İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2076
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » November » 27 » İmam Hüseynin (ə) əxlaqi görüşləri
    2:48 PM
    İmam Hüseynin (ə) əxlaqi görüşləri
    DİNDARLAR AZDIR
    Arzu və həqiqət arasında və ya obyektiv aləmlə düşüncə aləmi arasında məsafə, varlıqla yoxluq arasındakı məsafə kimidir və bu məsələ barəsində ən yaxşı meyar məhz budur.
    Bu geniş dünyanın hər yerində, hər təbəqə və qrup arasında iddia, arzu bazarı, həqiqət bazarından daha qızğındır və iddia, arzu meydanı həqiqət meydanından daha geniş olmuş və indi də belədir. "Oxşar fərdlərin hökmü həm icazə verilən (mümkün) və həm də icazə verilməyən (qeyri-mümkün) hökmlərdə eynidir” qanuna görə belə də olacaqdır.
    Hərçənd işin başlanğıcında istəkləri və arzuları real hesab etmək mümkündür və hətta istək sahibinin özü də özünün heç, puç olduğunu bəzən bilmir, lakin zaman keçdikcə hadisələr, ictimai-siyasi dəyişikliklər, enişlər-yoxuşlar bu fasiləni müəyyən edir.
    Hadisələrin həqiqətində bir məhək daşı (etalon) vardır ki, onda dəyərlərin xalis əyarı aşkar olur və hər iddiaçının istəyinin dəyərini onun özünə anladır, bəzən onu başıuca və bəzən də başıaşağı, xəcil edir. Yaxşı olar ki, təcrübə məhəki ortalığa gəlsin ki, saxtakar olan kəsin üzü qara olsun.
    Buna görədir ki, ağıllı, başa düşən və məlumatlı adamlar nəinki başqaları barədə, hətta özləri barədə də tələsik hökm çıxarmırlar, ictimai hadisələri və siyasi dəyişiklikləri izləyir və diqqət yetirirlər ki, bu hadisələrdən quru çıxa bilsinlər. Çünki, çox insanlar uzun müddət dostluq, məhəbbət və aşiqlik iddiası etmişlər, lakin öz məşuqları yolunda bir tikanın ağrısına dözə bilməmişlər və özlərini zəlillik girdabına salmışlar.
    Bu qrupun müqabilində elə insanlar olmuşlar (və indi də vardır) ki, cəmiyyətdə hesaba alınmırlar və xalq kütlələri onları tanımırlar, lakin hadisələrin qarşısında və kamal yolunda dağ kimi tərpənməz dayanmış, heç bir tikandan, çətinlikdən qorxmamış, nəinki səadət axtaran və həmişə hərəkətdə olan karvandan geri qalmış, hətta cəmiyyətin səadətə qovuşmaq yolunun sarvanı da olmuşlar.
    Qurani-Kərim cəmiyyətin bu iki müxtəlif simasını bizim üçün müxtəlif şəkillərdə bəyan etmişdir: Birinci qrupu köksüz, natəmiz ağaclara, ikinci qrupu isə sabit və köklü ağaclara bənzətmişdir.
    Həmçinin birinci qrup haqqında belə buyurmuşdur:
    "İnsanların bir qrupunun itaətkarlığı bir söz (məsələ) üzərindədir və o da maddi məsələdir. Əgər Allaha pərəstiş yolundan onlara bir xeyir gəlsə, ürəkləri sakit və aram olur. Əgər onlara bir çətinlik və ziyan dəysə, dindən üz döndərər və geri çəkilərlər. Sabit iradəsi olamayan adamlar bu dünyada və axirətdə ziyankardırlar və böyük ziyanları aşkardır.” ("Həcc" surəsi, 11)
    İkinci xüsusiyyətə malik olanlar haqqında belə buyurmuşdur: Möminlər İslam İnqilabına zidd partiya və qruplarla üz-üzə gələn və onların bəzi vədələrini görən zaman dedilər: "bu, həmin vəziyyətdir ki, Allah və Onun elçisi onu bizə müjdə vermişdir. Allahın və Peyğəmbərin vədəsi doğrudur.” Və bu mənzərə və vəziyyət nəinki onları süstləşdirdi, hətta onların imanını artırdı, iman gətirənlərin və onların ardınca gedənlərin vəfadar, mərdi-mərdanə, sədaqət və məhəbbətlə işlədiklərini gördülər. Onların bəziləri şəhid olub öz arzularına çatdılar. Bəzi başqaları Allahın çöhrəsinin, şəhadətin yüksək məqamına çatmaq və özlərinin al-qanlarına qəltan olmaq intizarını çəkmək üçün növbəyə dayandılar, o günü gözləməyə başladılar. Lakin hər halda Allaha və Peyğəmbərə olan bağlılıq, iman və məhəbbəti heç bir amil və heç bir məqamla dəyişmədilər və möhəm dayandılar. Möminlər içərisində elələri də var ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar verdikləri sözü əsla dəyişməzlər.”("Əhzab” surəsi, 23)
    Bu barədə də şəhidlərin sərvəri, cəsurların rəhbəri, Rəsuli Əkrəmin nəvəsi, rəşadətli Əlinin və Zəhranın (əleyhimussalam) övladının məktəbinə baş vuraq, onun ürəyəyatan və yaradıcı sözlərindən bir incəlik öyrənək.
