İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 28 » Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    10:49 AM
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    QIRX ALTINCI DӘRC
    SӘLİQӘ VӘ TӘMİZLİK
    DİŞLӘRİN YUYULMASI
    Peyğəmbər (s) buyurur:
    «Cəbrail (ə) dişlərin yuyulmasını mənə o qədər təkidlə tövsiyə edərdi ki, güman edərdim bu dinin vacib olan hökmlərindəndir».(Biharul-ənvar, 76-cı cild, bab-17.)
    İmam Sadiq (ə) buyurur:
    «Dişləri yumaq peyğəmbərlərin gözəl adət-ənənələrindəndir».(Həmən mənbə, bab-18.)
    Peyğəmbər (s) buyurur:
    «Әgər mənim ümmətimə çətin olmasaydı, namaz üçün dəstəmaz aldıqları zaman dişlərini yumağı onlara vacib edərdim».(Sünəni ibni Macə, 287-ci xəbər.)
    Başqa bir hədisdə buyurur:
    «Diş yuyulduqdan sonra qılınan namaz, dişlər yuyulmadıqdan sonra qılınan yetmiş beş namazdan daha fəzilətlidir».(Biharul-ənvar, 76-cı cild, bab-18. )
    Peyğəmbər (s) Әli (ə)-a etdiyi tövsiylərinin birində buyurur: «Namazdan əvvəl hər dəfə dəstəmaz aldığın zaman dişlərini yu».(Biharul-ənvar, 76-cı cild, bab-18. )
    Başqa bir yerdə buyurur:
    «Dişləri yumaq dəstəmazın bir hissəsi, dəstəmaz isə imanın bir hissəsi deməkdir».(Kənzül-ümmal, 2699-cu xəbər. )
    «Ağızlarınızla Quran qiraət etdiyiniz üçün vaxtaşırı dişlərinizi yuyun».(Sünəni ibni Macə, 291-ci xəbər)
    «Ağızlarınızı təmiz saxlayın, çünki onunla Quran qiraət edirsiniz».(Kənzül-ümmal, 2804-cü xəbər. )
    Səhabələrə xitab edərək buyurur:
    «Quranın yolunu təmiz saxlayın». Səhabələrdən biri Quranın yolu hansıdır?-soruşduqda buyurur: «Ağızlarınız». Daha sonra nə ilə təmizlənməsini soruşduqda buyurur: «Diş fırçaları ilə».(Biharul-ənvar, 76-cı cild, bab-18)
    Başqa bir hədisdə buyurur:
    «Ağızlarınız Allah yollarından biridir. Allahın ən sevdiyi, gözəl olan yollardır (ağızlardır). Elə isə bacardığınız qədər ağız və dişlərinizi təmiz saxlayın».(Biharul-ənvar, 79-cu cild, bab-18. )
    Peyğəmbər (s) səhabələrdən birinə müraciət edərək buyurur: «Nə üçün mənim yanıma gəldiyiniz zaman dişlərinizi qara görürəm?! Onları yumaqla təmizliyinizə diqqət yetirin».(Üsuli-kafi, 6-cı cild. )
    DİŞ FIRÇASININ MÜSBӘT XÜSUSİYYӘTLӘRİ
    Peyğəmbər (s) Әli (ə)-a xitab edərək buyurur: «Ey Әli! Dişləri yumağın insana on iki xeyri var: Həm sünnəmə riayət olunur, həm də ağız təmiz saxlanmaqla gözün görmə qabiliyyəti güclənir. Həmçinin Allahı razı salır, dişləri ağardır, ağızın natəmizliyini aradan aparır, damağı bərkidir, iştahanı gücləndirir, xeyirxahlığı çoxaldır və nəhayət mələklərin sevincinə səbəb olur».(Biharul-ənvar, 76-cı cild, bab-18. )
    Әli (ə) buyurur:
    «Dişləri yumaq Peyğəmbərin (s) sünnələrindən biridir. Bu gözəl sünnəyə əməl etməklə həm Allahın razılığına nail olmaq olur, həm də ağızın təmizliyinə».(Həmən mənbə. )
    Başqa bir yerdə buyurur:
    «Dişləri yumaq gözün görmə qabiliyyətini artırır».(Həmən mənbə. )
    İmam Sadiq (ə) buyurur:
    «Dişlərinizi yuyun, çünki bu sinədəki vəsvəsənin aradan getməsinə səbəb olur».(Həmən mənbə. )
    İmam Riza (ə) buyurur:
    «Dişləri yumaq görmə qabiliyyətinin güclənməsinə, saç və tüklərin çıxmasına və gözün sulanmasının qarşısını almağa səbəb olur».(Həmən mənbə. )
    Diş yumağın başqa bir müsbət xüsusiyyəti haqda Peyğəmbər (s) buyurur: «Dişləri yumaq fəsahətliliyi daha da artırır».(Biharul-ənvar, 76-cı cild, bab-18. )
    DİŞLӘRİ NECӘ YUMALI
    Peyğəmbər (s) bu haqda buyurur:
    «Dişlərinizi uzununa deyil, eninə fırçalayın».(Biharul-ənvar, 76-cı cild, bab-18. )
    Rəvayətlərdən birində deyilir: «Peyğəmbər (s) dişlərini hər gecə gündüz üç dəfə uzununa deyil, eninə fırçalayardı. O, dişlərini adətən yatmazdan əvvəl, sonra və namaz qılmazdan əvvəl təmizləyərdi».
