İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 12 » İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri
    6:38 AM
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri
    Fil və onun xortumunun yaradılışının sirri.
    Filin xortumunda olan hikmətlər və sirlər haqda fikirləş. Xortum ot götürməklə və su içməklə əlin işini görür. Əgər onun xortumu olmasaydı, yerdən bir şey götürüb yeyə bilməzdi. Çünki, filin digər heyvanlar kimi uzun boğazı yoxdur ki, istədiyi vaxt onu qidaya tərəf uzatsın. Mehriban və rəhim yaradandan başqa kimi o, üzvün yerinə bir üzv vermişdir ki, onun işini yerinə yetirsin? Bu iş necə yaradılışı hədəfsiz sayan zalımların əqidəsi ilə uyğun gəlir?
    Əgər bir kəs desə ki, niyə bu heyvan üçün başqa heyvanlar kimi uzun boğaz yaradılmamışdır?
    Cavab veririk ki; Filin başı və qulaqları çox böyük və ağırdır. Əgər onun başına və qulaqlarına uyğun boynu olsaydı, boynu əzilərdi. Bəs filin başı bədəninə yapışmışdır ki, bu çətinliklər qabağa gəlməsin. Belə bir boyunun yerinə xortum yaradılmışdır ki, qidanı onunla götürüb yesin. Və məsləhət belə olmuşdur ki, boyunsuz da öz ehtiyaclarını ödəyir və çətinliyə düşmür.
    Zürafənin möcüzəli yaradılışı
    Zürafənin bədən üzvlərinin bir neçə heyvanın üzvlərinə oxşamasına diqqət et. Onun başı at başı, boynu dəvə boynuna, dırnaqları inək dırnağına və dərisi pələng dərisinə oxşayır. Cahil və nadan insanların çoxu Allah barəsində belə bir fikirə gəlmişlər ki, bu heyvan bir neçə heyvanın cütləşməsindən vücuda gəlmişdir. Bu fikir böyük yaradanı tanımayan bir kəsin sözləridir. Çünki onlar bilmirlər ki, hər heyvan hər bir heyvan sinifi ilə yaxınlıq etmir. At, dəvə ilə, dəvə inəklə yaxınlıq etməz. Bəlkə cütləşmə bir cinsdən olan iki heyvan arasında baş verir. Məsələn: Atın eşşəklə yaxınlığından "qatır” əmələ gəlir və ya canavarla kaftarın yaxınlığından "çaqqal” adlı bir heyvan əmələ gəlir. Həmişə belə deyil. Bir heyvan ki, onlardan əmələ gəlir. Məsələn: Zürafə atın, dəvənin və inəyin üzvlərinə sahibdir. Bəlkə onların qarışığıdır. Necə ki, başına, qulağına və dırnaqlarına nəzər salanda, bunların hər iki heyvana oxşarlığını dərk edirik. Hətta qatrın səsi də at və eşşəyin qarışığıdır. Bu cahillərin sözlərinin əleyhinə olan bir dəlildir ki, zürafə bir neçə heyvanın qarışığından əmələ gəlməmişdir. Bəlkə bu yaradılışın bir möcüzəsidir ki, Allah-Taalaonda öz qüdrətini qoymuşdur. Həm də bilmək lazımdır ki, O bütün canlıların xaliqidir. Əgər iradə etsə bir neçə heyvanın üzvünü birində cəm edər. O, yaradılışa istədiyini artırar istədiyini azaldar. Bunlar bir dəlildir ki, o hər şeyə qadirdir.
    Zürafənin boynu ona görə uzundur ki, bu heyvanın otlağı və inkişafı uzun ağacları olan qarışıq meşələrin arasındadır. Ona görə də o uzun boyuna möhtacdır ki, həmin ağaclarının yarpağını, budaqlarını və meyvələrini yeyə bilsin.
