İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 28 » Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    10:51 AM
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    QIRX DÖRDÜNCÜ DӘRS
    QAZANC VӘ İŞLӘMӘYİN QAYDA-QANUNLARI
    Artıq, məlum oldu ki, islam dini, başqalarına möhtac olmasın deyə, hər bir şəxsin özünün və ailə üzvlərinin məişət ehtiyaclarını təmin etməsini yüksək qiymətləndirmiş və ailəsinin keşiyində duran şəxsləri Allah yolunda cihad edən mücahidlərin savabına nail olacaqlarına müjdə vermişdir.
    Bu dərsimizdə, hər şeydə olduğu kimi, iş və qazanc əldə etməkdə hansı qayda-qanunlara riayət etmək haqda söhbət açacağıq. Bu tanışlıq məşğul olduğumuz sahələrin və bu yolla əldə etdiyimiz qazancın halal və ya haram olduğunu müəyyən etməyimizə imkan verir. O ki qaldı ümumi kütləyə, onlar da qeyri-qanuni yollarla qazanc əldə edən şəxslərə qarşı mənfi münasibət bəsləyəcək və tez bir zamanda onlarla öz əlaqələrini kəsməli olacaqlar. Bu dərsimizdə bu qayda-qanunların bəziləri ilə ümumi tanışlıq əldə edəcəyik.
    ŞӘRİ HÖKMLӘRLӘ TANIŞLIQ
    İstər ticarət, istərsə də qazanc məqsədilə fəaliyyət göstərilən digər sahələrdə hər şeydən əvvəl şəri qanun və hökmləri nəzərə almaq lazımdır. Bildiyimiz kimi, islam nöqteyi-nəzərindən bəzi malların alqı-satqısı, müamiləsi, həmçinin bəzi xidmətlərin göstərilməsi haram və yol verilməzdir. İstər alıcının, istərsə də satıcının üzərinə müəyyən hüquq və vəzifələr düşür. Bunun üçün də ticarət etməzdən əvvəl hər bir şəxs şəri qanunlarla ümumi tanışlıq əldə etməlidir. Әks təqdirdə, alqı-satqıda harama yol verilərək kimlərinsə hüququ taptalanacaqdır.
    Әli (ə) bu haqda buyurur:
    «Şəri qanunlarla tanış olmadan ticarət edən şəxslər sələm bataqlığında qərq olacaqlar».(Biharul-ənvar, 103-cü cild, bab-119. )
    Başqa bir hədisdə buyurur:
    «Şəriət qanunları ilə tanışlığı olmadan ticarət edən şəxslər sələm bataqlığında qərq olacaqlar. Elə isə [ticarət qanunlarından] məlumatı olmayan şəxslərlə bazarlarda ünsiyyətdə olmayın».(Üsuli-kafi, 5-ci cild.)
    Әsbəğ ibni Nəbatə deyir: Әli (ə) minbərdə xütbə oxuyarkən etdiyi tövsiyələrin birində bu məsələyə toxunaraq buyurdu:
    «Ey tacirlər! Әvvəl fiqh, sonra ticarət, əvvəl fiqh sonra ticarət! And olsun Allaha! Sələmin sizlərin arasında nüfuz etməsi, qarışqanın qayanın üzərində yeriməsindən daha gizlidir. Öz var-dövlətinizi sədəqə verməklə qoruyun. Öz haqqını götürüb başqalarının haqqını verənlərdən savayı, digər tacirlər günahkar, günahkarlar isə Cəhənnəm odunda sakin olarlar».(Həmən mənbə. )
    Bu səbəbdən də ticarət və digər müamilələrə aid olan şəriət qanunları bir çox fiqh kitablarında ətraflı izah olunmuşdur. Ticarət və müamilənin ən başlıca şərti isə qazancın halal və qanuni olmasıdır.
    MÖHTӘKİRLİK
    Ticarət və iqtisadiyyat əlaqələrinin bərqərar olunmasında mənfi hallardan biri də möhtəkirlikdir. Möhtəkirlik, qiymətləri qaldırmaq məqsədilə camaatın təlabat mallarını satışa buraxmayıb anbarlarda saxlamağa deyirlər. Müəyyən müddətdən sonra gizli saxlanılan mallar yenidən satışa buraxılır və tacirlər böyük gəlir əldə etmək imkanı əldə edirlər.
