İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 21 » İbrət güzgüsü
    7:29 PM
    İbrət güzgüsü
    TELEFON MACƏRASI
    Tanınmış alim və şair Məhəmmədəli Mücahidi dövlət nəşriyyatında nəzarət şöbəsinin rəisi vəzifəsində işlədiyi vaxt başına gəlmiş qəribə əhvalatlardan birini aşağıdakı şəkildə nəql edir:
    Öz iş otağımda oturub işimlə məşğul idim. Bu vaxt qapı döyüldü və ardınca xoş simalı bir ruhani içəri daxil oldu. Geyimi olduqca səliqəli və zövqə uyğun idi. Alnındakı qırışlar onun dünya görmüş, ruzigarın isti-soyuğunu dadmış bir insan olduğunu bəlli edirdi. Zamanın cövrü-cəfası üzündə dərin qırışlar açsa da yaşı əllini göstərirdi. O, öz mətin rəftarı ilə müsahibini hörmətli davranmağa vadar edirdi.
    Salam verib hal-əhval tutduqdan sonra dedi: Belə eşitmişəm ki, ruhani ailəsində böyümüsən və özün də soylu, köklü bir nəsildənsən. Vaxtınızı çox almayacağam; bir kitab yazmışam, onu çap etmək üçün sizin köməyinizə ehtiyacım var. Hansı çapxanaya getdimsə, məndən çapa icazə kağızı istədilər. Əgər bu kitabın çapına icazə kağızı versəydiniz, ömrüm boyu sizə minnətdar olardım.
    Baxışımı iş stolumun üstündə qalanmış kitablara yönəldib dedim: Baxın, bütün bu kitablar çap üçün "növbə” gözləyirlər. Hamısı yoxlanıb çapa göndərilməlidir. Hamısının da müəllifi siz edən xahişi edir,–deyirlər: tələsirik, vaxtımız yoxdur, bu kitab çox mühüm kitabdır və sair. Açığını desəm, mənim öz peşəm müəllimlikdir. Pedaqoji sahədə çalışıram. Amma bu ağır yükü də mənim boynuma yıxıblar. Gərək saatlarla oturub kitabları araşdıram! Aydındır ki, bunların hamısı bir günün işi deyil. Necə deyərlər, bir ürək bu qədər dilbərlə nə etsin, hansına könül versin?... Siz mənim yerimə olsaydınız, nə edərdiniz?
    Kişi bir ata mehribanlığı ilə dedi: Övladım! İnanmıram öz zənnimdə yanılmış olam, siz dərd əhlisiniz, mənim də dərdimi gərək ki, yaxşı anlayırsınız. Bu kitab qəribə bir əhvalatdan–mənim Allaha necə telefon açmağımdan bəhs edir. Məncə xalqın, xüsusilə də cavanların bu hekayəni mütaliə etmələri onların xeyrinə olardı. Hər halda, cəmiyyətə bir xeyri olacağını düşünüb bu kitabı yazdım. Bu telefon macərasının bərəkəti ilə təkcə mənim yox, bəlkə də yüzlərlə insanın həyatı dəyişib. Əgər sizin yerinizə olsaydım, yubanmadan kitabın çap icazəsini verərdim.
    Onun danışığında hədsiz səmimiyyət duyulurdu. Bu səmimiyyət məni çoxdan həsrətində olduğum bir aləmə çəkib aparırdı.
    Kişinin bu sözlərini eşidəndə bir anlığa xəyala daldım. Xəyalım məni çox da uzaq olmayan bir keçmişə götürdü: Ustadım–böyük arif Ağa Müctəhidinin vəfatından düz yeddi il keçirdi. Onun vəfatından sonra bu cür qəribə əhvalatları eşitməyə də tamarzı qalmışdım. Ona görə də fürsəti əldən qaçırmayıb dedim: Kitabı yoxlamağa ehtiyac yoxdur. Eləcə, mündəricat şəklində kitabın mövzusunu mənə açıqlayın, yetər.
    Dedi: Kitabın adını ondakı həyati ibrətləri nəzərə alaraq "İbrətəngiz” qoymuşam. Kitab iki bölümdən ibarətdir: Birinci bölüm mənim Allaha necə telefon açmağım haqqındadır. İkinci bölüm isə bu telefon zənginin saysız hesabsız bərəkətlərindən söz açır.
    Kişi bunları deyib Allahın ona nəsib etdiyi bu nemətin köməyi ilə bu günə qədər nə kimi xeyriyyə işləri gördüyünü ardıcıllıqla saymağa başladı. O cümlədən bunları dedi: Bir neçə uşaq evi, bağça, məktəb və məscidin istifadəyə tam hazır halda tikilib təhvil verilməsi, onlarla sahibsiz uşaqların məktəb təhsilindən institutu qurtarana qədər bütün xərclərinin ödənməsi, bir neçə kəndə içməli su kəmərinin çəkilişi, neçə hektar bağ sahəsinin ümumi xeyriyyə işləri üçün vəqf edilməsi, bir neçə pulsuz fəaliyyət göstərən tibbi xidmət mərkəzlərinin yaradılması, pulsuz fəaliyyət göstərən əczaxanaların tikilib istifadəyə verilməsi və sair.
    Kişi dedi: Kitabda bütün bu işlərin hər biri haqqında dəqiq rəqəmlər, tarix və sənədlər göstərilməklə ətraflı məlumat verilmişdir.
    Allah-təalanın bu xeyirxah ruhaniyə nəsib etdiyi belə böyük tövfiqdən heyrətə gəldim. Ondan xahiş etdim ki, Allahla olan telefon məsələsini mənim üçün danışsın.
