İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 11
Qonaqlar 11
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 21 » İbrət güzgüsü
    10:10 PM
    İbrət güzgüsü
    ŞORGÖZLƏR HAQQINDA
    Şorgözlərin aqibətindən söz açmazdan əvvəl burada naməhrəmə baxmaq haqqında nəql olunan bir neçə hədisi qeyd etməyimizi lazım bildik.
    1-Peyğəmbər (s) buyurur: "Allah-təala qiyamət günü gözlərini naməhrəm qadına baxmaqla doyduran şəxsin gözlərini alovla dolduracaq.”("Əmali”, Şeyx Səduq, səh. 429; "Biharül-ənvar”, c. 104, səh. 32.)
    2-İmam Sadiq (ə) buyurmuşdur: "İblisin zəhərli oxlarından biri də naməhrəmə baxmaqdır ki, heç vaxt boşa getməz. Çox vaxt haram nəzərlərin ardınca uzun-uzadı həsrət gəlir.("Məhasini-Bərqi”, səh. 109; "Biharül-ənvar”, c. 104, səh. 40.)
    3-Həmçinin İsa (ə) bu barədə buyurub: "Naməhrəmə baxmaqdan çəkinin. Çünki naməhrəmə baxan şəxsin qəlbində şəhvət oyanır. Bu da insanın haram yola getməsinə kifayət edir.”("Biharul-ənvar", c. 325; "Səfinətül-bihar”, c. 8, səh. 283.)
    Bu bölümdə müsəlman cavanlarımıza ibrət olsun deyə şorgözlərdən bir neçəsinin aqibətini qeyd edirik.
    ŞORGÖZLƏRİN ÜZÜ
    Bəzən şorgöz şəxs elə bir həddə çatır ki, özünü saxlaya bilmir. Hətta ona bu halda zərbə vursalar belə hiss etməz.
    İmam Baqirdən (ə) belə bir rəvayət nəql olunmuşdur:
    Mədinəli cavan oğlan yolda bir qadınla rast-laşır. (Həmin vaxtlar qadınlar baş örtüklərini qulaqlarının arxasından bağlayırdılar. Bu halda boyun və sinənin bir hissəsi açıqda qalırdı.)
    Qadının açıq boyun-boğazını görən cavan oğlan diqqətini ondan çəkə bilmədi. Cavan oğlan gedə-gedə qadının ardınca baxırdı. O, belə bir halda ensiz dar bir küçəyə daxil oldu. O, qadını sanki öz nəzərləri ilə müşayiət edirdi. Elə bu vaxt oğlanın üzü divara dəydi. Divardakı iti bir daş qırığı onun üzünü parçaladı. Beləliklə, o bu haram əməlinin cəzasını aldı.
    Qadın artıq onun gözləri önündən yox olandan sonra cavan oğlan bir an özünə gəldi. Elə bu vaxt üzündən qan axdığını və üst-başının qana bulaşdığını görüb öz-özünə dedi:
    And olsun Allaha! Peyğəmbərin (s) yanına gedib bu macəranı ona danışacağam.
    Peyğəmbər (s) cavan oğlanın üz-gözünü qanlı görüb soruşdu: Nə olub? Bu nə haldır?
    Oğlan başına gələnləri Peyğəmbərə (s) danışdı.
    Elə bu vaxt Cəbrayıl (ə) Allah tərəfindən nazil olub "Möminlər” surəsinin 30 və 31-ci ayələrini Peyğəmbərə (s) nazil etdi: "Şübhəsiz ki, bunda (insanlar üçün) ibrətlər vardır. Həqiqətən, Biz (bəla, müsibət göndərməklə bəndələrimizi) imtahana çəkirik! Onlardan sonra başqa bir nəsil yaratdıq.”
    ƏMƏLLƏRİN CƏZASINDAN QAFİL OLMA (1)
    Nəql olunur ki, Buxara şəhərində su satan bir kişi vardı. Bu kişi neçə illər idi ki, bir zərgərin evinə su gətirərdi. Həmin müddət ərzində o, zərgərin ailəsinə heç vaxt xəyanət gözü ilə baxmamışdı.