    Meymunun yaranışı və onun insandan fərqi
    Meymunun yaranışı və onun üzvlərinin çoxunun, baş, üz, çiyin, sinə və daxili orqanlarının insana oxşaması haqda fikirləş. Meymun həm də ağıla sahib olduğuna görə öz tərbiyəçisinin fərmanlarını dərk edir. Və insanın hərəkətlərinin çoxuna təqlid edir. Bu Heyvanın çox xüsusiyyətləri insana oxşayır. Insan gərək ona baxıb ibrət götürsün ki, əgər insanda ağıl, düşüncə, nitq və şüur olmasaydı, meymundan fərqli olmazdı. Bundan əlavə meymunun cismində bir neçə fərqlər vardır ki, insanda yoxdur. Məsələn: Uzun quyruq və bədəni başdan ayağa qədər örtən tüklər. əlbəttə əgər meymuna ağıl, düçüncə və nitq verilsəydi, bu fərqlərdən başqa bir mane olmazdı ki, o insanlara qoşulsun. Nəticədə meymunu insandan ayıran əsas cəhət onun düşüncəsinin, ağlının və nitqinin olmamasıdır.
    Heyvanların bədənin örtülməsinin və onların ayaqlarının oxşar olmamasının sirri
    Ey Müfəzzəl! Gör necə Allah-Taalaheyvanların bədənini tük, kürk və yunla örtmüşdür ki, istidən və bir çox bəlalardan amanda qalsınlar. Çünki, heyvanların toxumaq və tikmək üçün münasib barmaqları yoxdur. Ona görə də onların yaranışında bu ehtiyaclar nəzərə alınmış və bu cür xəlq olunmuşdur.
    Amma insan öz paltarını özü tikib hazırlayır. Özünə münasib olaraq onun dəyişdirir. Və bu iş bir neçə cəhətdən onun xeyrinədir.
    1. Özünə geyim tikməklə fəsaddan uzaq olur və öz ehtiyaclarını özü ödəyir.
    2. Özünə münasib olan paltarı geyinməkdən və çıxarmaqdan ləzzət alır.
    3. O, həm də gözəl və qəşəng paltarı geyinməkdən və dəyişdirməkdən ləzzət alır.
    4. İnsan bu sənətdən bəhrələnərək corab, ayaqqabı və çarıq tikməyi öyrənir. Və bu vasitə ilə ayaqlarını qoruyur.
    5. İnsanların çoxu bu sənət vasitəsi ilə gündəlik yaşayışını təmin edirlər. Bəs tük, kürk, və yun heyvanların geyimi və onların dırnaqları ayaqqabı hökmündədir.
    Heyvanlar ölümü hiss edən zaman gizlənirlər
    Ey Müfəzzəl! Heyvanların xilqətində olan möcüzəli xüsusiyyətlərə diqqət et. Onlar öləndə insanlar kimi özünü gizlədirlər. Əgər belə olmasaydı, bəs vəhşi və yırtıcı heyvanların ölüsü niyə tapılmır? Bu heyvanlar az deyillər ki, tapılmayalar. Hətta əgər bir kəs desə ki, onların sayı insanlardan çoxdur, doğru deyil.
    Dağlarda və səhralarda çoxlu marallar, vəhşi inəklər, dağ keçiləri və həmçinin yırtıcı heyvanlardan şirlər, pələnglər, canavarlar, kaftarlar və.s.quşlardan qarğalar, göyərçinlər və yırtıcı quşlar yaşayır. Bu heyvanlar ölüm vaxtlarının yetişməyin hiss edəndə bir dərədə gizlənirlər və həmən yerdə ölürlər. Əgər belə olmasaydı, onların pis iyi bütün otlaqları, səhraları və dənizləri bürüyər və vəba kimi öldürücü xəstəliklər hər yerə yayılardı.
    Bu xislət heyvanların fitrətində qoyulmuşdur ki, insanlar cürbəcür xəstəliklərə yoluxmasınlar.
    Dağ keçisi, tülkü və delfinin ağıllı olmasının sirri
    Ey Müfəzzəl! Heyvanların ağlı haqda fikirləş. Allah-Taalaöz lütf və mərhəmətdən onların fitrətində bu neməti qoymuşdur.