    O, gözləri doluxsunmuş halda öz hekayəsini belə başladı:
    Ali-dini təhsil üçün yaşadığım Ərak şəhərindən Qum elmi hövzəsinə gələndə cavan bir tələbə idim. O vaxtlar Ayətullah Bürucerdinin mərcəiyyət illəri idi. İyirmi beş yaşım ancaq olardı. Bununla belə, tələbə ola-ola beş nəfərlik ailəmin dolanışığını da təmin etməli idim.
    Elmi hövzənin ayda verdiyi təqaüd ev kirayəsini və aylıq xərclərimi ödəmirdi. Başqa heç bir yerdən də kömək almırdım. Həyat yoldaşım hədsiz kasıblığımıza görə gileylənməsə də əksər vaxtları evin xərclərini təmin etmək üçün naçar qalıb borca girməli olurdum.
    İki-üç il bu minvalla keçdi. İş o yerə çatdı ki, məhəllənin bütün mağazalarına çörəkçidən tutmuş qəssabına qədər borclu qaldım. Artıq gedib onlardan alış-veriş eləməyə üzüm gəlmirdi.
    Vəziyyətimin belə çətin anlarında ev sahibi də bir tərəfdən məni sıxışdırıb evin neçə aylıq gecikmiş kirayəsini bu ayın kirayəsi ilə bir yerdə tələb edirdi. Axırıncı dəfə qapıya gəlib dedi: Əgər iki günə kimi borclarını verməsən incimə, evinin əşyalarını boşaldacam həyətə, evi də kirayə ödəmək gücü olan başqa birisinə verəcəyəm.
    Artıq bıçaq sümüyə dirənmişdi.
    Çox fikirləşəndən sonra son qərarımı çıxardım... Səhər tezdən heç kimə bir söz demədən evdən çıxdım. Özlüyümdə belə qərara gəldim ki, bu iki günü gözə görsənməyim. Başımı lap itirmişdim, nə edəcəyimi bilmirdim; artıq səbrim tükənmişdi... Uşaqlarımın sönük gözlərinə baxa bilmirdim, məhəllədəki dükan sahiblərinin eyhamlı baxışlarına dözə bilmirdim. Hamısından betəri də evimin əşyalarının çölə boşaldılacağını təsəvvürümə gətirəndə az qalırdı bağrım çatlasın.
    Qozərxan məhəlləsindən keçəndə bir anlığa gözüm həzrət Məsumənin (ə) hərəminin günbəzinə sataşdı. İxtiyarsız olaraq kövrəldim... qəlbim sındı; gözlərimdən yaş süzülüb yanaqlarıma oturdu. Qəlbimin dərdini sinəmdə sıxılıb qalmış qəhərlə dilimə gətirdim. Məsumə xanımla (ə) dilsiz bir dillə dərdləşib hərəmə tərəf üz tutdum. Sübh namazını hərəmdə qılıb çölə çıxdım.
    Xiyabanın kənarında dayanmış bir neçə avtobus maşına sərnişin yığırdı. Ürəyim qüssə ilə dolu, ciblərim isə boş idi. Ciblərimin künc bucağını eşələyib axırı qoltuq cibimdən 50 qəpik pul tapdım. Tehrana gedən avtobuslardan birinə əyləşib xəyala dalaraq maşının yola çıxmasını gözlədim.
    Yol boyu Allahla olan qəlbi bağlılığım bir an da olsun üzülmürdü. Arada özümdən asılı olmayaraq qəhərlənir, göz yaşı axıdırdım. Bütün vücudum qəribə bir həyəcana bələnmişdi. Sanki köz üstündə oturmuşdum.
    Sürücünün səsinə xəyaldan ayrıldım:
    Ağa! Çatmışıq, enə bilərsiniz!
    Maşından yerə enəndə başımı qaldırıb günə baxdım. Gün bir adam boyu qalxmışdı. Hara getməliyəm?! Bu suala cavabım yox idi. Asta addımlarla üzü İmam Hüseyn meydanına tərəf yola düşdüm.
    Yol kənarındakı mağazalar biri digərinin ardınca açılır, camaatın get-gəli hər dəqiqədə artırdı. Camaatın arasında getməyə yeri olmayan avaraya bənzəyirdim. Mənə elə gəlirdi ki, kənardan baxanlar mənə rişxənd edirlər. Buna görə də səy edirdim ki, qırağa-bucağa çox boylanmayım və düz bir istiqamətdə hərəkət edim.
    Birdən yadıma düşdü ki, qardaşım deyirdi onun İmam Hüseyn meydanına birləşən yuxarı xiyabanda, pasajların düzüldüyü istiqamətdə xalça dükanı var. Dükanın dəqiq ünvanını bilməsəm də, qardaşımın dediyinə görə mağazanın üstündə rəngli, böyük reklam tablosu olmalı idi.
    Dedim gedib qardaşıma bir baş çəkim.
    Qardaşımın məni görməyə gözü yox idi. Mən dini mədrəsəyə girəndən qardaşım da daxil olmaqla ailəmizin üzü məndən dönmüşdü.
    Axtarıb qardaşımın dükanını tapdım. Dükan mən təsəvvür etdiyimdən çox böyük idi. Dörd iri qapısı, hündür divarları olan dükanın vitrini zövqlə bəzədilmişdi. Dükanın qarşısında qapısı açıq mersedes maşın dayanmışdı. Hiss olunurdu ki, qardaşım dükanın qapılarını yeni açmışdı və maşının qapısını bağlamaq ya yaddan çıxmış, ya da dükandan nəsə götürüb tez geri qayıtmaq istəyirmiş.
