Üçüncü fəsil
Səhər tezdən İmamın (ə) xidmətinə yetişdim. İmam (ə) buyurdu:
Şükür o Allaha ki, bizi öz elmi ilə seçdi və helmi ilə bizi təsdiq etdi. O kəslər ki, bizdən uzaqlaşdı, atəşə düşdü. Və o kəslər ki, hidayət ağacının kölgəsindən bəhrələndilər, behiştin yolun tapdılar.
Ey Müfəzzəl! Insanın yaranışında olan hikmətlər və sirrlər və onda gizlənən tədbirləri sənin üçün şəhr etdim. Heyvanların yaranışı və hikmətləri haqda da söhbət açdım. Idi də səmanın, günəşin, ayın və ulduzların, gecə və gündüzün, isti və soyuğun, dörd cövhərin, (yəni; Torpaq, su, hava və atəş) yağışın, böyük daşların, dağların və onlarda gizlənən ibrət dərsləri haqda sənin üçün danışacağam.
Səmanın rəngi və onda olan hikmət və tədbirə nəzər sal. Bu rəng gözlərin nurun gücləndirmək üçün ən münasib və ən üstün bir rəngdir. Hətta həkimər belə gözləri zərər çəkmiş insana qaraya çalan yaşıl rəngə baxmağı məsləhət görürlər. Bəzi mahir təbiblər də zəif görən insana su ilə dolu olan yaşıl qaba baxmağı məsləhət görürlər.
Allah-Taalasəmanı gör necə bir rəngdə yaratmışdır ki, insan hətta ona baxsa da gözləri zəifləmir. Bəs o şey ki, çoxlu təcrübələrlə kəşf olunmuşdur, yaradılışda mövcuddur. Gərək ibrət əhli ondan dərs alsın və kafirlər bu haqda təfəkkür etsinlər. Allah onları öldürər. Onlar haqdan hara qaçarlar? (Tövbə surəsi,30-cu ayə)
Günəşin çıxmasının və batmasının faydaları
Ey Müfəzzəl! Günəşin çıxıb-batması və gecə-gündüzün dövr etməsi haqda fikirləş. Əgər günəş çıxmasaydı. Dünya qaranlıq olardı. Günəşin çıxmasına ehtiyac vardır və bu haqda bundan artıq şərh etməyə ehtiyac yoxdur. Amma günəşin batmasının sirri haqda fikirləş. Əgər günəş qürub etməsə, insanlar aram olmazdılar. Onlar hər şeydən çox bədənin, sinirlərin və qidanın həzm olması üçün möhlətə və qidanın bütün üzvlərə yetişməsinə möhtacdır. Həm də əgər qürub olmasaydı, insanın tamahı onu həmişə işləməyə məcbur edərdi. Əgər gecə olmasa insanların çoxu mal yığmağa həris olduqlarına görə bir yerdə qərar tutmazdılar.
Həmçinin yer günəşin həmişəlik şüasından qızırdı və bütün canlılar onun hərarətindən məhv olardılar. Bəs hakim Allah belə məsləhət bilmişdir ki, günəş bir vaxt çıxsın və bir zaman gizlənsin. O bir ocaq kimidir ki, ev əhli lazım olanda yandırır və istirahət etmək istəyəndə söndürürlər. Bir-birinə zidd olan nur və zülmət bu cür itaətdədirlər ki, onlar birlikdə dünyanın nizamını təmin edirlər.
Ilin dörd fəslinin faydası və hikməti
Ilin dörd fəslinin meydana gəlməsi üçün günəşin nə qədər əhəmiyyətli olması və onlarda gizlənmiş sirrlər haqda təfəkkür et. Qışda hərarət ağacların daxilinə qayıdır. Qışda hava qarışır və yağış yağır. Baharda havalar qızır, otlar çıxır və ağaclar çiçək açır.
Yayda hava çox isti olur və meyvələr yetişir. Bədəndə olan artıq maddələr bu fəsildə xaric olur. Bu vaxt yer tikib düzəltmək üçün hazır olur.
