İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » September » 21 » İbrət güzgüsü
    10:39 PM
    İbrət güzgüsü
    ATA QATİLİ ÇOX YAŞAMAZ
    Mütəvəkkil, (Abbasi xəlifəsi) Əli (ə) övladlarıyla qatı düşmən idi. O, İmam Hüseynin (ə) hərəmi ətrafında dəfn olunmuş səhabələrdən on yeddisinin qəbrini dağıtdırmışdı. Onun xilafət etdiyi dövrdə ələvilərə, xüsusilə də Mədinə şəhərində yaşayan seyyidlərə çox əzab-əziyyət edirdilər. Bu ağır vəziyyət 247-ci (h.q) ilə qədər davam etdi. Amma Mütəvəkkilin ölümündən sonra oğlu Müntəsir hakimiyyətə gəldi və vəziyyət tamamilə dəyişdi.
    Atasından tam fərqli olaraq Müntəsir, Peyğəmbərin (s) Əhli-beytinə xüsusi hörmət göstərər və İmam Hüseynin (ə) zəvvarlarının ziyarət etməsinə heç bir maneəçilik törətməzdi. Onun əmrilə "Fədəki”(Peyğəmbərin (s) sağlığında Həzrət Zəhraya (s) bağışladığı torpaq sahəsi.)İmam Həsənin (ə) övladlarına qaytardılar. O, bundan əlavə Mədinə əlvilərinə pul və mal da göndərdi.
    Mütəvəkkilin ölümünün səbəbi haqqında belə yazılır:
    "Həzrət Əlini (ə) öz düşməni hesab edən Mütəvəkkil həmişə o Həzrətə hörmətsizlik edərdi. Bir dəfə yenə öz çirkin adəti üzrə saray məclislərindən birində Həzrət Əlinin (ə) şəxsiyyətinə hörmətsizlik edəndə, oğlu Müntəsir onun bu ədəbsiz rəftarına öz etirazını bildirir. Mütəvəkkil isə bu cəsarətinə görə oğlunu tənbeh edir.
    Bu əhvalatdan sonra atasından kinli qalan Müntəsir münasib bir vaxtda onu qətlə yetirməyi qərara alır. O, müəllimi Əbu Übeydə ilə bu haqda məsləhətləşəndə müəllimi ona deyir:
    "Həzrət Əlinin (ə) şəxsiyyətini təhqir edən adamı öldürmək vacibdir. Amma bunu da bilməlisən ki, atasını öldürən şəxsin ömrü qısa olur. Müntəsir qəti qərara gələndən sonra bu işi Mütəvəkkilin xüsusi qulamlarından bir neçəsinə həvalə edir. Mütəvəkkil bir gün yenə saray xidmətçiləri ilə eyş-işrət məclisində idi. Elə bu vaxt "Kiçik Buğa” məclisə daxil oldu. Onun işarəsi ilə bütün xidmətçilər məclisi tərk etdilər. Yalnız Fəth ibn Xaqan Mütəvəkkilin yanında qaldı. Mütəvəkkili öldürmək üçün gələn qulamlar qılınclarını siyirib onun üstünə hücum çəkirlər.
    Vəziyyəti belə görən Fəth ibn Xaqan özünü Mütəvəkkilin üstünə atıb qışqırmağa başladı: "Vay halınıza! Siz Mütəvəkkili öldürmək istəyirsiniz?”
    Qulamlar onların hər ikisini öldürəndən sonra Müntəsirin yanına qayıdıb ona xilafət müjdəsi verirlər.
    Mütəvəkkil qətlə yetən gecənin səhəri günü oğlu, 25 yaşlı Müntəsir xilafəti ələ aldı. Müntəsirin xilafəti dövründə bir dəfə sarayda onun ayaqları altına salınmış bir xalı diqqətimi özünə cəlb etdi. Xalının kənarlarında keçmiş xəlifələrdən bir neçəsinin təsviri toxunmuşdu. Fars əlifbası ilə hər birinin altından onların adı və xilafət etdikləri müddət qeyd olunmuşdu. Fars dilini çox gözəl bildiyim üçün orada yazılanları oxuya bilirdim. Xalının sağ guşəsindəki rəsmin altında bu sözlər yazılmışdı:
    "Bu, atasını qətlə yetirmiş Şiruyənin rəsmidir. O, cəmi altı ay xilafət etmişdir.” Xalının sol tərəfindəki xəlifənin rəsminin altında belə bir cümlə qeyd olunmuşdur: "Bu öz əmisi oğlu Vəlid ibn Yəzid ibn Əbdülməliki öldürmüş Yəzid ibn Vəlid ibn Əbdülməlikin rəsmidir. Onun hakimiyyət dövrü altı ay olmuşdur.”
