İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 21 » İbrət güzgüsü
    7:36 PM
    İbrət güzgüsü
    BEŞİNCİ FƏSİL 
    TƏQVA VƏ TƏVƏKKÜL HAQQINDA
    TƏVƏKKÜLÜN İNSAN HƏYATINDA ROLU
    Təvəkkülün insan həyatındakı əhəmiyyətli rolunu, təvəkkül haqqında yanlış fikirlərin ortaya çıxdığını nəzərə alaraq, bu barədə söz açmağı lazım bilirik.
    Təvəkkül "vəkalət” sözündən götürülmüşdür. İslam ensiklopediyasında təvəkkül, insanın Allahı özünə güvəncli bir arxa qərar verməsinə deyilir. Yəni insan Allahı vəkil tutaraq bütün işlərini Ona tapşırır. Rəvayətlərin birində göstərilir ki, Peyğəmbər (s) Cəbrayıldan (ə) Allaha təvəkkül barəsində soruşdu. Cəbrayıl (ə) cavabında dedi: "Təvəkkül, insanın yaradılmışın ona bir ziyan və xeyir yetirməməsinə, bir şey bağışlayıb, ondan bir şey almamasına olan elmidir. Həmçinin, təvəkkül insanın xəlqdən (yaradılmışdan) məyus olub əlini üzməsidir. Elə ki, bəndə bunu dərk etdi, Allahdan qeyrisi üçün iş görməz, Ondan qeyrisinə bel bağlamaz, ondan özgəsinə əl açmaz. Bu Allaha təvəkkülün mənasıdır.”("Bihar”, c. 17, s. 138.)
    Qurani-kərimdə təvəkkül haqqında çoxlu ayələr mövcuddur ki, o cümlədən, bu ayəni misal göstərmək olar:
    "...Gərək möminlər (hər işdə) Allaha təvəkkül etsinlər!” ("Ali-İmran”, 122.)
    Bu ayədə Allah təvəkkülü imanın ayrılmaz bir hissəsi kimi təqdim edir.
    İnsan müsbət nəticələr əldə etsin deyə, dünyəvi işlərində özünə vəkil seçdiyi kimi, əksər işlərini onun ixtiyarına verdiyi kimi, yaxşı olardı bir Allah bəndəsi olaraq bütün işlərində Allaha arxalanıb, öz işinə Onu vəkil tutardı. Bununla o, onu sıxan, darıxdıran əksər iztirablardan yaxa qurtarmış olardı. Başqa sözlə desək, öz ehtiyaclarını təmin etmək istəyən kəsin qarşısında üç yol vardır:
    1.Öz gücünə etimad etmək;
    2. Başqalarına güvənmək, onların köməyinə göz dikmək;
    3.Allaha arxalanıb, Ondan qeyrisinin köməyinə göz yummaq.
    Burada insanın Allaha təvəkkülü, Allahın rübubiyyətini dərk etməsindən qaynaqlanır. Çünki, insan Allahı tam ixtiyar sahibi olaraq tanıyarsa, artıq başqasının qapısına getməyə, Allahdan qeyrisinə əl açmağa ehtiyac görmür. Həzrət Əli (ə) dualarının birində deyir: "İlahi! Sən dostlarına başqalarından daha yaxınsan. Sənə təvəkkül edənlərin işlərini yoluna qoymaq üçün onların özündən daha çox hüzura maliksən. Onların sirlərindən xəbərdarsan, fikirlərindən keçənlərə agahsan, baxışlarının hüdudlarını bilirsən.”
    Davamında buyurur: "Dostlarının qəlblərində gəzdirdikləri sirləri sənin yanında aşkardır, Səni görmək həsrəti ilə qəlbləri qandır. Əgər tənhalıq onları sıxsa, dəhşətə gəlsələr, Səni yad etməklə təskinlik tapar, müsibətlərə tuş gəlsələr sənə pənah gətirər, dərgahına üz tutarlar. Onlar bilirlər ki, bütün işlərin ixtiyarı Sənin əlindədir.”("Nəhcül-bəlağə”, xütbə-218, s. 719.)
