İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » November » 29 » İlahi nəsihətlər
    8:44 PM
    İlahi nəsihətlər
    Doqquzuncu məclis
    Allahla rabitə və başqalarından ehtiyacsızlıq
    "Ya Musa! Mənimlə rabitən qırılan vaxt məndən qeyriləri ilə rabitən bərqərar olmaz (rahatlaşacağın sığınacaq tapmazsan). Mənə pərəstiş et, fəqir və heç nəyi olmayan bəndə tək qarşımda dayan. Nəfsini məzəmmət etməklə məşğul ol, onun məzəmməti daha önəmlidir. Mənim kitabımla (Tövratla) Bəni-İsrail qarşısında öyünmə. Bu kitab nəsihət, sənin qəlbinə öyüd, aydınlıq üçün yetər. Çünki o aləmlərin Rəbbinin kəlamıdır.”
    Ayə və rəvayətlərdə Allahla rabitə mövzusu
    Qüdsi hədisin bu bəndinin başlanğıcında Allah-taala tövsiyə olaraq həzrət Musaya və möminlərə xəbərdarlıq edir ki, Allahla rabitəyə münasibətdə ehtiyatlı olsunlar. Əgər bu rabitə qırılarsa insan başqa biri ilə rabitə qura bilməz və ya quracağı rabitə ona əmin-amanlıq gətirməz. Oxşar təbirlərlə Quran ayələrində də rastlaşırıq. Allah öz bəndələrinə tövsiyə edir ki, Allahla rabitələrini möhkəmləndirsinlər. Ayələrdən birində oxuyuruq: "Hamınız Allahın ipinə sarılın və pərakəndə düşməyin.” ("Ali-İmran”, 103)
    Bu ayədə ilahi ip vəhdət və birlik amili kimi tanıtdırılır. Bəzi rəvayətlərdə bu təbir Əmirəl-möminin (ə) və Əhli-beyt (ə) kimi təfsir olunur. İmam Kazimdən (ə) uyğun ayə ilə bağlı belə nəql olunmuşdur: "Allahın möhkəm ipi Əli ibn Əbu-Talibdir (ə).”(Təfsiri-nurus-səqəleyn”, c. 1, s. 448)
    İmam Baqirdən (ə) həmin ayə haqqında soruşularkən buyurmuşdur: "Bizik Allahın möhkəm ipi.”(Həmin mənbə, s. 449)Bəzi ayələrdə Allahla rabitə vasitəsi "ürvə”, yəni tutacaq kimi təbir olunur. Allah buyurur: "Dində heç bir məcburiyyət yoxdur. Doğru yol əyri yoldan aşkar seçildi. Hər kəs tağutu inkar edib Allaha iman gətirsə, şübhəsiz, möhkəm dəstəkdən yapışmışdır və o qırılası deyil. Allah eşidən və biləndir.” (Bəqərə”, 256)
    Bu ayədə "ürvətul-vüsqa” ifadəsi rəvayətlərə əsasən iman, Quran, Əhli-beyt (ə) vilayəti mənasında təfsir olunur. İmam Baqir (ə) uyğun təbirlə bağlı buyurur: "Ürvətül-vüsqa” Əhli-beyt (ə) sevgisidir.”(Təfsiri-nurus-səqəleyn”, c. 1, s. 317)
    İmam Sadiq (ə) həmin ayənin təfsiri ilə bağlı buyurur ki, nəzərdə tutulan bir olan və şəriksiz Allaha imandır.
    İmam Riza (ə) buyurur: "İmam Hüseynin (ə) nəslindən olan imamlara itaət edən Allaha itaət etmişdir. Onlara müxalif olan Allaha müxalif çıxmışdır. Onlar möhkəm tutacaq və Allaha doğru bir vasitədir.”(Həmin mənbə, s. 138)
    Həzrət Quran haqqında buyurur: "Quran Allahın möhkəm ipidir, Onun möhkəm tutacağıdır.”(Həmin mənbə)
    Allahla rabitənin mərhələləri
    İlahi dəstəkdən tutmaq üçün iki mərhələ nəzərdə tutulur:
    Birinci mərhələ: İslamın etiqadi, əxlaqi, fiqhi, fərdi və ictimai ayinlərdən ibarət olduğunu nəzərə alsaq Allah ipindən yapışmaq elə İslam ayinlərinə bağlılıq kimi qəbul olunmalıdır. Bu mərhələdə Allahla zəruri rabitə həddi ilahi göstərişləri yerinə yetirmək, vacib əmrləri yerinə yetirib haramlardan çəkinməkdən ibarətdir.
    Vacib əmrləri yerinə yetirib haramlardan çəkindikdən sonra müstəhəb əmrləri yerinə yetirib bəyənilməz işləri tərk etmək də insanın Allahla rabitəsinə təsir göstərir. Demək, Allahın ipinə sarılmaq şəri və ilahi göstərişləri yerinə yetirmək, təqva yolunu seçməkdir. Bu halda qərar tutan insanı Allah şeytanın tələlərindən xilas edib səadətə çatdırır. Allahın vacib və haram hədlərini gözləməyib günaha düşənlər xoşbəxtlikdən məhrum olub azğınlığa düçar olur.