    Amma günlərin birində yenə həmişəki kimi zərgərin evinə su gətirdiyi vaxt məşkin (su tuluğu) suyunu boşaldandan sonra birdən zərgərin arvadının biləyindən tutub onu öpməyə başlayır, birdən nə isə fikirləşir və qadını buraxıb oradan uzaqlaşır.
    Axşam zərgər kişi evə qayıdanda arvadı həmin gün bazarda nə baş verdiyi haqqında ondan soruşur. Kişi əvvəlcə həqiqəti deməyə çəkinir. Qadının çox israr etdiyini görüb düzünü deməyə başlayır. Bu gün dükana bir qadın gəlmişdi. Qabaqcadan sifariş verdiyi qolbağı biləyinə taxanda birdən gözüm qoluna sataşdı. Elə bu vaxt özümü saxlaya bilməyib onu öpməyə başladım; amma birdən böyük bir günaha düçar olduğumu fikirləşib onu özümdən uzaqlaşdırdım. Zərgərin arvadı bunu eşidən kimi təkbir deyərək, su satan kişinin bu günkü əhvalatını ərinə danışır.("Xəzinətül-cəvahir”, səh. 180.)
    ƏMƏLLƏRİN CƏZASINDAN QAFİL OLMA (2)
    Belə rəvayət edilir. Həzrət Davudun (ə) dövründə fasiq bir kişi varmış. Günlərin birində bu fasiq kişi yoxsul birinin arvadıyla yaxınlıq edir. Qadınla əlaqədə olduğu vaxt başqa bir kişinin onun arvadıyla zina etdiyi gözləri önünə gəlir. Həmin fasiq kişi tez evinə dönür. Arvadının doğrudan da yad kişi ilə zina etdiyini görür. Kişini cəzalandırmaq üçün Davudun (ə) yanına aparır.
    Allah-təala tərəfindən Davuda (ə) bu şəxs haqqında vəhy nazil olur: "O şəxsə de ki, nə əkərsən, onu da biçərsən. Sən başqasının arvadıyla zina etdin, başqa birisi də sənin arvadınla.”
    Hədislərin birində belə nəql olunur: "Əgər bir şəxs zina etsə, qarşılıqlı əvəzini görər. Arvadı varsa ona, yoxsa, övladlarına təcavüz edilər. (zina olunar)("Əl`ənvarun-nə`maniyə”, səh. 342.)
    Üsuli-kafi kitabında buna oxşar rəvayət nəql olunmuşdur. Belə bir əhvalat Musa (ə) peyğəmbərin də dövründə baş vermişdir. Sonra Cəbrayıl (ə) Musa (ə) peyğəmbərə nazil olub ərz edir:
    "Onlara de: "Hər kim zina etsə, bir gün onun öz namusu (ana və ya bacısı, qızı) ilə də zina ediləcəkdir.”
    ŞORGÖZLÜYÜN AQİBƏTİ
    Xəlifə Mötəsimin (Abbasi xəlifəsi) vəzirlərindən biri özü üçün hündür bir saray tikdirmişdi. Bu saraydan ətraf evləri açıq-aydın görmək olurdu. Vəzir öz sarayında oturub qapı-bacadan oğrun-oğrun qonşu qız-gəlinlərinə baxardı. Bir gün təsadüfən qonşuluqdakı gözəl bir qız onu valeh etdi. Bu qız çox gözəl əndamı və şux qaməti ilə sanki vəziri ovsunlamışdı. Vəzir qızı görüb, aşiq olur.
    Bir nəfəri qızın atasının yanına elçiliyə göndərir. Qızın atası tacir idi. O vəzirin təklifini rədd edərək deyir: "Biz vəzirin şənində deyilik və gərək özümüz kimi birisi ilə (tacir) qohum olaq.”
