Ardı... "Hər bir dərdin dərmanı var və günahın dərmanı Allahdan bağışlanmaq diləməkdir.”("Cəfəriyyat” (tərcüməsi),
səh.28) "Qadın özünü əri üçün hazırladığı kimi, sizin hər biriniz də özünü qadınlarınız üçün hazırlamalıdır.”(Yenə orada) (Babasından rəvayət edir.) Bu rəvayətin məqsədi və zahiri mənası budur ki, kişinin ailə həyatında səliqəsi və təmizliyi, qadının bəzəyi, səliqəsi kimi həmişə lazımdır. "Mənim ləyaqətim ölümdən qorxan şəxsin ləyaqəti kimi deyildir.”("Ehqaqül-həqq”, 11-ci cild,
səh.601) "İzzət və şərəf yolunda ölmək əbədi həyatdan başqa bir şey deyildir.”(Yenə orada) "Zillət içində yaşamaq-sükunət içində (hərəkətsiz) ölümdən başqa bir şey deyildir.”(Yenə orada) "Mən ölümdən əsla qorxayacağam, həqiqətən mənim ruhum və himmətim ölümdən qorxaraq zülm və sitəmi qəbul etməkdən daha böyük və daha üstündür.(Yenə orada) "Əməl tərəzisində yaxşı xasiyyətdən, xoş əxlaqdan daha ağır bir şey yoxdur.”("Əşəsiyyat”, səh.150) "Allahdan qorxmağın behiştdən başqa bir nəticəsi və səmərəsi yoxdur.”(Nəfsətül-məsdər”, səh.45) "Sizin canınızın və varlığınızın behiştdən başqa bir qiyməti (dəyəri) yoxdur: Ona görə də onu bundan başqa bir şeyə satmayın.”("Nəfsətül-məsdər”, səh.45) "Torpaq altında yatanlar üçün bir yaxın adam və bir qohum yoxdur.”(Əşəsiyyat”, səh.235) "Elm və bilikdən başqa, bir şey üçün yaltaqlıq etmək və həsəd aparmaq mömin şəxsin əxlaqi sifətlərindən deyildir.”("Biharul-ənvar”, 44-cü cild,
səh.16; "Mənaqib”, 4-cü cild, səh.45) "Müsəlmanlarla təmiz ürəklə (səmimiyyətlə) rəftar etməyən və ya bir müsəlmana xəyanət edən kəs bizdən deyildir.”("Cəfəriyyat”) "Yanında olmayan adam üçün qaibanə (xəlvət) edilən duadan daha tez qəbul olunan bir dua yoxdur.”(Yenə orada, səh.28) (Babasından rəvayət edir.) "Əgər mən torpaq altında yaşayan heyvanların yuvası kimi bir gizli yerdə olsam da Bəni Üməyyə qanımı tökmək üçün məni ordan çölə çıxardar.”("Məqtəl” (Xarəzmi)) Bu mətləbi Bəni Üməyyə nəslnin Peyğəmbər xanədanına bəslədiyi düşmənçiliyin çoxluğunu başa salmaq üçün Abdullah ibni Cəfərə göndərdiyi məktubda yazmışdı. "Əgər düşmənlərin şərrindən özümüzü saxlamasaydıq, dostlarımız düşmənlərimizdən seçilməzdi.”(Vəsailüş-şiə”, 6-cı cild,
səh.478) "Əgər din qardaşlarımızın hüququnu tanımaq olmasaydı, bütün pis işlərə əzab verilərdi.”(Yenə orada, səh.74,
("Əmr be məruf” fəsli)) "Allah hifz eləyən hər şey qorunacaqdır.”(Gəşfül-ğəmmə”, 2-ci
cild, səh.248) "Allah düzəldən hər iş asan olur.”("Cəfəriyyat” (tərcüməsi),
səh.149) "Qənaətcil olan adam kasıblığa düçar olmur.”(Yenə orada) "Allahın xoş rəftar və yumşaqlıq qərar verdiyi şeylərdə zinət və gözəllik yarandı, çirkin və xoşagəlməzlik qoyulmuş şeylərə yalnız kobudluq və pislik əmələ gəldi.”("Əşəsiyyat”, səh.89) "Hər hansı bir cavan ilk gənclik çağlarında evləndisə, şeytan fəryad edib demişdir: "Vay mənim halıma, vay mənim halıma!” beləliklə, dininin üçdə birini məndən qorudu.”("Əşəsiyyat”, səh.89)(Babasından rəvayət edir.) "Allahın şəriki olmasını qəbul etmək günahından sonra, halal olmayan qadının bətnində haram nütfənin qərar verməsindən daha böyük bir günah yoxdur.”(Yenə orada, səh.99) (Babasından rəvayət edir.) "Allah Öz bəndələrini yalnız Onu tanımaları üçün yaratmışdır; Onlar Allahı tanıdıqları zaman Ona pərəstiş edərlər, hərgah Allaha ibadət etdilər, onda artıq Ondan başqasının qabağında səcdə etməyə ehtiyacları olmayacaqdır.”("Ehqaqül-həqq”, 11-ci cild,
