İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 12
Qonaqlar 12
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 15 » Ey ata, ey ana, biz müttəhimik
    7:42 AM
    Ey ata, ey ana, biz müttəhimik
    BİZ MÜTTƏHİMİK
    Xahiş edirəm, tünd sözlərimdə və kəskin tənqidlərimdə bir acılıq varsa, məni bağışlayın. Əlbəttə ki, bu sözlərdə həqiqət görürsünüzsə! Həvəsləndirmək və əsassız da olsa, tərif etmək şirin, həqiqət isə acıdır. Gəlin, dərdləri gizlədib özümüzü aldatmaq əvəzinə, xəstəliklərin üstünə düşüb, açıq şəkildə deyək: «Qandakı xərçəngin qol-budağı beyin və qəlbin dərinliklərinədək şaxələnib və inkişaf edib. Fürsət az, faciə isə ağır!»
    Ənənəvi məzhəbi mühitlərdə bir şəxs dinin əsaslarına inanıb göstərişlərinə əməl etsə, İslamdan, şiəlikdən danışsa, cəmiyyətin diqqətini cəlb edir. Onun əlini öpür, yaşayışını təmin edir, hörmətini saxlayır, ruhani alim kimi qəbul edirlər. Bu insan din vasitəsi ilə həm hörmət, həm də sərvət qazanır.
    Amma mənim bağlı olduğum ictimai mühitdə münasibət tamam başqadır. Bu mühitdə bir alim, bir tələbə, bir tərcüməçi, bir yazıçı, bir filosof, bir sosioloq dinə etiqad edirsə, bu inam həmin şəxs üçün zəiflik və nöqsan hesab olunur.
    Yaşadığımız mühitdə namaz qılıb dua edən və əlavə ibadətlər yerinə yetirən şəxs həm hörmət qazanır, həm də maddi cəhətdən təmin olunur. Əksinə, günün elmlərindən xəbərdar, ideoloji məktəblər və əsrin mədəniyyəti ilə tanış, dini və məzhəbi etiqadı olan müsəlman əksər imtiyazlardan məhrumdur. Onun elmi səviyyəsini inkar edə bilməsələr də, əxlaqında və şəxsiyyətində nöqsanlar tapırlar. Onu ittiham edəcəklər ki, məzhəbin və xalqın xeyrini qoyub, onların zərərinə işləyir!
    Avropadan gələn təhsilli müsəlman müasir və inqilabi ziyalı kimi tanınmaq üçün nə edəcəyini yaxşı bilir. Onun şəxsiyyətinin qorunmasında digər ziyalılar da məsuldur. Əgər o, Jan Pol Sartrdan tərcümə etsə, cəmiyyətdə dünyəvi bir sima kimi tanınacaq. Həmin şəxs dini bir əsər yazsa, cəmiyyət bu əsəri məzhəbi cəhətdən etibarlı hesab etməyəcək. Onun kitabı oxunmayacaq, sözü eşidilməyəcək, şəxsiyyətinə «günahkar»lıq ünvanlanacaq.
    Cəmiyyətimizdə qərb atmosferinin hakim olduğu ziyalı dairələr də var. Qərbdən qayıtmış təhsilli insanı etiqadlı olduğu üçün bu dairələr də qəbul etmir. Onun etiqadı köhnəpərəstlik hesab olunur.
    Bu cür ziyalılardan biri mənim haqqımda mətbuatda belə yazmışdı: «O (yəni mən), alim də olsa, beynindəki məzhəb xəstəliyi onun təfəkkürünü iflic edib. İlkin tərbiyəsi onu qədim dini səviyyədə saxlayıb». Nə üçün belə olur?
    Mən burada - axşamkı məclisdə bir alim, bir yazıçı, bir sosioloq, bir natiq kimi danışmaq fikrində deyiləm. Mən, mənim özümü dindarlıqda ittiham edən ziyalı təbəqənin adından danışmağı faydalı hesab edirəm. Mən həmin təbəqənin adından, məhz öz dinimi sevdiyim üçün, sizə etiraz edib, ittihamlar irəli sürəcəyəm.
