İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 4
Qonaqlar 4
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 5 » Fəsad sərçeşməsi (Şeytan tələsi)
    12:35 PM
    Fəsad sərçeşməsi (Şeytan tələsi)
    Dördüncü fəsil
    Şərab və içkidən tövbə
    Hər bir insan öz həyatında müxtəlif günahlara və ən azı, kiçik xətalara yol verir. Elə buna görə də, Allah-təala həmişə tövbə qapısını bəndələrinin üzünə açıq qoyub. Allah tövbə edən bəndələrini çox sevir. Necə ki, Qurani-Kərimdə buyurur:
    إِنَّ اللّهَ يُحِبُّ التَّوَّابِينَ وَيُحِبُّ الْمُتَطَهِّرِينَ
    "Həqiqətən, Allah, tövbə edənləri və pakları dost tutur." ("Meracus səadət" səh. 618)
    "Tövbə”, yəni, peşmançılıq, günahın ziddi, qayıtmaq, düz yola dönmək. Onu da qeyd edək ki, Qurani-Kərimin dediyinə görə günahlardan tövbə etmək vacibdir. Allah-təala buyurur:
    أَيُّهَا الَّذِينَ آمَنُوا تُوبُوا إِلَى اللَّهِ تَوْبَةً
    .
    "Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız!” ("Mühiccətul-Bəyza" c.7, səh. 20)
    Tövbə edən şəxs üç şeyi özündə yaratmalıdır:
    Birinci: İmanını qüvvətləndirib, Allaha yəqinliyini artırmalıdır.
    İkinci: Etdiyi işdən həqiqətdən peşiman olmalıdır.
    Üçüncü: Etdiyi işi birdəfəlik tərk etməlidir("Cihad ba nəfs" səh. 187).
    İnsan ölüm məqamına çatanda, bəzən tövbə etməyə macal tapmır. Nəql edirlər ki, insanın ölüm vaxtı çatanda, Cənabi Əzrail (ələyhis-salam) onun başının üstünü alar və elan edər ki, sənin ölümündən bir saatdan da az vaxt qalıb. O vaxt o şəxsə elə təəssüf və hüzn üz verər ki, hətta məğribdən məşriqə kimi dünyanın hamısını Cənabi Əzrail (ələyhissalam)-a verməyə hazır olar, təki ona yalnız, bir neçə saat möhlət versin, amma mümkün olmaz("Çeracus səadət"səh. 687).
    Başqa rəvayətdə nəql olunur. Bəndənin dünyadan köçmək vaxtı çatanda, gözləri önündən dünyanın pərdəsi götürülər, öz ölümünə yəqinlik tapar. Cənabi Əzrail (ələyhissəlam)-ın yanında zar-zar ağlayar ki, heç olmasa mənə bir gün möhlət ver. Peşiman əllərimi Allah dərgahına qaldırım, bəlkə günahlarımdan keçə, tövbəmi qəbul edə! Cənabi Əzrail buyurar: "Heç vaxt! Heç vaxt! Sənin ömrünün vaxtı qurtarıb, vaxtın qalmayıb getməlisən! Bir saat da olsa, vaxtın yoxdur”. Bu vaxt insanın tövbə qapısı bağlanır, ruhu bədənində titrəyir və qüssə boğazını tutur. Ömrünü zay etməsinin acı həsrətini çəkir("Furqan" 12-14).
    Gəlin, tövbə edək! Gəlin, nə qədər ki, gec deyil, Allahın haram və murdar buyurduğu şeylərdən çəkinək! İnsan, ömrünün axırına qədər şeytanın əlindən tövbə etməyə macal tapmır, gəlin, tövbəni ölüm ayağına saxlamayaq.
    Allah-təala Quranda buyurur ki, Mən "şirk”dən başqa bütün günahları bağışlayacağam. Bəs, belə isə onda şərab içənlər düşünməsinlər ki, mən tövbə etsəm, qəbul olunmaz. Əgər xalis niyyətlə tövbə edilsə, qəbul olunar.
    Tarixdən Hürr ibni Riyahinin əhvalatı məlumdur. Onun əhvalatından məlum olur ki, günah nə qədər böyük olsa belə, Allahın rəhməti ondan daha böyükdür. Hürr ibni Riyahi özü deyir:
    "Hüseyn can! Mən birinci şəxsəm ki, Həzrəti Zeynəb (salamullahi ələyhan)-ı narahat etdim. Sənin yolunu kəsdim”.
