İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 15 » Ey ata, ey ana, biz müttəhimik
    7:36 AM
    Ey ata, ey ana, biz müttəhimik
    BURA QƏDƏR DEYİLƏNLƏR VƏ BUNDAN SONRA…
    Bura qədər mən, İslamdan uzaqlaşıb qərb mədəniyyətinə üz tutmuş və öz insani şəxsiyyətini tanıya bilməyən gənc bir nəslin nümayəndəsi kimi danışdım. Mən həmin nəsil ilə həmfikir deyiləm. Sadəcə, onların narazılıqlarını məsuliyyət daşıyan məzhəb nümayəndələrinə çatdırdım. Həmin məzhəbi cəmiyyət məni məzhəbi şəxs kimi deyil, hətta bir bəla tanıyır. Mən isə bu məsələni sizin mühakimənizə verirəm.
    İndi isə, dini gerilik səbəbi bilən mənim ziyalı təbəqəmdəki dinsizlərə tam məsuliyyətlə bəyan edirəm: İslam sizin düşündüyünüz kimi deyil!
    Mənim İslam dininə bağlılığımın elmi əsasları var. Dindən nə maddi xeyrim var, nə də dini baxışlarım mənə ictimai mövqe verib. Əksinə, mən dini etiqadıma görə hər şeyi itirmişəm. Mən İslamı həqiqət bilərək ona inanmışam.
    Ey ziyalı! Sənin şüarlarınla razıyam. Mənim də istəyim budur ki, zülmün kökünü kəsək, insan haqlarını təmin edək. elə buna görə də tam səmimiyyət və inamla elə bir dinə üz tutmuşam ki, bu din fəqirliyi (yoxsulluğu) və təbəqə ziddiyyətlərini aradan qaldırmağa, insanlara azadlıq verməyə, dünya həyatımızı işıqlandırmağa, cəmiyyətdə ədaləti bərpa etməyə qadirdir!
    Yaxınlarımdan biri şiə məzhəbinə olan münasibətimi təmənnalı düşünərək dedi: «Dediklərin həqiqətdir, yoxsa bir xeyrin var?». Hansı ki, mənim məzhəbi mübarizələrdəki itkim və qazancım hamıya məlumdur. Mən ictimai nüfuzumu, ziyalılığımı, gəncliyimi, rahatlığımı, bir sözlə - hər şeyimi əqidəm yolunda qurban vermişəm. Əvəzində həm ziyalıdan, həm də iman əhlindən töhmət almışam. Peşman deyiləm; çünki əqidəmə sadiq qalmışam. Əgər nə ziyalı, nə də iman əhlini tənqid etməsəydim, günüm daha xoş keçərdi. Mənim mövqeyimi həm ziyalı, həm də dindar ədalətsiz qiymətləndirir. Mənimlə çiyin-çiyinə durmuş ziyalı elə düşünür ki, arxamda hansısa dindar bir qüvvə dayanıb.
    Ey ziyalı! Ziyalı mühitində İslamı təbliğ etdiyimə görə məni arxalı bilməyin tam əsassızdır! Axı, sən həmin təbəqənin mənə olan münasibətindən xəbərdarsan.
    Bir daha bəyan edirəm: Məni İslama bağlayan—bütün varlığımla inandığım həqiqətdir. Məsihi keşişlərin kafir hesab etdikləri tanınmış mütəfəkkir Ernest Renan yazır: «İslam əsl insan dinidir. Mən şiə məzhəbində həqiqi İslamdan fərqli əlavələrin olduğuna inanmıram! İnanmıram ki, İslamın üç, şiəliyin isə beş etiqad əsası ola. Bəli, şiəlik həqiqi İslamı anlama yoludur». Necə anlama? İslam dininin mütərəqqiliyini, despotizmə, irqçiliyə, təbəqəçiliyə zidd olduğunu anlamaq! Allah tərəfindən göndərilmiş bütün dinlər təhriflərə məruz qalmışdır. İslam dinini uyğun təhriflərdən qoruyan məhz şiə məktəbi olmuşdur! Peyğəmbər (s) sünnətini təcavüzlərdən qoruya bilən yeganə məzhəb şiəlikdir! Şiəlik İslamın İbrahim dininin əsas hədəfi olan «ədalət» və «imamət»i bünövrə prinsiplərindən qərar vermişdir. Yəni ictimai ədalət və həqiqi rəhbərlik!
    Mən ənənəvi şiəlik keşikçisi deyiləm və ziyalıların mütərəqqi arzuları ilə razılaşıram. Mən keçmiş dinləri və İslamı, eləcə də, bəşər tarixində mövcud olmuş ideologiyaları dərindən araşdıraraq bu qənaətə gəlmişəm ki, ən mütərəqqi yol İslamın şiə məktəbinə məxsusdur!
