İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 7
Qonaqlar 7
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » November » 27 » İmam Hüseynin (ə) əxlaqi görüşləri
    2:46 PM
    İmam Hüseynin (ə) əxlaqi görüşləri
    ALLAH YOLUNU GEDƏNLƏR VƏ ONUN ƏSASNAMƏSİ
    Bu firqənin təsis olunma tarixini müəyyən etmək mümkün deyildir, lakin onu təsis edən kainatın Pərvərdigarı və Onun tərəfdarları sayılan kəramətli peyğəmbərlər olmuşlar və o, bu günə qədər öz işini, fəaliyyətini davam etdirir. Onun indi də çoxlu tərəfdarları vardır ki, peyğəmbərlərin yolunu davam etdirməkdə, onun əsasnaməsinə əməl etməkdə fədakarlıqlar göstərirlər və heç bir qüvvə onları Allaha olan məhəbbətdən döndərə bilmir.
    Qısa şəkildə desək, Allah firqəsi və onun fəaliyyət proqramı xeyrə, ədalətə, tərəqqiyə, yaxşı əməllərə, yaxın adamların və zəiflərin qayğısına qalmağa, hər cür zülmdən, sitəmdən və natəmizliklərdən uzaq olmağa dəvətdən ibarətdir və bu aşağıdakı kəramətli ayədə xülasə olunmuşdur:
    "Həqiqətən Allah (insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara qayğı göstərməyi, onlara əl tutmağı əmr edir, alçaqlığı, çirkin əməlləri və başqalarına zülm etməyi qadağan edir. Allahın sizə öyüd-nəsihəti budur, bəlkə özünüzə gələsiniz və ibrət götürəsiniz.”("Nəhl” surəsi, 90)
    Bu kəramətli ayədən bu firqənin davamçılarının vəzifələri, onların böyük məsuliyyətləri aydın və fəaliyyət proqramları müəyyən olur: bütün işlərin başında hər əməldə və hərəkətdə ədalətə, yaxşılığa, yaxşı əmllər etməyə və doğruluğa riayət etmək durur.
    ALLAH FİRQƏSİNİN SON QƏLƏBƏSİ
    Allah firqəsinin xüsusiyyətlərindən biri də budur ki, həmişə şeytan firqəsinə qalib gəlmiş, axırda iş və mübarizə onun xeyrinə tamam olmuş, döyüş meydanından, bu yolda itkilər versə və xəsarətlər alsa da, başı uca çıxmışdır.
    Qurani kərim "Maidə” surəsində buyurmuşdur:
    "Allah yazmışdır ki, Mən və Mənim elçilərim qalib gələcəyik.”("Maidə” surəsi, 56)
    Və buyurmuşdur:
    "Bizim Öz mürsəl bəndələrimiz üçün əvvəldə bəyan edilmişdir ki, həqiqətən onlara (Allah tərəfindən) kömək olunacaqdır və həqiqətən Bizim qoşunumuz hökmən qalib gələcəklər.”("Saffat” surəsi, 173)
    Başqa bir ayədə buyurmuşdur:
    "Hər kəs Allahı, Onun Peyğəmbərini dost tutsa, (bilməlidir ki,) həqiqətən yalnız Allah firqəsi qələbə çalanlardır.”("Maidə” surəsi, 56)
    ALLAH FİRQƏSİNİNMÜHÜM XÜSUSİYYƏTİ
    Allah firqəsinin və onun faydalı proqramlarının xüsusiyyətlərinin təfsilatı böyük-böyük kitablara sığmaz. Lakin bu yazımızda onun tərəfdarlarının əsas istiqamətini və mövqeyini başqa əyri və qarışıq istiqamətlərdən ayıran ən bariz xüsusiyyətlərindən birinə işarə edirik: bu da Allahın və İslamın düşmənlərilə barışmazlığı, onlara güzəşti, məhəbbəti və dostluğu qəbul etməməsidir və bu cəhət də düşmən üzərində qələbəyə səbəb olmuş və olacaqdır.