    İmam Baqir (ə) Allaha təvəkkül etməyin faydası haqqında buyurur: "Allaha təvəkkül edən kəs məğlub olmaz, Ona pənah aparan şəxs yenilməz.”("Müstədrəkül-vəsail”, c. 11, səh. 217.)
    Allaha iman və təvəkkül əksər peyğəmbərlərin dəvətinin sərlövhəsində yer almışdır. Bu üzdən Allaha imanın nişanələrindən biri Ona təvəkkül etməkdir.
    Təvəkkül xarici rəftar olmayıb qəlbi işlərdən hesab olunur. Buna görə də təvəkkülü işdən-gücdən əl çəkib tənhalığa qapılmaq, səhərdən axşama kimi ibadət edəcəyim təqdirdə Allah da mənim ruzimi yetirəcək deyib işdən boyun qaçırmaq kimi başa düşməməliyik. Şübhəsiz bu fikir kökündən yanlışdır. Bu yolu tutub gedənlər səhv istiqamətdə hərəkət edirlər. Rəvayətlərin birində deyilir: "Peyğəmbər (s) bir dəstə camaatı bekar oturan gördü. Onlara dedi: "Siz kimsiniz?” Dedilər: "Biz təvəkkül edənlərik.” Həzrət (s) cavablarında buyurdu: "Yox, elə deyil. Siz başqalarına artıq yüklərsiniz.”("Müstədrəkül-vəsail”, c. 11, s. 217.)
    İslam maarifindən yetərincə xəbəri olmayanlar elə bilirlər ki, təvəkkül maddi imkanlardan imtina etməkdir. Onların fikrincə, əgər kimsə maddi imkanlardan istifadə edirsə, deməli onun Allaha təvəkkülü yoxdur. Əslində təvəkküllün yoxluğu nə maddi nemətlərdən istifadə edən kəslə bağlıdır, nə də təvəkkülə malik olmaq bir kəsin maddi nemətlərdən imtina etməsi ilə əlaqədardır. Elə tənbəl insanlar var ki, "ver yeyim, ört yatım, gözlə canım çıxmasın” deyib, gözlərini bir tikə çörəyə dikərək yerlərindən tərpənmirlər. Belələrinin iş görməyə halları da olmur. Onlardan soruşanda ki, niyə işləmirsən, deyirlər: "Biz Allaha təvəkkül edirik. Ruzi Onun əlindədir, Allah Özü ruzimizi yetirəcək!”
    Həqiqətdə bu söz onların tənbəlliklərini pərdələyən zahiri bir örtükdür. Əslində onların Allaha təvəkkülü yoxdur, yalan deyirlər. Əlbəttə, təvəkkülü olan insanlar da olur.
    Qeyd etdiyimiz kimi, təvəkkül qəlbi bir işdir və Allaha arxalanmaq mənasınadır. Yəni insan qəlbində Allaha arxalanıb. Bu baxımdan, ola bilsin insan təvəkkülün ən ali dərəcəsinə çatsın və eyni halda Allahın buyruğuna əsaslanaraq maddi nemətlərdən də istifadə etsin. Mümkündür ki, belə bir kəs hamıdın çox işləsin, işə hər kəsdən daha ciddi yanaşsın, amma bununla belə öz işindən daha çox Allaha etimad etsin. Ümumiyyətlə Allahın tənbəl, bekar insandan xoşu gəlmir. Allah insana vəzifəsi olaraq zəhmət çəkməyi, işlə məşğul olmağı buyurmuşdur. Çünki ilahi hikmət bu dünyanın işlərinin səbəblər silsiləsi ilə hərəkət etməsini vacib edir. Allahı tanıyan kəs bilir ki, dünya işləri ilahi hikmətin tələibnə müvafiq olaraq səbəblər vasitəsilə həyata keçir. İnsanın təkamülü həmin sistemin dərkinə bağlıdır. Məhz həmin sistemin vasitəsilə insan imtahana çəkilir. Belə olmazsa insan təkamüldən qalar. İnsanın təkamülü bəndəlik vəzifələrinin yerinə yetirilməsi ilə müəyyənləşir. Bəndəliyin özü də insanlıq əlaqələri ilə səciyyələnir. Nəhayət, insanlıq əlaqələri də öz növbəsində səbəblər sistemində dərc edilmişdir.
