylar suyu dünyanın hər tərəfinə yetirir. Bədəndə olan artıq və bulaşıq maddələr özünə məxsus qablarında qərar tutur. Kor bağırsağa aid olanlar kor bağırsağa tərəf, rütubətə aid olanlar sidik kisəsinə tərəf gedir. Bədənin quruluşunda olan ilahi hikmətə nəzər et. Gör bədənin hər üzvü öz yerində necə qərar tutmuşdur.
    Allah-Taalabədəndəki qabları elə qoymuşdur ki, artıq və bulaşıq maddələri özünə cəm etsin. Əgər bu maddələr bədənə yayılsa bədəni xəstə və zəif edər.
    "Nə uca məqamdır o kəs ki, təqdiri gözəl edib və tədbiri möhkəm etdi. "Ona, laiqincə şükür olsun”.
    Bədənin inkişafının başlanğıcı və onun ana bətnində formalaşması.
    Müfəzzəl deyir: ərz etdim! Bədənin tədrici inkişafından onun kamil mərhələsinə qədər şərh edin.
    Buyurdu: Əvvəl körpə ana bətnində göz görməyən və əl çatmayan yerdə formalaşır. Bunun beləcə davamı vardır. İnsan orada kamilləşir və möhkəmləşir və sonra dünyaya gəlir. İnsanın kamil və möhkəm bədənində çox şeylər gizlənmişdir. Allah-Taalakörpəni yırtıcılardan və digər amillərdən qorumuşdur ki, onun sümüyü, əti, damarları, beyni və.s. üzüvləri bu dünyaya gələndə, gördüyün kimi hər bir üzv yerli-yerində və həmahəng inkişaf etsin. Onları nə artırmaq və nə azaltmağa ehtiyac yoxdur.
    Beş hiss orqanının insana məxsus olması və onun üstünlüyü
    İndi ey Müfəzzəl! Insanın şərafət nişanəsi və onu digər canlılardan üstün edən, hiss orqanları haqda fikirləş. İnsanın gözləri baş nahiyəsində elə qərar tutmuşdur ki, hər şeyi onlarla düzgün şəkildə görür. Gözlər əgər əldə və ayaqda olsaydı, onları qorumaq çətin olardı və insan heç bir iş görə bilməzdi. Allah-Taalaonları qarında, kürəkdə, və ya bədənin orta hissəsində qərar verməmişdir ki, bu vaxt bir şeydən xəbər tutmaq və görmək çox çətin olardı.
    Hiss orqanlarının sirri
    İndi ki heç bir üzv gözlər üçün münasib olmadı, şübhəsiz ki, baş insanın hiss orqanları üşün ən yaxşı yerdir.
    İnsan ücün beş hiss orqanı yaradılmışdır ki, beş hiss olunan şeyi dərk etsin. Göz rəngləri və surətləri seçmək üçün yaradılmışdır. Qulaq səsləri eşitmək üşün yaradılmışdır. Əgər səslər olsaydı qulaqlar olmasaydı, onda onlara ehtiyac olmazdı.
    Başqa hiss orqanları da bu cürdür. Bunların əksi də belədir. Məsələn: əgər göz olsaydı İmam (ə) olmasaydı. Onda bunların heç bir mənası olmazdı.
    Indi məxluqata fikir ver, gör necə hər şey öz yerində yaradılmışdır. Hər bir hiss üçün özünə məxsus məhsus (Hiss olunan bir şey)yaradılmışdır. Bundan əlavə bunların arasında qarşılıqlı bir əlaqə də vardır. Məsələn: İşıq və hava. Əgər işığın rəngi və surəti göz üşün əyan olmasaydı, göz onu görə bilməzdi. Əgər hava səs dalğaların qulağa yetirməsəydi, qulaq da səsi eşidə bilməzdi
    Əgər bir kəs bütün bunları yaxşı mütaliə etsə, nəticədə belə qərara gələr ki, bu hikmətli işlər fəqət lətif və xəbir olan Allah tərəfindəndir.
    Bəzilərinin gözdən, qulaqdan və ağıldan məhrum olmalarının hikməti
    Ey Müfəzzəl! Kor adamın vəziyyəti haqda fikirləş. Gör necə işlərində çatışmamazlıqlar meydana gəlir. Bu şəxs ayağının altını görmür, qarşısını görmür, rəngləri bir-birindən seçə bilmir və yaxşını pisdən ayıra bilmir. Əgər birdən bir çuxurla rastlaşsa onu görməyəcəkdir. Əgər düşmən ona hücum etsə, onu tanımayacaqdır. Həmin şəxsin əgər ağlı da olmasa, süqut edən bir daşa bənzəyər.