    Dükana girib salam verdim. Qardaşımın gözü mənə sataşcaq tənə ilə dedi: Əleykum! Gün hayandan çıxıb ki, biz kasıbları da yad etmisən?! Sən hara, bura hara? Heç bilirsən neçə ildir bir-birimizi görmürük? Axı böyük var, kiçik var; bəs qanacaq, mərifət... Hər nə olsa da mən sənin böyük qardaşınam! Amma yox... Səndə taqsır yoxdu, ağıllı adam Qumu qoyub Tehrana gəlməz ki! Hər necə olsa da, sən mollasan; gedənin, gələnin... Biz tehranlıları adam saymırsız ki... Haqqın var qardaş. Nolar, bizim də Allahımız var.
    Ürəyimdə dedim, İlahi! Bu yenə başladı atmacalı sözləri ilə məni təhqir etməyə.
    Başımı aşağı salıb dinmədim. Qardaşım stolun siyirməsindən bir-iki bağlama pul götürüb dedi: Əgər bir az gec gəlsəydin, mən artıq getmişdim. Pulları aparıb banka qoymalıyam. İşin yoxdursa burda otur, mən indi gəlirəm. Tərslikdən satıcım da bu gün gəlməyəcək. Çox çəkməz, bir saata tez gedib qayıdacam. Qayıdanda, inşəallah oturub əməlli-başlı söhbət edərik.
    ...O getdi. Dükanda bir mən qaldım, bir də qalaq-qalaq yığılmış ipək xalçalar. Dükana o qədər xalça yığılmışdı ki, aralarından çətinliklə keçib getmək olurdu. Gəlib görən lazım idi bu qədər xalçanı...
    Bu qədər mal-dövləti görmək olan-qalan hövsələmi də əlimdən aldı. Qəhər ilişib boğazımda qalmışdı, nəfəsim get-gedə təngiyirdi. Öz günümə bir də qardaşımın vecsizliyinə baxanda əsəbiləşirdim. Birdən-birə ixtiyarsız olaraq dizlərim əsdi, ürəyim elə şiddətlə döyünməyə başladı ki, deyirdin bu dəqiqə sinəmdən qopub yerə düşəcək.
    Üzümü göyə tutub dedim: Ay Allah! Biz hər ikimiz Sənin bəndələrinik, hər ikimiz də qardaşıq. Qisməti verən Sənsən! Onun hər şəraiti var, malı-pulu başından aşır, amma mən cavanlığımı din yolunda qoymuşam, elə bir anım yoxdur ki, kasıbçılıqla çarpışmayım. Axı, bu qədər də olmaz. Səni and verirəm izzət və cəlalına, bundan artıq məni onun-bunun yanında xəcalətli eləmə! Mənə elə bir dünya malı nəsib elə ki, onunla Sənin möhtac bəndələrinə əl tutum, mənə verəcəyin neməti ehtiyacı olanların yolunda xərcləyim. Bir kişi üçün yoxsulluqdan böyük dərd ola bilməz. Necə ki, buyurmuşlar: "Bir kəsin dolanışığı olmasa axirəti də olmaz.”
    Bu əsnada gözüm stolun üstündəki telefona sataşdı. Baxışlarım bir müddət telefona zillənib qaldı, telefon elə bil məni səsləyirdi. Bilmirəm, birdən-birə ağlıma haradan gəldi, amma içərimdə qəribə bir səs mənə deyirdi ki, dəstəyi qaldır, bir-iki kəlmə ilə Allahla dərdləş.
    Dəstəyi qaldırdım; gözlərimi yumub ardıcıl bir-neçə nömrə yığdım. Dəstəyi yenicə qulağıma söykəmişdim ki, o tərəfdən bir səs dilləndi: Alo, buyurun! Alo, eşidirəm, niyə danışmırsınız? Alo, alo...
    Tutduğum işdən peşman oldum. Dəstəyi yerinə qoymaq istəyirdim ki, telefondakı naməlum səs yalvarıcı bir tonla dedi: Səni and verirəm inandığına, dəstəyi yerə qoyma. Biz səhərdən sizin zənginizi gözləyirdik, sizin köməyinizə ehtiyacımız var. Lütfən, öz adresinizi deyin, bizi bu intizardan qurtarın. Məgər Allahla dərdləşmək istəmirdin?
    Bir anlığa duruxub dükanın adresini söylədim, amma tutduğum işdən yaman peşman oldum. Yerimdə qərar tuta bilməyib çölə çıxdım.
    Dükanın kəndarında oturub qardaşımın gəlməyini gözləyirdim. Öz-özümə dedim: Bu nə iş idi açdın başına, oturduğun yerdə özünü niyə işə saldın? Deyəsən yavaş-yavaş ağlımı itirirəm; indi gəl cavabını ver... Axı hansı ağıllı adam indiyə qədər telefon vasitəsilə Allaha dərdini deyib? Bu nə işdi bu gün mənim başıma gəldi, ruhani olan bir şəxs də belə iş görərmi?!
    Özümü bir xeyli məzəmmət edəndən sonra dedim:–Yaxşı, bütün bunlar bir tərəfə,– telefona cavab verən şəxs haradan bildi ki, mən Allahla dərdləşmək istəyirdim? İkincisi, niyə yalvarıb deyirdi dəstəyi yerə qoymayın, mənim köməyimə ehtiyacları var? Mən ki, öz başıma əlac edə bilmirəm, onlara necə kömək edəcəkdim? Hamısından da maraqlısı, onlar məni haradan tanıyırdılar?
    Bu suallar get-gedə zehnimi çulğamağa başladı, amma heç birinə qane edici cavab tapa bilmədim. Bu fikirlərdə dolaşıb nə qədər çək-çevir etdiyimi deyə bilmərəm, onu bilirəm dükanın qarşısında ani tormoz verib dayanan mersedes maşının təkərlərinin səsinə fikirdən ayıldım.