    O Həzrətin yol yoldaşları eşq və aşiqlik yolunda uzun və uzaq mənzillər qət etdilər, lakin siyasi dəyişikliklər və hadisələr onların bəzilərinin əhval-ruhiyyəsində əks təsir buraxdı, onları dil dostu kimi tanıtdı, şəhadət və səadət süfrəsinin başında oturmaqdan məhrum etdi.
    Amma başqa bir dəstə İmam Hüseyn (əleyhissalam)-ın hamıya qayıtmaq icazəsi verən, azadlıq bəxş edən sözləri müqabilində sözə qüvvət bəxş etdi, eşqi və aşiqliyi kamal dərəcəsinə çatdırdı və atəşin kəlmələr söylədi.
    Bu mənzərə və qanlı səhnə onların imanını artırdı. Onların sözləri məqtəl kitablarında, habelə "Ədəbul-Hüseyn” kitabında müfəssəl bəyan olunmuşdur ki, Hüseyn (əleyhissalam)-a könül bağlayanlardan Hilal ibni Nafe adlı birisinin sözlərinə işarə edirik: "Ya Hüseyn! Biz öz Pərvərdigarımızın görüşündən ikrah etmirik, öz niyyət və məqsədimizdə möhkəmik, rəhbər seçməkdə öz fikir və düşüncəmizdə yanılmamışıq.”
    Bəzi tarixlərdə belə göstərilmişdir: "Ey Peyğəmbər oğlu, biz bəsirət və agahlıq üzündən sənin ardınca gəlmişik, öz Allahımızla görüşdən də narazı deyilik.” İmamın dostlarının buna bənzər və ya bundan daha maraqlı sözləri nəql olunmuşdur.”("Töhəful-üqul”, səh.145; "Hilyətul-övliya”, 2-ci cild, səh.539; "Ədəbul-Hüseyn”, səh.137)
    Bəli, sırf iddiaçılardan başqa bir şey olmayan, cəlal, vəzifə tamahı ilə yola düşən, Kərbəlanın qanlı inqilabından su, çörək, şöhrət, ad-san axtaran bir dəstə də bu alçaq arzularına və maddi məqsədlərinə çatmaqdan naümid olan zaman, İslam Peyğəmbərinin oğluna kömək etməkdən əl çəkdilər, hətta öz məktublarının altına imza atdılar və ya bitərəflik göstərməklə Zəhranın oğlunun al qanının tökülməsində iştirak da etdilər.
    Belə bir məqamda şəhadət məktəbinin, Kərbəlanın qanlı inqilabının əsasını qoyan, cəsurların sərvəri, Allah aşiqlərinin sarvanı Hüseyn ibni Əli (əleyhissalam) öz dolğun fikirlərini bəyan etdi və belə buyurdu:
    "Həqiqətən insanların çoxu dünyanın, (sərvətin) qulları və onun mətahına könül verənlərdir və o vaxta qədər ki, həyatları xoş keçir, dinə bağlılıq və əlaqə göstərirlər, lakin çətinliklərlə sınandıqları zaman dindarların sayı azalır.”("Töhəfül-üqul”, səh.145; "Hilyətul-övliya”, 2-ci cild, səh.539; "Ədəbul-Hüseyn”, səh.137)
    QALİB QƏHRƏMANLAR
    İnsan övladı dünyaya göz açdıqda azacıq qabiliyyətlərindən başqa heç nə nəyi olmur; nə bir iş bilir, nə bir yol tanıyır. Yaşlı adamların bütün silahlarından, hiylə və kələklərindən yalnız ağlamağı, onu da göz yaşı tökmədən ağlamağı bacarır; Hay-küy edir, eşidənləri öz köməyinə çağırır ki, onu çətinlikdən də ya məhv olmaqdan xilas etsinlər.
    "Allah sizi analarınızın bətnindən heç bir şey bilmədiyiniz halda çıxartı. Sonra sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükr edəsiniz.”("Nəhl” surəsi, 78)
    Amma meymunların, dovşanların və donuzların balalarına elə anadan olduqları və dünyaya gəldiklərinin birinci günü, qaynayıb coşan təbiət, həyat fəndləri öyrətdi və onlar düşməni, məkanı və zamanı tanıyıb bilən olurlar.