    Eşq alovuyla yanan vəzir əlacsız qalıb sirrini yaxın adamlarından birinə danışır. Həmin şəxs onu bu sevdaya qovuşdurmaq üçün min dinar pul istəyir. Sonra qazinin yanında inanılmış şəxslərdən on nəfər tapıb bir yerə yığır, onların hər birinə 100 dinar verib bunun əvəzində tacirin qızının vəzirin kəibnlisi olduğuna şəhadət vermələrini istəyir.
    Yalançı şahidlər qazinin yanına gedib vəzirin tacir qızıyla kəibnli olmasına şəhadət verirlər. Onlar bu işi vəzirin canı təhlükədə olduğuna görə, qızı və atasını başı uca etmək üçün gördüklərini vurğulayırlar.
    Bu mərasim başa çatdıqdan sonra vəzir arvadını gətirmək üçün bir nəfəri tacirin evinə göndərir. Məsələnin nə yerdə olduğunu bilməyən tacir vəzirlə birlikdə qazinin yanına yollanır.
    Qazinin rəyinə əsasən vəzir qızın mehriyəsini atasına (tacirə) verib, arvadını evinə aparmalı idi. Bütün baş verənlərə mat-məəttəl qalan tacirin az qala başına hava gələcəkdi.
    Tacir şikayət etmək üçün xəlifə Mötəsimin hüzuruna getmək qərarına gəlir. Amma xəlifənin hüzuruna getmək asanlıqla düzələn bir iş deyildi. Dostlarından birinin məsləhətinə görə çıxış yolu ancaq saray adamlarının libasını geyinib xəlifənin hüzuruna getmək idi.
    Tacir, dostunun dediyi kimi saray adamlarından birinin libasını geyinib özünü xəlifə Mötəsimə çatdırır. O, başına gələnlərin hamısını xəlvətcə xəlifə üçün nəql edir.
    Xəlifə vəziri hüzuruna çağıtdırdı. Vəzir işin nə yerdə olduğunu artıq başa düşmüşdü. Bütün olanları doğru-düzgün danışmaqla xəlifənin onu bağışlayacağını sanan vəzir, tam yanılmışdı. Çünki, o tacirin qızı üçün çoxlu mehriyə təyin etmişdi və şahidlər də bunu təsdiq edirdilər. Onlardan hər biri öz günahını etiraf edəndən sonra, Mötəsim şahidlərin onunu da saray önündə dar ağacından asmalarını əmr edir. Xəlifənin əmri ilə vəziri təzə kəsilmiş inəyin dərisinə büküb dəmir əmudla o ki var vurdular. Onun bütün sümükləri ovulub bir-birinə qarışdı.
    Mötəsim əmr etdi ki, tacir qızını evə aparsın və vəzirin qız üçün təyin etdiyi mehriyəni mənimsəməkdə heç kimin onu qınamağa haqqı yoxdur.("Şeytanşinasi”, səh, 24.)
    Peyğəmbər buyurmuşdur: "Küçədən ötərkən başqasının evinə boylanaraq qadın kişinin bədəninə və ya kişi də qadının saçlarına nəzər salsa, belə bir adamı qiyamət günü münafiqlərlə məşhur etmək Allah-təalaya vacib olur. Həmin şəxsi Allah-təala bu dünyada rüsvay etməmiş öldürməz və qiyamət günü o şəxs çılpaq şəkildə məşhur olacaqdır. Bu dünyada öz çirkin adəti üzrə naməhrəmə baxmaqdan usanmayan adamın gözlərinə alovdan düzəldilmiş mıxlar sancılacaq, sonra isə Allahın qəzəb alovuna atılacaqdır.”("İqabül-ə`mal”, səh, 45.)
    ŞORGÖZÜ ÇUVALA SALDILAR
    Nəql olunur ki, Mötəsim Abbasinin xilafəti dövründə yaşayan mömin bir dərzi varmış. O, hər gün öz dükanının yaxınlığındakı məsciddə azan deyərdi. (Digər Abbasi xəlifələrindən fərqli olaraq, Mötəsim Abbasinin xəlifəlik etdiyi dövrdə dövlət və idarəetmə işləri nisbətən yaxşı idi.)
