İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1820
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » 2011 » November » 27 » İmam Hüseynin (ə) əxlaqi görüşləri
    2:52 PM
    İmam Hüseynin (ə) əxlaqi görüşləri
    BİRİNCİ HİSSƏ
    ALLAH VƏ HÜSEYN (əleyhissalam) EŞQİ
    Eşq elə bir atəşdir ki, ürəyə düşən kimi, sevdiyindən başqa hər şeyi yandırar; aşiq eşqin səsindən özgə bir səs eşitməz, sevgilisindən başqa birisini görməz.



    Eşq pərdə arxasında saz çalar,
    Hanı elə bir aşiq ki, o səsi eşitsin?
    Bütün dünya onun nəğməsinin sədasıdır,
    Kim belə uzun bir səda (nəğmə) eşitmişdir?
    Hər zərrənin dilindən onun sirrini
    Sən özün eşit ki, mən sözgəzdirən deyiləm.
    Əgər kimsə azadlıqsevənlərin sərvəri Hüseyn ibni Əli (əleyhissalam)-ı döyüş meydanında görsəydi, onun iti qılıncına biçib kəsəndə tamaşa etsəydi... Aşura günü hər neçə dəqiqədən bir, öldürülmüş bir adamın yanında durmasına və şəhidin qana bulanmış bədənini seyr etməsinə baxmayaraq, elə o vəziyyətdə bütün gücü və qüdrəti ilə, düşmənə həmlə edər və onun sədlərini yarıb dağıdardı. Əgər bir kəs belə bir səhnəni görsəydi, Hüseyni yalnız mübariz və döyüşkən bir insan kimi tanıyardı; bəlkə inanmazdı ki, bu polad əsəblər və dəmir iradə eşq və irfan məktəbində həqiqətin qüdrətinə, onun nəhayətsiz, məkansız və zamansız cəmalına və cəlalına elə vurulmuşdur ki, eşqin nurundan başqa və məşuqun simasından özgə heç nə görmür. Amma əslində məsələ başqa cürdür. Şəhid Hüseyn (əleyhissalam) bir gün "Ərəfat” vadisində, dağın ətəyində əzəmətlə dayandı, gözünü məşuqu Kəbəyə tərəf açdı. Lakin ona başqa bir gözlə baxdı, elə gözlə ki, ondan sənin və mənim xəbərim yoxdur. Eşqlə dolu bir ürəklə öz məşuqunun çöhrəsinə-Mütləq Həqiqətə tamaşa etməyə başladı ki, başqalarının o ürəkdən bir bəhrəsi yoxdur; o, pak və təmiz ruhunun maddi dünya ilə əlaqəsini kəsdi, "Ərəfat” vadisindən mənən pərvaz etdi, yüksəklərə qalxdı, ondan da ucalara uçdu, nəhayət, bütün varlığı, bütün sirləri və səmavi səltənəti, Mütləq Camalın işıltısından gördü və ixtiyarsız olaraq fəryad çəkdi:
    "İlahi, yaradılışın müxtəlif nişanələrindən, hadisələrin və olayların dəyişkənliyindən bildim ki, məni yaratmaqda məqsədin və istəyin bu olmuş: Öz əzəmətini, böyüklüyünü və qüdrətini hər şeydə mənə göstərəsən ki, Sənin hər yaratdığını görüm, Səni tanıyım və Səndən başqa heç nəyin təsiri altına düşməyim.”