    Mən, bütün ömrümü tələbə və müəllimlikdə keçirmiş, həmin ziyalı təbəqənin mühitində yaşamışam. Onların sözlərini yaxşı başa düşür, şəxsi çalarlarını tanıyıram. Mənsub olduğum bu təbəqə ilə çiyin-çiyinə bütün təhsil mərhələlərini pillə-pillə adlamışam. Şəhər və kənd fəqirliyini yaşamış insanlarla gecə-gündüz ünsiyyətdə olmuşam. Düz 18 yaşımdan müəllimlik etmişəm. Bütün ömrüm elmin təhsil və tədrisinə sərf olunub. Həm dini mərkəzdə, həm universitetdə, həm İranda, həm də Avropada təhsil almışam.
    Uşaqlıqdan öz mühitimin ictimai dəyişiklikləri və düşüncə təbəddülatları ilə maraqlanmışam. Dövrümün ideoloji hadisələri ilə birbaşa təmasım olub. Ömrüm kitabla keçib. Qərb mədəniyyətinin hücumları, ziyalınümaların təslimçiliyi, müsəlmannümaların təəssüblü müqaviməti mənə tanışdır! Biri din iddiasındadır, o biri isə müasirlik.
    Cəmiyyətin adət-ənənə mərhələsindən modernizm mərhələsinə keçid dövrünü yaşamışam; cəmiyyətdəki dəyərlərin dəyişməsinə şahid olmuşam.
    Kəndli mənşəyim toplum mənasının həqiqətini hiss etməkdə köməkçim olub.
    Aldığım dini tərbiyə məni xalqın fitri və dərin ruhu ilə bağlayıb. Eləcə də, qərbdə təhsil aldığım üçün əsrimin ruhunu və əqidəsini tanımışam. Dünyada baş verən hadisələrdən xəbərdaram. Bu bilgilərin köməyi ilə hiss etmişəm ki, qərb mədəniyyətinin günbəgün güclənən hücumları qarşısında məzhəbi cəmiyyətimizi hansı aqibət gözləyir. Çünki bizim cəmiyyətdə köhnəlmiş adət-ənənələr, irsi dəyərlər, təlqini iman hakimdir. Qərb cəmiyyətində isə yaxşı-pis hər nə varsa elmi şəkildə təqdim olunur, günün ehtiyacı əsas götürülür və azadlıq şüarları altında bütün dini və əxlaqi dəyərlər ikinci plana keçir.
    Müşahidələrdən görünür ki, cəmiyyətimizdəki mövcud məzhəb adət-ənənələr təəssübü ilə qorunur. Dinin elmi və düşüncə əsasları müasirliklə ayaqlaşmır. Uzun bir dövr zamanla ayaqlaşan, hadisələri qabaqlayan, ictimai və fərdi problemlərin həlli yolunu göstərən İslam dini, özünü müqəddəs göstərən bir qrup şəxs tərəfindən əhkam şəklində dondurulub qorunur.
    Amma zaman başqa zamandır! Öz iqtisadi tərəqqisi ilə millətlərin gözünə kül üfürən düşmən başımızın üstünü alıb. Onun bir əli İslamla tarixi düşmənliyi olan qərb kapitalizminin ətəyindədir. Şərqə ayaq açmaq üçün İslam dini onlara mane olur.