    Ancaq yaranmışların ən şərəflisi, cənab Adəm (ə) övladı bu cür zəruri təbii məsələləri öyrənmək üçün təbiət və təkamülün qapısı arxasında səf bağlayıb dayanmalı, həyat əlifbasını, cahanın yıxılıb durmaq işlərini az-az öyrənməlidir.
    Bu dəqiqliyə və dərin ibrət dərsinə malik Yaradanın kamil hikmətinin və yetkin dəlilinin əksinə olaraq, puç beyinlilər, fəlsəfə quraşdıranlar və nəzəriyyəbazlar insan və insan övladı ilə inək, uzunqulaq, meymun, pişik, çaqqal, dəvə, ilan, balıq, qarğa-quzğun arasındakı sərhəddi bir-birindən ayırmaq və hər qrupun təkamül yolunun Onun (Allahın) tərəfindən müəyyənləşdirlidiyini qəbul etmək istəmirlər. Hərçənd dünyanın bütün mövcudatı və Yaradının yaratdıqları quyruqlu, caynaqlı, uçan, otlayan, sürünən, yeyən, qaçan, yeriyən, xülasə, hamısı, əzəli karxanadan "kun fəyəkunu” (ol) düyməsi (əmri) vasitəsilə kamil hikmət və tam bir nizamla çıxmışdır ki, bu qəribə karxananın məhsullarından və istehsal etdiklərindən biri insandır. İndiyə qədər ən böyük ağıllar rəmz və möcüzələrlə dolu bu dəsgahın sirlərinə vaqif olmamış və onun Yaradıcısını olduğu kimi tanımamışdır. Amma dəqiq işlər, zərif, müxtəlif xilqətlər, bütün varlıqda müşahidə olunan, hesablanmış hər nizamdan daha dəqiq nizam-hamısı bir ağızdan deyir:
    "Yaranmışların ən gözəlini yaradan Allaha eşq olsun!” Ərəblər Onu "Allah”, (farslar isə "Xuda”, yəni "Özü gəlmiş”) deyə adlandırmışlar. Onu heç kəs yaratmamış və gətirməmişdir. Lakin bu cümləni də artırdılar: "Allahu əkbər” və nəhayət dedilər: "Ona bənzər bir şey yoxdur!” Onu hər təsəvvürdən və kamaldan daha üstün bildilər və Onun əzəmətinə münasib heç bir kəlmə və istilah tapmadılar və dedilər:
    "Ey xəyaldan, ölçüdən, güman və düşüncədən,
    Bütün deyilənlərdən, eşitdiklərimizdən və oxuduqlarımızdan üstün olan!
    Məclis tamam oldu, əmr sona çatdı.
    Biz eləcə Sənin vəsfinin əvvəlində qalmışıq (dayanmışıq).”
    Yaxşısı budur ki, bu barədə az danışaq və yaradılmışların ən böyüyünün ən böyük kəlamından, yəni əqli-küll və külli-əql olan islam Peyğəmbərindən söz açaq ki, belə buyurmuşdur:
    "Sənə layiq olan mərifət qədər Səni tanımadıq, Sənə layiq olan ibadət qədər ibadət etmədik.”
    Və insanlar da cahanın Yaradıcısı və böyük Tanrısı barədə o Həzrətdən hər nə soruşdularsa, Allahın əmri ilə qısaca belə cavab verdi ki, cəmisi dörd cümlədən artıq deyildir, ancaq onda hər şey var.
    "De: Allah birdir, O, ehtiyacsızdır, nə doğmur, nə doğulmayıb, Ona bərabər, tay heç bir kəs yoxdur.”
    Hər halda heç nəyə ehtiyacı olmayan, misilsiz və bənzərsiz olan Allah bu qəribə insanın, həddi-hüdudu olmayan yaradıcısı və bu danışan möcüzəsinin səbəbkarıdır ki, onunla başqa canlılar arasındakı sərhəddi və fasiləni heç bir şübhə və tərəddüdə yer qoymadan ayırmışdır; onun inək, quş, balıq və xüsusən meymunla heç bir qohumluğu yoxdur.
    Yoxsa insan övladları da Darvinin əqidəsinə görə öz əmi uşaqları sayağı (meymunlar kimi) doğulan kimi qaçmalı, yol getməli və anasının dalına minməli, güləşmək, düşməndən qaçmaq, gələcəkdə ehtiyacları olacaq sudan, oddan, müharibədən və münaqişədən, (istifadə etmək) fəndlərini öyrənməli idilər ki, heç olmasa yeməklərini kəsafətlə qarışdırıb səhv salmasınlar. Bir ailənin fərdlərində bütün bu qədər fərq və ayrı-seçkilik olmazdı. Məgər insan övladı nə günah etmişdi və təbiətin hansı atasını gordan çıxarmışdı ki, onu meymundan törəyənlərdən daha irəli çəkmək əvəzinə, daha da geri qoysun?