    Əynində zabitlərin libasına oxşar xüsusi forma geyinmiş sürücü tez maşından sıçrayıb ehtiyatla arxa qapını açdı və çəkilib əmrə müntəzir halda bir kənarda dayandı. Bir az sonra arxa qapıdan 60-65 yaşlarında bir qoca aşağı endi. Əyninə üçlük takım libas geyinmiş bu qocanın aristokrat təbəqədən olduğu o saat gözə çarpırdı. Başına silindir papaq qoymuş, əlində sümükdən düzəldilmiş əsa tutmuşdu.
    Sürücü tez irəli gəlib qocaya yol göstərdi və əli ilə dükanın üstündəki tabloya işarə edərək qocanı adresi düz gəldiklərinə əmin etdi.
    Qoca qabaqda, sürücü də arxasınca təmkinli addımlarla dükana sarı gəlməyə başladılar.
    Həmin anlarda başımı lap itirmişdim, nə edəcəyimi bilmirdim. Dedim bəlkə müştəridir, xalça almağa gəlib, daha özümü bu qədər boş yerə çək-çevirə salmayım.
    Onlar dükana daxil oldular.
    Mən qapının ağzında dayanmışdım, həyəcanım get-gedə artırdı.
    Qoca gözünü dolandırıb ətrafı nəzərdən keçirdi, baxışlarını mənim üstümdə saxlayıb yaxına gəldi, dedi: Sizin dükanınızdır?
    –Yox, bir az gözləsəniz dükanın sahibi indilərdə gəlməlidir.
    Qocanın səsinin tonundan anladım ki, mənimlə bir az bundan qabaq telefonda danışan şəxsdir. Həmin anda Allaha yalvarırdım ki, qardaşım gəlib bu macəradan xəbər tutmasın. Çünki, qardaşım belə bir iş tutduğumu bilsəydi məni təhqir etmək üçün əlinə yeni bəhanə düşəcəkdi.
    Qoca mənim həyəcanlandığımı duyub işin nə yerdə olduğunu anladı. Bunun üçün də mehribanlıqla soruşdu: Yarım saat bundan qabaq bizim evə zəng edən sən deyildinmi? Səsiniz mənə tanış gəlir.
    İstədim üzr istəyib onları narahat etdiyim üçün dil-ağız edim, amma qoca duruxduğumu görüb məsələdən duyuq düşdü. Qarşıya gəlib məni qucaqladı və əlini astaca kürəyimə vurub dedi: Allaha şükür et ki, Banu xatunun axtardığını tapmışam!
    Sonra üzünü sürücüsünə tutub acıqlı bir ifadə ilə dedi: Niyə durub tamaşa edirsən? Ağaya yolu göstər gedək! Özümüzü tez Banu xatuna çatdırmalıyıq!
    Mən nə qədər getməkdən boyun qaçırırdımsa qoca daha çox israr edirdi. Bu əsnada qardaşım gəlib çıxdı. Bir kənarda durub təəccüblə aristokrat bir qocanın məni qonaq aparmaq üçün necə israr etdiyinə tamaşa edirdi.
    Axırı özümü qəzanın hökmünə tapşırıb razılaşdım. Qardaşım məsələdən xəbər tutmamış tez qoca ilə çıxıb getmək istəyirdim.
    Heç yadımdan çıxmaz,–maşına oturmaq istəyəndə vücudundan qürur yağan qoca şəxsən qabağa keçib qapını mənim üçün açdı və hörmətlə mənə yer göstərdi. Qardaşımın heç yuxusuna da girməzdi ki, onun tələbə qardaşına belə hörmət göstərsinlər. Xudafizləşəndə əlimdən tutub astaca qulağıma dedi: İndi başa düşdüm bizi niyə saymırmışsan. Ey kaş Allah mənim bütün var-dövlətimi əlimdən alardı, əvəzində bu qoca kimi karlı aristokrat bir mürid mənə nəsib edərdi.
    Qardaş, olmaya pul çap edirsən bizim xəbərimiz yoxdur, hə? Nolar, gəl bizim də qanadımızdan yapış, hər necə olsa da biz qardaşıq axı!
    Amma deyəsən yaddan çıxarmışdı ki, mənimlə görüşmək istəməyən, mənim ruhani olmağımı bağışlanılmaz günah hesab edən o özü idi. Hətta bu gün pulları dəyişməyə gedəndə acı sözləri ilə yarama duz səpdi, malını, dövlətini üzümə çəkib mənə rişxənd elədi.
    Abrımı qoruyan Allah oldu: Məni qardaşımın gözündə o qədər böyütdü ki, qardaşım indi mənim yerimdə olmağın həsrətini çəkirdi; mənə deyirdi gəl mənə də əl tut.
    Əgər mən bütün həyatım boyu təkcə həmin unudulmaz anın şükrünü yerinə yetirmək istəsəm, yəqin ki, yenə də bu haqqı ödəməmiş olaram.
    Allah həqiqətən də kərim və çarə edən, biz bəndələr isə nankoruq.
    Maşın sürətlə xiyabanları bir-birinin ardınca şütüyüb keçirdi. Ömrümdə belə bir maşına oturmadığım üçün mənə elə gəlirdi ki, gəmidə oturmuşam və dalğaların qoynunda hərəkət edirəm. Səhərki xırıltı-gurultu ilə gələn avtobus hara, indi getdiyim maşın hara?! Doğrudan da insan Allahın işlərinə heyran qalır, Onun əzəməti qarşısında özünü bütün vücudu ilə kiçik hiss edir.
    Maşın Tehranın şimal hissəsinə çatıb villalar olan səmtə üz tutdu. Bir-iki döngəni keçəndən sonra böyük bir bağ evinin qarşısında dayandı. Bağın giriş qapısının ağzında xüsusi forma geyinmiş iki gözətçi durmuşdu. Maşını görər-görməz tez özlərini yığışdırıb darvazanın taylarını açdılar. Qoca əlinin işarəsi ilə onlara salam verib əsasını astaca sürücünün çiyninə toxundurmaqla, dayanmayıb hərəkət etməsinə göstəriş verdi.