    Başqa bir bəyanında bu mərtəbədən də yüksəyə qalxmış və bütün varlığı Haqqın Zatının intəhasız camal və cəlalının zühuru bilib belə demişdi:
    "Ey İlahi, təfəkkür və məşğuliyyət Sənin əsərlərinin (yaratdıqlarının) əzəmətinə doğru gedən yolu və müşahidələrimi məndən uzaqlaşdırır. Ona görə mənə elə bir xidmət mərhəmət et ki, məni Sənin cəmalını görməyə çatdırsın. Sənin Mütləq Zatına möhtac olan və özü Sənin varlığının kölgəsi olan əsərlər (yaradılmışlar) mənim üçün necə dəlil ola bilər? Məgər Səndən başqa Sənə mütləq möhtac olanların simasının şahidi və zühuru olurmu ki, o Sənin zühur və şühudun olsun? Sən nə zaman Öz bəndələrindən uzaq olmusan ki, Sənə bir dəlil axtaraq? O göz kor olsun ki, Səni özünün mühafizi kimi görmür və o bəndə ziyankardır ki, Sənin məhəbbət və eşqini almasın və camalının aşiqləri zümrəsində qərar tutmasın!”
    Bir gecə Hüseyn ibni Əli (əleyhissalam) atasının dostlarından biri ilə Məkkeyi-Müəzzəmədə nənəsi Xədiceyi-Kübranın qəbrinin yanına gəldi, göz yaşı axıtdı, sonra yanında olan Ənəsə belə söylədi:
    "Məndən və bu məkandan bir qədər aralan və məni tək burax.” Ənəs deyir: Mən bir kənara çəkilib gizləndim, Hüseyn namaza durdu, münacatı və namazı uzun çəkdi. Eşitdim ki, deyir:
    "Ey Pərvərdigar, Sən mənim–Öz bəndənin mövlasısan, Öz kiçik quluna rəhm elə ki, onun pənahgahı Sənsən.”
    "Ey böyük sahib, Sənin üstünlüklərin mənim arxamdır. Xoş o adamın halına ki, Sən onun mövlasısan!”
    "Xoş o adamın halına ki, Səndən qorxur, gecələr oyaqdır və öz çətinliklərini Sənin dərgahına söyləyir.”
    "Və heç bir dərd və xəstəlik onun öz mövlasına olan eşqindən artıq deyildir.”
    "Kim hər zaman öz qəm-qüssəsini bəyan etsə, Allahı onun cavabını verər və "ləbbeyk” deyər.”
    "Kim ki, gecənin qaranlığında dua etməyə və ağlamağa başlayarsa, Allah onu əziz sayar və Öz yaxınına buraxar.”
    Bu şərəfli münacatın davamı vardır, oxumaq istəyənlər İbni Şəhraşubun "Mənaqib” kitabına müraciət edə bilərlər.(Mənaqib”, 4-cü cild, səh.69; "Biharul-ənvar”, 44-cü cild, səh.193 (yeni nəşr).)
    QƏHRƏMANLIQ VƏ TƏVAZÖKARLIQ
    Dəmir iradə, polad əsəblər sahibi olan adamlara ən böyük hadisələr ən kiçik təsir belə göstərmir, həmişə hadisələr qarşısında dağ kimi möhkəmdirlər. Onlardan yumşaqlıq, mülayimlik və çox təvazökarlıq gözləmək olmaz.
    Ancaq çox az insanlar vardır ki, bu iki şeyə–qəhrəmanlığa və təvazökarlığa birgə malik olsunlar. Adi və sadə adamlar bu səhnənin qəhrəmanı deyildirlər ki, hər iki meydanda qələbə qazansınlar, xüsusən qüdrət və qüvvət onların ictimai məqamları ilə birləşdikdə.
    Amma şəhidlərin sərvəri Hüseyn (əleyhissalam) özünün bütün böyüklüyü, əzəməti və qüdrəti ilə bəzən təvazökarlıqda, yoxsullarla, çarəsizlərlə mehribanlıqda o yerə çatdı ki, peyğəmbərlər zümrəsində və əxlaq mürəbbiləri arasında ona bənzərini az tapmaq olar.
    Hüseyn ibni Əli (əleyhissalam) bir gün yoxsulların bir dəstəsinin yanından keçirdi. Süfrənin qırağında bir neçə dərviş oturmuşdu, tapdıqları çörək qırıntılarını yeyirdilər.