    Peyğəmbər (s) buyurur:
    «Oruc tutan zaman dodaqları quruyan şəxslər səhər (azandan əvvəl) və axşam çağı dişlərini yusun.»(Həmən mənbə.)
    «Səhər çağı və dəstəmaz almazdan əvvəl dişləri yumaq ən gözəl adət ənənələrdəndir».(Vəsailüş-şiə, 1-ci cild. )
    Başqa bir hədisdə buyurur:
    «Fürsət olmadıqda belə, heç olmasa üç gündən bir dişlərinizi yumağa çalışın».(Üsuli-kafi, 3-cü cild. )
    TÜKLӘRİN QISALDILIB SӘLİQӘYӘ SALINMASI
    Saç və bığın qısaldılması, saqqalın dibindən qırxılmaması və başın daranması islamın tövsiyə etdiyi ədəb-ərkan qaydalarındandır.
    Peyğəmbər (s) buyurur:
    «Bığ və burun tüklərini qısaldıb vaxtaşırı saçlarınızı darayın. Belə etməklə öz gözəlliyinizi qoruyub saxlamış olarsınız».(Biharul-ənvar, 76-cı cild, bab-12.)
    İmam Sadiq (ə) buyurur:
    «Burun tüklərini qısaltmaq üzün görünüşünə xüsusi gözəllik və yaraşıq verir».(Həmən mənbə. )
    «Bığ tüklərinizi uzatmayın, çünki Şeytan oranı özünə sığınacaq edir».
    İmam Sadiq (ə) buyurur:
    «Bığlarını qısaltmayan kəs bizdən deyildir».(Biharul-ənvar, 76-cı cild, bab-13.)
    Peyğəmbər (s) buyurur:
    «Bığlarınızı qısaldın, saqqalınızı uzadın və özünüzü yəhudilərə oxşatmayın».(Məkarimul-əxlaq. Təbərsi.)
    Әli ibni Cəfər deyir: Qardaşımdan (həzrət imam Musa Kazim (ə)) saqqalın qısaldılması haqda soruşduqda buyurdu:
    «Yanaqlardan saqqalın qısaldılmasının heç bir nöqsanı yoxdur. Lakin qarşıdan qısaldılmamalıdır».(Biharul-ənvar, 76-cı cild, bab-13.)
    Qeyd etmək lazımdır ki, saqqalın qısaldılıb və ya uzadılmasının da müəyyən həddi vardır. İmam Sadiq (ə) bu haqda buyurur: «Saqqalınızı əlinizə alın, ovucunuzdan çıxanını qısaldın».(Həmən mənbə. )
    Başqa bir hədisdə buyurur:
    «Saqqalın əlin içindən çıxanı cəhənnəm odunda olar». (Yəni, saqqal əlin içindən çıxacaq qədər böyük olmamalıdır».(Həmən mənbə. )
    Peyğəmbər (s) buyurur:
    «Gözəl tük Allahın insanlara bəxş etdiyi gözəl örtükdür, elə isə onun qədrini bilin».(Həmən mənbə, bab-14. )
    İmam Cəfər Sadiq (ə) buyurur:
    «Baş və üzün tükünü daramaq yoxsulluğu aradan aparır və bir çox xəstəliklərin qarşısını alır».(Həmən mənbə.)
    Peyğəmbərdən (s) nəql edərək buyurur:
    «Baş və üzün tükünü daramaq vəba xəstəliyinin qarşısını alır».(Həmən mənbə.)