    Ey ziyalı! Bir anlıq təəssübü kənara qoy və seçdiyin ideologiyada ədalət və rəhbərlik prinsiplərini süzgəcdən keçir. İstər dialektik materializm, istər ekzistensializm, istər humanizm - bütün yolların «ədalət»i istismar və zülm, «imamət»i isə hakimiyyətsizlikdən ibarətdir. Kimi təbəqə mübarizəsi aparır, kimi də hakimiyyət!
    Şiəlik isə, sənin düşündüyün kimi, ağlaşmaqdan ibarət deyil. Bütün işıqlı düşüncələrin axtardığı həqiqi ictimai ədalət və həqiqi hakimiyyət məhz şiə məktəbinin ədalət və imamət prinsiplərində mövcuddur.
    Ey ziyalı! Məgər, sən öz cəmiyyətin və bəşəriyyət üçün bu həqiqətləri axtarmırsanmı?
    Şiəlik bu iki əsas üzərində qurulub. Amma bu gün həmin əsasların yalnız adı qalıb. Dünya həyatı xoşbəxtliyimizin bu iki prinsipini hərəkətdən salan fırıldaqçılar, hətta bu prinsiplərin adını dəyişib başqa terminlər işlətsəydilər də, mən dünyaya müraciət edib deyərdim ki, şiəliyin əsası ədalət və imamətdir. Bədbəxtçilik ondadır ki, həmin əsasların adını qoruyub, mahiyyətini dəyişdilər! Min il cihad, eşq, müqavimət və işkəncədən, ərəblərin və monqolların dözülməz əsarətindən sonra məhrum şiə toplumunun əlində qalan, yalnız axirətə aid olan «Əli məhəbbəti» oldu.
    Hər şeyi dəyişdilər. Mahiyyəti dəyişən, yalnız zahiri qalan dəyərlər qəsbkar hakimlərin mənafelərinə uyğunlaşdırıldı. Bütün məzhəbi gerçəkliklər ruhdan məhrum edildi. İlahi dəyərlər İslama zidd xurafatlarla əvəz olundu.
    Tövhid, Quran, Həcc, ədalət, imamət, məad, şəfaət, təvəssül kimi təsirli məfhumlar süst şəkilə salındı.
    Ey mənim azadlıqsevər ziyalı bacım və qardaşım! Bu gün sənə İslam və şiəlik adında təqdim olunanlar, cahil dost və qərəzli düşmən əlində eybəcərləşdirilmiş məfhumlardır. Bu gün sənin gördüyün İslam və şiəlik əsl İslam və şiəlik deyil. Bəşəriyyətə səadət yolunun göstəricisi olan bu çıraqların üstünə qara pərdə çəkilib. Sənin bu gün gördüyünü inkar etməyə haqqın var! Amma bilməlisən ki, sənin axtardığın həqiqət elə bu qara pərdənin altındadır!
    Ey ziyalı bacım və qardaşım! Sən dindən bezmiş halda deyirsən ki, bəşəriyyəti süstləşdirən, ictimai məsuliyyətdən uzaqlaşdıran bu gün gördüyün dinin yaradıcısıdır. Mən tam məsuliyyətlə bəyan edirəm ki, İslamın Allahı - cihad və tərəqqi Allahıdır.
    Tövhid təkcə o demək deyil ki, Allah birdir və şəriki yoxdur. Tövhid ictimai həyatın bütün sahələrini əhatə edən dünya görüşüdür. Tövhid bütün təbəqələrin, irqlərin, millətlərin, qəbilələrin vəhdətinin əsasıdır.
    Tövhid fərdi təfəkkürlərdən qaynaqlanan parçalanmaları inkar edir. İslam Allahı elm və agahlığı, məsuliyyət və cihadı, azadlıq və vəzifəni, tərəqqi və ədaləti sevir. İnsan böyük yaradanın əmanətdarı, ruhunun daşıyıcısı, yer üzündəki canişinidir. Allahın bütün mələkləri insana – (Adəmə (ə)) səcdə etmişlər!
    Şiə məzhəbinə görə, Allah ədalətlidir və bütün yaranış ədalət əsasında nizamlanmışdır. Yaranış Allahın, yaranış nizamı isə Allah iradəsinin təcəllasıdır. Cəmiyyət yaranış mexanizminin bir hissəsi kimi nizamlı olmalı, Allahın iradəsinə zidd getməməlidir. Deməli, «Allah ədalətlidir» prinsipini irəli sürən şiə məzhəbi ictimai ədaləti zəruri hesab edir. Ey dini dünya üçün köhnəlmiş hesab edən ziyalı, görürsənmi şiəliyin əsas prinsipini?! Şiə üçün ictimai ədalət etiqadın ilkin əsaslarındandır.