    Peyğəmbər (s) bu haqda buyurur:
    «Yemək şeylərini (ərzaq mallarını) qırx gün gizli saxlayan şəxslər sanki Allahdan, Allah da onlardan bezar olar».(Ehyaul-ülum, (Qazanc və məişətin tə’minatı fəsli). )
    Әli (ə)-dan nəql olunmuş rəvayətlərdə deyilir:
    «Camaatın yemək azuqəsini qırx gün gizli saxlayanların qəlbləri daş parçasına çevrilər».(Həmən mənbə.)
    Peyğəmbərdən (s) nəql olunmuş başqa bir rəvayətdə deyilir:
    «Yemək məmulatlarını alıb, həmin gün satan şəxslər sanki sədəqə vermiş olurlar».(Həmən mənbə. )
    Bütün bunları nəzərə alaraq ticarət və alış-verişlə məşğul olan təqva və iman sahibləri yemək və digər məmulatları gizli saxlayaraq möhtəkirliklə məşğul olmaqdan çəkinərlər. Öz təqva və imanı ilə şöhrət tapmış keçmiş tacirlərin biri haqda deyilir:
    «Bəsrədəki nümayəndələrinin birinə satmaq üçün mal göndərir. Günlərin bir günü bir qədər buğda əldə edib gəmi ilə Bəsrəyə yola salır və göndərdiyi məktbuda yazır: Buğda Bəsrəyə çatan kimi təxirə salmadan həmin günün qiymətinə sat!»
    Gəmi Bəsrəyə cümə axşamı çatır. Tacir yoldaşları ona deyirlər ki, əgər buğdanı sabah (cümə günü) satsan daha çox qazanc əldə edərsən. O, yoldaşlarının tövsiyələrinə qulaq asaraq səhəri günü gözləyir. Buğdanı satıb öz yoldaşına gördüyü işlər haqda məlumat verir. Mömin tacir məktubun cavabında yazır: Ey dost! Dinimi qorumaq üçün az qazanca qane idim, sən isə mənim dediyimə əməl etmədin. Bunu mənə qarşı bir cinayət hesab etmək olar. İstəməzdim neçə bərabər və ya yüzbə-yüz qazanc əldə etməklə dinimə xələl gəlsin. Məktubumu oxuduqdan sonra əldə etdiyin qazancı Bəsrənin yoxsul və ehtiyacı olanlarına sədəqə ver! Bəlkə düçar olduğum möhtəkirlik günahından əfv olunum».(Həmən mənbə. )
    DUA VӘ ZİKR
    Peyğəmbər (s) və Məsum imamlar (ə) daim öz davamçılarına tövsiyə etmişlər ki, ticarət və qazanc məqsədilə evlərindən çıxdıqları zaman Allahın adını zikr edib bütün işlərini Onun adı ilə başlasınlar. Camaatla müamilə etdikləri müddət ərzində Allahın razılığını qazanmağa çalışmalı və bilməlidirlər ki, Allah onların gördükləri bütün işlərin, rəftar və davranışlarının şahididir.
    Peyğəmbər (s) buyurur:
    «İnsanlar qəflət içində olduqları zaman, ixlas və iman üzündən Allahı xatırlayıb onlarla Allahın kitabında olduğu kimi müamilə edərsə, [əməl dəftərlərinə] min savab yazılar və kimsənin təsəvvür edə bilməyəcəyi dərəcədə Allahın rəhmət dərgahından bəhrələnmiş olarlar».(Biharul-ənvar, 103-cü cild, bab-19. )
    İmam Baqir (ə) alış-verişlə məşğul olan səhabələrinə bu duanı oxumaqlarını tövsiyə edərdi:
    «İlahi! Səndən bazarın və bazar əhlinin xeyrini istəyirəm». Ticarət etdikləri yerlərə girdikləri zaman isə bu duanı oxumağı tövsiyə edərdi:
    «Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur, O, yeganə və şəriki yoxdur. Şəhadət verirəm ki, Məhəmməd Onun qulu və elçisidir. İlahi! Mən Sənin fəzlindən pak və halal ruzi istəyirəm və kimsəyə zülm etməkdən və kimsənin mənə zülm etməsindən, ziyankar və yalan yerə and içən şəxslərdən Sənə pənah gətirirəm».(Üsuli-kafi, 5-ci cild)
    Bunu da qeyd edək ki, tacirlər alış-verişlə məşğul olmaqla dini hökmlərin yerinə yetirilməsində süstlük göstərməməli və daim Allaha təvəkkül edərək Onu yad etməlidirlər. Әvvəlki dərsimizdə qeyd etdik ki, Quran daim Allahı yad edən tacirləri mədh edərək, bunu əməli-saleh insanların xüsusiyyəti kimi qeyd etmişdir.
