İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 12 » İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri
    6:40 AM
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri
    Beyin, baş sümüyü və onların mühafizəsi
    Əgər maneələr olmasa beyinin xətərdən qorunması üçün necə örtüldüyünü görərsən. Baş sümüyü də özü bir papaqdır ki, beyni zərərlərdən və ziyanlardan qoruyur. Insanın başı da tüklərlə örtülmüşdür ki, paltar kimi onu istidən və soyuqdan qorusun. Həqiqətən Ondan başqa kim beyni bu cür yaratmış və onu bütün hislər üçün tənzimləyici qərar vermişdir. Və kim onu bu cür möhkəm bir qalanın içində yaratmışdır.
    Göz qapağında olan, ecazkarlıq.
    Ey Müfəzzəl! Göz qapağı haqda fikirləş. Gör o, necə bir pərdə kimi gözlərin üstünü örtmüşdür. Onun kənarında bəndlər və halqalar düzəldilmişdir ki, insan istədiyi vaxt gözü aça bilsin. Göz bir qalanın içində qərar verilmişdir və pərdə və kipriklərlə qorunur.
    Nəfəs və qida borusu
    Kim boğazda iki məcra yaratmışdır. Biri səsin xarici üçündür ki, nəfəs borusu ilə ağ ciyərə birləşmişdir. O biri isə qida borusudur ki, qidanın mədəyə getməsi üçündür.
    Kim boğazda bir pərdə yaratmışdır ki, yeməyin ağ ciyərə yetişməsinin və ölümün qarşısını alır? Kim ağ ciyəri ürəyi sərinlədən qərar vermişdir? O, insanın həmişə işlənməsinə baxmayaraq qəlbdəki hərarəti azaldır və ölümlə nəticələnmir.
    Insan bədənindən artıq Maddələrin xaric olmasının təsiri
    Allahdan başqa kim insan bədənində sidik və nəcisin xaric olmasından ötəri borular qərar vermişdir ki, istədiyi vaxt onları açıb-bağlasın ki, həmişə axım halında olmasın? Insan yaşayışını əzab-əziyyətə salmasın. Doğurdan da insan Allahın saysız nemətlərin ələ gətirməyə qadir deyildir. Şübhəsiz ki, Allahın nemətləri insan biliyindən daha da çoxdur.
    Həzm orqanizmi və qara ciyər.
    Allahdan başqa kim mədəni bu cür möhkəm yaratmışdır ki, ağır qidaları həzm etsin? Kim qara ciyəri bu qədər yumşaq və lətif yaratmışdır ki, şirəni və qidanın yumşaqlığın qəbul etsin və onun həzmini mədədə asanlaşdırsın?
    Bu işlərdə azacıq da olsa belə uyğunsuzluq görürsənmi? Əslən! Bunlar hamısı həkim bir müdəbbirin işidir. O, yaradılışdan da əvvəl qadir və alim olmuşdur və heç bir şey onu qüdrətsiz edə bilməz. O, Lətif və Xəbirdir.
    Beyin, qan, qulağın üstü, dırnaqlar və ayağın üstü
    Ey Müfəzzəl! Fikirləş ki, niyə zərif beyin lüləşəkilli sümüklərin içərisində qərar tutmüşdur? Niyə axar qan boruya oxşar damarların içindən axır? Bu qanı qorumaqdan və düzgün hidayət olunmasından başqa bir şey üçündürmü? Niyə dırnaqlar barmaqların başından çıxır? Bu barmaqları qorumaq və insana işləməkdə kömək etmək üçündür. Niyə qulağın arası zindan və sərdabələr kimi qarışıqdır? Bu səsin qulağa yetişməsi və onun sınmaması və qulaq pərdəsinə zərər yetişməməsi üçündür. Niyə insan ayağının üstünün ətlərini və oturacaqlarını özü ilə daşıyır? Bu insanın bərk yerdə oturanda əziyyət çəkməməsi üçündür.
    Insanın kişi və qadın surətində yaradılışı
    Kim insanı kişi və qadın yaratdı? Onlarda cinsiyyət orqanları yaratdı? Hansı kəs insanda ümid və inam hissyyatı yaratdı?
