İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1820
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » 2011 » September » 28 » Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    10:57 AM
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    OTUZ ALTİNCİ DӘRS
    Müəllimlə şagirdin müştərək vəzifələri ilə tanış olduqdan sonra bu və növbəti dərslərimizdə onların üzərinə düşən vəzifələr haqda da ayrı-ayrılıqda söhbət açacağıq.
    İslam dünyasının tanınmış müəllim və alimlərindən biri olan Şəhid Sani, müəllimlə şagirdin üzərinə düşən vəzifələri üç hissəyə bölmüşdür:
    1. Müəllimin özünə aid olan vəzifələr;
    2. Müəllimin şagirdlərə qarşı olan vəzifəsi;
    3. Müəllimin sinifdə üzərinə düşən vəzifələr.
    MÜӘLLİMİN ÖZÜNӘ AİD OLAN VӘZİFӘLӘR
    1. Elm sahəsində addımlayan hər bir şəxs tədris etməzdən əvvəl özünün belə bir məsuliyyətli işə hazır olub-olmadığına xüsusi diqqət yetirməli, təhsilini başa vurduqdan sonra müəllimlərinin qarşısında sınaq imtahanı verməli və yalnız onların icazəsini aldıqdan sonra tədris etməyə başlamalıdır. Әks təqdirdə, üzərinə düşən məsuliyyətin öhdəsindən gələ bilməyərək özünü gülünc vəziyyətə salmış olar. Peyğəmbər (s) onları əyinlərinə böyük paltar geymiş şəxslərə bənzədir:
    «Qisməti olmaya-olmaya, zorla özünü doymağa və ya ehtiyacını ödəməyə çalışan şəxslər, əyinlərinə böyük paltar geymiş şəxslərə bənzəyər».(Sünəni ibni Davud, Әdəb kitabı, 4997-ci hədis. )
    2. Müəllim, yiyələndiyi elmi, ona qiymət verməyi bacaran və eyni zamanda elmə yiyələnməyə istedad və marağı olan şəxslərə öyrətməlidir. Әks təqdirdə, elm öz etibarını itirib dəyərsizləşəcəkdir.
    Keçmiş dövrün alimləri tədris üçün şagirdlərin evinə getməyi elmə qarşı hörmətsizlik sayardılar. Bu barədə diqqəti cəlb edən məsələlərdən biri də elm aşiqlərinin elm və təhsil yolunda öz doğma yurd-yuvalarını tərk edib uzaq ölkələrə mühacirət etmələridir. Bir çox çətinliklərə sinə gərən elm aşiqləri illər boyu qürbət ellərdə yaşayıb elmin açılmayan sirlərinə yol tapmağa cəhd etmişlər. Bu da bir daha elm və alimlərin tutduğu yüksək mövqeyə dəlalət edir.
    3. Müəllimlə şagirdin müştərək vəzifələri haqda söhbət açdıqda qeyd etdik ki, istər müəllim, istərsə də şagird elmə Allaha xatir və saf niyyətlə yiyələnməli və ya tədris etməlidir. Lakin bunu da bilməliyik ki, müəllim öz elminə əməl etməkdə şagirddən daha diqqətli olmalıdır. Bu işdə səhlənkarlığa yol verdikdə, o, öz müəllimlik vəzifəsini layiqincə yerinə yetirməmiş olur. Belə bir şəraitdə şagirdlərdə müəllimə qarşı etinasızlıq yaranacaq və onun tədris etdiyi elm heç bir nəticə verməyəcəkdir. Şagirdlərdə belə bir fikir yaranır ki, əgər onun dedikləri haqdırsa, nə üçün özü bu məsələyə diqqət yetirmir.
    Bəqərə surəsinin 44-cü ayəsində bu haqda deyilir:
    «Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüz unudursunuz?....»
    İmam Cəfər Sadiq (ə) - «Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar» - ayəsinin izahında buyurur:
    «Alim o kəsdir ki, öz əməli ilə dediklərini təsdiq etmiş olsun. Allahdan qorxan da məhz o kəslərdir».
    Başqa bir yerdə buyurur:
    «Әməlsiz alimləri və cahil insanları görməyə taqətim yoxdur. Әməlsiz alimləri öz elmlərinə etinasız olub insanları elmdən uzaqlaşdırdıqları, cahil və nadanları isə nadanlıqları üzündən insanları din və ibadətdən ayrı saldıqları üçün».(Biharul-ənvar, 1-ci cild, Elm kitabı.)
    Müəllimlər öz şagirdlərinə bəzi göstərişlər verdikləri zaman ilk növbədə özləri buna əməl etməlidirlər.