    Hansı ideologiyanın ardıcılları tarix boyu ardıcıl şəkildə despotizmin qurbanı olub? Yalnız şiələr ardıcıl olaraq zalımlar tərəfindən təqib edilib. Çünki məhz onlar heç zaman zülm və ədalətsizliklə barışmamışlar. Cəmiyyətdə bütün müxaliflər rahat yaşadığı halda zülmlə barışmayan şiələr təqib olunub.
    Ey bacı, ey qardaş! Həqiqi İslam bəşəriyyətə rəhbərlik üçün yalnız məsum insanları layiq bilir. İslam Peyğəmbərə (s) canişinlik iddiasında olan zülm xilafətini inkar edir!
    İslam dini fəqirliyi küfrə yaxın hesab edir. Peyğəmbərin (s) elm çeşməsindən faydalanan Əbuzər (r) deyir: «Fəqirlik evin bir qapısından daxil olanda, din o biri qapıdan xaric olur». Həzrət Əli (ə) öz övladına belə vəsiyyət edir: «Oğlum, yoxsulluqdan Allaha pənah apar. Yoxsulluq dini naqis edir, ağlı kütləşdirir, nifrət və düşmənçilik yaradır».
    Demək, bizim məzhəb bu gün bir çoxlarının iddiasının ziddinə olaraq, yoxsulluğun müdafiəçisi və təbliğçisi deyil. İslam rifah və qüdrət tərəfdarıdır!
    Bütün ideologiyalar ideal axtarışında ikən, ilahələr və bütlər uydurduqları zaman, mənim məzhəbimdə Əli (ə) kimi gerçək bir idealın surəti canlanır. Ey ziyalı! Əli (ə) sənin tanıdığın Əli deyil. Həqiqi Əli hakim olduğu vaxt vəfalı səhabəsi Osman ibn Hüneyfi həmin Osmanın öz qulundan fərqləndirmir. Həm ağa, həm də qul eyni qədər - üç dirhəm maaş alır. İslamdakı həqiqi Əli belədir! O, Allah qarşısında dua zamanı yarpaq tək əsir, cihad meydanında şimşək tək çaxır, cəmiyyətdə ədalətsizliklə mübarizə aparır. Sənin zülm qarşısında aciz təsəvvür etdiyin Əli (ə) dörd min xurafatçı, cahil şəxsi bir dəfəyə qılıncdan keçirir. Özü bu haqda deyir: «Fitnə zülməti hamını bürüdükdən sonra mən onun (fitnənin) gözünü çıxartdım. Bu işi görməyə kimsənin cürəti çatmazdı!». Cəmiyyət nadan mühakimə yürütdükdə belə, ona qarşı çıxmaq çox çətin olur. İndi təsəvvür edin ki, dörd min nəfər dua oxuyub gecə ibadəti edən nadan abid, düşmən hiylələrinə uyaraq haqqın qarşısında dura. Bu insanlara heç bir nəsihət yetmir və xəstəlik xərçəng kimi müsəlmanların həyatında qol-budaq atır. Onlarda qərəz olmasa da şüursuzluq var. Bu şüursuzluq isə kütləviləşərək, ictimai bəlaya çevrilir…
    Əli (ə) üçün haqq nə gücdür, nə də hökumət. Əli (ə) haqq dedikdə xalqın haqqını nəzərdə tutur. Ona görə də deyirdi: - «Mənim hökumətimdə insanlar bərabərdir. Ey Malik, müsəlmanlar imanda, qeyri-müsəlmanlar isə insanlıqda səninlə qardaşdırlar!»
    Bəli, mənim islamım yalnız ölülərin karına gələn İslam deyil! Bu din şiə mücahidi Əbuzərin dinidir. İslam təməllərində sədaqətli Əbuzər yalnız küfr ilə yox, eləcə də mənfəətpərəstlər və Quran naşiri ilə də döyüşürdü. Əbuzər ictimai ədalətin müdafiəsinə qalxaraq, ölü kapital toplayanlarla mübarizə aparırdı. Əbuzərin şüarına bax: «Ey iman gətirənlər! Yəhudi alimlər və rahiblərin çoxu insanların mallarını haqsızlıqla yeyir, onları Allahın yolundan döndərirlər. Ey Allah! Qızıl-gümüş yığıb, onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ».(«Tövbə» surəsi, ayə: 34.) Osman isə «bu ayə başqa dinlərə aiddir» deyirdi. Əbuzərin isə daha məntiqli əsası vardı. O, deyirdi: «Ayənin başqalarına aid olması nədən bilinir?! Ayənin əvvəlində müraciət edilən yəhudilər də kitab əhlidir. Ayənin axır hökmü isə hamıya aiddir. İstər müsəlman olsun, istər kafir, istər müvəhhid, istər müşrik - hər kəs qızıl-gümüş toplasa!».
    Əbuzər əsl islamşünas və əsl mücahid idi. O Quran və şəriəti qarətçilik üçün alət etmiş bir rejimlə mübarizədə canından keçdi. O, canından keçdi ki, sən və mən ziyalı həqiqəti anlayaq. Əbuzər öz şəhadəti ilə tarixə yazdı ki, İslam istismar və yoxsulluq dini deyil!