    Kim onu ümidvar yaratdı və iş ləvazimatlarını onun ixtiyarında qoydu? (bədən üzvləri). Hansı kəs onu iş görmək qabiliyyətinə malik etdi? Kim insanı iş görmək qabiliyyətinə malik etdi və onu ehtiyaclı saxladı? Kim insanı ehtiaclı yaratdı və onun ehtiyaclarını ona əta etdi? Kim insanın ehtiyaclarını ona əta etdi və hacətlərinin rəvan olmasına zamin oldu? Kim insanı məxluqatın arasında ağıllı və şüurlu olması ilə seçdi və kim ona yaddaşı və fikri bağışladı? Kim ona çarə verdi ki, öz işlərində çarə qılsın. Kim ona bu qüdrəti verdi ki, höccəti onun üçün tamam etsin? Kim onun çarə qıla bilmədiyi işlərə çarə qıldı? O kəs ki, ondan başqa heç kim həqiqi şükrə layiq deyildir.
    Dediklərimiz haqqında yaxşı fikirləş. Bu quruluşda və tərtibdə nizamsızlıq görürsənmi?
    Allah-Taalaqurani-kərimdə buyurur: Allah onların vəsf etdiyi şeylərdən pak və münəzzəhdir. (Ənam surəsi 100-ci ayə.)
    Ürək və onun ağ ciyərə bağlılığı
    Ey Müfəzzəl! Indi ürəyi sənin üçün şərh edirəm:
    Ağ ciyərin deşiklərinin müqabilində ürəkdə də deşik vardır ki, ürək istiləşməsin. O, vaxta qədər ki, bu deşiklər münəzzəmdir, hava və nəfəs ürəyə yetişir və insan həlak olmur ağıllı bir insan fikirləşərmi ki, bu özbaşına belə olmuşdur? Və ya onun ağlı bu uyğunluğu təsdiq edərmi?
    Əgər petləsi olan bir qapının tayını görürsən. Məgər bunun bihidə olduğunu fikirləşirsən?
    Heç vaxt! Bəlkə fikirləşirsən ki, bu tayı düzəldən, O biri tayı da düzəldmışdir ki, onlara birləşib birlikdə bir hədəfi yerinə yetirsinlər və başqalarına xeyir versinlər.
    Ölüm olsun o kəslərə ki, fəlsəfə və hikmət iddiaçısıdırlar. Ancaq onlar yaradılışın möcüzələrin görmürlər. Varlıqda olan tədbiri və hədəfi inkar edirlər.
    Dişlərdə olan ecazkarlıq
    Ey Müfəzzəl! Bir az dişlər haqda fikirləş. Onların bəzisi itidir ki, qidanı bölsün və kəssin və bəziləri enlidir ki, qidanı yumşaltsın və xırdalasın. Allah-Taalabu cür dişləri insana vermişdir Çün ki, insan bunlara möhtacdır.
    Tük, dırnaq və onların faydaları
    Yenə də Allahın, tük və dırnağı bu cür hikmətlə yaratdığı barədə fikirləş. O, yerdən ki, bunlar inkişaf edir və uzanır, həmin yerdən də qəsaldılmalıdır. Bunların hissiyyatı yoxdur ki, insan onları qısaltdığında əziyyət etsin. Əgər insan bunları qısaldanda əziyyət çəksəydi, iki yol arasında qalardı: Ya bunları gərək qısaltmayaydı, ya da onları əziyyətlə qısaldaydı.
    Müfəzzəl deyir: ərz etdim: Nə olardı ki, əgər Allah onları elə yaradaydı ki, uzanmazdılar və qısaltmağa ehtiyac olmazdı? İmam (ə) buyurdu: Allah-mütəal bu işdə çoxlu nemətlər qoymuşdur ki, insanlar bundan xəbərsizdilər. Agah ol! Bədəndə olan dərdlər tükün çıxması ilə və bədənə nüfuz edən şeylər dırnağın çıxması ilə bədəndən xaric olur. Ona görə də göstəriş verilmişdir ki, hər həftə "nurə” (tükün bir müddət çıxmaması üçün hazırlanmış maddə) sürtməklə və təraş etməklə tükü və dırnağı qısaltmaqla bu işə əncam versin. Bu iş səbəb olur ki, tük və dırnaqlar sürətlə inkişaf etsin. Dərdlər və xəstəliklər tezliklə bədəndən xaric olsun. əgər insan bu cür etməsə, bədəndə müxtəlif xəstəliklər meydana gələr.
