İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2076
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 21 » İbrət güzgüsü
    10:27 PM
    İbrət güzgüsü
    DOĞRU VƏ YANLIŞ DAVRANIŞIN NƏTİCƏSİ
    Bu əhvalat Nadir şah hakimiyyətə gəlməzdən öncə baş vermişdir. Nadir şah bir dəfə buğda almaq üçün Xorasan rayonunun kəndlərindən birinə yollanır. O, qala anbardarından bir miqdar buğda alır. Aldığı buğdanı çuvala doldurub getmək istəyəndə, buğda sahibi–Hacı Abbasqulu gəlib çıxır. O, Nadirin əlindəki çuvalı alıb buğdanı yerə boşaldır. Nadirin–"mən burada qonağam, bir neçə gün yubanmışam və buğdanı hansı qiymətə desəniz alıram”–deməsinə baxmayaraq, Hacı Abbasqulu ona buğda satmır. Çuvaldakı buğdaların hamısını boşaldandan sonra onu zorla anbardan bayıra çıxarır.
    Nadir buğda sahibinə deyir: "Əgər dövlət adamı olsaydım, səninlə necə rəftar edəcəyimi görərdin.”
    Nə vaxt dövlət adamı olsan, deyərsən gözlərimi çıxartsınlar”– deyə Hacı Abbasqulu onu ələ salır.
    O, çox məyus halda Hacı Abbasqulunun anbarını tərk edir. Hacı Abbasqulunun Nadirə dediklərini eşidən Hacı Əşrəfin ona ürəyi yanır. O, Nadiri evinə aparıb, ona xüsusi qulluq edir, sonra Hacı Əşrəf oğluna deyir ki, Nadirlə birlikdə anbara get və nə qədər buğda istəyirsə ona ver. Buğdanın qiymətini də insafla hesabla.
    Hacı Əşrəfin oğlu atasının dediyi kimi də edir. Hətta Nadir üçün yol azuqəsi də qoyur.
    Bir neçə il sonra Nadir qoşun başçısı (əmir) təyin edilir. O, bir gün Məşhədə gələndə Hacı Abbasqulu ilə Hacı Əşrəfi çağırtdırır.
    Nadir əvvəlcə üzünü Hacı Abbasquluya tutub deyir: "Mənə nə dediyini xatırlayırsanmı? İndi isə sənin istəyini yerinə yetirməyi əmr edəcəyəm.”
    Nadirin əmrilə Hacı Abbasqulunun hər iki gözünü də kor etdilər. Sonra isə Hacı Əşrəfə dedi: Sənin anbarında buğda yığdığım zaman çarıqlarım yaddan çıxıb orada qalmışdı.” "Çarıqlarını harada qoymusansa elə orada da qalıb”–deyə Hacı Əşrəf cavab verir. O, çarıqları gətirmək üçün bir nəfəri Hacı Əşrəfin anbarına göndərir. Doğrudan da çarıqlar öz yerində qalmışdı.
    Nadir Hacı Əşrəfin gözəl rəftarına, qonaqpərvərliyinə və əmanətdarlığına əhsən dedi. O, bu gözəl xüsusiyyətlərinə görə Hacı Əşrəfi vergi ödəməkdən həmişəlik azad etdi.(Nadir şahın keşməkeşli həyatı, səh. 252.)
    HƏKİM OLMAĞIMIN ƏSAS SƏBƏBİ
    Öz dövrünün məşhur təbiblərindən olan rəhmətlik Mirzə Xəlil Tehrani buyurur: "Mənim tibb sahəsində heç bir səriştəm yox idi. Çünki bu elmə daha dəqiq yiyələnmək üçün nə müəllim yanına getmiş və nə də dərs oxumamışdım. Hal-hazırda tibb elmində əldə etdiyim bütün fəaliyyətlərə məsihi qadına verdiyim bir tikə çörəyin əvəzində nail olmuşam.” O, başına gələnləri belə nəql edir:
    "Macəra belə baş vermişdi: Bir dəfə Tehrandan Quma səfərə getmişdim. O vaxtlar çox cavan idim. Həmin il camaat bahaçılıq və qıtlıqdan əziyyət çəkirdi. Hətta bir tikə çörək tapmaq da mümkün deyildi. Qumda olduğum vaxt xəstəxana otaqlarından birində qalırdım. Bu hadisə İranla Rusiya arasında baş verən müharibə zamanına təsadüf edirdi. Müharibədə əsir düşmüş rusları müxtəlif şəhərlərə göndərirdilər.