    Lakin aydındır ki, təbiətin təkamül qanununda ayrı-seçkilik yoxdur, ortalıqda qohumluq, yaxınlıq yoxdur, hər növ məxluq bir kamal-ləyaqət üçün yaradılmış və hər kamalın-ləyaqətin də özünə məxsus yolu vardır.
    Hər halda, bu insan övladları müəyyən bir istedada, qabiliyyətə malikdir və doğularkən hər şeydən xəbərsiz və tam cahil olan o, o qədər də uzun olmayan bir vaxtdan sonra gözü, qulağı, hər şeydən daha çox əqli və düşüncəsi vasitəsilə həyatın enişli-yoxuşlu yollarından necə xətər dolu təpələri bir-birinin dalınca arxada qoya, çətinliklərlə və maneələrlə döyüşə, yırtıcılarla çarpışa, sürünənlərlə əlbəyaxa olmağa qalxa bildi? O, təkcə maneələri öz yolu üstündən götürmədi, öz düşmənini meydandan qovub çıxarmadı, hətta böyük-böyük qüdrətləri cilovlaya, hər fürsətdən istifadə edə, hər mövcudatdan bəhrə götürə və qəhrəmanlıq nişanını qazana bildi.
    Qurani Kərimdə insan, adam və bəşər adlandırılan bu iki ayaqlı, iki gözlü və iki qulaqlı varlığın İranın 2500 illik tarixində fars dilində hələ xüsusi bir istilahı (adı) yoxdur.(Fars dilində "insan” kəlməsi üçün xüsusi bir istilah yoxdur; "mərdan” sözü isə bəzilərinin güman etdiyi kimi, adam və bəşər mənasında deyildir.)
    İnsan həyatın ilk günlərində ən adi məsələlərə bələd deyildi, onları heyvanlardan öyrənirdi: hətta öz qardaşının cəsədini dəfn etməyi qarğadan öyrəndi. Bəlkə toxuculuğu hörümçəkdən, ov etmək tərzini pişikdən, nəvazişlə sevməyi göyərçindən, musiqini gözəl bülbüldən, yaxud bəlkə də uzunqulaqdan öyrəndi. Bu gün isə o, elə güclü və qüdrətli olmuşdur ki, təbiətin əksər hadisələrini idarə edir, öz müəllimlərinə də artıq əhəmiyyət vermir, irəli gedir ki, hamının əlini arxasında bağlasın, heyvanların gözəl nəslini məhv etsin, dəryaları, səhraları, ətraf mühiti elə çirkləndirsin və nəhayət, yer üzünü uçan, yırtıcı və otlayan heyvanlardan boşaltsın və özü uzunqulaqların, itlərin, pişiklərin, çaqqalların və adamyeyənlərin canişini olsun və Peyğəmbərlərin də zəhmətlərini hədər etsin.
    Lakin bu ikiayaqlı və qüdrətli varlıq özünün dənizlərdə və fəzalarda hökmranlıq edən, bütün göz qamaşdıran və heyrətdoğuran qələbələrinə, qələbə qəhrəmanı kimi tanınmağına, bütün cəbhələrdə meydandan zəfərlə çıxmasına baxmayaraq, təəssüf, bir mübarizədə həmişə məğlubiyyətə uğramışdır və bu da nəfsin həvəsi, heyvani istəklər, özünüsevmək və özünübəyənmək təhlükələrindən ibarətdir. Adamların əksəriyyəti bu mübarizədə uğurlu fəaliyyət göstərməmiş, əksinə, heyvani meyllərin, pis əhriməni sifətlərin, qəzəbin və yırtıcılığın müqabilində bərk sınmış, məğlub olmuşdur.
    Çoxlu adamlar vardır ki, ağır daşları yerdən qaldırmış, dünya çempionu adı qazanmışlar, amma bir kaman qaşlının, bir dilbərin və ayüzlünün qıyqacı baxışı müqabilində elə əyilmiş, alçalmış, kiçilmiş və qəlbini əlindən vermişdir ki, ayağa qalxmağa belə qüvvəsi olmamışdır.
    Bəzən qüdrətli və qadir adamlar keşməkeşlərdə, müharibə və döyüşlərdə düşmən qarşısında bir dağ kimi möhkəmdirlər. Ancaq həmin adamlar başqalarının qəzəbi, şəhvəti, çirkin söz və rəftarı kimi, fəzilət və mənəviyyat düşmənlərinin müqabilində, bərk əsən külək qabağında saman çöpü kimi olmuşlar ki, indi onlardan heç bir əbədiyyət nişanəsi tapılmır.