    Tüklərin bədənin bir neçə yerində çıxmasının insan üçün zərəri var idi ki, onun qarşısı alınmışdır. Əgər tük insanın gözlərində çıxsaydı, yemək, içmək onun üçün çətin və ləzzətsiz olmazdı? Əgər əlinin içində çıxsaydı insanı işdən saxlayardı. Bəs o yer ki, məsləh və xeyirli deyil, orda tük yoxdur. Bu heyvanlarda da belədir. Baxmayaraq ki, onların bədəni tüklə örtülmüşdür, həmin deyilən yerlərdə tük yoxdur.gör yaradılış necə xətadan, ziyandan və nəzmsizlikdən uzaqdır və hər şey hikmət və məsləhətlə yaradılmışdır.
    Qoltuğun və qarının altında tükün çıxmasının sirri
    "Maxnin” səhabələri və başqaları ki, yaranışa irad etmək istəyirlər və tükün qoltuğun və qarının altında çıxmasını laiqsiz sayırlar, onlar xəbərsizdirlər ki, tükün bu yerlərdə inkişaf etməsi, həmin yerin rütubətli olmasına görədir. Necə ki, ot yaş yerdə bitir, tük də belə yerlərdə inkişaf edir. Məgər görmürsən ki, bu yer bədənin artıq maddələrini qəbul etmək üçün ən münasıb yerdir? Bu iş səbəb olur ki, insan özünə yetişsin və paxıllıqdan və təmizlıkdən əlavə, sağlam bədəni olsun. Həmçinin insan bədəninin artıq tüklərini qısaltmaqla yaxşı ruhiyyəyə malik olur.
    Ağız suyunun faydaları
    Allah-Taalaelə etmişdir ki, bu su həmişə ağıza axır və ağızı və böğazı yaş saxlayır. Əgər bu yerlər quru olsa, insan ölə bilər. Çünki, ağız suyu qidanı yumşaldır. Bil ki, rütubət qidanı hidayət edən minik hökmündədir. Bu rütubət öd kisəsinə də yetişir, bu da insanın xeyrinədir. Əgər öd qurusa insan ölər.
    Niyə paltarda olduğu kimi insanın qarnında düymə yoxdur?
    Bəzi nadanlar yalandan özlərin fəlsəfəçi adlandırırlar və savadsızlıqlarından deyirlər: Nə olardı əgər insanın qarnı qəba və gecə paltarı kimi olardı. Həkim istədiyi vaxt onu açar və onun içərisini görərdi. Çünki, həkim bəzən düzgün nəzər vermir və nəticədə insan ölür.
    Bu cahillər bilmirlər ki, əgər bu fikir doğru olsaydı, insanın ölümdən qorxusu olmasından əlavə qarnın mayələri axardı və insanın istirahəti pozulardı. Bununla belə bu işirələr insanın üst-başını bulayardı və insanın yaşayışı xarab olardı.
    Allah-Taalamədəni, ürəyi və qara ciyəri insanın daxilində müəyyən bir hərarətlə qərar vermişdir. Əgər qarının deşiyi olsaydı. Bədənin hərarəti aradan gedər və nəticədə insan ölərdi.
    Yeməyin və yatmağın sirləri.
    Ey Müfəzzəl! Yeməkdə və yatmaqda çoxlu tədbirlər gizlənmişdir. Bu işlərin hər biri üçün daxili amillər mövcuddur: Aclıq yeməyin amili və bədənin rahatlığıdır. Yuxusuzluq və mürgüləmək, yatmağın amili bədənin istirahəti və güclənməsidir.
    Əgər insan ac olmasaydı, daxilində yemək istəyi olmazdı, bəlkə başqa yolla bədəninin yeməyə olan ehtiyacını ödəyərdi. Çətinlik və xəstəliyin təsirindən heç nə yeməzdi, nəhayət ağrıları şiddətlənib ölərdi. Necə ki, bəzən insanın bir dərmana ehtiyacı olur, ancaq laqeyidliyi və ondan istifadə etmədiyinə görə xəstəliyi ağırlaşır və ölümlə nəticələnir.
    Həmçinin insan əgər ehtiyacı qədər yatmasa, bədəni zəifləyər və ölər. Allah bu işlərin hər birində insan üçün bir xeyr qoymuşdur.
