İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 28 » Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    10:56 AM
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    OTUZ YEDDİNCİ DӘRS
    MÜӘLLİMİN VӘZİFӘLӘRİ
    1. Müəllimin üzərinə düşən ən başlıca vəzifə öz şagirdlərini tədricən dini və əxlaqi təlimlərlə tanış edib, onların elmi səviyyələrini artırmaqdan ibarətdir. Hər bir maddə öz xüsusiyyətinə uyğun olan qabda yerləşdiyi kimi, ilahi elmlər də sağlam əql və qəlblərdə yerləşər. Bunun üçün də müəllimlər öz şagirdlərinə tədris etməzdən əvvəl, onları həqiqəti qəbul etməyə hazır etməlidirlər ki, elmin həqiqəti qarşısında təslim və təvazökar olsunlar. Yalnız belə bir şəraitdə şagirdlər insani yüksəlişə nail ola bilərlər.
    Bunun isə ən başlıca şərti şagirdlərin niyyətlərinin saflaşdırılmasına köməklik göstərmələri və bu yolda onlara lazımi məsləhətlər vermələridir. Onlar çalışmalıdırlar ki, tərbiyə etdikləri şagirdlərin niyyətləri saf və xalis olsun, onlar ilahi elm və mərifət dəryasında qərq olsunlar.
    Bunun üçün də müəllimlər hər şeydən əvvəl şagirdlərinin mənəviyyatına xüsusi diqqət yetirməli, fani dünyaya bel bağlamalarına yol verməməlidirlər. Hidayət yoluna qədəm qoymaları üçün onlarda elmə qarşı rəğbət hissi oyatmalı və elmin sirlərinə yol tapmaqda onlara kömək etməlidirlər.
    2. Müəllimlər şagirdlərdə rəğbət hissi oyatdıqdan sonra elmə yiyələnməyin fəzilətini və elmin həqiqi dəyərlərini onlara çatdırmalıdırlar. Onlara xatırlatmalıdırlar ki, yaradılış aləminin əzəmət və böyüklüyünü yalnız elm və təqvaya birlikdə nail olduqdan sonra dərk edə bilərlər. Böyük elmi nailiyyətlər əldə etmiş, təqva və pəhrizkarlıqla mənəvi saflığa nail olmuş bir çox dahi alimlərin həyatı şagirdləri maraqlandırmaqda ən başlıca amil hesab oluna bilər.
    3. Müəllim-şagird münasibətləri islam qardaşlıq tərzi-təfəkkürü əsasında formalaşmalıdır. Müəllim öz doğma övladına qarşı necə mehriban olursa, şagirdlərinə qarşı da bir o qədər qayğıkeş olmalıdır. Özü üçün istədiklərini onlara da arzu etməli, özünə rəva bilmədiyi şeyləri onlara da rəva bilməməlidir.
    Peyğəmbər (s) bu haqda buyurur:
    «Sevdiyiniz şeyləri müsəlman qardaşlarınıza arzu etməyincə, qəlblərinizə iman yol tapmayacaqdır».(Səhih Buxari, 1-ci cild, İman kitabı. )
    Demək, müəllim öz şagirdlərini sevdiyi şeylərə sövq etməli və özünə rəva bilmədiyi şeylərdən çəkindirməyə çalışmalıdır.
    4. Müəllim öz şagirdlərini haram şeylərdən və xoşagəlməz xüsusiyyətlərdən çəkindirməyə çalışmalıdır. Onlara olunan tövsiyələr ilk mərhələdə olduqca mülayim və məntiqi olmalıdır. Çünki sərt davranış onları nəinki günahdan çəkindirməyəcək, əksinə günah və harama meyl etmələrinə səbəb olacaqdır.
    Allah-taala Musa (ə)-la Harun (ə)-ı Fironun yanına göndərərkən onunla mülayim danışmağı əmr edir:
    «Onunla yumşaq danışın. Bəlkə öyüd-nəsihət qəbul etsin, yaxud [Rəbbindən] qorxsun!» (Taha-44.)
