İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » November » 27 » İmam Hüseynin (ə) əxlaqi görüşləri
    2:45 PM
    İmam Hüseynin (ə) əxlaqi görüşləri
    İKİNCİ HİSSƏ
    Bu hissədə oxucuların nəzərinə çatdırılanlar şəhidlərin sərvəri Həzrət İmam Hüseyn (əleyhissalam)-dan rəvayət olunmuş və ya o Həzrət tərəfindən öz böyük babası-Allah elçisindən (səlləllahu əleyhi və alihi və səlləm) və ya atası Əmirəl-möminin Əliyyül-Murtəzadan (əleyhissalam) nəql edilmiş bir silsilə rəvayətlərdir.
    Bu rəvayətləri, toplanmasında çox zəhmət çəkilmiş "Musnədul-İmamil-Hüseyn” kitabından iqtibas etdim. Ümidvaram ki, o kitab tam təkmilləşdiriləndən sonra oxucuların nəzərinə çatdırılacaq ki, bununla da azadlıq sevənlərin sərdarı və şəhidlərin sərvərinin hədis kitablarında və xəbərlərdə rəvayətlərinin olmadığını və ya az olduğunu güman etməsinlər.
    O Həzrət (İmam Hüseyn) Allahın elçisinin qiymətli ömrünün axırlarının bir neçə ilində o həzrətlə birgə yaşamaqdan əlavə, 30 il müddətində Peyğəmbərin elm və hikmət şəhərinin darvazası olan atası Əliyyibni Əbi Talib (əleyhissalam)-ın yanında yaşamış, yığıncaqlarda, məscidlərdə, döyüş meydanlarında o Həzrətin sözlərini eşitmiş, həmçinin qırx il Peyğəmbərin böyük nəvəsi İmam Həsən Müctəba ilə bir yerdə olmuşdur. Yüzlərlə səhabə və başqaları maarif, əhkam və əxlaq haqqında Əliyyibni Əbi Talib (əleyhissalam)-dan minlərlə rəvayət nəql etmişlər. Necə ola bilər ki, şəhidlərin seyyidi onları atasından eşitməmiş olsun və ya onların hamısı aradan getmiş olsun? Qətiyyən belə olmamış və belə də deyildir.
    Məsələnin həqiqəti budur: Ravilərin Həzrət İmam Hüseyndən nəql etdikləri rəvayətlərin çoxu hədis kitablarında pərakəndə şəkildədir, indiyə qədər heç kəs onları toplamağa səy göstərməmişdir və ya bunu lazım bilməmiş və əhəmiyyət verməmişdir.
    Ümid edirəm ki, bu məcmuə bu mövzunun daha artıq təhqiq olunması üçün bir yol açar, alimlər tərəfindən o Həzrətin dürlü sözlərindən və dəyərli rəvayətlərindən böyük-böyük kitablar yazılar, onun elmi, hikmətimiz, təlimi, tərbiyəvi siması, şəhadəti və fədakarlığı kimi, ona sevgi bəsləyənlərin qəlbinə nur çiləyər, daha artıq işıq saçar.
    İndi həmin iqtibas olunmuş rəvayətləri ərəb əlifbası sırası ilə möhtərəm oxuculara təqdim edirəm:
    "İnsanların ən xəsisi, salam verməyə xəsislik edən kəsdir.” (Babasından rəvayət edir.)("Əşəsiyyat”, səh.76)
    "Doğru yolda sizin ən möhkəm olanınız sizlərdən mənim Əhli-beytimi ən çox sevənlərinizdir.”(Yenə orada, səh.182) (Babasından rəvayət edir.)
    "Ən səxvətli adam, canını və malını Allah yolunda bağışlayandır.”(Yenə orada, səh.242) (Babasından rəvayət edir.)
    "İnsanların ən səxavətlisi, ondan heç bir bəxşiş gözləməyən adama bəxşiş verəndir.”("Kəşfül-ğəmmə”, 2-ci cild, səh.242) (Atasından rəvayət edir.)
    "Dostluqda dostlarınla təmkinli ol; Ola bilər bir gün həmin dostun sənin düşməninə çevirilsin; Düşmənçilikdə düşmənlərinlə də qəddar olma ki, bir gün həmən düşmənin sənin dostun ola bilər.”(Əşəsiyyat”, səh.233) (Babasından rəvayət edir.)