    Bil ki, insanın cismində dörd qüvvə gizlənmişdir:
    1- Cazibə qüvvəsidir ki, qidanı alır və mədəyə tərəf göndərir.
    2- Qoruyucu qüvvədir ki, qidanı mədədə saxlayır və təbii əməliyyatlar onun üzərində icra olunur.
    3- Həzm güvvəsidir ki, qidanı mədədə həzm edir. Şirəni və onun əlsini ayrır və onu bədənin hər tərəfinə yayır.
    4- Dəf etmə qüvvəsidir ki, qidanın artıqlarını ondan ayrır.
    Bu qüvvələrin bədəndəki işi və onlarda gizlənən hikmətlər haqda fikirləş. Əgər cazibə qüvvəsi olmasaydı insan necə yemək fikrinə düşərdi ki, bədənin istiqaməti onunladır?
    Əgər qoruyucu qüvvə olmasaydı, qida mədədə dayanmazdı və həzm olmazdı. Əgər həzim qüvvəsi olmasaydı necə yemək həzm olardı.
    Əgər dəf etmə qüvvəsi olmasaydı, qidanın həzm olmayan hissəsi bədəndən xaric olmazdı.
    Allah-Taalaöz gözəl təqdiri ilə bu qüvvələrin bədəndə müxtəlif xeyirlərini qoymuşdur. Bütün bunlar bir şahın sarayına oxşayır. Bu sarayda qulamlar, nökərlər, xidmətçilər və müdafiəçilər vardır. Bu müdafiəçilərdən biri ehtiyaclarını və istəklərini yerinə yetirmək üçün "cazibəli” saraya daxil olanları, zəxirə etmək üçün "qoruyucu” biri bu zəxirələri ehtiyacı olanları paylamaq üçün "həzm qüvvəsi”və o biri bu sarayı artıq və çirkin şeylərdən təmizləmək üçün "dəf etmək qüvvəsi” təyin edilmişdir. O, şeyi ki, mən şərh etdim, təbiblərin və həkimlərin yazıları ilə bir deyildir. Onlar tibb elminə və bədənin sağlamlığına aid olan şeyləri izah etmişlər. Amma biz onda gizlənmiş Dini məsləhətləri və gümrahlıq(azğınlıq) xəstəliklərinin şəfasını dedik. Buna görə də hikmətləri və tədbirləri kifayət edən şərhlə və yaxşı misallarla bəyan etdik.
    Daxili qüvvələr və onların bədəndəki yeri
    Ey Müfəzzəl! Fikiri qüvvələr: xəyal, ağıl, hafizə və digər daxili qüvvələr haqda fikirləş. Heç bilirsən ki, əgər bu qüvvələrdən fəqət hafizə naqis olsa, insanın vəziyyət necə olardı. Insan xeyrini və ziyanını, gördüklərini və eşitdiklərini, dediklərini və ona deyilənləri bilməzdi. Ona yaxşılıq və pislik edənləri yaddan çıxarardı. Yaşayışında çatışmamazlıqlar meydana gələrdi.
    Əgər belə olsaydı, getdiyi yolu yaddan çıxarardı və bütün ömrü puç olardı. Demək olar ki, O insaniyyətdən çıxardı.
    Hafizə və unutqanlıq neməti
    Gör necə bütün batini xüsusiyyətlərin arasında ancaq biri bu cür mühümdür.
    Bil ki, unutqanlıq hafizə nemətindən çox böyükdür. Əgər unutqanlıq olmasaydı, heç kəs öz çətinliyini və müsibətin yaddan çıxarmazdı. Həsrəti sona yetməzdi. Kini tamam olmazdı. Dünyanın əzablarını yadda saxlamaqla heç vaxt ondan bəhrələnməzdi.
    Görmüsənmi ki, bu iki qüvvə necə bir-birinin ziddinədir? Bunların hər birinin insanda özünə məxsus səlahiyyət gizlənmişdir.
    Bu bir-birinə zidd olan iki nemət insanın xeyrinədir və bunların hər biri onun üçün zəruridir.
    Heyvanlar arasında yalnız insan həyalıdır...
    Ey Müfəzzəl! Allah-Taalabütün canlılar arasında fəqət insanı həyalı yaratmışdır.