    Hüseyn (əleyhissalam) onlara salam verdi; onlar da cavab verdilər. O Həzrəti öz süfrələrinə, çörək yeməyə dəvət etdilər. Əziz Hüseyn (əleyhissalam) dərvişlərin süfrəsi qırağında oturdu. Onların yeməyindən bir loğma götürüb, yedi, bu kəramətli ayəni təlavət edərək təkəbbürlülərin burnunu torpağa sürtdü:
    "Allah təkbbürlüləri sevməz.”("Ən-nəhl”, surəsi, 23.)
    Sonra onların hamısını öz evinə dəvət etdi, onlara ləzzətli yeməklər yedirtdi, hər birinə təzə libas bağışladı və getmələrinə icazə verdi.("Nurüs-səqəleyn” təfsiri, 3-cü cild, səh.47; "Mənaqib”, 4-cü cild, səh.66.)
    Bu təvazökarlıq, kasıbları sevmək, zəiflərə nəvaziş, səmimiyyət və insansevərlik heç də əvvəlcədən hazırlanmış bir plan deyildi, yalnız məhrum bir təbəqəyə sevinc bəxş etmək məqsədi daşıyırdı. O, istəmirdi ki, adamlar onun təvazökarlığından danışsınlar və bunu günün mühüm xəbərləri sırasına çıxarsınlar. Fatimeyi-Zəhra (əleyha salam)-ın oğlu bu cür rəftarı və insansevərliyi böyük saymaqdan daha böyük idi, əyri-əskiyi də yox idi ki, bu yolla onu aradan qaldırsın. Riyakarlıq da onun müqəddəs təbiətində yox idi. Bu, bəlkə də əxlaq dərsi idi ki, cahan rəhbərlərinə öyrətdi, təlim idi ki, öz dostlarına və davamçılarına verdi və bununla da xudpəsəndlərin başına, sinfi zülmkarların və qəsdçilərin nizamına bir zərbə vurdu. "Mənaqib” kitabının müəllifi bu əhvalatı kiçik bir fərqlə nəql etmişdir, amma əsl mətləb bu bəyan olunan şəkildədir.
    NƏ QƏDƏR ÇOX OLSA DA, YENƏ AZDIR
    Ehtiyac içində olan bir nəfəri həyat, enişli-yoxuşlu izzət zirvəsindən endirib zillət içinə atmışdı; abrından başqa bir matahı yox idi və başqa yol da bilmirdi. Lakin bunu bilirdi ki, öz mənfəətini güdən, xudpərəst və vəzifə-məqam həvəsi ilə yaşayan bir cəmiyyətdə çox az adamlar var ki, imkan daxilində başqalarının abrının hifz olunması yolunda çalışsınlar, onlara nicat vermək yolunda çırpınsınlar, özləri əziyyət çəkib dostlarının rahatlığını istəsinlər; belə adamların başında böyük İslam Peyğəmbərinin xanədanı və onun əzəmətli şəxsiyyəti Hüseyn ibni Əli (əleyhissalam) dayanır; çarəsiz qalıb onun yanına gəldi və dərdini söylədi.
    İmam Hüseyn (əleyhissalam) dedi: "Qardaş, sənin xahişin və sualın mənə böyük göründü. Bilirəm, sənin mənim boynuma düşən qardaşlıq hüququn daha böyükdür, mənim qüdrət və sərvət əlim sənin məqam və böyüklük əlindən tutmaqda acizdir; və mənim bütün sərvətim sənin minnətdarlığını ödəyə bilməyəcəkdir.
    Sonra buyurdu: "Ey kişi, əgər indi hazır olan şeyləri məndən qəbul etmiş olsan, sənin bütün xahiş və istəklərini yerinə yetirmək üçün lazım olan səylərdən və zəhmətlərdən məni azad etmiş olarsan.”