səh.594) "İzzətə qovuşmaq və haqqı yaşatmaq yolunda ölüm nə qədər asandır.”(Yenə orada, səh.600) "İmam yalnız o kəs ola bilər ki, Allahın kitabı əsasında hökm etsin, ədaləti bərqəraretsin, Allahın dinini vəfadar qalsın, nəfsini Allahının istək və iradəsi səbəbi ilə öz nəfsinə nəzarət etsin.” (Kufə əhlinə yazdığı məktubdan.) "Allah ölümdən başqa bir dərdi göndərmişsə, hökmən onun dərmanını da göndərmişdir. Belə isə, dərman fikrində olun.” "Allahın yanında Ona iman gətirmək, saleh əməl görməkdən və tərk olunmasını istədiyi şeyləri tərk etməkdən daha sevimli br şey yoxdur.” "Xain (xəyanətçi) olmaqla riyakar olmağın heç bir fərqi yoxdur.” "Allah hər kəsin taqətini apdısa, hökmən itaət etməyi də ondan götürmüşdür; və hər kəsin qüdrətini aldısa, hökmən onun dini vəzifəsini də aradan qaldırmışdır.” "Heç kim dünyaya bel bağlayan (etimad göstərən) bir şəxs kimi ziyana uğramamışdır.” "Allahın elçisinin bir qrup adama belə buyurduğunu eşitdim: "Həqiqətən Əli hidayət şəhəridir: Onun qapısından girən hər kəs nicat tapdı, hər kəs ondan kənar keçdi, həlak oldu.”("Kəşfül-ğəmmə”, 2-ci cild,
səh.249) "Hər kəs ləyaqətlərinə görə daha biliklidir.”("Ehticac" (Təbərsi)) "Hər kəs Pərvərdigara itaət etsə, Allah ona ucalıq və üstünlük bəxş edər.”("Bəlağət”, səh.135) "Hər kəs Allah üçün öz niyyətini xalis etsə, Allah ona zinət və gözəlllik bəxş edər.”("Tarixi-Yəqubi”, 2-ci
cild, səh.246) "Hər kəs Allaha məxsus olana etiqad və iman bəsləsə, Allah onu qane edər.”(Yenə orada) "Hər kəs Allahın əmri qarşısında öz böyüklüyünü və izzətini göstərsə, Allah onu zillətə sürükləyər.”("Tarixi-Yəqubi, 2-ci
cild, səh.246) "Xoş rəftar və barışqanlıq verilmiş hər kəsə dünya və axirətin xeyri verilmişdir. İnsanlarla xoş rəftardan məhrum olan hər kəs dünya və axirətin xeyrindən məhrum qalır.”(Yenə orada) "Bəd əxlaqa malik olan hər kəs, özünü əziyətə və əzaba salmşdır.”("Əşəsiyyat”, səh.149) "Qəm-‚üssəsi çox olan adamın bədəni xəstəliklərə düçar olar.”("Nəfsətül-məsdər”, səh.149) "Allahı razı sala biləcək bir arzu ilə yaşayan hər kəs öz arzusuna çatmamış ölməz.”("Əşəsiyyat”, səh.145) "Səxavət göstərən adam qüdrətə çatar, xəsislik eləyən adam rəzil olar.”("Kəşfül-ğəmmə”, 2-ci cild,
səh.241) "Hər kim bizi Allah rizası xatirinə sevər, biz və o, qiyamət günü baş və orta barmaqlar kimi bərabərik.”("Bəlağətül-Hüseyn”, səh.123;
"Əmali” (Şeyx Tusi), səh.159) Bir rəvayətdə də belə gəlib çatmış ki, biz və o, iki bərabər barmaq kimi Peyğəmbərə qovuşarıq. "Hər kəs bizi sevirsə, babamı sevmiş olur; Bizimlə düşmənçilik edən adam babamla düşmənçilik etmiş olur.”("Yənabiul-məvəddət”, səh.272) "Bizi sevən hər kəs bizdən-Peyğəmbərin Əhli-beytindən olacaqdır.”("Ehqaqül-həqq”, 11-ci cild,