    İmam Riza (ə) Әraf surəsinin 31-ci ayəsi (Məscidlərə getdiyiniz zaman zinət əşyalarınızı da özünüzlə götürün) haqda buyurur:
    «Zinət hesab olunan şeylərdən biri də namaz qılmazdan əvvəl daranmaqdır».(Məkarimul-əxlaq, Təbərsi. )
    İmam Sadiq (ə) buyurur: «Peyğəmbərin (s) saçı qulaqlarının ucundan çox uzanmazdı».(Həmən mənbə. )
    DIRNAQLARIN TUTULMASI
    Peyğəmbər (s) buyurur:
    «Hər kim cümə günləri dırnaqlarını tutarsa, Allah-taala bütün ağrı və xəstəlikləri onun barmaqlarından uzaq və onları daim sağlam edər».(Həmən mənbə. )
    Səhabələrdən biri deyir: İmam Cəfər Sadiq (ə)-dan ruzinin artması üçün mənə dua öyrətməsini xahiş etdim. İmam (ə) cümə günlərində bığ tüklərimi azaldıb, dırnaqlarımı tutmağı mənə tövsiyə etdi».(Biharul-ənvar, 76-cı cild, bab-13. )
    İmam Cəfər Sadiq (ə) buyurur:
    «Cümə günü dırnaqları tutmaq, cüzam və qotur kimi qorxulu xəstəliklərin qarşısını alır».(Həmən mənbə.)
    Başqa bir hədisdə buyurur: «Cümə günü bığ tüklərini qısaldıb dırnaqlarını tutan hər bir şəxs «Bismillah və əla sunnəti Muhəmməd və ali Muhəmməd» deyərsə, tutduğu hər bir dırnağın və kəsdiyi hər bir tükün müqabilində həzrət İsmayıl (ə) övladlarından bir qul azad etmiş savabı qazanmış olar».(Həmən mənbə.)
    Әlbəttə, nəzərdən qaçırmamalıyıq ki, nəql olunmuş rəvayətlərdə cümə gününə təkid olunması həmin günün əhəmiyyətindən və təmizliyə verilən diqqətdən irəli gəlir. Yəni, tük və dırnaqlar uzandıqda onların qısaldılmasının cümə gününə təxirə salınması heç də zəruri deyildir. Bu mətləbə dəlalət edəcək rəvayətlərdən birində deyilir:
    İmam Musa Kazim (ə)-ın səhabələrindən biri ona müraciət edərək deyir: Bəziləri bığ tüklərinin və dırnaqların cümə günlərində qısaldılmasına təkid edirlər. İmam Kazim (ə) təəccüblənərək buyurur:
    «Allah pak və münəzzəhdir! Onları istər cümə, istərsə də qeyri günlərdə qısaldıb təmizliyinizə diqqət yetirin.»(Məkarimul-əxlaq, Təbərsi. )
    Lakin cümə günləri bığın və dırnaqların qısaldılması, ümumiyyətlə həmin gün təmizliyə riayət etməyin daha çox savabı vardır.
    İmam Cəfər Sadiq (ə)-ın səhabələrindən biri cümə günü bığ tüklərinin və dırnaqların qısaldılması haqda ondan soruşduqda buyurur: «Belə bir gözəl adətə vərdiş edən şəxslər gələn cüməyədək daim təmizlikdə olarlar».(Həmən mənbə. )
    Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə də deyilir: «Cümə və cümə axşamı günlərində bığ tüklərini və dırnaqlarını qısaldan şəxslər diş və göz ağrılarından amanda qalarlar».(Həmən mənbə. )
    İmam Sadiq (ə) dırnaqların necə tutulması haqda buyurur: «Cümə günü dırnaqlarınızı tutduqda sol əlinizin kiçik barmağından başlayıb sağ əlinizin kiçik barmağında qurtarın».(Həmən mənbə. )
    SUALLAR VӘ TAPŞIRIQLAR
    1. Peyğəmbər (s) diş yuyulduqdan sonra qılınan namazın dəyər və əhəmiyyəti haqda nə buyurur?
    2. Peyğəmbərin (s) diş yumaq haqda sadaladığı müsbət xüsusiyyətlərdən bir neçəsini əzbərdən deyin.
    3. Dişlər nə zaman və necə yuyulmalıdır?
    4. Məsum imamlar (ə) baş və üz tükləri haqda nə buyurmuşlar?
    5. Məsum imamlar (ə) baş və üzün daranması haqda nə kimi tövsiyələr etmişlər?
    6. İslam nöqteyi-nəzərindən dırnaqlar nə zaman və necə qısaldılmalıdır?
    Category: Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) | Views: 825 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024