Payızda hava saf olur. Xəstəliklər uzaqlaşır. Insanın bədəni sağlam olur. Gecə uzanır. Insanın bədəni sağlamlığa doğru gedir və insanın payızda əhvalı yaxşı olur. Hava mülayim olur. Başqa hikmətlərdə vardır ki, onları zikr etməyə fürsət yoxdur.
Günəşin hərəkətinin vasitəsi ilə fəsilləri və günləri tanımaq
Indi də bir ilin əmələ gəlməsi üçün günəşin on iki bürcdə hərəkəti və onda gizlənmiş tədbirlər haqda fikirləş. Bu hərəkət fəsillərin əmələ gəlməsinə səbəb olur. Günəşin hərəkətinin nəticəsində dənli bitkilər və meyvələr yetişir. Bir il, günəşin ulduzdan ulduza qədər olan hərəkətidir. Dünya yaranandan indiyə qədər həmin il və aylar zamanın ölçü vasitəsidir. Insanlar da bütün işlərini onunla tənzimləyirlər.
Əgər məşriq və günəşin çıxışı bir yerdə olsadı, onun şüası və mənfəəti başqalarına yetişməzdı. Çünki, dağlar və dərələr onun nuru ilə örtülərdi. Bəs belə məsləhət olunmuşdur ki, günəş günün əvvəlindən məşriqdən çıxır və məğribə tərəf yaxınlaşdıqca onun nuru hər tərəfə yayılır.
Əgər günəş bir il ya ilin bir hissəsini çıxmasa onda insanların.halı necə olar? əslən insanlar yaşaya bilməzlər.
Ay, Qəməri ayların əmələ gəlməsinin amilidir
Aya nəzər sal. Ay açıq-aydın bir dəlildir ki, insanlar qəməri aylarını tanımaq üçün ondan bəhrələnirlər. Və ilin hesabı onunla tənzimlənir. Çünk onun hərəkəti fəsillərin əmələ gəlməsi və meyvələrin yetişməsi üçün kifayət deyil. Ona görə də qəməri ayları və illəri günəş ayları və illərindən fərqlənir. Ona görə də qəməri aylar bəzən qışa və bəzən yaya təsadüf edir.
Gecənin qaranlığında ayın nuruna olan ehtiyac haqda fikirləş. Canlıların istirahət etməsi və onlara görə havanın istiliyinin azalması üçün qaranlığa ehtiyac olmasına baxmayaraq məsləhət olmadı ki, gecələr qaranlıq hər yerə hakim olsun. Çünki insanların çoxu gecələr işləyir. Həm də bəzən gündüzlər hava həddindən artıq isti olur. Ona görə də işlərin çoxu gecə görülür. Məsələn: Torpağı belləmək, ağac əkmək və sair.
Ay bəzi gecələr çıxır və bəzi gecələr çıxmır. Bununla belə onun nuru günəşin nuruna çatmır. Ona görə ki, insanlar gecənin rahatlığından məhrum olmasınlar. Allah-Taalabelə məsləhət bilmişdir ki, ay bəzən görünür və bəzən görünmür, bəzən çox saçır və bəzən az. Bütün bunlar xaliqin qüdrətinə bir dəlildir ki, cahanın və canlıların xeyrinə görə onu belə yaratmışdır. Bəlkə ibrət əhli ondan ibrət dərsi alalar.
Ulduzlar və onların bəzilərinin tək və bəzilərinin birlikdə hərəkəti
Ey Müfəzzəl! Ulduzlar və onların müxtəlif hərəkətinə diqqət et. Onların bəzisi öz xəttindən kənara çıxmır və ulduzlarla birlikdə hərəkət edir. Bəziləri isə ayrı bir yolla hərəkət edir. Ulduzların hər birinin 2-müxtəlif yolu vardır: biri ümumi yoldur ki, məğribə tərəf, o biri isə ayrılıqda məşriqə tərəf hərəkət edir. Bu qarışqanın dəyirman daşının üstündəki hərəkətinə oxşayır. Bu vaxt daş sağ tərəfə, qarışqa isə sol tərəfə fırlanır. Bu vəziyyətdə qarışqanın 2-müxtəlif yolu vardır. Biri öz-özünə olan yoludur ki, o qarşısına diqqət edir. O biri isə icbari hərəkətdir ki, dəyirman daşı qarışqanı onun hərəkətinin əksinə fırladır.