    İki tərəfində gül ləkləri olan enli yolla hərəkət edib saraya tərəf üz tutduq. Bağdakı iri gövdəli, hündür ağaclar bağın qədim bir mülk yeri olduğundan xəbər verirdi. Dairəvi şəkildə olan evin dörd tərəfindən də giriş qapıları var idi.
    Qapıların hamısından evi əhatə etmiş çəmənli meydana enli pillələr uzanırdı. Evin şimala baxan səmtinin fasadı aşağıdan yuxarı dırmaşmış sarmaşıqla yaşıl örtüyə bürünmüşdü.
    Maşından enib evin şimal qapısından içəri daxil olduq. Zala boya-boy döşənmiş qədim xalçalara, tavandan asılmış iri çilçıraqlara, zərbaft tirmələrə, künclərdə yerləşdirilmiş əntiq əşyalara baxanda bir anlığa özümü muzeydə hiss etdim. Birdən-birə belə cah-cəlalı görmək, təbii ki, mənim kimi adamları heyrətləndirməyə bilməzdi. Ürəyimdə dedim, ilahi, insan xisləti niyə bu qədər doyumsuzdur. Niyə insan Allahdan uzaq düşəndə dünya malına daha çox həris olur və axırda da nakam, əliboş o dünyaya köç edir? İnsan yığdığı dövlətdən o biri dünyaya bir şey apara bilirmi? Heç nə aparmamağı bir tərəfə, bu qədər dövlətin hesabını necə verir?
    Yadımdadır, o anda heyrətdən ağzımı açıb söz deyəcək halda deyildim. Arzu edirdim bu tamaşa mümkün qədər tez qurtarsın. Bu elə bir tamaşa idi ki, mən orada ancaq tamaşaçı rolunu ifa edirdim. Oyunun baş qəhrəmanını isə hələ ki görməmişdim.
    İntizarım çox çəkmədi. Bir neçə dəqiqədən sonra qoca, xanımı ilə birlikdə pillələrin başında görsəndi. Banu xatun xüsusi xidmətçisinin köməyi ilə başına atdığı çarşabın yan-yörəsini düzəldədüzəldə çətinliklə pillələri aşağı endi.
    Tamaşa özünün həssas yerinə çatmışdı. Mən özümü bu tamaşanın son səhnəsini görməyə hazırlayırdım.
    Xanım bir-iki addımlığıma çatanda, məni görməyilə qışqırıb özündən getdi. Xidmətçilərdən biri tez qaçıb gülab şərbəti gətirdi, o biri, xanımı yaxındakı kresloya oturdub əllərini ovuşdurmağa başladı.
    Bir azdan xanım özünə gəldi, üzünü qocaya tutub dedi: Atamın ruhuna and olsun, bu oğlanı dünən elə bu qiyafədə, bu şəkildə yuxuda mənə göstərmişdilər. Həyatımın açılmaz düyününü açacaq adam budur!
    Üzümü qocaya tutub dedim: Bu sirrin üstünü açmağın vaxtı çatmayıbmı? Mənim artıq səbrim tükəndi.
    Dedi: Bu xanım mənim həyat yoldaşımdır. Atası adlı-sanlı Qacar nəslindən idi. Keçən il Allahın rəhmətinə gedib ömrünü sizə bağışladı. Ölüm ayağında, tənha övladı olan, gördüyün bu xanıma–mənim yoldaşıma bir vəsiyyət etmişdir ki, gərək bunu onun öz dilindən eşidəsən.
    Banu xatun özünü sakitləşdirməyə səy edərək dedi: Atam ömrünün son dəqiqələrində məni otağına çağırıb dedi: Sən mənim yeganə varisimsən və bundan sonra bütün bu mal-dövlət sənə çatacaq. Mən son nəfəslərimdə sənə qoyub getdiyim mirasın qarşısında səndən ancaq bir şey istəyirəm. Mənə söz ver ki, mən öləndən sonra vəsiyyətimə əməl edəcəksən.
    Dedim: Nə xahişiniz olsa yerinə yetirəcəyəm.
    Atam dedi: Allah mənə uzun ömür verdi, çoxlu sərvət nəsib etdi, amma təəssüflər olsun ki, Allahın mənə nəsib etdiyi bu qədər mal-dövlətdən xalqın yolunda bir şey xərcləyə bilməmişəm. Belə bir niyyətim olsa da, həmişə vaxtın çoxluğuna aldanıb geriyə atmışam. İndi budur, can verdiyim yerdə yadıma düşüb. Dünən oturub fikirləşirdim, gördüm Allahın razılığını cəlb edəcək elə bir əməlim olmayıb. Allaha olan borclarımı bir də nəzərdən keçirdim, baxdım haqq-hesabımın bir hissəsini ödəyib hesabımdan silmişəm, amma qalan hissəsini xəstələndiyimə görə hesabımdan çıxara bilməmişəm. Mənim taxtımın altında bir sandıq var. Mən öləndən sonra onu götürərsən, içindəkiləri ehtiyacı olanların arasında bölüşdürərsən. Hamısı son qəpiyinə qədər yoxsullara paylanmalıdır. Mənim səndən xahişim ancaq budur, başqa heç bir şey istəmirəm!
    Mən atama söz verdim ki, ilk fürsətdə onun vəsiyyətinə əməl edəcəyəm. Amma təəssüflər olsun ki, atamın ölümündən sonra bir müddət başım qarışdı hüzür məclislərinə, evə gəlib-gedənləri qarşılamağa; sonra da bu gün-sabah deyib vəsiyyəti unutdum.
