İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1820
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » 2011 » September » 28 » Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    11:06 AM
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    OTUZ BİRİNCİ DӘRS
    İSLAMDA ELM VӘ ALİMİN FӘZİLӘTİ
    İslam dini həyatın bütün sahələrində olduğu kimi, təlim və təhsil sahəsində də bəzi üsul və qanunlar müəyyən etmişdir. Onlardan bəziləri müəllimlərin tədrisinə, bəziləri şagirdlərin əxlaq və davranışlarına, bəziləri də şagirdlərlə müəllimlərin qarşılıqlı münasibətlərinə aiddir.
    Növbəti dərslərimizdə bu haqda ətraflı söhbət açacağıq. Lakin hər şeydən əvvəl diqqətinizi islamın elm sahiblərinə verdiyi qiymətə cəlb edirik.
    QURANIN ELM VӘ ALİMLӘRӘ VERDİYİ QİYMӘT
    1. Peyğəmbərə (s) nazil olan ilk ayələrdə Allah-taala yaradılışın necəliyi haqda xəbər verdikdən sonra, bəşəriyyətə bəxş olunan ilk nemətin məhz elm olmasını buyurur.
    «[Ya Peyğəmbər! Qurani-kərimi bütün məxluqatı] yoxdan yaradan Rəbbinin adı ilə [Bismillah deyərək] oxu!
    O, insanı laxtalanmış qandan yaratdı.
    [Ya Peyğəmbər!] Oxu! Sənin Rəbbin ən böyük Kərəm sahibidir!
    O Rəbbin ki qələmlə [yazmağı] öyrətdi.
    O Rəbbin ki, insana bilmədiklərini öyrətdi».(Әləq 1-5. )
    2. Allah-taala elm sahiblərini başqalarından üstün tutur.
    «...Allah da sizdən iman gətirənlərin və [xüsusilə] elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın...»(Mücadilə-11. )
    3. Hikmət sahiblərinə böyük nemət nəsib olmuşdur.
    «...Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir...» (Bəqərə-269. )
    Hikmətə nail olmağın yollarından biri də elm və agahlıq əldə etməkdir.
    4. Quran nöqteyi-nəzərindən elm sahibləri beş xüsusiyyətə malikdirlər:
    a). İman; «...Elmdə qüvvətli olanlar isə: Biz onlara iman gətirdik, onların hamısı Rəbbimiz tərəfindəndir...» (Ali-İmran-7.)
    b). Tövhid; «Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir...»(Ali-İmran-18.)
    v). Allah qorxusundan qəm-qüssə; «Ondan əvvəl elmə çatmış kəslər yanlarında Quran oxunduğu zaman üzü üstə səcdəyə qapanarlar.» (İsra 107-109.)
    q). Təvazökarlıq; Yuxarıdakı ayələrdə bu haqda danışıldı.
    d). Qorxu. «...Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar...» (Fatir-28. )
    PEYĞӘMBӘRİN (S) KӘLAMLARINDA ELM VӘ ALİMİN DӘYӘRİ
    1. «Allah-taala xeyir və səadətini istədiyi şəxsləri öz dinində idrak və düşüncə sahibi edər.»(Səhih Buxari, Elm fəsli-70. )
    2. «Ümmətimin alimləri Bəni-İsrail peyğəmbərləri ilə bərabərdirlər».(Biharul-ənvar, 2-ci cild, Elm kitabı. )
    3. «Alimlər peyğəmbərlərin varisləridir».(Sünəni İbni Macə, 1-ci cild, 17-ci bab, 223-cü hədis. )
    4. «Göylərdə və yerdə olanların hamısı alimlərin bağışlanmasını istəyər».(Sünəni ibni Davud, 2-ci cild, səh-285. )
    5. «Alimlər insanları peyğəmbərlərin gətirdikləri şəriətlə hidayət etdikləri, mücahidlər isə peyğəmbərlərin gətirdiklərinin təlim olunmasının keşiyində durduqları üçün peyğəmbərlik məqamına ən yaxın olan kəslərdir».(Ehyaul-ülum, Ğəzzali, Elm kitabı. )
    6. «Qiyamət günü alimlərin mürəkkəbi şəhidlərin qanı ilə ölçülər».(Həmən mənbə. )
    7. «Həqiqətən yer üzünün alimləri göydəki ulduzlara bənzəyərlər. Onların gecənin qaranlığında dəniz və quruda saçdıqları işıqla insanlar öz yollarına davam edər, söndükdə isə yolu azmaq təhlükəsi ilə qarşılaşarlar».(Kənzül-ümmal, 28769-cü hədis. )
    8. «Allah-taala İbrahim (ə)-a vəhy edərək buyurdu: «Ey İbrahim! Həqiqətən Mən Özüm aliməm, alimləri də sevirəm».(Ehyaul-ülum, Ğəzzali, Elm kitabı. Әsqəlanidən nəql olunur.)
