İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1820
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » 2011 » September » 28 » Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    10:52 AM
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    QIRX ÜÇÜNCÜ DӘRS
    QAZANC VӘ İŞLӘMӘYİN FӘZİLӘTİ
    Müqəddəs islam dininin diqqət yetirdiyi məsələlərdən biri də maddi ehtiyacların təmin olunması, qazanc əldə etmək, işlə təmin olmaq və iş zamanı başqaları ilə gözəl rəftar və davranış tərzidir. Lakin bu haqda söhbət açmazdan əvvəl böyük əhəmiyyət kəsb edən bir suala cavab verməliyik. İslam dini qazanc və gəlir əldə etməyə necə münasibət bəsləyir? Bu məsələyə baxış müsbətdirmi? Әgər müsbətdirsə, nə dərəcədədir? Bu dərsimizdə həmin bu suala ətraflı cavab verəcək və növbəti dərslərimizdə qazanc və gəlir əldə etməyin qayda-qanunları haqda söhbət açacağıq.
    Qazanc və gəlirə dəlalət edən nəql olunmuş hədis və ayələr iki əsas hissəyə bölünür. Әksəriyyət təşkil edən birinci dəstəyə aid olan hədis və ayələrdə qazanc və gəlir əldə etmək, tacirlik, fəhlələrin gecə-gündüz zəhmət və çalışmalarının fəzilətinə toxunulmuş və müxtəlif şəkillərdə tərif olunmuşdur. Lakin ikinci dəstəyə aid olan hədis və ayələrdə var-dövlət və qazanc əldə etmək məqsədilə ticarət və digər işlərlə məşğul olmaq tənqid atəşinə tutulmuşdur. Bu dərsimizdə hər iki dəstəyə aid olan hədis və ayələr barəsində danışacaq və daha sonra söhbətimizi bu məsələyə aid olan mülahizələrlə bitirəcəyik.
    BİRİNCİ QİSM
    Allah-taala insanların diqqətini məişətlərinin böyük bir hissəsinin təmin edən və böyük nemətlərdən biri olan günün işıqlığına cəlb edərək buyurur:
    «Gündüzü isə dolanışıq [ruzi qazanmaq] vaxtı etdik».(Nəbə’-11. )
    Başqa bir ayədə ruzinin ilahi nemətlərdən biri olduğuna və insanların onlara bəxş olunan ruzilərin müqabilində Allah-taalaya layiqincə şükr etmələrinə işarə olunur:
    «Sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanacaq vasitələri yaratdıq. Siz isə olduqca az şükr edənlərsiniz!» (Ә’raf-100. )
    Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir:
    «Günahlar arasında elə bir günah da vardır ki, ruzi əldə etmək üçün zəhmətə qatlaşmaqdan savayı onun qoyduğu təsiri heç bir şey aradan aparmır».
    Başqa bir hədisdə buyurulur:
    «Daim halallıqla ticarət edən tacirlər, qiyamət günü məhşərə əməli-saleh şəxslər və şəhidlərlə daxil olarlar».(Sünəni Termezi, 5-ci cild. )
    «Başqalarına möhtac olub dilənməmək üçün halal ruzi qazanaraq ailəsinin maddi ehtiyaclarını ödəyən, qonşularına yaxşılıq edən şəxslər qiyamət günü Allah-taalanın görüşünə on dörd gecəlik ay kimi gələrlər».(Üsuli-kafi, 5-ci cild. )
    «Bazarlar Allahın ruzi süfrələridir. Oraya daxil olanlar ilahi nemətlərdən bəhrələnərlər».(Ehyaul-ülum, (Qazanc və məişətin tə’minatı fəsli). )
    Başqa bir rəvayətdə deyilir:
    «Günlərin bir günü Peyğəmbər (s) öz səhabələrilə şəhərin ətrafında oturduğu zaman günün qızmar istisində cavan bir oğlanın tər-qan içində işələdiyini görürlər. Səhabələrdən biri deyir: Heyf! Kaş öz qüdrətini Allah yolunda sərf edəydi. Peyğəmbər (s) buyurdu:
    Onun haqda belə danışmayın. Әgər o, başqalarına möhtac olub yolçuluq etmək əvəzinə zəhmətə qatlaşırsa, Allah yolunda çalışmış olur. Әgər ata-anasının və övladlarının məişətini təmin etmək üçün zəhmətə qatlaşırsa, yenə də Allah yolunda çalışmış olur. Yox, əgər var-dövlət əldə edib qürur və təkəbbürlük məqsədilə zəhmətə qatlaşarsa, Şeytan yolunda çalışmış olur».(Ehyaul-ülum, (Qazanc və məişətin tə’minatı fəsli). )
    İmam Məhəmməd Baqir (ə) nəql edərək deyir: «Həccətul vida günü Peyğəmbər (s) buyurdu:
    Agah olun ki, Cəbrail (ə) mənə ilham etmişdir ki, kimsə ruzisi tam verilməyincə dünyasını dəyişməyəcəkdir. Elə isə təqvanı hər şeydən üstün tutun və ruzi ardınca getdikdə ifrata varmayın. Lakin bu işdə süstlük göstərmək sizləri günaha vadar etməməlidir. Çünki, Allah-taala bəndələrinin ruzisini onların arasında haram olaraq deyil, halallıqla bölmüşdür. Demək, təqvalı olub səbr edən şəxslərə Allah-taala halal ruzi nəsib edər. Tələsik qeyri-halal yolla ruzi əldə edən şəxslərə isə həmin ruzinin miqdarında halal ruzisindən azaldar və qiyamət günü məhşərdə onu tənbeh edər».