    Dünən gecə röyada dəhşətli bir yuxu gördüm. Ürək paralayan bir səhnəni mənə göstərdilər. Ömrümün axırına kimi o səhnə yadımdan çıxmaz.
    Yuxuda gördüm atamın hesab-kitabına baxırlar, atam mizan-tərəzi qarşısında durub cavab verməklə məşğuldur. Hey yalvarıb deyirdi ki, mənim təqsirim yoxdur, mən günahsızam, qızımın səhlənkarlığıdır!
    Bu vaxt gözü mənə sataşdı. Üstümə qışqırıb dedi: Gördün başıma nə oyun açdın? Məgər mənə söz vermədin ki, ilk fürsətdə vəsiyyətimə əməl edəcəksən? Niyə sandığın içindəkiləri sahiblərinə çatdırmadın?
    Həmin anda arzu edirdim ki, yer yarılsın, yerə girim. Xəcalətimdən atamın gözlərinin içinə baxa bilmirdim.
    Dedim: Bağışla, ata, yadımdan çıxıb. İndi mən nə edim, səhvimi necə düzəldim?
    Bu vaxt iki nəfər əzab məmuru atamı özləri ilə aparmaq istəyirdi ki, atam dedi:
    Qızım! Bu oğlana diqqətlə bax! Bu ağa sabah səhər düz saat doqquzda kasıbçılığın şiddətindən telefonu götürüb Allahla danışmaq istəyəcək. Allahın lütfü ilə yığdığı nömrə sizin evin nömrəsi olacaq. Gözdə-qulaqda ol, bu fürsəti əldən qaçırma. Həmin sandıq bu oğlana çatmalıdır. Qızım! Bu son fürsətdir, məbada onu əldən çıxarasan!
    Atamın göstərdiyi tərəfə baxanda, gördüm sən həmin bu qiyafədə durub mənə baxırsan.
    Hövlanak yuxudan ayıldım. Tez ərimi qaldırıb yuxuda gördüklərimi ona danışdım. Evdəkilər bunun adi bir yuxu olduğunu güman edib məni sakitləşdirməyə çalışırdılar. Amma mənim, yuxuda gördüklərimin həyatda təkrar olacağına zərrə qədər şəkkim yox idi. Səhər açılandan hamımız telefonun dövrəsində oturub saat doqquz tamamı gözləyirdik. Mən əmin idim ki, səni görəcəyəm. Bir az bundan qabaq səni ilk dəfə görəndə, artıq əmin oldum ki, axtardığımı tapmışam.
    Bu gün səhər saat doqquzda telefon zəng çaldı. Ərim mənim xahişimlə dəstəyi götürüb sizdən acizanə xahiş etdi ki, danışığı kəsməyəsiniz. Sonrasını da siz daha yaxşı bilirsiniz nə oldu!
    Mən sanki uzun bir yuxudan ayılırammış kimi silkinib dərindən nəfəs çəkdim. Boylanıb ətrafı bir də nəzərdən keçirdim, tam oyaq olduğumu yəqin etdim. Həyatımda baş verən bu yenilik o qədər fövqəladə və gözlənilməz oldu ki, inanmağım gəlmirdi. Bir insanın həyatı bir neçə saatın ərzində nə qədər dəyişə bilərmiş?!
    Borclarımın əlindən, abır-həyamın qorxusundan ailəmi Qumda, Allahın pənahında qoyub Tehrana üz tutan mən, –miskin bir tələbə–indi elə bir məqamda qərar tutmuşdum ki, Tehranın ən dövlətli, şövkətli adamlarından biri acizanə şəkildə məndən cəvahirat dolu sandığı qəbul etməyimi xahiş edirdi. Ey dili-qafil, dünyanın işinə bax, bu adamlar sandıqdan xilas olmaq, pulların öz sahibinə çatması üçün məndən kömək istəyirdilər.
    Bu işin xəmirini Mehriban Allah keçən gecədən yoğrub hazırlamışdı. Beləliklə, mənim fəqiranə həyatıma son qoymaq üçün bütün səbəblər halqası əl-ələ verərək Allahın təqdirini mənim barəmdə cari etmişdi.
    Doğrusu, dünən gecədən məndə hansı əsaslı dəyişiklik baş vermişdi ki, həyatımı da birdən-birə köklü sürətdə alt-üst etdi?! Mən qeyri-adi görünəcək nə etmişdim axı?...
    Ancaq Allaha üz tutmuş, bütün vücudumla Allahı səsləmişdim. Məsumə xanıma sınıq qəlblə təvəssül və o biri aləmlə qəlbi bağlılığımı bərqərar etmişdim. Qəlbimin süfrəsini səmimi şəkildə Allah dərgahında açmış, Ondan kömək istəmişdim.
    Evin xatununun göstərişi ilə sandığın kilidini gətirdilər. Banu xatun açarı mənə verib sandığın qıfılını açmağı mənim özümə həvalə etdi. Mən iki rəkət namaz qılıb, Allaha mənə göstərdiyi lütfünə görə şükür edəndən sonra sandığın ağzını açdım. Sandığın içindəkilər bunlardan ibarət idi:
    1. Yüz min tümən nəqd pul.
    2. Yüz əlli ədəd qızıl onluq sikkə.
    3. Əlli parça almas və cəvahirat.
    4. Tehranın şimalında, ən səfalı məntəqəsində iyirmi hektar torpağın malikiyyət sənədi.
    5. On doqquz ədəd əntiq və qiymətli əşya.
    Banu xatunun göstərişi ilə mülkiyyət işlərinə baxan idarənin rəisini evə çağırtdırıb, həmin andaca adı çəkilən torpağın malikiyyətini mənim adıma keçirtdilər. Naharı yeyib bir qədər istirahət etdikdən sonra qocanın sürücüsü ilə birlikdə Quma sarı hərəkət etdik.