    İslamı tanıyan, onun tarixini bilən, son iki əsrdə qərbin təcavüzlərindən xəbərdar olan hər bir şəxs yaxşı bilir ki, İslam dini yatmış cəmiyyəti oyatmağa, onu hərəkətə gətirib, ayağa qaldırmağa qadirdir. İslam təkcə iman dini deyil! Bu din ən sivil cəmiyyət qurmaq üçün proqramlar verir və yad mədəniyyətlər üçün boş yer saxlamır. İslamı aradan qaldırmaq istəyən düşmənin məqsədi cəmiyyəti müdafiəsiz qoymaq, ziyalıların düşüncəsini əsarətə almaq, insanları tarixi kökdən və ruhi azadlıqdan məhrum etməkdir. İslama formal yanaşan əksər cəmiyyətlərdə istənilən bir vətəndaşı tora salıb, qibləsini qərbə döndərmək çox asandır.
    Mən intellektual dairəyə poetik həvəslə qoşulmamışam. Bunun əsas səbəblərindən biri xalqın içindən çıxmağımdır. Ziyalıların düşündüklərini mən həyatda görüb, bütün varlığımla yaşamışam. Həyatımın hər bir anı ictimai təbəddülatları düşünərək ötüb. Bu günkü mədəniyyət və dünənki məzhəb cəbhələrinin hər ikisində iştirak etmişəm. Bu günkü məzhəbin qərb təcavüzü qarşısındakı vəziyyətindən, burjua baxışlarından xəbərdaram. Ziyalı gənclərimizin İslam dinindən uzaqlaşma səbəbləri mənə qaranlıq deyil. Onlar «bu günkü din»dən qaçır! Amma hansı tələyə düşəcəkləri müəmmalıdır.
    Bu biliklər mənə haqq verir ki, dinin cəmiyyətdə aqibəti, təbliğatçıların özbaşnalığı, xalqı dindən uzaqlaşdıran səbəblər haqqında danışım və öz biliklərimi uyğun mövzuların elmi şəkildə öyrənilməsinə sərf edim.
    Son iki əsrdə baş vermiş düşüncə qiyamları, üçüncü dünyada istismara qarşı yönəlmiş hərəkatlar, müasir ideologiyalar, dini cəmiyyətimizdə istismarın macəraları ilə tanışlıq mənə daha çox haqq qazandırır ki, ziyalılarımızın din qarşısındakı mövqeyi və onların dinin bu günkü formasına münasibəti haqqında söz deyim. Siz də mənə bu haqqı verin ki, bir mütəxəssis kimi məzhəbdən, sizə bağlı təhsilli nəsildən, məsuliyyətli olduğunuz cəmiyyətdən danışaraq, öz mütaliə və təcrübələrimi hüzurunuzda təqdim edim.
    Deyirlər ki, hamının xoşuna gələn tərzdə danışmaq lazımdır. Amma vəziyyət məni fəryad çəkməyə vadar edir.
    Deyəcəklərimi kor-koranə qəbul etməyinizi istəmirəm. Amma unutmayın ki, sözlərimin elmi əsası var və kimsənin xeyrinə danışmıram. Dediyim sözlərin bütün təbəqələrə zidd olması bir daha sübut edir ki, mən həqiqət naminə danışıram. Məni danışmağa vadar edən yeganə şey—məsuliyyətdir! Nəzərlərimdə nöqsan olsa da, niyyətim düzdür.
    Məni Quranın buyuruğuna əsasən dinləyin: «O kəslər ki, sözü dinləyib, onun ən gözəlinə uyarlar, onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibi də onlardır»(«Zumər» surəsi, ayə: 18.).
    Mən dindən bezib, hər hansı yad düşüncəyə pənah aparmış bir ziyalı təbəqəsinin nümayəndəsiyəm. Siz dininizə, cəmiyyətinizə və ailənizə görə cavabdehsiniz. Ona görə də bilməlisiniz ki, bu cəmiyyətin bir hissəsi olan mənim təbəqəm nə üçün sizə və sizin dininizə biganədir. Mən ana və qızın bir-birini anlamamasının səbəblərindən danışmaq istəyirəm. Bu gün qız ananı eşitmir. Çünki ananın nəsihətində məntiq yoxdur! Ey atalar, övladlarınız sizdən qaçırsa, bunun səbəbi onların əxlaqsızlığı yox, düşüncə və inamlarındakı fərqdir. Siz müsəlmanlar üzərində bu «dinsizlik əsri»ndə böyük məsuliyyət vardır. Allah-təala buyurur: «Özünüzü və əhli-əyalınızı oddan qoruyun».(«Təhrim» surəsi, ayə: 6.)Siz dindarlar cəmiyyətinizi, ailənizi və özünüzü dinsizlik təbliğatından qorumalısınız».