səh.592) "Hər kəs bizi dünya xatirinə sevirsə, dünya yaxşı əməl sahibinə də, pis əməl sahibinə də çatar.”("Nəfsətül-məsdur”, səh.45) Mənası budur ki, bizə bəslənən məhəbbət düyaya olan məhəbbətdən üstün olmalıdır. "Allahın xeyirləri və nemətlərindən yalınız dünyada şad olan adam, alçaq bir şey üçün razı olmuşdur.”("Biharul-ənvar”, 75-ci
cild, səh.119) "Ləyaqət nişanələrindən biri ağıllı adamlarla oturub-durmaqdır.”("Biharul-ənvar”, 75-ci
cild, səh.119) "Bir alimin biliyinin nişanələrindən biri onun öz dediklərinə daha çox diqqət yetirməsi, tənqidi yanaşması və fikir, münazirə fənnlərinin həqiqətlərindən xəbrdar olmasıdır.”(Yenə orada, səh.120) "Sənin bəxşiş və hədiyyələrini qəbul edən hər kəs, sənin kəramətinə və böyüklüyünə kömək etmiş olur.”("Kəşfül-ğəmmə”, 2-ci cild,
səh.242) "Səni sevən adam səni pis əməllərdən çəkindirər, səni düşmən sayan adam səni bəd əməllərə vadar edər.” "Bir şeyi günah və Allaha qarşı itaətsizliklə əldə edən adam, öz ümidlərini daha çox məhv etmiş və qorxduğu şeyə tez düçar olmuş olur.”(Yenə orada) "Öz din qardaşı üçün bir xeyir iş görən adam, sabah (qiyamət günü) əvəzini onun yanına gəldikdə tapacaqdır.”(Yenə orada, səh.45) "Kim ki, öz din qardaşına yaxşılıq eləyəndə Allahı nəzərdə tutur və o işi Allah xatirinə edir, onun ehtiyacı olduğu zaman Allah əvəzini qaytaracaqdır və onun elədiyindən də artıq çətinliklərini rəf edəcəkdir.”("Kəşfül-ğəmmə, səh.45) "Öz müsəlman qardaşlarıın şərəf və namusunu müdafiə edən adam üçün behişt vacibdir.” "Hər kəs Allahı ona layiq olduğu şəkildə sevərsə, Allah ona arzıladığından artıq və həddindən çox əta edəcəkdir.”("Əşəsiyyat”, səh.23) "Kim ki, Allahın rizasını insanların qəzəbindən qorxmayaraq əldə edirsə, Allah onu həmin insanların şərrindən qoruyur.”("Ehqaqul-həqq”, 11-ci
cild, səh.591) "Kim ki, Allahın rizasını insanların qəzəbindən qorxmayaraq əldə edirsə, Allah onu həmin insanların şərrindən qoruyar.”("Biharul-ənvar”, səh.126) "Kim ki, insanların rizasını Allahı qəzəbləndirməklə əldə edirsə, Allah onu insanların ixtiyarına buraxır.”(Yenə orada) "Hər kəs Allaha təvəkkül etsə, qənaət etsə, malik olduğuna razı olsa, istədiyi şeydən ehtiyacsız olacaqdır.”("Əşəsiyyat”, səh.224) Bu ona işarədir ki, yaşayış vasitələri əldə etməkdə tamahkarlıq göstərmək arzu olunmazdır. Allaha təvəkkül etmək, qənaətlə, razılıq və şadlıqla yaşamaq, cahilanə şəkildə rəqabət etməmək bir çox yersiz və artıq səylərin qarşısını alır və Allah da ona kömək edir. "Bir padşahın tələblərini Allahın əmrlərindən üstün tutan adamdan Allah təqva ruhunu alır və onu (bu dünyada və axirətdə) sərgərdan qoyur.”("Kitabul-qabat”, səh.81) "Kim ki, Allahın haram buyurduğunu halal sayan, Pərvərdigarla bəndəliyi barədə əhd-peymanını sındıran, Allahın bəndələri arasında günah, zülm və ədalətsizliklə rəftar edən zülmkar bir şah və ya hakim görüb, ancaq ona etiraz etmirsə, Allah onu (o şəxsin) özünə məxsus yerə (zülmkarların olduğu yerə) salar.”("Biharul-ənvar”, 44-cü cild,