    Müntəsirin ayaqları altına sərilmiş xalının sağ və solundakı bu təsvirlərin yanaşı toxun-masına təəccüb etdim. Qəribə burasındaydı ki, Müntəsir də öz atasının qatili idi. Öz-özümə fikirləşdim ki, məbada onun da xilafət dövrü belə qısa ola. Amma gümanımda yanılmamışdım. Müntəsir atasının qətlindən altı ay sonra vəfat etdi.(Pəndi-tarix”, c. 1, səh. 73.)
    ATASINA ƏL TUTMAYAN KASIB OLAR
    Nəql olunur: "Peyğəmbərin (s) zamanında kasıb bir kişi yaşayırmış. Bu kişinin varlı bir oğlu var idi ki, əsla atasına əl tutmazdı.
    Bir gün bu kasıb kişi Peyğəmbərin (s) hüzurunda öz övladından gileylənib dedi:
    "Ey Rəsuləllah! Mən çox kasıbam. Amma oğlumun var-dövləti başından aşsa da mənə heç bir xeyri yoxdur. Çünki o maddi cəhətdən azacıq da olsun mənə yardım etmir.
    Peyğəmbər (s) kişinin oğlunu çağırıb dedi: Niyə atana əl tutmursan? Nəyə görə onun yemək və geyimini təmin etmirsən? Arvad-uşağının nəfəqəsi (gündəlik xərcləri) kimi, atanın da nəfəqəsi sənə vacibdir. Gərək imkanın olduğu qədər atanın gündəlik xərcini ödəyəsən.”
    Sonra əlavə edib dedi: "Atanın bu aylıq tələbatını mən ödəyirəm. Amma gələn aydan etibarən sən özün verməlisən.”
    Peyğəmbər (s) bir miqdar xurma, buğda və digər ərzaq məhsullarından kişiyə verib yola saldı.
    Beləliklə, ay sona yetdi. Peyğəmbərin (s) kasıb kişiyə verdiyi azuqə artıq bitmişdi. Kişinin oğlundan da bir xəbər çıxmadı. O, Peyğəmbərin (s) tapşırığını əhəmiyyətsiz sayaraq, atasına xərclik vermədi. Zavallı kişi Peyğəmbərin (s) yanına gedib şikayətləndi:
    Ya Rəsuləllah! Oğlum hələ də mənə xərclik vermir. Mənim yeməyə və geyməyə bir şeyim yoxdur.” Peyğəmbər (s) həmin kişinin oğlunu çağırıb atasına xərclik vermədiyinin səbəbini soruşdu. Oğlan dedi:
    "Ya Rəsuləllah! Mənim heç nəyim yoxdur. Atam yalandan deyir ki, mən var-dövlət sahibiyəm. Hətta mən arvad-uşağımın da xərcini təmin edə bilmirəm.
    Peyğəmbər (s) buyurdu: "Atan yalan demir, bu sənsən ki, yalan deyirsən. Bunu da bil ki, axşam olmamış sən atandan da fəqir olub pis günə qalacaqsan.”
    Axşamın düşməsinə hələ qalırdı. Oğlanın qonşuları qapını döyüb dedilər: Sənin xurma və buğda anbarlarından qalxan üfunət iyi bizi narahat edir. Çünki xurmalar qurd basmış və buğdalar da kiflənmişdir. Anbardakı iylənmiş məhsulunu apar şəhərdən kənarda basdır.”