    Beləliklə, insan tənhalığa çəkilib, ancaq ibadətlə məşğul olsa və gündəlik həyatında bir işdən yapışmasa, ilahi hikmətin əksinə əməl etmişdir. Belə olan surətdə, onun Allahdan ruzi gözləməsi əbəsdir.
    Mövlana demişkən:
    Gər təvəkkül edəcəksən, iş gör, qalx erkən
    Əvvəl ək, becər, sonra Cabbara söykən.
    Buna görə də ilahi hikmət insanın öz istəklərinə çatması, ehtiyaclarını təmin etməsi üçün Allahın xəlq etdiyi vasitələrdən yararlanmasını zəruri edir. Əgər Allahdan quru xahiş etməklə insanın ruzisi yetişsəydi, onda kimsə ruzi dalınca getməz və insanlar imtahan olunmazdı. Deyəndə ki, hədəfinə çatmaq üçün Allahın qərar verdiyi vasitələrdən istifadə et, bu, o demək deyil ki, sənin ruzi verənin torpaqdır, ya işdir və ya digər səbəblərdir. Bunların hamısı Allah tərəfindən verilmişdir. Ruzinin özü də Allahın əlindədir. Sənin vəzifən səbəblərin dalınca getməkdir. Bununla ilahi hədəflər dünya sistemində həyata keçmiş olur.
    Deməli, təvəkkül edən işdən, zəhmətdən yayınmamalıdır, təvəkkül etməyənlər tənbəlliyə qurşanırlar. Bu iki dəstənin fərqi, onların qəlbi bağlılıqlarındadır. Təvəkkül edən, Allaha itaət niyyətilə Allaha söykənib ümid edərək iş görür, amma əqidəsiz, təvəkkül etməyən kəs öz ruzisini işdə çalışmaqda və ya başqasının əlində axtarır. Mömin Allahdan başqa heç kimə ümid etmir. O bütün olanları Allahdan bilir. Əgər əli bütün səbəblərdən üzülsə, onun Allaha olan ümid çırağı zəifləmir. Çünki Allah tərəfindən bəndəyə çatan hər bir işin hikmətə əsaslandığını, onun xeyrinə olduğunu dərk edir. Allah heç vaxt Öz bəndəsini onun xeyrinə olan işdən məhrum etməz.
    Məlum məsələdir ki, dünya mexanizmi səbəblər sisteminin əsasında formalaşır və insan da həmin sistemin zəncirvari bağlılığında onun bir halqası olaraq öz istəklərinə çatması üçün iş görməlidir. Başqa bir tərəfdən iş görmək, başqaları ilə ünsiyyətdə olmaq insanın imtahana çəkilməsinə şərait yaradır. Çünki insan imtahan olunmasa təkamülə üz tutmaz. İnsan cəmiyyətə qatılıb müxtəlif şəraitlərə düşməklə bərkdən-boşdan çıxır, insanlarla ünsiyyətdə qarşılıqlı hüquqlara riayət etməklə öz təkamülünə zəmin yaradır.
    Deyirlər bir gün həzrət Musa (ə) xəstələnir. Bəni-İsrailin böyükləri ona baş çəkməyə gedirlər və deyirlər: "Əgər filan otu dəmləyib suyunu içsən sağalacaqsan. Həzrət Musa (ə) deyir: "Müalicəyə ehtiyac görmürəm, Allah Özü mənə şəfa verəcəkdir!” Həzrət Musa (ə) bir müddət bu halla yaşayır, amma özündə yaxşılığa doğru bir irəliləyiş hiss etmir. Axırı Allah ona vəhy göndərir ki, izzət və cəlalıma and olsun, sənə deyilən otla özünü müalicə etməyənə qədər sənə şəfa verən deyiləm.
