İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1820
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » 2011 » September » 28 » Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    10:41 AM
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    ƏLLİ YEDDİNCİ DӘRS
    DUA VӘ ZİYARӘTİN ӘHӘMİYYӘTİ
    Bu dərsimizdə hər şeydən əvvəl aşağıdakı suala cavab tapmaq istəyirik:
    İnsanın Allah dərgahına üz tutub, dua edib ehtiyaclarını diləməsi islam dinində nə kimi əhəmiyyət kəsb edir?
    Belə bir tanışlıqdan sonra duanın dəyər və fəziləti haqda söhbət açacaq, daha sonra müqəddəs övliyaların sağ olduqları zaman və dünyalarını dəyişdikdən sonra qəbirlərinin ziyarət olunması haqda danışacağıq.
    DUA
    Allah dərgahında edilən duaların nə kimi əhəmiyyət kəsb etdiyini bilmək üçün, hər şeydən əvvəl bu məzmunda nəql olunmuş bir neçə hədisə diqqət yetirək.
    Peyğəmbər (s) buyurur:
    «Dua ibadətin cövhəridir. Onunla kimsə çətinliyə düçar olmur».(Biharul-ənvar, 93-cü cild, bab-16. )
    Başqa bir hədisdə buyurur:
    «Duanı tərk etmək Allaha itaətsizlik deməkdir».(Mizanul-hikmət, bab-1189.)
    Әli (ə) buyurur:
    «Allah dərgahında gördükləri işlərin ən sevimlisi insanların dua etmələridir.»(Üsuli-kafi, 2-ci cild. )
    İmam Məhəmməd Baqir (ə) buyurur:
    «Mənə ibadət etməyi öz qürurlarına sığışdırmayanlar Cəhənnəmə zəlil olduqları halda girəcəklər» ayəsindən məqsəd ibadətdir və dua ibadətlərin ən yaxşısıdır».(Həmən mənbə. )
    İmam Məhəmməd Baqir (ə)-ın səhabələrindən biri ondan soruşur: «İbadətin daha fəzilətlisi hansıdır?» Buyurur: «Allah dərgahında duadan daha fəzilətli ibadət yoxdur, ən mənfuru isə Ona qarşı təkəbbürlü olub ehtiyacların Onun dərgahından dilənilməməsidir.»(Həmən mənbə. )
    Məsum imamların (ə) kəlamlarından belə bir qənatə gəlmək olur ki, duanın islam dinində xüsusi yeri vardır. Çünki, insan xilqətində olan ilahi istək və iradə onun səadət və kamala çatmasından irəli gəlir. Bu isə yalnız Allaha saf niyyətli ibadətlə mümkündür. Allah-taala Qurani-kərimdə buyurur:
    «Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!»
    Bir qədər əvvəldə bunun şahidi olduq ki, Peyğəmbər (s) duanı ibadətin cövhəri və islam dininin ayrılmaz bir hissəsi hesab etmişdir.
    Ümumiyyətlə, insan kiməsə ehtiyac duyduqda istək və ehtiyaclarını təmin etmək üçün ona üz tutur, ehtiyac duymadıqda isə təbii ki, ehtiyaclarının təmin olunması heç bir məna kəsb etməyəcəkdir. Bunun üçün də insan bilməlidir ki, o bir varlıq kimi tamamilə Allaha möhtacdır. Onun ixtiyarında mövcud olan və ehtiyac duyduğu bütün şeylər Allahın əlindədir. Fatir surəsinin 15-ci ayəsində deyilir:
    «Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə [heç nəyə, o cümlədən sizin ibadətinizə] möhtac deyildir və hər cür şükrə, tərifə layiqdir!...»
    İnsan bu həqiqəti dərk etdiyi andan Allaha üz tutur və Ona möhtac olduğunu iqrar edir. Allaha möhtac olduğuna inanmadıqda isə, qürur hissi onu Allaha ibadət etməkdən çəkindirir. Bunun üçün də Allah-taala Ğafir surəsinin 60-cı ayəsində bu kimi şəxslərin Cəhənnəm əzabına düçar olacaqlarını belə bəyan edir:
    «Rəbbiniz buyurdu: Mənə dua edin. Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!»