    Ey ziyalı bacı və qardaş! Sənin məsxərə etdiyin Həcc xurafatçı bir insanın həccidir. Həqiqi Həcc isə bəşəriyyətin hər il Allah qarşısında öz vədini təzələməsidir. Bəs hanı vəd? Bir zaman İbrahim (ə) tövhid bayrağını qaldıraraq, şirk və cəhalətlə mübarizəyə qalxdı. Cəmiyyətə qədəm qoymuş və hər bir nəsil müqəddəs Kəbə evində vəd verir ki, İbrahim (ə) yolunu davam etdirsin.
    Deyə bilərsiniz ki, bütlər o zaman sındırıldı və bu gün şirklə mübarizə yersizdir. Yox, əzizlərim! Bu günkü bütlər daha amansız və daha qüvvətlidirlər.
    İbrahim tarixi yox, ilahi bir şəxsiyyətdir. İbrahimdən (ə) sonrakı bütün peyğəmbərlər onun yolunun davamçılarıdır. Demək, bu yol əsrimizdən keçib məchul gələcəyə uzanan ən doğru yoldur. Bu gün dünyanı caynağına almış, sadəcə müasirlik qiyafəsində çıxış edən bütpərəstlik, İbrahimin (ə) dövründəki bütpərəstlikdən qat-qat təhlükəlidir.
    Həcc - ən əzəmətli ümumbəşəri nümayişdir. Bu vəzifənin icrasına gücü çatan hər bir insan üçün bütün irsi və sosial fərqləri kənara atıb əyninə kəfən geymək, bu əzəmətli səhnəyə daxil olmaq zəruridir. Bu səhnədə hər bir ziyarətçi, sanki İbrahimin (ə) cihadını təkrarlayır. O, Həcc mərasiminin qaydalarına əməl etməklə Hacərin (ə), İsmailin (ə), İbrahimin (ə) xatirəsini yad edir.
    Həcc - insanların bərabərliyini, millətlərin və təbəqələrin birliyini, tövhid «təvaf»ının, cihad «səy»inin, «eşq mənzili»nə yetişməyin, İsmail qurbanının bayramıdır. Həcc - hər bir fərdin, tarixin, cəmiyyətin və şəxsin üçlü şeytanı üzərində İbrahim qələbəsinin bayramıdır. Həccin əsl mehvəri insanların qibləsidir. Təvafın mərkəz nöqtəsi, yəni insanın həyatdakı fəaliyyətlərinin mərkəzi Hacərin məzarıdır.
    Bəli, İbrahimlə yanaşı addımlamış kənizin də əməlləri, İbrahimin əməlləri tək, milyonlarla insan tərəfindən təkrarlanır. Bəli, Allaha üz tutmamış hər bir şey məhv olacaqdır. Allah bəşəriyyətin salehləri arasından bir əsgər seçib onun məzarını öz evinin ətəyində qərar verir. Bu əsgər kimdir? O, qadını alçaq bilib ona həqarətlə baxan bir əqidənin müxalifidir. Allah övliyalar arasından qadını təsadüfən seçməmişdir. Rəbbimiz bütün bəşəriyyətə, hətta böyük peyğəmbərlərinə bu mərkəzin təvafını əmr edir. Bəli, bu Həccin hər bir əməli ilahi dərs, hikmət, islahdır. Məhz bu mərasimdə müsəlmanlar bir-birlərini daha dərindən tanıyır və ilahi vəhdət peymanı bağlayırlar.
    Görün, həmin əzəmətli mərasim nə vəziyyətə gətirildi! Kimlər üz tutdu Kəbəyə? Bütün ömrünü günah içində yaşayıb ölümqabağı «xal toplamaq» istəyənlər! Bəzi ziyarətçilərdə fərdi əxlaqi keyfiyyətlər var, inkar etmirəm. Amma həqiqi Həccin bərqərar olduğu dünyada Hüseyn amalları yerdə qalmaz, sionizm dünyaya meydan oxumaz, yoxsulluq və istismar İslamın bağrını parçalamaz. Min üç yüz il bundan əvvəl imam Musa ibn Cəfər (ə) buyurmuşdur: «Nə çoxdur hay-küy salan, nə azdır hacılar!».
    Həccdən qayıdanlara baxıb onlarda Həccin əsərlərini görmək istədin. Məlum oldu ki, bu insanlarda heç bir dəyişiklik baş verməyib. Adi xəyanətkarlar indi hacı adı ilə xəyanətlərini davam etdirir! Onların Həccdən gətirdiyi, yalnız zənbil dolu sovqat olub.