    Başqa sözlə Allah-taala özü ilə rabitəni möhkəm ipə bənzədir. Bu ipin bir tərəfində insan, bir tərəfində behişt qərar tutmuşdur. Həmin ipdən möhkəm yapışıb yuxarı qalxan behiştə çatır. İpdən aşağı isə cəhənnəm və fəlakət var. Əli boşalıb ipi buraxan kəs cəhənnəmə yuvarlanır.
    İkinci mərhələ: İnsanın maddi, mənəvi və ruhi ehtiyacları böyükdür. Bu ehtiyaclar təmin olunmasa insan məhv olar. Təbii ki, insan bu ehtiyacları təkbaşına təmin edə bilməz. O başqalarının sorağınca getməyə məcburdur. Ehtiyacların təmini üçün başqalarının vasitəsi seçilməsi həmin qırılmaz ipə yapışmaqdır. Bəndə qida, məskən, sağlamlıq kimi ehtiyaclarını təmin etmək üçün varlıq aləminin həqiqi sahibi olan Allaha üz tutmalı, səmimi qəlbdən ona sığınmalıdır. Şübhəsiz ki, bu yolu seçib Allaha diqqət yetirməklə ehtiyaclarını təmin etmək istəyən kəsi Allah-taala sonsuz nemətlər vadisinə çatdırasıdır. Ən əsası belə bir insan Allaha diqqət nemətindən bəhrələnir, bu diqqət sayəsində başqalarının kiçikliyini anlayır. Bu məqama çatan bəndə Allahdan qeyrisinə ağız açmır.
    Amma bir şəxs iman zəifliyi və qəflət səbəbindən Allahdan qeyrisinin sorağınca gedərsə Allah onu həmin yalançı məbudlar qarşısında alçaldar. Onun xahişi rədd olunduqda təkrar-təkrar ağız açar, bəzən istəyinə çatmaq üçün özünü alçaldar.
    İnsan Allahdan qeyrisinə üz tutduğu vaxt yaltaqlıq, mədhiyyəçilik kimi pis sifətlərə düşür. Bütün bu rəzalətlərdən sonra da onun öz istəyinə çatacağı məlum deyil.
    Allahdan xəbərsiz insanlar öz istəyinə çatmaq üçün istənilən bir günaha batır. Bəziləri məsələn prezident olmaq üçün milyardlarla pul xərcləyir, bu yolda böhtandan, yalandan, təhqirdən çəkinmir. Çox vaxt belələri min bir alçaqlıqla razılaşsalar da məqsədlərinə çata bilmirlər. Hətta məqsədlərinə çatdıqdan sonra xoşbəxtliyin tamını dadmırlar.
    Bəli, Allahla rabitəsi qırılan kəs makiyavelistcəsinə istənilən bir yolla məqsədə çatmağa çalışır. O halal-haram yol tanımır, hətta ixtiyarında olan beytül-malı, (dini büdcəni) haraya gəldi xərcləyir. Belələri xalqa zülümdən, təcavüzdən, onların şəxsiyyətini alçaltmaqdan qorxmurlar. Bir neçə sarayı, fabrik-zavodu, gündəlik milyonlarla qazancı olanlar var ki, bir an dayanmadan öz olanlarını artırmağa çalışır.
    Aydın oldu ki, Allahla rabitə, Onun ipinə sarılma iki mərhələdə gerçəkləşir. Birinci mərhələdə bəndə vacib əməlləri yerinə yetirib haramlardan çəkinir, ikinci mərhələdə Allaha təvəkkül etməklə başqalarının əlindən gözünü çəkir. Quranın müxtəlif ayələrində bu nöqtələrə işarə olunmuşdur. Bəzi ayələrdə Allahın xaliqliyi, varlıq aləminə nəzarəti, eləcə də Ona pərəstiş və təvəkkülün zəruriliyi bəyan olunur: "Budur sizin Rəbbiniz. Yoxdur Ondan başqa məbud. O hər şeyi yaradandır. Ona pərəstiş edin, O hər şeyə nəzarətçidir.”(Ən’am”, 102)
    Bəzi ayələrdə Allaha ibadət və təvəkkül göstərişləri yanaşı zikr olunur: "Göylərin və yerin batini Allaha məxsusdur. Bütün işlər Ona doğru qayıdar. Ona pərəstiş və təvəkkül et, sənin Rəbbin gördüyünüz işlərdən qafil deyil.” (Hud”, 123)
    "Həmd surəsində də Allahın gözəl sifətləri zikr olunduqdan sonra "yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik” ayəsində ibadətin iki mərhələsinə işarə olunur: Allaha təvəkkül və Ondan yardım istəyi. Hər gün on dəfə "həmd” surəsini oxumaq bizim vəzifəmizdir. Bu surədə pərəstiş və yardım istəyi yalnız Allaha aid edilmişdir. Məlum olur ki, dinin əsas qayəsi Allaha pərəstiş və bu sonsuz mənbəyə təvəkküldən ibarətdir. İnsan ehtiyaclarının təmin olunmasını Allahdan diləməli və Ondan qeyrilərindən ümidini üzməlidir.