    Bəli, çox az adamlar tapmaq olar ki, bütün bu səhnələrdən, döyüşlərdən, ruhi və mənəvi mübarizələrdən ilahi peyğəmbərlər və onların həqiqi ardıcılları kimi qalib, fateh və başıuca çıxmış və özünü heç vaxt heyvani istəklərə, nəfsini hava-həvəsə təslim etməmiş, qəzəb əsiri olmamışlar.
    Necə gözəl olardı ki, bu həssas və asimani mövzuda da əziz Zəhra (əleyha salam)-ın qəlbinin parəsi və Kərbəla şəhidinin evinə baş çəkək, azadlıqsevənlərin mənəvi qəhrəmanlıq, insani güzəşt və səxavət nümunələrindən söhbət açaq, onun bu məktəbinin davam etdirilməsi və əbədi olaraq qalması üçün də çalışaq, heç olmasa bir dəfə də olsa bu əxlaqi düşüncələri, görüşləri öz ictimai həyatımızda tətbiq edək, Hüseynin dostluğu və şəhidlər sərvərinin görüşləri yolunda bir addım ataq və onun dediklərini əməldə və işdə yerinə yetirək.
    Unutmayaq ki, "halva-halva deməklə ağız şirin olmaz”, deyiblər. Peyğəmbərlik məqamına bəslədiyi ədavət və düşmənçilik üzündən o Həzrətin əmisi Həmzənin ciyərini dişləri altına salan və buna görə "ciyəryeyən”(Ərəbcəsi: "akilətul-əkbad”) ləqəbi qazanmış Hindin oğlu Müaviyə ibni Əbisüfyan məktəbinin şagirdlərindən Əsam ibni Mustəliq adlı bir kişi vardı. Xülasə, Həzrət Mühəmmədə və onun xanədanına belə bir şəxsin məktəbindən ədavət və düşmənçilik dərsi öyrənmiş Əsam Mədinə şəhərinə varid oldu. Birdən Əliyyibni Əbi Talibin rəşadətli övladı və Fatimənin qəlbinin meyvəsi olan əziz Hüseynə rast gəldi. Bu görüş qəflətən baş verdi. Əsam bunu heç gözləmirdi də.
    Əsam ibni Mustəliq deyir: Hüseyni görəndə onun gözəl siması və görkəmi məni heyrətlənməyə və təəccüblənməyə vadar etdi. Lakin onun atasına qəlbimdə bəslədiyim qəzəb, kin və ədavət hissi dərhal üzə çıxdı, hərəkətə gəldi və mən belə dedim: "Sən Əbu Turabın oğlusan?”
    Hüseyn: "Bəli”-dedi və Əsam ədavətini büruzə verməkdən özünü saxlaya bilməyib cəsarətə gəldi, İmam Hüseynə və onun əziz atasına qarşı hörmətsizlik göstərdi. Lakin şəhidlərin sərvəri nəinki intiqam hissilə coşmadı, hətta çox mərdanə bir rəftarla düşməni elə utandırdı və məğlub etdi ki, bu, heç bir silahla müyəssər olmazdı.
    Düşmənin öz dilindən belə oxuyuruq: "Hüseyn mənə sarı elə bir nəzər saldı ki, ondan mehribanlıq və şəfqət yağırdı, mübarək simasında heç bir qəzəb və acıq nişanəsi görünmürdü və bu ayəni təlavət etdi:
    "Qovulmuş şeytandan Allaha pənah aparıram: Sən əfv yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər. Əgər sənə şeytandan bir fəsad toxunsa, Allaha pənah apar. Şübhəsiz, Allah eşidən və biləndir. Allahdan qorxanlara, təqvalı olanlara bir (zərər) toxunan zaman, onlar işin həqiqətini xatırlayıb düşünər və dərhal (gözləri açılar) görən (bəsirətli) olarlar.”("Əraf” surəsi, 199-202)
    Bundan sonra şəhidlərin sərvəri şamlı bir kişiyə xitab edib belə buyurdu:
    "Ey kişi, sən işini asanlaşdır, yüngülləşdir və tələbkar olma. Allahdan özüm və sənin üçün bağışlanmaq və rəhm diləyirəm. Əgər köməklik istəyirsənsə, sənə köməklik edərik; əgər maddi köməklik istəmiş olsan, sənə verərik. Yol göstərmək və böyüklük etməyimizi istəsən, sənə yol göstərərik.”
    Aydındır ki, bu cür əxlaq və böyüklük hər bir hədə-qorxudan, silahdan daha güclü və daha təsirli olacaqdır. Düşməni mümkün qədər tez məğlub edib təəssüflənməyə və peşmançılığa vadar etmək lazımdır.
    Belə ki, şamlı kişi bu cür hiss keçirdi, qiyafəsində xəcalət və utanmaq nişanələri göründü.