    Bəli, əlimizdəki Quran zahirən təhrif olunmamış bir kitabdır. Bu kitab həm cahillərin və cinayətkarların əlində vasitəyə çevrilir, həm də mütləq həqiqətə aparan yolu göstərir. Bu kitab səhranın vəhşi ərəbini 25 il ərzində bəşəriyyətin taleyinə təsir edə biləcək qüdrət və mədəniyyətə çatdırır.
    Quran Allah adı ilə başlayıb, xalq kəlməsi ilə bitir. Bu kitabın 70-dən çox surəsinin adı insanla, 30 surəsinin adı digər maddi varlıqlarla, yalnız iki surənin adı ibadətlə bağlıdır. Quran cahillərin və düşmənlərin təqdim etdiyi kimi, yalnız ölülərə aid kitab deyil. Quran əsl həyat, cihad və tərəqqi kitabıdır!
    Bu gün Quran (bir qism agah şəxs istisna olmaqla) təhsilsiz insanların əlindədir. Bu insan yazıb oxumağı bacarmadığı halda, Quran dili ilə qələmə and içir.
    Ey ziyalı bacı və qardaş! Bilirsənmi, Quranın bəşəriyyətə ünvanlanmış ilk göstərişi nə oldu? «Ələq» surəsinin ilk ayəsinə bax: «Oxu!». Bəli, «qələm» ilə yazı-pozu bilməyən bədəvi bir cəmiyyətin tərbiyəsi!
    Düşmənin hiyləsi və dostun cahilliyi insanları səadət yolunu göstərmək üçün göndərilmiş Quranı müqəddəs təbərrükə çevirərək, gündəlik həyatdan uzaqlaşdırdı və ölülərin ruhuna hədiyyə etdi. İndi Quran ayələri bəşəri problemlərin müzakirə olunduğu beynəlxalq məclislərdən yox, qəbristanlıqlardan eşidilir. Ey mənim ziyalı bacım, qardaşım, bilirsənmi Quranı cəmiyyətdən uzaqlaşdırıb and kitabına çevirmək üçün nə qədər zəhmət çəkilib, nə qədər pul xərclənib?!
    Hətta dedilər ki, «Quran» sözünün götürüldüyü «qərəə» kökü düzgün seçilməyib. Guya, əsl kök «qərn» kəlməsidir. Yəni «Quran» «oxumaq» yox, «yanında saxlamaq» deməkdir. Bəzi həqiqətləri ifrat qabardaraq, Quranı əlçatmaz göstərdilər. Dedilər ki, «bismillah» kəlməsinin yalnız birinci hərfini təfsir etmək üçün insan ömrü çatmaz. Doğrudan da, «bismillah» kəlməsində çox dərin mənalar var. Amma bu sözü şüara çevirənlərin məqsədi, yalnız və yalnız Quranı qapalı saxlamaqdır.
    Həzrət Peyğəmbər buyurur (s): «Hər kəs Quranı öz nəzəri, rəyi əsasında təfsir etsə, oda qovuşar». Bu çox elmi və məntiqi bir buyuruqdur. Əsl təhqiqatçı həqiqət axtarışında şəxsi ehtimallarından, tələsik mühakimələrindən çəkinməli, təsir altına düşməməlidir. Peyğəmbərin (s) bu buyuruğu bu günkü dünyada analitiklərə ünvanlanmış ən aktual mesajdır.
    Bəs, düşmən bu fikri necə mənalandırdı? Həzrətin (s) bu kəlamını əsas götürüb, Quranı dərk etmək istəyənləri qorxutdular. Özləri isə Quranı sinfi mənafelərinə uyğun elə təfsir etdilər ki, guya Quranda rəhmət və lənətdən başqa bir şey yoxdur. Hətta İslamın kökünü kəsmək istəyən düşmənlər «bu həqiqi Quran deyil, həqiqi Quran əsrin imamındadır» dedilər.
    Bir sözlə, insanlar yalnız Quranın cildini tanıdılar və bu cildi öpüb göz üstünə qoymaqla kifayətləndilər.
    Bütün bunlara baxmayaraq, ümid var ki, həqiqəti hər şeydən üstün tutan ziyalılar bu ilahi kitabı açıb oxuyalar və Qurana münasibətdə bu günkü cahil münasibət buzu sındırıla. Əgər belə bir intibah baş versə ziyalı şahid olacaq ki, hətta böyük İslam alimlərindən bir qisminin beyni oğurlanıb. Şükürlər olsun ki, şiə məzhəbində hər zaman dinini canından üstün tutan mücahid alimlər olub. Məhz bu alimlərin kitablarında həqiqəti axtaranlar üçün maraqlı məlumatlar var.
    Ey ziyalı dost! İslama qarşı baş vermiş təxribatlar göstərir ki, düşmən Qurandan qorxur. Sən Quranın əzəmətini düşməndən öyrən. Məgər, səni qucağına çağıran hiyləgərin qorxusu sənə Quran haqqında bir söz demir?!
