İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » 2011 » September » 28 » Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    10:43 AM
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    ƏLLİ DÖRDÜNCÜ DӘRS
    ORUCUN FӘZİLӘTİ
    Namazdan sonra hər bir müsəlmanın üzərinə düşən ilahi vəzifələrdən biri də Ramazan ayının vacib orucudur. Orucun hansı şəraitdə və hansı şərtlərlə tutulması haqda fiqh kitablarında ətraflı izahlar verilmişdir. Oruc, insanın günah, şəhvət, nəfsani istəklərdən uzaq olması üçün ən gözəl vasitədir. Bu yolla Allahın istək və məhəbbətini və bunun nəticəsində Onun rizasını qazanmaq mümkün olur.
    Bu dərsimizdə Peyğəmbər (s) və Məsum imamların (ə) ürək oxşayan kəlamlarından istifadə edərək orucun əhəmiyyət və səbəbləri haqda söhbət açacaq və bununla da oruc tutan hər bir şəxsin üzərinə düşən vəzifələri aydınlaşdıracağıq.
    ORUC MӘNİM ÜÇÜNDÜR
    Peyğəmbər (s) buyurur:
    «Allah-taala buyurur:
    Hər bir xeyirxah işin ondan yeddi yüzə qədər savabı vardır. Onlardan fərqli olaraq orucun öz savabı vardır. O, Mənə məxsus olduğu üçün savabını da Mən Özümə verəcəyəm».(Sünəni Nisai, 4-cü cild. )
    Bu məzmunda imam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir:
    «Səbr etmək və namaz qılmaqla [Allahdan] kömək diləyin» ayəsindən məqsəd, Ramazan ayının orucudur».(Üsuli-kafi, 6-cı cild. )
    Buradan əgər «Yalnız [dünyada Allah yolunda çətinliklərə] səbr edənlərə [axirətdə] saysız-hesabsız mükafat veriləcəkdir!» ayəsi də diqqəti cəlb edərsə, hədisin mənası daha da açıqlanacaqdır. Çünki, bu hədisdə sair xeyirxah işlər üçün savablar müəyyən edilmiş, oruca gəldikdə isə, Allah-taala bu işin mükafatını şəxsən Öz üzərinə götürmüşdür.
    Peyğəmbərdən (s) nəql olunmuş başqa bir hədisdə deyilir: «Allah-taala buyurur: Adəm övladlarının orucdan başqa gördükləri hər bir əməl onların özlərinə aiddir. Oruc isə Mənə aiddir və onun mükafatını da Mən Özüm verəcəyəm. Dünyada silahla özünüzü qoruduğunuz kimi, oruc da qiyamət günü möminlərin [axirətin əzabından] hifz edib qoruyar. Bu bir həqiqətdir ki, oruc tutan şəxsin ağızından gələn iy Allah üçün müşk iyindən daha gözəldir. Oruc tutan şəxslər iki dəfə sevinərlər: İftar etdikləri və məhşərdə Allahla görüşüb onları cənnətə daxil etdiyi zaman».(Biharul-ənvar, 96-cı cild, bab-30. )
    «And olsun Allaha! Oruc tutan şəxsin ağzından gələn iy Allah üçün müşk iyindən daha gözəldir. Allah-taala buyurur:
    «[Oruc tutan bəndəm] yemək-içməyin ləzzətini Mənə xatir tərk etmişdir. Oruc Mənə məxsusdur, onu da Mən özüm mükafatlandıracağam.»(Səhih Buxari, 3-cü cild. )
    ORUC MÜSӘLMANIN QALXANIDIR
    Peyğəmbər (s) buyurur:
    «Oruc cəhənnəm odunun qarşısında [iman əhli] üçün bir sipərdir».(Biharul-ənvar, 96-cı cild, bab-30. )
    «Oruc tutmağı sizlərə tövsiyə edirəm, çünki oruc cəhənnəm odunun qarşısında sipərdir. Әcəl sizləri haqladığı zaman ac ola bilirsinizsə, belə edin».(Həmən mənbə. )
    Peyğəmbərin (s) orucu cəhənnəm odunun müqabilində qalxan və sipərə bənzətməsinin əsas səbəbi şəhvət və qəzəb qüvvələrindən qaynaqlanan günahların qarşısını almaq və insanın haqq yoldan uzaq düşməməsidir. Nə qədər ki, oruc tutan şəxs onu viran etməyib «Oruc, müsəlman üçün bir sipərdir».
    Demək, düçar olduğu günahlarla orucunu batil edən şəxslər sanki öz sipərlərini əməlləri ilə yırtıb dağıtmış olarlar.