Batil əhlindən soruş ki, ulduzların bu hərəkətləri və nizam-intizamı təsadüfən ya öz-özünə yaradılmışdır? Əgər belədirsə, niyə onlar bir yerdə hərəkət etmirlər və niyə onlar bürclərlə birlikdə hərəkət etmirlər? Bəs necə bu dəqiq və hesablanmış iki hərəkət yaranmışdır? Bunlar bu hərəkətlərin hədəfli, hikmətli və hesablanmış olmasına bir dəlildir. Əgər bir kəs soruşsa: Niyə ulduzların bəziləri cəm halda və bəziləri isə yerdəyişmə şəklində hərəkət edirlər?
Cavab veririk: Əgər bütün ulduzlar cəm halda hərəkət etsələr, daha ulduzların yerdəyişməsindən və onların bürcdən- bürcə yerini dəyişməsindən bəhrələnə bilməzdik. Cünki günəşin və ulduzların yerini dəyişməsi vasitəsi ilə dünyada baş verən hadisələri dərk etmək olar. Həm də əgər ulduzların məzilləri olmasaydı, onları tapmaq olmazdı. Necə k, müsafir bir mənzilindən başqa mənzilə səfər edir. Onun yolu bu mənzillər vasitəsi ilə tanınır. Əgər bu nizam-intizam olmasaydı, bu hərəkətin faydaları aradan gedərdi. Bu vaxt biri deyə bilər ki, onlarda zikr edilən cəhətlər təsadüfüdür. Hərəkətlərin müxtəlifliyi və onlarda gizlənmış faydalar, özü onların hikmətli olmasını sübut edən böyük bir dəlildir.
Bəzi ulduzların faydaları
Surya, cuza, şəri və süheyl kimi ulduzlar ilin bəzi hissəsini gizlənir və bəzi hissəsini isə zahir olur. Əgər onlar birlikdə eyni zamanda görünsələr, insanlar onların heç birindən yol tapmaq üçün istifadə edə bilməzdi. Bu ulduzların (surya, cuza) aşkar olmasından insanlar xüsusən gecələr çox istifadə edilir. Surya ulduzlarının zahir və gizli olması özü də xaliqin bir məsləhətidir. "Yeddi ulduz” isə səmada həmişə görünür. Çünki bu məcmuə səhrada və dənizdə tanınmayan yolları tapmaq üçün nişanədir. Bəs hər iki işin özünə məxsus xüsusiyyəti vardır. Bunların başqa faydalrı da vardır. Məsələn: əkinçilər, bağçılar və müsafirlər küləyi, istini və soyuğu bunların köməyi ilə təyin edirlər. Əgər günəş ay və ulduzlar bizim yaxınlığımızda hərəkət etsəydilər. Onların parıltısını və ulduzların güclü nurunu yaxşı dərk edərdik. Onların bu cür yaxın olması görəsən bizim gözlərimizə zərər yetirməzdimi?
Allah-Taalaməsləhət bilmişdir ki, ulduzların hərəkəti uzaq nöqtələrdə olsun. Və onlar insanların gözünə ziyan yetirməsin: Ulduzlar lazımı qədər hərəkət etmək üçün onların nurunun çox az bir hissəsi bizə gəlib çatır. Əgər ay olmasa insan ulduzların vasitəsi ilə yolu görə bilsin.
Allahın işlərində olan hesab-kitaba diqqət et. Qaranlıq üçün müəyyən bir vaxt təyin etmişdir. Çünki ona ehtiyac vardır. Və bu qaranlığın arasında şərh etdiyimiz ehtiyaclara görə bir qədər nur yaratmışdır.
