İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 9
Qonaqlar 9
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 15 » Ey ata, ey ana, biz müttəhimik
    7:34 AM
    Ey ata, ey ana, biz müttəhimik
    Ardı... Bəs, ziyalı nə düşünür? Çox vaxt o, bu xurafatı əsas götürərək bütün dini inkar edir. Əslində isə, dini bu kökə salan düşmən, ziyalının inkarının intizarındadır. Din xilas yolu, şəfaət həqiqət olduğu halda xilas olmaq istəyənlər, həqiqəti axtaranlar üz-üzə dayandıqları məqsədə arxa çevirirlər. Demək, ziyalı da çaşmışdır.
    Yüz ildən çoxdur ki, müsəlmanlar xurafat zəncirindədirlər. Həqiqəti dərk etmək gücündə olan ziyalılar isə auditoriyalarda öz xalqlarının cəhalətinə gülür, məzəli əhvalatlardan ləzzət alırlar. Bu gün müsəlman ziyalısı, intibah dövründə xristianlığa qarşı çıxmış qərb ziyalısını xatırladır. Lakin bütün proqnozlarda tələsik mühakimə yürüdüldüyü hiss olunur. Ziyalı elə hesab edir ki, onun xalqı zülmətdədir. Halbuki, xalqın zülmətdə olması ziyalının varlığını şübhə altına alır. Demək, ziyalı özü də qaranlıqdadır. Öz əzəmətini təsdiq etmiş, İslamın təhrif olunub saxtalaşdırıldığını görə bilməyən insanı ziyalı hesab etmək olarmı? Elmi düşüncəyə malik şəxs ənənəçi avamla eyni baxışa malikdirsə, onların heç birini ziyalı hesab etmək olmaz! Köhnəpərəstin inandığı, ziyalının isə inkar etdiyi bu günkü din həqiqi İslam deyilsə, bu yersiz çəkişmə min illər davam edəsidir. Belə getsə, ziyalı öz dörd divarı arasında xalqa güləcək, xalq da öz cəhalətinə rəğmən xurafata etiqad edəcək. Əslində, ziyalı, xurafatçı xalqa güldüyü kimi, xalq da millətin qətlinə dayanmış qərb dəyərlərinə üz tutan ziyalıya gülür. Xalq ziyalıya işarə ilə «bunlar, həqiqətdən uzaq düşmüş sözbaz günahkarlardır» deyir. Xalq ziyalını dindən və müqəddəslikdən uzaq düşmüş modernist kimi tanıyır.
    Cəmiyyət üçün həm ziyalının xalqa, həm də xalqın ziyalıya uyğun münasibəti olduqca təhlükəlidir. Hər iki münasibət İslam düşmənlərinin dəyirmanına su tökür. Bu vəziyyəti yaradan və onu daim izləyən düşmən arxayın olur ki, ziyalı həqiqəti tapa bilməyəcək və xalq xurafat buxovunda qalacaq. Düşmən yalnız və yalnız məzlum xalqların qiyamından qorxur. Xalq isə o zaman qiyama qalxar ki, bu yolda ölümü şərəf bilsin. Əgər xalqa təlqin olunmuşsa ki, dua oxumaqla şəhidin savabını qazanmaq olar, bu xalq sinəsini güllə qabağına verərmi? Bəs xalqı bu öldürücü təfəkkürdən ziyalı yox, kim qurtarmalıdır?! Halbuki, bu günkü ziyalı gördüyü xurafatdan qeyzə gəlib, İslama hücum edir. Xalqa deyilir ki, sənin inandığın həqiqi din deyil; deyilir ki, səni bu günə qoyan dindir. Beləcə, xalq ziyalını dinsiz hesab edib həm özünün, həm də ziyalının din adlandırdığı xurafatdan daha möhkəm yapışır.
    Ziyalı bacı! Ziyalı qardaş! Həqiqi İslamda məad, yəni axirət fəlsəfəsi dünya həyatını inkar etmir, bu həyatı insan kimi yaşamağa çağırır. Ümumiyyətlə, İslamda ölümdən sonrakı həyata inam insanı bu dünya həyatından uzaqlaşdırmamalıdır. Əgər bir insan axirət həyatına inandığı üçün dünya zülmlərinə dözüb səsini çıxarmırsa, belə bir inam xurafatdır! Dünyanı axirətlə əlaqəsi olmayan bir məkan kimi qəbul etmək də səhvdir. Dünya yalnız maddi rifah əldə etmək üçün deyil. Həqiqi İslamda dünya Allahın razılığını və Behişti qazanmaq üçün vasitədir. Başqa sözlə, axirət həyatı dünya həyatının davamı və nəticəsidir. Hədislərdə buyurulur ki, dünya axirət üçün əkin yeridir. Bu buyuruq dünya ilə axirətin əlaqəsini göstərir. Axirət həyatı dünya həyatının təbii məhsuludur. Həzrət Peyğəmbər (s) qısa bir kəlamla uyğun mövzuda İslamın mövqeyini bəyan edir: «Dünya həyatı olmayanın axirət həyatı da yoxdur». Demək, zalımların zülmünə dözüb, axirət həyatında bu dözümə görə əvəz alacaqlarını düşünənlər tam yanlışlıq içindədirlər. «Dünyada zülmə döz, axirətdə əvəzini alacaqsan» deyən din həqiqi İslam yox, imperializmin oyuncağıdır! Quran, dinin bu cür olduğunu düşünən xurafatçı dindarlara və qərbpərəst ziyalılara öz mesajını göndərir: «Bu dünyada kor olan şəxs, axirətdə də kor olar!».