    Yəni, əgər Allah dərgahına dua etmirsinizsə, bu sizin özünüzü Ondan ehtiyacsız hiss etmənizdən irəli gəlir. Buna da səbəb olan sizin qürur və təkəbbürünüzdür.
    Allah-taala Qurani-kərimin bir çox ayələrində insanların Onun dərgahına üz tutub dua etmələrini əmr edir. Әraf surəsinin 56-cı ayəsində deyilir:
    «...Allaha həm qorxu, həm də istəklə [ümidlə] dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır».
    Ğafir surəsinin 14 və 60-cı ayələrində də deyilir:
    «...Allaha, dini yalnız Ona aid edərək ibadət edin».
    «Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! [Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!] Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlr Cəhənnəmə zəlil olaraq girəcəklər».
    Peyğəmbər (s) duanın tərk olunmasını Allaha itaətsizlik hesab edir. Çünki, Allah-taala insanları dua etməyə əmr etdikdə onun ibadətlə bərabər olduğunu bildirmiş, əmrə itaətsizliyi isə «təkəbbürlük» adlandırmışdır. Demək, duanın tərk olunması Allaha itaətsizlik, Onun dərgahına üz tutaraq təvazökarlıqla istək və hacətlərin dilənməsi isə həqiqi itaət nişanələrindəndir. Bu səbəbdən də Allah-taala Özünün yaxşı bəndələrini belə vəsf edir:
    «Onlar ibadət üçün yataqlarından qalxar [gecələr az yatar], qorxu və ümid içində [Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək] Rəbbinə dua edər...»
    Həmçinin Allah-taala həzrət Zəkəriyyə və onun ailəsini belə vəsf edir:
    «...Rəğbət və qorxu ilə [rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq] Bizə ibadət edərdilər. Onlar Bizə müti idilər».(Әnbiya-90. )
    DUANIN İSLAM NÖQTEYİ-NӘZӘRİNDӘN DӘYӘR VӘ ӘHӘMİYYӘTİ
    Peyğəmbər (s) buyurur:
    «Dua möminin silahı, dinin sütunu, yer və göylərin nurudur».(Üsuli-kafi, 2-ci cild.)
    «Allahın qəza-qədərini duadan savayı heç bir şey qaytarmır».(Biharul-ənvar, 93-cü cild, bab-16. )
    «Xəstələrinizi sədəqə verməklə sağaldın, dərd-bəlaların qapılarını isə dua etməklə bağlayın».
    «Allah dərgahında duadan əziz şey yoxdur».(Biharul-ənvar, 93-cü cild, bab-16. )
    Әli (ə) buyurur: «Allahın agah bəndələri o kəslərdirlər ki, Allaha çox dua etsinlər».(Ğürərül-hikəm. )
    «Dua, Rəhmət qapılarının açarı, zülmət aləminin nurudur».(Biharul-ənvar, 93-cü cild, bab-16. )
    İmam Sadiq (ə) buyurur:
    «Dua bütün dərd və bəlaların şəfası olduğu üçün sizlərə bunu tövsiyə edirəm».(Biharul-ənvar, 93-cü cild, bab-16. )
    Başqa bir hədisdə buyurur:
    «Dua nizədən daha kəsərlidir».(Həmən mənbə. )
    MÜQӘDDӘS ÖVLİYALARIN ZİYARӘTİ
    İnsanlar özlərinin ictimai həyatlarında vaxtaşırı bir-birləri ilə görüşür və səmimi ictimai əlaqələr bərqərar edirlər. Bütün bunlar onların qarşılıqlı dostluq və mehr-məhəbbətindən irəli gəlir. Bir-birlərinin görüşünə gedən insanlar, biri digərinə öz istək və qayğısını bildirir və beləliklə, onların arasında sinfi və ya siyasi, fikir və həmkarlıq münasibətləri bərqərar olunur. Eyni zamanda müxtəlif qrup və təşkilatlar halında bir-birləri ilə görüşlər keçirir və qarşılıqlı olaraq özlərinin maddi-mənəvi ehtiyaclarını təmin edirlər. Ümumiyyətlə, insanların bir-birləri ilə görüş keçirmələri üç əsas məqsəd daşıyır:
