İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » September » 28 » Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    10:41 AM
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    ƏLLİ ALTINCI DӘRS
    QURANIN OXUNUŞ QAYDALARI
    Quran, Allah kəlamı olduğu üçün bir çox xüsusiyyətləri ilə digər kitablardan fərqlənir. Bu səbəbdən də Quran oxuyan hər bir şəxs bir sıra qanun və qaydalara riayət etməlidir. Bu qaydalardan bəziləri Qurana hörmət və ehtiram, bəziləri də qarilərin Quranın məna və məfhumunun dərk etməsi üçün nəzərdə tutulmuşdur. Bu dərsimizdə onlardan bəziləri haqda söhbət açacağıq.
    QARİLӘRİN ӘDӘB QAYDALARI
    Yaxşı olar qarilər özlərindən yaşca böyük olan şəxslərə hörmət və ehtiramla yanaşdıqları kimi, Quran oxuduqları zaman da təharətə (təmizliyə) tam şəkildə riayət edib dəstəmaz aldıqdan sonra Quran oxumağa başlasınlar. İstər ayaq üstə, istərsə də oturduğu vəziyyətdə Quranın qarşısında son dərəcə təvazökar olmağa çalışsınlar. Uzanan halda və ya ayaqları uzadan halda, ümumiyyətlə ədəb-ərkandan uzaq olan vəziyyətlərdə Quran oxumaqdan çəkinib daim dişlərini yumağa cəhd etsinlər.
    Peyğəmbər (s) buyurur:
    «Həqiqətən sizin ağzınız Quranın yoludur; onu yumaqla pak saxlayın.»(Biharul-ənvar, 92-ci cild, bab-26. )
    QİRAӘT OLUNAN YERLӘR
    Hamam, ayaq yolu, ümumiyyətlə hörmətsizliyə səbəb olan yerlərdə Quran oxunmamalıdır. Məscid, ziyarətgah və bu kimi müqəddəs yerlərdə isə Quran oxunmasına təkid olunmuşdur. Eyni zamanda evlərdə də Quranın qiraət olunmasına xüsusi diqqət yetirilməlidir. Bu məzmunda Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir:
    «Evlərinizi Quran nuru ilə münəvvər edin; yəhudi və məsihilər təkcə kilsə və məbədlərdə ibadət edib evlərinizi qəbristanlığa çevirməyin. Quran oxunan evlərdə xeyir bərəkət artar və ev sahibləri səadət və xoşbəxtçilik içində yaşayarlar.
    Ulduzlar yerə işıq saçdığı kimi, həmin evlər də səma sakinlərinə nur saçar.»
    Әli (ə) buyurur:
    «Quran oxunub, Allah zikr olunan evlərdə xeyir-bərəkət artar və mələklərin daimi məskəninə çevrilər. Şeytanlar isə həmin evlərdən uzaq olarlar. Ulduzlar yer sakinlərinə nur saçdığı kimi, Quran oxunan evlər də nur kimi işıq saçar. Quran oxunmayan evlərdən isə xeyir-bərəkət azalar, mələklər oranı tərk edər, Şeytanlar isə oranı özlərinə məskən seçərlər».(Üsuli-kafi, 2-ci cild. )
    QİRAӘTİN MİQDARI
    Nəql olunmuş rəvayətlərdə gün ərzində ən azı əlli ayə oxunulması tövsiyə olunur. İmam Sadiq (ə) buyurur:
    «Quran, Allahla insanlar arasında bağlanan əhd-peymandır. Bunun üçün də hər bir müsəlman bu əhd-peymana sadiq qalmalı və hər gün ondan əlli ayə oxumalıdır».(Üsuli-kafi, 2-ci cild. )
    Səhabələrdən biri imam Sadiq (ə)-dan soruşur: «Quranı bir gündə xətm etmək olarmı?» İmam Sadiq (ə) həmin şəxsin cavabında buyurur: «Bir aydan az vaxtda xətm etməyini məsləhət görməzdim».(Həmən mənbə. )
    Təbii ki, Quranı bir gün ərzində xətm edən şəxslər onun məna və məfhumunu olduğu kimi dərk etməyəcəklər. Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir:
    «Quranı üç gündən tez xətm edənlər onu dərk etməyəcəklər.»(Sünəni ibni Macə, 1347-xəbər. )
    ŞEYTANI LӘNӘTLӘMӘK VӘ ALLAHIN ADINI ÇӘKMӘK
    Quran oxunuşunda riayət olunması lazım olan şeylərdən biri də qarinin tilavət etməzdən əvvəl Şeytanı lənətləyib (Әuzu billahi minəşşəytanir-rəcim) Allahın adını çəkməsidir (Bismillahir rəhmanir rəhim). Nəhl surəsinin 98-ci ayəsində deyilir:
    «[Ya Məhəmməd!] Quran oxumaq istədiyin zaman məlun Şeytandan Allaha sığın! [Әuzu billahi minəşşəytanir-rəcim sözlərini de!]»