Günəş, ay və ulduzlar allahı isbat edən dəlillərdir.
Bu mənzərəyə (günəş, ay, ulduzlar və bürclər) nəzər sal. Gör necə onlar daim dünyanın ətrafına fırlanırlar. Və bunun nəticəsində gecə-gündüz və dörd fəsil əmələ gəlir. Yer və bütün canlılar (heyvanlar və bitkilər) şərh verdiyim kimi onlardan bəhrələnirlər.
Heç bir aqil insan fikirləşmir ki, bu təqdir və dəqiq hesab bir həkim və müdəbbir şəxsin işidir?
Bir kəs desə ki, nə olardı əgər bütün bunlar təsadüfü olardı. Gərək onun cavabında deyilə: niyə bu söz ağacların və otların sulanması üçün istifadə olunan çarx haqqında deyilmir? Taxtadan olan bu dolab və çarx məgər hikmətsiz və ya öz-özünə yaranmışdır?
Gecə və gündüzün vaxt saatları
Ey Müfəzzəl! Gecə və gündüzün vaxtı və insanlar üçün onda olan hikmət haqda fikirləş. Gecə və gündüzün vaxtı 15 saatdan artıq deyil. Əgər gün yüz ya iki yüz saat çəksəydi, nə olardı? Bu vaxt bütün canlılar məhv olmazdımı? Insanın məhv olmasına, onun işdən əl çəkməsinə və heyvanların otlamaqdan uzaqlaşmasına səbəb olardı. Bu da onların həlak olması ilə nəticələnərdi.
Gecə də belədir. Əgər gecə çox uzansa, heyvanlar hərəkətdən və çalışmaqdan qalarlar və aclıqdan ölərlər. Otlar da öz təbii hərarətini əldən verib, məhv olardı.
Isti və soyuq və onların faydaları.
Isti və soyuq gör necə dünyanı qoruyurlar. Bu iki-şey fəsillərin əmələ gəlməsinə və il boyu havanın müxtəlif olmasına səbəb olur. Çünki bu bütün canlıların xeyrinədir. Isti və soyuq həm də bədənlərin möhkəm olmasına səbəb olur. Əgər isti və soyuq olmasa və bədənləri soyuq və isti etməsə onlar məhv olarlar.
Gör necə bunlar yavaş-yavaş bir-birinin ardınca əmələ gəlir. Əgər bunlardan biri, birindən daxil olsa (isti qurtarmamış soyuq birdən daxil olsa) çoxlu xəstəliklərə səbəb olar. Bu iş ona bənzəyir ki, sizlərdən biri çox isti bir hamamdan çıxıb, çox soyuq bir yerə daxil olur. Şübhəsiz ki, bu iş böyük ziyana və xəstəliyə səbəb olar.
Bəs Allah-Taalabelə məsləhət bilmişdir ki, isti və soyuq yavaş-yavaş daxil olsunlar. Bu mövcudları da zərərdən və xəstəlikdən qorumaq üçündür.
Əgər bir kəs deyə: Bu iş günəşin yavaş-yavaş hərəkət etməsi və onun yerlə olan fasiləsinə görədir? Onda gərək ondan soruşaq: Niyə günəşin hərəkəti və onun yerlə olan fasiləsi bu cür yaradılmışdır? Əgər günəşin nurunun tədriclə yerə çatmasını və məşriqlə məğribin arasında olan fasiləni dəlil gətirsə gərək bu işin səbəbini də ondan soruşaq. Hər nə cavab versə, yenə də bu sual ortaya çıxacaq. Niyə belədir? Ya varlıq aləminin tədbirlə və hədəflə olması isbat olunur.
Əgər istilik olmasaydı, bərk, acı və yumşaq meyvələr yetişməzdi: Əgər soyuq olmasaydı, tarlalar bu cür cavan qalmazdı, dənli bitkilər yetişməzdi.