    DİN DÜŞMƏNLƏRİ İLƏ BARIŞMAZLIQ
    Özünü Allah firqəsinin üzvü hesab edən, bu firqənin əsasnaməsini yerinə yetirən bir adam heç vaxt haqq-həqiqət, fəzilət və insaniyyət yolunun düşmənləri ilə dostluq yolunu tutmaz, şeytan firqəsi ilə saziş və barışığı qəbul etməz; O, heç bir yolu İslam yolundan yaxşı hesab etməyəcəkdir. İslam və Quranla bağlılığı başqaları ilə hər cür əlaqə və bağlılıqdan üstün hesab edər, İslamın rəhbərliyi xəttindən çəkindirən hər bir amil, hər cür təhdid və satın almaq müqabilində müqavimət göstərər, maddi və mənəvi çətinliklər qaşısında İslam Peyğəmbərinin dostları və şəhidlərin seyyidinin ənsarı kimi səbr edər, fikri və əqidə xəttinə inanmadığı hər qrupdan və tayfadan uzaqlaşar, Qurani kərimin buyurduğu kimi, onların dostluğuna və məhəbbətinə, hətta ataları, anaları olsalar belə, öz ürəklərində yer verməzlər.
    "Allah və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla-öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə-dostluq etdiyini görməzsən.
    Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara güc vermişdir. Allah onları altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar, onlar Allahın firqəsidirlər. Bilin ki, Allahın firqəsi-məhz onlar, nicat tapıb əbədi səadətə qovuşanlardır.”(Mucadilə” surəsi, 22)
    ALLAH FİRQƏSİNİN LAZIMİ AYIQLIĞI
    Allahın həqiqi bəndələri hər cür işgəncə, əziyyət, iqtisadi, hərbi mühasirə və onlarla bu cür çətinliklər qarşısında həmişə düzgün yol seçmiş və indi də belədirlər. Zülmlə, ədalətsizliklə, cəhalət, xurafat və yüzlərlə ictimai çətinliklərlə mübarizə yolunda düşmənə heç vaxt təslim olmamış, zəiflik göstərməmişlər. Buna görə Allah firqəsinin düşmənləri həmişə məyusdurlar; istəyirlər ki, müharibə, hərbi və iqtisadi mühasirə yolu ilə qələbəyə nail olsunlar, Allah firqəsinin fərdlərini, üzvlərini öz torlarına salsınlar; məcburdurlar ki, yeni planlar hazırlasınlar, aldadıcı dostluq və məhəbbət yolu ilə bəzən ailəvi qohumluq yaratsınlar və istədiklərini əldə etsinlər, Allah firqəsinin inkişafının və inqilabının qarşısını tamamilə alsınlar və ya onu zəiflətsinlər, bəzən xalq kütlələrinin nəzərində inqilabın simasını dəyişsinlər.
    Bu həssas məqamlarda böyük ayıqlıq göstərmək və huşyar olmaq lazımdır. Bu barədə də şəhidlərin sərvəri, Kərbəlanın qanlı döyüşlərinin rəhbəri, eşq və şəhadət məktəbinin əsasını qoyan Həzrət İmam Hüseyn (əleyhissalam)-ın evinə baş vuraq, onun ibrətamiz həyatından, həmişəyaşar əxlaqından siyasət dərsi alaq və bu dastanı diqqətlə oxuyaq.
    DOST LİBASINDA DÜŞMƏN
    Şeytan firqəsinin rəhbəri Yezid və onun atası Müaviyə yaxşı bilirdilər ki, Zəhra, Əli və Hüseyn (əleyhimussalam)-ın evindən bir inqilabi hərəkət yetişməkdədir, çox çəkməz ki, o, alovlanar, əməvilərin nəhs təbiətli nəslini yandırar.
    Müaviyə və onun tərəfdarları yetişməkdə olan bu inqilabın qarşısını almaq və ana bətnində ikən boğmaq üçün hər vasitədən istifadə etdi, zor və zər (rüşvət) silahından istifadə etdi, lakin bir nəticəyə nail olmadı.