    Hürr o şəxs idi ki, həzrəti imam Hüseyn (ələyhisəlam)-ın Mədinəyə qayıtmasının qarşısını alaraq o Həzrəti mühasirədə saxladı. Bu müddətdə qoşunlar gəlib çatdı və İmam Hüseyn (əleyhissalam)-ı şəhadətə yetirdilər. Bu günah çox böyükdür, amma onun tövbəsi ondan da böyükdür. Bu günahdan tövbə etməyə gərək fürsət tapasan. Allah bu fürsəti Hürrə qismət etdi. Allahın rəhməti hər şeydən böyükdür.
    Ravi nəql edir: Aşura günü gördüm ki, Hürrün vəziyyəti dəyişərək bədəni titrəməyə başladı. Dedim: "Nəyə görə titrəyirsən? Hələ ki, döyüş başlamayıb, nə xəbərdir?” Cavab verdi: "Xeyr! And ola Allaha, özümü Behiştlə Cəhənnəm arasında görü-rəm! Nə pis iş gördüm? İndi nə edim?” O, Həzrəti imam Hüseyn (ələyhis-səlam)-ın xidmətinə gəlir. İmam onun günahından keçərək ona ehtiramla salam verir.
    Sözsüz ki, İmam bağışladığı şəxsi Allah da bağışlayar.
    ŞƏRABXORUN TÖVBƏSİ
    Nəql edirlər ki, Abdullah adlı bir şəxs çox pis şəkildə yolunu azmışdı. İşi-gücü ancaq şərab içib müxtəlif havalara (musiqilərə) qulaq asmaq idi. Lakin birdən-birə qəflət yuxusundan oyanaraq tövbə etməklə günahlardan əl çəkir. Allah yolunda hərəkətə gəlir.
    Bir şəxs ondan soruşur: "Sən ki, dinsiz, əxlaqsız şərabxor və əqidəsiz adam idin, necə oldu ki, birdən-birə belə dəyişdin və Allah yoluna gədin?” Abdullah cavabında deyir: "Mən həddən artıq içki içən və musiqi dəlisi idim. Gecələrin birində özüm kimi dostlarımla birlikdə istirahət bağlarının birində kef məclisi qurmuşduq. Yaxşıca yeyib-içib və çalıb oynadıqdan sonra tar-kamanımızı və musiqi alətlərimizi ağaclardan birinin budağından asıb ağacın altında yatdıq. Bir müddətdən sonra birdən yuxudan ayıldım və ağacın yanından qəribə bir səs eşitdim. (Ola bilsin vicdanının səsi idi). Səs bu ayəni oxuyurdu:
    أَلَمْ يَأْنِ لِلَّذِينَ آمَنُوا أَن تَخْشَعَ قُلُوبُهُمْ لِذِكْرِ اللَّهِ
    ”Məgər vaxt çatmamışdır ki: O kəslər ki, Allaha inanırlar, qəlbləri qorxub təvazökar olaraq Allahı yadlarına salsınlar?”(Hədid surəsi 16)
    Bu ayə mənə elə təsir etdi ki, o gündən belə qərara aldım ki, Allahın dəvətinə baş əyib qəlbimi Onu yad etməklə təmizləyəm və Allah yolunda çalışam!”
    GÜNAHKARIN TÖVBƏSİ QƏBULDUR
    إِنَّمَا التَّوْبَةُ عَلَى اللّهِ لِلَّذِينَ يَعْمَلُونَ السُّوَءَ بِجَهَالَةٍ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٍ فَأُوْلَـئِكَ يَتُوبُ اللّهُ عَلَيْهِمْ وَكَانَ اللّهُ عَلِيماً حَكِيماً (17) وَلَيْسَتِ التَّوْبَةُ لِلَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ حَتَّى إِذَا حَضَرَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ إِنِّي تُبْتُ الآنَ وَلاَ الَّذِينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ أُوْلَـئِكَ أَعْتَدْنَا لَهُمْ عَذَاباً أَلِيماً
    "Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
    Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: "Mən indi tövbə etdim" -deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!”
    Nəql olunur ki, bütün ömrünü ancaq günahda sərf etmiş bir kişi vardı. Ömrü boyu heç bir günahı haqqında fikirləşməmişdi. Zəmanəsinin xeyirxah və pərhizkar insanları ondan uzaq qaçır və ona nifrət bəsləyirdilər.