    Dağ keçisinin bir növü ilanlarla qidalanır. Onun təsirindən keçiyə bərk susuzluq gəlir. Keçi zəhərin bədəninə yayılmasının qorxusundan, ilanı öldürü. O, suyun kənarında dayanır və nalə edir. Ancan ondan bir damcı da içmir. Çünki içsə tezliklə ölər.
    Gör bu heyvanın fitrəti necə yaradılmışdır ki, suyun ona zərər yetirməsinin qorxusundan, o cür şiddətli susuzluğa tab gətirir? Hətta ağıllı insan da bəzən susuzluğa dözə bilmir. Tülkü də bərk acanda arxası üstə uzanır. O qarnını köpdürür ki, quşlar onu ölmüş bilsinlər. O vaxt ki, quşlar onun üstə oturdu, onlara hücum edir və onları asanlıqla ələ keçirdir. O kəsdən başqa tülküyə kim bu yolla ruzu ələ gətirməyi öyrədib. Və kim ağılsız bir tülküyə bu hiylədə kömək etmişdir?
    Delfin də quş ovlayır. O, suda hiylə ilə ruzusun bu cür ovlayır. Əvvəla balığı tutub öldürür və onu suyun üzünə qoyur. Özü də onun altında gizlənir. Sonra suyu hərəkət etdirir ki orda olması hiss olunmasın. O vaxt ki, quş balığa həmlə edir, delfin onu ovlayır.
    Əfi ilan və bulud
    Müfəzzəl deyir: Ərz etdim. Ağa! Əfi ilan və bulud haqda danış. İmam (ə) buyurdu: Bulud "Allah tərəfindən” guya vəkildir ki, hər yerdə əfini görsə onu ovlasın. Necə ki, maqnit dəmiri çəkir. Buna görə də bu heyvan bulud və yağışlar olanda, buludun qorxusundan çölə çıxmır? Ilan yalnız hava isti və buludsuz olanda çölə çıxır.
    Ərz etdim: Bu iş niyə belədir? İnsanların onun şərrindən xilas olması üçündür.
    Quşların, Hörümçəklərin və bövlərin fitrəti.
    Müfəzzəl deyir: Ərz etdim. Mənim ağam. Heyvanların yaşayışı barədə buyurdunuz. O kəslər ki, laiqdir bunlardan ibrət dəsi alarlar. Indi də böyük, kiçik və uçan quşlar barəsində buyurunuz. Həzrət (ə) buyurdu: Kiçik qarışqaya bax. Onun bədənində bir çatışmamazlıq müşahidə edirsən?
    Qarışqanın həyatına və onların ruzi topladığı da, etdiyi həmkarlığa yaxşı diqqət et. Qarışqalar onların bir miqdarını hündür bir yerdə zəxirə edirlər. Bu iş insanların qidanı evlərinə daşımasına oxşayır. Bəlkə qarışqa bu işdə insandan da çox təlaş edir. Onlar insanlar kimi dənləri və yeməyi yuvaya daşımaqda bir-birinə kömək edirlər. Onlar dənləri iki yerə bölürlər ki, yuvada göyərməsin. Əgər dənlər islansa, onu çölə çıxarıb qurudurlar. Həm də qarışqalar hündür və uca yerlərdə yuva düzəldirlər ki, su ora yetişə bilməsin.
    Bütün bunlar Allah tərəfindən onun fitrətində və qərizəsində qouylmuş ağıl və şüurun nəticəsidir.
    Böv gör necə ruzusunu ələ gətirmək üçün aldadıcı bir qüvvədən istifadə edir? O vaxt ki böv yaxınlığında milçəyin olmasını hiss edir, ona möhlət verir, bir qədər özünü hərəkətsiz saxlayır. Milçək xatircam olur ki, böv ölmüşdür. Böv birdən dəqiq, hesablanmış və sürətli bir hərəkətlə onu tutur. Milçəyi tam ölənə kimi bu vəziyyətdə saxlayır və sonra böv onu parçalayıb, yeyir. Hörmiçək də milçəkləri tutmaq üçün tələyə oxşar bir tor toxuyur. Sonra o, özü torların arasında gizlənir. O vaxt ki, milçək tora düşür, həmin saat onu ovlayır və onunla qidalanır.