    Nəhayət, hiylə qapısından daxil oldu, Peyğəmbər xanədanı ilə qohumluq və izdivac təklifini irəli sürdü. Lakin burada da məğlub oldu.
    HƏSSAS MÖVQELƏR
    Hər kəs və ya hər siyasi və qeyri-siyasi qrup üçün fövqəl-adə həssas və qorxulu, hətta bəzən müqəddərat həll edəcək, bir millətin tarixi istiqamətini dəyişə biləcək məqamlar qarşıya çıxır. Belə məqamlarda düzgün qərar qəbul etmək əql və qətiyyət nişanəsidir; qəflət və laqeyd münasibət, qəziyyənin dərinliyini görməmək, çox hallarda bir inqilabın aradan getməsinə və məğlubiyyətinə səbəb olur.
    Müaviyə İmam Hüseyn (əleyhissalam)-ın inqilabi hərəkatının qarşısını almaq üçün sazişçilik və dostluq qapısından içəri daxil oldu. Bəni Haşim və Bəni Üməyyə arasındakı ixtilafı aradan qaldırmaq üçün ən təsirli amil qohum olmağı hesab etdi. Ümid etdi ki, Zeynəbi-Kübranın qızını oğlu Yəzid üçün almaq təklifi, qızın dayısı olan İmam Hüseyn (əleyhissalam)-ın inqilabi əhval-ruhiyyəsində bir dönüş və yumşaqlıq əmələ gətirər və ya heç olmasa, inqilabın qarşısı müəyyən bir müddətə qədər alınar.
    Müaviyə Mədinənin hakimi Mərvana məktub yazıb ona göstəriş verdi ki, Abdullah ibni Cəfərin Zeynəbdən olan qızı Kübranı öz vəliəhdi Yezid üçün elçilik etsin və ona alsın.
    Bununla əlaqədar bildirdi ki, o, mehriyyə (başlıq) və münasib bildiyi başqa şərtləri həll etmək üçün tam ixtiyara malikdir. Bütün bunlardan əlavə, kəbin kəsilən zaman bir mühüm və əsas şərti də həll etməli idi və o da Bəni Haşim (Allah firqəsi) ilə Bəni Üməyyə (şeytan firqəsi) arasında saziş bağlamağı, düşmənçiliyə son qoymağı elan etmək və iki dəstə arasındakı çəkişmələrə həmişəlik son qoymaqdan ibarət idi.
    DƏRHAL QƏRAR QƏBUL ETMƏK
    Mədinənin hakimi Müaviyənin məktubunu alandan sonra nəzərdə tutduğu qızın atası Abdullah ibni Cəfərin evinə yola düşdü. Bəlkə də belə təsəvvür edirdi ki, Bəni Haşim qəbiləsi bu fürsəti tam razılıqla qarşılayacaq və ona xeyir-dua verəcək, başqa dünyapərəstlər kimi sevincə və şadlığa qərq olacaqlar və onun bu xidmətini unutmayacaqlar. Nə isə, məclis quruldu, Müaviyənin şeytan firqəsinin nümayəndəsi bu firqənin üzvlərinin əksəriyyəti üçün mühüm və fövqəl-adə görünən bu təklifini bildirdi, bəlağətli bir xütbə oxudu, həmçinin Peyğəmbər xanədanının nəslini çox təriflədi, mehriyyəni və qızın atasının bütün borclarının ödəniləcəyini bildirdi, Yezid ibni Müaviyənin siyasi və ailəvi mövqeyini, iki düşmən-Bəni Haşim və Bəni Üməyyə arasında bağlanacaq barışıq və sazişin bütün şərtlərdən üstün olduğunu bəyan edəndən sonra müsbət cavab eşitmək ümidi ilə oturdu.
    Bütün məclisi tam bir sükut bürüdü, heç kəs nəfəs belə çəkmədi. Sadəlövh və təcrübəsiz adamlar şadlıqdan öz dərilərinə sığışmırdı. Bəziləri öz ürəyində deyirdi: Nə yaxşı məqamdır, nə qızıl kimi fürsətdir! Bundan atəşkəs və düşmənçiliyə son qoymaq yolunda istifadə etmək lazımdır.