    Nəhayət, hökm verən hökmünü verdi və kişinin ömrü sona yetdi. Cənabi Əzrail (ələyhissəlam) onun ruhunu almaqdan ötrü başının üstünü kəsdirdi. Kişi ölümünə yəqinlik gətirir, baxıb görür ki, daha geriyə yol yoxdur. Bir an xəyala dalıb ömrü boyu etdiyi əməllərinə nəzər salır. Bir ömür etdiyi əməllər içində bir dənə də olsa, savab iş görmür. Ümid etməli olan heç bir işıq ucu da gözünə dəymir. İlahi, nə günə qaldım? Əməllərimin axırı nə olacaq? Acizanə şəkildə ürəkdən ah çəkib, özündən ixtiyarsız deyir:
    "Ey O kimsə ki, dünya və Axirət Onundur! Dünyası və Axirəti olmayan bəndənə rəhm et!”
    Bu cümləni deyib dünyasını dəyişir. Şəhərin camaatı onun ölümündən çox xoşhal olurlar. Ömrü boyu günahlar içində boğulan bu şəxsi bir zibilliyə atıb üstünə zir-zibil tökürlər. Sonra həmin zibilliyin üstünü torpaqla örtürlər.
    Gecə düşür şəhərin alimlərindən biri yuxuda görür ki, filankəs ölüb onu zibilliyə atıblar. Ona əmr edirlər ki: "Tez dur, o şəxsi zibillikdən çıxart və qüsl ver! Kəfənə bükdükdən sonra isə ona namaz qıl! Sonra onu xeyirxah və pərhizkar şəxlərinin qəbirlərinin yanında dəfn et!” Alim hövlnak cavab verir:"Pərvərdigara! Bu kişi pis adam olub, əhali arasında günahkar bir şəxs kimi məşhur olub. Nəyə görə rəhmət dərgahına layiq görüldü və Öz kəramətini ona bəxş etdin?”
    Xitab gəlir ki: "Bu bəndənin ruhu bədənindən çıxmaq halında idi. Özünün keçmiş əməllərinə nəzər etdi. Günah və fəsaddan başqa bir şey görmədi. Ona görə də, müflis və aciz bir halda dərgahıma nalə çəkdi. Acizanə bir halda rəhmət dərgahıma baxıb fəzl və rəhm istədi. Onun acizliyinə və biçarəliyinə rəhm edib onun günahlarından keçdim, şiddətli əzabımdan ona nicat verdim və nemətimdən onu bəhrələndirdim."
    Bəhsimizin sonunu Qurani-Kərimdə günahkar və haqq yoluna gəlməyib dünyadan köçənlər haqqındakı ayəni zikr etməklə bitiririk. Onu da xatırladaq ki, insan əgər Allaha təvəkkül etsə və özünün iradəsini möhkəmlətsə, hər hansı bir pis əməldən və ya günahdan çəkinə bilər. Allahdan istəyirik ki, bütün günahkar bəndələrinin tövbə etməsinə yar olsun!
    إِذَا رَأَتْهُم مِّن مَّكَانٍ بَعِيدٍ سَمِعُوا لَهَا تَغَيُّظاً وَزَفِيراً (12) وَإِذَا أُلْقُوا مِنْهَا مَكَاناً ضَيِّقاً مُقَرَّنِينَ دَعَوْا هُنَالِكَ ثُبُوراً (13) لَا تَدْعُوا الْيَوْمَ ثُبُوراً وَاحِداً وَادْعُوا ثُبُوراً كَثِيراً
    "[Qiyamət günü] Cəhənnəm onları [günahkarları] uzaqdan görüncə, onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər. Onlar əlləri boyunlarına bağlı vəziyyətdə Cəhənnəmə dar bir yerə atıldıqları zaman, [dünyada Allaha asi olduqlarına görə özlərinə nifrin edib] ölüm diləyərlər. [Onlara istehza ilə deyərlər:] Bu gün özünüzə bir deyil, çox ölüm diləyin! [Belə bir gündə bir dəfə vaveyla deməkdən, bir dəfə özünə ölüm istəməkdən heç nə çıxmaz. Allahın əzabı sonsuz və dəhşətli olduğu üçün dəfələrlə vaveyla deyib, dəfələrlə özünüzə ölüm diləməlisiniz!]” 
    Qadir və rəhman Allahdan istəyirik ki, hamımızı cəhənnəmin şiddətli əzabından uzaq etsin və Ona itaət etməkdə bizə yardımçı olsun!
    Amin ya Rəbbəl aləmin!
    Category: Fəsad sərçeşməsi (Şeytan tələsi) | Views: 947 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024