səh.382: "Kamilut-təvarix”, 3-cü cild, səh.86; "Tarixi-Təbəri”, 4-cü cild,
səh.304; "Əhqaqul-həqq”, 11-ci cild, səh.609) (Babasından rəvayət edir.) İmam Hüseyn (əleyhissalam) bu sözləri Kufə yaxınlığında oxuduğu xütbələrdə buyurdu və ətrafa yazdığı bəzi məktubların sərlövhələri belə idi: Bu sözlərdən zülmkarlara qarşı mübarizədə müsəlmanların üzərinə düşən ağır məsuliyyətlər aydın olur. Həmin məsuliyyəti hiss etməyin nəticəsi idi ki, şiə dünyasının böyük mərcəye-təqlidi Həzrət Ayətullahul-Üzma İmam Xomeyni (r) Qum şəhərindən meydana çıxaraq uzun müddət İslama və şiəliyə qarşı yönəlmiş napak, minfur niyyətlərini gizli saxlamış, zamanın zülmkarı və dövrünün şahı Məhəmməd Rza Pəhləvi əleyhinə müxalifət bayrağını qaldırdı, heç bir çətinlikdən qorxadı, bu məsuliyyəti, İslam peyğəmbərinin yolunda zindanları və sürgünləri canı bahasına qəbul etdi, Hüseyn kimi zamanın yezidinə etiraz səsini ucaltı. 15 il zindan və sürgün əzablarından sonra İslami İrana İslam Cümhuriyyətini elan etdi. Amma şeytanlar tərəfindən neçə-neçə çətinliklər yaradıldı və dünya müstəmləkəçilərinin əlilə nə qədər alimlər və fəqihlər şəhadətə yetirildi? Nəhayət İraq məməlkətinin hakimi, əsrin və zamanın Səddam Hüseyn Əfləqi adlı bir cinayətkarının əlilə İran İslam Respublikası əleyhinə evlər yıxan bir məcburi müharibə başlandı ki, 7 ildir davam edir. Allaha şükr olsun ki, İmam Hüseyn məktəbinin davamçıları dünyada misli görünməyən bir rəşadətlə düşməni İran İslam Cümhuriyyətinin torpağından çıxartdılar. Ancaq müharibə hələ davam edir. Bu günlərdə İran körfəzində müharibə təhlükəsi aramaqdadır. Böyük Allah, əvvəllə olduğu kimi, indi də bizim yardımçımızdır. "Gecəni gündüz edən (səhərə çıxan), ancaq müsəlmanların işinin fikrini çəkməyə hər kəs, müsəlmanlardan deyildir.”(Əşəsiyyat”, səh.88) (Babasından rəvayət edir.) "Bir adamın "ey müsəlmanlar” deyə imdada çağırdığını görən və ona cavab verməyən kəs müsəlmanlardan deyildir.” (Babasından rəvayət edir.) "Hər kəs öz din qardaşının üstünə silah çəkib onu təhdid etsə, məlakələr onu lənətləyər o vaxtlara qədər ki, o, öz silahını ondan kənara çevirər.” "Hər kəs ki, bidət qoyanın bidətini rədd edər, o, Allah yolunda cihad etmiş kimidir.” (Atasından rəvayət edir.) "Hər kəs istəyir ki, Allahın yanında öz mövqeyini başa düşsün, gərək Allahın əzəmətindən özündə nə olduğunu bilsin.” (Babasından rəvayət edir.) "Pərvərdigarın seçdiyinin gözəlliyinə etimad edən hər kəs, Allahın istəklərindən başqa bir şey arzu etməz.” "Kim ki, insanlarla insafla rəftar edir, haqq sözü qəbul edir, mübahisəni tərk edir, şübhəsiz, o, öz imanını möhkəmlətmiş olur, yoldaşlığını və dini vəzifələrini yaxşı yerinə yetirmiş və əqlini qorumuş olur.”(Ehqaqül-həqq”, 2-ci cild,
