İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 28 » Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    10:59 AM
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    OTUZ ÜÇÜNCÜ DӘRS
    MÜӘLLİMLӘ TӘLӘBӘ ARASINDA QARŞILIQLI MÜNASİBӘTLӘR
    Elm və elmə yiyələnməyin nə qədər əhəmiyyətli olduğunu bildikdən sonra təhsil və tədris zamanı müəllimlə şagird arasındakı qarşılıqlı münasibətlərin hansı səviyyədə olması haqda söhbət açmağı daha məqsədə uyğun hesab edirik. İslamın görkəmli alimlərindən olan Şəhid Sani (Allah ona rəhmət etsin) bu münasibətləri üç hissəyə bölür:
    1. Müəllimlə şagirdlər arasındakı müştərək vəzifələr;
    2. Müəllimə xas olan vəzifələr;
    3. Tələbəyə xas olan vəzifələr.
    Şəhid Saninin bu məsələyə olan baxışından istifadə edərək bu və növbəti dərslərimizdə müəllimlə tələbə arasında şərikli vəzifələr haqda söhbət açacağıq.
    MÜӘLLİMLӘ TӘLӘBӘ ARASINDA QARŞILIQLI VӘZİFӘLӘR
    İstər müəllim, istərsə də tələbə təhsil və tədris zamanı bu altı məsələyə xüsusi diqqət yetirməlidir:
    1. Niyyət saflığı:
    İslam, müsəlmanlara gördükləri bütün işlərin Allah dərgahında qəbul olunması üçün niyyətlərinin saf olmasını və Allaha xatir görmələrini tövsiyə edir. Çünki, görülən işlərin puçluğu və ya özünün həqiqi dəyərini tapması niyyətin saf olub-olmamasından asılıdır. Әgər niyyət saf və görülən işlər Allaha xatir və Onun razılığını qazanmaq üçün olarsa, Nəhl surəsinin 96-cı ayəsində deyildiyi kimi qoyduğu təsir əbədi olaraq qalacaqdır:
    «Sizdə olan [dünya malı] tükənər, Allah dərgahında olan [axirət nemətləri] isə əbədidir...»
    Bu səbəbdən də ilahi [saf] niyyət dedikdə verdiyi nəticə və dəyərinin Allahdan istənilməsi nəzərdə tutulur. Çünki biz özümüz fani bir varlıq olduğumuz kimi gördüyümüz işlərin də verdiyi nəticələr müvəqqəti və fani olacaqdır.
    Qurani-kərim, Kəhf surəsinin 103-104-cü ayələrində gördükləri işlərdən pis məqsəd daşıyan şəxsləri insanların ən fasid və ziyana uğrayanı adlandırır:
    «[Ya Məhəmməd!] De ki: Sizə əməlləri baxımından [axirətdə] ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?
    O kəslər ki onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini [və bunun müqabilində mükafata nail olacaqlarını] zənn edirlər».
    Başqa bir ayədə həyatlarında axirət dünyasının nemətlərini əldə etmək istəyənlər bol-bol nemətlər əldə edəcəklərinə, lakin dünyapərəst şəxslərin axirət dünyasında heç nə əldə edə bilməyəcəklərinə işarə olunur:
    «Biz axirət qazancını [savabını] istəyənin qazancını artırar, dünya mənfəətini istəyənə də ondan verərik. Onun axirətdə heç bir payı yoxdur».(Şura-19. )
    «Hər kəs fani dünyanı istəsə dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verərik. Sonra isə [axirətdə] ona Cəhənnəmi məskən edərik. O, Cəhənnəmə qınanmış və [Allahın mərhəmətindən] qovulmuş bir vəziyyətdə daxil olar».(İsra-19.)