    Şamlı kişi deyir:
    "Hüseyn mənim üzümdə utanmaq, xəcalət, təəssüf və peşmançılıq əlamətləri gördü, lakin dərhal elə bir ayə oxudu ki, mənim qəlbimə sakitlik bəxş etdi. O, belə dedi:
    "Bu gün sizə qorxu və çətinlik yoxdur. Allah sizi bağışlar və O, hər mehribandan daha mehribandır.”("Yusif” surəsi, 92. Bu kəramətli ayəni Allah Yusifin dilindən söyləyir. Qardaşları Misrə varid olanda və Yusif onları tanıyanda qardaşları ona elədiklərindən peşman oldular, xəcalət çəkdilər. Yusif nəhayətsiz bir böyüklüklə buyurdu ki, sizə bu gün və axıra qədər zaval yoxdur. Həzrət Mühəmməd (s) qələbə ilə Məkkəyə varid olub Allah evini fəth edəndə həzrətin qatı düşmənləri onun başına yığışdılar, ona qarşı etdikləri cinayətlərini və düşmənçiliklərini, ona verdikləri əzab, əziyyət və tənələri etiraf etdilər. Sonra İslamın böyük Peyğəmbəri buyurdu: "İndi məndən nə gözləyir, nə təvəqqe edirsiniz və mən sizinlə necə rəftar edim?” Dedilər: "Yusifin öz qardaşları ilə etdiyi rəftar kimi.” Həzrət ayəni təlavət etdi və buyurdu: "Sizə bu gün və axıra qədər zaval yoxdur.” Sonra əlavə etdi: "Gedin, sizin hamınız azad olunanlarsınız!” Hüseyn ibni Əli də öz düşməni ilə sadiqlərin və peyğəmbərlərin rəftar etdikəri kimi rəftar etdi. O, bu dərsi və qəhrəmanlığı babasından və atasından öyrənmişdi.)
    Sonra belə buyurdu: Ey kişi, sən Şam əhlindənsən?
    Əsam: Bəli, şamlıyam.
    Həzrət: Hələ Əxzəmdən mən bu köhnə adəti bilirəm. Bu elə bir xislətdir ki, onu sizin ata-babalarınızın Peyğəmbər xanədanına olan münasibətindən bilirəm. (Sonra əlavə etdi:) Allah bizi və səni saxlasın, ey kişi. Qorxmadan, çəkinmədən istəklərini və çətinliklərini ətraflı şəkildə bizə danış və mən ən yüksək səviyyədə güman və ümid edirəm ki, istədiyinə nail olacaqsan, inşallah.
    Şamlı kişi Quranın ali təlimatlarından biri olan bu əxlaqi gözəllikdən və görüşdən o qədər mütəəssir oldu, heyrətə düşdü və dedi: Geniş dünya gözümdə elə daraldı ki, çox istədim torpaq öz ağzını açsın və məni udsun. Lakin böyük bir xəcalət və utancaqlıq hissi ilə İmam Hüseyn (əleyhissalam)-dan uzaqlaşdım. Elə halda idim ki, indi mənim üçün ondan və onun atasından daha sevimli bir kəs yox idi.("Fusilət” surəsi, 34-35)
    Qabaqcıl dünyanın geniş və təchiz olunmuş sənət və peşə təlimlər təşkilatı hər sahədə görkəmli qəhrəmanlar yetişdirmiş və nümayiş etdirmişdir. Lakin o proqramlarla kamalda, insani kəramətdə, ruhi, mənəvi fəzilətdə, asimani və ilahi irfanda peyğəmbərlər və onların həqiqi ardıcılları kimi bir şəxs yetişdirib cəmiyyətə təqdim etməmişdir və edə də bilməyəcəkdir ki, əfvi intiqamdan, ədaləti hər bir məqamdan daha çox sevsin. Bu cür təlimləri yalnız Allahın böyük peyğəmbərlərinin məktəbində, xüsusən sonuncu Peyğəmbərin Qurani-Kərimində öyrənə bilərik.
    Bu deyilən mətləbləri daha da kamilləşdirmək üçün İmam Hüseyn (əleyhissalam)-ın böyüklüyünün nur aldığı bir neçə ayəni burada veririk:
    "Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et. Belə olduqda aranızda düşmənçilik olan şəxsi yaxın bir dost kimi görərsən. Bu xislət yalnız səbr edənlərə verilir və yalnız böyük qismət sahiblərinə əta olunur.”("Biharul-ənvar”, 70-ci cild, səh.70 (yeni nəşr))
    CƏMİYYƏTİN QORXULU DÜŞMƏNİ
    İnsan və cəmiyyət üçün yoxsulluq və ehtiyac qorxulu və öldürücü xəstəlik kimidir ki, ona mübtəla olanların qüvvətli imanları olmasa, onları hər an məhv etmək, küfr və allahsızlıq həddinə çatdırmaq imkanına malikdir. Din böyüklərinin sözlərində deyildiyi kimi: "Yoxsulluğun küfrə gəlib çıxmasına az qalır.”("Qürərül-hikəm”, səh.164)
    Əliyyibni Əbi Talib (əleyhissalam)-ın dürr kimi sözlərindəndir:
    "Agah olun ki, yoxsulluq və ehtiyac bəlalar sırasındandır.”