    9. «Bir alimin ölümü bir qəbilənin ölümündən daha ağırdır».(Ehyaul-ülum, Ğəzzali, Elm kitabı, Təbəranidən nəql olunur. )
    10. «Alimlərin məqamı abid və pəhrizkarların məqamından yetmiş dəfə ucadır. Onlar arasındakı məsafə o qədər böyükdür ki, çapar atlar bu iki məqamın arasını yetmiş ilə qət edərlər. Alimlərin onlardan üstün olmaları bundan irəli gəlir ki, abidlər ibadətlə məşğul olduqları bir halda Şeytan bidətçilik məqsədilə onları haqq yoldan azdırmaq istərkən, yayılmaqda olan bidətin qarşısını məhz alimlər alarlar».(Әttrəğib-vəttərhib, 1-ci cild, səh-102, 36-cı hədis. )
    11. «Min abidin mövcud olmasına dözmək, Şeytan üçün bir alimin mövcud olmasına dözməkdən daha asandır».(Sünəni Termezi, Elm kitabı, 11-ci bab, 2681-ci hədis. )
    12. «Allah-taala, dinini öyrənmək üçün səy edən şəxslərə güman etmədiyi yerdən ruzi verib ehtiyacsız edər».(Ehyul-ülum, Ğəzzali, Elm kitabı, Xətibdən nəql olunur. )
    13. «Qiyamət günü üç dəstəyə şəfaət edərlər: Peyğəmbərlər, alimlər və şəhidlər».(Sünəni ibni Macə, 1209-cu hədis. )
    14. «Әn gözəl sədəqə odur ki, insan elm öyrənib onu müsəlman bacı-qardaşlarına da təlim etsin».(Sünəni ibni Macə, 20-ci bab, 243-cü hədis. )
    15. «Mələklər, hətta qarışqa və dənizdəki balıqlar da insanlara elm öyrədib haqq yolu göstərənləri alqışlayarlar».(Kənzül-ümmal, 28736-cı hədis. )
    16. «Alimlərin üzlərinə nəzər salmaq ibadətdir».(Biharul-ənvar, 1-ci cild, Elm kitabı. )
    17. «Alimin dünyadan köçməsi islam dinində elə bir boşluq yaradır ki, gecə və gündüzün bir-birinin yerini dəyişməsi bu boşluğu doldurmur».(Kənzül-ümmal, 28761-ci hədis)
    PEYĞӘMBӘRİN (S) KӘLAMLARINDA ŞAGİRD VӘ TӘLӘBӘLӘRӘ VERİLӘN QİYMӘT
    1. «Elm öyrənmək hər bir müsəlmana vacibdir».(Sünəni ibni Macə, 1-ci cild, 17-ci bab, 224-cü hədis. )
    2. «Elm Çində olsa belə öyrənin. Çünki elm öyrənmək hər bir müsəlmana vacibdir».(Kənzül-ümmal, 28697-ci hədis, Biharul-ənvar, 1-ci cild, Elm kitabı. )
    3. «Allah-taala elm dalınca gedib onu əldə edən şəxslərə iki mükafat, elm dalınca gedib onu əldə edə bilməyənlərə isə bir mükafat bəxş edər».(Әttərğib-vəttərhib, 1-ci cild, səh-96. )
    4. «Allahın Cəhənnəm odundan nicat tapmış şəxsləri görmək istəyənlər tələbələrə nəzər salsın. And olsun canım əlində olan Allaha! Elə bir tələbə yoxdur ki, elm əldə etmək üçün alimlərin yanına gediş-gəliş etdikləri zaman atdıqları hər bir addım bir illik ibadətin savabını qazanmamış olsun. Atdığı hər bir addımın müqabilində Cənnətdə onun üçün bir ev tikilər. Üzərinə qədəm basdığı yer belə Allah-taaladan onun bağışlanmasını istər. Gününü başa vurmaqla Allah-taala onun bütün günahlarını bağışlayıb əfv edər. Mələklər şəhadət verərlər ki, onlar Allahın Cəhənnəm odundan nicat verən kəslərdir».(Fəxri Razinin təfsiri, 2-ci cild, səh-180.)