    Kişi dedi: "Ey Peyğəmbərin oğlu, mümkün olan şeyləri səndən qəbul edirəm, bəxşişin və əta etdiyin şeylər üçün sənə minnətdarlığımı bildirirəm, əgər bunlardan məni məhrum etsən də, səni üzrlü sayaram.”
    İmam Hüseyn (əleyhissalam) göstəriş verdi ki, ehtiyacı olan şeyləri diqqətlə öyrənsinlər, mümkün qədər çox şey hazırlasınlar. Hesabdar əlli min dirəhəm hazırladı. Həzrət İmam Hüseyn (əleyhissalam) daha artıq diqqətli oldu. Buyurdu: "Dinarları dirhəmlərlə birlikdə bu kişiyə ver.”
    O da Həzrətin göstərişinə əməl etdi.
    Şəhidlərin Seyyidi bu kişi haqqında alicənablığını və böyüklüyünü o qədər yüksəltdi ki, hətta o kişinin o qədər dirhəmi və dinarı özünün aparmasına razı olmadı, nökərlərdən birinə bir əba bağışladı ki, onları götürsün və kişi ilə birgə onun mənzilinə çatdırsın.
    Həzrətin qulamlarından biri ərz etdi: "Yəbnə Rəsulillah, and olsun Allaha, bizim özümüz üçün bir dirhəm də pul qalmadı.”
    Həzrət buyurdu: "Ümid edirəm ki, bu işlə böyük bir əcr mənim nəsibim olacaqdır. "Məqtəl” (Xarəzmi), səh.153)
    Əziz oxucu, bu da İmamın qurucu məktəbindən bir proqram, öz böyüklüyündən bir dərs və Həzrətin üstünlüklərindən bir fəsildir ki, azadlıqsevənlər, xeyirxahlar gərək ondan ibrət götürsünlər. Bu qədər maddi yardım etmək eyni zamanda diqqəti cəlb etsə də hər şeydən mühümü azadələrin sərvərinin söhbət və rəftar tərzidir ki, öz müsəlman qardaşının abrını qoruyub saxlamaqda nümayiş etdirirdi, onun şəxsiyyətini və məqamını o qədər ucaltdı ki, sanki borclu idi.
    AYIQ ÜRƏKLƏR
    Günlər, həftələr, aylar, illər sürətlə ötüb keçir; bir dəstə adam həyatın naz-neməti və rifahı içində üzür. Amma binəvaların, səfillərin ürək parçalayan fəryadı asimanın geniş fəzasında ucalır və dalğalanır. Amma nə dalğa, nə hərəkət! Elə bir dalğa ki, minlərlə ah-nalə, əzab və dərdi özü ilə bu tərəfdən o tərəfə aparır ki, bəlkə onun üçün bir dərman axtarsın və ya bir ayıq adam tapsın, ona öz ürəyinin dərdini desin.
    Amma əfsus, bir ayıq ürək yoxdur ki, biçarələri xatırlayaraq döyünsün, onların halına yansın: yalnız cəmiyyətlə və adi insanlarla öz insani və imani əlaqələrini kəsməyən pak ürəklər hər yerdə və hər halda zəiflərin və binəvaların naləsini eşidirlər və onların köməyinə çatmağa tələsirlər.
    Bu ürəklərin kamil nümunəsi bir qəlb idi ki, özündə bütöv bir cahanı yerləşdirdi, aləmi öz sevdasının dalınca çəkib apardı və o, bir mərdin pak sinəsində döyünürdü ki, adı Hüseyn idi, Mühəmməd kimi düşünür, Əli kimi yaşayırdı.