    MALIN TӘRİFLӘNMӘSİNDӘ AND İÇMӘKDӘN ÇӘKİNMӘLİ
    Alış-veriş zamanı alıcını qane etmək məqsədilə and içmək tacirlər üçün müsbət xüsusiyyət hesab olunmur. Ümumiyyətlə maddi və dəyəri az olan şeylər üçün and içməkdən çəkinməyə tövsiyə olunur. And içməyə isə yalnız böyük əhəmiyyət kəsb edən məsələlərdə icazə verilir. Bəqərə surəsinin 224-cü ayəsində bu haqda deyilir:
    «Allahı [Allahın adını] hədəf [dəstavüz] etməyin...!»
    Bunun üçün də maddi məsələlərdə, xüsusilə alqı-satqıda malın qiymətinin aşağı-yuxarı etməkdə, Allaha və ya müqəddəs şəxsiyyətlərə and içmək bəyənilməyən və xoşagəlməz xüsusiyyətlərdəndir.
    Peyğəmbər (s) bu haqda buyurur:
    «Alış-veriş etmək istəyən şəxslər sələm verməməli, and içməməli, malın eyb və nöqsanını gizlətməməli, satdığı zaman malı [həddindən artıq] tərifləməməli və mal aldığı zaman dəyərini aşağı salmamalıdır. Әks təqdirdə, alış-veriş etməməlidir».(Biharul-ənvar, 103-cü cild, bab-19. )
    İmam Musa Kazim (ə) buyurur:
    «Allah-taala qiyamət günü bu üç şəxsə nəzər salmaz. Onlardan biri Allaha and içmədən alver etməyən və gəlir əldə etmək məqsədilə Allahı dəstavuz tutan şəxslərdir».(Üsuli-kafi, 5-ci cild. )
    And içmək deyildikdə, bu kimi hallarda doğru andlar nəzərdə tutulur. Lakin buna baxmayaraq, and içmək olduqca xoşagəlməz xüsusiyyətlərdən hesab olunur. İnsan yalan yerə and içdikdə isə böyük günahlardan birinə düçar olmuş olur.
    Müştərinin diqqətini cəlb etmək məqsədilə malın [həddindən artıq] təriflənməsi də islam nöqteyi-nəzərindən mənfi və bəyənilməyən hallardandır. Çünki, tərif edərkən deyilən xüsusiyyətlər malda olmazsa yalana yol verilmiş olur. Mal həmin xüsusiyyətlərə malik olduqda isə müştəri özü bunun şahidi olduğu üçün satıcının dedikləri puç və mənasız olacaqdır. Həmin xüsusiyyətlər bəlli olmadıqda isə onu aşkara çıxarmağın heç bir nöqsanı yoxdur. Necə olursa-olsun, malın xüsusiyyətləri haqda deyilənlər həqiqətdən artıq olmamalıdır. Peyğəmbərdən (s) nəql olunmuş hədisdə qeyd olundu ki, alış-verişlə məşğul olan şəxslər malın təriflənməməsinə diqqət yetirməlidirlər.
    MALIN EYB VӘ NÖQSANI AŞKARA ÇIXARILMALI
    Satıcı malını həddindən artıq tərifləməməli olduğu kimi, onun eyb və nöqsanlarını da aşkara çıxarmalıdır.
    Belə ki, islam nöqteyi-nəzərindən malın eyb və nöqsanlarını gizli saxlamaq alverdə aldatmaq hesab olunur. Nəql olunmuş rəvayətlərin birində deyilir: Peyğəmbər (s) bazarda olduğu zaman buğda satan bir şəxs ilə qarşılaşır. Buğdanın zahiri görünüşü Peyğəmbəri (s) özünə cəlb edir. Lakin əlini içinə saldıqda buğdanın nəm olduğunu hiss edir. Bunun nə üçün belə olduğunu soruşduqda satıcı cavab verir: Üzərinə yağış yağmışdır. Peyğəmbər (s) soruşur: Elə isə nə üçün onları üstə qoymamısan ki, camaat görsün. Ticarətdə hiylə işlədən şəxslər bizdən deyildir».(Səhih Müslüm, 1-ci cild.)