    "Suda boğulmuş adamı bir gecə-gündüz saxlayın, sonra dəfn edin.”(Cəfəriyyat” (tərcüməsi), səh.207)
    "Pərvərdigarın varlığı gözə görünmədiyi kimi, əql və düşüncədən də gizlindir; Yəni nə ağıl Onun əzəmətini dərk edə bilər, nə də göz Onun qüdrətini görə bilər.”("Töhəfül-üqul” (tərcüməsi), səh.245) Necə ki, demişlər:
    "Ey hikmət sahibi, nə vaxta qədər öz əqlinə güvənərsən? Sənin fikrinlə bu yol başa çıxılmaz. Allahın zatına əql o zaman çatar ki, bir saman çöpü öz-özünə dəryanın dibinə çatsın.”
    "İnsanların ən axmağı odur ki, öz yazılarını puç və faydasız mətləblərlə doldurur.”
    "Əməldə paklıq və xalis niyyət hər ibadətin meyarı və ölçüsüdür, yəni ibadəti onun paklığı ilə ölçürlər, kəmiyyəti və çoxluğu ilə yox.”("Əşəsiyyat”, səh.166)
    (Babasından rəvayətdir.)
    "Ağıllı bir şəxs çətinliyə düşsə, ehtiyatla qəmin kökünü qazar və çarə tapmaq üçün öz ağlını işə salar.”
    "Əgər sizlərdən biri öz övladlarına bir vədə versə, gərək hökmən onu yerinə yetirsin.”(Cəfəriyyat” (tərcüməsi), səh.155)
    "Əgər sizlərdən biri bir təmənna və arzu edərsə, sonra (əldə etdiyini) onu xeyir işə sərf etsin və bununla kifayətlənməsin və (Allahdan) daha artığını istəsin; Çünki Xudavəndi-aləm böyük kəramət sahibdir.”(Yenə orada)
    "Sizlərdən biriniz bir zaman bir qonaqlığa dəvət olunsanız, övladlarınızı özünüzlə aparmayın, çünki, əgər belə iş tutsanız, həmin məclisə günahla daxil olur və haram yemiş olursunuz.”("Əşəsiyyat”, səh.148) (Babasından rəvayət edir.)
    "Əgər bir kimsənin iş və əməlində yaxşılıq müşahidə edirsinizsə, onun əql və düşüncəsinin gözəlliyinə diqqət yetirin; Çünki hər kəsin əməlinin mükafatı onun əqlinin ölçüsü qədərdir.”("Əşəsiyyat”, səh.165) (Babasından rəvayət edir.)
    "Əgər bir kəs bir yerdə çətinliyə və yoxsulluğa düçar olursa, o yerdən çıxıb getsin və özünü, ailəsini qəm-qüssəyə düçar etməsin.”(Seyyid Əli Misrinin "Əl-Hüseyn” kitabından nəqlən) (Babasından rəvayət edir.)
    "Bir kəsin başqa bir şəxsin namusunu və şəxsiyyətini təhqir etdiyini eşitdiyin zaman, çalış səni tanımasın.”("İqdüd-dürər”, səh.228)
    "Mehdi (Sahibəz-zaman) zühur edərkən, onunla ərəb və Qureyşli arasında qılıncdan başqa bir şey olmayacaqdır.”(Əşəsiyyat”, səh.237)
    "Əgər günahını böyük sayırsansa; demək Allahı əzəmətli tanıyırsan; Günahını kiçik və əhəmiyyətsiz saydığın zaman, Allahı da kiçik bilmiş olursan.”(Yenə orada, səh.168)(Atasından rəvayət edir.)