    Bir gün çörək almaq üçün bazara yollandım. Çox çətinliklə bir çörək alıb otağıma qayıdırdım ki, yolda qucağında körpə uşağı və acından rəngi qaçmış əsir rus qadınına rast gəldim. Qadın məni görüb dedi:
    "Siz müsəlmanlarda heç rəhm yoxdur. Çünki Allah bəndələrini əsir tutub, beləcə ac saxlayırsınız.”
    Qadına yazığım gəldi. Aldığım çörəyi ona verib, otağıma qayıtdım. Həmin gün yeməyə başqa bir şey tapmadığımdan ac qalmalı oldum. Birdən bir kişi həyəcanla qaldığım hücrəyə girib dedi: "Ay ağa, arvadım ağrıdan həlak olur. Əgər tanıdığın bir həkim varsa, xahiş edirəm ünvanını mənə ver arvadımı onun yanına aparım.”
    Elə bu vaxt ixtiyarsız olaraq dilimə bir dərman adı gəldi. Həmin şəxsə dedim: "Əgər filan dərmanı xəstəyə versəniz, sağalar.”
    Həmin adam mənim həkim olduğumu güman edib, dediyim dərmanı xəstə arvadına içirtmiş və dərman da qısa bir zamanda xəstəni sağaltmışdı. Xəstə qadın tam sağalandan sonra necə və kimin vasitəsilə müalicə olduğu barədə öz tanış-bilişinə danışır. Bu əhvalatı eşidən xəstələr mənim ünvanımı soraqlaşıb tapırlar. Yanıma gələn xəstələr üçün ixtiyarsız olaraq dilimə gələn dərmanları yazırdım. Halbuki, mən bu dərmanların tərkibi haqqında heç nə bilmirdim. Yazdığım dərmanları qəbul edən xəstələr çox tez bir zamanda sağalmağa başlayırdılar.
    Artıq bu sahədəki şöhrətim çox yerə yayılmışdı. Müxtəlif xəstəlikləri olan adamlar mənə müraciət edir və yazdığım dərmanlar nəticəsində çox qısa bir zamanda sağalırdılar. Bu müddət ərzində etdiyim təbabətin mənə çox böyük xeyri oldu. Həkim Möminin "Töhfə” adlı kitabını aldım ki, heç olmasa dərmanların adını bilim.
    Bir müddət Qum şəhərində qaldıqdan sonra Tehrana qayıtdım. Çox tez bir zamanda məşhurlaşdım. Adım böyük tibb alimləri sırasında qeyd olundu. Bütün bunlara, məsihi qadına verdiyim çörəyin əvəzində nail olmuşdum.("Kəlmeyi-Təyyibə, Müntəxəbüt-təvarix”, səh. 819.)
    SEYYİDLƏRƏ HÖRMƏTSİZLİYİN ACI SONLUĞU
    Bu əhvalat 1806-cı ilə təsadüf edir. Dövlət vergi məmuru yoxsul bir seyyiddən vergi haqqını ödəməsini tələb edir. Maddi durumunun çox pis olduğunu və vergi ödəyə bilməyəcəyini deyən seyyidin sözləri qəddar məmura təsir etmir. Əksinə o, zavallı seyyidə daha da ağır işgəncə verməyə başlayır.
    Yalvarışlarının heç bir faydası olmadığını görən seyyid, zalım məmurdan bir həftə möhlət istəyib deyir: "İnşəallah Allah-təala bir çıxış yolu açar. Heç olmasa cəddim peyğəmbərdən həya et.”