    Cavan oğlan anbarların qapısını açanda doğrudan da xurma və buğdaların iyləndiyini gördü. Əlacsız qalıb anbardakı xarab olmuş məhsulu şəhərdən kənara daşıtdırmaq üçün bir neçə hambal tutdu. Hambalların zəhmət haqqını vermək üçün sandıqçanı açanda oradakı pulların dəmir parçasına döndüyünü gördü. Oğlan hamballara dedi: "Sandıqçanın içində pul yoxdur. Mən sizin zəhmət haqqınızı ödəyə bilməyəcəyəm.
    Hamballar bunu eşidəndə onu o ki, var döydülər. Ona lənət deyə-deyə çıxıb getdilər.
    Peyğəmbər (s) bu xəbəri eşidəndə dedi:
    "Bütün bunlar oğlanın atasına–"Atam yalan deyir, mənim heç nəyim yoxdur”–deməsinin nəticəsidir.
    ANANI UNUTMAĞIN AQİBƏTİ
    Nəql olunur ki, Bəni-İsrail tayfasından olan Curəyh adlı cavan oğlan biyabanda xüsusi bir yerdə ibadətlə məşğul olardı. Onun bu ibadət və bəndəliyini görən bir çoxları, o cümlədən də dövrün padşahı Curəyhə mürid olmuşdular.
    Bir gün anası Curəyhi görmək üçün biyabana, onun ibadət yerinə gəlir. O, həmişəki adəti üzrə yenə də ibadətlə məşğul idi. Anası onu çox səslədi. Amma Curəyh namazını kəsib ona cavab vermədi.(Həzrət Məhəmməd (s) buyurdu: "Əgər Curəyh alim olsaydı, müstəhəbbi namazı kəsib anaya cavab verməyin savabının daha çox olduğunu bilərdi.) Anası onu qarğıyıb dedi:
    "Ey oğul! Səni görüm fasiqlərə tay olmamış bu dünyadan getməyəsən. Mən bu uzun-uzadı yolu səni görmək üçün gəlmişəm. Səni nə qədər səsləyirəmsə də cavab vermirsən, qapını da üzümə açmırsan.”
    Qadın bunu deyib getdi. O dövrün abidləri camaatın, o cümlədən də padşahın Curəyhə olan xüsusi məhəbbətindən xəbərdar idilər. Ona görə də Curəyhə paxıllıq edirdilər. Elə bu səbəbdən də onu öldürmək qərarına gəldilər. Onlar əxlaqsız bir qadına pul verib dedilər:
    "Sənin uşağın dünyaya gələn kimi, onu Curəyhin ibadətgahına apar. De ki, qeyri-qanuni doğulan bu uşağın atası sənsən və mən onu böyüdə bilmərəm.”
    Əxlaqsız qadın abidlərin qoyduğu şərti və pulu qəbul etdi. O, öncədən deyildiyi kimi, uşağı bir parçaya büküb Curəyhin ibadətgahına yollandı.
    Üzünü Curəyhə tutub dedi: "Ey abid! Bu uşaq səndən törəyib. Onu böyüdüb başa çatdırmaq da sənin vəzifəndir.”
    Curəyhin düşmənlərindən bir neçəsi həmin uşağı padşahın hüzuruna aparıb dedilər: "Gördüyünüz bu uşaq qeyri-qanuni yolla Curəyhdən törəyib. Elə bir şəxsdən ki, padşahın özü onun xüsusi müridlərindəndir.
    Padşah bu barədə heç bir araşdırma aparmadan Curəyhin ibadətgahını dağıtdırdı. Curəyhin də əl-ayağını zəncirləyib sürüyə-sürüyə padşahın yanına apardılar. Padşah əmr etdi: Camaata xəbər verin bir yerə toplaşsınlar. Qoy hamı onun dar ağacından asıldığını görüb, ibrət alsınlar.("Cameən-nurin”.)
    Bəli! Budur anaya diqqətsizliyin acı aqibəti; övlad sevgisi ilə coşub-daşan ana ürəyini incitməyin nəticəsi; Curəyh, ana qarğışı ilə elə bir səviyyəyə çatdı ki, dar ağacından asılan zaman fasiqlər onun ətrafına yığılıb, üzünə tüpürürdülər.
    Category: İbrət güzgüsü | Views: 862 | Added by: Islam_Kitabxanasi | Rating: 4.0/3
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024