    Onların çirkin fəaliyyətləri nəticəsində düzgün düşüncə və əməl yolunu göstərən bir kitab təbərrük, istixarə, and vasitəsinə çevrildi. İslam dininə iman gətirənlər Qurana təzim etməklə, onu taxçanın başına qoymaqla, ona dəstəmazsız əl vurmamaqla, səfərə çıxanın başına tutmaqla öz vəzifələrini bitmiş hesab etdilər. Ey cəmiyyətinin, mühitinin və mədəniyyətinin süqutundan əzab çəkən qardaşım, hansı Qurandan danışırsan?! Sən savadsız dindarı qınayırsan. Amma onun haqqı var ki, oxumadığı Qurana iman gətirsin. Sənin isə haqqın yoxdur ki, oxumadığın, mətləblərini araşdırmadığın bir kitabı rədd edəsən. Sənin düşündüyünün əksinə olaraq bu insanları zəifliyə düçar edən Quran deyil. Bu insanlar Quranla həqiqi ünsiyyəti tərk etdikdən sonra tənəzzülə uğrayıblar.
    Ey agah ziyalı! Əgər Quranın mətnini anlayıb, onun mö’cüzələrini dərk etməyə qüvvən çatmırsa, heç olmasa, İslamdan faydalanmış inqilab rəhbərlərinin fikirləri ilə tanış ol.
    Bilirsənmi istismar körüyündə qovrulan Şimali Afrikada azadlıq hərəkatı necə başlayıb? Şüarı «Bütün müsəlmanların Qurana qayıdışı» olan Seyyid Camal məktəbinin davamçısı Məhəmməd (əbdüh) Şimali Afrikaya qədəm qoyduğu gün! O, din alimlərini toplayıb onları köhnə fəlsəfədən çəkinməyə və xalqı Quranın həqiqi siması ilə tanış etməyə çağırdı.
    Həmin vaxt Quran yenidən tədris olunmağa başladı. Hətta kənd məktəblərində əsaslı bir proqram şəklində Quran təlimləri həyata keçirildi. Qurandan istifadə etməklə, Fransız əsarətinə şərait yaradan xurafatlara son qoyuldu. Hansı ki, əvvəllər istismar boyunduruğu altında olan din nümayəndələri, yalnız fərdi ibadətlərlə məşğul olurdular. Onlar ibadətlə məşğul olduqları vaxt fransız generalları Arqo və Salan Əlcəzairin, Tunisin, Mərakeşin, Mavritaniyanın qanını sorur, bu ölkələrdə koloniya qanunları tətbiq edirdilər. Meşədə ərəb ovu ilə əylənən bir general Parisə—öz arvadına yazırdı: «Biz hamımız yaxşıyıq - mən də, itim də, ərəbim də!» Bəli, bu müsibətlər baş verdiyi vaxt möminlər zikr və duaya məşğul idilər.
    Amma Quran taxçadan düşüb həyata qayıdan kimi müsəlmanlara anlatdı ki, dünyada zəlil ölən axirətdə zəlil qalxacaqdır. İnsanlar anladılar ki, İslamda Allaha yaxınlaşmağın yeganə yolu əql və düşüncə, elm və bilikdir. Anladılar ki, hər kəs zülmə təslim olsa, zalımla əlbirdir. «Həyatın əqidə uğrunda cihaddan ibarət olduğunu» dərk etdilər. Başa düşdülər ki, İslam fərdi ibadətlərlə başa çatmır, İslam Peyğəmbəri (s) rahib yox, cihad peyğəmbəridir. Onun risalət hədəfi agahlıq və ədalətdir!
    Bildilər ki, Allah-taala dəmiri ədalət tərəzisi, ədalət tərəzisini isə vəyhlə yanaşı xatırladır. Anladılar ki, imanlı cəmiyyətin nişanəsi özününkülərlə mehribanlıq, düşmənlə sərtlikdir. Bu cəmiyyət qüdrət və şərəflə seçilir. Əgər istismar altında olan cəmiyyət dözümsüz və biganədirsə, demək, onların din hesab etdiyi həqiqi İslam deyil. Onların nə namazları, nə orucları, nə duaları, nə həccləri həqiqi ibadətlərdən sayıla bilməz. Həqiqi ibadət edən şəxs cəmiyyətdəki ədalətsizliklərə biganə qalmır!