    "Əgər bir tayfanın alicənab böyüyü (başçısı) sizin yanınıza gəlibsə, ona ehtirm göstərin.”("Əşəsiyyat”, səh.89)
    "Əgər dininin düzlüyünü bəyəndiyiniz bir kəs sizin yanınıza elçiliyə gəlsə, onu evləndirin (qız verin); yoxsa sizin yurdunuzda fitnə olacaq və böyük fəsad baş verəcəkdir.”("Əşəsiyyat”, səh.216)
    "Əgər bir bəndə Peyğəmbəri yad etməyib ancaq Allahı çağırsa (Peyğəmbərə salavat (salam) göndərməsə), duası başının üstündə dolanar; Nə zaman Peyğəmbərin adını çəksə, o duası göylərə qalxar.”("Bəlağətül-Hüseyn”, səh.140; "İrşad” (Deyləmidən nəqlən)) (Atasından rəvayət edir.)
    "Qiyamət günü gələn zaman bir səda eşidilər: "Ey insanlar, hər kimin Allah yanında bir əcri var, ayağa qalxsın. Yalnız dünyada xeyir əməlləri olnlar və ehsan əhli olanlar qalxar.”(Cəfəriyyat” (tərcüməsi), səh.94)
    "Əgər sizlərdən biriniz bir qadınla evlənmək istəyirsə, onun surətinin gözəlliyi ilə maraqlandığı kimi, başının tükü ilə də maraqlansın, çünki saç qadının iki gözəlliyindən biridir.”(Yenə orada, səh.93) (Babasından rəvayət edir.)
    "Əgər sizlərdən biriniz bir qadınla evlənmək istəyirsə, onun həmin qadınla evlənməyə cəlb edən şeylərə baxmağının eybi yoxdur.”("Cəfəriyyat” (tərcüməsi), səh.94) (Qadının üzünün və bədəninin gözəlliyi nəzərdə tutulur). (Babasından rəvayət edir.)
    "Əgər sizlərdən biriniz öz zövcəsi ilə yaxın olmaq (cinsi əlaqədə olmaq) istəyirsə, qadını paklıq cəhətdən bu yaxınlıq üçün hazır olub-olmaması haqda dediyi sözlərə inanmalıdır.”("Əşəsiyyat”, səh.94) Yəni qadının cinsi yaxınlıq üçün meyli olub-olmadığını da nəzərə almalıdır, yalnız öz cinsi istəyini üstün tutmamalıdır.(Babasından rəvayət edir.)
    Bu barədə kitabın birinci hissəsində dərc olunan məsələlərə müraciət olunsun.
    "Əgər sizlərdən biri öz həyat yoldaşı ilə yaxın olmaq (cinsi əlaqədə olmaq) istəyirsə, bu işi yerinə yetirərkən tələsməməli və qadını da tələsməyə vadar etməməlidir.”("Cəfəriyyat” (tərcüməsi), səh.243)(Babasından rəvayət edir.)
    "Sizin aranızda xətalar etməyə və çirkin əmələr törətməyə ən çox tələsənlər, qiyamət günü başqalarından daha tez göz yaşı axıdacaqlar.”(Bəlağətül-Hüseyn”, səh.35 ("Vərəam” məcmuəsindən nəqlən)) Atasından rəvayətdir.
    "Allahı şahid tuturam ki, atam Əlidən eşitdim: Buyurdu ki, Allahı şahid tuturam ki, Peyğəmbər belə buyurdu: "Şərab içən bütpərəst kimidir.”("Biharul-ənvar”, 44-cü cild, səh.205 (yeni nəşri); "Ehqaqül-həqq”, 11-ci cild, səh.1280)
    "O yerdə ki, haqq səni xoşagəlməz hadisələrə tuş gətirdi, buna səbr et, o yerdə ki, səni şəhvətə çağıran xoşagələn anlar olur, onda özünü qoru.”
    "Bizə itaət edin, çünki, bizə itaət etmək vacibdir və o, Allaha və Onun Peyğəmbərinə itaətə yaxındır, bir sıradadır. Allahın buyurduğu kimi: "Allaha itaət edin, Onun Rəsuluna və sizlərdən əmr (ixtiyar) sahiblərinə itaət edin.”(Kəşfül-ğəmmə”, 2-ci cild, səh.242)
    "İnsanların ən güzəştə gedəni intiqam almağa qadir olduğu halda əfv edəndir.”("Əşəsiyyat”, səh.240)
    "Xətaların və günahların ən böyüyü bir müsəlmanın malını nahaqdan mənimsəməkdir.”("Əl-bidayətu vən-nihayə”, 8-ci cild, səh.209; "Ehqaqül-həqq”, 11-ci cild, səh.635)(Atasından rəvayət edir.)
