Ardı... "Yaxşı adam yaxşı xəbər gətirər, pis adam pis.”(Cəfəriyyat”, səh.145) "Dünyanı çox istəmək qəm-qüsəni artırar, zöhd isə dünyada insanın qəlbinə, bədəninə rahatlıq və sakitlik bəxş edər.("Xisal”, səh.73) "Sözlərin sərkərdəsi: "La ilahə illəllah”-dır.(Cəfəriyyat”, səh.228) "Alimlərdən soruşun, hikmət sahibləri ilə danışın və yoxsullarla oturub-durun.”("Əşəsiyyat”, səh.230) "Babam Peyğəmbərinin belə dediyini eşitmişəm: Xilafət Əbu Sufyan övladlarına haramdır.”("Biharul-ənvar”, 44-cü
cild, səh.312) "Sirlər-əmanətdir, qonşuluq-qohumluqdur, köməklik etmək sədəqə verməkdir.”("Tarixi-Yəqubi, 2-ci
cild, səh.246) "Susmaq qızıl, danışmaq gümüş kimidir.”("Cəfəriyyat”, səh.232) "Səfər etmək bir parça əzabdır; Sizlərdən hər biriniz vətənə və ailənizə dönmək üçün tələsin.”("Cəfəriyyat”, səh.170) (Babasından rəvayət edir.) "Səfər edib sağlam olun, oruc tutub savab qazanın, mükafat alın və vuruşun ki, sınaqdan çıxasınız; Həccə gedin ki, ehtiyac içində olmayasınız.”("Cəfəriyyat”, (tərcüməsi)
səh.65) "Dişləri fırçalamaq, ağızı təmizləmək və Pərvərdigarı razı salmaqdır.”("Cəfəriyyat”, (tərcüməsi)
səh.15) (Babasından rəvayət edir.) "Xəsislik yoxsuluğa, bəxşiş vermək kimsəyə möhtac olmamağa səbəb olar. İnsanlarla xoş rəftar-əqlin nişanəsidir.”("Tarixi-Yəqubi”, 2-ci
cild, səh.246) "Gözəl saç-Pərvərdigarın sizə bəxş etdiyi xilqət libaslarındandır, onu əziz tutun.”("Əşəsiyyat”, səh.156)(Babasından rəvayət edir.) "Ağ saqqal nur və aydınlıqdır, onu (qırxmaqla) zay etməyin.”(Yenə orada,) (Babasından rəvayət edir.) "Sabiq nemətlərə şükr etmək, gələcək nemətləri əldə etməyə hazırlıqdır.”("Bəlağətul-Hüseyn”, səh.135;
("Vəram” məcmuəsindən nəqlən)) "Padşahların ən pis sifətləri-düşmənlərdən qorxmaqları, kasıblara qarşı daşürəkli olmaları, hədiyyə və bəxşiş verdikləri zaman xəsislik göstərmələridir.”("Biharul-ənvar”, 44-cü
cild, səh.189) "Səbir məqsədə çatmaq üçün ən yaxşı vasitədir.”("Əşəsiyyat”, səh.149) (Babasından rəvayət edir.) "Səbirlə imanın nisbəti-insanın başıyla bədəninin nisbəti kimidir.”(Yenə orada,)(Atasından rəvayət edir.) "Möhtac adam sənə ehtiyacını söylədiyinə görə öz şəxsiyyətini əziz tutmadı; İndi sən öz abrını uca tut və o şəxsin ehtiyacını rədd etməklə onu alçaltma.”(Bəlağətul-Hüseyn”, səh.127) "Doğru danışmaq izzət, yalan söyləmək-acizlik və zəlillik nişanəsidir.”("Tarixi-Yəqubi”, 2-ci