    Ey ziyalı bacı! Ey ziyalı qardaş! Dua acizliyin nişanəsi deyil. Heç olmasa, dünyaya meydan oxuyan sultanların əzəmətli Allah qarşısında dualarını nəzərdən qaçırmayaq. Dua, məntiqə sığmayan bir məqsədə çatmaq üçün vasitə deyil. İnsan dua etməklə heç bir məsuliyyətdən canını qurtara bilməz. Dua vasitəsi ilə xəyanət ləkəsini təmizləmək olmaz!
    Avropada olduğum zaman Parisdə fars dilinə çevirdiyim ilk əsər - professor Aleksis Karlın «Dua» kitabı oldu. Bu kitab olduqca maraqlı bir əsərdir. Çünki bu kitabda elmi düşüncəyə malik, İslamın dua mətnləri ilə tanış olan bir mütəfəkkirin metodik araşdırmaları toplanmışdır.
    Alim bu kitabda duanı insanın fitrətindən baş qaldırmış, ruha zinət verən, nəfəs almaq və yemək kimi zəruri ehtiyac ünvanı ilə tanıtdırır. O, yazır: «Dua, Nitsşenin dediyinin əksinə olaraq, acizlik əlaməti deyil. Dua, insanı mənən qidalandığı vücuddan faydalandıran amildir. Dua, insanın ruhunu gündəlik qayğılar mərtəbəsindən kamal mərtəbəsinə ucaldır».
    Alim bildirir ki, dua mərasiminə bağlı olan heç bir millət tarix səhnəsindən silinməmişdir. Bu sözləri bir ruhani desəydi, adi olardı. Amma uyğun fikirlər iki dəfə Nobel mükafatı almış əcnəbi bir alimə məxsusdur. Çox maraqlı faktdır.
    Mən Parisdə bu kitabı tərcümə etdiyim vaxt hiss etdim ki, kitab nə qədər dəyərli olsa da, onda xristianlıq ruhu duyulur. Məsələn, kitabda yazılır: «Dua, insanın Allah ilə aşiqanə söhbətidir»; «Dua, insanın ehtiyac duyduğu şeyi Allahdan istəməsidir». Bu iki cümlədən belə bir nəticə çıxır ki, dua eşq və möhtaclıqdan doğur.
    Amma İslam dinindəki duaları araşdırdıqda məlum oldu ki, İslamda eşq və möhtaclıqdan başqa səbəblər də nəzərdə tutulur. Xüsusi ilə, tarix boyu təqiblərə məruz qalmış və təqiyyə şəraitində yaşamış şiə məzhəbində duada dini əqidələr və ali məqsədlər bəyan olunur. Demək, şiə məzhəbinin duaları həm də məktəb funksiyasını daşıyır. Məsələn, imam Səccadın (ə) «Səhifə» duası və bir çox əsas dualarda Allaha müraciət olunur, Onun sifətləri bəyan edilir, insanın Allah qarşısındakı vəzifələri sadalanır, eləcə də, insanın Allahın yardımına möhtac olduğu etiraf edilir. Göründüyü kimi, duanın mətnində fəlsəfi, etiqadi, elmi və əxlaqi baxışlar izhar olunur. Bütün bunlardan əlavə cəmiyyətdəki ədalətsizliklər, hakimlərin zülmü, düşmənin hiylələri duada öz əksini tapır. Demək olar ki, əksər duaların sonunda istəklər bəyan edilir: «Pərvərdigara! Məni zalımların əlində alət etmə!»
    Dua oxuyan şəxs bu cümlələri oxuduqca onun yatmış düşüncəsi oyanır. Dua, adətən, xəlvətdə oxunduğundan, başqalarının nəzərlərini öz üzərində hiss etməyən insan səmimi olur. Bu səmimiyyət, ixlas ona böyük ideallar haqqında düşünmək və özünü onlarla müqayisə etmək imkanı yaradır.
    Təəssüf ki, ziyalının dua haqqındakı düşüncələri mötəbər olmayan dualar və bu günkü dua əhlinin vəziyyəti əsasında formalaşır. İşini-gücünü atıb yalnız dua oxumaqla və dilindən çıxan sözlərin mənasını anlamayan insanlar ölçü predmeti ola bilməz. İslam dinində həqiqi duanı tanımaq üçün İslam peyğəmbərinin (s), Əlinin, Hüseynin, Fatimənin, Zeynəbin (ə) baxışları ilə tanış olmaq lazımdır. Peyğəmbərin sevimli səhabələri Əbuzər və Əmmar necə dua edirdi? Dua onları gündəlik işdən ayırırdımı? Onlar şəhadət savabını döyüş meydanında, yoxsa dua oxumaqla əldə edirdilər?