    Mən sizin imanınıza və düşüncənizə düşmüş oddan xəbər verməyə gəlmişəm. Sizə bildirmək istəyirəm ki, lərzəyə gəlmiş dininizi qorumaq nə üçün çətin olub; nə üçün hər bir nəsil tənhalaşır və zəifləşir; nə üçün əsrin təcavüzkar düşüncəsi sizi geri oturdur, özünüzü aciz hiss edirsiniz, duadan başqa bir yol görmürsünüz!
    Biz müttəhimik! Əgər mən gündə otuz tənqid eşidirəmsə, bu otuz tənqiddən beşi möminlər tərəfindəndir. Möminlər məni olduqca əhəmiyyətsiz şeylərə görə tənqid edirlər. Qalan iyirmi beş tənqid isə bu mövzudadır: «Sən dinə və məzhəbə istinadınla elmə və ziyalılara xəyanət edirsən». Mən bu tənqidə daha çox əhəmiyyət verirəm. Çünki cəmiyyətin formalaşmasında mənsub olduğum bu təbəqənin rolu böyükdür. Bu təbəqəni təşkil edən yazıçılar, mütəfəkkirlər, həkimlər və mühəndislər zamanın insanlarıdır. Mənim dindar zümrəyə məxsus nüfuzlu şəxslərlə bağlılığım yoxdur. Onların mənə müxalif olub-olmamalarının mənim üçün əhəmiyyəti yoxdur. Mən nə din yolu ilə çörək yeyirəm, nə minbərim var, nə də mehrabım varımdır. Ruhani libasım, dini ünvanım, məzhəbi mövqeyim də yoxdur. Həm də var-dövlət həvəsində deyiləm.
    Mən öz təbəqəmin nümayəndəsi kimi danışıram və sizin məclisdə iştirakım, həmkarlığım hiss etdiyim məsuliyyətlə bağlıdır. Gəlmişəm xəbərdarlıq edəm ki, bütün dəyərlərin əldən getdiyi vaxtda nə işlə məşğulsunuz?!
    Həzrət Əli (ə) buyurur: «Düşmən sizi aldadır, hiylə işlədir. Siz isə heç bir tədbir görmürsünüz. Sizi dəstə-dəstə oğurlayıb aparırlar, sizsə heç qəzəblənmirsiniz. Sizi hər an izləyirlər, siz isə hər işdən qəflətdəsiniz. And olsun Allaha, bir-birinin köməyinə gəlməyib, işi bir-birinin üstünə atan camaat məğlub olacaq»(«Nəhcül-bəlağə».).
    Bəli, mənə ünvanlanan otuz tənqiddən iyirmi beşində deyilir: «Sən bu günün ziyalısı, bu nəslin yazıçısı kimi nə üçün bütün vaxtını və düşüncəni din və məzhəbin müdafiəsinə sərf edirsən? Sənin fəaliyyətin bu əsrə və bu nəslə xəyanətdir».
    Bir vaxt tələbəm olmuş bu günkü yazıçılardan biri öz dostuna yazır: «Heyf şəriətidən ki, məzhəbi düşüncədədir, yoxsa ziyalıların bütü olardı!» Bu mənim öz təbəqəmin ittihamıdır. Bu ittiham məni düşündürsə də, bir o qədər narahat etmir.