    Əgər insanın həyası olmasaydı heç vaxt qonaq qəbul etməzdi, əhdə vəfa etməzdi, yaxşılıqdan uzaq olar və pis işlərə mürtəkib olardı. Vacib və lazım olan işlərin də çoxu Həyaya görə yerinə yetirilir. İnsanların çoxu əgər Həya etməsəydi və xəcalət çəkməsəydi, valideyinlərinin haqqına riayət etməzdi, nəinki silə(- Əqrəba ilə əlaqəni kəsməmək.)hətta rəhm belə etməzdi və heç bir əmanəti laiqincə sahibinə qaytarmazdı.
    Bu cür insana lazım olan xüsusiyyətlər onda cəm olmuşdur.
    İnsanın nitqə və yazmağa sahib olması
    Ey Müfəzzəl! Gör necə Allah-Taalainsana nitq neməti əta etmişdir. Insan bu qüvvə ilə öz fikrini bəyan edir.
    Əgər insanın nitqi olmasaydı, dörd ayaqlı bir heyvana bənzəyərdi ki, başqalarını öz fikri ilə xəbərdar edə bilmir.
    Yazmaq qüdrəti də insana məxsusdur. Insanlar yazmaqla keçmişdəkilərin xəbərini indikilərə və indikilərin xəbərini gələcəyə çatdırırlar.
    Yazmaqla müxtəlif elmlər və adət-ənənələri yazılarda, kitablarda əbədi qalır.
    Əgər yazı olmasaydı gündəlik baş vermiş hədislər və xəbərlər məhv olub aradan gedərdi. Mədəniyyət aradan gedərdi.
    Mümkündür sən belə fikirləşəsən ki, nitq qüvvəsi insanın fitrətində deyil, bəlkə o, bunu ağlı və fikri ilə tapır. Danışmaq da belədir. Insanlar bu kəlmələri və sözləri öz aralarında islah etmiş və danışıqda işlətmişlər. Buna görə də hər millətin və ümmətin özünə məxsus dili vardır. Nəticədə biri ərəb, biri siryan, biri ibri, biri roma dilində yazır. Bu sözlər və dillər insanlar arasında yayılmışdır və onlar özləri bu sözləri düzəltmişlər. Bu fikri iddia edənin cavabında gərək deyilə:
    Əgər insan öz ağlı ilə bu iki, şeyə yetişmişdirsə, bəs onda bu işlər nəyin vasitəsilədir?
    İnsanın dini və dünyavı ehtiyaclarının həlli.
    Ey Müfəzzəl! Fikirləş ki, Allah-Taalainsana hansı elmləri əta etdi və hansılarını vermədi? Onu dini və dünyavi elmlə qiymətləndirdi. Dini elm barəsində yaranış arasında çoxlu nişanələr və dəlillər gizlənmişdir. Dini vacibatlarla ədalətə riayət etmək, ata və anaya ehsan etmək, əmanətə riayət, din qardaşlarına kömək və.s, kimi şeylərlə aşina olmağı ona əta etdi. Bütün bu işlər bais oldu ki, insan öz fitrəti ilə müvafiq olaraq Allah-taalanı tanısın.
    Həmçinin dünya elmlərini də ona hədiyyə etmişdir. O cümlədən bağçılıq və kənd təsərrüfatı elmi, qoyunçuluq və maldarlıq, müxtəlif xəstəliklərin müalicəsini öyrənmək, quşçuluq və balıqçılıq və bu kimi elmlərdən insan bəhrələnə bilər.
    Allah-Taalayalnız bu elmləri insana əta etmişdir ki, onun həm dini, həm də dünyası üçün xeyirlidir.
    Allah insanın şənində və bacarığı olmadığı elmləri də ona vermişdir. Məsələn: Qeyb elmi, baş verən hadisəyə olan elm, bəzi baş vermiş hadisələri bilmək, suyun dərinliklərində olan bəzi şeyləri bilmək, və s. Bir qurup insanlar bu elmlərdən xəbərdar olduqların iddia edirlər. Bir halda ki, onların səhv sözləri öz dediklərini batil edir.
    Yaxşı fikirləş bütün elmlər ki, insanın dininin və dünyasının xeyrinədir ona verilmişdir və öz kamilliyin və naqisliyin dərk etmək üçün başqa elmlərdən məhrum olmuşdur.