    Ey ziyalı bacı və qardaş! Sən öz elmi düşüncənlə həqiqəti tapmaq üçün əsl ideallara müraciət etməlisən!
    İslam Peyğəmbəri (s) dövrümüzün ən mütərəqqi ordularının komandanlarından daha üstün şəkildə müharibə aparırdı. İntizam, strategiya və taktika, kəşfiyyat, tibbi xidmət - bir sözlə, döyüşün taleyinə təsirli olacaq hər şeyi nəzərə alırdı. Amma bütün bunlara baxmayaraq, Həzrət dua da edirdi. Bu dualar İslam peyğəmbərinin (s) hər hansı bir vəzifəni yerinə yetirməsinə mane olmurdu.
    Həzrət Əli (ə) bütün döyüş hazırlığını gördükdən sonra belə dua edirdi: «Pərvərdigara! Əgər bizi qalib etsən, həddi aşmağa qoyma. Əgər onları bizə qalib etsən, bizə şəhadət qismət et!».
    Azadlıq, ədalət və dinin dirçəlişi yolunda ailəsi və əzizləri ilə birlikdə şəhadət meydanına çıxmış Hüseyn (ə) qanla dolu ovuclarını səmaya qaldırıb, dünyanı heyrətə gətirən bu şəhadətlərin qəbul olunması üçün Allaha dua edir.
    Əziz ziyalı! Yuxarıda xatırlanmış dualarda hansı zəifliyi, acizliyi hiss etdin? Necə düşünürsən, həqiqət bu dualardadır, yoxsa şəhidlik savabı verən dualarda?!
    Əzizlərim! Sizin ata-ananızın inandığı qəzavü-qədər əslində İslama zidd bir inancdır. Bu insanlar inanırlar ki, həyatda baş verən hər bir hərəkət əvvəlcədən müəyyən edilib. Axı düşüncəli insan necə inana bilər ki, son ilahi dində belə məntiqsiz qanunlara yer verilsin?
    Əgər hər şey əvvəlcədən müəyyən olunubsa, bir bu qədər peyğəmbərlərin göndərilməsinin, insanların doğru yola dəvət olunmasının nə əhəmiyyəti var? Bu fikirlər şərqdən hindli sufinin və qərbdən yunan filosofunun uydurmasından başqa bir şey deyil! Həzrət Peyğəmbər (s) atəşpərəstlərin belə bir əqidədə olduğunu vurğulamışdır. Necə olur ki, bir qrup insan Quranın ziddinə çıxaraq belə cəfəngiyyatlara iman gətirir?! Əgər sən ziyalısansa, İslama aid hər bir həqiqəti Qurandan öyrənməlisən. «Müddəssir» surəsinin 38-ci ayəsində buyurulur: «Hər kəs öz əməlinin girovudur». Quran həm dinsiz təhqiqatçılara, həm də beyni müxtəlif fəlsəfələrlə zəhərlənmiş din adamlarına konkret cavab verir: «O gün (Qiyamət günü) insan öz əlləri ilə etdiyi əməlləri görəcək, kafir isə «kaş torpaq olaydım» deyəcək».(«Nəbə» surəsi, ayə: 40.)
    Quran təkrar-təkrar bəyan edir ki, tarix boyu məhv olmuş bütün cəmiyyətlər özlərinə zülm edənlərdir. Hətta dialektik materializmdə cəmiyyətdəki dəyişikliklər insan iradəsindən yox, maddi amillərdən asılı bilinir. Amma Quran, istisnasız olaraq, bütün ictimai təbəddülatlarda insan düşüncəsini əsas götürür. Bu səbəbdən də İslam dinində cəmiyyətin taleyinə görə insanlar məsuliyyət daşıyır: «Hər hansı bir tayfa öz tövrünü dəyişmədikcə, Allah da onun tövrünü dəyişməz»(«Rəd» surəsi, ayə: 11.).
    Əslində, biz özümüzdən fəlsəfə toxumaq və ya dünyanın fəlsəfə toxuyanlarına ardıcıl olmaq əvəzinə, ilkin İslamın nümunəvi şəxsiyyətlərinin fikirləri ilə tanış olmalıydıq. Şübhəsiz ki, həmin şəxsiyyətlər İslamın qəzavü-qədərə münasibətini daha yaxşı bilmişlər. Əgər bütün olacaqlar əvvəlcədən təyin olunurdusa, nə üçün həmin şəxsiyyətlər ictimai proseslərdə böyük fəallıq göstərir, savaş meydanlarında qan töküb, öz qanlarına qəltan olurdular? Əgər ilkin İslamda insan iradəsi təsirsiz hesab olunurdusa, bir bu qədər zəhmət nə üçün idi?! İnsan iradəsini təsirsiz bilən qəzavü-qədər anlayışı İslam hakimiyyətini qəsb etmiş Bəni-Üməyyə dövründə inşa olundu. İnsanın məcbur olması («cəbrilik») əqidəsi Bəni-Üməyyə rejiminə bağlı alimlər tərəfindən xalqın beyninə yeridildi. Hansı ki, Quran insan iradəsini təsirli bilməklə kifayətlənmir, cəmiyyətdə baş verən hadisələrə görə insanı cavabdeh elan edirdi: «Qulaq, göz və ürək ‒ bunların hamısı sorğu-sual olunacaqdır»(«İsra» surəsi, ayə: 36.).