    Peyğəmbər (s), insanın əməl və rəftarında niyyətinin oynadığı rol haqda buyurur:
    «Bütün işlərin etibar və dəyəri onun niyyətindən asılıdır. Hər bir şəxs əldə etdiyi şeyə hər hansı bir niyyətlə nail olur. Allah və Peyğəmbərin (s) razılığının əldə etmək məqsədilə görülən hər bir iş Allah və Onun Peyğəmbəri tərəfindən qəbul olunar və nəticədə Allaha və Onun Peyğəmbərinə qovuşar. Dünyaya meyl edən şəxslər isə ya dünya malına nail olar və ya onlara nəsib olan şey yalnız həyat yoldaşları olar. Demək hər bir şəxs nəyi nəzərdə tutmuşsa ona doğru gedib və həmin şeyə nail olar».
    Bu səbəbdən də saf niyyətə nail olmaq üçün bütün işlərdə, o cümlədən elmə yiyələndikdə də hər şeydən əvvəl Allahın və Onun Peyğəmbərinin razılığını qazanmağı nəzərdə tutmalıyıq ki, gördüyümüz işlərin verdiyi nəticə uzun müddət öz səmərəsini vermiş olsun.
    Peyğəmbər (s) bu haqda buyurur:
    «Möminlərin qəsd və niyyətləri əməllərindən daha yaxşıdır [çünki mömin bir insan hər şeydən əvvəl Allahın və Onun Peyğəmbərinin razılığını qazanmaq niyyətində olar].
    NİYYӘT SAFLIĞINA APARAN YOL
    Niyyət saflığına nail olmaq üçün hər şeydən əvvəl batini paklığa diqqət yetirmək lazımdır. Allahdan qeyrisinə meyl etməməliyik və bu da yalnız Allaha xalis bəndəlik və ibadət etməklə mümkündür. Zumər surəsinin 2-3-cü ayələrində bu haqda buyurulur:
    «...Buna görə sən də dini məhz Allaha aid edərək yalnız Ona ibadət et...!
    Bil ki, xalis din [sırf ibadət, təmiz itaət] ancaq Allaha məxsusdur...»
    Başqa bir ayədə buyurulur:
    «Kitab əhli yalnız özlərinə açıq-aydın dəlil [Peyğəmbər və Quran] gəldikdən sonra [dində] aryrılığa düşdülər [onlardan kimisi Peyğəmbərə iman gətirdi, kimisi onu inkar etdi, kimisə də şəkk-şübhə içində qaldı].» (Bəyyinə-4. )
    Başqa bir ayədə Allaha yaxınlaşmağın və əbədi səadətə nail olmağın ən başlıca şərti ibadətdə tövhid və saf niyyətli olmaqdır. Saf niyyətli ibadətin sayəsində isə əməli-saleh insanların əbədi Cənnətlə mükafatlandırılacaqları göstərilir. Kəhf surəsinin 110-cu ayəsində buyurulur:
    «...Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın».
    Bunun üçün də təhsildə hər şeydən əvvəl ən başlıca məqsəd, Allahın razılığını qazanmaq və dinin inkişafına xidmət etmək olmalıdır. Әks təqdirdə, əldə olunan elmin nəinki heç bir dəyəri olmayacaq, əksinə insanı əbədi Cəhənnəm əzabına da düçar edəcəkdir.
    Peyğəmbər (s) bu mətləbə işarə edərək buyurur:
    «Allahın razılığına səbəb olan elmlərdən birini dünyəvi hədəf və məqsədlər üçün öyrənən şəxslər qiyamət günü Cənnətin iyini də duymazlar».(Kənzül-ümmal, xəbər, 29020. )
    Başqa bir hədisdə buyurur:
    «Allahdan qeyrisi üçün və Ondan başqasının istək və razılığına xatir elm öyrənən şəxslər Cəhənnəm oduna düçar olarlar».(Sünəni Termezi, 5-ci cild, Elm kitabı, bab-6. )
    Həmçinin buyurur:
    «Alimlərlə mübahisə aparıb nadan və cahillərin qarşısında öyünmək və ya camaatın nəzərini özünə cəlb etmək məqsədilə elm öyrənən şəxsləri Allah-taala Cəhənnəm oduna daxil edər».(Kənzül-ümmal, xəbər, 29036.)