    Həzrət Musa (ə) həmin otdan istifadə edəndən sonra sağalır, amma Bəni-İsrailə dediyi sözə görə qorxuya düşür. Yenə də Allahdan ona xitab gəlir: "Ey Musa, sən öz yanlış təvəkkülünlə bizim hikmətimizi batil etmək istəyirdin? Otların kökündə şəfabəxş təsirləri, min bir dərdə dərman olan faydalı xüsusiyyətləri qoyan kimdir?
    Hədislərin birində deyilir ki, zahidlərdən biri şəhərdən çıxıb dağların qoynunda özünə məskən salır və deyir: "Mən heç kimə ağız açmayacağam, Allah mənim ruzimi yetirməyincə kimsənin qapısını döyməyəcəyəm!” Bu minvalla yeddi gün gəlib keçir, amma zahidə yemək-içmək gəlib çıxmır. Ölümcül hala düşmüş zahid inildəyib ərz edir: "Pərvərdigara! Ya mənim ruzimi yetir, ya da tez canımı al ki, bundan artıq əziyyətə düşməyim!” Allahdan xitab olur: "İzzət və cəlalıma and olsun, camaata qaynayıb-qarışmayana qədər sənə ruzi verən deyiləm.” Zahid dağdan enib şəhərə daxil olur. Camaatın arasına daxil olanda, onun zəifləmiş vücudunu görənlər ona su, yemək verirlər. Bu zaman Allah-təala zahidə xitab edir: "Ey Zahid, sən öz əməlinlə Mənim hikmətimi batil etmək istəyirdin. Məgər bilmirsən ki, bəndəmin ruzisini ona bəndələrimin əli ilə yetirmək Mənim üçün səbəblərsiz (silsilə səbəblər bağlantısı olmadan) yetirməkdən daha əzizdir!”(Molla Mehdi Nəraqi. "Camiüs-sadat”, c. 3, s. 228-229.)
    Ruzi təkcə maddiyyata aid olmur. Mənəvi qazanclar, o cümlədən elm də ruzidir. Bu baxımdan ola bilsin kimsə tənbəllik üzündən elm öyrənməyin arxasınca getməsin. Bəzən də deyirlər, mən Allaha təvəkkül edəcəm, O Özü elmi mənə mərhəmət edəcək. Bu fikirlərinə qüvvət olaraq məsumlardan deyilmiş bu rəvayəti də bəhanə gətirirlər: "Elm, oxuyub-öyrənməklə hasil olmur. Elm elə bir nurdur ki, Allah onu istədiyi kimsənin qəlbinə yerləşdirir.”("Bihar”, c. 1, s. 225.)
    Bəli, elm Allahdan gəlir və Onu istədiyi kəsə verir, amma bizim öhdəmizə düşən vəzifə dərs oxumağımızdır. Bacardığımız qədər çalışmaq, ciddi şəkildə işdən yapışmaq bizim borcumuzdur. Biz bütün mümkün fürsətlərdən istifadə etməliyik. Kimsə yanlış anlamamalıdır ki, zəhmətsiz, tər tökmədən alim ola bilər. Zəhmətə qatlaşmadan dünya nemətlərinə çatmaq olmaz.
    İnsanın əldə etmək istədiyi bütün nemətlər Allahın ixtiyarındadır. Səbəblər toplusunün özü əsas təyinedici amil deyil, onlar nemətlərin əldə edilməsi üçün Allahın qərar verdiyi vasitələrdir. Çünki Allah həmin vasitələr və vəsaitlər yolu ilə ruzimizin əldə edilməsini istəyir. Əlbəttə, ola bilsin bir iş görmədən və ya vasitə və vəsait olmadığı üçün Allah Öz lütfü ilə bizə təsəvvür etmədiyimiz nemətləri versin. Bunun əksinə olaraq, mümkündür uzun zəhmətdən sonra kifayət qədər səbəblərə əl atdığımıza baxmayaraq sonda öz istəyimizə çatmayaq. Bu onu göstərir ki, səbəblər var deyə arxayın olmaq olmaz. İnsan ancaq Allaha etimad etməlidir. Yəni Allaha ümid bağlayaraq səbəblərdən yapışmalıdır.