    Sartr ekzistensializm və humanizm məktəblərinin birləşməsindən elə bir nəzəriyyə hazırlamışdır ki, bu nəzəriyyə müasir ideologiyalar arasında ən dərin, ən mütərəqqi, ən insani görünüşə malikdir. O, öz nəzəriyyəsində əxlaqı şəxsiyyətdən, həqiqətdən, əqldən ayrı götürmüşdür. O, deyir: «Əxlaqın əsasını təşkil edən xeyir və şərr üçün gözəl niyyətdən başqa heç bir istinadgah yoxdur». Bu baxışa əsasən insan nəyi sevirsə, nədən ləzzət alırsa həmin şey xeyir, başqa sözlə - əxlaqdır. Əgər həmin insan öz gördüyü işin başqaları tərəfindən təkrar olunmasını istəmirsə, deməli bu iş şərr, başqa sözlə - əxlaqsızlıqdır. Məsələn, keçi ətini qoyun əti əvəzinə satan qəssab, başqalarının da bu işi görməsini istəmir. Amma müəyyən edilmiş qiymətdən bir qəpik aşağı ət satırsa və başqalarının da bu hərəkəti etməsini istəyirsə, bu - xeyir iş hesab olunur. Başqa sözlə, birinci hal əxlaqsızlıq, ikinci hal isə əxlaq norması səviyyəsində qəbul edilir. Belə çıxır ki, hər kəs bir əxlaq norması qoya bilər. Bu məqamda ekzistensializmin «təşviş, həyəcan» adlandırdığı hiss meydana çıxır. Guya, özünü bəşəriyyətə nümunə hesab edən fərd məsuliyyət hiss edərək, «həyəcan» keçirir. Bu həyəcan onu vadar edir ki, bəşəriyyət üçün yalnız xeyir hesab etdiyini seçsin. Beləcə, hər bir fərd özünü rəhbər hesab edir və bəşəriyyətə əxlaq öyrədir!
    Yuxarıda bir fəlsəfi baxış kimi təqdim olunan uzun-uzadı söhbətlər, məgər, həzrət Əlinin «Hər biriniz çobansınız və hər biriniz sürünün çobanının məsulu» kəlamının təfsiri deyilmi?!
    Əziz bacım, qardaşım! Bu gün insan şəxsiyyətinə və cəmiyyətin tərəqqisinə maneəyə çevrilmiş səbir və təvəkkül kimi dini dəyərlər həqiqi İslamda həm şəxsiyyəti, həm də cəmiyyəti ucaldan dəyərlər olmuşdur. Ötən dövrdə bu dəyərlərin nə dərəcədə təhrif olunub, zərərli ənənələrə çevrilməsi adamı dəhşətə gətirir. Peyğəmbər (s) dövründə bu dəyərlər nə qədər xeyirli idisə, bu gün bir o qədər zərərlidir. Bir zamankı İslamla bu günkü İslam arasında dərin bir uçurum yaranmışdır.
    Bu işdə şəkk-şübhə yaradan «xənnas» şeytanlar öz cadularını xalqın gözünə üfürərək, çox dəyərləri baş-ayaq çevirmişlər. Həyatın ruhu olan iman ölüm rəngində təqdim olunmuşdur. Bu vəsvəsəçi şeytanlar öz qara mö’cüzələri ilə - olduqca xəlvəti bir şəkildə - bütün dinlərdə öz mənafelərinə uyğun islahatlar aparmışlar. Amma İslam dininə, xüsusi ilə şiə məzhəbinə xüsusi bir yanaşma müşahidə olunur. Onlar ənənəvi mübarizə yolu ilə getmir. Məsələn, yalnız istisna hallar üçün nəzərdə tutulmuş təqiyyə (dini qorumaq məqsədi ilə əqidəni gizlətmə) hökmünü ön plana çəkərək müsəlmanları ictimai mücadilə meydanlarından uzaqlaşdırmamışlar. Məsələn, öz dövrünün şəraitinə uyğun olaraq imam Səccad (ə) nümunə göstərilməmiş, zülmlə mübarizəyə qalxmış imam Hüseyn (ə) arxa plana keçirilməmişdir. Şiəliyin əsasını təşkil edən «ədalət və imamət» büsbütün «təqiyyə və ibadət» çərçivəsində təqdim olunmamışdır. Düşmənlərimiz Hüseynin (ə) qiyamı əvəzinə, Həsənin (ə) sülhündən danışmağa üstünlük verməmişlər (halbuki, Hüseyni (ə) qiyama, Həsəni (ə) isə sülhə sövq edən onların şəxsiyyətindəki fərq yox, yaşadıqları şərait arasındakı fərq olmuşdur). Vəsvəsəçilər hər il imam Həsənin (ə) sülhü ilə bağlı mərasimlər keçirməklə, sülh ruhunu müsəlmanların qanına yeritmək istəməmişlər. Onlar belə təbliğ etməmişlər ki, zülmə dözmək, sazişçilik müsəlmanın dini vəzifəsidir. Hətta təslimçiliyi imamət etiqadının şərti kimi təqdim etməmişlər! Nə üçün? Nə üçün ilk ağıla gələn üsuldan istifadə olunmamışdır?
