İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 28 » Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    10:50 AM
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    QIRX BEŞİNCİ DӘRS
    SӘLİQӘ VӘ TӘMİZLİK
    Müqəddəs islam dininin diqqət yetirdiyi məsələlərdən biri də təmizliyə riayət olunmasıdır. Paltarın, bədənin təmizliyi, artıq tüklərin bədəndən təmizlənməsi, vaxtlı-vaxtında dişlərin yuyulması, ətraf mühitin təmizliyi, baş və üz tüklərinin qısaldılması və s... islamın diqqət mərkəzində olan məsələlərindəndir. Hər bir müsəman bəzi dini vəzifələrini təmizliyə riayət etməklə, həm də başqalarının onun natəmizliyindən narahat olmalarına yol verməməlidir. İslam dinində təmizliyə verilən diqqət Peyğəmbərdən (s) nəql olunmuş hədisdə də öz əksini tapmışdır: «Həqiqətən Allah-taala pakdır və pakları sevir.»(Sünəni Termezi, 10-cu cild.)
    «Təmizlik imanın bir hissəsidir».(Kənzül-ümmal, 25997-ci xəbər. )
    «Qiyamət günü insandan soruşulacaq ilk şey onun təmizliyidir [təmizliyə riayət etməsidir]».(Həmən mənbə, 31010-cu xəbər. )
    «Bacardığınız qədər təmiz və səliqəli olun. Çünki, Allah-taala islam dinini paklıq və təmizlik üzərində qurmuşdur və pak insanlardan savayı Cənnətə kimsə daxil olmayacaqdır».(Həmən mənbə, 34002-ci xəbər. )
    «İslam pakdır. Elə isə siz də təmiz və səliqəli olun. Çünki, pak insanlardan başqa Cənnətə kimsə daxil olmayacaqdır».
    «Həqiqətən Allah pak ibadət edənləri sevəndir».(Həmən mənbə, 24007-ci xəbər. )
    «Peyğəmbərlərin gözəl xüsusiyyətlərindən biri də onların pak və səliqəli olmalarıdır».(Həmən mənbə, 2400-cü xəbər. )
    Hər bir müsəlmanın üzərinə düşən bəzi vəzifələr [fiqh kitablarında ətraflı izah olunmuşdur] onun dəstəmaz, qüsl, təyəmmüm kimi paklığından asılıdır. İbadətlərinin doğru və düzgün olması üçün hər bir müsəlmanın bunlara riayət etməsi lazım və zəruridir. Lakin üzərinə düşən vəzifələrin başqa bir qismi sünnə halını daşıyır və biz bu və növbəti dərslərimizdə bu haqda ətraflı söhbət açacağıq.
    Hər bir məsələyə aid Peyğəmbər (s) və Məsum imamlardan (ə) hədis və rəvayətlər nəql olunmuş və bu ilahi hökmün həqiqi fəlsəfi mahiyyəti açıqlanmışdır.
    1. Bədənin təmizliyi:
    Peyğəmbər (s) buyurur:
    «Allahın sizləri pak etməsi üçün bədənlərinizi təmiz saxlayın! Səhəri paklıqla açan elə bir kəs yoxdur ki, mələklərdən biri onu müşayiət etməsin. Hər an mələk ona dua edərək deyər: İlahi! Bu bəndənin günahlarını əfv et, çünki o, səhəri paklıqla açmışdır».(Kənzül-ümmal, 24003-cü xəbər. )
    Әli (ə) buyurur: «Başqalarının narahatçılığına səbəb olan xoşagəlməz iyləri yuyunaraq özünüzdən dəf edin. Çünki Allah-taala, təmizliyə riayət etmədiyi üçün başqalarının narahatçılığına səbəb olan şəxslərə nifrət edər».(Biharul-ənvar, 10-cu cild, bab-7.)
    Peyğəmbər (s) buyurur:
    «İnsanların ən pisi natəmiz olanıdır».(Üsuli-kafi, 6-cı cild. )
    «Çirkin və natəmiz şəxslər həlak olarlar.»(Kənzül-ümmal, 7422-ci xəbər. )
    2. Hamamın göstərişləri:
    Әli (ə) buyurur:
    «Cəhənnəm odunu insana xatırlatdığı və çirki bədəndən apardığı üçün hamam ən yaxşı məkandır».(Məkarimul-əxlaq. Təbərsi. )
    Bu haqda nəql olunmuş rəvayətlərin məzmunu ilə tanış olduqdan sonra belə bir qənaətə gəlmək olur ki, cismi sağlamlığın qeydinə qalan hər bir şəxs iki gündən bir və ya heç olmasa həftənin son günlərində bir dəfə də olsun hamama getməlidir.
