İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 11
Qonaqlar 11
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » October » 6 » Gəncliyin yeddi səması (zəruri dini biliklər)
    7:33 AM
    Gəncliyin yeddi səması (zəruri dini biliklər)
    ƏXLAQ VƏ HƏYAT
    İXLASIN (SƏMİMİLİYİN) NİŞANƏLƏRİ
    İnsanların əməlləri zahirən bir-birinə oxşayır. Olsun ki, hamı özünü müxlis (xalis, riyadan uzaq) hesab edir. Amma ixlasın əlamətlərinə əsasən həqiqi müxlisi tanımaq mümkündür:
    1. Müxlis (ixlaslı) insan Allahdan savayı heç kəsdən təsdiq və təşəkkür gözləmir. İmam Sadiq (ə) buyurur: "O əməl xalisdir ki, Allahdan başqa heç kəsdən tərif istəməyəsən.”("Вəsailüş-şiə”, c. 1, s. 43.)
    2. Müxlis üçün aşkar və xəlvət arasında fərq yoxdur. Riyakar isə belə olmur. Həzrət Əli (ə) buyurur: "Riyakarın üç əlaməti var: göz qabağında həvəslə çalışır, tənhalıqda həvəssiz işləyir; bütün işlərinə görə tərif umur.”(Həmin mənbə, c. 1, s 45.)
    3. Müxlis işdən yorulub, həvəsdən düşmür;
    4.Müxlis gördüyü işi vəzifə bildiyi üçün bu işə görə peşman olmur (məsələn, O, Allaha xatir salam verdiyi üçün salamı alınmayanda peşman olmur);
    5. Müxlis başqalarının onun işindən xəbər tutmasını istəmir (məsələn, sədəqəni hamıdan gizli verir);
    6. Müxlis işlərin onun adına yazılmasını, tanınmasını arzulamır.
    VİLAYƏTÇİ OLMAQ İSTƏYİRSİNİZMİ?
    Vilayətçilik (Əhli-beyt və əmr sahibləri ilə dostluq) müsəlmanlar arasında dəyərli bir xüsusiyyət sayılır. Vilayətçini tanımaq üçün məsumların kəlamlarını meyar götürə bilərik.
    1.ALLAHA İTAƏT
    Vilayətçiliyin xüsusiyyətlərindən biri ilahi göstərişlərə itaət etməkdir. İmam Baqir (ə) Cabir Cofiyə buyurdu: "Ey Cabir! Mənim salamımı ardıcıllarıma yetir və onları agah et ki, Allahla bizim aramızda qohumluq yoxdur. Kimsə itaət və bəndəlikdən başqa bir yolla Allaha yaxınlaşa bilməz. Ey Cabir! Hər kəs Allaha itaət etsə və bizi sevsə, dostumuzdur. Allaha itaətsizlik edənlər üçün bizimlə dostluq faydasızdır.”
    Həzrət Əli (ə) buyurmuşdur: "Məhəmmədə (s) o şəxs dostdur ki, ondan uzaq olsa da, Allaha itaət edir. Məhəmmədin (s) düşməni o kəsdir ki, ona yaxın olsa da, Allaha itaətsizlik edir.”
    2. ARDICILLIQ
    Şiəlik iddiasında olmaq kifayət deyil. Əhli-beytin yolunu getmək, ona tərəfdar olmaq lazımdır. Rəvayətlərdə, şiə zümrəsindən olmaq üçün əmələn Əhli-beyt yolunda olmaq şərt hesab olunur. İmam Sadiq (ə) buyurur: "Dildə, sözdə bizə ardıcıl olduğunu bildirib, əməldə bizim yolumuzla müxalif olanlar bizim şiələrimiz deyil. Bizim şiələrimiz o kəslərdir ki, dildə, qəlbdə və əməldə bizə ardıcıldırlar.”("Вəsailüş-şiə”, c. 15. s. 247)
    Bir kişi imam Həsənin (ə) xidmətinə gəlib dedi: "Mən sizin şiələrinizdənəm.” İmam (ə) buyurdu: "Ey Allah bəndəsi, göstərişlərə, əmr və qadağalara itaət edirsənsə, düz deyirsən. Belə deyilsə, yox!”
    Əbu Cəhəm deyir: "İmam Rizaya (ə) ərz etdim ki, sənə fəda olum, sizin yanınızda yerimi bilmək istəyirəm. İmam (ə) buyurdu: "Gör, sənin yanında mənim yerim necədir?”