    Şiə məzhəbinə xüsusi bir metodla hücum edilmişdir. Aşuranı təsirdən salmaq məqsədi ilə bütün şiə tarixi Aşuraya həsr olunmuşdur. Ədalət, imamət və Kərbəla dəyərlərinə nəzərdə tutulduğundan da çox yer verilir. Bu üsulla cəmiyyətdə zülmə qarşı mübarizəni alovlandıracaq üç mərkəz dondurulur. Onlar birbaşa inqilab çeşməsini zəhərləyirlər və həyatverici suyun rəngini, dadını və qoxusunu elə dəyişirlər ki, hətta ən mütərəqqi ziyalılar da bu dəyərlərə arxa çevirirlər.
    Bu vəsvəsəçilərin digər bir işi cəmiyyəti hərəkətə gətirəcək bütün düşüncələri iflic etməkdir. Məsələn, intizar fəlsəfəsinə nəzər salaq. Çoxları intizar dedikdə, təslimçilik başa düşürlər. Amma intizar təslimçilik yox, etirazdır. İmamın zühurunun intizarında olan hər bir şəxs ətrafındakı ədalətsizliklərə etiraz ruhiyyəsində olmalıdır. «Həzrət gəlib, ədaləti bərpa edəcək» deyərək öhdəsinə düşən məsuliyyətdən boyun qaçıranlar, sözsüz ki, yanılırlar. Onlar öz süstlüklərini intizarda olmaları ilə əlaqələndirirlər.
    İntizar oturub gözləmək yox, hazırlıqda olmaqdır! Dünya imperializminin bu günkü gücünə baxmayaraq, hər an bu zülmətləri işıqlandıracaq, ədaləti yer üzündə bərpa edəcək bir inqilabın həqiqətinə inanıb intizarda olan şəxs yatıb yuxuya qala bilməz! Bu insan hər an bu zühuru gözlədiyindən, həyatını əyləncə və işrət içində keçirə bilməz! Əksinə, bu intizar, insanı hər an gözlənilən inqilaba hazır olmağa çağırır. Nə qədər ki, intizar inancı təhrif edilməmişdi, müsəlman cəmiyyətlərində hər həftənin cümə namazından sonra cıdır və oxatma mərasimləri keçirilərdi. Bu mərasimlərdə ən tanınmış İslam alimləri iştirak edərdilər. Amma sonralar intizarda olan insanlar evdə çevik görünsələr də, bayırda özlərini yıxılmaqdan zorla saxlayırdılar. Möminlər ifrat ibadətə varıb, iqtisadi duruma qətiyyən fikir vermirdilər. Ruhaninin vüqarı dinin vüqarıdır. Ruhani başını uca tutmalı, məzlum görünməməli, dindarlara öz nikbinliyi ilə ümid verməlidir. İslamın ilkin dövrlərində alimlər cıdır və oxatma yarışlarında şəxsən iştirak edərdilər. Onların iştirakı xalq üçün «hazır ol» komandası idi.
    Bəli, əsrin imamının zühuruna inam insanı ümidsizlikdən çıxarmalı, ona vüqarlı görkəm verməlidir. Əgər insan zalımların zorundan xoflanıb bu zülmü məğlubedilməz hesab edirsə, demək, intizarda deyil.
    İslam öz ardıcıllarını əmin edir ki, dünyada hökmranlıq edən zor Allahın iradəsi, tarixin hökmü ilə ölümə məhkumdur. Şiə məzhəbinə görə, həqiqət və ədalət, birlik və qardaşlıq arzuları bəşəriyyətin qəlbində qalıb gora getməməli, dünya həyatında gerçəkləşməlidir. Quran buyuruqlarına əsasən, məzlumların qələbəsi, onların dünyaya hakimiyyəti qaçılmaz həqiqətdir. Buyurulur ki, dünyanın sonuna bir gün də qalmış olsa, Allah həmin günü o qədər uzadacaq ki, məzlumların arzuları həyata keçsin.
    İntizar həqiqət və ədalətin qələbəsinə aparan tarixi zərurətdir. Bu zərurət həqiqətin batil, ədalətin zülm, insanın şeytan üzərində qələbəsinə inamdan doğur.
    Sosializm baxışlarına görə, proletariatın hakim təbəqə üzərində qələbəsi tarixi zərurətdir. Bu əqidədə olanlar daim həmin qələbənin intizarındadırlar. Baxaq görək, bu intizar hissi onların mübarizəsini gücləndirir, yoxsa süstləşdirir? Əlbəttə ki, bu inam onları daha qəti mübarizə aparmağa ruhlandırır. Bəli, intizarda ruhlandırmaq xüsusiyyəti var!