    Allaha təvəkkül etməyən insanın qəlbi daim iztirab içində olar. Onun nə rahatlığı olar, nə də xoş güzəranı. Çünki, ona arxa olacaq həqiqi dostdan qafil olub yalançı və süst arxalara etimad edir. Buna görə də güclü olmağınız üçün Allaha təvəkkül etməliyik.
    TƏQVANIN TƏVƏKKÜLLƏ ƏLAQƏSİ
    "...Kim Allahdan qorxsa (təqvalı olsa) Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə [Allah] ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü təyin etmişdir.”("Talaq”, 2-3.)
    Şərif ayədə təqva və təvəkkül—hər ikisi zikr olunmuşdur. Bunun özü təqva və təvəkkül arasında dərin bağlılığın olduğunu göstərir və aydın olur ki, bu ikisini bir-birindən ayırmaq mümkün deyil. Təqvanın öndə zikr edilməsi bəlkə də ona görədir ki, təqvanın əldə edilməsi təvəkkülə çatmağın müqəddiməsidir. İnsan təqvalı olmayınca həqiqi təvəkkülün nə olduğunu dərk etmir.
    Şəksiz Yerin, Göyün bütün işləri Allahın əlindədir. Allahın gücü qarşısında heç bir başqa qüdrət yoxdur. Yaradılış dünyasını öz iradəsi ilə idarə edən Odur. Belə olan surətdə biz ancaq Ona etimad etməliyik, kömək diləyən əlimizi Ona sarı uzatmalıyıq. Başqalarına hörmət göstərməyi, onların yaxşılıqları müqabilində təşəkkür etməyi Allah bizə tapşırdığı üçün, ilahi vəzifəyə əsaslanaraq onlara öz minnətdarlığımızı bildirməliyik. Bununla yanaşı yersiz təriflərdən, qarşı tərəfdən bir şey umduğumuz üçün onun şəninə yalançı təriflər söyləməkdən çəkinməliyik.
    Allaha təvəkkül və etimad edən kəs ruzini Allahdan gözləyir. Bunun üçün də başqalarına yaltaqlanmağa ehtiyac duymur, ona kömək edəcəklər deyə, yersiz olaraq onların qarşısında kiçilmir. Onun-bunun qarşısında yaltaqlanmaq, əyilmək insanın izzət-nəfsi ilə bir araya sığmır.
    Bəli, Allah-təala, övliyalar, ata, ana, müəllim kimi boynumuzda böyük haqları olan kəslərin qarşısında təvazökar olmağı buyurmuşlar. Həmçinin nəsəbləri Peyğəmbərə (s) çatdığı üçün seyyidlərin, peyğəmbər zürriyyələrinin önündə Allaha itaət, Peyğəmbərə (s) hörmət məqsədilə təvazökar davranmağı tövsiyə etmişlər. Allah-təala ata-anaya yaxşılıq etməyi, onlara ehtiram qoymağı Özünə ibadət və bəndəlik mərtəbəsindən sonra zikr edir: "Rəbibn yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi [onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında [yaşayıb] qocalığın ən düşkün çağına yetərsə, onlara: "Uf” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et”– de.”("İsra”, 23, 24.)
    İmam Səccad müəllimin haqqı barədə buyurur: "Sənə elm öyrədən kəsin [sənin boynunda olan] haqqı odur ki, onun qarşısında təzim edəsən; (təvazökar davranasan). Onun olduğu məclisi böyük tutub sözlərinə gözəl şəkildə qulaq asasan, yanında hündürdən danışmayasan, üzünü ona sarı tutasan. Əgər kimsə ondan sual soruşsa, cavab verməkdə onu qabaqlama. Onun oturduğu məclisdə başqası ilə söhbət etmə, başqasının qeybətini danışma.”("Bihar”, c. 2, s. 42.)
    Dünya tamahı ilə başqasının qarşısında təvazökarlıq edən kəs, əslində yaltaqlıq etmişdir. Onun işinin batini şirkdir və həqiqətdə Allahı gücsüz bildiyi üçün başqasına üz tutmuşdur. Allahı tanıyan, Ona olan mərifəti kamala yetmiş və təvəkkül məqamını kəsb etmiş şəxs heç vaxt başqasına ümid bağlamaz. Allahın buyurduğu bu ayəyə: "Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?!”("Zumər”, 36.) –cani-dildən iman gətirən şəxs heç vaxt başqasına əl açmaz.