    «Alimlərlə mübahisə aparıb nadan və cahillərin qarşısında öyünmək və camaatın nəzərini özünə cəlb etmək məqsədilə elm öyrənməyin. Elm öyrənməklə Allahın dərgahında olan nemətlərə nail olmağa çalışın. Çünki, Allah dərgahında olanlar sonsuz və əbədidir. Sadə geyinib gecələri ibadətlə keçirin. Belə etsəniz dünya sakinləri sizləri unutsa da, evlərin zinət və hidayət çırağına çevrilib Allah dərgahında əbədi olaraq şöhrət tapacaqsınız».(Sünəni Darmi, 1-ci cild. )
    «Bu dörd şeyə görə elm öyrənən şəxslər Cəhənnəm əzabına düçar olarlar:
    1. Alimlərlə mübahisə aparmaq;
    2. Nadan və cahillərin qarşısında öyünmək;
    3. Camaatın nəzərini özünə cəlb etmək;
    4. Yiyələndiyi elmin vasitəsilə hakim və əmirlərdən (dövlət başçılarından) pul və var-dövlət əldə etmək.(Həmən mənbə. )
    «Elm artdıqca dünya malına meyl edən şəxslər Allahdan bir o qədər uzaq düşərlər».(Həmən mənbə. )
    Әli (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur:
    «Elm və var-dövlət əldə etmək istəyənlər doymağın nə olduğunu bilməzlər. Allahın bəxş etdiyi ruziyə qane olanlar daim əmin-amanlıq içində olar, tövbə etməyib daim haram yeyənlər isə özlərini həlak edərlər. Elmi, həqiqi elm sahiblərindən öyrənib ona əməl edənlər uğur qazanar, elmi yalnız dünya məqsədi ilə öyrənənlər isə ondan yalnız dünyada bəhrələnərlər».(Üsuli-kafi, 1-ci cild, Elmin fəziləti. )
    İmam Sadiq (ə) bu haqda buyurur:
    «Bilin ki, dünya malına meyl edən alimlər dinlərində süstlüyə yol vermişlər. Çünki, insan adətən onu əhatə edən şeyə məhəbbət göstərir». Sonra sözlərinə davam edərək buyurur:
    «Allah-taala həzrət Davud (ə)-a belə bir vəhy etdi:
    «Dünya malına aldanan alimlərə meyl etmə. Belə olduqda səni Məndən uzaq salarlar. Dünyapərəst alimlər əməli-saleh bəndələrimin var-dövlətlərini qarət etmiş oğrulardırlar. Onlara verdiyim cəzaların ən yüngülü Mənimlə etdikləri münacatların (duaların) şirinliyini qəlblərindən çıxarmağım olacaqdır».
    Həmçinin imam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur:
    «Alimlər dünya malına aludə olmayınca, peyğəmbərlərin əmin olduqları şəxslər hesab olunarlar».(Həmən mənbə.)
    Səhabələr Peyğəmbərdən (s) soruşur: Ya Rəsuləllah! Dünya malına aludə olmaq dedikdə, nəyi nəzərdə tutursunuz? Buyurur:
    «Padşah və soltanların getdikləri yolu davam etdirmək. Әgər belə edərlərsə, dininizi qoruyub saxlayasınız deyə, onlardan uzaq olun.
    Allahın tükənməz rəhmət və mərhəmətindən bəhrələnmək üçün təhsilin ən başlıca şərtlərindən biri Allahın razılığını əldə etməkdir».
    SUALLAR VӘ TAPŞIRIQLAR
    1. Qurani-kərim kimlərin daha çox ziyana uğradığını bildirir?
    2. Niyyəti necə saflaşdırmaq olar?
    3. Peyğəmbər (s) hansı məqsədlər üçün elm öyrənməyi yasaq edir?
    4. İmam Sadiq (ə) möminlərə hansı alimlərdən uzaq düşməyi tövsiyə edir?
    5. Həzrət Məhəmməd (s) hansı alimləri Peyğəmbərlərin əmin olduqları şəxslər hesab edir?
    Category: Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) | Views: 736 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024