    Ziyalı bacım, ziyalı qardaşım! Həcc ibadəti iki əsas əməldən ibarətdir: 1-təvaf, yəni Kəbənin ətrafına dolanmaq; 2-səy, yəni Səfa və Mərvə dağları arasında iti yeriş. Bu iki əməl vasitəsi ilə İbrahim və Hacərin xatirəsi təzələnir. Allahın əmrinə əsasən. İbrahim, Hacər və onun südəmər körpəsini tikan bitməyən susuz səhrada qoyub, evinə qayıdır. Allahın mərhəmətinə əmin olan Hacər belə bir tapşırığı öz öhdəsinə götürür. O, bu səhrada tənha qalmağa zərrəcə tərəddüd etmir. Budur mütləq təvəkkül! Diqqət edin: belə bir təvəkkülün sahibi yerində oturmayıb, körpəsinə su tapmaq üçün iki dağın arasında qaçaraq tər axıdır. Budur mütləq səy!
    Kəbə evini yeddi dəfə təvaf etmək insanı ömrünün son anınadək çalışmağa çağırır. Yeddi rəqəmi əbədilik, sonsuzluq simvoludur. Budur Hacərsayağı həyat!
    Ziyarətçi Kəbənin təvafından sonra Səfa və Mərvə dağları arasında qaçmağa başlayır. Bu səy və zəhmətin arxasında əbədilik axtarışı durur. Səy də yeddi dəfə təkrarlanır.
    Bu iki əməlin məcmusu həm ruh, həm də həyat yaradır. Bəli, İslamda rahib təvəkkülü yoxdur! Həzrət Əlinin (ə) simasında bu təvəkkülün nümunəsini görmək olar. Həzrət öz övladına müharibənin qızğın anı haqqında deyir: «…Dişlərini bir-birinə sıx, başını Allaha tapşır, ayağını yerə mıxla…Bil ki, qələbə Allahındır!».
    Bir ziyalı ictimai mübarizəni dünyapərəst burjua cəmiyyətində təcrübədən keçirib, mömin müsəlmandan daha çox təvəkkülün yardımını hiss edə bilməz. Şərait qələbənin mümkünsüzlüyünü sübut etdiyi bir halda, həqiqi təvəkkül zəif təbəqəni qüdrətli hakimlər üzərində qələbəyə çatdırır.
    Səbir haqqında da yanlış təsəvvürlər var. Səbir - mübarizə yolunda qarşıya çıxan çətinliklərə səbir edərək sarsılmayıb, müqavimət göstərməkdir. Amma insanlara belə təlqin olunub ki, guya səbir zülmə dözüb, yerində oturmaqdır. Görün, Quranda nə buyurulur: «Ey iman gətirənlər səbir edin, dözün, döyüşə hazır olun..»(«Ali-İmran» surəsi,ayə: 200.). Başqa bir ayədə bu fikir daha aşkar bəyan olunur: «Ya Peyğəmbər! Möminləri döyüşə həvəsləndir. İçərinizdə iyirmi səbirli kişi olsa iki yüz kafirə, yüz səbirli kişi olsa min kafirə qalib gələr. Çünki onlar (həqiqəti, Allahın möminlərə olan köməyini) anlamayan bir tayfadır!; Ey möminlər! İndi Allah yükünüzü yüngülləşdirdi. Çünki O, sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa iki yüz nəfərə, min kişi olsa, iki min nəfərə, Allahın izniylə, qələbə çalar. Allah səbir edənlərlədir!»(«Ənfal» surəsi, ayə: 65-66. ).
    Bir zaman müsəlmanlara başucalığı gətirmiş «qənaət» prinsipi bu gün «ye ki, ölməyəsən» kimi zərərli bir fəlsəfəyə çevrilmişdir. Guya, müsəlman kasıb yaşamalı, dünya malını böyük iştaha sahiblərinin ixtiyarına verməlidir. Əslində, bu sayaq səbir və qənaət itlərin həyatından öyrənilmişdir. Əcnəbi bir şairin bu barədə gözəl bir şeri var. Şerdə soyuq bir qış gecəsi acından və soyuqdan tir-tir titrəyən bir neçə itin söhbəti təsvir olunur. İtlərdən biri deyir:
    - Ağanın mətbəxinin yanında, yumşaq saman üstə yatıb, mətbəxin xoş qoxusunu almaq necə də gözəldir.
    Digər bir it davam edir:
    - Süfrənin artığından da olsa, başqa ləzzəti var!
    Başqa bir it:
    - Sümük də olsa, yaxşı olar!
    Birinci it:
    - Necə də rahat ömürdür, necə də mehriban ağadır!
    Başqa bir it xatırlayır:
    - Amma bu şallaq da bir bəladır.
    O biri it ona təskinlik verir:
    - Düz deyirsən, amma dözmək lazımdır. Nə vaxtsa ağanın rəhmi gələr, hirsi soyuyar, biz də üzümüzü ayağına sürtərik. Baxar bizim yaralarımıza. Biz də onun məhəbbətini qənimət bilərik…
    Xeyr, əzizlərim! İslam dinindəki səbir şallağa səbir, deyil! Qənaəti isə Allahın dediyi mənada Əli (ə) başa düşürdü. Hər halda, bu günkü təhsilli insan qənaətin mənasını ayaqyalın məsihi rahibdən daha düzgün anlayır. Bu günkü dünyamızda əksər sahələrdə bir şüar hakimdir: «Daha çox istehsal və daha çox məsrəf».