    Vergi məmuru deyir: "Əgər sənin cəddin iş bacarandırsa, ya səni mənim şərimdən qurtarsın, ya da istəyini yerinə yetirsin.” Sonra seyyiddən bir günlük zəmanət alıb deyir: "Əgər sabah səhər tezdən vergi haqqını ödəyə bilməsən, sənin boğazına nəcasət tökəcəyəm. Cəddinə də de ki, nə bacarırsa onu da etsin.”
    Həmin məmur axşam evə qayıdanda evin damında yatır. Gecənin bir yarısı ayaqyoluna getmək üçün yuxudan ayılır. Qaranlıq olduğundan ayağını nərdivanın pilləsinə qoyanda nərdivanla birlikdə yerə yıxılır. Təsadüfdən həmin yerdə ayaqyolu üçün qazılmış quyu vardı və yıxılanda üzü üstə həmin nəcasət quyusuna düşür. Xoşbəxtlikdən həmin axşam heç kimin bu hadisədən xəbəri olmur. Sübhə qədər nəcasətin içində qalır. Səhər onu nəcasət quyusunun içində başı üstə göbəyinə qədər murdarçılığa batmış halda tapırlar. Məmurun qarnına o qədər nəcasət dolmuşdu ki, elə oradaca ölmüşdü.("Pəndhayi-tarix”, c. 1, səh. 64.)
    İMAM HÜSEYNİN (Ə) TÜRBƏTİNƏ HÖRMƏTSİZLİYİN CAVABI
    "Vəsailüş-şiə” kitabının müəllifi Şeyx Hürr Amili "İsbatül-huda” adlı digər bir kitabında belə nəql etmişdir: "Məşhur məsihi təbibi Yuhənna deyirdi: Musa ibn İsanın sarayında olduğumuz vaxt müsəlman sərkərdələrdən biri Kərbəla türbəti ilə sağalan xəstələrdən söz açdı. Bəni-Haşim qəbiləsindən olan bir nəfər onun sözünə əlavə edərək dedi:
    "Biz əlacı olmayan xəstələrimizi onunla (Kərbəla türbəti) müalicə edirik. Musa ibn İsa Əhli-beytin (ə) qatı düşmənlərindən biri idi. O, İmam Hüseyni (ə) və məclisdəkiləri ələ salmaq niyyəti ilə əyləşdiyi yerə bir az Kərbəla türbətindən tökməyi əmr etdi. Oturmağıyla "yandım, yandım”–qışqırığının ərşə qalxması bir olur. Bu vəziyyətdə məsihi təbiibn də əlindən bir iş gəlmir. Onun ciyərləri parça-parça olub ləyənə tökülür. Sonralar həmin təbib məsihi olmasına baxmayaraq Kərbəlaya, İmam Hüseynin (ə) ziyarətinə gedir və müsəlman olur.
    Bir dəfə Şah Abbasın sarayında şahın xüsusi qonaqlarından olan bir məsihi alimi belə deyirdi:
    "İnsanların batinini görməyi bacarıram.” Elə bu vaxt məclisdə oturan Şeyx Bəhai üzünü həmin alimə tutub deyir: Mənim ovcumdakının nə olduğunu deyə bilərsənmi?
    Həmin alim bir az fikrə getdikdən sonra– "Nə olduğunu bilirəm. Amma sənin ovcuna nə cür sığışdığından təəccüb edirəm. Çünki sənin ovcundakı Cənnətin bir hissəsidir”– deyə cavab verir.
    Şeyx Bəhai deyir: "Bəli, mənim ovcumdakı İmam Hüseynin (ə) türbətidir.”("İsbatül-hüda”, Şeyx Hürr Amuli.)