    3. ƏVVƏL, BAŞLANĞIC VAXTDA QILINAN NAMAZ
    Namazın əvvəl vaxtda qılınması Əhli-beytin xüsusi diqqətlə yanaşdığı bir məsələdir. Şiəlik iddiasında olan şəxs namazın əvvəl vaxtda qılınmasına diqqət yetirməlidir.
    İmam Əli (ə) buyurmuşdur:
    "Bizim şiələrimizi iki xüsusiyyətlə əsasən sınayın. Bu iki xüsusiyyət onlarda olarsa, demək, bizim şiələrimizdəndirlər: namazın əvvəl vaxtda qılınmasına diqqət və mömin qardaşlarla mal bərabərliyi. Bu xüsusiyyətə malik olmayanlardan uzaqlaşın.”("Cameül-əxbar”, s. 35.)
    Nəql olunur ki, həzrət Peyğəmbər (s) buyurdu: "Namazı yüngül sayan (ona ciddi yanaşmayan) məndən deyil.”("Fürue-kafi”, c. 3, s. 269.)
    4. ƏHLİ-BEYT DÜŞMƏNLƏRİNƏ NİFRƏT
    Vilayətçi insanların xüsusiyyətlərindən biri Əhli-beyt düşmənlərindən uzaq gəzmək, onlara nifrətdir. Bir nəfər imam Sadiqə (ə) ərz etdi ki, filankəs sizinlə dost olduğunu deyir, amma sizin düşmənlərinizlə düşmənçilikdə zəifdir. İmam (ə) buyurdu: "Bizim düşmənlərimizə nifrət etmədiyi halda, bizə məhəbbətindən danışan kəs yalançıdır.”("Biharul-ənвar”, c. 27, s. 58)
    GÜNAH VƏ ONUN İNSAN HƏYATINA TƏSİRİ
    Bəzi günahlar insan həyatında hissolunmaz əsərlər qoyur. İnsanın axirət həyatı onun bu dünyadakı əməllərinin inikasıdır. Amma bəzi reaksiyalar elə bu dünyada baş verir. Quranda buyurulur: "Bir qövm öz halını dəyişmədikcə Allah da onun halını dəyişməz.”("Rəd”, 11.)Deməli, insanın əməlləri onun həyatında dəyişikliklərə səbəb olur. Amma pəhrizkarlıq (təqva) əsas götürüldükdə ilahi nemətlərin çoxalması üçün şərait yaranır. Allah-taala buyurur: "Əgər o məmləkətlərin əhli iman gətirib, pəhriz etsəydilər, başlarına göydən və yerdən bərəkət yağdırardıq.”("Əraf”, 96.) Quran ayələrinə əsasən, günah və itaətsizlik insan üçün maddi və mənəvi problemlər yaradır, nemətlərin qarşısını kəsir. Əfsus ki, əksər cəmiyyətlərdə bir çox günahlar artıq günah sayılmır, onların nəticələri kimsəni narahat etmir. Din alimləri və övliyaların həyatına nəzər salsaq görərik ki, onlar günahdan uzaq olmaqla yanaşı, günah düşüncələrdən də çəkinmişlər. Bir arifdən soruşurlar ki, əgər günah etsən, nə hala düşərsən? Arif sualın cavabında buyurur: "Allahdan kömək istəyirəm ki, günah barədə düşünməyim.”
    Böyük (kəbirə) günah odur ki, Allah-taala bu günaha görə cəhənnəm vəd etmişdir. Bəzi böyük günahları sadalayır və ümid edirik ki, Allahın yardımı ilə həmin günahlardan çəkinəcəyik:
    1. Allaha şərik qoşmaq;
    2. Günahsız insanı qətlə yetirmək;
    3. Ağvalideynlik (valideynin üzünə qayıtmaq);
    4. Cihaddan qaçmaq (fərarilik);
    5. Yetimin malını zorla yemək;
    6. Sələmçilik;
    7. Pak qadına qarşı zina ittihamı;
    8. Zina (qanunsuz cinsi əlaqə);
    9. Yaxınlarla əlaqəni kəsmək;
    10. Zülm;
    11. Bəndələri Allahın yolundan azdırmaq;
    12. Allahın adından yalan demək;
    13. Təkəbbür;
    14. İsraf;
    15. Zalımlara arxalanmaq;
    16. Allahın rəhmindən ümidsizlik;
    17. Əskik satmaq, ucuzu bahaya qatıb satmaq;
    18. Özünü Allahın qəzəbindən amanda bilmək;
    19. Oğurluq;
    20. Sehr-cadu;
    21. Haram musiqi (qina) və boş işlərlə məşğulluq;
    22. Yalan and;
    23. Qeybət və böhtan.
    Əmmarə (pisliyə çağıran) nəfs insanın qəlbində vəlvələ salıb, onu doğru yoldan sapdırır. Gözəl olar ki, insan gənclik dövründə, hələ günaha batmamış, günah barədə düşüncələrdən çəkinə. Bu məqsədə çatmaq üçün aşağıdakı göstərişlər çox faydalıdır:
    1. İctimai mühit
    Öz get-gəllərimizə, görüşlərimizə diqqətli olaq. Zəruri olmayan təmaslardan, xoşagəlməz mühitlərdən çəkinək.