    İmam Sadiq (ə) buyurur:
    «İlahi! Aludəçilik və natəmizliyi məndən uzaq, bədən və qəlbimi pak et».
    İsti suyu bədəninizə tökdüyünüz zaman deyin: «Cəhənnəm odundan Allaha pənah aparır və Ondan əbədi Cənnət diləyirəm».
    Qüsl alıb qurtardıqdan sonra paltarınızı geyindiyiniz zaman deyin: «İlahi! Təqva libasını mənə nəsib et və haqq yolundan uzaq düşüb həlak olmaqdan Özün qoru!».
    Hamama tamamilə lüt daxil olmamalı, övrəti örtərək fitə və ya paltardan istifadə olunmalıdır.
    Peyğəmbər (s) bu haqda buyurur:
    «Fitə bağlamadan hamama daxil olmayın».
    İmam Sadiq (ə) buyurur:
    «Kişilər öz uşaqlarını hamama aparmamalıdırlar. Məbada onlar öz valideynlərinin övrətinə nəzər salsınlar».
    «Hamama fitə ilə daxil olan şəxsləri Allah-taala öz örtüyü ilə tutar».
    Fitədən istifadə tək hamama xas deyildir. Belə ki, hər bir şəxs başqalarının onu görə biləcəyini ehtimal verdikdə çay, göl, dəniz və s. yerlərdə çimdiyi zaman hökmən övrətini başqalarından qorumağa çalışmalıdır».
    Peyğəmbər (s) buyurur:
    «Allah-taala mənim ümmətimin çaylarda fitəsiz qüsl almasını sevmir».
    Hamam, çimərlik kimi yerlərdə kimsə başqasının övrətinə nəzər salmamalıdır.
    İmam Sadiq (ə) bu haqda buyurur:
    «Hamamda qüsl alan müsəlman qardaşının övrətinə baxmayan şəsxləri qiyamət günü Cəhənnəm odunun şiddətli əzabından hifz edər».(Biharul-ənvar, 76-cı cild, bab-3. )
    İnsan tamamilə lüt olduqda, hamamda Quran oxumamalıdır. Məhəmməd ibni Müslim bu haqda - imam Məhəmməd Baqir (ə)-dan həqiqətən Әli (ə) hamamda Quran oxumağı yasaq etməsi haqda soruşduqda buyurur:
    «Xeyr! İnsan yalnız tamamilə lüt olduqda Quran oxumamalıdır. Geyinmiş olduğu halda isə bunun heç bir nöqsanı yoxdur».(Məkarimul-əxlaq. Təbərsi. )
    Həmçinin bədəndə olan artıq tüklərin təmizlənməsi və ya azaldılması, bədən təmizliyinin ən ümdə hissəsini təşkil edir.
    Bu isə hər on beş gündən bir və ya heç olmasa üç həftədən bir yerinə yetirilməlidir.
    3. Paltarın səliqə və təmizliyi:
    İslam dini paltarın rəng və malına diqqət yetirməzdən əvvəl, onun təmiz və səliqə-səhmanına əhəmiyyət verir. Nəql olunmuş rəvayətlərdən birində deyilir: Peyğəmbər (s) natəmiz paltar geymiş şəxslə qarşılaşıb təəccüblə buyurur: «Məgər o, paltarını yumağa su tapmırmı?».(Sünəni əbi-Davud, 4-cü cild. )
    «Geyinməyə paltar seçdiyiniz zaman onu təmiz saxlamağa çalışın».(Fürui-kafi, 6-cı cild. )
    Başqa bir rəvayətdə Aişəyə xitab edərək buyurur: «Ey Aişə! Qalx və bu iki paltarı yu! Məgər bilmirsənmi ki, paltarlar da Allaha təsbih edir?! Çirkli olduqda isə onların təsbih etmələri kəsilir».(Kənzül-ümmal, 2609-cu xəbər. )
    Әli (ə) buyurur:
    «Təmiz paltar qəm-qüssəni insandan uzaqlaşdırır».(Üsuli-kafi, 6-cı cild. )
    İmam Sadiq (ə) buyurur:
    «Təmiz paltar düşməni xar və rüsvay edər».(Məkarimul-əxlaq. Təbərsi. )
    Әli (ə) Muzzəmmil surəsinin 4-cü ayəsinin izahında buyurur: «Yəni, paltarlarınızı yerlə sürünməsin deyə, bir qədər qısaldın».