    Məsələn, müəllim öz şagirdlərinə camaat namazlarında, müsəlmanların dəfn mərasimlərində və təşkil etdikləri məclislərdə iştirak etmək və ya xəstələrə baş çəkməyi tövsiyə edirsə, özü də bütün bunları təxirə salmadan həyata keçirməlidir. Həmçinin onlara bəzi qadağalar qoyduqları zaman özləri də həmin qadağalara tabe olaraq, ömürlərini eyş-işrət içində keçirməməlidirlər. Lakin bir çox hallarda müəllim üzürlü səbəblərə görə üzərinə düşən [şəri] vəzifəni lazımınca yerinə yetirə bilmir. Belə olduqda o, bunu başqalarına, xüsusilə tədris etdiyi şəxslərin [şagirdlərinin] qarşısında büruzə verməməlidir. Çünki bu kimi hallarda Şeytani vəsvəsələr müsəlmanların bir-birlərinə qarşı şəkk-şübhə ilə yanaşmalarına səbəb olur. Məsələn, Ramazan ayında orucluğun müqəddəsliyinin qorunub saxlanılması üçün bir şəxsin ümumi kütlə qarşısında yeyib-içməyi və bu müqəddəs ayda yasaq olan hər hansı bir işi görməyi haram hesab olunur. Bunun üçün də üzürlü hesab olunsa da, bu kimi hallarda bəhanə gətirərək ümumi kütlə qarşısında özünün oruc tutmadığını büruzə verməməlidir. Çünki belə olduqda zəif və iradəsiz şəxslər Şeytani vəsvəsəyə uyaraq bu ayın müqəddəsliyinə etinasızlıqla yanaşar və çox asanlıqla öz oruclarını poza bilirlər. Müəllim, tərbiyəçi və başqalarına nümunə olan bu kimi şəxslər bu məsələyə başqalarından daha çox diqqət yetirməli və daha ciddi yanaşmalıdırlar. Bunun üçün də müəllimlər üzürlü olsalar belə, öz şagirdlərinin qarşısında mövqe və şəxsiyyətlərinə xələl gətirən şeylərdən uzaq olmağa çalışmalıdırlar.
    Nəql olunmuş rəvayətlərdən birində deyilir: Bir gün Peyğəmbər (s) zövcələrinin biri ilə evə qayıdarkən yolda səhabələrdən biri ilə qarşılaşır. Səhabənin yanlış fikrə düşməsinin qarşısını almaq məqsədilə buyurur:
    «Bu mənim [adını çəkərək] zövcəmdir».
    4. Müəllim nümunə olaraq öz şagirdlərində və başqalarından daha gözəl əxlaqi xüsusiyyətlərə yiyələnməlidir. Sözsüz ki, müəllimin rəftar və davranışı dediklərindən daha çox təsir göstərir. Bunun üçün də səmimiyyət, təvazökarlıq, əxlaq və sair bu kimi müsbət xüsusiyyətlər müəllimlərdə elə bir həddə olmalıdır ki, başqaları onların bu gözəl xüsusiyyətlərinə qibtə edərək özlərinə örnək və nümunə hesab etmiş olsunlar. Nəql olunmuş rəvayətlərdən birində deyilir: Bir gün İsa (ə) öz həvarilərinə deyir: «Sizlərdən bir xahişim var və çox istərdim ki, onu yerinə yetirəsiniz». Həvarilər dedilər: Hər nə istəsəniz yerinə yetirməyə hazırıq. İsa (ə) ayağa qalxıb bir-bir onların ayaqlarını yumağa başlayır. Həvarilər xəcalətli halda İsa (ə)-ı bu işdən çəkindirmək istəyirlər. Lakin söz verdikləri üçün xəcalət çəksələr də buna dözməli olurlar. İsa (ə) onların ayaqlarını yuyub qurtardıqdan sonra deyirlər: Bu işi biz görsəydik daha yaxşı olardı. İsa (ə) üzünü onlara tutub buyurur: «Xidmət etmək üçün alimlər insanların ən yaxşsıdır. Sizin qarşınızda təvazökarlıq etdim ki, siz də məndən sonra camaatla təvazökarlıqla davranasınız. Toxum, qayalıqda yox, torpaqda bitdiyi kimi, evlər də təkəbbürlüklə deyil, təvazökarlıqla abad olur».
    5. Müəllimlər zalım və sitəmkarlara tədris etməkdən çəkinməli və buna qətiyyən yol verməməlidirlər. Çünki bəzi mənfi ünsürlər yiyələndikləri elmdən sui istifadə edərək öz mövqelərini daha da gücləndirməyə çalışarlar.