cild, səh.246) "Sədəqə vermək-pis və çirkin ölümlərin qarşısını alır.”("Əşəsiyyat”, səh.56)(Babasından rəvayət edir.) "İnsanlardan pünhan şəkildə və kimsənin xəbəri olmadan sədəqə vermək və əl tutmaq-Pərvərdigarın qəzəb atəşini söndürür.”(Cəfəriyyat”, səh.56) (Babasından rəvayət edir.) "Sədəqə verməyin on, borc verməyin on səkkiz, din qardaşlarına hədiyyə verməyin və yaxşılıq etməyin, get-gəl etməyin iyirmi, ailəyə və qohumlara get-gəl etməyin və ehsan verməyin iyirmi dörd səvabı vardır.”("Cəfəriyyat”, səh.188)(Babasından rəvayət edir.) Bu rəvayətlərdən borc və hədiyyə verməyin, İslamda qohumlarla get-gəl etməyin–sileyi-rəhimin əhəmiyyəti aydın olur. "İnamla iki rükət namaz qılmaq, inamsız halda gecə namazına qalxmaqdan daha yaxşıdır.”(Əşəsiyyat”, səh.35)(Babasından rəvayət edir.) "Qohumlarla əlaqə saxlamaq, get-gəl etmək (sileyi-rəhim)-ömrü uzadır və yoxsulluğu aradan aparır.”(Yenə orada, səh.188) (Babasından rəvayət edir.) "Xeyir işlər görmək-pis və çirkin ölümləri dəf edir.”(Cəfəriyyat”, səh.56
(tərcüməsi))(Babasından rəvayət edir.) "Oruc tutmaq-bütün səbrin yarısıdır.”("Məanil-əxbar”, səh.288 (yeni
nəşri)) (Babasından rəvayət edir.) "Səbr edin, ey kəramət səahiblərinin övladları, çünki ölüm sizi qəm-qüssə və çətinliklərdən geniş behiştə və əbədi nemətlərə doğru aparan körpüdən başqa bir şey deyildir.”("Mənaqib”, 4-cü cild, səh.128) (Bu mətləbi Aşura günü öz vəfalı dostlarına, səhabələrinə buyurdu.) "Xoş o adamın halına ki, Allahdan qorxur və gecələr Allaha ibadət edir.”(Biharul-ənvar”, 75-ci
cild, səh.128) "Uzun-uzadı təcrübələr-ağlın çoxalmasına səbəb olur.”("Cəfəriyyat”, səh.31) "Kişilərə münasib ətir odur ki, rəngi görünməsin və ətri duyulsun; Lakin qadınlara layiq ətir odur ki, rəngi və cilvəsi duyulsun, iyi isə gizli olsun.”("Əşəsiyyat”, səh.168) "Öz övladlarınıza ox atmaq və üzmək öyrədin.”("Tarixi-Yəqubi”, 2-ci
cild, səh.246) (Babasından rəvayət edir) "İş görmək və səy etmək-bir növ təcrübədir.”("Əşəsiyyat”, səh.95) "Xəstəyə, xəstələndikdən üç gün sonra baş çəkmək yaxşıdır.”(Əşəsiyyat”, səh.95) (Babasından rəvayət edir.) "Qeyrət-imandan bir nişanədir.”(Yenə orada, səh.168) (Babasından rəvayət edir.) "Alo bitkisinin şirəsi və sirkə balı çürüdən kimi, qəzəb də imanı çürüdür.”(Yenə orada, səh.173) (Babasından rəvayət edir.) "Elmin üstünlüyü ibadətin üstünlüyündən daha yaxşıdır, dinin kamilliyi (Allaha) təqva və itaətkarlıqdır.”(Cəfəriyyat”, səh.155
(tərcüməsi)) "Sərvətini birinin çiynindəki yükünü yüngülləşdirmək və onu xalq yolunda xərcləmək üçün sərf etmirlərsə, böyük bəlalar zamanı bəxşiş etmirlərsə, onda mənim ümmətim üçün yoxsulluq zənginlikdən daha yaxşıdır.”(Yenə orada, səh.60) "Sənin öz müsəlman qardaşına iftar verməyin və onun qəlbini şad etməyin, sənin oruc tutmağından daha böyük əcrə malikdir.”("İkmal” (Şeyx Səduq), 1-ci
cild səh.317; "İsbatul-hudat”, 6-cı cild, səh.197, "Biharul-ənvar”, 51-ci cild,