    İnsanşünas şəxs israfçılığın insan ruhuna, eləcə də cəmiyyətə nə dərəcədə zərərli olduğunu çox gözəl anlayır. Kapitalistlərin təbliğat maşını öz gündəlik gəlirini artırmaq üçün qondarma ehtiyaclar yaradır. Bu zərərli «ehtiyaclar» fərdlərə, ailələrə, təbəqələrə, cəmiyyətlərə və millətlərə zorla qəbul etdirilir. İnsanlar az qala bütün ömürlərini bu ehtiyacların təmininə sərf edirlər. Budur Sartr fəlsəfəsinin əsl mahiyyəti. Bu lap yunan mifologiyasında Zevsin əmri ilə çiynində ömür boyu nəhəng daş qaldıran zavallı qəhrəmanın taleyinə oxşayır. Bu qəhrəman iri bir qaya parçasını dağın başına qaldırır və elə həmin anda bu qaya parçası onun çiynindən düşüb üzüaşağı dığırlanır. Əzaba məhkum olunmuş bu zavallı, əbədi olaraq eyni bir işi təkrarlayır!
    «Qazan, xərclə» şüarı da insan ömrünü, beləcə, puça çıxarır. İnsan bu gününün ötəri həvəslərinə xatir gələcəyini, ömrünü satır. O, bu işdə azad deyil. Onu bu ehtiyaclara möhtac etmişlər! Müasir dünyamızda hökm sürən quldarlıq, insanları gələcəyini satmış azad qullara çevirir. Bu günün gərəksiz ehtiyaclarını ödəməyə xatir, insan könüllü şəkildə kapitalistlərə satılır. Belə bir insan öz fitri istedadlarını məhv edərək, «qazan, xərclə» bir həyat sürür.
    Cəmiyyətin başına gətirilən bu müsibətləri, yalnız həqiqi ziyalılar dərk edə bilir. Əgər dərk edirlərsə, demək məsuliyyət də onların üzərinə düşür. Bəs nə üçün ziyalı öz vəzifəsini yerinə yetirmir? Çünki ziyalı da bu modern, komfortlu həyat tərzinin sehrinə düşmüşdür. Süni ehtiyacların təmini ardınca qaçanlar arasında ziyalı da var. Beləcə, ziyalı da «ağlını başına toplayaraq», kimsəyə dəyib-dolaşmadan, öz beşgünlük həyatını qurmağa çalışır. Bütün bu incəlikləri dərk edən, cəmiyyətin dəyərli ömrünün bər-bəzəyə sərf olunduğunu görən hər bir ağıllı insan, İslamdakı qənaət prinsipini anlaya bilər.
    Qənaət, yalnız əxlaqi fəzilət deyil, insanın böyük ideallara çatması üçün xüsusi zəruri şərtdir. Qənaət edən, mövcud imkanlarına qane olan insan əqidəsi yolunda daha fədakardır. Həyatını xalqın səadəti yolunda fəda etmək istəyən insanda iki xüsusiyyət olmalıdır: keşikçi istəyən qeyri-zəruri sərvətdən imtina və rahatlığı əldən alan qeyri-zəruri istəklərdən çəkinmə.
    Əsl azad insan, olanlarına qane olub, nəfsə itaətdən boyun qaçıran insandır. Budur Əli (ə) zöhdünün əsl mənası! Bu zöhd insanı daim ali məqsədlər sorağına aparır. Demək, qənaət - yoxsulluq, aclıq, səfalət yox, insanlığın qorunması üçün zəruri olan şəraitlə kifayətlənməkdir.
    Həzrət Əli (ə) zahidliyi qarşıya məqsəd qoymuş Asim ibn Ziyad Harisiyə deyir: «Rəzil şeytan səni yoldan azdırmışdır. Ey özünün ən böyük düşməni olan! Nə üçün ailə və övladlarına rəhm etmirsən? Nə üçün Allahın halal buyurduğunu özünə haram edirsən?»
    Həzrət Əli (ə), insanı ictimai məsuliyyətdən yayındıran zahidliyi rədd edir. Ondan soruşurlar: «Ya Əli, bəs sən nə üçün nimdaş, yamaqlı geyim geyinir, arpa çörəyi yeyirsən?» Həzrət belə cavab verir: «Mən sizin kimi deyiləm. Allah-taala rəhbərlərə əmr edib ki, cəmiyyətin ən məhrum təbəqəsi səviyyəsində yaşasınlar».