    Hüseyn yalnız azadlıq və şücaət nümayişi, inqilab və ədalət rəhbəri deyildi; o eyni zamanda mehribanlığın, şəfqətin və qayğıkeşliyin isti ocağı hesab olunurdu ki, gecələr binəvalar üçün yemək-içmək aparırdı, onların yaralı ürəklərinə məlhəm qoyurdu və beləliklə, özünün inqilab məktəbinin tərəfdarlarına insanpərvərlik, mehribanlıq, qayğıkeşlik, ictimaiyyətçilik dərsi verirdi ki, insanlıq kəramətlərinin bütün sahələrində o Həzrəti İmam bilsinlər və özlərinin böyük rəhbəri kimi tanısınlar.
    Bu hərəkət, rəftar və əməllər bir dəfə, iki dəfə baş vermirdi, əksinə, o qədər təkrar olunurdu ki, mübarək çiyinlərində heybələrin izi görünürdü.
    Şüeyb Xüzai adlı biri dedi:
    İmam Hüseyn (əleyhissalam)-ın şəhadətə yetişməsindən sonra, dəfn zamanı mübarək çiyinlərində iz göründü, oğlu Əliyyibnil-Hüseyndən bunun səbəbini soruşdular, cavabında belə dedi:
    "Bu ona görədir ki, o (atam) həmişə öz çiyinlərində yemək dolu heybələri binəvaların, yetimlərin və kasıbların evlərinə daşıyırdı.”
    Ayıq oxucu! Bu iş nə qədər təkrar olunmalı və nə qədər ağır olmalıdır ki, onun təsiri (izi) ömrünün axırına qədər qalsın!
    İlahi, bizə o ləyaqəti və imkanları nəsib et ki, binəvaların qəlbinin dadına çataq, özümüzün bütün fikir, qüdrət, rəyasət və sərvətimizi yalnız özümüzün istəklərimizi və ehtiyaclarımızı təmin etmək üçün sərf etməyək, dünyanı özümüzün hesab etməyək.
    Və əgər bu ləyaqətimiz yoxdursa, eyblərimizi bizə anlat ki, öz nöqsanlarımıza diqqət yetirək; əgər bir kəsin əlindən tutmuruqsa, kimsənin ayağını sındırmayaq, bir xeyirə çatmırıqsa, zərər də vurmayaq.
    Yaxşı olardı ki, bu cəhəti də Hüseyn (əleyhissalam)-dan öyrənək ki, o da aləmlərə rəhmət kimi göndərilən öz böyük babasından öyrənmiş və rəvayət etmişdir:
    "İnsanlar Allahın ruzi yeyənləridir. Allahın yanında ən sevimli bəndələr o bəndələrdir ki, Onun ruzi yeyənlərinə xeyir verir və ailəni şad-xürrəm edirlər.”("Cəfəriyyat”, səh.193)
    İSLAHIN İKİ AMİLİ
    Yaxşılığı və yaxşı insanları təşviq, pisliyi və pisləri tənqid etmək, əgər yerindədirsə və şəxsi qərəzdən uzaq baş verirsə, cəmiyyətin islah olunmasında və təkmilləşməsində iki güclü və təsirli amildir. Böyük şəxsiyyətlər, pislikdən və pis şəxslərdən qaçdıqları ilə yanaşı, hər yaxşını və yaxşılıqları təşviq etməkdə səy göstərirlər.
    Fərdlərə və əşyalara etinasız yanaşamaq, lazım olan yerdə tərif və tənqid dilindən məhrum olmaq, ya mərifətsizlik, ya bədniyyətlilik və ya qərəzçilik və fəziləti gizləmək nişanəsidir.
    Əbdürrəhman Sami adlı bir müəllim şəhidlərin sərvərinin övladlarından birinə "Fatihə” surəsini öyrədirdi. Uşaq İmamın hüzurunda surəni çox kamil şəkildə qiraət etdiyi zaman İmam Hüseyn (əleyhissalam)-ın çox xoşu gəldi. Müəllimi təşviq və Quranı öyrətmək məqamını təqdir etmək üçün göstəriş verdi ki, o Quran müəlliminə mükafat və böyük xələt versinlər, özü isə ona faxir və qiymətli libaslar bağışladı və bahalı dürr əta etdi.