səh.591) "Pərişanlığın rahat buraxmadığı hər kəs: "Lahövlə vəla qüvvətə illa billah”-sözlərini çox təkrar etsin.”("Bəlağətül-Hüseyn”, səh.134) "İxtiyarında su, torpaq olan və kasıblığa düçar olan adam, Allahın rəhmindən uzaq olasun.”(Əşəsiyyat”, səh.157) İstehsalın, kənd təsərrüfatının, əkin-biçinin əhəmiyyəti bu rəvayətdən aydın olur və bu, yalnız ayrı-ayrı fərdlərə aid deyildir, eyni zamanda suyu, torpağı olan, əkin-biçinə tam diqqət yetirməyən, yoxsulluğa, iqtisadi zəifliyə düçar olan və ona-buna əl açan hər dövlətə, hökumətə və məmləkətə də aiddir, belələri Allahın rəhmindən uzaqdırlar. "Bu ümmətin bəlalarından bir budur: Əgər biz onları (bu yola) dəvət ediriksə, qəbul etmirlər, əgər öz başına buraxırıqsa, bizsiz hidayət olunmurlar.”("Qurbul-əsnad”) "Müsəlman kişinin xoşbəxtliyi-əməli-saleh həyat yoldaşına, geniş mənzilə, mülayim və yol gedə bilən minik vasitəsinə və yaxşı əməl sahibi olan övlada malik olmaqdan ibarətdir.”("Bəlağətül-Hüseyn”, səh.136
("Vəram”dan nəqlən)) (Babasından rəvayət edir.) "İnsanın xoşbəxtliyidir ki, pak və düzgün dostları, əməli saleh və mehriban övladı, özünə uyğun və itaətkar həyat yoldaşı olsun və öz şəhərində həyatı da təmin olunsun.”("Cəfəriyyat”, səh.99) "Allahın nemətlərindən kişi üçün (biri də) budur ki, övladı özünə oxşasın.”(Yenə orada) "Hər kəs öz həyat yoldaşını möhtərəm saymalı və əziz tutmalıdır.” "Hər kəs tük (bığ və saqqal) saxlayırsa, onu yaxşı və təmiz saxlamalıdır.”("Əşəsiyyat”, səh.157-187) (Babasından rəvayət edir.) "Təşnə ciyərlərin yanğısını söndürmək və ac qarınları doydurmaq Allah yolunda üstün tutulan əmələrdəndir.”("Məcalis”, səh.28) (Babasından rəvayət edir.) "Duasının müstəcab (qəbul) olmasını xoşlayan hər kəs öz qazanc və gəlirini halal etməlidir.”("Cəfəriyyat”, səh.224) (Babasından rəvayət edir.) "Allahın insana bəxş etdiyi nemətlər çoxaldıqca, o, Allaha şükürlərini də artırmalıdır.”(Yenə orada) (Babasından rəvayət edir.) "Qəm-qüssəsi artan adam, daha çox istiğfar etməlidir.”("Əşəsiyyat”, səh.231)(Babasından rəvayət edir.) "Hər kəs bizi Allah xatirinə sevirsə, biz və o, Peyğəmbərimizə qovuşacağıq, əgər bizi dünya üçün sevirsə, dünya yaxşı və pis adamlara çatar.” "İşinin sonunda "la ilahə illəllah”ı dilinə gətirən adam behiştə daxil olar.”(Əmali” (Şeyx), səh.159) (Atasından rəvayət edir.) "Həyatı bir gecənin ibadətilə sona çatan adam behiştə gedir.” "Həyatı bir bir miskinə təam verməklə sona çatan adam behiştə gedir.” "Həyatı bir günü oruc tutmaqla sona çatan adam behiştə gedir.” "Həyatının sonu ümrə əməli ilə başa çatan adam behiştə gedər.” "Ömrü həcc ilə qurtaran hər kəs behiştə gedər.” "Həyatında dəvənin bir nəfəs çəkməsi və ya onun südünün sağılması vaxtı qədər olsa belə, cihad etmiş adam behiştə gedir.”(Əşəsiyyat”, səh.212) (Atasından rəvayət edir.) "Yaxşı əməl və yaxşılıq-mərifət və dünyagörüşü qədərincə olur.”(Yenə orada) (Babasından rəvayət edir.) "Mömin adam üçün ölüm-qoxuladığı bir dəstə gül kimidir.”(Yenə orada, səh.190) (Babasından rəvayət edir.) "Biz bütün insanlar üçün ilahi əzablardan xilas olmaq vasitəsiyik.”("Ehticac" (Təbərsi), səh.104.