    Bəli, Quran onun mahiyyətinə varan xalqları ayıltdı və anlatdı ki, ən böyük dini vəzifə cəmiyyətdəki süqutun qarşısını almaqdır. Quran insanları inandırdı ki, dua vasitəsi ilə şəhadət savabı qazanmaq əvəzinə, ələ silah götürüb Fransa istismarı ilə vuruşmaq lazımdır. Süqut etmiş həmin dini cəmiyyətlər Quranın köməyi ilə ayıldılar və cihada qalxdılar. Xalqdan uzaqlaşmış ziyalılar istismara qarşı mübarizədə İslamın gücünü görüb, bu əzəmətli hərəkata qoşuldular. Beləliklə, xalq xurafatdan, ziyalılar isə qərbpərəstlikdən xilas oldular. Afrikada marksizmin dayaqlarından hesab olunan mütəfəkkir Ömər Ozqan İslama iman gətirib, «Ən böyük mübarizə» kitabını yazdı. «Əlcəzair milli tələbə təşkilatı» adını götürdü. Dindarlar arasında yeni ruh tapan din, dindar olmayan ziyalıları da cəzb etdi. Əlcəzair kommunist partiyasının orqanı olan «Əlcəzair respublikası» qəzetinin baş redaktoru fransız mənşəli Henri Aleq İslam mücahidləri sırasında həbsdə olarkən yazır: «Belə bir yerdə işkəncələrdən danışmaq düz çıxmır. Burada hər saatda bir ağır işkəncələrdən sonra qanlı dodaqlarında dua pıçıldayan birini həyətin ortasına tullayırlar. Mən bu kəlmələrin mənasını başa düşmürəm. Amma bu vaxtadək eşitdiklərim arasında yalnız bu kəlmələrə inanıram».
    Həmin illərdə qərb təcavüzü qarşısında qazanılmış qələbələrin yeganə səbəbi Qurana həqiqi yanaşma olmuşdur. İnsanlar anlamışlar ki, Quran büt yox, həqiqət yolunu göstərən mayakdır. Demək, Quran yalnız o zaman faydalı olur ki, oxunur, düşünülür, açıqlanır və onun göstərişlərinə əməl edilir. Əlbəttə ki, Qurana belə bir yanaşma istismarçıları qəzəbləndirir. Ona görə də Afrikada Fransa istismarının quduz canavarı Sustel deyir: «Quran dini kitab deyil. Bu kitab insanları ibadət və sülhə çağırmaq əvəzinə, onları döyüş və intiqama qaldırır. Zəlil bir cəmiyyəti Quran kimi hərəkətə gətirəcək ikinci bir qüvvə yoxdur. Quran öz sehirli kəlmələri və ecazkar avazı ilə ən ölü qəlbləri diriltmək gücündədir...».
    Yəqin ki, Qladiston haqqında eşitmisiniz. İngiltərənin ekspansionist siyasəti yolunda can qoymuş yəhudi məsləkli bu baş nazir İngiltərə parlamentində Quranı tribunaya döyəcləyərək demişdir: «Nə qədər ki, bu kitab müsəlmanlardadır, ingilis siyasəti qarşısında mütilik olmayacaq!».
    Dilindən bu sayaq təhqirlər çıxaranlar Quranın hansı təsirə malik olduğunu təcrübədə görənlərdir. Düşmənlər Quranın təsir dərəcəsini İslam alimlərindən daha dəqiq təfsir edirlər. Çünki həm düşməndirlər, həm də xəyali məfhumlardan uzaqdırlar. Bu insanlar artıq dərk etmişlər ki, oxunub düşünülən Quran istismarın qənimidir.
    Qurani-kərimin «Şura» surəsində buyurulur: «O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər, namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən sərf edərlər; və o kəslər üçün ki, onlar zülmə, təcavüzə məruz qaldıqda intiqam alarlar; hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir; zülmə məruz qaldıqdan sonra onun əvəzini çıxanlara heç bir cəza verilməz».(ayə: 38-41.)
    Məşhur «Mədəniyyət tarixi» kitabının müəllifi Vill Dorant Quran haqqında deyir: «Quranın «Sizə qarşı həddi aşanlara siz də həmin ölçüdə həddi aşın» ayəsini, İncilin «Sol üzünüzə sillə vursalar, sağ tərəfini də gətirin və əgər əbanızı istəsələr, ridanızı da bağışlayın» ayəsi ilə müqayisə etsək aydın olar ki, Quran «mərdanə əxlaq», İncil isə «qadınsayağı əxlaq» təlim edir». Demək, bu günkü müsəlman cəmiyyətləri Quran prinsipləri ilə daban-dabana ziddir. Ekspansionist fransız generallarının necə bir din arzuladıqları da məlum olur!
    Ey haqq axtaran ziyalı! Sən cəmiyyətdə insan şəxsiyyətinin alçaldılmasından əziyyət çəkirsən və bilirsən ki, Quran ən azı peyğəmbər dövründə bu şəxsiyyəti zülmətdən çıxarıb. Amma bu gün Qurana xurafatçı dindarların gözü ilə baxırsan. Axı ziyalı şəxs məsələlərə səthi yanaşmamalıdır. Sən Quranı necə tanımısan? Bu istiqamətdə hansı şəxsi axtarışların var. Qurana münasibətin göstərir ki, sən Quranı yox, düşmənin çəkdiyi Quranın şəklini tanıyırsan. Sənin tanıdığın Quran - cahillərin əlindəki istixarə və and Quranıdır!