    Bu zəif və kiçik heyvanın fitrətində yaradılmış xislətləri, insan yalnız hiləgərliklə və ya bir şeyin vasitəsi ilə həyata keçirir. Əgər qarışqa kimi kiçik bir heyvanda ibrət dərsi varsa, sən onu kiçik olduğuna görə həqir sayma. Çünki bəzən çox qiymətli bir məfhumu, mənası kiçik olan bir şeylə müqayisə edirlər və bu heç cür o böyük mənanın qədr-qiymətini azaltmır. Necə ki, əgər qızıl dinarı dəmirlə bir tərəziyə qoysalar, heç vaxt bu iş qızılın qiymətini azaltmaz.
    Quşun yaradılışında gizlənmiş hikmətlər
    Ey Müfəzzəl! Quşlarn bədəninə və yaradılışına nəzər sal. O vaxt ki, məsləhət görüldü quşlar səmada olsun, əllərin yerinə onun üçün yüngül və gözəl qanad yaradıldı. Sonra onun üçün iki ayaq yaradıldı ki, hərəsində də dörd barmaq və iki məxrəcin (sidik və fəzlə) yerinə ona bir məxrəc verildi.
    Necə ki, gəminin qabağı iti və dardır və suyu yarıb, üzür. Quşun sinəsi də gəmi kimi havanı yarır və istədiyi yerə uçur. Həmçini onun qanadlarına və quyruğuna böyük lələklər qoyulmuşdur ki, onların köməyi ilə ucalığa rahat uçsun. Onun bütün bədəni lələklə örtülmüşdür ki, hava onların arasına nüfuz etsin və quş hündürlükdə rahat qala bilsin.
    Onların insan kimi dodağı və dişləri olmadığından quşlar dəni və əti çeynəmədən yeyir. Bunun üçün onlara iti və möhkəm dimdik verilmişdir.
    Onların dişləri olmadığından onlar dənləri bütöv və əti çiy yeyirlər. Onların daxilində bir hərəkət qoyulmuşdur ki, onu çeynəməyə ehtiyac olmur.
    Həmçinin belə məsləhət oldu ki, quşlar yumurta qoysun. Əgər quşlar da bəzi heyvanlar kimi bala dünyaya gətirsəydilər, onun ağırlığı quşu uçmaqdan və hərəkət etməkdən saxlayardı. Quşlar çox vaxt uçduqlarına görə onlardan bəziləri, bir həftə, bəziləri iki həftə və bəziləri üç həftə öz yumurtalarının üstündə yatır. Və o, yumurtalardan cücələr çıxır.
    Hansı şəxs bu cür tədbir görmüşdür ki, quş qidanı və dəni çinədanına yığır sonra cücəsi üçün çıxarır? Niyə bu cür özünü cətinliyə və əziyyətə salır? Baxmayaraq ki, onun ağlı və şüuru yoxdur. Və cücəsindən insanlar kimi fəxr, izzət və kömək gözləmir.
    Allah-Taalaöz lütf və kəramətindən elə tədbir görmüşdür ki, o alalh verdiyi qərizə ilə cücələrini sevir və onlara yemək verir.
    Görmürsən! Necə toyuğun yumurta qoymaqda və cücə bəsləməyə məhəbbəti var. O buna görə ac qalır, heç nə yemir və nəhayət cücə çıxarıb, onu bəsləyir. Bu iş nəsil artırmaq üçündür: Bir halda ki, onun ağlı və dərrakəsi yoxdur, bəs niyə toyuq bu qədər əziyyət çəkir? Bu xisləti Allah onun fitrətində və qərizəsində qoymuşdur.