    İnsanın ömrünün müddətindən xəbərsiz olmağı
    Ey Müfəzzəl! Indi də insanın öz ömrünün müddətindən xəbərsiz olmağı haqda fikirləş. Əgər o, özünün qısa ömründən xəbərdar olsaydı, həyatdan heç bir ləzzət almazdı. Insan əgər ölümün intizarında olsa, həyatın şirinliyini duymazdı. Bu cür şəxs malı əlindən getmiş bir insana bənzəyir. Malının əlindən getməyi və fəqirlik onu qorxutmuşdur. Xoşagəlməz aqibəti və ömrünün axırını bilməyin insana bəxş etdiyi təsir, malın əldən getməyin verdiyi təsirdən daha böyük və çətindir. Çünki, malın yoxluğu düzələndir və bu iş nisbi də olsa insana aramlıq bəxş edir. Amma o kəs ki, ömrünün axırını bilir, əgər ömrü uzun da olsa, heç ümüd etməz.
    Əgər insanın ömrünə yəqinliyi olsa, ləzzət və günah dəryasına qərq olar. O, ömrünün axırında tövbə etmək ümidi ilə yaşayar, həmişə şəhvətlərə yetişməyə çalışar. Şübhəsiz allah-taalanın bu əqidədən xoşu gəlmir. Və o, şəxsi bəndələrindən hesab etmir. Əgər sənin bir qulamın olsa ki, bir il sənin qəzəbinə səbəb ola və bir gün və ya bir ay səni xoşhal edə. Onu qəbul edərsənmi? Şübhəsiz qəbul etməzsən. O, vaxta qədər ki, sənin razılığını qazana.
    Deyə bilərsən ki, bütün vaxtlarını günaha sərf etmiş şəxsin tövbəsi qəbul olurmu? Cavab veririk: Bu iş o vaxt olur ki, şəhvət insana qələbə edir və onunla mübarizə etməkdən aciz olur. Nəinki onun işi günah etmək olmuşdur. Yalnız bu vaxt Allah onu bağışlayır. Amma o kəs ki, bilə-bilə günah edə və sonra tövbə edə, Həqiqətdə o, bir kəsi aldadır ki, aldadılası deyil. Çox vaxt bu şəxslər vədəsinə əməl etməyə müvəffəq olmurlar. Çünki ürəyi ləzzətdən saxlamaq, xüsusən qocalıq dövürlərində çox çətindir. O vaxt da məlum deyil ki, insan sabah-sabah etməyin təsirindən ölümdən qafil olur və tövbə etmədən dünyadan gedir. Necə ki, bəzən bir şəxs neçə müddətdə borc pul götürür. Ancaq onu o qədər təxirə salır və sabah-sabah edir ki, pulu qaytarmağın vaxtı çatır və pulu qurtarır nəhayət borc onun boynunda qalır.
    Buna görə ən yaxşısı budur ki, insanın ölümünü və ömrünün müddəti onun üçün gizli qalsın. Bütün ömrü boyu ölümünün intizarında qalsın. Və günahları tərk etsin.
    Əgər desən: İndi də ölümünün vaxtı ondan gizlidir və hər vaxt ölümünün intizarındadır. Bununla belə yenə də fəsada və haramlara mürtəkib olur. Cavabında deyirik:
    Bu işdə olan tədbiri yuxarıda qeyd etdik. Əgər insan yenə də günahdan çəkinməsə və fəsaddan uzaqlaşmasa, sərxoşluq və zalımlıqla məşğul olar. Necə ki, həkim xəstə üçün onun xeyrinə olan bir nüsxə yazır. Amma o xəstə həkimin dediyinə əməl etməsə, o nüsxə hec vaxt ona xeyir verməz. Bu iş xəstənin öz ziyanınadır, nəinki həkimin. Çünki, o həkimin sözlərinə itaət etməmişdir. Əgər insan ölümün onu haqlamağına xatircam olsa, çoxlu böyük günahlara mürtəkib olar. Bəs ölmü gözləmək insan üçün çox faydalıdır. Insanların bir hissəsi ölümü yad etmirlər və moizəni qəbul etmirlər. Amma başqa bir hissəsi onu yad etdiklərinə görə günahdan uzaq olurlar və saleh əməllər edirlər. Bu dəstə öz mallarından və dəvələrindən fəqirlərə və miskinlərə infaq edirlər. Bu minvalla ədalətdən deyil ki, agahsızlığına görə bu işdən özünə xeyir götürməyən və haqqını görməyən bir qurupa görə, başqa qurup bu işdən bəhrələnməsin.