    Şeytanı lənətlədikdən sonra isə Bismillahir-rəhmanir-rəhim deyərək Allahın adı çəkilməlidir. İmam Cəfər Sadiq (ə) buyurur: «Günah qapılarını Şeytanı lənətləməklə bağlayın, Allaha itaət qapılarını isə Onun adını zikr etməklə açın.»(Biharul-ənvar, 92-ci cild, bab-26. )
    TӘRTİL
    Allah-taala Muzzəmmil surəsinin 4-cü ayəsində buyurur:
    «...Həm də aramla, ağır-ağır Quran oxu!»
    İmam Sadiq (ə)-dan ayənin izahı haqda soruşduqda buyurur: «Әmirəl-möminin (ə) bu haqda buyurmuşdur: Yəni, Quran oxuyarkən şer kimi sürətlə və qısa ifadələr tək pərakəndə deyil, kəlmələri açıq aşkar bəyan edin. Daşlaşmış qəlblərinizi Quran sədası ilə qorxuya salın və tələm-tələsik surəni başa vurmağa çalışmayın».(Həmən mənbə. )
    Yəni, Quran sürətlə oxunmamalı, lazımı yerlərdə dayanılıb məna və məfhumuna diqqət yetirilməlidir.
    GÖZӘL AVAZ
    Yaxşı olar ki, qarilər Quranı gözəl və ürəyə yatımlı səslə oxusunlar.
    Peyğəmbər (s) buyurur:
    «Qurana gözəl avazla zinət verin».(Sünəni Darmi, 2-ci cild. )
    «Həqiqətən gözəl səs Quranın zinətidir».(Biharul-ənvar, 92-ci cild, bab-21. )
    «Hər şeyin bir zinəti vardır, Quranın da zinəti gözəl avazdır».(Həmən mənbə. )
    MӘLAHӘTLİ SӘS VӘ TӘVAZÖKARLIQ
    Yaxşı olar ki, qarilər Quran oxuyarkən onun əzəmətinin qarşısında kiçilib həzin səslə oxusunlar. Belə olduqda ayələrin mənaları qəlbə daha tez yol tapır və insanın mənən saflaşaraq ilahi göstərişlərə tabe olmasına köməklik edir.
    Hədid surəsinin 16-cı ayəsində deyilir:
    «İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan [Quran] üçün yumşalması vaxtı gəlib çatmadımı?...»
    Peyğəmbər (s) buyurur:
    «Quranı həzin səslə oxuyun, çünki o həzin olaraq nazil olmuşdur».(Kənzül-ümmal, 2777-ci xəbər. )
    DÜŞÜNCӘ
    Qarinin üzərinə düşən ən başlıca vəzifələrdən biri də ayələrin məna və məfhumunu dərk etməsidir. Çünki, Quran oxumaqdan əsas məqsəd, əxlaq və hidayət xarakterli ayələrdən düzgün nəticə əldə etmək və onları əməli olaraq həyata keçirməkdir. Bunun üçün də qarilər Quran tilavət edərkən ayələrin məna və məfhumuna diqqət yetirməli, ayələrin mənasını dərk etmədikdə isə təfsir kitablarına və təfsirçilərin irəli sürdükləri fərziyyələrə müraciət etməlidirlər.
    Allah-taala Sad surəsinin 29-cu ayəsində buyurur:
    «[Ya Peyğəmbər! Bu Quran] sənə nazil etdiyimiz mübarək [xeyir-bərəkətli] bir kitabdır ki, [insanlar] onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də [ondan] ibrət alsınlar».
    Başqa bir ayədə buyurulur:
    «Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur?...» (Məhəmməd-24.)
    Әli (ə) buyurur:
    «Bilin ki, qiraət edərkən ayələrin məna və məfhumunu dərk etmədikdə heç bir xeyir əldə etmək olmaz».(Biharul-ənvar, 92-ci cild, bab-26. )
    KİTABI [QURANI] ÜZÜNDӘN OXUMALI
    Quran oxuyan hər bir şəxs tilavət etdiyi surə, ayə və yaxud bütün Quranı əzbər bilsə belə yaxşı olar ki, onu əzbərdən deyil, Qurana nəzər salaraq oxusun. Belə ki, nəql olunmuş rəvayətlərdə Quranın üzündən oxunuşunun özünün ibadət olduğu göstərilir. İmam Cəfər Sadiq (ə)-ın səhabələrindən biri deyir: İmam Cəfər Sadiq (ə)-a dedim: Quranı əzbər bilirəm, onu əzbərdən oxusam yaxşı olar, ya baxaraq?
    Buyurdu: «Quranı baxaraq oxusan daha yaxşı olar. Məgər bilməyirsənmi ki, Qurana baxmaq özü bir ibadətdir?!»
    SUALLAR VӘ TAPŞIRIQLAR
    1. Quran oxuyan şəxs qiraət zamanı hansı hisslər keçirməlidir?
    2. Quran hansı yerlərdə oxunmalıdır?
    3. Gün ərzində ən azı neçə ayə oxunmalıdır?
    4. Tərtil nə deməkdir?
    5. Quranın məna və məfhumunu dərk etməyin əhəmiyyətini bəyan edin.
    Category: Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) | Views: 773 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024