    Quşların yumurtasının yaradılışı və onda gizlənən tədbirlər
    Quşun yumurtasının yaradılışından ibrət dərsi götür. O, sarı rəngli maddədən və ağ sudan təşkil tapmışdır. Onun bir hissəsi cücənin əmələ gəlməsi və bir hissəsi qidalanması üçündür. Cücə yumurtadan çıxana qədər həmin qida ona bəs edir. Cücə yumurtanın içində bir məhbusa bənzəyir ki, onun hər tərəfi möhkəm qalalarla örtülmüşdür. Ona qida yetişməsi üçün heç bir yol yoxdur. Buna görə də həbs müddəti üçün lazım olan ruzu və qida onun yanında qoyulmuşdur.
    Quşun çinədanı
    Ey Müfəzzəl! Quşun çinədanının yaranışında gizlənmiş olan hikmətlər haqda fikirləş. Çinədandan mədəsinə qədər olan qida yolu dardır ki, yemək yavaş-yavaş ona yetişsin.
    Toyuq diqqətlə və qorxu ilə dənləri yerdən dənləyir. Bəs quşun çinədanı bir torba kimi sinəsindən asılmışdır ki, hər nə tapsa sürətlə götürsün. Ancaq mədəyə dənlər yavaş-yavaş gedir.
    Deməli çinədanın başqa bir xüsusiyyəti də vardır. O budur ki, bəzi quşlar qidanı öz daxilindən çıxarıb, cücələrin ağzına qoyurlar. Bu işi görmək üçün çinədan ən yaxın yoldur.
    Quşların rənginin müxtəlifliyinin sirri.
    Müfəzzəl deyir: Bəzi kafirlər quşların rənginin və formasının müxtəlifliyinin öz-özünə və hesab-kitabsız olmasın fikirləşirlər. İmam buyurdu:
    Ey Müfəzzəl! Tovuz quşlarının və sığırçınların üstündə olan cürbəcür rənglər və onlarda olan nizam-intizam məgər öz-özünə, hədəfsiz yaradılmışdır?
    Bəs niyə hədəfsiz və təsadüfi olan nizan-intizam bir vücudda cəm olmuşdur?
    Şübhəsiz ki, əgər bütün bunlür öz-özünə yaransaydı, bu işdə bu cür nizam-intizam olmazdı. Hər şey qarışıq və intizamsız olardı.
    Quşların lələkləri
    Quşların lələklərinə diqqət et. Onlar paltar kimi çox nazik saplardan toxunmuşdur. Lələklər bir-birinə çox möhkəm birləşmiş və bağlanmışdır. O vaxt ki, onları dartırsan, bir-birindən ayrılmırlar.
    Lələklərin arasında möhkəm və milşəkilli bir sütun qoyulmuşdur ki, lələyin hissələrini möhkəm saxlasın. Ancaq bu möhkəmliklə bərabər onun içi boşdur ki, lələyin ağırlığı quşun uçmağına mane olmasın.
    Bəzi quşların uzunayaqlı olmasının sirri.
    Ey Müfəzzəl: Quşların uzunayaqlı olmasının sirri haqda fikirləşmisənmi? Bu quşlar çox vaxt su çalalarında olurlar. Onların iki hündür qıçı vardır. Quşlar hündür binanın üstündə dayanmış qarolçuya oxşayır ki, həmişə suyun daxilini nəzərdə saxlayır. Hər vaxt öz ruzusun gördü, yavaş-yavaş gəlib, onu ovlayır.
    Əgər bu quşların ayaqları qısa olsaydı, onlar ova tərəf hərəkət edəndə, qarını suya dəyərdi və ov qorxudan qaçardı. Bəs bu ayaqlar quşların qidanı ələ gətirməsi üçündür.
    Quşların yaranışında olan nizam-intizama nəzər sal. Bunların uzun ayağı olmaqla yanaşı uzun boğazı da vardır. Əgər bu quşların boğazı qısa olsaydı, qidanı yerdən götürə bilməzdi.
    Bəzən onların uzun dimdiyi, qidanın boğaza yetişməsinə kömək edir.
    Görürsən ki, yaranışda olan hər şey hikmət və tədbirlə xəlq olunmuşdur.