    ORUCUN SӘBӘBLӘRİ
    Әli (ə) buyurur:
    «Allah-taala orucu insanların imanlarının sınağı üçün vacib etmişdir».(Nəhcül-bəlağə, 252-ci hikmət. )
    Həzrət Fatimeyi Zəhra (ə) buyurur:
    «Allah-taala orucu insanların öz imanlarında möhkəm və sabit olmaları üçün vacib etmişdir».(Biharul-ənvar, 96-cı cild, bab-46. )
    İmam Cəfər Sadiq (ə) buyurur:
    «Oruc onun üçün vacib edilmişdir ki, varlı və yoxsul bərabər olsun. Çünki varlılar istədiklərini çətinlik çəkmədən əldə edir və aclığın nə olduğunu təsəvvür belə etmirlər. Varlıların, yoxsulların çətinliklərini dərk edib hallarına yanması və aralarında bərabərliyin bərqərar olunması üçün oruc vacib edilmişdir».(Həmin mənbə)
    Həzrət Әli ibni Musa Riza (ə) buyurur: «Orucun möminlərə nə üçün vacib olduğunu soruşsanız, cavabında sizlərə deyiləcək: Yoxsulların aclıq və susuzluqlarını dərk edib özlərinin qiyamət günü əli boş olduqlarından agah olmaları üçün. Bu ilahi hökmün vacib olmasının səbəblərindən biri də oruc tutan şəxsin özünü Allah qarşısında kiçik və Ona möhtac olduğunu görməsidir. Orucluğun aclıq və susuzluğuna səbr edən iman sahibləri Allah rizasını qazanıb axirət dünyasının mükafatına nail olarlar. Bütün bunlarla yanaşı, möminlər oruc tutduqları müddət ərzində yoxsulların keçirdikləri ağır həyat tərzini özlərində yaşadır, qəzəb və şəhvət kimi şeytani xislətləri özlərindən uzaqlaşdıraraq mənəvi saflığa nail olurlar. Eyni zamanda möminlərin çəkdikləri zəhmət və məşəqqət onları yoxsul təbəqəyə maddi yardım etməyə sövq edir».(Həmin mənbə)
    ORUCUN MӘNӘVİ NӘTİCӘLӘRİ
    Peyğəmbər (s) buyurur:
    «Oruc tutan şəxsin yatmağı ibadət, aldığı nəfəs isə təsbihdir [Allahı zikr etmək]».(Biharul-ənvar, 96-cı cild, bab-30. )
    «Həqiqətən Allah Öz mələklərinə oruc tutan şəxslərə dua etmələrini əmr etmişdir».(Biharul-ənvar, 96-cı cild, bab-30. )
    «Әgər bir gün müstəhəb oruc tutan şəxsə durduğun yerin ağırlığı qədər qızıl verilsə, yenə də savabına layiq olmayacaqdır. Onların layiqli mükafatı yalnız axirət günü veriləcəkdir.»
    Әli (ə) buyurur:
    «Oruc tutan şəxsin yuxusu ibadət, sükutu isə Allaha zikrdir. Onların duası qəbul, gördüyü əməllərin savabı isə neçə bərabərində veriləcəkdir.»(Biharul-ənvar, 96-cı cild, bab-30. )
    Peyğəmbər (s) buyurur:
    «Oruc tutan şəxs müsəlman bir şəxsin qeybətini etməyincə, yatağında olsa belə, Allaha ibadət etmiş olur».(Biharul-ənvar, 96-cı cild, bab-30. )
    ORUC NӘDİR?
    İmam Cəfər Sadiq (ə) buyurur: «Oruc tutmaq tək yemək yeməməkdən və su içməməkdən ibarət deyildir, insan gözü, qulağı, övrəti, ümumiyyətlə gördüyü bütün işlərlə oruc tutmalı və özünün şəhvət və nəfsani istəklərinə qalib gəlməyi bacarmalıdır. Bacardıqca az danışmalı və öz xidmətçilərinə qarşı olduqca mülayim olmalıdır».(Vəsailüş-şiə, 7-ci cild, «Oruc tutanın ədəb qaydaları» babı. )
    İmam Riza (ə) buyurur:
    «Oruc tutduğunuz zaman qulağınız, gözünüz, dəriniz və tükləriniz də oruc tutmalıdır».(Biharul-ənvar, 96-cı cild, bab-36.)
    SUALLAR VӘ TAPŞIRIQLAR
    1. Nə üçün Allah-taala oruc tutan şəxsləri şəxsən Özü mükafatlandıracağına vədə verir?
    2. Oruc tutan şəxsin iki sevinci nədən ibarətdir?
    3. Orucu «Cəhənnəm odunun sipəri» adlandırmaq nə məna kəsb edir?
    4. Orucun vacibliyinin səbəbləri nədən ibarətdir?
    5. Orucun mənəvi nəticələrini bəyan edin.
    6. Oruc dedikdə, yalnız yemək və içməkdən pəhriz nəzərdə tutulurmu?
    Category: Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) | Views: 785 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024