    Haqqında söz açdığımız bu dərzi kişi günlərin birində namazdan sonra məsciddən çıxarkən Mötəsim Abbasinin məmurlarından biri ilə rastlaşır. Bu iri cüssəli və qorxulu heybəti olan əmir beş min döyüşçüyə rəhbərlik edirdi.
    Şərabın təsirindən ağlı başında olmayan əmir küçədə bir qadının çadrasından tutub, çəkə-çəkə öz evinə aparırdı. Zavallı qadın nə qədər qışqırıb: "Ay camaat! Mən namussuz qadın deyiləm. Filankəsin qızı və filankəsin arvadıyam. Evim də filan məhəllədədir. Əgər bu gecə evə getməsəm ərim məni boşayacaq.” desə də bədheybət əmirin qorxusundan kimsə yazıq qadının sözlərinə əhəmiyyət vermirdi.
    Dərzi kişi deyir: İrəli keçib haray-həşir salmağa başladım. Amma o biqeyrətə heç bir söz təsir etmirdi. Vicdanım bu haqsızlığa göz yummağa imkan vermirdi. Ona görə də şəhərin ağsaqqal və böyükləri ilə yığışıb həmin əmirin qapısına getdik. Onun evinin qabağında hay-küy salıb dedik:
    "Məgər bu şəhərdə bir müsəlman qalmayıb ki, günün-günorta vaxtı xəlifənin sarayının önündə namuslu bir qadının abır-həyasını ayaq altına ataraq öz evinə aparırsan? Səninçün çox yaxşı olar ki, o qadını elə bu dəqiqə evinə buraxasan. Yoxsa elə bu dəqiqə xəlifə Mötəsim Abbasinin yanına gedib səndən şikayət edəcəyik.”
    Bu sözləri eşidəndə əmir əsəbiləşib əlindəki böyük bir çomaqla bizim üstümüzə cumdu. Birinin başı, birinin qolu və digərinin ayağı sındı.
    Vəziyyəti belə görəndə hamımız oradan qaçdıq. Məscidə gedib xiftən namazını qılandan sonra evə qayıtdım. Yatağa uzandım. Amma nigarançılıqdan gözümə yuxu getmədi. Düşünürdüm ki, bu gecə həmin qadın evinə getməsə, sabah əri onu mütləq boşayacaq. Eşitdiyimə görə içki içən adam məst halda tez yuxuya gedir. Yuxudan ayılanda gecədən nə qədər keçdiyini bilmir. Məscidə gedib əzan verməyi düşündüm. Çünki əmir əzan səsini eşidəndə sübh olduğunu güman edib, qadını buraxacaq. Qadın əmirin evindən çıxanda mən məscidin önündə onu gözləyərəm. Onu tez evinə çatdıraram ki, əri onu boşamasın. Təsadüfən həmin gecə xəlifə oyaq olur. Azan səsini eşidəndə çox əsəbiləşir və deyir: Vaxtsız azan deyən kəs fasid adamdır. Çünki azan səsini eşidən hər bir şəxs sübh namazının vaxtı olduğunu güman edəcəkdir. Namaz qılmaq üçün evdən çıxanda gecə qaravulları onu saxlayıb sorğu-sual edəcəklər. Xəlifə qulluqçularından birini çağırıb deyir: "Get qapıçıya de ki, azan verən şəxsi mənim hüzuruma gətirsin. Gərək ona elə bir dərs verəm ki, bir də yersiz əzan verməsin.”
    Dərzi kişi deyir: "Azanı deyib qurtarandan sonra məscidin qapısında dayanıb həmin qadının o alçaq əmirin evindən çıxmasını gözləyirdim. Elə bu vaxt xəlifənin qapıçısının əlində məşəl mənə tərəf gəldiyini gördüm.
    Qapıçı məni görüb soruşdu: "Azan verən sən idin? Heç bilirsən ki, bu işinlə xəlifənin narahatçılığına səbəb olmusan? Xəlifə məni sənin dalınca göndərib.
    –"Bəli, vaxtsız azan deyən mən idim. Xəlifə narahat olmağa çox haqlıdır. Amma məni bu işə əxlaqsız və heysiyyətsiz bir şəxs vadar etmişdir”–deyə cavab verdim.