    Məhəmməd ibni Munkədər nəql edir ki, günlərin bir günü Mədinənin ətrafına getmişdim, elə orada Әbu Cəfər Məhəmməd ibni Әli (imam Baqir (ə)) ilə qarşılaşdım. O, öz əkin sahəsində günün qızmar çağında əkinçiliklə məşğul idi. Onu belə görçək təəccüblənərək öz-özümə dedim: Sübhanəllah! Qureyşin adlı-sanlı bir şəxsiyyəti günün bu qızmar çağında qan-tər içində dünya malı fikrinə düşübmü?! Ona nəsihət etməyim lazımdır. Yaxınlaşıb salam verdim. İmam Baqir (ə) üzündən tər axdığı halda salamımın cavabını aldı. Ona bir qədər də yaxınlaşıb dedim. «Allah-taala Özü sizi salamat etsin. Sizin kimi Qureyşin adlı-sanlı şəxsiyyətlərindən birinə günün bu qızmar çağında bu qədər əzab-əziyyət çəkmək yaraşarmı?! Bu halda əcəl sizi haqlasa nə edəcəksiniz? İmam Baqir (ə) Məhəmmədi təmkinlə dinlədikdən sonra buyurdu:
    Әgər bu halda ölüm məni haqlasa, mən dünyamı Allaha itaət etmiş kimi dəyişmiş olacağam. Çünki, belə etməklə özümü və ailə üzvlərimi səndən ehtiyacsız etmiş olacağam. Mən ondan qorxuram ki, əcəl çatdığı zaman Allaha itaətsizlik etmiş olum. Dedim: Düz deyirsən, Allah sənə rəhm etsin. Mən sənə nəsihət vermək istəyirdim, lakin sən mənə nəsihət verdin.(Üsuli-kafi, 5-ci cild.)
    İmam Sadiq (ə)-dan nəql olunmuş rəvayətdə deyilir: «Yoxsul olduğu bir halda haram qazancdan uzaq olub özünün və ailə üzvlərinin ehtiyaclarını təmin edən şəxslər, sanki Allah yolunda cihad etmiş şəxslərə bənzərlər.»
    Başqa bir hədisdə buyurur: «Ailə üzvlərinin ehtiyaclarını təmin etmək üçün zəhmətə qatlaşan şəxslər Allah yolunda cihad etmiş şəxslərə bənzərlər».
    İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur:
    «Məlun (lənətlənmiş) o kəsdir ki, özünün xərc və təminatını başqalarının üzərinə qoymuş olsun».
    Göründüyü kimi bu qismə aid olan hədis və rəvayətlərdə məişət ehtiyaclarının təmin olunması üçün çəkilən zəhmət və səylər nəinki pislənməmiş, əksinə, olduqca tərifəlayiq və axirət dünyasının savab və mükafatına səbəb olan bir iş kimi göstərilir. Məsum imamların (ə) həyatına nəzər saldıqda bu kimi məsələlərlə tez-tez rastlaşmaq olar. Bir qədər əvvəl qeyd etdiyimiz rəvayəti də buna aid etmək olar. Fəzl ibni Әbi Qurrənin imam Sadiq (ə) haqda nəql etdiyi başqa bir rəvayətdə deyilir: «Səhabələrdən bir neçəsi ilə imam Sadiq (ə)-ın mənzilinə doğru yola düşdük. Evinə çatdıqda divar hördüyünü gördük. Ondan kömək etməyimizə və ya işçi gətirməyimizə icazə istədikdə buyurudu: Xeyr! Öz işinizlə məşğul olun. İstərdim Allah-taala məni halal ruzi üçün çalışmağımı görsün».