    PEYĞƏMBƏRƏ HÖRMƏTSİZLİYİN AQİBƏTİ (1)
    Peyğəmbərlə (s) get-gəl etməsinə baxmayaraq, Əqəbə ibn Əbi Muit hələ də müsəlmanlığı qəbul etməmişdi. Günlərin birində o, Peyğəmbəri (s) qonaq çağırır. Bunu eşidən Peyğəmbər (s) buyurur: "Qonaqlığa gələrəm, amma yeməyi bir şərtlə yeyərəm ki, sən müsəlmanlığı qəbul edəsən.” Əqəbə Peyğəmbərin (s) bu şərtilə razılaşır. Əqəbənin dostları bu işdən xəbər tutanda ona öz etirazlarını bildirirlər. O–"Məhəmməd (s) mənimlə yemək yesin deyə şəhadəteyni demişəm”– deyə onları razı salmağa çalışır. Dostları Əqəbəyə dedilər: "Əgər bizimlə dostluq etmək istəyirsənsə, gərək ağzının suyunu Peyğəmbərin (s) üzünə atasan.”
    O, öz nadan dostlarının bu axmaq fikrilə razılaşıb bu işi icra etmək istəyəndə, tüpürcək geri qayıdıb onun üzünə tökülür. Onun hər iki yanağını elə yandırır ki, ölənəcən izi getmir.("Tərcümei-əlğədir”, c. 16, səh. 66.)
    PEYĞƏMBƏRƏ HÖRMƏTSİZLİYİN AQİBƏTİ (2)
    Ütbə Əbu Ləhəbin oğlu idi. O da atası kimi Peyğəmbərlə (s) düşmənçilik edərdi. "Nəcm” surəsinin Peyğəmbərə (s) nazil olduğunu eşidən Ütbə dedi:
    "Mən bu surəni qəbul etmir və ona inanmıram.” O, Peyğəmbərin (s) Meracından bəhs edən bu surəni məsxərəyə qoyub inkar edərdi. Peyğəmbər (s) ürək ağrısı ilə ona belə nifrin etdi: "Ey Allahım! Onu öz yırtıcı heyvanlarından birinə həvalə et.”
    Çox keçmədən Ütbə ticarət karvanıyla "Şam” şəhərinə səfər etməli oldu. Bir az yol gedəndən sonra yırtıcı bir şirin karvana tərəf gəldiyini görən Ütbənin canına vəlvələ düşür. Səfər yoldaşları ona deyirlər:
    "Biz ki, sənin yanındayıq. Bəs nədən qorxursan?”
    "Məhəmməd (s) mənə nifrin etmişdir. And olsun Allaha, göylər Məhəmməddən (s) doğru danışan başqa birinin üzərinə kölgə salmamışdır.”
    Şir onu tapmasın deyə səfər yoldaşları öz yüklərini onun ətrafına toplayırlar. Buna baxmayaraq şir yüklərin üstünə çıxıb pəncəsiylə onları dağıtmağa başlayır. Amma şirin əlinə keçmədən Ütbənin ürəyi partlayıb elə oradaca ölmüşdü.("Tərcümei şərhi-təcrid”, (Ağai Şüərani) səh. 498.)
    HƏZRƏT ƏLİNİN (Ə) VİLAYƏTİNİ İNKAR EDƏNLƏRİN AQİBƏTİ
    Cabir ibn Abdullah Ənsari belə nəql edir:
    "Günlərin birində həzrət Əli (ə) camaat qarşısında moizə edirdi. Əvvəldə Allaha həmd-səna etdikdən sonra buyurdu: "Burada Məhəmmədin səhabələrindən dördü siz camaatın qarşısındadır. Dediyim bu dörd nəfər bunlardır:
    1. Ənəs ibn Malik.
    2. Əşəs ibn Qeys.
    3. Bəra ibn Azib Ənsari.
    4. Xalid ibn Yəzid Bəccəli.
    Sonra bu dörd nəfərin hər birindən təkbətək bu sualı soruşdu. Əvvəlcə üzünü Ənəs ibn Malikə tutub dedi:
    "Ey Ənəs! Məgər sən Peyğəmbərin (s) mənim haqqımda dediyi bu sözləri eşitməmisən ki,–"Hər kimin mövlası mənəm, Əli də onun mövlasıdır.”