    Bir abidi yalın dağlarda gördüm,
    Dünyadan bir dağla çəkmişdi əlin.
    Soruşdum: şəhərdən uzaqsan niyə,
    Qır qəlbin kəməndin, qatıl səs-küyə!
    Dad etdi çaşıran gül çöhrələrdən,
    Dedi: gözüm seçmir xeyiri şərdən.
    Mərhum Ağa Mirza Cəlal Məliki Təbrizi "Liqaullah” risaləsində buyurur: "Tövsiyə edirəm ki, saleh və imanlı insanlarla yaxınlıq edin. Məscid kimi yerlərdə daha çox olun. Hal əhli olan ariflərin həyatını mütaliə etməklə ruhunuzu gücləndirin, ona istiqamət verin.”
    2. Fiziki və psixoloji şərait
    Boş vaxtı səmərəli keçirmək, idman, mütaliə, səfərə çıxmaq kimi faydalı işlərlə məşğul olmaq insanı günahdan uzaqlaşdıran amillərdir.
    3. Zikr və ibadət
    Vacib dini vəzifələrə diqqət, xüsusi ilə əvvəl vaxtda namazın qılınması, Quran qiraəti, ardıcıl şəkildə zikr insanın günahdan çəkinməsi üçün böyük təsirə malikdir.
    GÜNAHIN TƏSİRLƏRİ
    Əvvəla, günah qəlbi qaraldır. Günaha yol verən insan daxilində Allahın əmanət qoyduğu pak fitrətə əsasən xəcalət çəkir, peşman olur. Amma daxili zəiflik onu yenidən günaha sürükləyə bilər. Günahın təkrarlanmasının fəlsəfəsi peşmançılığın həqiqi olmamasındadır. İnsanın ruhunu Quranın "nəsuh” adlandırdığı həqiqi tövbə paklaya bilər. Tövbə həqiqi olmadıqda insanın qəlbində günah tozu qalır. İmam Baqir (ə) buyurur: "Qəlbində ağ nöqtə olan bəndə günah etdikdə həmin bəyazlıqdan qara bir nöqtə çıxır. Tövbə bu qaraltını aradan qaldırır. Getdikcə günaha batan insanın qəlbində qaraltı genişlənir, nəhayət, bütün qəlbi bürüyür. Bu halda həmin qəlb sahibi heç vaxt xeyirə qayıtmayacaq.”("Üsule- Kafi”.)
    Bəzən nəsihət və moizə qəbul olunmur. Allah-taalanın buyuruğuna əsasən, çox günah edən insanın qəlbinə elə bir qıfıl vurulur ki, bu qıfılı heç bir açar aça bilmir. Belə insanlar heç vaxt həqiqəti tanıyıb, xeyir yol ilə gedə bilmirlər.
    İKİ BÖYÜK GÜNAH
    1. Namazın tərki (namaz qılmamaq)
    Namaz ən mühüm dini göstərişdir və digər ibadətlərin qəbulu onun qəbulundan asılıdır. Quranın buyuruğuna əsasən, namaz insanı alçaq və çirkin işlərdən uzaqlaşdırır. Namazın vacibliyini inkar edərək namaz qılmayan kəs kafir və dindən xaricdir. Namazın vacibliyini inkar etməyib, tənbəllik üzündən namaz qılmayan şəxs fasiqlər zümrəsinə daxildir. Həzrət Peyğəmbər (s) buyurur: "Bilərəkdən namaz qılmamaq və ya onu yüngül saymaq müsəlmanı kafir edər. İmanla küfr arasında məsafə namazın tərki qədərdir.”(Вəsailüş-şiə”, c. 4, s. 42.) Qurani-kərimdə də namaz qılmamaq böyük günah sayılır və cəhənnəmə düşməyin əsas səbəbi kimi namazın tərki göstərilir.