    Dardüşüncəli şəxslərdən biri buna etiraz etdi və Quranın bir surəsi müqabilində bu bəxşişi və mükafatı böyük və həddindən çox saydı. Deyəsən etiraz edən şəxs bu məsələni bazar, al-ver qiyməti ilə müqayisə etdi. Ancaq elm və Quran evində böyümüş şəhidlərin sərvəri elmin, mərifətin və Quranın əzəmətini nəzərə aldı və belə buyurdu: "Axı bu miqdarda hədiyyə hardan onun təlim haqqını ödəyə bilər?” Sonra o, səxavəti, bəxşişi tərif və xəsisliyi məzəmmət edən bu şerləri oxudu:
    "Dünya öz səxavət əlini sənə uzadanda, sən də dünyada səxavətli ol;
    Sərvət əlindən çıxmamış sən də bütün insanlara qarşı həssas ol.
    Bil ki, dünya sənə xoş üz göstərəndə, səxavət sərvəti məhv etmir.
    Əgər dünya sənə arxa çevirsə, xəsislik sərvəti saxlaya bliməz.”("Mənaqib”, 4-cü cild səh.66 (Qum Elmiyyə Hövzəsinin çapı).)
    ALLAH ƏDƏBİ
    İlahi ədəblə tərbiyə olunmuş böyük və görkəmli şəxsiyyətlər böyük və ya kiçik olan hər bir işdə Allah kimi hərəkət edirlər; heç vaxt yaxşılıqları-nə qədər kiçik olsalar da belə-unutmurlar, pislikdən və cinayətkarlardan intiqam almaqda və onlarla mübarizədə də tələsmirlər, əksinə, ən kiçik bir üzrlə və xahişlə böyük xətaları bağışlayırlar, ən kiçik bir yaxşılığa, mehrə və ədəbə böyük hədiyyələr verir, bəzən bir dağı bir saman çöpünə bağışlayırlar. Onlar əfv etməkdə elə bir ləzzət tapırlar ki, bu, intiqamda əsla mümkün deyildir. Hədiyyədə də heç vaxt əməlin kiçikliyinə və tərəfi-müqabilin əhəmiyyətsizliyinə diqqət yetirmirlər. Onlar həmişə Pərvərdigarın razılığını, əzəmətini, böyüklüyünü və öz uca şəxsiyyətini, uzaqgörməyənlərin xoşuna gəlməsə də, əməlin ölçüsü hesab edirlər.
    Bu məsələdə yenə də Şəhidlər sərvəri Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in və Əli (əleyhissalam)-ın evinə və ocağına baş vuraq, şəhidlərin sərvəri əziz Hüseyn (əleyhissalam)-ın məktəbindən bir nümunə nəql edək. Şəhidlərin seyyidinin qulamlarından biri bir cinayət törətmişdi ki, işgəncəyə və cəzaya layiq idi. İmam Hüseyn (əleyhissalam) əmr verdi ki, ona cəzalandırsınlar. Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) xanədanının əhval-ruhiyyəsindən və böyüklüyündən xəbərdar olan qulam dərhal bu ayəni oxudu: "Öz qəzəbini udan bəndələr...”
    Hüseyn (əleyhissalam) buyurdu: "Onu azad edin!”
    Qulam bu ayəni oxudu: "Onlar ki, insanları əfv edirlər...”
    Hüseyn (əleyhissalam) buyurdu: "Səni bağışladım.”
    Qulam bu ayəni oxudu: "Allah yaxşı əməl sahiblərini sevir.”
    Hüseyn (əleyhissalam) dedi: "Sən Allah xatirinə azadsan və sənə indiyə qədər verdiyimdən iki dəfə çox haqq verməyi qərara aldım.”