    Həmçinin bir kəs ki, eşitmir, həyatda çoxlu çətinliklərlə üzləşir. Insana rahatlıq verən nəğmələrdən məhrum olur. Insanlarala söhbət etmək onun üçün çox çətin olur. O, şəxs bir ölü və qeyb olmuş kimidir ki, insanlardan xəbərsizdir. Bir halda ki, o hər şeyi müşahidə edir və yaşayır.
    Amma əgər insan ağılsız olsa, heyvana bənzəyər.
    Görürsənmi insanın üzvləri necə yaradılmışdır. Onlardan birinin olmaması vəya naqis olması onun üçün çətinliklər yaradır.
    Müfəzzəl deyir: Ərz etdim: Niyə bəzi insanların bədən üzvləri naqisdir. Amma onlar buyurduğunuz çətinliklərlə üzləşmirlər?
    Buyurdu: Bəzən bu iş o şəxsləri ədəbləndirmək və başqalarının da bundan ibrət dərsi alması üçündür. Necə ki, şahlar başqalarına dərs olsun deyə belə işlər görürlər
    Belə şəxslər əgər allaha şükr etsələr və tövbə etsələr, ölümdən sonra böyük əcr sahibi olarlar.
    Bəbən üzvlərinin tək və cüt yaradılışı.
    Ey Müfəzzəl! Bədən üzvlərinin təkvə cüt yaradılışı və onlarda gizlənən hikmətlər haqda fikirləş. Baş tək olan üzvlərdəndir. İnsanın əgər iki başı olsaydı, onun xeyrinə olmazdı. Çünki, həmin başda bütün lazım olan hissiyyat üzvləri cəm olmuşdur. Əgər digər bir baş olsaydı, lazımsızlığından əlavə, onu tənzim etmək olmazdı. Əgər insanın iki başı olsaydı, həqiqətdə insan iki hissəyə bölünərdi. Əgər biri danışsaydı, o biri lazımsız qalardı. Əgər hər ikisi ilə danışılsaydı, digəri artıq olardı.
    Əllər cüt yaradılmışdır çünki, insan bir əllə çox işlərinə yetişə bilmir. Məsələn: bənnanın, nəccarın bir əli olsaydı, işini lazım olan qaydada görə bilməzdi.
    Səs sistemlərinin yaradılışı.
    Ey Müfəzzəl! Səs, danışmaq və onların insanda olan orqanları haqqında fikirləş. Qırtlaq bir boru kimi səsi boğazdan xaric edir. Dil, dodaqlar və dişlər də hərfləri və nəğmələri tələffüz etmək üşün bir vasitədir. Görmürsənmi ki, o kəslərin ki, dişləri yoxdur, "sin” hərfini, onların ki, dodağı yoxdur "kaf” hərfini, onların ki, dilləri ağırdır "Ra” hərfini tələffüz edə bilmirlər.
    Bu orqanlar hər şeydən çox qara zurnaya oxşayır. Qırtlaq onun səs borusuna oxşayir və ağ ciyər bir kisəyə oxşayir ki, onunla üfürürlər ki, hava ona daxil olsun. Ağ ciyər əzələləri ki, səsi çölə çıxaran barmaqlığa oxşayır ki, zurnada səsin hərəkətə gəlməsi üçün qoyurlar. Dodaq və dişlər zurnanın ağzında olan dəmir alətə oxşayır ki, onunla üfürməklə müxtəlif səslər meydana gəlir.
    Bu üzvlərin digər faydaları
    Səs orqanları ilə danışmağı və hərfləri tələffüz etməyi sənə öyrətdim.Amma bu üzvlərdə başqa faydalar da gizlənmişdir ki, sən onlara çox möhtacsan. Nəfəs borusu havanın həmişə cərəyan etdiyi yol və qəlbi sərinlədən bir vasitədir. Əgər bu yol bir an bağlansa insan ölər. Insan dil ilə dadları bir-birindən ayırır. Şirini, acıdan, şoru şirindən və dadlını dadsızdan ayırır. Bütün bu yollarla qida və su asan keçir.
    Dişlər də qidanı əzib, yumşaldır və yemək rahat olur. Dişlər dodaqlar üçün söykənəcəkdir ki, onlar daxildən ağızı qoruyur. Şübhəsiz ki, dişi olmadığına görə dodaqları əsən kəsləri görmüsən. Insan içkiləri dodaqlar vasitəsilə yavaş-yavaş içir ki, boğulmasın. Dodaqlar ağız üçün bir qapı kimidir ki, istədiyi vaxt açır və istədiyi vaxt bağlayır. Bu dediklərinmdən sonra məlum oldu ki, hər üzvün müxtəlif faydaları vardır. Necə ki, birinin vasitəsi ilə bir neçə iş görmək olar.
    Category: İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri | Views: 1647 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024