    Bəzən də elmə yiyələnmək istəyən şəxslərin məqsədi heç də cəmiyyətdə fitnə-fəsad törətmək, pozğunluğa yol vermək deyil, sadəcə olaraq mümkün qədər çox var-dövlət əldə etmək olur. Bir çox tanınmış islam alimləri bu fikirdə olmuşlar ki, müəllimlər gərək bu kimi şəxsləri öz elm və təcrübələrindən məhrum etməsinlər. Belə ki, bir çox hallarda qeyri-ilahi niyyətlə elm və təhsil alan şəxslər təhsil zamanı öz səhvlərini başa düşmüş və düzgün nəticə çıxararaq islah olunmuşlar. Qeyd etmək lazımdır ki, alimlərin bir çoxu şagirdlərinin elmə qədəm qoyduqları ilk gündən mənəvi saflığa xususi diqqət yetirmiş və onlara bu işdə dəyərli məsləhətlər vermişlər. Mənəvi cəhətdən saflaşıb əxlaqi dəyərlərə yiyələndikdən sonra elmin qapılarını onların üzünə açardılar. Bütün bunlar şagirdlərin əvvəldən düz yola qədəm qoymalarına, təhsillərini saf ilahi niyyətlə davam etdirmələrinə və nəhayət, elmə böyük əhəmiyyət vermələrinə səbəb olur.
    Bunun üçün də müəllimlər tədris etdikləri şəxslərin kimliyinə diqqət yetirməli və bəzilərinin elmdən sui istifadə edərək cəmiyyətdə fitnə-fəsad törətmələrinə yol verməməlidirlər.
    6. Alimlər öz elm və bacarıqlarını elmi qiymətləndirməyi bacaran şəxslərin ixtiyarına qoymalı və bu işdə heç nəyi onlardan əsirgəməməlidirlər. Allah-taala, Qurani-kərimdə bir neçə yerdə alimlərdən bildiklərini başqalarından gizlətməyəcəklərinə dair əhd-peyman alır.
    Ali-İmran surəsinin 187-ci ayəsində buyurulur:
    «Allah kitab əhlindən: Siz onu [kitabda olanları] gizlətməyib, insanlar üçün aydınlaşdırmalısınız!-deyə əhd aldığız zaman......».)
    Başqa bir ayədə buyurulur:
    «Kitabda [Tövratda] insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən şəxslər Allahın lənətinə düçar olar və bütün lənət edə bilənlər də onlara lənət oxuyar!» (Bəqərə-159. )
    İmam Məhəmməd Baqir (ə) bu haqda buyurur:
    «Elmin zəkatı onun Allah bəndələrinə öyrədilməsidir».(Elmin fəziləti. )
    İmam Sadiq (ə) buyurur:
    «Әli (ə)-ın kitabında deyilirdi: Allah-taala alimlərin nadanları öz elmlərilə bəhrələndirmədən, onlardan [nadanlardan] elmə yiyələnmələri üçün əhd-peyman almır. Çünki, elm cəhalət və nadanlıqdan əvvəl yaranmışdır».
    7. Alimlərin üzərinə düşən digər vəzifələrdən biri də həqiqəti gizlətməmələridir. Camaat - «biz bu həqiqəti bilmədik və bizi bundan agah edən şəxs də olmadı» - deməsinlər deyə, müəllim və alimlər həqiqəti olduğu kimi onlara çatdırmalı və üzərlərinə düşən vəzifəsini layiqincə yerinə yetirməlidirlər.
    İslam dininin vacib etdiyi «Xeyirli işlərə dəvət, pisliklərdən çəkindirmək» (Әmr bil məruf və nəhy ənil munkər) kimi mühüm vəzifələrdən biri də məhz alimlərin üzərinə düşür. Hər bir mömin şəxs ixtiyarında olan elmi məlumatlarla bu məsələyə xüsusi diqqət yetirməli və bununla bidətçilərin nüfuzunun qarşısını almalıdırlar.
    Peyğəmbər (s) buyurur:
    «Ümmətimin arasında bidət baş alıb getdikdə alimlər öz elmlərini aşkara çıxarıb həqiqəti kimsədən gizlətməməlidirlər. Belə etməyənlər Allahın lənətinə gələrlər».(Biharul-ənvar, 2-ci cild, Elm kitabı.)
    Elm və tədris alimlərin işi olduğu üçün yaranmış bidətlərin qarşısını almaq da məhz onların üzərinə düşür.
    Onlar haqq-ədalətin qorunub saxlanılmasında kimsəyə güzəştə getməməli, həqiqətin aşkara çıxarılmasında heç nədən çəkinməməlidirlər.
    SUALLAR VӘ TAPŞIRIQLAR
    1. Müəllim tədrisdən əvvəl nə kimi hazırlıqlar görməlidir?
    2. Müəllim bütün elmi məsələləri hər bir şagirdə açıqlamalıdırmı?
    3. İmam Sadiq (ə) alimin hansı xüsusiyyətlərə malik olmasını vacib bilir?
    4. Keçmiş alimlər tədris etməyə başlamazdan əvvəl əxlaqi məsələlərə [mənəvi saflığa] diqqət yetirmişlər?
    Category: Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) | Views: 378 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019