    Mən sizə öz gənc nəslinizin ittihamlarını çatdırmaq istəyirəm. Mən həqiqətdən savayı heç bir şeyin təəssübünü çəkmirəm. Elə ona görə də həm ziyalılar, həm də dindarlar mənə qəzəblənir. Hamının qəzəbləndiyini gördükdə belə qənaətə gəlirəm ki, düz danışıram. Çünki hər kəs Əlinin (ə) yolunu getmək istəsə tənha qalacaq. Bu şəxslə həm dinin düşmənləri, həm də dini qoruyanlar vuruşacaq. Bu tarixin şahid durduğu bir həqiqətdir!
    Ötən il Məkkədə - beynəlxalq dini bir konfransda ifratçı şiə adı ilə çıxışımı rədd etdilər. Şükr edirəm ki, İranda məni sünnilikdə, Ərəbistanda isə şiəlikdə ittiham edirlər. Allahın mənə nəsib etdiyi bu yola şükr edirəm. Nə qədər nöqsanım olsa da, «həm axurdan, həm xurcundan yeyənlərdən» deyiləm. Tutduğum yol məni həm ziyalıların, həm də dindarların hörmətindən məhrum edir. O həqiqətə görə ki, hər şeyi itirirəm, umacağım da həmin həqiqətdəndir!
    Biz müttəhimik! Dindən uzaqlaşmış və ya sürətlə uzaqlaşmaqda olan gənc nəsil qarşısında günahkarıq. Bu həqiqəti, hətta dünyadan xəbərsiz qalan insan öz evinin içində, televizorun kənarında hiss edə bilər. Bu məclisdəkilərin əksəriyyəti mənimlə həmdərddir. Hamı hiss edir ki, bizimlə gənc nəsil arasında uçurum yaranmışdır. Qərb dəyərlərinə meyilli övlad öz dindar ata-anasına həqarətlə baxır.
    İKİ BÖYÜK VƏ MƏŞHUR SƏHV
    Xanımlar və ağalar! Siz öz gənclərinizi azğınlıq və əxlaqsızlıqda ittiham edirsiniz. Ata-anaların əsas səhvlərindən biri budur. Əksəriyyət bu fikirdədir ki, kişilər qadınlardan, qocalar isə gənclərdən daha düşüncəlidir. Bəzi kişilər məhz kişi olduqları üçün elə güman edirlər ki, dini məclisdə iştirak etmək, hətta bu məclislərdə göstəriş vermək hüququ yalnız onlara məxsusdur. Bu adamlar qadınları elmi və dini tədbirlərdə iştirak etməyə layiq bilmirlər. Hansı ki, həkim və ya müəllimə bir xanım təhsilsiz kişidən daha düşüncəlidir. Məclisimiz dini məclis olduğu üçün mən dindar kişiləri nəzərdə tuturam. Bu insanlar elə başa düşürlər ki, İslam və din yalnız kişilərə aid bir məsələdir və qadın nə qədər savadlı olsa da, kişinin razılığı olmadan, hər hansı bir məclisdə iştirak edib, söz deyə bilməz. Guya onlar evdə qalıb gözləməlidirlər ki, ağa onların dini vəzifələri haqqında nə göstəriş verəcək!
    İkinci səhv odur ki, yaşlılar özlərini gənclərdən daha düşüncəli hesab edirlər. Ədəbiyyatdan bir şablon, riyaziyyatdan təkcə bir çötkə, dindən bir neçə ziyarətnamə bilən yaşlı, ali təhsilli, dərin düşüncəli gənci özünə tabe etmək istəyir!
    Çox vaxt yüksək məqam sahibi olan alimlər gənc nəslə ehtiyatla yanaşır, mülayim nəsihətlərlə keçinirlər. Amma orta savadlı bir dindar tündlük göstərib, güzəştə getmir.