    Әli ibni Әbi Həmzə nəql edərək deyir: «Bir gün imam Musa Kazim (ə)-ın öz əkin sahəsində işlədiyini gördüm. Ayaqlarının dizlərinə qədər torpağa batdığını gördükdə ürək ağrısı ilə dedim: Canım sənə fəda olsun, qulluqçuların haradadır? Buyurdu: Peyğəmbər (s) Әmirəl-möminin (ə) və ata-babalarım hamısı öz əlləri ilə əkib-biçər, özləri öz ruzilərini təmin edərdilər. Bu peyğəmbərlərin və əməli-saleh şəxslərin xüsusiyyətlərindəndir».(Həmən mənbə. )
    İKİNCİ QİSM
    Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir:
    «Mənə ticarətlə məşğul olmaq və var-dövlət əldə etmək vəhy olunmadı, mənə vəhy olundu ki, yəqinlik hasil etmək üçün Allaha həmd-səna edib səcdə edənlərdən olum».(Üsuli-kafi, 5-ci cild. )
    «Allahdan bağışlanmağınızı diləyin, çünki bu, ruzinin artmasına səbəb olur».(Biharul-ənvar, 103-cü cild, bab-2. )
    Nəql olunmuş başqa bir rəvayətdə deyilir: Allah-taala Davud (ə)-a vəhy edərək buyurur:
    «Başqalarına ehtiyac duymayıb, yalnız Mənə təvəkkül edənləri ehtiyacsız edərəm».
    Peyğəmbərdən (s) nəql olunmuş başqa bir rəvayətdə deyilir: «Allah-taala dünya sərvətini Öz bəndələrini axirət dünyasının əməllərinin müqabilində bəxş edir. Lakin axirət dünyasının xeyir və savabını dünyəvi işlərin müqabilində kimsəyə bəxş etmir».
    Әli (ə) buyurur:
    «Ruzi iki hissəyə bölünür: Onlardan biri tələb olunan (istənilən), digəri isə istənilmişdir. Dünya malını istəyənləri ruziləri tam verilmədən əcəl haqlayar, axirət dünyası üçün yaşayanları isə dünya ruziləri tam verilənədək dünya tələb edəcəkdir (yəni yaşamaqlarını istəyəcəkdir).»(Biharul-ənvar, 103-cü cild, bab-2. )
    İkinci qismə aid olan hədis və rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, möminlər öz vaxtlarını ticarət və ya digər sahələrdə fəaliyyət göstərərək ruzi qazanmaq əvəzinə Allah-taaladan bağışlanmalarını diləyərək ömür-günlərini dua etmək və ibadət etməkdə keçirməlidirlər. İnsan, Allahdan bağışlanmasını diləməklə ruzi əldə etdiyi bir halda, nə üçün işləmək və ticarət fikrində olmalıdır? Peyğəmbər (s) «Allah-taala dünya sərvətini insanlara ibadət və əməli-saleh işlər görməklə bəxş edir» buyurduğu bir halda nə üçün ibadət, mənəviyyat, dua və münacatlar əvəzinə dünya və maddiyyat haqda düşünməliyik və s. Bir sözlə, mömin insan qazanc və məşğuliyyət əvəzinə Allah-taaladan bağışlanmasını diləyərək səcdəyə qapılmalı, dərd-qəmini Onunla bölüşməlidir. Hər iki hissəyə aid olan hədis və rəvayətlərdən belə bir nəticəyə gəlirik ki, birinci dəstəyə aid olan rəvayətlərdə, yəni şəxsin özünün və ailəsinin məişət ehtiyaclarını təmin etmək və faydalı işlərlə məşğul olmaq islam nöqteyi-nəzərindən tərifə layiq və savaba daha yaxındır. Hərçənd beytul-mal qoryucusu, qazi və ictimai işlərdə çalışan bəzi şəxslərə özlərinin və ailə üzvlərinin məişət təlabatını təmin etmək üçün «beytul-maldan» istifadə etməyə icazə verilmişdir. Lakin onlar da imkan daxilində öz istedad və bacarıqlarından istifadə etməlidirlər.