    Yuxu və onun yalan və doğru olmasının sirri.
    Ey Müfəzzəl! Yuxular və onların yalan və doğruluğunda olan hikmət haqda fikirləş. Əgər yuxuların hamsı doğru olsaydı, bütün insanlar qeybdən xəbərdar olardı. Əgər yuxuların hamsı yalan olsaydı, bütün yuxular bihudə olardı. Buna görə də bəzən yuxu doğru olur və insanlar ondan faydalanır. Amma yuxuların yalan olmasının səbəbi budur ki, insanlar ona etimad etməsinlər.
    İnsanın ehtiyacını ödəmək üçün yaradılmış şeylərin şərhi.
    Ey Müfəzzəl! Insanın ehtiyacını ödəməsi üçün yaradılmış şeylər və mövcudatlar haqda fikirləş. Torpaq bina tikmək üçün, taxta gəmi düzəltmək üçün, daş əldəyirmanı üçün, qızıl və gümüş müamilə sərvəti zəxirə etmək üçün, odun yandırmaq üçün, heyvanlar yük daşımaq üçün və yağış yeri xalça kimi döşəmək üçün yaradılmışdır.
    Əgər insan bir evə daxil olsa və orda insana lazım olan bütün əşyaları görsə heç fikirləşərmi ki, bunlar hamısı hədəfsiz və öz-özünədir? Necə bir kəs fikirləşər ki, bütün bu nizam-intizam təbiətin məhsuludur?
    Ey Müfəzzəl! Insanın ehtiyacını ödəmək üçün yaradılmış, hikmətli və tədbirli şeylərdən ibrət dərsi götür. Onun üçün dənli bitkilər yaradılmışdır. Gərək onları un edəsən və unu xəmir edib, çörək bişirəsən. Onun üçün ağac yaradılıb ki, onu əksinlər və ondan faydalansınlar.
    Gör necə insanın bütün zəruri ehtiyacları yaradılmışdır. Ancaq insan onlara yetişmək üçün təlaş etməlidir. Və bu onun üçün xeyirlidir. Çünki, insan əgər bütün bunları əzab-əziyyətlə ələ gətirməsə, həmişə sərxoşluq və üsyan edər. Əgər insanın bütün ehtiyacları ödənilsəydi, həyatın onun üçün ləzzəti olmazdı. Necə ki, bir insan işləmədən bütün ehtiyacları ödənilsə işsizlikdən bezər. Əgər insan ömrü boyu işləməsə, iş onun üçün çox çətin olar.
    Bəs böyük hikmət və tədbir ondadır ki, insan ehtiyaclarını çalışmaqla ələ gətirir.
    Çörək və su insanın həyatının əsas amilidir.
    Ey Müfəzzəl! Bil ki, çörək və su insanın həyatının əsas amili hesab olunur. Onlarda gizlənən hikmətlərə və tədbirlərə nəzər sal. Insanın suya olan ehtiyacı aclığa nisbətən çoxdur. Çünki insanın bədəni suya çörəkdən çox ehtiyac duyur. İnsan içmək, paltar yumaq, heyvanları sirab etmək, bitkiləri suvarmaq üçün suya möhtacdır. Buna görə də insan suyu rahatlıqla ələ gətirir. Amma çörək əziyyətsiz ələ gəlmir. Belə olmasa insan bekarçılıqdan fəsadla məşğul olardı. Uşağı məktəb yaşına çatmamış müəllimin yanına göndərirlər ki, oynamaqdan və fəsaddan uzaq olsun. Əgər O, bekar olsa, ailəsini və özünü ziyana salar. Bunu dərk etmək üçün ehtiyacsız və varlı olan insanlara nəzər sal. Gör onların işi nə yedədir.
    Insanların bir-birinə bənzəməməsi heyvanların və quşların bir-birinə oxşarlığı.