    Bunları eşitdiyin bir halda inkar etmiş olsan, Allah-təala səni bərəs (dəri xəstəliyi) xəstəliyinə düçar edəcək. Bu xəstəlikdən əmələ gələn ağ ləkələr başını və üzünü tamamilə bürüyəcək. Elə bir vəziyyətdə olacaqsan ki, əmmamə ilə də bu ağ ləkələri gizlədə bilməyəcəksən.”
    Sonra Əşəs ibn Qeysə dedi: "Ey Əşəs! Sən Peyğəmbərdən (s) mənim haqqımda eşitdiyinə şəhadət verməsən, ömrünün sonunda Allah-təala hər iki gözünü kor edəcəkdir.”
    "Ey Xalid ibn Yəzid! Sən isə haqqı eşidib gizlətmiş olsan, Allah-təala səni cahillər kimi öldürəcək!”
    Sonda üzünü Bəra ibn Azibə tutub dedi: "Ey Bəra ibn Azib! Bunlar sənə də aiddir. Əgər sən də Peyğəmbərin (s) mənim haqqımda dediklərini dansan, Mədinəyə hicrət etdiyin yerdə öləcəksən.”
    Bu dörd nəfər Qədir-Xum günündə Peyğəmbərin (s) Əli (ə) haqqında dediklərini inkar etdilər.
    Cabir ibn Abdullah Ənsari deyir:
    "Allaha and olsun, bir müddətdən sonra Ənəs ibn Malikin bərəs xətəliyinə tutulduğunun şahidi oldum. O, üz-gözündəki ağ ləkələri əmmaməsi ilə də gizlədə bilmirdi.
    Ənəs ibn Qeysin hər iki gözünün kor olduğunu gördüm. O, deyirdi:
    "Allaha çox şükürlər olsun ki, Əlinin (ə) nifrini bu dünyada gözlərimin korluğu ilə sona yetdi. Nə yaxşı ki, O (Əli (ə)) məni əbədi əzabla nifrin etməyib. Yoxsa həmişəlik axirətdə əzab içində olardım.
    Xalid ibn Yəzidin öz evində öldüyünü və ailəsinin onu evdə basdırmaq istədiklərini eşitdim. Amma "Kində” qəbiləsi bunu eşidib onun evinə hücum çəkir və cahiliyyət dövrünün adəti üzrə onu evinin qapısının kənarında basdırırlar. Beləliklə, də o, cahillər kimi axirət evinə yollanır.
    Müaviyə, Bəra ibn Azibi Yəmənə hakim təyin etmişdi. O Yəməndə, yəni Mədinəyə hicrət etdiyi yerdə və zalım hakim olduğu bir halda dünyadan köçdü.("Əlməvaizil-ədədiyyə”, səh, 126.)
    İmam Hüseyndən (ə) belə rəvayət olunur: "Cödə (Əşəs ibn Qeysin qızı) atasının Əli (ə) ilə düşmənçilik etdiyini bilirdi. Ona görə də deyirdi ki: Əli (ə) onu alov boğazı adlandırmışdı. O bu adın səbəbini soruşanda, Həzrət buyurdu: "Əşəsin ölüm vaxtı yetişəndə göydən boğaza oxşar alov şöləsi ona tərəf gələcək. Bu alov onu yandırıb qara kömürə döndərəcək.”
    Belə də oldu. O, can verdiyi vaxt, vəd edilən həmin alovun onu yandırdığını gördülər. Əşəs fəryad çəkib qışqırırdı: "Necə də pis imiş Əli (ə) ilə düşmənçiliyin nəticəsi.”("Əlməvaizil-ədədiyyə”, səh, 126.)