    Lakin düşmənin sirli işlərindən, hiyləli planlarından xəbərdar olan, inqilabın böyük, məsum rəhbəri, şəhidlərin sərvəri İmam Hüseyn (əleyhissalam) sakit, aram oturmuş və məclisə tamaşa edirdi, bir kəlmə də danışmırdı, təkcə başqalarının fikrini bilmək, onların inqilabi ruhiyyəsini öyrənmək, Allah firqəsini də sınamaq və onların etiqadını qiymətləndirmək istəyirdi. Ancaq çox çəkmədi ki, vəziyyət dəyişdi, ümidlər yasa döndü. Müaviyənin şeytani planı faş və özü bir daha rüsvay oldu.
    Qızın atası Abdullah ibni Cəfər Mədinənin hakimi Mərvanın cavabını və qızının ixtiyarını qızın böyük dayısı, o zaman Bəni Haşimin böyüyü və uca məqamlı rəhbəri olan İmam Hüseynin öhdəsinə buraxdı. Hicri 61-ci il Kərbəla Aşurasının qəhrəmanlığının və qanlı inqilabının bünövrəsini qoymuş əziz Hüseyn özü kimi gözəl bir xütbə oxudu, məclis iştirakçılarının gözlədiyinin əksinə olaraq danışdı və siyasətbazların siyasətinin üzərindən pərdəni götürdü, Allah firqəsinin və şeytan firqəsinin hər birinin fikri istiqamətini müəyyənləşdirdi, qartalın kiminsə toruna düşməyəcəyini söylədi, Zeynəbi-Kubranın qızının izdivacı ilə əlaqədar Mərvanın üç şərti barədə belə dedi:
    "Biz-Peyğəmbər və risalət xanədanı öz qızlarımızın mehriyəsini anamız Zəhra (əleyha salam)-ın mehriyyəsindən əsla çox müəyyənləşdirmirik; bir də ki, heç vaxt belə olmamışdır ki, Bəni Haşim (xanədanı) kişilərin borclarını qadınların hesabına (onların vasitəsilə) ödəsinlər.
    (Bu ona işarədir ki, Bəni Üməyyə (xanədanı) öz həyatlarını qadınlarının vasitəsilə təmin edirdilər, kişilərin borclarını da bu yolla ödəyirdilər.)
    Amma bu iş Yezidin şəxsiyyətini, məqamını ucaltmadı, ona bağlı olan adamlar ancaq nadanlar ola bilərlər.
    HAQQLA NAHAQ HEÇ VAXT BARIŞMAZ
    İmam Hüseyn (əleyhissalam) izdivacın üçüncü şərti (Bəni Haşim və Bəni Üməyyə arasında barışıq və saziş) və haqla nahaq (batil) arasındakı sülh barədə çox dəyərli və tərbiyəvi bir cümlə buyurdu ki, o bu gün Allah firqəsinin, İran İslam Respublikasında və dünyanın digər müsəlman məmləkətlərində islami hərəkatların, nahaq (batil) əleyhinə mübarizə aparanların əsas fikri istiqaməti, həyat təlimi və dəyişməz proqramı olmalıdır.
    Məsələni belə bəyan etdi:
    "Biz-Peyğəmbər xanədanı elə bir nəsildənik ki, Allahın rizası yolunda sizinlə (din düşmənləri ilə) vuruşur və mübarizə aparırıq, dünya və onun mənafeyi üçün heç vaxt sizinlə saziş bağlamarıq, danışıq mizləri arxasında oturmarıq, qohumluq, ailəvi yaxınlıq bu işdə kara gəlməz, bizi sülhə məcbur edə bilməz, hətta hər hansı bir səbəb, izdivac və evlənmək də.”(Mənaqib” 4-ciü cild, səh.39; "Biharul-ənvar”, 44-cü cild, səh.318)
    Bu axırıncı söz Allah firqəsinin Müaviyənin və onun tərəfdarlarının, başqa sözlə, şeytan firqəsinin müqabilindəki fikri istiqamətini, əsas xəttini aydınlaşdırdı. Bundan əlavə, İmam Hüseyn (əleyhissalam) mərdlərə və böyüklərə məxsus bir iş gördü: O məclisdə Zeynəbi-Kubranın qızının kəbinini Bəni Haşim övladlarından birinə kəsdi və alçaq Yezidin ümidini həmişəlik kəsdi, öz şəxsi əmlakından olan böyük və dəyərli bir bağı bəyə və gəlinə bağışladı, onların birgə həyatını müəyyən dərəcə təmin etdi.