    İNSAF
    Alış-veriş zamanı insaflı olmaq hər şeydən daha çox əhəmiyyət kəsb edir. Qazanc əldə etməkdə və malın üzərinə qiymət qoyduqda ədalətli olmaq gərəkdir. Satıcı müştərinin mala olan ehtiyacını görüb daha çox qazanc əldə etmək məqsədilə baha satmamalı və eyni zamanda alıcı da satıcının çarəsizlik üzündən malını satdığını gördükdə onu daha ucuz qiymətə alaraq çıxılmaz vəziyyətə salmamalıdır. Hər iki hal islam nöqteyi-nəzərindən başqalarının hüququnun taptalanmasına səbəb olduğu üçün yasaq və haram hesab olunur.
    Nəql olunmuş rəvayətlərdən birində deyilir: İmam Sadiq (ə) min dinar pulu Məsadif adlı xidmətçilərindən birinə verib ticarət məqsədilə tacirlərlə birlikdə Misrə göndərir. Ticarət karvanı Misrə yaxınlaşdıqda oradan başqa bir karvanın xaric olduğunu görürlər. Onlardan alış-verişin nə yerdə olduğunu soruşduqda başa düşürlər ki, həmin mallar Misir bazarlarında çox az tapılır. Bunun üçün də onlar öz aralarında söz qoyaraq belə qərara gəlirlər ki, gətirdikləri malları iki bərabərindən ucuz satmasınlar. Tacirlər mallarını sözləşdikləri qiymətə satıb Mədinəyə qayıdırlar. Məsadif imam Sadiq (ə)-ın yanına gəlib iki kisədə min dinar pulu onun qarşısına qoyub deyir: Canım sənə fəda olsun! Bu kisələrdən biri əlimizdə olan maya, digəri isə ondan əldə etdiyimiz gəlirdir. İmam Sadiq (ə) təəccüblə soruşur: Әldə etdiyin qazanc çoxdur. Malları necə satmısınız? Məsadif hər şeyi ətraflı surətdə imam Sadiq (ə)-a izah edir. İmam Sadiq (ə) heyrətə gələrək deyir: Sübhanəllah! Söz qoyaraq müsəlmanlara qarşı olub malları iki bərabərinə satmısınızmı? Sonra imam Sadiq (ə) pul kisələrindən birini götürüb buyurur: Әldə etdiyin gəlirə heç bir ehtiyacım yoxdur. Gedərkən üzünü Məsadifə tutub buyurdu: Ey Məsadif, qılınc zərbələrinə dözmək halal qazancdan daha asandır. (Yəni halal ruzi çətinliklə əldə olunur.)
    YOXSUL VӘ İMKANSIZLAR NӘZӘRӘ ALINMALI
    İslamın bu barədə tövsiyə etdiyi şeylərdən biri də yoxsul və imkansız təbəqənin nəzərə alınmasıdır. Satıcı bu kimi şəxslərin maddi vəziyyətinin ağırlığını görüb onlara qarşı təhqirlə yanaşmamlı və əliboş geri qaytarmamalıdır. Qiyməti aşağı salmaq, nisyə vermək, borcların qaytarılmasına fürsət vermək və bu kimi güzəştlərə getməklə onlara kömək etməyə çalışmalıdır.
    Peyğəmbər (s) bu kimi şəxsləri alqışlayaraq buyurur:
    «Allah rəhm etsin alış-verişdə güzəştə gedən şəxslərə».
    Başqa bir yerdə buyurur:
    «Borcu olan şəxslərə fürsət verən və ya borcunu istəməyən şəxsləri Allah-taala asanlıqla sorğu-sual edər.
    MALIN SAXTALAŞMASI
    Satılan malın xarab olması, müamilə zamanı saxta pul verilməsi oğurluq hesab olunduğu üçün alış-verişdə yol verilməzdir. Belə ki, bir çox hallarda təqva sahibləri satdıqları malın xarab olduğunu gördükdə, ziyana düşmələrinə baxmayaraq, satılmasına razı olmamışlar.
    SUALLAR VӘ TAPŞIRIQLAR
    1. İmamlar nə üçün ticarətlə məşğul olmazdan əvvəl fiqhi qanunları öyrənməyi zəruri hesab etmişlər?
    2. İslam dinində möhtəkirlik nə üçün haram hesab olunur?
    3. Alış-veriş zamanı and içmək olarmı?
    4. Satıcının üzərinə düşən vəzifələri ixtisarla bəyan edin.
    Category: Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) | Views: 751 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024