Isti və soyuq bütün bu xeyrlərlə yanaşı insanı yenə də xəstələndirir. Bu ibrət əhli üçündür.
Külək və onda olan xüsusiyyətlər
Ey Müfəzzəl! Səni külək və onun xüsusiyyətlərindən agah edirəm. Külək dayandığı zaman, insanlar xəstələnir, meyvələr məhv olur və bütün dənli bitkilər faydasız olur. O, öz arxasınca "vəba” gətirir. Bəs küləklərin əsməsi yaradanın hikmətindəndir.
Səni havanın başqa bir xüsusiyyəti ilə xəbərdar edirəm. Cisimlərin bir-birinə dəyməsi nəticəsində hava da "səs” yaranır və hava onu qulaqlara yetirir. Insanlar bu səslə bütün işlərini görürlər.
Əgər bu sözün əsəri, kağızın üzərində qalan yazı kimi havada qalsa, insanların bütün zərərləri tamam olardı. Sözlər yazıdan çox olduğundan Allah-Taalahavanı sözlərin daşıyıcısı qərar vermişdir. O, vaxt ki, onu məhv edir, yerində ağ və təmiz edir. Bu iş kəsilmədən davam edir.
Həmin havadan və onda gizlənmiş məsləhətdən ibrət dərsi götür. Hava bədənlərin həyat amilidir. Canlılar onunla nəfəs almaqla diri qalırlar.
O, səsləri çox uzaq fasilələrdən gətirir, məxsus iyləri bir yerdən başqa yerə aparır. Görürsən ki, külək əsən yerdən iy gəlir. Hava aləmin xeyrinə olan istini və soyuğu qəbul edir. Əsən külək də havanın cinsindəndir. Külək bədənləri sərinlədir və buludları bir yerdən başqa yerə aparır. Və nəticədə yağış yağır. O vaxt ki, yağış yağdı, külək buludları pərakəndə edir. Ağacları sulayır, gəmiləri hərəkətə gətirir, yeməkləri yeməli edir. Xülasə hər şeyi dirildir. Əgər külək olmasa otlar solar, canlılar ölər və hər şey xarab olar.
Ey Müfəzzəl! Allah-taalanın dörd cəvahir üçün geniş şəkildə yaratdığı yatağa nəzər sal. Əgər yer bu cür geniş olmasaydı, insan məskənləri, tarlalar, otlaqlar, faydalı və hesabsız mədənlər harda yerləşərdi? Kim bu qupquru çölləri və dəhşətli səhraları yaratmışdır. Bu yerlər heyvanların, insanların məskəni və otlaqlardır. Saraylara və behiştlərə çevrilmiş çoxlu səhraları vardır ki, insanlardan bəziləri orda yaşayırlar. Əgər yer geniş olmasaydı, insanlar giriftar olardı. Əgər zərurət olsa, öz məkanların dəyişə bilməzdilər.
Yerin yaranışına və formasına diqqət et. Yer elə aramdır ki, eləbil hərəkətsiz və sakitdir. Bir şeyin sabit qalması üçün yer çox münasibdir. Insanlar onun üzərində rahat çalışır və istirahət edirlər. Əgər yer hərəkətdə olsaydı insanlar onun üstündə heç bir iş görə bilməzdilər. Hətta yaşaya da bilməzdilər.
Əgər bir kəs desə ki: Niyə yerdə zəlzələlər olur? Gərək onun cavabında deyilə: Bunlar insanların qafil olmamamsına və qorxuya düşməsi Özlərini üçündür. Allahın qüdrəti müqabilində zəif özlərin hesab edib, günahdan çəkinsinlər deyə belədir. Bütün bəlalar və giriftarçılıqlar həmin şeyə görədir. Bu onların xeyrinə və insanları istiqamətlindirmək üçündür. Daş da bu cürdür. Amma onun yerdən fərqi budur ki, daş çox qurudur. Əgər yer daş kimi olsaydı onun üzərində heç nə bitməzdi.