    Quran düşüncə yolu ilə tanınmalıdır. Onu açıb oxumaq, məqsədləri barədə düşünmək, tarixi yolunu araşdırmaq, son 150 ildə Asiyada və Afrikada istismara qarşı qiyamlarda rolunu təhqiq etmək lazımdır. Bu yanaşma tərzi hər bir səmimi insana sübut edir ki, Quran - düşüncə, azadlıq, ədalət və tərəqqi kitabıdır.
    Ey ziyalı bacım, qardaşım! Kərbəla əzəmətli bir inqilab məktəbidir, ziyalı ayıq olub düşmənin hiyləgərliyini, nəyi nəyə çevirdiyini hiss etməlidir. Böyük təhriflərdən sonra eybəcərləşdirilmiş dini dəyərlərə baxıb mühakimə yürütmək olmaz. Düşmənlər həyatverici qana tiryək libası geyindirmişlər.
    Kərbəla hadisə yox, məktəbdir. Bu məktəbdən həm həqiqi İslamı, həm şiəlik həqiqətini, həm də müsəlmanlıq vəzifələrini öyrənmək olar.
    Hansı tarixçi, hansı təhqiqatçı təəssübü kənara qoya bilmişsə, Hüseynin (ə) şəhadətini həqiqi azadlıq yolunda fədakarlıq kimi dəyərləndirmişdir. Əfsus ki, əqidəsi təəssüb və təmənnadan ibarət olanlar bu şəhadətə xilafət çəkişmələri prizmasından baxmış, ən yaxşı halda, həzrət Hüseyni (ə) sufi bir aşiq kimi qələmə vermişlər.
    Hüseyn (ə) zülmə qarşı qiyama qalxmış, məzlumların azadlığı və din maskası taxanların çirkin simalarının aşkar olması üçün hər şeyindən keçmişdir. Əgər Hüseyn (ə) sükut etsəydi, həqiqi İslamın izləri tarixdən silinərdi.
    Əgər bu gün ziyalı yalnız ağlaşma kimi təqdim olunan Aşura məktəbini qəbul etsə, o da başqa xurafatçılar kimi düşmənin oyuncağına çevriləcək və dünya imperializmi sinəmizin üstündə daha rahat oturacaq. Düşmən elə bir oyun qurub ki, milləti birləşdirməli olan din, əslində, onu parçalayıb. Təhrif olunmuş dinə inanana «xurafatçı», inanmayana isə «ziyalı» adı verilib. Əslində isə, xurafatçının inandığı və ziyalının inkar etdiyi şey həqiqi İslam yox, qara əlin yonduğu bütdür.
    Əziz ziyalı! Həqiqi ziyalı həqiqi dini tanımalı, tarix boyu dinin başına açılmış oyunları, həyata keçirilmiş təhrifləri araşdırmalı və qara əli tapmalıdır. Həqiqi ziyalı o şəxsdir ki, aldanmış cəmiyyətini düşmənin oyunlarından xəbərdar edib, onu xurafatdan qurtarsın və dinin cəmiyyətdə əsl rolunu açıqlasın.
    Təəssüf ki, bu günkü ziyalı bəyənmədiyi köhnəpərəst qədər aldanmış və fəaliyyətsizdir. Çünki hər iki təbəqə həqiqi Allahdan, həqiqi İslamdan, həqiqi Qurandan, həqiqi Əlidən, həqiqi Fatimədən və həqiqi Hüseyndən xəbərsizdir.
    Məsələn, «şəfaət» inancına köhnəpərəst necə baxır, ziyalı necə baxır?
    Xurafatçı elə düşünür ki, günahkar və ləyaqətsiz insan Allah yanında hörmətli bir şəxsin himayəsini qazanıb cəzadan qurtara bilər. O, bu himayəni qazanmaq üçün təvəssül duası oxuyur, ağlayır və s.
    Məlumdur ki, şəhidlik uca zirvədir. İslamın aqibətinin həll olunduğu Bədr savaşının şəhidləri daha üstün tutulur. Ümumiyyətlə, şəhidlik zirvəsini fəth etmək üçün insan canından keçir. Bu inanc düşmənin kürkünə birə salır. Axı şəhidliyi fəxr bilən bir milləti necə istismar etmək olar?! Bu vaxt xurafatçı dindar ortaya çıxır və bildirir ki, şəhidlik məqamına çatmaq üçün düşmənlə vuruşmaq vacib deyil. Məsələn, cümə axşamı qüsl verib, 70 dəfə filan duanı oxumaqla şəhid məqamına çatmaq, Qiyamət günü Hüseynlə çiyin-çiyinə dayanmaq olar. Sən bu adamda zirəkliyə bax!
    Category: Ey ata, ey ana, biz müttəhimik | Views: 1043 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024