    1. Məhəbbət, ünsiyyət və dostluq münasibətlərin genişlənməsi;
    2. Fikri, sinfi və sair əlaqələrin bərqərar olunması;
    3. Maddi-mənəvi faydalar.
    Bu kimi əlaqələr din alimləri arasında da mövcuddur, çünki onlar cəmiyyətin dini əsaslarına yiyələnən ən qabaqcıl təbəqədir və belə bir mənəvi əlaqə bərqərar olduğu üçün onlar Allaha yaxın olan kəslərdir. Camaat onlarla ünsiyyətdə olmaqla dinə olan rəğbət hisslərini və din alimləri ilə yaratdıqları həmrəyliyi büruzə vermiş və bununla da öz mənəvi ehtiyaclarını aradan qaldırmış olurlar.
    Bu kimi əlaqələrin bərqərar olunması islam mədəniyyətində «Ziyarət» adlanır. Bütün əsr və dövrlərdə din alimlərinin və müqəddəs övliyaların ziyarəti lazım və müstəhəb əməllərdən olsa da, Peyğəmbərin (s) və Məsum imamların (ə) ziyarəti daim daha böyük əhəmiyyət kəsb etmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, onların sağlığında yaşayan şəxslər, keçirdikləri görüşlərdən mənəvi yüksəlişə nail olmuşlar. Sonrakı dövrlərdə yaşayan müsəlmanlara isə bu, onların qəbrlərini ziyarət etməklə müyəssər olmuşdur. Nəql olunmuş bir çox rəvayət və hədislərdə bu məsələyə xüsusi diqqət yetirilmiş və müsəlmanlara bu müqəddəs ziyarətgahları ziyarət etmələrinə dəyərli tövsiyələr edilmişdir. Bu məzmunda hədislərin bir qismini nəzərdən keçiririk:
    Peyğəmbər (s) buyurur:
    «Sağlığımda və vəfat etdikdən sonra məni ziyarət edənləri qiyamət günü şəfaət edərəm».(Biharul-ənvar, 100-cü cild, bab-4. )
    «Harada olmasına baxmayaraq, kim mənə salam verərsə, mən onun cavabını verərəm. Qəbrimin qarşısında mənə salam verənləri də eşidərəm».(Həmən mənbə. )
    İmam Cəfər Sadiq (ə) buyurur:
    «Sizlərdən həccə gedən hər bir şəxs öz əməllərini bizi [Әhli-beyti] ziyarət etməklə başa vursun. Әgər belə edərsə, Həcc ziyarətini təkmil (tamamlamış) olur.»(Həmən mənbə. )
    Bunun üçün də möminlər harada olurlarsa olsunlar, qəlbən Peyğəmbər (s) və onun Məsum Әhli-beytinə (ə) bel bağlamalı, onlara olan sevgi və məhəbbətlərini öz sədaqətləri ilə büruzə verməlidirlər. Beləliklə, onlar Allahın ən sevimli övliyalarının sevgi, razılıq və axirət dünyasında verəcəkləri şəfaətə nail olarlar. İlahi övliyalar Allaha hamıdan yaxın və Onun ən sevimli bəndələri olduqları üçün insanlar eyni zamanda onlara təvəssül edərək özlərinin maddi-mənəvi ehtiyaclarını da təmin edə bilərlər.
    SUALLAR VӘ TAPŞIRIQLAR
    1. Nəql olunmuş hədis və rəvayətlərdə dua nə üçün ibadətin cövhəri hesab olunur?
    2. İstək və ehtiyacların büruzə verilməsinin ibadətlə nə kimi bağlılığı vardır?
    3. Nəql olunmuş hədislərə diqqət yetirərək duanın verdiyi nəticələri bəyan edin.
    4. İnsanın keçirdiyi görüşlər hansı məqsədlər daşıyır?
    5. Müqəddəs övliyaların ziyarət olunması nə kimi səmərə verir?
    Category: Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) | Views: 388 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019