    Bu qısa ifadədən, din rəhbərlərinin yüzlərlə başqa bəyanlarından həyatın təmin olunmasının, cəmiyyətin və fərdin iqtisadi əsaslarının gücləndirilməsinin, yoxsulluqdan və dilənçilikdən gələn zərər, xətər və onunla mübarizənin əhəmiyyəti tamamilə aydın olur.
    Yoxsulluqla və ehtiyacla mübarizə yoxsulun, dövlətin və dövlətlinin özünün vəzifəsidir. Bu üç təbəqə bu xəstəliklə mübarizə aparmalıdır ki, cəmiyyət və ayrı-ayrı fərdlər ondan gələn bəlalardan hifz olunsun.
    Lakin kasıbın və ehtiyac içində olanın özü iş, fəaliyyət və qənaət vasitəsi ilə bu xəstəliyin şiddətlənməsinin qarşısını almalıdır. Fərdin və cəmiyyətin yoxsulluğu və möhtac olmasının təsirli amillərindən sayılan arsızlığı, işsizliyi və ya az işləməyi özündən uzaqlaşdırmalı, yaşayışın müxtəlif sahələrində yeməkdən, içməkdən, xülasə hər şeydən qənaətlə istifadə yolu ilə getməli və beləliklə, yoxsulluğun, ehtiyacın və zillətin doğurduğu çətinliklərin qarşısını almalıdır:
    Hədisdə deyildiyi kimi: "Qənaət edən yoxsul olmaz.”
    Lakin dövlətin vəzifəsi budur ki, xalqın həyatının ilkin, zəruri tələbatının ödənilməsinə ciddi diqət yetirsin, millətin adam başına gəlirinin bütün sahələrdə və bütün təbəqələri arasında artırsın, yersiz əyyaşlıq, eyş-işrətdən və zinət şeyləri toplamaqdan, zəruri olmayan əyləncələrlə məşğul olmaqdan və ya xüsusi təbəqə və qruplara üstünlük verməkdən çəkinsin, hamının mənfəət götürə biləcəyi müəssisələrdə iş yeri açmaq və ya hamının kəsbkarlıq etməsinə aid proqramları həyata keçirsin. Birinci növbədə ölkənin bütün məntəqələrində xalqın su, çörək, mənzil, sağlamlıq və təlim-tərbiyəsini təmin eləsin. Gərəksiz və faydasız heykəllər qoydurmaqdan çəkinsin, dünyadan göçüb getmiş bir şairin qəbrini təmir etdirmək və ya sümükləri belə çürümüş bir qəhrəmana həddindən artıq ehtiram göstərmək əvəzinə, sağ şairləri və qəhrəmanları yoxsulluqdan və ya çətinlikdən xilas etsin, kamil şairlərin və dindar sənətkarların yetişməsinə çalışsın, onların qanadlarına daha çox azad uçmaq imkanı versin ki, təbii istedadlar və ilahi qabiliyyətlər daha layiqli şəkildə açılıb çiçəklənsin.
    Xülasə, dirilərin dərdinə qalsın, zülm görmüş millətinin ürəyinin qanını bihudə bayramlara, əcnəbiləri və xariciləri qarşılamağa sərf etməsin.
    Hər hökumət bilməlidir, başa düşməlidir ki, xaricilər İranın və iranlının dərdinə yanmayacaq. Atalar demişkən, qurdun balası axırda böyüyüb qurd olur. İsrail, sionistlər və Amerika müşavirləri bizim məmləkətin müstəqilliyini əsla istəmirlər, hətta öz sənətini, elmi bilik və təcrübələrini belə, bir iranlıya öyrətməyə razı deyillər. Hər şeydən əvvəl öz siyasi, maddi məqsəd və mənafelərini nəzərdə tuturlar və onların işlərinin mahiyyəti bundan başqa bir şey deyildir.
    Dövlətin və hökumətin öhdəsinə düşür ki, siyasi və idari qəbulların həcmini azaltsın, kənd təsərrüfatı məhsullarının istehsalını genişləndirməyə, cəmiyyətin elmi və mədəni səviyyəsini yüksəltməyə çalışsın, öz məqamını bağ, imarət və sarayları ilə gözə soxmasın.