    Zənnimcə, iki müxtəlif məfhum dolaşıq salınır. Pullu olmaq şüurlu olmaq deyil! Yaşlı olmaq düşüncəli olmaq deyil! Hansı əsasla var-dövlətli bir yaşlı adam sadə məktəbli bir qızcığazdan daha düşüncəli hesab olunur?! Cəmiyyətdə tanınmış böyük tacirlər öz təhsilli övladlarından daha ağıllı qəbul edilir. Demək olar ki, bütün yaşlı nəsil gənc nəslə bu gözlə baxır. İctimai və dini tribunalardan danışanlar isə, ağaların xoşuna gəlmək üçün öz sözləri ilə bu yanlış hissləri daha da gücləndirirlər: «Ağa hara, tələbə oğlu hara?!» Ağaya deyilmir ki, «Siz çox hörmətlisiniz, gözümüz üstə yeriniz var, amma savadınız yoxdur. Sizin cılız övladınız daha yaxşı düşünür. Düzdür ona yeriməyi, danışmağı, namazı, dinin əsaslarını, dəstəmaz və qüslü, bir sözlə, hər şeyi siz öyrətmisiniz. Amma indi onun elm və biliyi sizdən üstündür. Bu sayılmayan övlad istənilən bir məsələni analiz edir, sizin babalarınızın xəbərsiz olduğu tənqid isbata cəhd göstərir».
    Ey atalar, ey analar! Bu gün Jan Pol Sartr, Marks və Engels, Dekart, Hegel və digər mütəffəkirlərin əsərlərini oxuyan, müxtəlif elmi konfranslarda iştirak edən gənc nəsli hansı kitablarla maraqlandırmaq istəyirsiniz?! İslam dinini məntiqi şəkildə, əsrin dilində anladacaq kitablarınız varmı? Bilməlisiniz ki, sizin ehkamçı nəsihətləriniz onları qane etmir. Sizin yanlış təbliğatınız nəticəsində bu gənclər İslam dininə həqarətlə baxmaqdadırlar. Necə olur ki, parlaq düşüncələri təzimə gətirən bir din gənc nəsli qane etmir?! Onların məzhəbə yönəlmiş ittihamlarının günahkarı bizik! Görün, bu nəsil bizi necə ittiham edir: Ey mənim atam, ey mənim anam! Sizin din və məzhəb, bu ada söykənmiş əqidə və əməlləriniz büsbütün faydasızdır! Sizin dininiz insanı dünyadan çəkindirir, bütün diqqəti ölüm və ölümdən sonrakı həyata yönəldir. Mən müasir və təhsilli bir gəncəm və ölümdən qabaqkı həyat mənim üçün maraqlıdır. Sənin dinin isə bu həyata aid bir söz deyil. Sən deyirsən ki, bu din qəbir sorğusuna cavab vermək üçündür. Bəs bu dinin qarışıq dünyanı islah etmək üçün nəyi var? Bütün dünya od içində yanır, sən isə yalnız Qiyamət odunun fikrini çəkirsən. Mənim üçün isə bu gün bəşəriyyəti yandıran od daha əzabvericidir. Mən bu odu söndürəcək bir şey axtarıram.
    Ey ata, ey ana! Mən sizin xəlvəti dualarınızı eşitdim. Siz Allahı bütün müqəddəsliklərə and verərək ondan qurtuluş, sağlamlıq, xoşbəxtlik, borcların ödənməsini, xəstənizə şəfa, ruhların bağışlanması, Behiştdə övliyalarla yaxınlıq istəyirdiniz. Bu necə dindir ki, ona etiqad edən dindar bəşəri problemləri qoyub, yalnız özü haqqında düşünür? Mən bir şəxsə yox, bütün bəşəriyyətə nicat verəcək bir din sorağındayam.
