İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 28 » Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    10:47 AM
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    QIRX DOQQUZUNCU DӘRS
    YEMӘK VӘ İÇMӘYİN QAYDALARI
    Yemək və içmək insan həyatının ən başlıca hissəsini təşkil edir. Həyatın bütün sahələrində olduğu kimi, islam fiqh və əxlaqı bu məsələyə xüsusi diqqət yetirmiş və öz davamçılarına dəyərli tövsiyə və göstərişlər vermişdir. Bir qədər əvvəl qeyd etdik ki, bu göstərişlərə əməl və riayət etmək həm insanın öz cismi sağlamlığına, həm də yaşadığı cəmiyyətdə başqalarının hüququna hörmət sayıldığı üçün, onun mövqe və şəxsiyyətinin daha da ucalmasına səbəb olur. Bu və növbəti dərsimizdə islamın yemək və içməyə dair etdiyi tövsiyə və göstərişlər haqda söhbət açacaq və bəzi mətləblərin izahını verməyə çalışacağıq.
    YEMӘYİN PAK VӘ HALALLIĞI
    Hər bir müsəlman istifadə etdiyi qida məhsullarında hər şeydən əvvəl onun pak olmasına diqqət yetirməlidir. Belə ki, şəriət nöqteyi-nəzərindən nəcasətdən qida kimi istifadə etmək qətiyyətlə haram hesab olunur. Bunun üçün də hər bir müsəlman istifadə etdiyi qida məhsullarının halal və ya haram şeylərdən hazırlanmasına xüsusi diqqət yetirməlidir. Məsələn yediyi ət, əti halal olan heyvanların ətindən olmalı və şəri qanunlara uyğun kəsilməlidir.
    Yeməyin və ya qida məhsullarının hazırlanmasında da təmizlik ən başlıca şərtlərdən biri hesab olunur.
    Məsum imamlar (ə) və islam alimləri bu fikirdə olmuşlar ki, yeməyin hazırlanmasında təmizliyə riayət etməmək və onun haram şeylərdən hazırlanması insanın mənəviyyatına, ruh və qəlbinin saflığına mənfi təsir göstərərək, onun ibadətdən uzaq düşməsinə səbəb olur. Bunu üçün də müxtəlif şəxslərdən və həmçinin təmizliyə riayət etməyən naşı şəxslərdən yemək məhsullarının alınmaması tövsiyə olunur. Lakin, bunu yalnız əxlaqi bir tövsiyə hesab etmək olar və biz aldığımız yemək məhsullarının natəmizliyinə yəqinlik hasil etməyənədək onu haram və natəmizlikdə ittiham edə bilmərik.
    Bütün bunlarla yanaşı, yemək məhsullarının halal yolla əldə olunmasına xüsusi diqqət yetirmək lazımdır. Hər bir müsəlman özünün və ailəsinin yemək məhsullarını halal yolla təmin etməklə yanaşı, illik gəlirinin xüms və zəkatını ödəməli və həmçinin başqalarının hazırladıqları yemək şeylərinin halal olub-olmamasına da diqqət yetirməlidir. Fiqh kitablarında bu məsələyə dair «Məkasibul muhərrimə-Halal qazanclar» adlı xüsusi fəsl ayrılmışdır. Bu haqda ətraflı məlumat əldə etmək istəyənlər bu kitablara müraciət edə bilərlər.
    ӘLLӘRİN YUYULMASI
    Gün ərzində müxtəlif əşyalarla təmasda olduğumuz üçün əllər istər-istəməz çirklənməli olur. Bunun üçün də bir çox xəstəliklərin qarşısını almaq üçün yemək yeməzdən əvvəl əllərin təmizliyinə xüsusi diqqət yetirilməlidir.
    Peyğəmbər (s) buyurur:
    «Yemək yeməzdən əvvəl dəstəmaz almaq yoxsulluğu, yedikdən sonra dəstəmaz aldıqda isə dəlilik xəstəliyini aradan aparır. Həmçinin gözün görmə qabiliyyətini də gücləndirir».(Məkarimul-əxlaq, Təbərsi. )
    Başqa bir hədisdə buyurur:
    «Xeyirxah işlərinizin artmasını istəyirsinizsə, yemək yeməzdən əvvəl dəstəmaz alın».(Mən la yəhzirul fəqih. )
    İmam Sadiq (ə) buyurur:
    «Yemək yeməzdən əvvəl və sonra əllərini yuyan şəxslər üçün yedikləri yemək daha bərəkətli olar və ömürlərinin sonunadək bol ruzi və əmin-amanlıq içində yaşayar».(Məkarimul-əxlaq, Təbərsi. )
    Səfvan Cəmmal, imam Sadiq (ə)-ın səhabələrindən nəql edərək deyir: Bir gün imam Sadiq (ə)-ın evində olduğum zaman yemək gətirdilər. Xidmətçi su və ləyən gətirdi və İmam (ə) yeməzdən əvvəl dəstəmaz aldı. Әllərini qurulamağa dəsmal verdikdə onu geri qaytarıb buyurdu:
    «Әlimi elə həmin şeylərdən yudum.». Yəni, əllərimi təmasda olduğum şeylərin çirk və natəmizliyindən yuyub təmizlədim. Onlarla yenidən təmasda olacaqdımsa, yumaq nəyə lazım idi?
    Səhabələrdən biri deyir: İmam Musa Kazim (ə) yemək yeməzdən əvvəl əllərini yudu, lakin qurulamadı. Yeməkdən sonra yuduqda isə əllərini qurulamaq üçün dəsmal istədi».(Həmən mənbə. )
    SÜFRӘ ARXASINDA NECӘ OTURMALI
    İnsan süfrə arxasında oturarkən, özünü Allah qarşısında son dərəcə təvazökar və ona bəxş etdiyi nemətlərin müqabilində qədirbilən olduğunu göstərməlidir. Bunun üçün də yaxşı olar ki, yemək süfrəsi yerdə açılsın.