    Allahla rabitənin səmərəsi
    Zikr olunmuş iki mərhələyə bağlılığın səmərəsi budur ki, insan bəndəlik və ibadətdən, Allaha təvəkküldən sonra özünü tam ehtiyacsız hiss edir, ətrafdakıların münasibətinə əhəmiyyət vermir. Onun üçün xalqın dostluğunun və ya düşmənçiliyinin fərqi yoxdur. Bu münasibətlər onun halını dəyişmir. Uyğun məna imam Baqirin (ə) Cabir ibn Yezid Cövhiyə xitabında belə zikr olunur: "Bil ey Cabir! Nə qədər ki, xalq sənin ziddinə şəhadət verib bir ağızdan pisliyinə danışdıqda narahat olursan və ya onların səni saleh bilməsi səni sevindirirsə, bizim vilayətimizdə deyilsən.”("Biharul-ənvar”, c. 78, bab 22, s. 162, h. 1)
    Allahı tanıyıb bütün varlığı ilə Ona iman gətirən kəs Allahdan qeyrilərindən qorxmur və onlara ümid etmir. O möminlərə, ata-anasına, ustad-müəllimlərinə bir vəzifə olaraq ehtiram göstərir və qədirdanlıq edir. Onun bu ehtiramda heç bir umacağı yoxdur. Bundan da üstünü odur ki, insan ali kamal və mərifət mərhələsinə çatıb öz varlığını Allahla rabitədə görsün. O yaranmışdır, Allah isə yaradan. Onun varlığının səbəbi Allahdır. Fəlsəfədə buyurulduğu kimi nəticə eynən səbəblə bağlılıqdan ibarətdir. Təbii ki, belə bir yüksək mərifət dərəcəsinə çatan insan məbuda diqqətdə qərq olub özünü yaddan çıxarır. Əksinə, Musaya nəsihətdə qeyd olunduğu kimi, Allahla rabitəsini qıran insan bütün sığınacaqlardan məhrum olur, onun üçün heç bir güvənc yeri qalmır.
    Allahdan qeyrisinə ağız açmağın məzəmməti
    İmam Sadiqin (ə) bəzi qədim peyğəmbərlərin kitablarından nəql etdiyi qüdsi bir hədisdə belə nəql olunur: "Allah-taala buyurur: "İzzət və cəlalıma, ərş üzərində rəfət və hökmümə and olsun, məndən qeyrisinə ümid bağlayanın ümidini puça çıxararam. Xalq arasında ona zillət libası geydirər, onu özümə yaxınlıqdan və fəzlimdən məhrum edərəm. Çətinliklər müşküllər mənim əlimdə olduğu halda o necə başqalarına ümid bağlayır?! Bütün bağlı qapıların açarı mənim əlimdə olan vaxt o necə məndən başqasının qapısını döyür?! Mənim evimin qapısı məni çağıranların üzünə açıqdır... O kimdir ki, çətinliklər vaxtı mənə ümid bağlayıb və mən onun ümidini puça çıxarmışam? O kimdir ki, böyük işlərdə mənə ümid edib və mən onun ümidini qırmışam? Mən bəndələrimin arzularını yadda saxladım, amma onlar bununla razılaşmadılar. Səmaları mənim təsbihim və mənə sitayişdən yorulmayanlarla (mələklərlə) doldurdum və onlara tapşırdım ki, heç vaxt bəndələrimlə mənim aramda olan qapıları bağlamasınlar. Amma onlar mənim sözlərimə (vədələrimə) etimad göstərmədilər. Məgər bəndəm bilmirmi ki, bir hadisə onun qapısını döydüyü vaxt mənim iznim olmadan kimsə onu qoruya bilməz?! Axı nə üçün məndən üz döndərirlər? Mən öz səxavətimlə məndən istəmədiklərini ona verdim. Verdiyimi geri alanda məndən istəmədi ki, ona bir daha əta edim. Yoxsa elə düşünür ki, məndən istəməmiş ona əta edərəm?! Məndən istəsə onun istəyinə cavab vermərəmmi?! Mən xəsisəmmi ki, bəndəm mənim haqqımda belə düşünür? Məgər bütün ətalar məndən deyilmi?! Məgər əfv və rəhmət mənim əlimdə deyilmi?! Məgər mən arzuların ünvanı deyiləmmi?! Beləsə, məndən savayı kim bu arzuları təmin edə bilər?! Ümid edənlər məndən qeyrisinə göz dikməyə qorxmurmu?! Əgər göylərin və yerin bütün əhli mənə ümid bağlasa, onların hər birinə bütün başqalarının arzu etdiyi qədər verərəm və mülkümdən qarışqa ayağı qədər azalmaz. Mənim ixtiyarımda olan bir mülk necə azalar?! Mənə itaətsizlik edib məndən qorxmayanın vay halına!”(Üsuli-kafi”, c. 2, bab 218, s. 66, h. 7)
    Əlhəmdulillahi-Rəbbil-Aləmin!

    Müəllif: Ustad Misbah Yəzdi    

    Category: İlahi nəsihətlər | Views: 836 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024