    Mülayim rəftarla şagirdlərin günaha düçar olmalarının qarşısını almaq mümkün olmadıqda, şübhəsiz ki, ciddi tədbirlərə əl atmalı və lazım gəldikdə cəzalandırmaqdan belə çəkinməməlidir. Bu da bir nəticə vermədikdə, başqalarına mənfi təsir göstərməsinlər deyə, onları təhsil mühitindən uzaqlaşdırılmalıdırlar.
    5. Müəllimlər şagirdlərin qarşısında qürur və təkəbbürlüyə yol vermədən son dərəcə təvazökar olmalıdırlar. Yalnız belə bir şəraitdə müəllimlə şagirdlər arasında səmimi münasibətlər yaranar və şagirdlər müəllimlərin onlara etdikləri tövsiyələrdən faydalana bilərlər.
    Eyni zamanda müəllimlər şagirdlərin zəif xüsusiyyətlərindən agah olub onların aradan qaldırılmasında müvafiq tədbirlərə əl ata bilərlər. Şüəra surəsinin 215-ci ayəsində Allah-taala Peyğəmbərə (s) əmr edərək buyurur:
    «Sənə tabe olan möminləri qanadın altına al! [Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!]»
    Demək, müəllim öz şagirdləri ilə səmimi münasibətdə olub onlarla gözəl davranmalıdır. Şagirdlər müəllimlərin onlara qarşı səmimi münasibət bəslədiyini görüb onun məcburiyyət üzündən deyil, elmə olan meyl və maraq üzündən tədris etdiyinin şahidi olacaqlar.
    Müəllim şagirdlərinə qarşı son dərəcə qayğıkeş və mehriban olmalıdır. Onların hər birinin adını yadında saxlamalı, dərsdə iştirak etməyənlərdən hal-əhval tutub çətinliklərinin aradan qaldırılmasında kömək etməlidir. Beləliklə, müəllimlə şagirdlər arasındakı münasibətlər daha da yaxşılaşır və nəticədə müəllim, üzərinə düşən vəzifələrin öhdəsindən gəlməkdə daha müvəffəq olur. Eyni zamanda elm və müəllimə olan hörmət daha da güclənir və şagirdlər müəllimlərinin qədrini daha çox bilməyə başlayırlar.
    6. Müəllim izah etdiyi mövzuları şagirdlərin istedad və bacarıqlarına müvafiq olaraq anlatmağa çalışmalıdır. Müqəddimə və sadə mətləblər haqda ilkin məlumatlar vermədən, dərk olunması ağır olan mövzular haqda söhbət açmaq şagirdlərin biliklərinin artmasına deyil, əksinə onların elm və təhsildən uzaq düşmələrinə səbəb olur. Müəllim şagirdlərin suallarına cavab verdikdə də bu məsələyə diqqət yetirməlidir. Suallara verilən cavablarda da müqəddiməyə ehtiyac duyduqda belə, dərhal cavab verməməli, onlarda ibtidai məlumatların əsasını qoymağa çalışmalıdır. Çünki başa düşülməsi ağır olan mətləblər bir çox hallarda sual verən şagirdi daha da ağır şəraitə salır.
    Müəllim tədris etdiyi mətləblərin tərtib və ardıcıllığına riayət etməlidir. Bu məsələni onlara etdiyi əxlaqi tövsiyələrində də nəzərə almalıdır. O, hər şeydən əvvəl şagirdləri vacib və zəruri (istər şəri olsun, istərsə də ictimai) məsələlərə sövq etməli, daha sonra bir o qədər də zəruri olmayan məsələlər haqda lazımi məlumatlar verməlidir.