    5. «Elmə yiyələnənlər, sanki gündüzləri oruc tutub gecələrini ibadətlə keçirərlər. Elmdən nəisə öyrənmək onun üçün Әbu Qubeys dağı boyda qızıl ehsan etməkdən daha xeyirlidir».(Fəxri Razinin təfsiri, 2-ci cild, səh-180. )
    6. «Elm məqsədilə evindən xaric olan şəxs qayıdanadək Allah yolunda olar».(Sünəni Termezi, 1647-ci hədis. )
    7. «Nadanlar arasında olan tələbə, ölülər arasında olan diriyə bənzəyər».(Kənzül-ümmal, 28726-cı hədis. Biharul-ənvar, 1-ci cild, Elm kitabı. )
    8. «Elm öyrənərkən dünyasını dəyişən tələbə şəhadətə nail olmuş olar».(Әttərğib-vəttərhib, 1-ci cild, səh-97. )
    9. «İslamın dirçəlişinə səbəb olan, elmə yiyələnən şəxslərlə, Cənnətdə peyğəmbərlər arasında yalnız bir dərəcə fasilə olar».(Kənzül-ümmal, 28833-cü hədis.)
    10. «Mələklər tələbələrin əldə etdiklərini elmə razılıq əlaməti olaraq öz qanadlarını onların ayaqları altına salarlar».(Kənzül-ümmal, 28725-ci hədis.)
    11. «Elm öyrənmək məqsədilə səfərə çıxan şəxsləri Allah-taala Cənnətin yollarından birinə hidayət edər».(Həmən mənbə, 28746-cı hədis. )
    12. Nəql olunmuş rəvayətlərdən birində deyilir: Bir gün Peyğəmbər (s) məscidə daxil olub orada bəzilərinin ibadət, bəzilərinin də öyrənməklə məşğul olduğunu görüb buyurur: «Onlar ibadət edib Allahı çağırır, bunlar isə elm öyrənməklə nadan və cahilləri həqiqətdən agah edirlər. Mən də Allah tərəfindən elm öyrədib həqiqəti agah etmək üçün göndərilmişəm». Peyğəmbər (s) sözlərini bitirib elm öyrənənlərə tərəf gedir».(Sünəni ibni Macə, Kənzül-ümmal, 28701 və 28873. )
    SUALLAR VӘ TAPŞIRIQLAR
    1. Quranda işarə olunan elm sahiblərinin xüsusiyyətlərini sadalayıb buna dəlalət edən ayələri əzbərdən oxuyun.
    2. Peyğəmbər (s) alimin hansı məqama layiq olduğunu buyurur?
    3. Peyğəmbərdən (s) nəql olunmuş hədisdə kimlərin Cəhənnəm odundan nicat tapacaqlarına işarə olunur?
    4. Peyğəmbərdən (s) nəql olunmuş hədisdə hansı dəlillər üzündən alimlər abid və zahidlərdən üstün hesab olunurlar?
    Category: Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) | Views: 534 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019