    İmam Cəfər Sadiq (ə) ayənin izahında buyurur: «Yəni, paltarınızı bir qədər yuxarı tutun ki, yerlə sürünməsin».
    Bir sözlə, paltar yerlə sürünüb tez bir zamanda bulaşmasın deyə, bir qədər qısa olması gərəkdir.
    Peyğəmbər (s) və Məsum imamlar (ə) daha çox ağ rəngli paltarlara üstünlük verərdilər. Onlar əksər hallarda ağ rəngli paltar geyinər və öz tərəfdarlarına da bunu tövsiyə edərdilər.
    Çünki paltarın natəmizliyi tünd rəngli paltarlarda özünü gec büruzə verir və belə bir halda paltarları vaxtaşırı yumaq lazım gəlir. Ağ rəngli paltarlarda isə natəmizlik özünü dərhal büruzə verir və nəticədə paltarın bulaşıq qalmasına yol verilmir.
    Peyğəmbər (s) bu haqda buyurur:
    «Ağ paltar geyinin, çünki o daha gözəl və daha pakdır. Öz ölülərinizi də ağ rəngli parçalarla kəfənləyin.»(Kənzül-ümmal, 41101-ci xəbər. )
    «Әn gözəl və səliqəli olan ağ paltarlarınızı geyinin, ölülərinizi də ağ parçalarla kəfənləyin.»
    «Məscid və qəbirlərinizdə Allahla görüşdüyünüz ən gözəl hallar, ağ paltar geyindiyiniz anlardır».(Mizanul-hikmət, 3548-ci bab. )
    «Allahın sevdiyi ən gözəl paltarlarınız ağ rəngli paltarlarınızdır. Elə isə ağ rəngli paltarlarla namaz qılıb, ölülərinizi də onunla dəfn edin».(Kənzül-ümmal, 41117-ci xəbər. )
    Bu məzmunda nəql olunmuş rəvayətlərdə kətan və panbıq parçalardan hazırlanmış paltarlar geyinmək tövsiyə olunmuşdur. Kişilərin ipək parçadan hazırlanmış paltarlar geyinməsinin isə haram olduğu göstərilir. Әli (ə) bu haqda buyurur: «Panbıq paltarlar geyinin, çünki bu Peyğəmbər (s) və biz Әhli-beytin geyimidir».(Üsuli-kafi, 6-cı cild. )
    İmam Sadiq (ə) buyurur:
    «Peyğəmbərlər kətan paltarlar geyinmişlər, bu insanın daha sağlam olub yaxşılaşmasına səbəb olur».(Həmən mənbə. )
    Peyğəmbər (s) buyurur:
    «Ümmətimin kişilərinə ipək paltarlar geyinib qızıl, zinət əşyalarından istifadə etmək haram, qadınlara isə halal olundu».(Kənzül-ümmal, 41210-cu xəbər. )
    Həmçinin nəql olunmuş rəvayətlərdə fəxr və təkəbbürlük məqsədilə bahalı və diqqəti cəlb edən paltarlar geyinmək qətiyyətlə yasaq olunur.
    Peyğəmbər (s) buyurur:
    «Allah, yaraşıqlı paltarlar geyinib camaatın diqqətini özünə cəlb edən şəxslərə, onu əynindən çıxardanadək nəzər salmaz».(Həmən mənbə, 41203-cü xəbər.)
    «Allah şan-şöhrət məqsədilə paltar geyinən şəxslərdən qiyamət günü üz çevirər».(Həmən mənbə, 41202-ci xəbər. )
    SUALLAR VӘ TAPŞIRIQLAR
    1. Peyğəmbərdən (s) nəql olunmuş hədislərdən istifadə edərək islam dininin paklıq və təmizliyə olan baxışını izah edin.
    2. Әli (ə)-dan nəql olunmuş rəvayətə əsasən Allah-taala kimlərə nifrət edir?
    3. Hamama aid olan qayda-qanunları ixtisarla izah edin.
    4. Peyğəmbər (s) nə üçün ağ paltar geyinməyi tövsiyə edir?
    5. İslam hansı paltarların geyinməsini yasaq edir?
    Category: Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) | Views: 740 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024