    Sərçələr həmişə ruzu axtarırlar
    Sərçələrə diqqət et ki, necə qidanın arxasınca gedirlər. Onlar qidanı ələ gətirmək üçün daim çalışırlar. Bütün canlılar bucürdür. Pakdır o Allah ki, ruzunu onların arasında paylayır.
    Allah belə etmişdir ki, ruzunu ələ gətirmək çətin olsun. Çünki, canlılar ona mühtacdılar. Çünki, canlıların xeyir və mənfəəti bundadır. Əgər ruzu əziyyətsiz ələ gəlsəydi, heyvanlar o qədər yeyərdilər ki, ölərdilər. Insanlar da bekarçılıqdan sərxoşluğa və günaha mürtəkib olmaqla məhv olardılar.
    Yarasa və bayquşun ruzusu
    Bilirsən! Yarasanın qidası nədir? Ərz etdim: yox, Mənim mövlam! İmam buyurdu: Onların ruzusu havada olan arılar, ağcaqanadlar və çəyirtkələrdir. Çünki bu həşəratlar və mövcudatlar hər yerdə vardır. Bu həqiqəti dərk etmək üçün gecələr bir həyətin və ya damın üstünə çıraq qoy. O vaxt görəcəksən ki, onun ətrafına həşəratlar cəm olurlar. Bu həşəratların havada yayılmasının nişanəsidir. Əgər bu cür olmasaydı, çıraq yanan kimi həşəratlar onun ətrafına cəm olmazdılar. Bu gecə quşları da onlarla qidalanırlar.
    Indi gör necə Allah-Taalayalnız gecə uçan bu quşların ruzusun havada olan həşəratlardan hazırlayır? O həşəratlar ki, bəziləri onları artıq və xeyirsiz sayır.
    Yarasanın yaranışı.
    Yarasanın yaranışında başqa quşlar və heyvanlarla müqayisədə çoxlu möcüzələr vardır. Əlbəttə onun yaranışı heyvanlara çox yaxındır. Onun da heyvanlar kimi iki uzun qulağı, dişləri və kürkü var. Yarasa da onlar kimi uşaq doğur, uşağına süd verir, bövl edir. O, yol gedəndə dörd əli və ayağı ilə gedir. Bütün bu xüsusiyyətlər heç biri quşlarla uyğun gəlmir.
    Yarasa gecə uçan quşlardan hesab olunur. O, havada olan həşəratlarla qidalanır. Bu fikir iki şeyə görə düzgün deyil.
    Nəcasətin və bövlün xaric olması, qidalanmanın nişanəsidir.
    Dişlərin olması. Əgər o heç nə yeməsəydi, dişlərin olması mənasız olardı. Bir halda ki, yaranışda heç bir şey hikmətsiz deyildir.
    Bu quş insan üçün çox faydalıdır. Hətta onun peynindən də dərman düzəltmək üçün istifadə olunur. Onun yaranışında olan ecazkarlıq xalıqın qüdrətini süb ut etmək üçün ən mühüm dəlildir.
    Bal arısı yuva düzəldəndən bal düzəldənə qədər
    Bal arısına və birlikdə onların bal düzəltmələrinə diqqət et. Və gör necə onlar diqqətlə və ağılla altı gözlü evləri düzəldirlər.
    Əgər bu haqda yaxşı təfəkkür etsən, bu işin möcüzəli və zəif olduğunu dərk edərsən. Amma o vaxt ki, bu işin nəticəsinə nəzər salsan, onu əzəmətli və şərafətli görərsən. Ancaq onun faili (- fail – iş görən.) çox cahil və nadandır. Arının bucür olması açıq aşkar bir dəlildir ki, bu iş nəinki onun öz tərəfindən, bəlkə onun fitrətini belə yaradan o kəsin tərəfindən xəlq edilmişdir.
    Çəyirtkə zəif bir heyvandır və eyni halda güclüdür.