    Ey ata, ey ana! Aramızda böyük fərqlər var. Sənin düşüncəndəki Allah səni bütün məsuliyyətlərdən azad edir. Sən öz Allahına yalvarmaqla bütün cinayətlərin üstünü örtə bilirsən. Sənin dinindəki gedişatlar bizim cəmiyyəti xatırladır. Məsələn, bizdə məhkəməyə işi düşən adam hakimə yol axtarır. Sən öz dinində də bu üsulla hərəkət edirsən. Öz Allahına inamın səni cinayətdən çəkindirmir. Əksinə, sən bağışlanmaq üçün vasitə tapacağına əmin olub istənilən qanunu pozur, heç bir cinayətdən çəkinmirsən! Dinin səni günahlardan çəkindirə bilmir. Hansı ki, İslam dinində bu işlərin günah elan edildiyi sənə məlumdur!
    Bir sözlə, sənin mənə göstərdiyin din yolu məni dünyada düçar olduğum bədbəxtçiliklərdən qurtarmaq iqtidarında deyil. Mən azad və başıuca olmaq istəyirəm. İnsanları hiyləgərliklə azadlığa çağıran küfr ilə, sənin həyatı donduran dinin arasında fərq görmürəm.
    BƏTNƏ BAĞLI ƏQİDƏ VƏ YA ALIN YAZISI
    Ey ata, ey ana! Sənin inandığın qəzavü-qədər prinsipinə görə, dünyada baş verən bütün işlər, cinayətlər, müharibələr əvvəlcədən yazılıb və qarşısıalınmazdır. Demək, nə cinayətkar cinayətdən çəkinə bilər, nə də günahkar günahdan. Demək, bizdən asılı bir iş yoxdur. Bu məntiqlə heç bir cinayətkarı ittiham etmək olmaz! Demək, biz ya caniliyə, ya da qurbanlığa məcburuq (əslində, bu əqidə şiələrə yox, cəbri məzhəblərə məxsusdur). Demək, oturub alnımıza yazılanları gözləməliyik.
    Ey ata, ey ana! Mən bu yolla gedə bilmərəm. Mənim qarşımda iki yol var: əvvəla, məni öz gələcəyimə məsul edən bir məktəb tapmalıyam; əgər tapa bilməsəm, etiqadsızlığa və nihilizmə məhkumam. Mən inanmıram ki, Allah sizin dediyiniz kimidir. Necə ola bilər ki, bağışlayan və mehriban bir varlıq istədiyini edə?! Əgər belə olsaydı, əxlaqdan danışmağa dəyməzdi. Sən dərinliyinə varmadan, «Xoşbəxt kəs anasının bətnində xoşbəxtdir və bədbəxt kəs anasının bətnində bədbəxtdir» hədisini əsas götürürsən. İnsaf etsənə! Bu ki, bətnə bağlı bir baxışdır. Bu baxış bütün məsuliyyətlərdən insanı azad edir, tale mütləq şəkildə həll olunur. Əgər dediklərin həqiqətdirsə, nə üçün Əliyə sitayiş edir, Hüseynin şəhadətinə ağlayır, Şimrə qəzəblənirsən?! Əgər hər şey bətndə həll olursa, Şimrdə nə günah?! Sənin bu günkü təhrif olunmuş əqidən yalnız Yezidə sərf edir!
    Sən, mənə ehtiyaclarıma cavab verəcək bir din təqdim edə bilmədin. Sən, Allahın bəşəri bir dinini təkcə alın yazısında məhdudlaşdırdın. Mən isə özümün və cəmiyyətimin gələcəyini qurmaq arzusunda idim. Bu arzu məni ekzistensializmə apardı. Sartrın sözləri daha xoş gəldi. O, deyir: «Anasından iflic doğulmuş körpə dünya çempionu ola bilməzsə, özü günahkardır». Gör, dinsiz və materialist bir alim insan iradəsini haraya qaldırır! Amma mənim məzhəbçi və mənəviyyatçı ata-anamın bu günkü əqidəsi həyatı donuqluğa çəkir. Amma mən əminəm ki, sizin indiki «İslamınız» bir zaman dünyanı fəth etmiş İslam deyil.
    Category: Ey ata, ey ana, biz müttəhimik | Views: 1069 | Added by: Islam_Kitabxanasi | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024