    HƏZRƏT ƏLİ (Ə) GÖZLƏRİMİ KOR ETDİ
    Şeyx Müfid buyurur: "Bir gün Bağdadda Cəfər adlı bir şəxs kitablarını hərraca qoyub satırdı. Yaxınlaşıb mən də bir neçə cild kitab aldım. Getmək istəyəndə Cəfər mənə dedi: Otur. Şahidi olduğum bir möcüzəni sənə danışmaq istəyirəm. Bu sənə imanının daha da möhkəm olmasına kömək edər. Şeyx Müfid deyir ki, mən onun sözünü yerə salmayıb oturdum. Cəfər dedi: Bir müddət dostumla birlikdə hədis və rəvayət elmlərini öyrənmək üçün Əbu Abdullah Mühəddis adlı bir şeyxdən dərs alırdıq. Sonralar onun həzrət Əli (ə) ilə qatı düşmən olduğu hamıya bəlli oldu. O, bəzən Həzrətin şəxsiyyətinə təhqir edici sözləri deməkdən belə çəkinmirdi. Biz hər ikimiz ona nəsihət etməyə çalışırdıqsa da o, öz inadından dönməyib deyirdi: "Mən öz əqidəmdən heç vaxt dönmərəm.”
    Bir dəfə dərsdə o, həzrət Zəhraya (s) yaraşmayan söz deyəndə, artıq onun dərslərinə getməməyi qərara aldıq. "Bu cür şəxsdən dərs almağımızın faydası nədir?”– deyə düşündük.
    Gecə yuxuda həzrət Əlinin (ə) Əbu Abdullah Mühəddisin evində oturduğunu gördüm. O Həzrət narazıçılıqla şeyxə dedi: "Axı sənə nə etmişəm ki, mənimlə düşmən olmusan? Məgər qorxmursanmı ki, Allah-təala səni kor edər?”
    Bunu deyəndən sonra həzrət Əli (ə) şeyxin sağ gözünə işarə etdi. Yuxuda onun sağ gözünün kor olduğunu gördüm. Elə bu vaxt yuxudan ayıldım.
    Səhər açılan kimi dostumla birgə Şeyxin evinə gedib onu bu məsələdən agah etmək qərarına gəldim. Elə bu fikirlə evdən çıxanda dostumun bizə tərəf gəldiyini görüb təəccüblə soruşdum: "Hara belə?” Dedi: "Dünən axşam bir yuxu görmüşəm, gəldim ki, onu sənə danışam.” Yuxuda gördüyünü soruşanda məlum oldu ki, o da mən gördüyüm yuxunu görmüşdür. Dostuma dedim: Elə mən də bu yuxunu görmüşəm.
    Birlikdə şeyxin mənzilinə yollandıq. Qapını döyəndə içəridən qadın səsi gəldi: Bu gün dərs yoxdur.
    Biz–niyə bu gün dərs yoxdur?–deyə soruşduq. Qadın dedi: Şeyxin halı çox pisdir. Bu gün səhər açılandan əlini sağ gözünün üstünə qoyub qışqırır ki, Əli (ə) gözümü kor etdi.”
    "Elə biz də buna görə gəlmişik”– deyəndə qadın qapını açıb bizi içəriyə dəvət etdi. Şeyx bizi görüb dedi: "Axır ki, Əli (ə) məni kor etdi.”
    Axşam yuxuda gördüklərimizi ona danışıb dedik ki, gəl bu inadından əl çək. Bəlkə Allah-təala sənə şəfa verə və Əlinin (ə) lütfü ilə də gözün sağala.”
    Birdən qışqırıb dedi: "Əgər Əli (ə) o biri gözümü də kor etsə, yenə də mən öz düşmənçiliyimdən əl çəkməyəcəyəm!”
    Ayağa qalxıb onun mənzilini tərk etdik.
    Axşam yuxuda yenə həmin əhvalatı gördüm. Amma bu dəfə həzrət Əli (ə) şeyxin sol gözünə işarə edəndə, onun bu gözünün də kor olduğunun şahidi oldum. Bir müddətdən sonra onun mənzilinə gedəndə sol gözünün də kor olduğunu gördüm. Buna baxmayaraq onun həzrət Əliyə (ə) qarşı olan düşmənçiliyi daha da artmışdı. Axır ki, bu şeyx küfr ilə dünyadan getdi və cəhənnəmə vasil oldu.("Adabi əz Qur`an”, səh, 245.)
    Category: İbrət güzgüsü | Views: 935 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024