İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 28 » Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    10:46 AM
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    ƏLLİ BİRİNCİ DӘRS
    İBADӘT
    İnsan övladı yarandığı ilk gündən müqəddəs varlıqlara pərəstiş onun həyatında xüsusi yer tutmuşdur. Hətta eramızdan əvvəl yaşamış insan həyatına nəzər saldıqda belə, elə bir qövm və ya millət tapmaq mümkün deyildir ki, hansısa müqəddəs hesab etdiyi varlığa pərəstiş etməmiş olsun. Demək, pərəstiş olunan şey insanın fitri xüsusiyyətlərindəndir və insan belə bir ehtiyacının təmin olunması üçün ibadət etmiş və mənəvi çətinliklərinin aradan qaldırılmasında hər şeydən uca hesab etdiyi müqəddəs varlığa arxalanmışdır.
    Әlbəttə, bir çox cəmiyyətlərdə bəzilərinin nadanlığı və ya inadkarlığı üzündən müqəddəs ilahi din və ayinlər təhrif edilərək öz həqiqi axarından çıxmış, əsirlər boyu tağut və batil varlıqlara pərəstiş etmişlər.
    Dini təlimlərdən heç bir məlumatı olmayan və ucqar bir məntəqədə yaşayan hər hansı bir şəxsin həyatına nəzər salsaq, bu həqiqətin şahidi olacağıq ki, o, özünün mənəvi rahatlıq tapması üçün hər şeydən uca və hər şeyə qadir olan müqəddəs bir varlıq axtarır və özünü onun qarşısında son dərəcə kiçik və aciz hesab edir.
    Ümumiyyətlə, Allaha pərəstiş və ibadət, haqq olaraq göndərilmiş bütün ilahi peyğəmbərlərin ən başlıca şüarı olmuşdur.
    Bu dərsimizdə ibadətin insan həyatında oynadığı rol, ibadətdən məqsəd və onun əhəmiyyəti haqda söhbət açacağıq:
    1. Yaradılış və peyğəmbərlərin göndərilməsindən ən başlıca məqsəd, ibadətdir.
    Allah-taala Zariyat surəsinin 56-cı ayəsində buyurur:
    «Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım».
    Məlum olduğu kimi, Allahın biz insanların ibadətinə heç bir ehtiyacı yoxdur. Çünki O, hər şeydən ehtiyacsızdır. Zumər surəsinin 7-ci ayəsində bu haqda deyilir:
    «...Çünki Allah sizə [sizin ibadətinizə] əsla möhtac deyildir...»
    İmam Hüseyn (ə) özünün məşhur Әrəfə duasında buyurur:
    «İlahi! Sənin zatın o qədər ehtiyacsızdır ki, Səndən özünə heç bir xeyir dəymir. Elə isə necə ola bilər ki, məndən ehtiyacsız olmayasan?»
    Başqa bir ayədə Allah-taala peyğəmbərləri göndərməklə insanların hidayət olunmalarını göstərir:
    «Biz hər ümmətə: Allaha ibadət edin, tağutdan çəkinin!-deyə peyğəmbər göndərmişdik...» (Nəhl-36. )
    Yuxarıda qeyd olunan iki ayədən belə nəticəyə gəlmək olur ki, ibadət və pərəstiş insanın özünə aiddir və onun kamala çatmasında ən başlıca rol oynayır. Çünki insanın kamala çatması Allaha yaxınlaşmasından asılıdır. Bu da yalnız ibadət və pəhrizkarlıqla müəyyən olur. Bəqərə surəsinin 21-ci ayəsində bu mətləbə işarə olunaraq buyurulur:
    «Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə bununla müttəqi olasınız!...»
    İmam Sadiq (ə) ibadətin əsas rüknü olan namazın fəziləti haqda buyurur:
    «Namaz hər bir pəhrizkar insanı Allaha yaxınlaşdıran ən gözəl vasitədir».(Mən la yəhzərul fəqih. Fəzlüs-səlat babı. )
    Demək, insan ibadətlə təqva və pəhrizkarlığa və bunun vasitəsilə Allaha yaxınlaşmağa və nəhayət, bu yolla kamala çatmış olur.
    İBADӘTİN FӘZİLӘTİ
    Әli (ə) buyurur:
    «Pərəstiş zəfər deməkdir».(Ğürərül-hikəm. )
    «İman sahiblərinin üstünlüyü onların ibadətlərindədir».(Həmən mənbə. )
    «Allah-taala sevdiyi bəndələrinə gözəl ibadət ilham edər».(Həmən mənbə. )
    «İbadətin ardıcıllığı səadətə yetişmək əlamətlərindəndir».
    «İbadətlə Allaha yaxınlaşmaq kimi, kimsə Ona başqa bir yolla yaxınlaşmamışdır».(Həmən mənbə. )
    İBADӘTİN HӘQİQİ MAHİYYӘTİ
    İmam Riza (ə) buyurur:
    «Pərəstiş və ibadətin əvvəli Allahı tanımaq, Allahı tanımağın əsas kökləri isə Onun birliyini dərk etməkdir».(Mizanul-hikmət, 2488-ci xəbər.)
    İmam Sadiq (ə)-ın səhabələrindən biri deyir: İmam Sadiq (ə)-dan ibadətin həqiqi mahiyyəti haqda soruşdum. Buyurdu: «İbadət və bəndəliyin həqiqi mahiyyəti bu üç şeydən ibarətdir:
    1. İnsan, Allahın Onun ixtiyarına qoyduğu şeyləri öz malı hesab etməməlidir, çünki insan heç nəyin həqiqi sahibi deyildir və hər şeyi Allahın malı hesab etməlidir. Demək, onları Allahın ona əmr etdiyi yerlərdə istifadə etməlidir.