    "Yaradanın səbəbi ilə məxluqdan ehtiyacsız ol.”("Əşəsiyyat”, səh.78)
    "Cihadların ən üstünü insanın öz nəfsinə qarşı etdiyi cihaddır.”(Yenə orada) (Peyğəmbərdən rəvayət edir.)
    "Cihadların ən üstünü o şəxsin cihadıdır ki, sübhə çıxar və onda bir kimsəyə sitəm və zülm etmək fikri olmaz.” (Babasından rəvayət edir.)
    "Ailə ləyaqətinə ziyan gətirən iş xudpəsəndlik (özünü bəyənmək) və özündən razılıqdır.”(Yenə orada, səh.147) (Babsından rəvayət edir.)
    "Mənim ümmətimin ən fəzilətli qadınları o gözəl simalılardır ki, ən az mehriyyə müəyyənləşdirirlər.” (Babasından rəvayət edir.)
    "Hər kəsin bir məşuqu və məhəbbəti var, bir sevgilisi və bir nəğməsi var, bir ürəyini verdiyi və bir dildarı var: Vurğun insanların ən üstünü o şəxsdir ki, Allaha ibadəti sevir, onu məşuqu kimi qucaqlayır, qəlbində əzizləyir və bağrına basır, onu qəbul etməyə hazırlaşır. Əgər bir şəxs belə olsa, gecəni gündüz etməkdən, dünyanın onunla və ya onsuz olmasından heç bir qorxusu olmayacaqdır.”
    "Vasitəçiliklə və insanların ehtiyacının rəf (təmin) olunmasına kömək etməklə özünüzə mədh və tərif qazanın və biganəlik və laqeydliklə özünüzü tənəyə, məzəmmətə hədəf etməyin.”("Töhəfül-üqul”)
    "Bizim dostluğumuzdan və məhəbbətimizdən uzaq düşməyin, çünkibizə dost olan hər kəs Allahla görüşən zaman bizim şəfaətimizə daxil olacaqdır.”(Ehqaqul-həqq”, 11-ci cild, səh.591)
    "İlahi, bizim şiələrimizə layiqli bir məskən müəyyən et, bizi və onları Özünün daimi rəhmət məkanında cəm elə.”
    "Allaha and içirəm ki, qanıma qəltan olub öz Pərvərdigarıma qovuşmayınca, onların (Yezidin ardıcıllarının) heç bir istəyini qəbul etmərəm.”(Məqtəl” (Xarəzmi), səh.2 (Nəcəf çapı))
    "Allah bizim davamçılarımıza (şiələrimizə) elə bir kəramət və əzəmət verəcəkdir ki, yer üzərində olan heç bir şey onlara gizli qalmasın.”("Bəlağətül-Hüseyn” səh.73 ("Xəraic"dən nəqlən))
    "Həqiqətən sizlərdən mənə ən yaxın olan, şəfaət etməyə mənə ən vacib olanınız, sözü doğru olanınız əmanətə ən çğx riayt edəniniz, əxlaqı ən gözəl olanınızdır.” (Babasından rəvayətdir.)
    "Allah xoş rəftarı sevir, ona (xoşrəftar adama) gömək edir, zərifliyi və xoşrəftarı olmayanları isə sevmir.”(Yenə orada)(Babasından rəvayət edir.)
    "Həqiqətən, Allah səxavət və bəxşiş sahibidir və səxavətli şəxsi sevir, pis işlərə nifrət edir.”("Cəfəriyyat”, səh.196) (Babasından rəvayət edir.)
    "Allah Onun haram buyurduğu şeylərdən pərhiz edən kəslər üçün zamin durar, onu xoşlamadığı şeylərdən uzaqlaşdırar, sevdiyi şeylərə qovuşdurar və gümanı gəlmədiyi yerdən onun ruzisini yetirər.”("Yənabiul-məvədət”, səh.240; "Ehqaqül-həqq”, 11-ci cild, səh.617)
    Category: İmam Hüseynin (ə) əxlaqi görüşləri | Views: 854 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024