    ALLAHIN İSTƏYİNİ ÖNƏ SALMAĞIN ROLU
    Quran ayələri və hədislər vəd edərək deyir ki, əgər təqvalı olsanız Allah sizin dünyəvi istəklərinizi verəcəkdir. Bununla əlaqədar Peyğəmbər (s) buyurur: "Ey Əbuzər! Allah təbarək və təala buyurur: "İzzət və cəlalıma and olsun, əgər bəndəm Mənim istəyimi öz istəyindən irəli salarsa (üstün tutarsa) onu bu dünyada elə qəni edərəm ki, fikri-zikri ancaq axirət olar.”
    Allah bu məsələnin ciddiliyini çatdırmaq üçün təkid olaraq and içir, çünki deyilən sözlərin qəbulu ümumi camaat üçün o qədər də asan deyil. Bu səbəbdən də and içir ki, xalq inansın. Buyurur ki, əgər bir vaxt bəndəmin istəyi ilə Mənim istəyim bir məsələdə toqquşarsa, bəndəm öz istəyindən vaz keçib Mənim istəyimi irəli salarsa, onun üçün bir neçə şey zəmanət verirəm: Birinci, qəlbində başqalarına nisbətdə ehtiyacsızlıq hissi yerləşdirərəm. Əlbəttə, insanın daim Allaha ehtiyacı var və Ona möhtaclıq hissi də onda var və olmalıdır da. İnsanın ən üstün şərəfi və iftixarı da Allah qapısında fəqir olduğunu dərk etməkdir.
    İnsan adətən öz istəklərini başqalarının vasitəsilə həyata keçirdiyi üçün özünü başqalarına möhtac görür. Başqalarına möhtac olmaq hissi insanı xar edir. İnsan nə qədər özünü başqalarına möhtac bilsə, bir o qədər onun qarşısında əyilir, hərdən yaltaqlıq etməli olur, hərdən də xahiş və yalvarışa əl atır. Əgər insan Allahla əlaqəsini möhkəmləndirsə, Onun istəklərini öz istəklərindən önə çəksə, Allah möhtacsızlıq ruhiyyəsini onun vücudunda yerləşdirib, insanı öz hədəflərinə çatmaqda lazım olan vəsaitlərlə təmin edəcək. Əlbəttə həmin vasaitlər məqsədə çatmaq yolundakı vasitələr həddindədir. İnsan o vasitələrdən istifadə edib onlardan bəhrələndiyinə görə Allaha şükür etməyə borcludur. Əgər onun dünyəvi məqsədlərinə çatmasında digər insanlar da vasitə olmuşlarsa, onlara da təşəkkür edilməlidir. Bu cür insan vəsaitlərdən bəhrələnməyinə baxmayaraq, özünü ancaq Allaha möhtac görür, Ondan qeyrisinə ehtiyac hiss etmir.
    Başqasına möhtac olmamaq hissi böyük nemət olub insana şəxsiyyət verir. Əlbəttə, deyilənlərdən elə nəticə çıxmasın ki, insan başqalarının qarşısında təvazökar olmamalıdır. İnsan həm Allahın qarşısında, həm də Onun xəlqi qarşısında təvazökar olmalıdır. İslam maarifi ilə tanışlığı olmayanlar elə bilirlər ki, İslam dini bizim hətta Allah qarşısında da əyilməməyimizi istəyir! Bunların İslam haqqında düşündükləri batildir. Əsil İslam bəndəlikdir. İnsanın ən böyük iftixarı Allah qarşısında özünü kiçik hiss etməsi, alnını torpağa qoymasıdır. İnsan kamalının son həddi budur ki, özünü Haqq-təala qarşısında aciz görsün. Çünki Allah insanın kamalını, tərəqqisini istəyir; istəyir ki, bəndəsi özünün Onun qarşısında aciz görsün, öz ehtiyaclarını Onun dərgahına aparsın. Çünki insanın təkamülü Allaha bəndəlik etməklə mümkün olur; başqalarının qarşısında zillət və kiçiklik hiss etməsin, özünü onlardan asılı, onlara möhtac bilməsin. Çünki özünü onlara möhtac görsə, istər-istəməz möhtac olduğu qədəri də zillət və xarlıq hiss edəcəkdir.