    Peyğəmbər (s) buyurur:
    «Söykənərkən yemək yemirəm. Allah bəndəsi olduğum üçün adi bəndə kimi oturur, adi bəndə kimi də yemək yeyirəm».(Sünəni ibni Macə, 3262-ci xəbər. )
    Әli (ə) buyurur: «Yemək süfrəsinin arxasına oturduğunuz zaman Allah bəndələri kimi yerdə oturun, ayaqlarınızı bir-birinin üstünə qoymayın və ya (heyvan kimi) iki əl və ayaqlarınız üstə oturmayın, bilin ki, Allah belə oturanlara nifrət edər».(Üsuli-kafi, 6-cı cild.)
    İmam Sadiq (ə) buyurur:
    «Həzrət Məhəmməd (s) peyğəmbərliyə təyin olunduğu ilk gündən ömrünün sonunadək, yemək yediyi zaman heç bir yerə söykənməzdi. O, adi bəndələr kimi oturar, onlar kimi də yemək yeyərdi. Səbəbini soruşduqda buyurardı: «Allah qarşısında təvazökar olduğum üçün belə edirəm».(Həmən mənbə. )
    ALLAHIN ADI İLӘ BAŞLAMALI
    Peyğəmbər (s) Әli (ə)-a etdiyi tövsiyələrin birində buyurur: «Yemək yeməyə başlarkən «Bismillah», qurtardıqda isə Ona şükr edərək «Әlhəmdulillah» deyin. Belə etdikdə xeyirli işlərinizi yazan iki mələk istirahətin nə olduğunu bilməyəcəklər».(Məkarimul-əxlaq, Təbərsi. )
    Әli (ə) buyurur:
    «O kəslərin sağlamlığına zəmanət verirəm ki, yemək yeməyə başlarkən Allahın adını çəkmiş olsunlar».(Üsuli-kafi, 6-cı cild.)
    İmam Cəfər Sadiq (ə) buyurur: «Süfrədə olan bütün yeməkləri yeməzdən əvvəl «Bismillah» deməyi unudan şəxslərin, yeməyə başlamazdan əvvəl «Bismillah min əvvəlihi ila axirihi» deməsi məsləhətdir.»(Məkarimul-əxlaq, Təbərsi. )
    Әxlaq alimlərinin bir çoxu tövsiyə etmişlər ki, yemək yeməyə başlamazdan əvvəl «Bismillah» deməklə yanaşı, ağıza hər bir tikə qoyulduqda belə, Allahın adı çəkilsin. Belə etdikdə, yeməyin ləzzəti Allahı yad etməyə mane olmur.
    NİYYӘT
    İnsan yemək yedikdə ən başlıca məqsədi yeməklərin dadından ləzzət aparmaq deyil, Allah qarşısında ibadətlərini layiqincə yerinə yetirmək və əmli-saleh işlərə daha çox can atması olmalıdır.
    Belə olduqda, insan ilə heyvan arasındakı fərq özünü bir daha büruzə verir. İnsanın yemək yeməsi, mənəvi dəyər taparaq müstəhəb bir əməl kimi Allahın razılığına səbəb olur.
    Әli (ə) öz oğlu imam Həsən (ə)-a tövsiyə edərək buyurur: «Oğlum! Hər hansı bir isti və ya soyuq tikə və ya bir qurtum su içməzdən qabaq de: - İlahi! Yemək və içməklə Səndən xəstəliklərdən şəfa və sağlamlıq, Səndən layiqincə itaət etmək və şükrünü yerinə yetirməyə qüdrət istəyirəm. Yemək və içməkdən aldığım qüdrətdən Sənə ibadət etməyimə qadir et. Və mənə günahdan uzaq olmaq üçün ilham bəxş et! -demədən nə bir tikə çörək ye, nə də bir qurtum su iç».(Həmin mənbə)
    YEMӘK YEMӘYӘ NECӘ BAŞLAMALI
    Süfrə arxasına oturduqdan sonra Allahın adını çəkib yeməyi sağ əllə yeməyə başlamaq lazımdır.
    Səhabələrdən biri deyir: İmam Sadiq (ə)-dan sol əli ilə yeyən şəxslər barədə soruşduqda buyurdu: «Sol əllə bir şey yeməməli, içməməli və hər hansı bir iş görməməlidir.»(Vəsailüş-şiə, 16-cı cild. )
    Başqa bir rəvayətdə deyilir:
    «Sağ əlinizlə yeyə bildiyiniz halda, sol əlinizlə yeməyin».(Həmən mənbə, 12-ci cild.)
    Әli (ə) buyurur:
    «Yeməyə başlamazdan əvvəl bir qədər duz yeyin. Әgər camaat duzun nə qədər xeyirli olduğunu bilsəydi, ona zəhər dərmanından daha üstünlük verərdilər».(Məkarimul-əxlaq, Təbərsi. )
    İmam Sadiq (ə) buyurur:
    «Biz yemək yeməzdən əvvəl bir qədər duz yeyər və yeməkdən sonra bir qədər sirkə içərik».(Həmin mənbə)
    SUALLAR VӘ TAPŞIRIQLAR
    1. Yemək yeyərkən hər bir müsəlmanın üzərinə düşən ən başlıca vəzifə nədən ibarətdir?
    2. İslam nöqteyi-nəzərindən süfrə arxasında necə oturulmalıdır?
    3. Yemək yeməyə necə başlamaq lazımdır?
    4. Hansı niyyətlə yeyilib içilməlidir?
    Category: Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) | Views: 703 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024