    Quma çatanda sürücüyə dedim: Hərəmin yanında maşını saxlayarsan.
    Hərəmə çatıb maşından endim və birbaşa Məsumə xanımın ziyarətinə yollandım. Allah-təalanın dərgahına həmd-səna edəndən sonra həyatımın kor düyününü açmaqda köməkliyinə görə Məsumə xanıma öz təşəkkürümü bildirib elə həmin müqəddəs məkanda Allahla əhd-peyman bağladım ki, mənə əta etdiyi bu sərvəti Onun bəyəndiyi yerlərdə sərf edəcəyəm, ehtiyacı olanların əsaslı problemlərinin həllinə xərcləyəcəyəm. Evə çatan kimi gördüyüm ilk iş borc sahiblərinə borclarını qaytarmaq oldu. Borclarımı verəndə elə bil köksümün üstündən ağır bir daş götürdülər, rahat nəfəs almağa başladım.
    İkinci gördüyüm iş bu oldu ki, tez gedib özümə xudmani bir ev aldım. Uzun illər kirayələrdə dərbədər dolaşan ailəmi artıq özümə aid olan evə gətirdim. Sabahısı gündən etibarən Tehranda və Qumda tanıdığım etibarlı və işbilən adamlara müraciət edib qızılları, cəvahiratı, torpağı və digər əşyaları satışa çıxartdım. Hamısını günün qiymətinə satıb bankların birində açdığım hesaba qoydum. Biznes işlərində təcrübəsi olan yaxın adamlarım ilə məşvərət edib əldə etdiyim məbləğin yarısını sərmayəyə yatırtdım. Qalan hissəsinə neçə dənə uşaq evi, məktəb, bağça, məscid, klinika, əczaxana tikdirdim, bəzi ucqar kəndlərin abadlıq işlərinə sərf etdim. Sərmayəyə yatırtdığım pulun gəliri ilə indiyə qədər onlarla yetim, kimsəsiz uşağın inistitutu bitirənə qədər bütün xərclərini öz üzərimə götürmüşəm. İndi şifahi dildə bu pulun bərəkəti ilə gördüyüm işləri dəqiqliyi ilə deyə bilmərəm. Yazdığım kitabda bunların hamısı göstərilib. Arzu edirəm bu kitabı oxuyan xeyirxah insanlar Allah bəndələrinə, onların problemlərinin aradan qaldırılmasında, ehtiyaclarının təmin edilməsində daha yaxından kömək etsinlər.
    Kişi bunu deyib sözünü bitirdi. Bu müddət ərzində heyranlıqla onun sözlərini dinləyib ayağa qalxıb kişinin mehriban əllərindən öpdüm. Tez kitabın çap icazəsini imzalayıb ondan xahiş etdim ki, "Hikmət” nəşriyyatına qədər mənimlə gəlsin.
    Onu "Hikmət” nəşriyyatının müdiri seyyid Yəhya Baqiri ilə tanış edib, şair və ədib olan bu dostumdan xahiş etdim ki, növbəsi nəzərə alınmadan kişinin kitabını çap etsin. Dedim, bəlkə bu kiçik köməkliyimizlə bizim də Allahın bəyəndiyi bu işdə bir payımız oldu.
    Bu gün bu xatirəni sizə yazdığım bir vaxtda mənim həmin xeyirxah ruhani ilə tanışlığımdan təqribən otuz doqquz il keçir. Neçə illərdir ki, ondan xəbərsizəm. Əgər Allahın rəhmətinə getmiş olsa, Allah-təaladan axirətdə onu ali dərəcəyə çatdırmasını arzu edirəm, əgər həyatdadırsa, səmimi qəlbdən ona xeyir-dua göndərir və deyirəm: İlahi, onu harada olsa salamat et!(Mücahidi Məhəmmədəli, "Dər məhzəre lahutiyan”, c. 2, səh. 257.)
    TƏVƏSSÜLÜN NƏTİCƏSİ
    Bəhlulun ömür səhifəsini vərəqləyərkən hər səhifəsində bir ibrət, bir hikmət görürsən. Yetər ki, ibrət götürən olsun.
    Yenə də acılı-şirinli zindan xatirələrindən birini Bəhlulun öz dilindən eşidək:
    Əfqanıstanda məni ilk dəfə həbsxanada tək nəfərlik kameraya salanda qaldığım yer taxtabiti ilə dolu idi. Balaca, qırmızı rəngə çalan bu həşarat canımı boğazıma yığmışdı. Sancdığı yer qızarıb qabar atır, bir saat acışma verib şiddətli qaşınmağa başlayırdı. Bu cücünün olduqca pis qoxusu olurdu. Xüsusilə də gecələr hücuma keçir, səhərə qədər mənə divan tuturdular. Düz üç gecə bu həşaratların əlindən yata bilmədim. Üçüncü gün səhərə yaxın Allahla münacat edib məni bu bəladan qurtarmasını istədim.
    Ağlayıb deyirdim: İlahi! Mən din yolunda hər cür məşəqqətlərə qatlaşmağa razıyam. Amma bilim ki, bu zəhmətlərimin dinə bir faydası olacaq. Əgər bu həşaratların məni sancmasının dinə bir xeyri varsa, mən heç bir söz demirəm, səbir edərəm. Amma bu ağrı-acılara dözməyimin dinə heç bir faydası olmadığı üçün, Səni and verirəm Həzrət Məhəmməd (s) və onun pak ailəsinin izzətinə–bu bəlanı öz bəndənin üstündən götür!
    ...Bu cür minacat edib Allahla dərdləşirdim. Məni nə vaxt yuxu apardığını bilmirəm... Ayılanda gördüm gün qalxıb. Qəribə də olsa bədənimin heç bir yerində nə qaşınma hiss etdim, nə də bir qızartı gördüm.