    İnsan öz işinin başqalarının əli ilə düzələcəyini hansı miqdarda hiss edirsə, o qədər də özünü onun qarşısında kiçik görür. Əgər dilinə gətirməsə də, ürəyində özünü xar və zəlil görür. Amma möminlər imanın bərəkəti ilə öz işlərini Allahın öhdəsinə buraxsalar, özlərini ancaq Ona möhtac görsələr, artıq başqalarından asılı olmayacaqlar.
    Bəli, mümkündür ki, Allah-təala onun ehtiyacını bəndələrindən birinin əli ilə həll etsin və ondan həmin şəxsə təşəkkür etməsini istəsin, amma bununla belə o özünü ancaq Allaha möhtac bilir.
    Həzrət İbrahimin (ə) əhvalatında deyilir ki, Nəmrudun əmri ilə həzrət İbrahimi oda atmaq istəyəndə, elə böyük atəş qalanır ki, heç kimin ona yaxın düşməyə cürəti çatmır, hətta uzaqdan dayanıb baxanda da atəşin istisi baxanları yandırırdı. Vəziyyəti belə görüb qərara gəlirlər ki, Həzrət İbrahimi (ə) mancanaqla atəşin içinə atsınlar. İbrahimi odun içinə atanda Cəbrayıl (ə) kömək üçün onun yanına gəlib deyir: "Köməyə ehtiyacın var? İbrahim (ə) deyir: "Var, amma sənin köməyinə yox.”(Bihar”, c. 12, səh. 35.)
    İbrahim (ə) deyir: Köməyə ehtiyacım var, amma Allahdan qeyrisinin köməyinə möhtac olmaq istəmirəm. Allahın mənim qəlbimdən xəbəri var və ehtiyacımı da bilir. Məsləhəti nə olsa onu da edəcək. İbrahim (ə) bu cür çətin imtahanı müvəffəqiyyətlə verəndən sonra Allah onu xəlil məqamına çatdırır və Özünə dost seçir. Əlbəttə, başqasına ehtiyac duymamaq kimi bir məqamı əldə etmək elə də asan iş deyil. Bu ancaq Allahın lütf və inayəti ilə olur. Amma Allah-təala o məqama çatmağın müqəddəmatını insanın ixtiyarında qoymuşdur. Həmin müqəddəmatın bir hissəsi də deyildiyi kimi, insanın Alahın istəyini öz istəyindən qabağa salmasıdır. İnsan bunu bacara bilsə, ilk növbədə özünü başqasından asılı hiss etməyəcək. Yəni özündə bir növ, ehtiyacsızlıq duyacaq.
    İkincisi, dünya işlərinə görə artıq nigaran olmayacaq, dünyasının xeyrini, məsləhətini Allahın öhdəsinə qoyacaq. Ancaq axirətinin nigarançılığını çəkəcək, fikri-zikri axirəti olacaq. Fikrində bu olacaq ki, görək axirəti necə olacaq, bu dünyada axirətlə bağlı vəzifələrinə əməl edirmi? Beləliklə, onun nigarançılığı həmişə axirət olacaqdır. Allah-təala buyurur:
    "Göyü və yeri onun ruzisinə zamin edərəm. Onun işini, sənətini Özüm qoruyaram. Onun üçün hər bir tacirdən daha yaxşı tacirlik edərəm.”
    "Kim Mənim istəyimi öz istəyindən üstün tutsa, Mən də Öz növbəmdə onun istəklərini həyata keçirərəm. Yeri, göyü onun ruzisinə zamin tutaram. Onlara əmr edərəm ki, onun ruzisini təmin etsinlər və işini, qazancını ehtimal olunan bəlalardan qoruyub saxlayaram.”