    BİR ÜRƏYİ BİR DƏSTƏ GÜLƏ BAĞIŞLADI
    Ənəs deyir: Hüseyn ibni Əli (əleyhissalam) ilə oturmuşdum. İmamın kənizlərindən biri otağa daxil oldu və bir dəstə gülü İmama təqdim etdi. İmam o kənizə buyurdu:
    "İndi sən Allah xatirinə azadsan.”
    Ənəs irad tutdu və dedi: "O sənə bir dəstə gül təqdim edir, sən onu azad edirsən?” Deyəsən o, bu müamiləni bazar və ticarət hesabı ilə ölçdü: əxlaq məktəbindən, insanlıq kəramətindən, təbin şərafətindən, ailə nəcabətindən qəflət etdi, etiraz elədi.
    Hüseyn (əleyhissalam) buyurdu:
    "Bu elə bir ədəbdir ki, Allah bizə (Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) xanədanına) öyrətmişdir və belə buyurmuşdur:
    "Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın.”("Nisa” surəsi, 86)
    Gül hədiyyəsindən daha yaxşı hədiyyə onu azad etmək idi.
    SƏRVƏT VƏ ONDAN SUİ-İSTİFADƏ
    Ümumiyyətlə insanlar-qadın, kişi, böyük, kiçik, şəhərli, kəndli, alim və cahil hamısı təbiətən malı, sərvəti, pulu və vəzifəni sevirlər. Az adam tapılar ki, bu ilahi qanundan istisna olsun. Cahan malsız, sərvətsiz, qadınsız və övladsız közəl simaya malik olmaz.
    Qurani-Kərim "Kəhf” surəsində buyurmuşdur:
    "Mal-dövlət və övladlar bu dünyanın zinətidir.”("Kəhf” surəsi, 46.)
    "Qadınlar, uşaqlar, qızıl-gümüş xəzinələri, yaxşı cins atlar, mal-qara, əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Lakin bütün bunlar dünya həyatının keçici zövqüdür. Gözəl qayıdış yeri isə Allah yanındadır.”("Ali-İmran” surəsi, 14.)
    "Əraf” surəsində belə buyurulmuşdur:
    "Ya Peyğəmbər de ki: Allahın Öz bəndələri üçün yaratdığı zinəti və pak ruziləri kim haram etmişdir? De ki: bunlar dünyada iman gətirənlər üçündür. Qiyamət günündə isə xalis şəkildə ancaq möminlərə məxsusdur.”("Əraf” surəsi, 32.)
    Qurani Kərim bu nemətlərin və dünyəvi həyat vasitələrinin iman sahibi olan şəxslərə məxsus olduğunu aydın surətdə göstərmiş, bu nemətlərin ən xalisinin və ən təmizinin Qiyamət günü onların ixtiyarına qoyulacağını müjdə vermişdir.
    Pəhrizkarların rəhbəri İmam Əliyyibni Əbi Talib (əleyhissalam) buyurmuşdur:
    "Agah olun ki, sərvət, nemətlərdən biridir.”("İsna-əşəriyyə”, səh.7)
    Doqquzuncu İmam Həzrət Cavad (əleyhissalam) buyurmuşdur: "Dörd şey vardır ki, insana işdə və fəaliyyətində köməklik göstərir: sağlamlıq, ehtiyacsızlıq, bilik və ilahi tovfiq.”("İsna-əşəriyyə”, səh.171)
    Ancaq bu cəhəti nəzərə almaq lazımdır ki, dünyəvi sərvətin, malın və zinətin tərifi, öyülməsi və cəmiyyətin təkamülündə zəruri sayılması heç də onlardan sui-istifadə edilməsi mənasında deyildir: qürur və xudpəsəndlik doğuran, Allahı yad etməyi unutduran sərvət zahirən qəşəng və aldadıcı, batinən isə öldürücü olan ilan kimidir.
    Ona görə də sərvətə, sərmayəyə qarşı mübarizə aparmaq üsulu islamın danılmaz qanununa ziddir; əksinə, başqa nemətlər kimi çox böyük nemət olan elmdən, qüdrətdən və sözün nüfuzundan sui-istifadə etməyə qarşı mübarizə aparmaq lazımdır.