    Qapıçı dedi: Söylədiyin əxlaqsız və heysiyyətsiz adam kimdir?
    Dedim: "O, çox alçağın birisidir, nə Allahdan qorxur və nə də xəlifədən.”
    "O kimdir ki, nə Allahdan qorxmur və nə də xəlifədən”–deyə qapıçı təəccüblə soruşdu.
    Dedim: Bunu ancaq xəlifənin hüzurunda deyəcəyəm. O zaman məlum olacaq ki, mən yersiz azan vermişəm, yoxsa yerində. Saray xidmətçisi ilə birlikdə xəlifənin hüzuruna getdik. Öncə xidmətçi içəri girib xəlifəyə nə isə dedi. Xəlifənin əmri ilə məni içəri çağırdılar.
    Xəlifə üzünü mənə tutub dedi: De görüm vaxtsız azan verməyinin səbəbi nədir?
    Mən sərxoş əmirin namuslu qadının başına gətirdiklərini, onun bu iyrənc əməlinə etiraz edənləri döyməsini və mənim vaxtsız azan verməyimin əsas səbəbini bütünlüklə nəql etdim.”
    Xəlifə məni dinləyəndən sonra saray xidmətçisinə dedi: Get qapıçıya de ki, bir neçə məmurla birlikdə filan əmirin evinə gedib, onu mənim hüzuruma gətirsinlər. Desinlər ki, xəlifənin səninlə təcili işi var. Həmçinin dünən axşamçağı evinə apardığı qadını da özü ilə gətirsin. Qadını evdən çıxaranda şəhər mötəmidlərindən bir neçəsi onu evinə aparıb, ərinə desinlər: Xəlifənin sənə xüsusi salamı var və bu qadına zamin durub deyir: O, günahsızdır və bundan sonra onunla daha da mehriban davran.”
    Əmiri isə mənim yanıma gətirin. Xəlifə üzünü dərziyə tutub deyir: "Hələlik sən də burada qalsan yaxşı olar.”
    Xəlifənin tapşırığına əsasən məmurlar əmiri saraya gətirdilər. Xəlifə əmiri görəndə dedi:
    "Müsəlmanlardan bir qrupu rumlulara əsir düşəndə, onlara kömək etmək üçün Bağdaddan Ruma gedib düşmən qoşununu məğlub etdim. Çıxılmaz vəziyyətdə qalan Rum padşahı qaçmağa məcbur oldu. Altı il həmin diyarda qaldım. Müsəlman ordusu hətta Konstantinopola qədər irəliləmişdi. Mən Rumda böyük bir məscid də tikdirdim. Hal-hazırda orada qurdla-quzu birlikdə su içirlər. Yəni sülh və əminamanlıq içində yaşayırlar.
    Sonra əlavə etdi: Ey xain əmir! Yəni sən o qədər qudurmusan ki, Bağdadda, mənim qulağımın diibndə, zorla bir qadını evinə aparıb haram iş görmək istəyirsən? Camaat bu pis işinə görə sənə xəbərdarlıq edəndə də vurub onların əl-ayağını qırırsan?
    Xəlifənin əmri ilə xain əmiri bir kisəyə salıb, ağzını möhkəm bağladılar. İki məmur əllərindəki böyük çomaqlarla kisənin içindəki əmiri o qədər vurdular ki, əti ilə sümüyü əzilib bir-birinə qarışdı. Sonra əmirin əzilmiş bədənini elə kisənin içində Dəclə çayına atdılar.
    Xəlifə üzünü dərzi kişiyə tutub dedi:
    "Ey ağsaqqal! Hər vaxt Allahdan qorxub çəkinməyən, camaata zülm edən və İslam dininə xəyanət edən birini görsən, məscidin minarəsinə çıxıb, vaxtsız azan ver ki, mən də eşidim. Bu vasitə ilə səni çağırtdırıb baş verənlərdən xəbərdar olum.
    Category: İbrət güzgüsü | Views: 906 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024