    Hər kəs həyatda yaşaya bilməsi üçün müəyyən bir qazanc yolu seçir, özünə bir iş, sənət tapır ki, onun vasitəsilə ruzi əldə etsin. Təbiidir ki, ticarət, əkinçilik və s. işlərin səmər verməsi, davamiyyəti üçün heç bir zamin yoxdur: Haradan məlumdur ki, bağ meyvə verəcək və ya bostan məhsul gətirəcək və ya inək, davar sağ qalacaq? Kim bilir ki, insanın alış-verişində, ticarətində xəsarəti olmayacaq?
    Allahın istəyini öz istəyindən irəli salan adama Allah zəmanət verir ki, onun işini, bağını, heyvanını, bostanını ehtimal olunan qada-bəlalardan sığortalayacaq.
    "Hər hansı müamilədə, ticarətdə ona kömək edər ki, ziyana düşməsin.” Daim dünya fikrində olan adamlar səy edirlər elə adamla alış-veriş etsinlər ki, daha çox xeyir qazansınlar. Elə bir ticarəti, müamiləni seçirlər ki, daha çox qazanc gətirsin. Həmişə narahat olurlar ki, birdən olmaya zərərə düşələr və ya az qazanc götürələr. Allah-təala buyurur. Mənim istəyimi öz istəyindən önə çəkən adama hər bir alış-verişində arxa duraram ki, daha çox qazanc əldə etsin; Hər bir işdə Mənim əlim onun üstündə olar: Elə edərəm ki, özü düşünüb, tədbir töküb, plan cızana kimi, kiminlə və necə alver edəcəyini götür-qoy edənə kimi, Mən onun işini yoluna qoyaram. Onu himayə edib, mənafeyini qoruyaram.
    Peyğəmbər (s) insanın öz ruzisi üçün nigaran olmamasına işarə edərək buyurur: "Ey Əbuzər! Əgər Adəm övladı ölümdən qaçdığı kimi öz ruzisindən qaçası olsa, onun təyin edilmiş ruzisi, o harada olsa da gəlib ona çatacaqdır, necə ki, ölüm insanı haqlayır.”
    İnsanın ölümdən xoşu gəlmir, həmişə ondan qaçır, amma axırı ölüm onu haqlayıb öz kamına çəkir. Eləcə də insan öz ruzisindən qaçmaq istəsə, qaça bilməz, yenə də axırda gəlib ona çatacaq. Təyin edilmiş qədərdən qaçmaq olmaz. Əgər bir adam çox çalışsa, işləsə də, məlum deyil ruzisi çatacaq, ya yox. Çox görünüb ki, bəzi adamlar ruzi üçün canlarını oda-suya vurublar, amma axırda acından ölüblər. Bununla əlaqədar, həddən artıq varlı adamlar haqqında qəribə hekayələr nəql etmişlər ki, öz həyatlarında elə vəziyyətlə üzləşmişlər ki, məcbur olmuşlar acından ölməmək üçün öz ayaqqabılarını yesinlər! Başqa bir tərəfdən də elə əlsiz-ayaqsız adamlar olub ki, əllərindən bir iş gəlməməsinə baxmayaraq, Allah-təala onlara saysız-hesabsız sərvət əta edibdir və qismətlərində olan dövlətə çatmışlar.
    Bununla belə insan öz işindən qalmamalıdır. Daim çalışmalı, öhdəsinə düşən vəzifəsini yerinə yetirməlidir. Qəzavü-qədərə etiqad bəhanəsi ilə tənbəllik etməməlidir. Çünki Allahın tənbəl adamlardan acığı gəlir. Amma, əgər insan təhsil və başqa bir sənəti seçmək məsələsində azad olub onlardan birini seçmək vəzifəsini daşısa, ruzinin kasad olacağından qorxub elmi rədd etməməlidir. Əgər Allaha mərifəti, imanı olsa, ruzinin Allah tərəfindən yetişməsinə olan imanı onu vadar edəcək ki, xatircəmliklə elmin ardınca getsin və ruzi cəhətdən arxayın olsun. Çünki, imanlı şəxs müqəddər olmuş ruzidən məhrum olmayacağını bilir.
    Category: İbrət güzgüsü | Views: 894 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024