    Bilik və qüdrət kimi sərvət səfeh, yaramaz adamın əlinə düşsə, cəmiyyətdə elə bir tüğyan və itaətsizlik əmələ gətirər ki, o, Allahlıq iddiası edər və Firon kimi "mən sizin ən uca Rəbbinizəm” deyib, dad çəkər, öz iqtisadi və maddi qüdrətinin bu iddianı etməyə ona icazə verdiyini sanar.
    Qurani-Kərim Fironun dilindən hekayət etdiyi kimi:
    "Məgər Misir səltənəti (saraylarının) altından axan bu nəhrlər mənim deyilmi? Məgər mənim qüdrətimi görmürsünüzmü?” ("Zuxruf” surəsi, 51.)
    Quran sərvətpərəstlikləri nəticəsində Allahı unutmuş, Onun böyük nemətlərindən insanların xeyri və səadəti yolunda sərf etməyən adamlar haqqında belə buyurmuşdur:
    "Qızıl və gümüş toplayan və onu Allah yolunda xərcləməyənləri dərdli bir əzabla müjdələ.”("Tövbə” surəsi, 34.)
    "Vay olsun bütün məzəmmət edən və eyb axtaran adamların halına ki, var-dövlət toplayır və güman edirlər ki, sərvətləri və mal-mülkü onları ölümdən xilas edəcək, dünyada onları daimi yaşadacaqdır. Amma bu, belə deyildir. Əksinə, onlar cəhənnəm odu içinə atılacaqdır.”
    Cəmiyyətlərin puçluğu və məhvi, məmləkətlərin viranəyə dönməsi o zaman başlayır ki, sərvətlilərin, rifah axtaranların və əyyaş adamların bir hissəsi Allah verən nemətdən və sərvətlərdən sui-istifadə edir, özləri üçün əyləncələr, gecə məclisləri düzəldir, xalqın işlərindən və cəmiyyətin rifahından xəbərsiz olur, təbəqələr arasında bir uçurum əmələ gətirir və beləliklə, öz millətlərinin məhvinə bais olurlar.
    Xudavəndi-aləm bu qəbil adamlar haqqında belə buyurmuşdur:
    "Əgər Biz bir məmləkəti (və ya şəhəri) məhv etmək istəyiriksə, onun naz-nemət içində yaşayan başçılarına verdiyimiz əmrlərdən sonra, yenə fisq və günah işlərə əl uzadarlarsa, o zaman onlar haqqındakı vədəmiz və sözümüz sübut olar. Sonra onları məhv edərik.”("İsra” surəsi, 16)
    Gördüyünüz kimi, sərvət haqqındakı bütün məzəmmət və tənqid, ondan sui-istifadəyə, sərvətdən yanlış bəhrələnməyə aiddir, mal və sərvət sahibi olmağa yox! Nə olaydı ki, insanlar sərvət üzərinə cummaq və mal-dövləti məzəmmət etmək əvəzinə, mənfəət axtaranların, zəiflərin hüququna təcavüz edənlərin qarşısını almağa, onları İslamın ali təlimləri yoluna və asimani cəzalara, Quran qanunlarından istifadə etməyə çalışaydılar, İslamın, müsəlmanların, qardaşların, qonşuların və yoxsulların qanuni hüquqlarını müdafiə edib və sərvətdən şəri üsulla istifadə edəydilər, sərvəti, malı və vəzifəni məqsəd yox, vasitə sanaydılar. Çünki, həqiqi ilahi rəhbərlər cəmiyyətin islah olunmasında, fəsadın və puçluğun qarşısının alınmasında bu üsuldan istifadə etmiş və müəyyən qədər də müvəffəqiyyət əldə etmişlər.

    Category: İmam Hüseynin (ə) əxlaqi görüşləri | Views: 797 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019