    2. Özü-özünə çarə və çıxış yolu tapıb müxtəlif tədbirlərə əl atmamalıdır (yəni, Allaha təvəkkül edərək Onun qoyduğu qanun çərçivəsində düşünüb-daşınmalıdır).
    3. Yalnız Allahın ona əmr etdiyi şeylərlə məşğul və yasaq etdiyi şeylərdən uzaq olmalıdır... Bütün bunlar təqvanın ilk mərhələsidir».(Həmən mənbə, 2489-cu xəbər. )
    Әli (ə) buyurur:
    «Bəndəlik beş şeydən ibarətdir:
    1. Qarının boşluğu (az yemək);
    2. Quran oxumaq;
    3. Gecələri ibadətlə keçirmək;
    4. Sübh namazlarında Allahla razi-niyaz etmək;
    5. İbadət edərək Allahın qorxusundan ağlamaq».(Həmən mənbə. )
    AGAHCASINA İBADӘT
    Peyğəmbər (s) buyurur:
    «Allahı tanımaq ibadətin başlanğıcıdır».(Mizanul-hikmət, bab-2491.)
    Әli (ə) buyurur: «Allahı tanıtdırmayan ibadətin heç bir xeyiri yoxdur».(Həmən mənbə.)
    «Nəfsinizdə ibadət etdiyiniz şeyə yəqinlik hasil edin ki, sizə xeyir verən varlığa ibadət etmək üçün bədən üzvlərinizi hərəkətə gətirəsiniz».(Həmən mənbə.)
    «Elmsiz və heç bir agahlığı olmayan abidlər, dəyirmanda yerində dövr edən, lakin bir addım da olsun irəli getməyən ulağa bənzər».(Ğürərül-hikəm. )
    İBADӘTDӘN MӘQSӘD
    Әli (ə) buyurur:
    «Bəziləri savab və cənnət xatirinə ibadət edər, bu tacir və alverçilərin ibadətinə bənzər; bəziləri cəhənnəm qorxusundan ibadət edər, bu da qul və kölələrin ibadətinə bənzər; bəziləri isə Allaha şükrünü yerinə yetirmək üçün ibadət edər, bu isə azad insanların ibadətidir».(Nəhcül-bəlağə, 229-cu hikmət. )
    İmam Cəfər Sadiq (ə) buyurur:
    «Camaat Allaha üç cür ibadət edər: Bəziləri tamahkar və həris insanlar kimi Allaha savab və Cənnətə xatir ibadət edər, bəziləri kölələr tək cəhənnəm odundan qorxaraq ibadət edər. Lakin mən, Allaha eşq və məhəbbətlə ibadət edirəm. Bu isə azad və şərəfli insanların ibadətidir. Allah-taala bu haqda buyurur:
    «...Belələri o günün [qiyamət gününün] dəhşətli qorxusundan əmi-amanlıq içində olarlar».(Nəml-89. )
    Başqa bir ayədə buyurur:
    «[Ya Məhəmməd!] De ki: Әgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı başlasın...» (Ali-imran-31. )
    Allahı sevərsə Allah da onları sevər. Allah sevən şəxslər isə dünya və axirətdə daim əmin-amanlıq içində olarlar».(Biharul-ənvar, 70-ci cild, bab-53. )
    İBADӘTİN NÖVLӘRİ
    Peyğəmbər (s) buyurur:
    «İbadət yetmiş hissədən ibarətdir, onların ən yaxşısı halal qazanc əldə etməkdir».(Biharul-ənvar, 103-cü cild, bab-1.)
    Әli (ə) buyurur:
    «İlahi nemətlər barədə düşünüb-daşınmaq ən böyük ibadətdir».(Ğürərül-hikəm. )
    «Yerin və göyün sirləri barədə fikirləşmək xalis insanların işidir».
    «İbadətin bir növü də çox salam verib mülayim danışmaqdır.»(həmin mənbə)
    Peyğəmbər (s) buyurur:
    «Alimlərə nəzər salmaq özü də bir növ ibadətdir. Әdalətli hakimə nəzər salmaq özü bir ibadətdir, ata-anaya sevgi və mehribanlıqla nəzər salmaq özü bir ibadətdir. Allaha xatir sevdiyin [mömin] qardaşın üzünə baxmaq da özü bir ibadətdir».(Biharul-ənvar, 74-cı cild, bab-2. )
    Peyğəmbər (s) buyurur:
    «Elm məqsədilə evindən çıxan şəxs yiyələndiyi elmin vasitəsilə kimisə haqqa hidayət edərsə, qırx il ibadət edən abidin savabına nail olar».(Biharul-ənvar, 1-ci cild, bab-1. )
    Dərsimizin sonunda bunu da qeyd edək ki, ibadətə dair müxtəlif bəhsləri təfsilatı ilə bir çox əxlaq kitablarında mütaliə etmək olar. Burada isə yalnız ibadətin əhəmiyyət və dəyəri haqda söhbət açmaqla kifayətlənirik.
    SUALLAR VӘ TAPŞIRIQLAR
    1. Nə üçün Allah-taala Qurani-kərimdə ibadəti yaradılışdan ən başlıca məqsəd hesab edir?
    2. Nəql olunmuş hədis və rəvayətlərə istinad edərək ibadətin insan həyatında oynadığı rolu bəyan edin.
    3. Bəndəlik nə deməkdir?
    4. Necə ibadət olunmalıdır?
    5. İbadətin hansı məqsədlər daşıdığını bəyan edin.
    6. İslamda hansı əməllər ibadət sayılır?
    Category: Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) | Views: 723 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024