    Allah bizim namaz və orucumuza ehtiyaclıdırmı? Axı qadir Allahın aciz insana nə ehtiyacı ola bilər?! Namaz nemətlər müqabilində Allaha təşəkkürdür, Allahla rabitədir. Namazın misilsiz fərdi və ictimai faydaları vardır.
    Biz gündəlik həyatımızda tez-tez namaz qılmayan insanlarla rastlaşırıq. Onlara məntiqi və mülayim şəkildə namazın zərurətini anlatmaq hər birimizin dini vəzifəsidir. Namaza dəvəti qəbul etməyən insanlarla yaxınlığa icazə verilmir. Həzrət Peyğəmbər (s) buyurur: "Namaz qılmayan adama kömək edən şəxs birincisi Adəm, sonuncusu Məhəmməd (s) olmaqla yetmiş peyğəmbəri öldürmüş şəxs kimidir.” Namaz qılmayanlarla dostluq pak insanı doğru yoldan azdırır, bədbəxtliyə düçar edir.
    2. Müasir insan sadə həyat tərzindən ayrılıb, modern yaşayışa uz tutduğundan mənəvi böhrana düçar olmuşdur. Böyüklərin, xüsusi ilə də ata-ananın təcrübəsinə arxa çevrilməsi bu böhranın tərkib hissələrindəndir. Bu böhran ucbatından cəmiyyətdəki insani münasibətlər də pozulmuşdur. Bütün bu səbəblərdən övladlar valideynlərin haqqında diqqətsizlik göstərir, onların hörmətini saxlamaq barədə düşünmürlər. Hansı ki, valideynin haqqını yerinə yetirməmək böyük günahlar cərgəsindədir. Həzrət Peyğəmbər (s) buyurur: "Kəbirə (böyük) günahların ən böyüyü Allaha şərik qoşmaq və ağvalideynlikdir.” ; "Valideyni incitməkdən çəkinin. Behiştin qoxusu min illik yoldan duyulsa da, ağvalideynlər bunu anlamaz.”("Muəccəmul-oвsət”, 6, s. 18.)
    Şübhəsiz ki, ata-ananı incitmək dedikdə, onları fiziki cəhətdən əziyyət vermək nəzərdə tutulmur. Valideyni narahat edəcək bütün hərəkətlər ağvalideynlik hesab olunur. Qurani-kərimdə buyurulur: "Onlara "uf” belə demə.”("İsra”, 23)Digər bir ayədə oxuyuruq: "Allah məni (İsanı) anama qarşı olduqca itaətkar və nəvazişkar etdi…”("Məryəm”, 32.)
    Ağvalideylik səbəbindən namazlar qəbul edilmir, günahlar bağışlanmır. Hansı ki, valideynə ehtiram ömrü uzadır, nemət və hörməti artırır.
    ƏHLİ-BEYT DOSTLARININ XÜSUSİYYƏTLƏRİ
    Hər bir seçimdə olduğu kimi, dost seçimində də meyarlara ehtiyaclıyıq. Bəzi meyarları sadalayaq:
    1. İman və təqva
    İmam Sadiq (ə) buyurur: "Yer üzünün qaranlıqlarında olsalar da, ömrünü bu yolda əldən versən də, təqvalı dostlar ardınca get.”
    2. Sirsaxlama
    Allah-taala öz bəndələrinin sirrini qoruduğu kimi, biz də öz dostlarımızın sirrini açmamalıyıq.
    3. Yekrənglik
    Bu xüsusiyyət yalnız sağlam şəxsiyyətə malik insanlarda olur. Həzrət Əli (ə) buyurur: "Həqiqi dost bəla və çətinlik vaxtı, sən olmayanda və sən öləndən sonra dostluğu unutmur.”("Вəsailuş-şiə”, c. 12, s. 26.)
    4. Çətinliyə dözüm
    Həqiqi dost çətin gündə dostunu tənha buraxmır, belə vaxtlarda ona daha yaxın olur, onun dərdinə şərik olur. Loğman öz oğluna buyurur: "Öz dostunu yalnız ehtiyacın olanda tanıyarsan."("Biharul-ənвar”, c. 68, s. 426.)
    5. Fəzilət və əxlaq
    Dostlar bir-birlərinin xasiyyətlərini götürdüklərindən, mənəviyyatlı dost seçənlərin şəxsiyyəti inkişaf edir. Həzrət İsa (ə) buyurur: "Elə adamlarla dostluq edin ki, onları görməklə Allahı xatırlayın, danışıqları elm və biliyinizi artırsın, rəftarları sizi axirətə həvəsləndirsin.”
    Category: Gəncliyin yeddi səması (zəruri dini biliklər) | Views: 1103 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024