(Nəcəf çapı)) "Biz o şəxslərik ki, Allahın kitabının elmi, bəyanı və dərki bizdədir, bizdə olan şeylər Allahın yaratdıqlarından heç kəsdə yoxdur, çünki biz-Peyğəmbər xanədanı-Allahın sirlərinin əhliyik.”("Biharul-ənvar”, 44-cü
cild. səh.184) "Biz-Pərvərdigarın qalib firqəsi, Peyğəmbərin yaxın ailəsi və onun pak əhli-beytiyik və iki çox qiymətli əmanətlərdən biriyik ki, bizi Allahın Peyğəmbəri Quranın ardıcılları və (əmanətinin) ikincisi kimi müəyyən etmişdir.” "Biz-Məhəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) xanədanı sizin üzərinizdə rəhbər olmağa, xilafət sürməyi haqsız olaraq xəlifəlik iddia edənlərdən və aranızda zülm, sitəm və düşmənçilikdə hərəkət edənlərdən daha artıq layiqik.”("Mənaqib”, 4-cü cild, səh.67) "İnsanlar dünyanın qullarıdırlar, din onların dilində yalamaqları kimi bir şeydir, o zamana qədər onu saxlayarlar ki, onun vasitəsilə xoş bir həyata çatsınlar: əgər çətinliklərlə və bəlalarla sınağa çəkilsələr, dindarlar az olacaqdır.”("Əl-bəlağət”, səh.68 (İbni
Əsirin tarixindən (4-cü cild) nəqlən); "İrşad”, səh.205) "Elm-imanın yaxşı vəziri, helm isə biliyin layiqli vəziridir.”("Elamul-vəra”, səh.229.
"Ehqaqül-həqq” 2-ci cild, səh.623; "Məqtəl” (Xarəzmi), 1-ci cild, səh.232) "Toxuculuq-imanlı qadının ən yaxşı məşğuliyyətidir.”("Biharul-ənvar”, 44-cü
cild, səh.383) (Babasından rəvayət edir.) "Bəyənilən işlərdə bir-birinizlə rəqabət edin, qənimət, qazanc və mənfəətlərini əldə etməyə tələsin, yerinə yetirərkən tələsmədiyiniz yaxşı işi hesaba almayın.”("Əşəsiyyat”, səh.98) "Övladın ata-ananın surətinə məhəbbət və istəklə baxmağı ibadətdir.”("Kəşfül-ğəmmə”, 2-ci cild,
səh.241) (Babasından rəvayət edir.) "İman qardaşının üzünə məhəbbətlə baxmaq ibadətdir.”("Əşəsiyyat”, səh.187) "İslam Peyğəmbəri müşriklərin ölkələrində zəhərli maddələrin səpilməsini qadağan etdi, yəni kafirlərin və müşriklərin əleyhinə kimyəvi maddələrdən istifadə etməyə icazə verməmişdir.”(Yenə orada, səh.194) "İslam Peyğəmbəri qaranlıq otağa çıraqsız girməyi qadağan etmişdir.”(Cəfəriyyat”, səh.80) "İslam Peyğəmbəri bir şəxsin uca bir yerdən və ya dam üstündən peşov etməsini və havanı korlamağını qadağan etmişdir.”(Yenə orada, səh.168) "Oruc tutan adamın yatmağı ibadət və nəfəs almağı dua etmək təsbih demək savabına malikdir.”("Cəfəriyyat”, səh.30) "Allaha and olsun ki, Xudavəndi-aləm bizə itaət etməyə əmr buyurmadığı heç bir şeyi yaratmamışdır.”