    Gözlərimi ovuşdurub tam ayılanda bir də gördüm–İlahi!... Bu nədir?–Hücrəni başdan-başa balaca qarışqalar başına götürüb; o qədər qarışqa dolub ki, otağın ağ divarları qarışqa əlindən qara görsənir. Elə bil divarları qara örtüklə örtmüşdülər. Qarışqalar nə ki taxtabiti var, hamısını tutub öldürürdülər. Hətta yarıqların diibndə, həsirlərin, stol-stulun arasında olan taxtabiti yumurtalarını tapıb məhv edirdilər. Küncdə-bucaqda elə bir yer yox idi ki, qarışqalar oranı zəbt etməmiş olsunlar. Günorta çağı artıq nə taxtabitidən xəbər var idi, nə də qarışqadan. Sanki hər yer dizinfeksiya olunub təmizlənmişdi.(Seyyid Abbas Musəvi Mütləq, "U`cubeyi-əsr”, səh. 82, 83. )
    ALLAHA XALİSANƏ TAPINMAĞIN NƏTİCƏSİ
    İyirmi ildən artıq Ayətullah Şeyx Məhəmməd Fazil Lənkəraninin mühafizəçisi olmuş cənab Ümidi belə nəql edir: Bir gün həddən artıq narahat idim. Maddi vəziyyətin ağırlığı və qarşıya çıxan bir sıra problemlər məni məngənə kimi sıxırdı. Həmin gün çox çalışsam da pərişanlığımı ağadan gizlədə bilmədim. Ayətullah Fazil bunun səbəbini soruşdu. Cavabdan yayınmaq istədim. Amma ağanın cavab gözləyən mənalı baxışları məni danışmağa vadar etdi. Əhvalatı olduğu kimi söylədim. Ağa təmkinlə qulaq asıb məni dua etdi, Allah-təaladan müşküllərimin tezliklə həll olunmasını dilədi. Daha sonra təsəlli üçün öz başına gəlmiş bir hadisəni xatırladı və dərindən ah çəkib söhbətə başladı:
    Şah rejimi dövründə mübariz inqilabçılara, alim və ruhanilərə yönəlmiş amansız rəftarlardan bizə də bir pay düşmüşdü. Məni İran körfəzi rayonlarından biri olan Lingə limanına sürgün etmişdilər. Bu məntəqədə qışın orta aylarında belə istidən və rütubətdən nəfəs almaq olmur. Səhhətimə münasib olmayan bu ab-həva onsuz da zəif və xəstə cismimi taqətdən salmışdı. Yerləşdiyim daxmanın yaxınlığında kiçik bir çayxana vardı. Orada mömin bir kişi işləyirdi. Səhər, günorta və axşam yemək üçün oraya gedirdim. Həmin mömin kişi bu sadə və kiçik yerdə mənə xüsusi qayğı göstərməyə çalışırdı. Bir gün səhər yeməyi üçün yenə çayxanaya getmək istədim. Əlimi cibimə saldım. Cibimdə bir tümən də olsun pul qalmamışdı. Qayıdıb oturdum. Günorta və axşam da beləcə sovuşdu. Səhəri gün sübh namazından sonra bir tərəfdən havanın ağırlığı, bir tərəfdən xəstəlik və aclığın təsirindən halım pisləşdi. Üzüqibləyə oturub Allahla raz-niyaza məşğul oldum. Əllərimi İlahi dərgaha açıb belə ərz etdim: «İlahi, vücudumun Sənin dininə xeyri varsa, məni bəndələrin yanında xar etmə, ruzi yetir acından ölməyim. Yox, əgər həyatımın Sənin dininə bir faydası yoxdursa, canımı al. Mən kimsəyə əl açmayacaq, kimsədən borc və ya yardım istəməyəcəyəm.» Allaha təvəkkül edib gözləməyə başladım; həmin günü bir təhər yola saldım. Səhəri gün günortadan sonra təmiz hava almaq üçün körfəzin kənarında əyləşib mavi sulara tamaşa edirdim. Bu vaxt yaşlı bir kişinin sürətlə mənə tərəf gəldiyini gördüm. Əvvəlcə onun nəsə istəyəcəyini güman etdim. Özüm möhtac ikən ona nə verə bilərdim?! Xəcalət hissi keçirdim. Nəhayət, həmin şəxs əlində bir bağlama tövşüyə-tövşüyə yaxınlaşıb soruşdu: «Ağa Fazil sizsiniz?» Cavab verdim: «Bəli.» «Bu əmanət sizə çatacaq» – deyə əlindəki bağlamanı mənə tərəf uzatdı. Bağlamanı almayıb onun nə olduğunu soruşdum. Cavab verdi: «Mən bir il idi ki, həccə getməyə hazırlaşırdım. Özüm də balıqçıyam, kiçik bir gəmim var. Səfərə çıxmaq üçün nə lazım idisə tədarük görmüşdüm. Pasport, viza və yol xərcini hazırlamışdım. Bu gün səhər yola düşməli idim. Axşam qəribə bir yuxu gördüm. Həzrət Peyğəmbər (s) yuxuda səfəri təxirə salmağımı əmr edib buyurdu ki, həcc üçün topladığım pulu sizə verim. O həzrət buyurdu ki, sənə həccin savabı yazıldı və o pulları ağa Fazilə çatdır. Bu gün səhərdən sizi axtarıram. Çayçı kişi sizin sahildə olduğunuzu deyən kimi bir başa buraya gəlib sizi tapdım. Şükürlər olsun ki, həzrət Peyğəmbərin (s) əmrini yerinə yetirdim!»
    Category: İbrət güzgüsü | Views: 994 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024