    Mərvan və onun digər yoldaşları xəcil, şərməndə, pərt halda məclisdən çıxdılar və şəxsiyyətlərinin fərqini də gördülər.
    Batil və yalnış fikri istiqaməti olanlarla heç bir adla və heç bir səbəb üzündən saziş bağlamayan, onlara dostluq və barışıq əli uzatmayan Allah firqəsinin ən bariz və mühüm xüsusiyyəti budur.
    Allah firqəsinin hər bir üzvü Hüseyn (əleyhissalam) kimi düşünməlidir. Düşmən tərəfindən irəli sürülmüş təkliflərə həddən artıq diqqət yetirməli, məsələlərə şəhidlərin sərvərinin bizə öyrətdiyi kimi yanaşmalı, özünü Allah firqəsi kimi təqdim edən o Həzrətin rəhbərliyi ilə əbədi olaraq fəxr etməlidir.
    Bu kitabın müqəddiməsinin sonuncu bölməsini şəhidlərin sərvərinin Allah firqəsi ilə əlaqədar atəşin bir xütbəsi ilə bitirməyimiz çox gözəl olardı.
    Fədakarların sərvəri, Kərbəla inqilabının və cəsurluğunun böyük rəhbəri, bir gün Müaviyənin məclisində camaatın xahişi ilə bir xütbə oxudu, müsəlmanlar üçün həqiqətləri aydınlaşdırdı, rəhbərliyin və Allah firqəsinin şərtlərinin bir hissəsini (Müaviyə yalandan özünü o şərtlərə layiq hesab edirdi) bəyan etdi və o şərtlərdən birini Quranın həqiqətlərindən xəbərdar olmaq və onlara əməl etmək hesab elədi.
    İmam Hüseyn (əleyhissalam) fəsahətli və bəlağətli xütbəsini oxuduğu zaman xalqı öz firqəsinin və rəhbərliyinin ardınca getməyə dəvət etdi. Rəhbər seçməkdə və ona itaət etməkdə müsəlmanların üzərinə düşən ağır vəzifəni başa saldı, öz sözlərini belə ifadə etdi:
    "Bizik Allah hizbinin qalibləri, Allah Peyğəmbərinin pak itrəti və yaxın Əhli-beyti, bizik iki ağır və çox qiymətli əmanətdən biri Allahın kitabı olan Qurandır ki, Peyğəmbər bizi Qurandan sonra ikinci əmanət buyurmuşdur. Hər şeyin bəyanı və təfsilatı onda vardır, onda keçmişə və gələcəyə aid olan heç bir batil söz yoxdur. O elə bir kitabdır ki, onun həqiqətlərini təfsir və bəyan edərkən bizə istinad və etimad edilməlidir, onun təvilini bilmək bizə çətin deyil, Quran həqiqətlərinə əməl etməyi həmişə öz fəaliyyət proqramına çevirən bizik, elə isə (bu xüsusiyyətimizə görə) bizə itaət edin ki, bizə itaət etmək sizin hamınız üçün vacibdir. Çünki, Xudavəndi-aləm onu Özünə və Peyğəmbərinə itaət etməyə layiq hesab etmişdir”(İmamın bu xütbəsi "Səqəleyn”: "Mən sizin üçün iki ağır əmanət qoyuram; Biri Quran, digəri isə Əhli-beytimdir” hədisinə və Quranın: "Allaha itaət edin, Onun Rəsuluna və sizin ixtiyar sahiblərinizə (məsum imamlara) itaət edin” ayəsinə işarədir.)
    Category: İmam Hüseynin (ə) əxlaqi görüşləri | Views: 830 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024