    Ey bacım, ey qardaşım, ey ziyalı! Mənim inandığım Allah öz evini xalqın çapılması üçün vasitə edən Allah deyil! Nümayəndələrinə bac ödəməklə Onu razı salmaq qeyri-mümkündür! Mənim inandığım Allah bəşəriyyəti öz ailəsi kimi tanıtdıran Allahdır! O, öz evini xalqın evi bilən Allahdır! Bu Allah öz bəndələrinə yardım göstərərək zülmə qarşı çıxan Allahdır! Onun peyğəmbərinin bir əlində kitab varsa, o biri əlində qılınc var. Mənim Peyğəmbərim (s) zalımla məzlum, ağa ilə qul arasında sevgi təbliğ edən katolik peyğəmbəri deyil! Mənim Peyğəmbərim (s) vəhşi imperatorları diz çökdürüb, məzlum xalqlara nicat verən Peyğəmbərdir. Bəli, bizim Peyğəmbərimiz (s) cinayətkarlar qarşısında qılıncla dayanıb, bəni-qərizələri dəstə-dəstə doğrayıb, quyuya tökən Peyğəmbərdir! O qüdrət və izzət peyğəmbəridir! Vill Dorant yazır: «Heç bir peyğəmbər öz ardıcıllarını güc və qüdrətə Məhəmməd səviyyəsində çağırmamış və bu yolda onun qədər müvəffəq olmamışdır». Bəli, İslam peyğəmbəri (s) həyatımızın, ədalətin, tərəqqinin peyğəmbəridir. O, hamıdan sadə tərzdə yaşamış və xalqa xidmət etmişdir.
    Əli (ə) də canişin olaraq onun yolunu davam etdirmişdir. Şiə məzhəbinin bütün imamları zülmlə mübarizə meydanında həlak olmuşlar.
    Ey xanımlar, ey ağalar! Bu gün mənim təbəqə nöqteyi-nəzərindən mənsub olduğum, amma düşüncə tərzinə qarşı çıxdığım ziyalıların qəzet, jurnal, teatr kimi böyük təbliğ imkanları vardır. Bu təbliğat vasitələri, istisnasız olaraq, dinə qarşı çıxır.
    Digər bir cəbhədə rahat və xoşbəxt möminlər dayanır. Onların ixtiyarında minlərlə məscidlər və minbərlər vardır!
    Bu iki cəbhənin arasında mənim kimi düşünənlər avara qalmışlar. Min bir əzabla bir kitab çap etdirəndə hər iki cəbhədən təzyiqlər başlayır. Ziyalılar dindarlıqda, dindarlar isə dinsizlikdə ittiham edirlər. Hər iki cəbhənin böyük təbliğat imkanları var. Mənim kimilər isə iki dəyirman daşı arasında əzilən buğda dənəsi tək əzilir. Bu iki cəbhənin həqiqət axtaran azad düşüncə və qələmi görən gözləri yoxdur!
    Əzizlərim! Siz bir müsəlman və şiə olaraq əminsiniz ki, Allah çoxlarının düşündüyü kimi deyil, Həcc bu günkü təsəvvürlərdən fərqli olaraq ali məqsədlər daşıyır, Əli (ə) sadəcə cəngavər yox, qurtuluş və hərəkət nümunəsidir. Əgər əminsiniz ki, bu günkü dini mərasimlərin səviyyəsi əsrin sürəti ilə ayaqlaşmır, onda tora düşməkdə olan bu gənc nəsil üçün bir iş görün! Bu nəsil əldən çıxmaqdadır. Hələ ki, o köhnəpərəstliklə qərbpərəstlik arasında qalmışdır. İnanın ki, o bir iman yeri axtarır. Mən bir qrup dindar gənci və bir qrup eyş-işrət yolçusu olan qərbpərəst gəncliyi nəzərdə tutmuram. Mənim nəzərdə tutduğum həm xurafatdan, həm də modern əxlaqsızlıqdan qaçan çoxluqdur. Onlar insani ehtiyacları ödəyəcək bir məktəb axtarışındadırlar.
    Ey İslam ümməti! Əgər siz əminsiniz ki, bəşəriyyətin fitri istəklərini xurafatdan təmizlənmiş həqiqi İslamdan başqa heç bir inanc doyura bilməz, onda bir iş görün!
    Bu gənclik üçün əsrin tələbinə uyğun səviyyədə olan bir məktəb hazırlanmalıdır. İnanın, inanın! İnanın ki, dinin bu günkü səviyyəsi, köhnə adət-ənənələrlə qatışdırılmış İslam gəncliyini cəzb etmək iqtidarında deyil. Həqiqət axtaran bu nəslə İslamın və şiəliyin, Quran və Əhli-beytin (ə), Məhəmməd (s) və Əlinin (ə), Fatimə (ə) və Zeynəbin (ə), cihad və Kərbəlanın həqiqi simasını göstərin. Dünyaya mədəniyyət bəxş etmiş İslamı əgər biz bu səviyyəyə endirmişiksə, biz də öz səviyyəsinə qaldırmalıyıq. Əgər bütün məsullar bu gün ayağa qalxmazsa, sabah gec ola bilər. Nə qədər ki, gənc nəsil həqiqətə olan ümidini itirməyib, onların sorağına getməyimiz zəruridir!
    Category: Ey ata, ey ana, biz müttəhimik | Views: 1038 | Added by: Islam_Kitabxanasi | Rating: 4.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024