İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 28 » Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    10:42 AM
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    ƏLLİ BEŞİNCİ DӘRS
    QURANIN FӘZİLӘTİ
    Peyğəmbər (s) buyurur:
    «Allah bütün varlıqlardan üstün olduğu kimi, Quran da digər kəlamlardan üstün və fəzilətlidir.»(Biharul-ənvar, 92-ci cild, bab-1. )
    «Quran elə bir sərvətdir ki, nə ondan artıq sərvət var, nə də ondan sonra yoxsulluq».(Həmin mənbə)
    «Әn doğru söz, ən mötəbər kəlam, hikmətli nəsihətlər və ən gözəl əhvalatlar Allahın kitabındandır.»(Mizanul-hikmə, bab-3293. Mən la yəhzərul fəqi, 4-cü cild. )
    Әli (ə) buyurur: «Sizlərə Quran oxumağı və Quranla yaşamağı tövsiyə edirəm. Onu özünüzə rəhbər və hidayətçi bilin».(Mizanul-hikmə, bab-3292. Kənzül-ümmal, 4019-cu xəbər. )
    «Agah olun ki, kimsə Quranı dərk etdikdən sonra yoxsulluğa düçar olmayacaq və Quranı dərk etməzdən əvvəl kimsə var-dövlət sahibi olmayacaqdır. Elə isə Qurandan xəstələriniz üçün şəfa və çətinlikləriniz üçün kömək diləyin. Çünki Quran sizin üçün ən böyük dərman və şəfa mənbəyidir. Qarşılaşdığınız bəla və müsibətlər isə küfr, nifaq və haqq yoldan sapınmağınızdır.»(Nəhcül-bəlağə, 175-ci xütbə. )
    QURAN OXUMAĞIN FӘZİLӘTİ
    Peyğəmbər (s) buyurur:
    «Ümmətimin ən böyük ibadəti onların Quran tilavət etmələridir.»(Sünəni Darmi, 2-ci cild. )
    «Quran əhli, Allah-taalanın xas bəndələridirlər».(Sünəni ibni Macə, 215-ci xəbər. )
    «Dəmir pas atdığı kimi, qəlblər də daşlaşaraq məhv olur». Peyğəmbərdən (s) bundan necə yaxa qurtarmaq haqda soruşduqda buyurur: «Quran oxumaq və ölümü xatırlamaqla.»(Ehyaül-ülum, Qur’an oxumaq ədəbi kitabı.)
    «Allahla danışmaq istəyirsinizsə Quran oxuyun».
    «Sizlərə Quran oxumağı tövsiyə edirəm. Çünki, Quran günahların kəffarəsi və cəhənnəm odundan böyük bir sığınacaqdır.»(Biharul-ənvar, 92-ci cild, bab-1. )
    «Quran oxumaqdan qafil olmayın, çünki Quran insanı günah və bütün pisliklərdən uzaq edir».(Kənzül-ümmal, 4032-ci xəbər. )
    Әli (ə) buyurur:
    «Quran oxumağa alışan şəxslər, qardaşlarından (mömin dostlarından) uzaq düşəcəyinə əsla nigaran olmazlar».(Ğürərül-hikəm. )
    «Quran oxumaq imanı gücləndirir.»(Həmən mənbə. )
    İmam Cəfər Sadiq (ə) buyurur: «Hər bir cavan mömin Quran oxumaqla onu ət və qanına çəkir və Allah-taala onu axirətdə Özünün böyük peyğəmbərləri ilə birlikdə sakin edər».(Biharul-ənvar, 92-ci cild, bab-20.)
    QURAN ÖYRӘNMӘYİN FӘZİLӘTİ
    Peyğəmbər (s) buyurur:
    «Həqiqətən Quran ilahi süfrədir, elə isə bacardığınız qədər ondan bəhrələnin».(Kənzül-ümmal, 2356-cı xəbər. )
    Peyğəmbər (s) Muaz ibni Cəbələ tövsiyə edərək buyurur: «Ey Muaz! Әgər xoşbəxt insanlar kimi yaşamaq, şəhidlər kimi ölmək, məhşərdə azad olmaq qiyamət günü əmin-amanlıqda qalmaq, o günün qaranlıq və zülmətindən yaxa qurtarmaq, qızmar günlərdə kölgə və asayişdə olmaq, susuz olduğun günlərdə susuzluğunu dəf etmək, çətinliklərlə qarşılaşdığın zaman öz mövqeyini qoruyub saxlamaq, haqq yoldan uzaq düşdüyün zaman hidayət olmağını istəyirsənsə, Quranı öyrən. O, mehriban Allahı yad etməkdə ən gözəl vasitə, Şeytanın müqabilində böyük bir zireh və əməllərin ölçülməsi üçün ən yaxşı meyardır».(Kənzül-ümmal, 2439-cu xəbər. )
    Peyğəmbər (s) buyurur:
    «Sizlərdən biriniz digərinizə Quran ayələrindən birini öyrədərsə, həmin şəxsin ağasına çevrilər. Elə isə onlara qarşı hörmətsizlik etməməli və hüquqlarını taptalamamalıdır. Belə bir kobudluğa yol verən şəxslər, sanki islamın dayaqlarından birini viran etmiş olarlar».(Kənzül-ümmal, 2384-cü xəbər. )
    «Allahın evlərindən birinə [məscidlərdən] yığışıb Quranı öyrənən şəxslərə Allahın rəhmət və bərəkəti nazil olar və mələklər onları əhatə edərək xoş sözlərlə yad edərlər».(Kənzül-ümmal, 2320-ci xəbər. )
    «Allah-taala qiyamət günü övladına Quran öyrədən şəxslərin boynuna elə bir boyunbağı salar ki, gözəlliyindən məhşərdə hamını heyran edər».(Həmən mənbə, 2386-cı xəbər. )
    Әli (ə) buyurur: «Övladın atanın üzərində olan haqqı ona gözəl ad qoymaq, tərbiyə etmək və Quran öyrətməkdən ibarətdir».