    Insan çəyirtkəyə nəzər salanda, onu çox gücsüz və zəif bir heyvan hesab edir. Ancaq əgər onlar bir tarlaya hücum etsələr, heç kəs oranı çəyirtkələrin əlindən azad edə bilməz. Əgər bir padişah çəyirtkələri öz torpağından çıxartmaq üçün bütün nizami və süvari ordusunu səfərbər etsə, yenə də onlara qalib gələ bilməz. Bu Allah-taalanın qüdrət nişanələrindən deyilmi ki, o ən zəif məxluqunu çox qüvvətli məxluqunun tərəfinə göndərir və o güclü məxluq ona qalib gələ bilmir?
    Çəyirtkə seli
    Çəyirtkələr bir sel kimi dağlara, səhralara, şəhərlərə və kəndlərə tərəf hərəkət edirlər. Və bu yerin hər tərəfini örtürlər. Bu iş günəş işığının qarşısını alır. Əgər adi insanlar onların bu yerlərdən təmizləmək istəsə, gərək neçə il əziyyət çəksinlər. Bu da Allahın qüdrətini isbat etmək üçün bir nümunədir.
    Balıqların yaranışı
    Balığın yaranışında gizlənmiş hikmət və tədbirlər haqda yaxşı fikirləş. Onun əli və ayağı yoxdur. Çünki balığın hərəkət etmək üçün onlara ehtiyacı yoxdur. Onun məskəni sudur. Onun üçün ağ ciyər də yaradılmamışdır. Çünki suyun içində nəfəs almaq olmur. Əllərin və ayaqların əvəzinə ona güzlü və möhkəm qanadlar verilmişdir. Qayıqçılar qayığı xüsusi bir qolluqlarla hərəkət gətirdiyi kimi, balıq da suda bu qanadların köməyi ilə hərəkət edir. Onun bədəni möhkəm pulcuqlarla örtülmüşdür. Bunlar onu xətadan və ziyandan qoruyur.
    Balığın gözləri zəif görür və su onun yaxşı görməsinə mane olur. Bu nöqsan ona bəxş edilən güclü iybilmə ilə əvəz olunmuşdur. Bunun nəticəsində onun qidası çox uzaqda olsa da iyləməklə ona yetişir. Əgər bu qüvvə olmasaydı qidanı və onun yerini necə tapardı? Onun ağzı ilə qulağın arasında olan deşiklər balığın ağzı ilə qulağının birləşməsinə səbəb olur. Balıq suyu ağzına alır və qulağının deşiklərindən xaric edir. Bununla da o havadan bəhrələnir.
    Balıqların çox olmasının sirri.
    Indi də balığların çox olmasının və onların xüsusiyyətləri haqda təfəkkür et. Balığın daxilində saysız yumurtacıqlar (kürü) olması, sayca az olmayan balıqyeyənlərin işini asanlaşdırır. Hətta yırtıcılar da balıqıa qidalanır. Balıqların bu qədər çox olması yırtıcıların, quşların, insanların və hətta balıqçıların da onunla qidalanması ilə əlaqədardır.
    Yaradanın hikmətinin genişliyi və məxluqatın elminin azlığı
    Yaradanın hikmətinin genişliyindən və məxluqatın elminin azlığından agah olmaq istəyirsənsə, balıqlara, su heyvanlarına, ədəflərə nəzər sal. Sən bu məxluqatın faydasından hər hansı bir hadisə baş verməsə agah ola bilməzsən. Məsələn: insanlar ilbizin faydasını o vaxt dərk etdilər ki, qırmızı rəngi tanıdılar. Bir it sahildə gəzişəndə bir ilbiz tapdı. Onu yedi və ilbizin qanı onun ağzını buladı. Insanlar o rəngin gözəlliyini dərk etdi. Və ondan rəng kimi istifadə etdilər.
    Müfəzzəl deyir: Həzrətin sözü bu yerə yetişəndə günorta oldu. Və mövlam (ə) namaz qılmaq üçün ayağa qalxdı və buyurdu: Allahın istəyi ilə sabah tezdən yenə də yanıma gəl. İmam (ə)-ın məni öyrətdiyindən çox şad oldum. Sonra İmamın (ə) xidmətindən azad oldum. Həmin gecəni xoşhal istirahət etdim.
    Category: İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri | Views: 1183 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024