    7. Müəllim şagirdlərin əhval-ruhiyyələrinin artmasına çalışmalı və onların həyatın bütün sahələrində, o cümlədən elm və təhsildə uğur qazancaqlarına ümidvar etməlidir. Eyni zamanda onların ruhdan düşmələrinə və mənəvi sarsıntı keçirmələrinə səbəb olacaq heç bir şey deməməlidir. Məsələn, şagird dərs zamanı hər hansı bir mətləbi düzgün bəyan edə bilmədikdə müəllim səbr və təmkinlə onun səhvini düzəltməli, danlaq və yersiz xəbərdarlıqlarla şagird yoldaşlarının qarşısında alçaltmamalıdır.
    8. Müəllim şagirdləri elmi mübahisələrə, sual-cavaba, sinifdə daha fəal olan qabaqcıl şagirdlərə qarşı ehtiramla yanaşmağa sövq etməlidir. Həmçinin şagirdlərin mübahisə zamanı yeni fikirlər irəli sürmələrini və məntiqi iradlarını nəzərə alıb onları bu işdə daha da fəal olmağa həvəsləndirməlidir. Şagirdlərin məlumat dairələrini daha da genişləndirmək üçün onlara əlavə məlumatlar verməli və bu işdə onların özlərinin də fəaliyyət göstərmələrinə lazımi şərait yaratmalıdır.
    9. Müəllim şagirdlər arasında bərabərliyə xüsusi diqqət yetirməlidir. Dərs zamanı sorğu-sual etdikdə onların arasında fərq qoymamalıdır. Onlara istedad və bacarıqlarını büruzə verməyə və elmi səviyyələrini artırmağa köməklik göstərməlidir. Şagirdlərlə eyni səviyyədə davranmalı, lakin daha fəal və zirək şagirdlərin zəhmətini isə lazımınca qiymətləndirməyi bacarmalıdır. Müəllim fəal şagirdlərə xüsusi diqqət yetirməli və onları başqalarından daha çox sevməlidir və bunu nə üçün belə etdiyini şagirdlərə anlatmağı bacarmalıdır. Әks təqdirdə, fəal şagirdlərin dərsə olan meyli zəifləyəcək, tənbəl şagirdlərin isə ədəbsizliklərinin daha da artmasına səbəb olacaqdır.
    10. Müəllim yalnız öz ixtisasına uyğun olan fənləri tədris etməlidir. Әks təqdirdə, həm müəllim öz mövqeyini itirər, həm də şagirdlər yanlış məlumatlar əldə etmiş olarlar.
    Eyni zamanda müəllim yalnız öz ixtisasının əhəmiyyət kəsb etdiyini söyləməklə, digər fənlərə təhqir gözü ilə baxmamalıdır. Әlbəttə, bu məsələ islamın yasaq etdiyi fənlərə şamil olunmur.
    11. Müəllim şagirdlərin istedad və bacarıqları ilə tanış olduqdan sonra onları daha çox uğur qazana bilcəkləri fənlərə istiqamətləndirməli və kimlərdən dərs almalı olduqlarını da tövsiyə etməlidir.
    12. Tədris dövrü başa çatdıqdan sonra müəllim yeni şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmalı və öz təhsilini başa vurmuş şagirdlərin tədris etmələrinə lazımi şərait yaratmalıdır. Öz fəal şagirdlərini tanıtdırmalı, elm sahiblərində onlara qarşı xoş fikir yaratmalıdır.
    SUALLAR VӘ TAPŞIRIQLAR
    1. Tədris etməzdən əvvəl müəllim şagirdlərin mənəvi saflığına nə üçün diqqət yetirməlidir?
    2. Müəllimlə şagirdlər arasındakı münasibətlər necə olmalıdır?
    3. Müəllim dərs zamanı hansı qaydalara riayət etməlidir?
    4. Şagirdlərin istedad və bacarıqlarını çiçəkləndirməkdə müəllimin üzərinə nə kimi vəzifələr düşür?
    5. Şagirdlərin təhsil dövrü başa çatdıqdan sonra müəllimlərin üzərinə hansı vəzifələr düşür?
    Category: Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) | Views: 839 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024