    «Quran oxumağı öyrənin, çünki o, ən gözəl kəlamdır; onun məna və məfhumunu dərk edib yaxşıca düşünüb daşının, çünki o, qəlblərə bahar gətirir; ondan şəfa istəyin, çünki o, canların şəfasıdır; onu gözəl oxuyun, çünki orada ən gözəl əhvalatlar söylənilir».(Nəhcül-bəlağə, hikmətlər bölümü.)
    İmam Cə’fər Sadiq (ə) buyurur:
    «Yaxşı olar ki, möminlər dünyalarını dəyişməyənədək Quran öyrənsinlər və ya dünyalarını dəyişdikləri zaman Quran öyrənməklə məşğul olsunlar».(Biharul-ənvar, 92-ci cild, bab-20. )
    QURANI ӘZBӘRLӘYİB DӘRK ETMӘYİN FӘZİLӘTİ
    Peyğəmbər (s) buyurur:
    «Ümmətimin böyükləri Quran oxuyan və gecələrini ibadətlə keçirənlərdir.»(Biharul-ənvar, 92-ci cild, bab-19. )
    «Quran oxuyanlar Cənnət əhlinin arifləri olacaqlar».(Həmən mənbə. )
    «Allah-taala Quranı yaşadan qəlblərə əzab verməyəcəkdir.»
    «Quran əhli Cənnətdə peyğəmbərlərdən sonra sakin olarlar. Elə isə Allahın yanında böyük məqam sahibləri olduqları üçün onların hüquqlarını taptalamayın.»(Həmən mənbə. )
    «Quran bəxş olunan şəxslər, əgər Allahın kiməsə onlara veriləndən daha artığını bəxş etdiyini güman edərsə, ilahi nemətlərə təhqir gözü ilə baxmış olar».(Kənzül-ümmal, 2317-ci xəbər. )
    «Quranla yaşamayanlar xaraba evə bənzərlər».(Həmən mənbə, 2478-ci xəbər. )
    «Qurana əməl edən Quran hafizləri axirətdə Allahın peyğəmbərləri ilə birgə olarlar».(Biharul-ənvar, 92-ci cild, bab-19. )
    «İnsanlardan bəziləri, başqaları filan şəxs «Quran qarisidir» desinlər deyə, bəziləri dünyəvi məqsədlər üçün, bəziləri də ömürləri ondan bəhrələnsin deyə, Quran oxuyarlar».(Üsuli-kafi, 2-ci cild. )
    QURANIN DİNLӘNİLMӘSİ
    Peyğəmbər (s) buyurur:
    «Kim Allah aşiqidirsə, Onun kəlamını dinləsin».(Kənzül-ümmal, 2472-ci xəbər. )
    «Kim bir ayəyə qulaq asarsa, əməl dəftərinə iki bərabər savab yazılar. Onu dinləyənlər üçün isə məhşər olduqca nurlu olar».(Mizanul-hikmət, bab-3314. Kənzül-ümmal, 2316-cı xəbər. )
    «Quran oxuyanlardan dünya, onu dinləyənlərdən isə axirətin dərd və bəlaları dəf olar».(Mizanul-hikmət, bab-3314. )
    SUALLAR VӘ TAPŞIRIQLAR
    1. Nəql olunmuş rəvayətlərdə Quranın dəyər və əhəmiyyəti haqda nə deyilir?
    2. Quranın tilavəti nə kimi mənəvi nəticələr verir?
    3. Quranı öyrənib təlim etmək nə kimi nəticələr verir?
    4. Nəql olunmuş rəvayətlərdə Quranı dinləyənlərə hansı mükafatlar nəzərdə tutulduğundan danışılır?
    Category: Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) | Views: 830 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024