İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » 2011 » September » 28 » Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    10:23 AM
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
    ƏLLİ DOQQUZUNCU DӘRS
    SӘFӘRDӘN MӘQSӘD VӘ ONUN QOYDUĞU MÜSBӘT NӘTİCӘLӘR
    Səfər bir çox insanların həyatında müxtəlif məqsədlər üçün həyata keçirilir. Məqsədlər müxtəlif olduğu üçün onlardan bəziləri faydalı, bəziləri isə mənfi xarakter daşıyır. Eyni zamanda bunu bir növ ünsiyyət və əlaqə forması da hesab edə bilərik.
    Bu səbəbdən də islam dini bu məsələyə iki yöndən nəzər salır:
    1. Şəri;
    2. Әxlaqi.
    İslam dini səfərlərin halal və haram olduqlarını və bütün bunları nəzərə alaraq, namaz və orucla bağlı olan məsələlərdə müsəlmanların üzərinə düşən vəzifələri əvvəlcədən müəyyən etmişdir. Lakin əxlaqi nöqteyi-nəzərdən insanın başqaları ilə, xüsusilə yol yoldaşı olduğu şəxslərlə bərqərar etdiyi ictimai əlaqələr, dostluq münasibətləri və səfər boyu riayət edilməsi lazım olan əxlaq normaları haqda dəyərli tövsiyələr edir.
    Bu dərsimizdə Məsum imamların kəlamlarından istifadə edərək, ilk növbədə edilən səfərlərdən məqsəd, daha sonra verdiyi müsbət nəticələr, növbəti dərsimizdə isə səfər zamanı riayət olunması zəruri olan əxlaq qaydaları haqda söhbət açacağıq.
    SӘFӘRDӘN MӘQSӘD
    1 ELM VӘ TӘHSİL
    Müsbət xarakterli səfərlərdən biri də elm və təhsil, xüsusilə ibrət alaraq ilahi nişanələri seyr edib, dini maarif ilə tanışlıq xarakteri daşıyan səfərlərdir. Allah-taala Qurani-kərimdə buyurur:
    «[Ya Məhəmməd!] De ki: Yer üzünü gəzib Allahın məxluqatı yaratmağa ilk əvvəldən nə cür başladığına baxın. Sonra da Allah axirət həyatını yaradacaqdır. [Birinci yaradılışdan sonra ikinci yaradılış gələcəkdir]. Allah hər şeyə qadirdir!»(Әnkəbut-20.)
    Başqa bir ayədə buyurulur:
    «Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri [bəsirət gözləri], eşidən qulaqları olsun?...» (Həcc-46. )
    Göründüyü kimi, Allah-taala keçmiş ümmətlərin itaətsizlik üzündən şəhər, kənd və qəsrlərinin viran olduğunu bəyan etdikdən sonra, Özünün müti bəndələrini yer üzünü seyr edərək, özlərindən əvvəlkilərin aqibətindən ibrət almalarını əmr edir. Allah-taala Qurani-kərimin bir neçə ayəsində bu mətləbə işarə edərək buyurur:
    «[Ey müsəlmanlar!] Sizdən əvvəl bir çox vaqiələr [ibrətli əhvalatlar] olub keçmişdir. İndi yer üzünü dolaşıb haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün.» (Ali-imran-137. )
    Nəhl surəsinin 36 və Әnam surəsinin 11-ci ayəsi, eləcə də Ğafir-21, Yusif-109, Rum-9, Fatir-44 və Məhəmməd surəsinin 10-cu ayələri həmin mənanı daşıyır.
    Peyğəmbər (s) buyurur:
    «Elm və təhsil məqsədilə evindən xaric olan şəxslər qayıdanadək Allah yolunda olarlar».(Sünəni Termezi, 10-cu cild. )
    Başqa bir yerdə buyurur:
    «Allah elmə yiyələnmək ümidi ilə səfərə çıxan şəxsləri cənnətə aparan yollara yönəldər».(Sünəni Әbu Davud, 2-ci cild.)
    2. DİNİN QORUNMASI
    Tarix boyu möminlərdən bir çoxu yaşadıqları yerlərdə zalım və sitəmkarların zülmündən yaxa qurtarıb din və əqidələrini qorusunlar deyə, öz vətənlərini tərk etmiş və müxtəlif məntəqələrdə sakin olmuşlar. İslam nöqteyi-nəzərindən bu, səfər etməkdən ən gözəl məqsəd və «hicrətin» ən başlıca nümunəsi hesab olunur.