    Yaxşı bax və ibrət dərsi götür ki, niyə insanlar bir-birinə oxşamırlar. Ancaq heyvanlar və quşlar bir-birə oxşayırlar. Əgər bir maral sürüsünə nəzər etsən, onların bir-birindən seçilmədiyini görərsən. Amma insanlarda oxşar xüsusiyyətlər azdır. İnsanlar arasında olan müalimə səbəb olur ki, onlar bir-birini xüsusiyyətlərlə tanısınlar. Ancaq heyvanlar arasında belə müamilə yoxdur. Əgər iki əkiz insan bir-birinə çox oxşasa, insanların onlarla müamiləsi çətinləşər. Necə ki, bəzən birinin yerinə başqasını cəzalandırırlar. Kim bu zərif və dəqiq işlərlə ki, (heç kimin ağlına gəlmir) bəndələrinə lütf və inayət edir. Bu onun rəhmətidir ki, hər şeyi əhatə etmişdir.
    Əgər bir şəxs deyər ki, bu insanın divardakı şəkli öz-özünə meydana gəlmişdir. Heç kim onu düzəltməmişdir, sən bu uyğunluğu qəbul edərsən? Heç vaxt! Bəlkə onu istehza edərsən. Bir halda ki, bu sözü cansız bir şəkil haqda qəbul etmirsən. Bəs canlı, şüurlu və natiq insan haqda necə?
    Heyvan bədəninin inkişafı və onun inkişafının bir həddə dayanmasının sirri.
    Əgər bu işlərdə tədbir və hikmət yoxdursa, niyə heyvanlar daimi olaraq qidalanır, amma onların bədəni həmişə inkişaf etmir. Bəlkə inkişafın bir sonu və ya həddi vardır. Onlar bu həddə yetşəndən sonra dayanır və o həddi keçmir: Bu işdə olan tədbir və hikmət odur ki, onların bədəni böyüklük və kiçiklikdən əlavə, bir xüsusi həddə məxsusdur. Nəticədə inkişaf edir və həmin həddə ki, yetişir onun inkişafı dayanır. Amma buna baxmayaraq, onun qidalanması davam edir. Əgər onlar həmişə inkişafda olsalar, həddən artıq çox böyüyər və heyvanın bədən ölçüləri kontroldan çıxar.
    Insan üçün yol getməyin və hərəkət etməyin çətinliyi
    Niyə heyvanlar arasında hərəkət etmək və yol getmək, yalnız insan üçün çətindir? Bəs niyə onlar diqqətli, lətif və zərif əməllərlə məşğul olmur? Bu zəruri şeyləri: geyim, məskən və kəfən hazırlamaq üçün bir az çətinliyə düşür? Əgər insan əziyyət və çətinlik görməsə, fəsaddan və pislikdən necə uzaq qalar və Allah-taalanın müqabilində təvazukarlıq etməz? Görmürsən hər vaxt ki, insan çətinliyə düşür, təvazokar olur və Allaha tərəf gedir. Əgər o, vurulmaqdan ağrı hiss etmir, hakimlər və soltanlar necə fasidləri cəzalandırır və zülmkarları xar edir? Bu Əbi ouca və onun və onun dostlarının ki, yaranışın hikmət və tədbirini və əzab-əziyyətdə olan hikməti inkar edən Mani və onun səhabələrinin danlağı deyilmi?
    Dişi və erkəyin tapılması, heyvanların nəslinin davam etməsinin amilidir.
    Əgər heyvan fəqət dişi və yaxud erkək doğulsaydı, onların nəsli kəsilməzdimi? Nəhayət tədbir və təqdir bu cür hökm etdi ki, bəzilər "Dişi”, bəziləri isə "erkək” olsun. Və yaradılışın nəsli kəsilməsin.
    Qarnın altında tükün çıxmasının və kişilərin üzündə tükün inkişafının sirri.
    Əgər bu işdə hikmət olmasaydı niyə qız və oğlan həddi buluğa çatanda onların qarnının altında tük çıxır. Amma kişinin üzündə tük çıxır və qadının üzündə tük çıxmır. Qadının üzündə ükün çıxması onun təravəti, zərif və xoş olması üçündür. Görürsənmi Allah-Taalanecə hər şeyi öz hikməti və tədbiri ilə yaratmışdır.
    Müfəzzəl deyir sonra İmam (ə) mənə buyurdu: Allahın istəyi ilə sabah tezdən yenə mənim yanıma gəl.
    Category: İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri | Views: 1394 | Added by: Islam_Kitabxanasi | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024