(Yenə orada, səh.58) "Allaha and olsun ki, babamla, atamla, anamla, qardaşımla və bütün köçənlərimlə görüşməyimi Yəqub peyğəmbərin Yusifi və qardaşlarını görməyə arzuladığından daha artıq arzulayıram. Mənim üçün bir qətlgah vardır ki, gərək onu axtarıb tapam və görəm.”("Mənaqib”, 4-cü cild, səh.51) (Babasından rəvayət edir.) "Qonaqlıq (toy və s. kimi) birinci gün haqdır, lazımdır, ikinci gün yaxş işdir; lakin bundan nə qədər çox olduqda, riyakarlıq, öyünmək, zahirpərəstlik və xudpəsəndlikdir.”("Məqtəl” (Xarəzmi), 1-ci cild,
səh.252)(Babasından rəvayət edir.) "And olsun Allaha ki, Allahın, yalanı və yalan danışanları sevmədiyini bildiyim gündən heç vaxt yalan danışmaq qəsdinə düşməmişəm.”("Əşəsiyyat”, səh.164) "Allaha and olsun ki, heç vaxt zəlillər kimi, düşmənə biət əlimi vermərəm və bəndələr kimi, döyüş meydanından da qaçmaram.”("Məcalis”, səh.28) "Yaxşı övlad-behişt güllərindən olan bir güldəstədir.”(Elamul-vəra”, səh.237) "Vay bizim-Peyğəmbər xanədanının haqqını inkar edənlərin halına!”("Cəfəriyyat”, səh.188) "Məhəmmədin canı əlində olan Allaha and olsun ki, özü tox, qardaşı və ya müsəlman qonşusu ac yatan heç bir bəndə mənim peyğəmbərliyimə iman gətirməz.”("İrşad” (Şeyx Mufid), səh.215) "Allaha and olsun ki, heç vaxt zəlillər kimi düşmənə beyət əlimi vermərəm və qullar kimi döyüş meydanından qaçmaram.”("Məcalis”, səh.28) "Hədiyyə-küdurəti aradan aparır.” (Babasından rəvayət edir.)”("Əşəsiyyat”, səh.153) "Hədiyyə üç qismdir: mükafat hədiyyəsi, zahiri hədiyyə, Allah xatirinə hədiyyə.”(Yenə orada) "Ey Adəm övladı! Həqiqətən sən və sənin varlığın bir neçə günlükdür: Keçən hər gün sənin bir hissəni yox edir.”("İrşad”, (Deyləmi), səh.30) Bu rəvayətdən başa düşmək olur ki, zaman-bir ölçü vahididir. "Övlad ata-anaya qarşı ağ olduğu kimi, ata-ana da öz uşaqlarına ağ və asi olur.”("Cəfəriyyat”, səh.187) "Şirki və müşrikləri qiyamət günü gətirirlər və od içinə atırlar.”(Yenə orada, səh.245) (Babasından rəvyət edilir.) "Sədaqətli adamlar (səmimi iman sahibləri) qiyamət günü gətirirlər və behiştə daxil edirlər.”(Yenə orada, səh.241) *** Şəhidlərin sərvərinin risalət, vilayət mənbəlaərindən və o böyük şəxsiyyətin özündən bizə gəlib çatan və əxlaq xüsusunda olan insan yetişdirən rəvayətlərindən toplanmış bu kitab burada sona yetdi. Ümid edirəm ki, Pərvərdigari-aləm bu işimi səmimyyətlə qəbul edər və iman sahiblərinin duası bu sətirlərin müəllifinə bir kömək olar. |