səh.133) (Ola bilsin bu hədisin mənası budur ki, din qardaşının iftarın sənin açmağının savabı, sənin özünün oruc tutmağının savabından çoxdur. (əlbəttə, müstəhəb ouruc tutmaqdan söhbət gedir.) "Bu ümmətin Qaimi–qiyam edəcək şəxsi mənim övladlarımdan doqquzuncusudur. Qeyb sahibi odur, özü sağ ola-ola mirası təqsim edilən şəxs odur.”(Əşəsiyyat”, səh.160) "Həyatda qənaət etmək və özünün malik olduğu ilə kifayətlənmək-bərəkətin səbəbidir.”(Cəfəriyyat”, səh.31) (Babasından rəvayət edir.) "Quranı tilavət edənin və onu dinləyənin əcri və savabı bərabərdir.”(Yenə orada, səh.163) "Qoca və yaşı ötmüş şəxs iki şeyi çox sevir: Uzun ömrü və dünya malını.”(Cəfəriyyat”, səh.29) (Babasından rəvayət edir.) "Dırnaqlarınızı tutun, bu, sizin üçün gözəl və daha yaxşı bir işdir.”("Əşəsiyyat”, səh.189)(Babasından rəvayət edir.) "Əgər Allahın elçisinə bir qızın doğulduğu müjdəsini verirdilərsə, buyururdu: "Reyhanədir və ruzisi Allahdandır.”("Cameül-əxbar”, səh.41 (Nəcəf
çapı); "Bəlağətul-Hüseyn”, səh.141) "Allahın kitabı dörd şeylə möhkəmdir: Birincisi ibarət ilə, kəlmələrin zahiri ilə, ikincisi, işarə və kinayələrlə, üçüncüsü, zərifliyi, incəlikləri və təfərrüatları ilə, dördüncüsü, övliyaların həqiqətləri və peyğəmbərlərin vaqiələri ilə.”("Töhəfül-üqul”, səh.243) İbarətlər və zahir sadə adamlar üçün, işarələr xas adamlar və alimlər üçün, incəliklər övliya və Allahın dostları üçündür, amma həqiqətləri bilmək peyğəmbərlər üçün nəzərdə tutulur. Yalnız mələklər Allahın nə buyurduğunu bilirlər. "Şəxsin hər hansı bir İslami sünnəti bərpa etmək, qorumaq, təbliğ etmək və yaşatmağı üçün göstərdiyi səy əmələrin ən üstünlərindəndir.”("Biharul-ənvar”, 44-cü
cild, səh.16) "Torpağa gömülmüş hər insan-qəribdir.”("Təhzib” (İbni Əsakir),
2-ci cild, səh.325) "Var-dövlət sahibinin sərvəti nə qədər artırsa, onun qəm-qüssəsi, çətinlikləri də (bir o qədər) artır.”("Təhzib” (İbni Əsakir),
2-ci cild, səh.325) "Öz himayəsi altında olan adamlara diqqət yetirməyən və onların hüququnu za edən insanın günahı ona bəs edər.”(Yenə orada) (Babasından rəvayət edir.) "Hər bir cavanda ölüm üçün (torpaq üçün) bir bəhrə vardır.”(Biharul-ənvar”, 44-cü cild,
səh.16; "Mənaqib”, 4-cü cild, səh.44) "İnsanın imanı nə qədər artırsa, onun xanımlara, qadınlara olan əlaqəsi və ehtiramı daha da artır.”("Əşəsiyyat”, səh.90) Hədisin mənasının bu olduğu ehtimal olunur ki, insanın öz həyat yoldaşına bəslədiyi məhəbbət çoxalar. (Babasından rəvayət edir.) "Dinin kamalı-pərhizkarlıqdır.”(Cəfəriyyat”, səh.160) "Yemək şeylərini ölçün və çəkin, çünki, təamın bərəkəti ölçüdə və çəkidədir.”("Nəzhətül-qülub”) "Böyüklük, ehsan və yaxşılıq, (axirət dünyasında) sorğu-sualdan qabaqdır.”("Əşəsiyyat”, səh.242) "Hər şeyin bir hökm etmək (hökmranlıq) zamanı var, ta ki, əqli cəhətdən insanlar ən layiqli hökmranlığa sərvətə öz əqli gücünə yetişsin.”(Yenə orada, səh.228) (Atasından rəvayət edir.)
|