    İmam Sadiq (ə)-ın Әli (ə)-dan nəql etdiyi rəvayətdə deyilir:
    «Allah-taala Davud (ə)-a vəhy edərək buyurur:
    «Әgər beytul-maldan istifadə etməsəyədin bəndələrimin ən yaxşısı olardın.
    Davud (ə) ona nazil olmuş bu vəhyi eşitdikdən sonra qırx gün qəm-qüssəyə qərq olub, qırx gün göz yaşları tökdü. Allah-taala dəmirə Davud (ə) üçün yumşalmasını əmr etdi. O da hər gün bir zireh düzəldib min dirhəmə satdı. Bir il ərzində üç yüz altmış zireh satıb üç yüz altmış min dirhəm qazandı. Beləliklə, «beytul-mala» heç bir ehtiyac duymadı.»(Üsuli-kafi, 5-ci cild. )
    Bütün bunları nəzərə alaraq, Peyğəmbər (s) və Məsum imamlar (ə) öz əkin sahələrində çalışar və özlərinin məişət ehtiyaclarını təmin edərdilər. Demək, ticarət və qazanc məqsədilə müxtəlif sahələrdə çalışmaq özü-özlüyündə heç də xoşagəlməz bir şey deyildir. Xoşagəlməz şey varsa, o da aşağıda qeyd edəcəyimiz bu iki şeydən ibarətdir.
    Onlardan biri var-dövlət əldə etməkdə ifrata varmaq və əldə olana qane olmamaqdır. Nəql olunmuş bir çox rəvayətlərdə bu məsələyə xüsusi diqqət yetirilmiş və o, təqva sahiblərinə xas olmayan bir xüsusiyyət kimi göstərilmişdir. Peyğəmbərin (s) «Həccətul-vida»da müsəlmanlara var-dövlət əldə etməkdə nə ifrata varmamalarına, nə də bu işdə süstlük göstərməklərinə dair etdiyi tövsiyələri buna misal çəkmək olar.
    Başqa bir hədisdə deyilir: «İnsanların ən yaxşısı o kəsdir ki, dünya malından ehtiyacını ödəyənədək istifadə etmiş olsun».
    Digəri isə insanı var-dövlət əldə edərək axirət dünyasından uzaqlaşdırmış olsun. Belələri dünyalarının abad və firavan olması üçün axirət dünyasını özləri öz əlləri ilə viran edərlər. Nur surəsinin 37-ci ayəsində buyurulduğu kimi:
    «O kəslər ki nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz...»
    İmam Sadiq (ə) ayənin izahında buyurur:
    «Onlar bir neçə tacir idilər. Namaz vaxtı çatan kimi alış-verişlərini buraxıb namaza tələsərdilər. Onlar iş və qazanc fikrində olmayanlardan daha çox savaba nail olarlar».
    Başqa bir rəvayətdə deyilir: «Təlaq surəsinin ikinci və üçüncü ayələri Peyğəmbərə (s) nazil olarkən, ticarətdən və onlara gəlir gətirən digər işlərdən əl çəkib ibadətə qapıldılar. Xəbər Peyğəmbərə (s) çatdıqda onlardan soruşur: Nə üçün işlərinizdən əl çəkmisiniz? Bunun səbəbi nədir? Dedilər: Allah-taala ruzi verəcəyinə vədə vermiş, biz də buna görə bundan belə yalnız ibadətlə məşğul olacağıq. Buyurdu: Allah-taala belə edənlərin duasını qəbul etməyəcəkdir. Siz özünüz ruzi dalınca getməlisiniz ki, Allah da sizə ruzi versin. Mən üzünü Allaha tutub ruzi dalınca getməyənləri sevmirəm».(Həmən mənbə. )
    SUALLAR VӘ TAPŞIRIQLAR
    1. Hədislərdən istifadə edərək iş və qazanc fəzilətini bəyan edin.
    2. Peyğəmbərin (s) «Həccətul-vida»da oxuduğu xütbədən nə başa düşürük?
    3. Var-dövlət əldə etməkdə ifrata varmamaq və bu işdə süstlük göstərməmək deyildikdə nə nəzərdə tutulur?
    4. Qazanc əldə etməkdə «təqva» hansı rolu oynayır?
    Category: Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) | Views: 355 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019