    Allah-taala Qurani-kərimdə sitəmkarların zülmləri nəticəsində din və əqidələrindən əl çəkmiş zəif iradəli insanları danlaq atəşinə tutaraq buyurur:
    «Mələklər öz nəfslərinə zülm edənlərin canlarını alarkən [onlara] deyəcəklər: Siz [hicrət zamanı] nə vəziyyətdə idiniz? Onlar söyləyəcəklər: Biz yer üzündə zəif [aciz] kəslər idik! [Mələklər də onlara]: Allahın torpağı geniş deyilmidi ki, siz də hicrət edəydiniz? –deyəcəklər...» (Nisa-97)
    Bir çox ayələrdə isə Allah-taala Öz doğma yurd-yuvalarını tərk etmiş sadiq möminlərə böyük mükafatlar vəd edərək buyurur:
    «Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik [bolluq] tapar. Kim evindən çıxıb Allaha və Onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə [mənzil başına çatmadan] ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər..» (Nisa-100. )
    3. HӘCC VӘ ZİYARӘT
    Səhhət və maddi vəziyyəti imkan verən şəxslər ömürlərində bir dəfə Kəbə evinə gələrək Həcc ziyarətini yerinə yetirməlidir. Həmçinin maddi vəziyyəti imkan verdiyi təqdirdə, Peyğəmbəri (s) və Məsum imamları (ə) ziyarət etməlidir. Həcc ziyarəti məqsədilə edilən səfərlər insan mənəviyyatına olduqca böyük təsir bağışlayır.
    4. QAZANC
    İslam dininin tövsiyə etdiyi xoş məramlı səfərlərdən biri də ehtiyaclarını ödənilməsi üçün qazanc məqsədli edilən səfərlərdir.
    İmam Sadiq (ə) buyurur:
    «Həzrət Davuda nazil olmuş hikmətlə dolu olan nidalardan birində deyilirdi:
    «İnsan öz yurd yuvasını yalnız üç halda tərk etməlidir: 1. Axirət dünyası üçün Allah rizası qazanmaq; 2. Maddi ehtiyacları təmin etmək; 3. Haram olmayan dünyəvi ləzzətlərdən bəhrələnmək.»(Məkarimul-əxlaq, Təbərsi. )
    SӘFӘRİN VERDİYİ MÜSBӘT NӘTİCӘLӘR
    Peyğəmbər (s) buyurur:
    «Səfərə çıxın ki, daim özünüzü yüksək əhval-ruhiyyəli hiss edəsiniz, səfərə çıxın ki, gördüyünüz yerlərdən bəhrələnəsiziniz.»(Biharul-ənvar, 76-cı cild, bab-45. )
    «Səfərə çıxın ki, var-dövlət əldə etməsəniz də, dünya görüşünüz artsın.»(Məkarimul-əxlaq, Təbərsi. )
    «Səfərə çıxın ki, bədəniniz sağlam, ruziniz də bol olsun».(Kənzül-ümmal, 17469-cu xəbər. )
    Әli (ə) səfərin beş müsbət nəticə verdiyini hesab edir:
    1. Gəzinti, istirahət və mənəvi rahatlıq;
    2. Maddi ehtiyacların təmin olunması;
    3. Elmə yiyələnmək;
    4. Әxlaq və müxtəlif adət-ənənələrlə tanışlıq;
    5. Böyüklərlə ünsiyyət.
    Demək, səfər insanların həm mənəvi, həm də maddi inkişafına səbəb olur. Belə ki, müxtəlif ölkə və şəhərləri seyr etməklə insan bir çox adət-ənənələrlə tanış olur, onlarla maddi mənafeyinə müsbət təsir göstərəcək ictimai, siyasi, mədəni, ticarət və s. əlaqələr qurur. Bunu da qeyd edək ki, tarix boyu müsəlmanlar öz yurd və yuvalarını məcburi olaraq tərk etməklə hicrət etdikləri məntəqələrin əhalisini islam din və mədəniyyəti ilə tanış etmiş və onların böyük bir hissəsini islama dəvət etməyə nail olmuşlar. Nəticədə böyük ölkə və şəhərlərin əhalisi islamı qəbul edərək islam ölkələrinin əsasını qoymuşlar.
    SUALLAR VӘ TAPŞIRIQLAR
    1. Dini təlimlərlə tanış olmaq məqsədilə edilən səfərlər hansı yönümlərdə həyata keçirilməlidir?
    2. Qurani-kərim hansı səfərləri tövsiyə edir?
    3. Allah-taala Qurani-kərimdə zalımların təzyiqinə məruz qalmış və onların zülmünə dözərək öz vətənlərini tərk etməyənlərə qarşı necə münasibət bəsləyir?
    4. İmam Sadiq (ə)-dan nəql olunmuş hədisə istinad etməklə, hansı hallarda hicrət etməyin zəruri olmasını bəyan edin.
    5. Səfərin verdiyi müsbət nəticələri bəyan edin.
    Category: Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) | Views: 682 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024