    İran diktatura rejiminin 2500 illiyi bayramında İrana varid oldum. Neçə il idi ki, İrandan uzaqda idim. Lakin burada elə mənzərələrlə qarşılaşdım ki, o günə qədər hətta Avropa ölkələrində də görməmişdim. Qum şəhərinə uzanan yol boyunca o qədər zinətləndirilmiş, şəkillərlə, portretlərlə bəzənmiş qələbə tacları, bağışlayın, nifrət tacları, şirlər, çaqqal quyruğu, zürafə, inək, qartal şəkilləri vurulmuş meydanlar var idi ki, onların puluna İranın sitəm görmüş milləti üçün yüzlərlə mənzil, məktəb və ya apteklər tikdirmək olardı.
    Kuruşdan tutmuş axırıncı cinayətkarlar sırasına qədər dər-divara, taxtaya, daşa, maşınların arxasına, təyyarələrə, mehmanxanalara, restoranlara, karxanalara, hamamlara, məscidlərə, kilsələrə, hətta tualetlərə, vağzallara, doğum evlərinə, içməyə suyu, yeməyə çörəyi, çimməyə hamamı, ayaqyolusu belə olmayan kənd və qəsəbələrə milyardlarla şəkil və plakatlar vurulmuşdu. Şəkillər və plakatlar hər şeyin yerini tutmuşdu. Bu ədalətsizliklərdir və bir gün vulkan kimi millətin ağzından püskürəcək və onların yerində viranələr yaradacaqdır.("Fussilət” surəsi, 35)
    Amma dövlətlilərin də vəzifəsi budur ki, kasıbların şəri hüquqlarını və səhmlərini onlara versinlər və bu yolla xalqın bir hissəsinin həyatının ehtiyaclarını (ola bilsin onların özündən asılı olmayan hadisələr üzündən yaranmış işsizliyin, arsızlığın və israfçılığın nəticəsində) aradan qaldırsınlar, həyatın çətinliklərini və ağırlıqlarını onların çiyinlərindən götürsünlər. Xülasə, onların əzablarına və çətinliklərinə şərik olsunlar və bilsinlər ki, Allah bu dünyada və axirətdə onlara bu yolda xərclədiklərindən daha çox verəcəkdir.
    Bu məsələdə də şəhidpərvər, şəhidlər sərvəri Hüseyn ibni Əli (əleyhissalam)-ın məktəbinə baş vuraq, Peyğəmbər xanədanının fəzilət xırmanından bir sünbül qoparaq.
    İmam Hüseyn (əleyhissalam) öz babasından belə rəvayət etmişdir:(Allaha şükr ki, sağ qaldım, şeytani rejimin ağır cinayətlərinin aqibətini gördüm: zülm və sitəm əleyhinə olan Peyğəmbər xanədanından bir mərd qiyam etdi, İran millətini yuxudan oyatdı, onun diqqətini ədalətsizliklərə, sionizmin və imperializmin mənfur planlarına yönəltdi və Məhəmməd Rzanı işdən (təxtdən) uzaqlaşdırdı. 15 il sürgündən sonra İrana qayıtdı, İran İslam Cümhuriyyətinin əsasını qoydu. Və bu şəxs Qum Elmiyyə Hövzəsi elm ağacının yetirdiyi bir meyvə-dünya şiələrinin mərcəi-təqlidi Ayətullahul-üzma Ruhullah Xomeynidir ki, bu gün böyük İran milləti ona inqilabın böyük rəhbəri və islam ümmətinin imamı kimi pərəstiş edir. O qərb və şərq dünyasının diqqətini cəlb etmiş nə şərq və nə də qərb prinsiplərinə əsaslanmayan öz İslami dövlətini yaratmış, şərq və qərb onunla düşmənçilik etməyə qalxmışdır ki: nə üçün bu kişi dünyaya qərbə və ya şərqə bağlı olmayan bir inqilab gətirmişdir. Buna görə Səddamı–İraqının kafir "BƏS” partiyasını İranın əleyhinə qaldırdılar və indi 4 ilə yaxındır ki, bütün İslamla və bütün küfrlə sözün tam mənasında müharibə davam edir. (Kitabın yazıldığı vaxtda, 14 il bundan qabaq,-red.))
    "Hər kəs müsəlmanların işinin fikrini çəkməyən bir halda sübh etsə, müsəlmanlardan deyil.”("Əşəsiyyat”, səh.88)
    Özünün başqa bir hədisində belə buyurmuşdur:
    "Hər kəs öz din qardaşı üçün yaxşı bir iş görsə, onun əvəzini sabah (Qiyamət günü) alacaqdır.”("Kəşfül-ğəmmə, 2-ci cild, səh.242)
    Category: İmam Hüseynin (ə) əxlaqi görüşləri | Views: 951 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024